Məhkəmə qərarları › İş №2-1(120)-695/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-695/2022

02.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-695/2022 02.12.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X15 Şəxsinin 2 saylı X5 nümayəndəsi X11 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X15 Şəxsinin 2 saylı X6 qarşı “2012, 2014-cü illərdə məcburi dövlət sosial sığorta haqları üzrə ödədiyi pul vəsaitlərinin fərdi şəxsi hesabına işlənməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 02 dekabr 2022-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 N E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X15 şəxsinin 6 saylı regional ərazi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2012, 2014-cü illərdə məcburi dövlət sosial sığorta haqları üzrə ödədiyi pul vəsaitlərinin fərdi şəxsi hesabına işlənməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X15 şəxsinin 6 saylı regional ərazi filialı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X15 Şəxsinin 2 saylı Şirvan-Salyan Regional filialı ilə əvəz olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1955-ci ildə anadan olmuşdur. O, yaşa görə əmək pensiyası təyin olunmasından ötrü Dövlət Sosial Müdafiə X15 şəxsin 6 saylı regional ərazi filialına müraciət etmişdir. Dövlət Sosial Müdafiə X15 şəxsin 6 saylı regional ərazi filialı tərəfindən ona yaşa görə əmək pensiyası təyin olunmasından imtina edilmişdir. Daha sonra o, Şirvan İnzibati Məhkəməsinə müraciət etmiş və orada araşdırma zamanı məlum olmuşdur ki, onun məcburi dövlət sosial sığorta haqları üzrə xx.xx.2012-ci il tarixli, xx.xx.2014-cü il tarixli və digər ödənişləri Dövlət Sosial Müdafiə Fonduna torpaq sahəsinə görə məcburi dövlət sığorta haqqı kimi qeydiyyata alınmamışdır. O, Dövlət Sosial Müdafiə X15 şəxsin 6 saylı regional ərazi filialına qeyd etdiyi ödənişləri, yəni torpaq sahəsinə görə məcburi dövlət sığorta haqqları üzrə ödədiyi pul vəsaitlərinin fərdi hesabına işlənməsini istəmiş, lakin ona xx.xx.2021-ci il tarixli imtina məktubu verilərək bildirilmişdir ki, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatlar təqdim edilməmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. Göstərilənlərə əsasən iddianın təmin edilməsi məhkəmədən xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X15 Şəxsinin 2 saylı X5 nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, İddiaçı xx.xx.2021-ci il tarixdə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 6 saylı regional ərazi filialına (hazırda 2 saylı Şirvan-Salyan regional filialı) müraciət edərək, xx.xx.2012 və xx.xx.2014-cü il tarixli qəbzlər üzrə ödənilmiş müvafiq olaraq 7 manat və 5 manat pul vəsaitlərinin fərdi şəxsi hesaba daxil edilməsini tələb etmişdir. Lakin İddiaçı təqdim etdiyi sənədlərə əsasən həmin dövrlərdə kənd təsərrüfatına yararlı pay torpaq sahəsinə görə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinə baxmayaraq məcburi dövlət sosial sığorta ödəyicisi kimi qeydiyyatda olmadığından, həmçinin son ödəniş tarixindən 15 ay sonra (xx.xx.2015) torpaq mülkiyyətçisi kimi uçota alınmış şəxs kimi məcburi dövlət sosial sığorta haqları üzrə hesabatları təqdim etmədiyindən müraciətin müsbət həlli mümkün olmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunda nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd: Qanurıun 7-ci maddəsində nəzərdə tutuimuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək həril 6 ay artırılır). Qeyd edilən normanın məzmunundan göründüyü kimi, xx.xx.1955-ci il təvəllüdlü İddiaçı yaşa görə əmək pensiyası hüququ xx.xx.2019-cu il tarixdə yaranmışdır. İddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində geydə alınmıs pensiva kapitalı əmək pensivasmm minimum məbləğindən az olmavan pensiva təminatına imkan verdikdə sıaorta stajından asılı olmavaraq; 2) azı 25 il sığorta stajı oldugda. Lakin İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün müvafiq Filiala verdiyi ərizəsinə və təqdim etdiyi sənədlərə əsasən müəyyən olunmuşdur ki, iddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan pensiya kapitalına və ya 25 illik sosial sığorta stajına malik deyildir. Belə ki, İddiaçı təqdim etdiyi sənədlərə əsasən, xx.xx.1973-xx.xx.1975-ci illərdə hərbi xidmətdə olmuş, xx.xx.1972-xx.xx.1972 (8 ay 27 gün), xx.xx.1973-xx.xx.1973 (9 ay 17 gün), xx.xx.1976-xx.xx.1978 (2 il 7 ay 10 gün), xx.xx.1978-xx.xx.1981 (2 il 2 ay 8 gün), xx.xx.1981-xx.xx.1984 (3 il 4 ay 5 gün), xx.xx.1985-xx.xx.1988 (3 il 6 ay 27 gün), xx.xx.1989-xx.xx.1995-ci (6 il 29 gün) illərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçının ümumi iş stajı 21 il 04 ay 13 gündür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.1-ci maddəsinə əsasən, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2020-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Maddənin məzmunundan göründüyü kimi, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunanlara əmək pensiyası təyin edilərkən onların fərdi hesabının sıqorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmıs pensiva kapitalı olduqda (qevdə alınmıs pensiya kapitalının məbləqindən asılı olmayaraq) əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il nəzərə alınmaqla hüququ yaranan tarixdən etibarən sıqortaolunanların əmək pensiyası avtomatlasdırılmıs formada təyin edilir. Lakin İddiaçı fərdi hesabının sığorta hissəsində 2006-2018-ci il tarixlərdə ümumiyyətlə pensiya kapitalı qeydə alınmadığından ona avtomatlaşdırılmış qaydada pensiya təyin edilməsi də mümkün olmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin qanunun 21.2-ci maddəsinə əsasən, sığortaolunanın sığorta stajına bu qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə 21.2.10-cu maddədə nəzərdə tutulmuş mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət də sığorta stajına daxil edilir. “Sosial sığorta haqqında” Azərbavcan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə görə mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən səxslər torpaqa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri ücün ucota alınmaq barədə ərizə ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ucota almanı həyata keçirdikdən sonra müvafiq icra hakimiyyəti orqanına elektron formada məlumat verir. Məcburi dövlət sosial sığortası məqsədilə sığortaedənlərin və sığortaolunanların uçotu qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmaqla, müəyyən edilir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 18 noyabr 2014-cü il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığorta haqqının toplanması” Qaydalarının 3.1-ci bəndinə əsasən, qeyri-kommersiya hüquqi şəxsləri dövlət qeydiyyatına, ailə kəndli təsərrüfatları isə qanunvericiliklə müəyyən edilmiş qaydada uçota alındıqdan, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan, təsərrüfat subyekti olmayan digər sığortaedənlər isə əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra bir ay müddətində müvafiq məlumatları təqdim etməklə məcburi dövlət sosial sığortası üzrə sığortaçı təşkilatda uçota durmalıdırlar. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslərin (hüquqi şəxs yaradanlardan, ailə kəndli təsərrüfatı üzvlərindən başqa) əmək qabiliyyətli ailə üzvlərinin hər biri üçün(alınan əmlak və torpaq payı hesabına şəxsi yardımçı və digər təsərrüfatlar daxil olmaqla) torpaq sahəsinin hər hektarına görə ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının : 5.4.1. torpaqların 1-ci keyfiyyət qrupu üzrə -12 faizi; 5.4.2. torpaqların 2-ci keyfiyyət qrupu üzrə - 8 faizi; 5.4.3. torpaqların 3-cü keyfiyyət qrupu üzrə - 4 faizi; 5.4.4. torpaqların 4-cü keyfiyyət qrupu üzrə - 2 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyirlər. (Qeyd: Bu hissənin 5.4.4-cü yarımbəndinin məqsədləri üçün əmək qabiliyyətli şəxslər dedikdə, İ və İİ qrup əlillər, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar istisna olmaqla, 15 yaşından “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər başa düşülür). Həmin Qaydaların 5.6-cı bəndinə əsasən, torpaq mülkiyyətçiləri mülkiyyətində kənd təsərrüfatına yararlı torpaqları olan ailə üzvlərini sosial sığorta edə bilməzlər. Torpaqların keyfiyyət qrupu torpaq sahəsinin mülkiyyət hüququna dair dövlət aktına əsasən müəyyənləşdirilir. Həmin Qaydaların 7.4-cü bəndinə əsasən, sığortaedənlər uçota alındığı DSMF orqanına hər rüb hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı və digər daxil olan məbləğlər barədə hesabat təqdim edirlər. Hər rüb üçün hesabat həmin rübdən sonra gələn birinci ayın 20-dən gec olmayaraq və hər rüb üçün ayrı-ayrılıqda DSMF orqanına təqdim edilməlidir. Aprelin, iyulun, oktyabrın və yanvarın 20-i iş günü olmayan dövrə təsadüf edərsə, hesabatın təqdim olunması müddəti ayın 20-dən sonra gələn birinci iş gününə qədər artırılır. Həmin Qaydaların 7.4-cü bəndinə əsasən, məcburi dövlət sosial sığortası üzrə hesabat və sığortaolunanlar haqqında məlumat təqdim edildikdən sonra ödənilmiş məcburi dövlət sosial sığorta haqları fərdi uçot sistemində uçota alınan sığortaolunanların fərdi şəxsi hesabında qanunvericilikdə müəyyən olunmuş qaydada nəzərə alınır. İş üzrə tam, obyektiv və hərtərəfli baxılmasını təmin etmək məqsədilə tərəflərindən T.S.Məmmədovun geyd olunan dövrlər üzrə mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan səxs kimi məcburi dövlət sosial sığorta haqlarının ödənilib-ödənilməməsi, B1, B2, B3 hesabatları olmadığı təqdirdə həmin dövrlərə dair hesabatların hazırki tarixdə təqdim edilməsinin mümkünlüyü, fərdi hesabının sığorta hissəsində xx.xx.2006-ci il tarixdən xx.xx.2018-ci il tarixədək pensiya kapitalının olub-olmaması barədə ətraflı məlumatların təqdim edilməsi üçün xx.xx.2021-ci il tarixli, **********5 məktubla Fondun Fərdi uçota nəzarət və sosial sığorta departamentinə müraciət edilmisdir. Fondun Fərdi uçota nəzarət və sosial sıaorta departamenti tərəfindən təqdim edilmis xx.xx.2021-ci il tarixli, **********8 məktubda Nazirliyin “X1 Sistemi”nin “Sığorta” (Hesabat) altsisteminin “Sığortaolunanların hesabları” bölümündən əldə edilən məlumatlara əsasən İddiaçı Sükür oğlunun (SSN: **********071) xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək sığortaedənlər tərəfindən təqdim edilmiş hesabatlara əsasən xeyrinə məcburi dövlət sosial sığorta haqları ödənilməsi barədə məlumatlar askar olunmadığı, həmcinin “X2 Sistemi”nin “Sığorta” (Hesabat) altsistemindən əldə edilən məlumatlara əsasən 10 dekabr 2015-ci il tarixində torpaq mülkiyyətçisi kimi uçota alınmış “İddiaçı” (SUN: **********3) tərəfindən 2012, 2014-cü illər üzrə “Məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabat”lar (Forma B2) və “Məcburi dövlət sosial sığorta haqları üzrə sığortaolunanlar haqqında məlumat”lar (Forma B3) təqdim edilmədiyi bildirilmisdir. Beləliklə, iş materialları ilə təsdiq olunur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçı ona əmək pensiyası təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq edilir. Belə ki, iddiaçıya əmək pensiyası təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Qanunun yaşla bağlı tələbinə cavab versə də, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir və ya azı 25 il sığorta stajına malik deyildir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X14 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2005-ci il tarixdə Salyan Rayon Polis şöbəsi tərəfindən verilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və Salyan Rayon İcra Hakimiyyəti başçısının Qarabağlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 05 iyun 2018-ci il tarixli 695 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə Qubadlı rayonunun Hərtis kəndində anadan olmuş və Salyan rayonunun Qarabağlı kəndində yaşayır. İş materiallarında olan 02 noyabr 2012-ci il tarixli 11 nömrəli və 12 sentyabr 2014cü il tarixli 70 nömrəli qəbzlərdən görünür ki, İddiaçı tərəfindən sosial sığorta haqqı üzrə müvafiq olaraq 7 manat və 5 manat məbləğlərində ödənişlər edilmişdir. İş materiallarında olan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X15 şəxsinin 6 saylı regional ərazi filialının İddiaçı ünvanladığı 24 noyabr 2021-ci il tarixli **********4 nömrəli məktubunun məzmunundan müəyyən olunur ki, iddiaçı 02 noyabr 2012-ci il tarixli 11 nömrəli və 12 sentyabr 2014-cü il tarixli 70 nömrəli qəbzləri əlavə etməklə xx.xx.2021-ci il tarixdə **********7 nömrə ilə qeydiyyata alınmış pensiya təyin olunması barədə ərizə ilə cavabdeh təşkilata müraciət etmiş, lakin kənd təsərrüfatına yararlı pay torpaq sahəsinə görə məcburi dövlət sosial sığorta haqqı üzrə ödənişlər etdiyi dövrlərdə (xx.xx.2012 və xx.xx.2014) kənd təsərrüfatına yararlı pay torpaq sahəsinə görə məcburi dövlət sosial sığorta ödəyicisi kimi qeydiyyatda olmadığına (yalnız sonuncu ödəniş tarixindən 15 ay sonra, yəni xx.xx.2015-ci il tarixdə sosial sığorta ödəyicisi kimi qeydiyyata alındığına) görə, ödədiyi 12 manat məcburi dövlət sosial sığorta haqqı üzrə hesabatları təqdim etməmiş, bu səbəbdən ondan daxil olmuş vəsaitlər fərdi şəxsi hesabına işlənməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhatinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialının direktoru Abuzər Mütəllimovun Azərbaycan Respublikasının Əmək və Əhatinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X12 sədr müavini Mətin Əsgərə ünvanladığı xx.xx.2022-ci il tarixli **********4 saylı xidməti məruzədə Şirvan İnzibati Məhkəməsinin icraatında xx.xx.1955-ci il təvəllüdlü İddiaçı (FİN xxxxxxx, SSN: **********071, VÖEN: **********) Azərbaycan Respublikasının Əmək və X10 Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 6 saylı regional ərazi filialına qarşı (hazırda 2 saylı Şirvan-Salyan regional filialı) “ödənilmiş məcburi dövlət sosial sığorta haqları üzrə pul vəsaitinin fərdi şəxsi hesaba daxil edilməsi” tələbinə dair 2-1(120)- 2125/2021 (2022-ci ildə qeydiyyat nömrəsi 2-1(120)-695/2022) nömrəli inzibati işin olduğu, İddiaçı tərəfindən kənd təsərrüfatına yararlı pay torpaq sahəsinə görə məcburi dövlət sosial sığorta haqlarının Fonda ödənilməsinə dair müvafıq olaraq xx.xx.2012-ci il və xx.xx.2014-cü il tarixli qəbzlərin mövcudluğu, lakin Fondun müvafiq filialı tərəfindən İddiaçı təqdim edilmiş məktubda qeyd olunan dövrlərdə məcburi dövlət sosial sığorta haqları üzrə hesabatlar təqdim edilmədiyindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.2.1-ci maddəsinə əsasən, avtomatlaşdınlmış qaydada pensiya təyinatından imtina edildiyi, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin 17 saylı Regional Xəzinədarlıq İdarəsinə ünvanlanmış sorğuya cavab olaraq təqdim edilmiş məktubda qeyd olunan vəsaitlərin 17 saylı Regional Xəzinədarlıq İdarəsi tərəfindən müvafiq qanunvericiliyə uyğun olaraq həmin dövrlərdə fəaliyyət göstərmiş DSMF-nin Salyan rayon şöbəsinin yığım hesabına işlənilərək təsdiqedici sənədlərin (ödəniş qəbzləri) həmin şöbəyə təqdim olunduğu qeyd edilmişdir. Həmçinin, bildirilir ki, tərəflərindən sözügedən iş üzrə tam, obyektiv və hərtərəfli baxılmasını təmin etmək məqsədilə qeyd olunan dövrlər üzrə həmin şəxslərin mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxs kimi məcburi dövlət sosial sığorta haqlarının ödənilib-ödənilməməsi, B1, B2, B3 hesabatları, olmadığı təqdirdə həmin dövrlərə dair hesabatların hazırki tarixdə təqdim edilməsinin mümkünluyu barədə xx.xx.2021-ci il tarixli, **********5 və xx.xx.2021-ci il tarixli, **********9 nömrəli məktublarla Fondun Fərdi uçota nəzarət və sosial sığorta departamentınə sorğular ünvanlanmışdır. Həmin sorğulara cavab olaraq təqdim edilmiş xx.xx.2021-ci il tarixli, 22620 və xx.xx.2021-ci il tarixli, **********0 nömrəli məktublarda Nazirliyin “X3 Sistemi”nin “Sığorta” (Hesabat) altsistemindən əldə edilən məlumatlara əsasən həmin şəxslər tərəfindən qeyd edilən dövrlər üzrə "Məcburi dövlət sosral sığortası üzrə rüblük (illik) hesabat”ların (Forma B2) və “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”ların (Forma B3) təqdim edilmədiyi öz əksini tapmışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunurı 21.2-ci maddəsinə əsasən, sığortaolunanın sığorta stajına bu qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə 21.2.10-cu maddədə nəzərdə tutulmuş mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət də sığorta stajına daxil edilir. Həmin Qanunun 22-1.1-ci maddəsinə əsasən, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvartn 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq 25 il olaraq hesablanır. “Sostal sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə görə mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə ərizə ilə müvafıq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) uçota almanı həyata keçirdikdən sonra müvafiq icra hakimiyyəti orqanına elektron formada məlumat verir. Məcburi dövlət sosial sığortası məqsədilə sığortaedənlərin və sığortaolunanların uçotu qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmaqla, müəyyən edilir. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə əsasən, dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanın vəzifələri aşağıdakılardır: sığortaedən və şığoriaolunan tərəfindən təgdim olunan məlumatların fərdi şəxsi heşablara vaxtında və dürüst daxil edilməsini, onların etibarlı şaxlanmaşını və mühafizəsini təmin etmək (10.2.1); sığortaolunana onun rnüraçiətinə əşaşən fərdi səxsi hesabındakı məlumatların təqdim edilməsj qaydalarını izah etmək, habelə fərdi səxsi hesabındakı məlumatlara baxış imkanının yaradılmasını təmin etmək (10.2.2). Hazırki işdən göründüyü kimi, İddiaçı tərəfindən kənd təsərrüfatına yararlı pay torpaq sahəsinə görə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinə dair qəbzlər mövcuddur. Həmçinin, cavabdeh tərəfindən iddiaçı barəsində sığorta şəhadətnaməsi tərtib edilmişdir. Digər tərəfdən, cavabdeh ödənilən məbləği qəbul etməməsini, geri qaytarmasını, iddiaçını məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota almaqdan imtina etməsini bildirməmişdir. Əksinə, cavabdeh ödənilən məbləğin mövcudluğunu təsdiq etmişdir. Bu tip işlər üzrə formalaşmış məhkəmə təcrübəsi bundan ibarətdir ki, iddiaçının mulkiyyətındə olan kənd təsərrüfatına yararlı torpaqlardan istifadəyə görə sosial sığorta haqlarını odəməsi, ödənişin elektron sistemdə onun sosial sığorta stajına hesablanmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Bununla bağlı olaraq həmçinin qeyd edilir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə sosial sığorta stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Yuxarıda qeyd olunanları, iddiaçının tələbinin qanunvericiliyin tələblərinə uyğun olduğunu nəzərə alaraq vətəndaş məmnunluğunun, vətəndaşların sosial təminat hüququnun dövlət siyasətinə uyğun təmin edilməsi, Fondun əleyhinə qərar qəbul edilməsinin qarşısının alınması məqsədilə İddiaçı müraciətinə yenidən baxılması, həmçinin bu kateqoriyadan olan işlərin birdəfəlik həll edilməsi üçün Fondun Fərdi uçota nəzarət və sosial sığorta departamentinə müvafiq tapşırıq verilməsi xahiş edilmişdir. İş materiallarında olan Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın Azərbaycan Respublikasının Əmək və Əhatinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına ünvanladığı xx.xx.2022-ci il tarixli, **********4 nömrəli xidməti məktubunda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.10-cu maddəsinə əsasən İddiaçı fərdi hesabın sığorta hissəsinə ödədiyi sosial sığorta haqqını qısa müddət ərzində X4 Sisteminin Pensiya altsisteminə daxil edilməsinə köməklik göstərilməsi xahiş edilmişdir. Beləliklə, iş üzrə təqdim edilmiş sənədlərə əsasən müəyyən olunur ki, xx.xx.1955-ci ildə anadan olmuş İddiaçı 02 noyabr 2012-ci il tarixli 11 nömrəli və 12 sentyabr 2014-cü il tarixli 70 nömrəli ödəniş qəbzlərini əlavə etməklə xx.xx.2021-ci il tarixdə **********7 nömrə ilə qeydiyyata alınmış “pensiya təyin olunması barədə” ərizə ilə cavabdeh təşkilata müraciət etmiş, lakin kənd təsərrüfatına yararlı pay torpaq sahəsinə görə məcburi dövlət sosial sığorta haqqı üzrə ödənişlər etdiyi dövrlərdə (xx.xx.2012 və xx.xx.2014) kənd təsərrüfatına yararlı pay torpaq sahəsinə görə məcburi dövlət sosial sığorta ödəyicisi kimi qeydiyyatda olmadığına (xx.xx.2015-ci il tarixdə sosial sığorta ödəyicisi kimi qeydiyyata alınmışdır) görə, ödədiyi 12 manat məcburi dövlət sosial sığorta haqqı üzrə hesabatları təqdim etməmiş, bu səbəbdən ondan daxil olmuş vəsaitlər fərdi şəxsi hesabına işlənməmiş və ona yaşa görə əmək pensiyasının təyin olunmasından Dövlət Sosial Müdafiə X15 şəxsin 6 saylı regional ərazi filialı (hazırda 2 saylı Şirvan-Salyan regional filialı) tərəfindən imtina edilmişdir. Məhkəmə İddiaçı kənd təsərrüfatına yararlı pay torpaq sahəsinə görə məcburi dövlət sosial sığorta haqqı üzrə 02 noyabr 2012-ci il tarixli, 11 nömrəli və 12 sentyabr 2014-cü il tarixli, 70 nömrəli ödəniş qəbzlərinə əsasən müvafiq olaraq ödədiyi 7 manat və 5 manat vəsaitin ödənişlər etdiyi dövrlərdə kənd təsərrüfatına yararlı pay torpaq sahəsinə görə məcburi dövlət sosial sığorta ödəyicisi kimi qeydiyyatda olmadığına, ödədiyi 12 manat məcburi dövlət sosial sığorta haqqı üzrə hesabatları təqdim etmədiyinə görə fərdi şəxsi hesabına işlənilməməsini əsassız hesab edir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhatinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialının Azərbaycan Respublikasının Əmək və Əhatinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X13 ünvanladığı xx.xx.2022-ci il tarixli, **********4 saylı xidməti məruzədə xx.xx.1955-ci il təvəllüdlü İddiaçı (FİN xxxxxxx, SSN: **********071, VÖEN: **********) tərəfindən kənd təsərrüfatına yararlı pay torpaq sahəsinə görə məcburi dövlət sosial sığorta haqlarının Fonda ödənilməsinə dair müvafıq olaraq xx.xx.2012-ci il və xx.xx.2014-cü il tarixli qəbzlərin mövcud olduğu, lakin Fondun müvafiq filialı tərəfindən İddiaçı təqdim edilmiş məktubda qeyd olunan dövrlərdə məcburi dövlət sosial sığorta haqları üzrə hesabatlar təqdim edilmədiyindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.2.1-ci maddəsinə əsasən, avtomatlaşdınlmış qaydada pensiya təyinatından imtina edildiyi, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin 17 saylı Regional Xəzinədarlıq İdarəsinə ünvanlanmış sorğuya cavab olaraq təqdim edilmiş məktubda qeyd olunan vəsaitlərin 17 saylı Regional Xəzinədarlıq İdarəsi tərəfindən müvafiq qanunvericiliyə uyğun olaraq həmin dövrlərdə fəaliyyət göstərmiş DSMF-nin Salyan rayon şöbəsinin yığım hesabına işlənilərək təsdiqedici sənədlərin (ödəniş qəbzləri) həmin şöbəyə təqdim olunduğu qeyd edilmişdir. Göründüyü kimi, İddiaçı 2012-ci və 2014-cü illərdə mülkiyyətində olan kənd təsərüfatına yararlı torpaqlardan istifadəyə görə sosial sığorta haqlarını ödəmiş, qeyd olunan vəsaitlər 17 saylı Regional Xəzinədarlıq İdarəsi tərəfindən müvafiq qanunvericiliyə uyğun olaraq həmin dövrlərdə fəaliyyət göstərmiş DSMF-nin Salyan rayon şöbəsinin yığım hesabına işlənilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunurı 21.2-ci maddəsinə əsasən, sığortaolunanın sığorta stajına bu qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə 21.2.10-cu maddədə nəzərdə tutulmuş mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət də sığorta stajına daxil edilir. Həmin Qanunun 22-1.1-ci maddəsinə əsasən, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvartn 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq 25 il olaraq hesablanır. Normaların məzmunundan göründüyü kimi, qanunverici əmək (iş) dövrlərinin yalnız o hissəsini (hissələrini) sosial sığorta staj kimi nəzərə alır ki, həmin dövrlərdə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənilmiş olsun. Qeyd olunduğu kimi, iddiaçı məcburi dövlət sosial sığorta haqlarını “Əmək pensiyaları haqqında” Qanunun 21.1.1-ci maddəsində göstərilən 1 iyul 2018-ci il tarixdən dörd il əvvəl (2012, 2014) ödəmiş və həmin vəsaitlər qanunvericiliyə uyğun olaraq həmin dövrlərdə fəaliyyət göstərmiş DSMF-nin Salyan rayon şöbəsinin yığım hesabına işlənilmişdir. “Sostal sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə görə mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasıntn məqsədləri üçün uçota alınmaq barədə ərizə ilə müvafıq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) uçota almanı həyata keçirdikdən sonra müvafiq icra hakimiyyəti orqanına elektron formada məlumat verir. Məcburi dövlət sosial sığortası məqsədilə sığortaedənlərin və sığortaolunanların uçotu qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmaqla, müəyyən edilir. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə əsasən, dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanın vəzifələri aşağıdakılardır: - sığortaedən və şığoriaolunan tərəfindən təqdim olunan məlumatların fərdi şəxsi heşablara vaxtında və dürüst daxil edilməsini. onların etibarh şaxlanmaşını və mühafizəsini təmin etmək (10.2.1); - sığortaolunana onun rnüraciətinə əsasən fərdi səxsi hesabındakı məlumatların təgdim edilməsi qaydalarını izah etmək, habelə fərdi səxsi hesabındakı məlumatlara baxış imkanının yaradılmasını təmin etmək (10.2.2). Hazırki işdən göründüyü kimi, İddiaçı tərəfindən kənd təsərrüfatına yararlı pay torpaq sahəsinə görə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinə dair qəbzlər mövcuddur. Həmçinin, cavabdeh tərəfindən iddiaçı barəsində xx.xx.2015-ci il tarixdə sığorta şəhadətnaməsi tərtib edilmişdir. Digər tərəfdən, cavabdeh ödənilən məbləği qəbul etməməsini, geri qaytarmasını, iddiaçını məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota almaqdan imtina etməsini bildirməmişdir. Əksinə, cavabdeh ödənilən məbləğin mövcudluğunu təsdiq etmişdir. Bu tip işlər üzrə formalaşmış məhkəmə təcrübəsi bundan ibarətdir ki, iddiaçının mulkiyyətındə olan kənd təsərrüfatına yararlı torpaqlardan istifadəyə görə sosial sığorta haqlarını odəməsi, ödənişin elektron sistemdə onun sosial sığorta stajına hesablanmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Bununla bağlı olaraq həmçinin qeyd edilir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə sosial sığorta stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanun və ya onun hər hansı müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmənin təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə də müvafiq münasibətləri tənzimləyən milli qanunvericilik “anlaşıqlı”, “aydın” və “proqnozlaşdırıla bilən” olmalıdır. Məhkəmənin təşəkkül tapmış presedent hüququna əsasən “qanunla nəzərdə tutulmuş” ifadəsi təkcə onu tələb etmir ki, etiraz edilən tədbir daxili qanunvericilikdə müəyyən əsasa malik olmalıdır, həm də sözügedən qanunun keyfiyyətinə istinad edərək tələb edir ki, həmin Qanunun Konvensiyanın preambulasında aydın şəkildə ifadə olunan qanunun aliliyi prinsipinə uyğun olmalı, eləcədə müvafiq şəxs üçün “çatımlı” olmalı və onun nəticələrini “öncədən görmək” mümkün olmalıdır. Normanın nəticələrini isə o halda, “öncədən görmək” mümkündür ki, o, hər bir fərdin öz davranışını tənzimləməsinə imkan vermək baxımından kifayət qədər dəqiqliklə ifadə edilsin. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2018-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa 22-1-ci maddə əlavə edilmişdir. Həmin Qanunun 2-ci maddəsinə əsasən bu Qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minmişdir. 2019-cu ilin yanvarın birindən qüvvəyə minmiş “Əmək Pensiyaları haqqında” Qanunun 22-1-ci maddəsinə əsasən; 22-1.1-ci maddəyə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2-ci maddəyə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1-ci maddəyə əsasən 2019-2020-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır; 22-1.4-ci maddəyə əsasən Bu Qanunun 22-1.2-ci maddəsi aşağıdakı hallarda tətbiq edilmir: 22-1.4.1-ci maddəyə əsasən 2019-cu il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının pensiya hüququ yarandığı gündən yenidən hesablanması zamanı; 22-1.4.2-ci maddəyə əsasən 2019-cu il yanvarın 1-dən sonra əmək pensiyası təyin edilmiş şəxslərə 2019-cu il yanvarın 1-dən əvvəlki dövr üçün əmək pensiyasının təyin edilməsi və ya əmək pensiyası məbləğinin hesablanması zamanı. Bununla bağlı qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 2-1(102)-426/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. İPM-nin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İPM-nin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-nin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-nin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara məcmu halında qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı 2012, 2014-cü illərdə məcburi dövlət sosial sığorta haqları üzrə ödədiyi pul vəsaitlərinin fərdi şəxsi hesabına işlənməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X15 Şəxsinin 2 saylı X5 üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı 2012, 2014-cü illərdə məcburi dövlət sosial sığorta haqları üzrə ödədiyi pul vəsaitlərinin fərdi şəxsi hesabına işlənməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X15 Şəxsinin 2 saylı X5 üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar