Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-695/2021 14.04.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı6 iştirakı ilə, iddiaçılar İddiaçı1, Ağayeva (Kazımova) Zeynəb Paşa oğlunun, İddiaçı3, İddiaçı6, İddiaçı4 və İddiaçı5 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı ərazi idarəsinə qarşı Astara rayonu, Səncərədi kəndi ərazisində yerləşən 0,67 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətinə verilməsinə dair JN-789 saylı dövlət aktında X2 adına düzəliş edilib İddiaçı6 kimi yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçılar İddiaçı1, Ağayeva (Kazımova) Zeynəb Paşa oğlu, İddiaçı3, İddiaçı6, İddiaçı4 və İddiaçı5 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı ərazi idarəsinə qarşı məhkəmədə iddia qaldıraraq, Astara rayonu, Səncərədi kəndi ərazisində yerləşən 0,67 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətinə verilməsinə dair JN-789 saylı dövlət aktında X2 adına düzəliş edilib İddiaçı6 kimi yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Məhkəmə iclasında İddiaçı6 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Astara rayon Aqrar İslahat Komissiyasının xx xxx 1998-ci il tarixli 18 saylı qərarı ilə Astara rayonu, Səncərədi kəndi ərazisində kənd təsərrüfatı məhsulları istehsalı üçün 0,67 hektar pay torpaq sahəsi mülkiyyətlərinə verilmiş və hansı ki, bu barədə soyadları, adları və ata adları yazılmaqla onlara JN-789 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Qeyd edilən Dövlət Aktında soyadı Ağayev, adı İkram, atasını adı İbrahim oğlu yazılmalı olduğu halda adı səhvən olaraq Ülkər yazılmışdır. Bu uyğunsuzluğu aradan qaldırmaq üçün Daşınmaz Əmlakın Dövlət Reystr Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinə müraciət etmişlər. Cavabdeh inzibati orqanın xx.xx.2020-ci il tarixli, **********23 saylı məktubu ilə JN-789 saylı dövlət aktına düzəliş edilməsindən imtina edilmişdir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq digər iddiaçılar İddiaçı1, Ağayeva (Kazımova) Zeynəb Paşa oğlu, İddiaçı3, İddiaçı4, İddiaçı5 və cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə digər iddiaçılar İddiaçı1, Ağayeva (Kazımova) Zeynəb Paşa oğlunun, İddiaçı3, İddiaçı4, İddiaçı5 və cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı ərazi idarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, iddiaçılar İddiaçı1, Ağayeva (Kazımova) Zeynəb Paşa oğlunun, İddiaçı3, İddiaçı6, İddiaçı4 və İddiaçı5 iddiası mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan AA ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı6 xx.xx.1984-cü il tarixdə Astara rayonu, Alaşa kəndində anadan olmuş və Astara rayonu, Səncərədi kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan JN-789 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının təsdiq olunmuş surətindən görünür ki, Astara rayon Aqrar İslahat Komissiyasının xx xxx 1998-ci il tarixli, 18 nömrəli qərarı ilə İddiaçı1, Ağayeva (Kazımova) Zeynəb Paşa oğlunun, İddiaçı3, X2, İddiaçı4 və İddiaçı5 mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 0,67 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı ərazi idarəsi tərəfindən İddiaçı2 ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********22 nömrəli bildirişində qeyd edilmişdir ki, ...”gələcəkdə sözü gedən torpaq sahəsinə dair ilkin hüquqmüəyyənedici sənəd olaraq həmin JN-789 nömrəli dövlət aktı üzrə 5-ci qrafada barəsində qeyd olunan mülkiyyətçiyə münasibətdə, hüquqi əhəmiyyətli faktın tanınmasına müvafiq məhkəmə qərarı təqdim olunduğu təqdirdə, müraciətinizə təkrarən baxılacaqdır.” İş materiallarında olan Astara rayon İcra Hakimiyyəti başçısının Səncərədi kənd inzibati ərazi dairəsində nümayəndəliyinin xx.xx.2021-ci il tarixli, 322 nömrəli arayışından görünür ki, nümayəndəliyin ərazisində X3 adında şəxs yoxdur və olmamışdır. İş materiallarında olan Astara rayon İcra Hakimiyyəti başçısının Səncərədi kənd inzibati ərazi dairəsində nümayəndəliyinin xx.xx.2021-ci il tarixli, 323 nömrəli arayışından görünür ki, islahat zamanı JN-789 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib edilərkən texniki səhv nəticəsində İddiaçı6 adı X1 qeyd edilmişdir. İddiaçı6 oğlunun ailəsində və təsərrüfatında X3 yoxdur və olmamışdır. İş materiallarında olan Astara rayon Qeydiyyat şöbəsinin xx.xx.2021-ci il tarixli, 09 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası vətəndaşı xx.xx.1958-ci il tarixdə Astara rayonu, Alaşa kəndində anadan olmuş İddiaçı1 ailə üzvlərinin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama aparılmış və onun arvadı İddiaçı2, övladı İddiaçı3, övladı İddiaçı6 və övladı İddiaçı4 olduğu barədə məlumat aşkar edilmişdir. İş materiallarında olan Astara rayon Polis şöbəsinin xx.xx.2021-ci il tarixli, 135- 4163-1221 nömrəli məktubundan görünür ki, X3 haqqında Astara rayon Polis şöbəsində yaşayış yeri üzrə qeydiyyatı aşkar olunmamışdır. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Göründüyü kimi, inzibati münasibətlər (publik hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt, yəni inzibati orqan iştirak edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu inzibati orqanlar tərəfindən yalnız publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. İnzibati orqanların inzibati aktların verilməsi, icra olunması və ləğv edilməsi ilə bağlı (faktiki xarakterli hərəkətləri də daxil olmaqla) fəaliyyəti inzibati mübahisənin predmetini təşkil edə bilər. İnzibati mübahisələrin səciyyəvi xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, onun tərəfləri əvvəlcədən qeyri-bərabərdirlər, onlardan biri suverenlik daşıyıcısıdır və həmin tərəf (inzibati orqan) digərinə (fiziki və ya hüquqi şəxs) münasibətdə hakimiyyət səlahiyyətlərinə malikdir. İnzibati Prosessual Məcəllə inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasında inzibati hüquq münasibətləri ilə bağlı yaranan mübahisələrə məhkəmə tərəfindən baxılması və həll edilməsi prosesini tənzimləyir. Mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir, xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx xxxxx 2015-ci il tarixli, 4 nömrəli qərarının 2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. İddia ərizəsindən və iş materiallarından görünür ki, iddiaçılar və cavabdeh arasında olan münasibətlər mülki xarakter daşıyır. Məhkəmənin qənaətinə görə iddiaçı tələbində JN-789 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına düzəliş edilərək adının İddiaçı6 olaraq qeyd olunmasını tələb etsə də, mahiyyət etibarı ilə iddia ərizəsinin “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi”nə dair ərizə olduğu müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.2-ci maddəsinə əsasən ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin Məcəllənin 305.1-ci maddəsinə məhkəmə xüsusi icraat qaydasında baxdığı işlər sırasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi ərizələr də nəzərdə tutulmuşdur. İddiaçının yaşadığı yerin məhkəməsinə (rayon və ya şəhər) “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” haqqında ərizə vermək hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli 03 saylı qərarının: 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. 6.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. 6.2-ci bəndinə əsasən eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. 6.3-cü bəndinə əsasən hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Beləliklə, məhkəmə hesab edir ki, bu cür iddia tələbinə inzibati icraat qaydasında baxılması inzibati prosessual qanunvericiliyin prinsiplərinə zidd olduğundan iddiaçılar İddiaçı1, Ağayeva (Kazımova) Zeynəb Paşa oğlunun, İddiaçı3, İddiaçı6, İddiaçı4 və İddiaçı5 iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə, həmçinin prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçılar iddia qaldırmaq üçün on manat məbləğində dövlət rüsumu ödəmişlər. Məhkəmə hesab edir ki, iddia mümkün sayılmadığından hazırkı iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Prosessual xərc iddiaçılara aid edilsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Hakim Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(120)-695/2021
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-695/2021
14.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver