Məhkəmə qərarları › İş №2-1(120)-697/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-697/2020

17.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-697/2020 17.08.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X8 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “X6, X4, X2, X3 və X16 iddiaçıya məxsus olan ünvan 1 mənzil 29 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Qafarov X13 şəhəri, Şəhidlər Xiyabanı ev 46/3, 29 nömrəli mənzilin mülkiyyətçisidir. İddiaçı, mənzilində qeydiyyatda olan X6, X4, X2, X3 və X16 mənzilin qeydiyyatından çıxarılması üçün Cavabdehnə müraciət etmişdir, lakin cavabdeh üçüncü şəxsləri iddiaçının mülkiyyətində olan mənzilin qeydiyyatından çıxarmaqdan imtina etmişdir. İddiaçı üçüncü şəxslərin Lənkəran şəhəri, Şəhidlər Xiyabanı ev 46/3, 29 nömrəli mənzilin pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2-1(120)-697/2020 saylı qərardadı ilə X6, X4, X2, X3 və X16 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmaları qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(120)-697/2020 saylı qərardadı ilə Rəziyeva (Qafarova) Reyhan Vəlihəd qızının, X7 və Lənkəran şəhər İcra Hakimiyyətinin üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmaları qərara alınmışdır. Proses iştirakçılarına şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə qanunla müəyyən olunmuş rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və məhkəmə tərəfindən inzibati məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxslər X17, X15, X9, X10, X25, Rəziyeva (Qafarova) Reyhan Vəlihəd qızı, X18 və Lənkəran şəhər İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə qərar qəbul edərkən məhkəmənin sorğusu əsasında mənzilə dair, o cümlədən üçüncü şəxslərin mənzilə və iddiaçıya bağlılığına dair əldə edilmiş sənədlərə və həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). X14 Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasının xx xxxxxx 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Lənkəran şəhəri ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Lənkəran şəhərində yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddia mahiyyəti üzrə uğurludur, yəni əsaslıdır. İş materiallarında olan Lənkəran rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, B/51-1 nömrəli arxiv çıxarışından görünür ki, Lənkəran şəhər X23 İcraiyyə Komitəsinin xx xxxxxx 1989-cu il tarixli, 4 №-li iclas protokolu əsasında İddiaçı – 4 nəfər ailə üzvü ilə P.Saykin küçəsi 38 nömrəli evdə yaşayan, 1981-ci ildən mənzil növbəsində olan, 5 nömrəli SMD-də fəhlə işləyən, mənzil kommunal təsərrüfatı nazirliyinin xx.xx.1989-cu il tarixli 04-8/87 nömrəli məktubuna əsasən baş podratçıya ayrılmış 10 faiz hesabına ona blok 3, mərtəbə 5, 3 otaqlı mənzil verilmişdir. İş materiallarında olan Lənkəran şəhər X23 İcraiyyə Komitəsinin xx xxxx 1989-cu il tarixli, 678 nömrəli orderinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 3 nəfər ailə üzvü ilə birlikdə X5, X11 və X12 verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Lənkəran şəhər-rayon Polis şöbəsinin xx.xx.2020-ci il tarixli, 154-8351-1220 saylı məktubuna əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, X17,X15, X9, X19, X25, X10, İddiaçı məxsus ünvan 1 m 29 ünvanında yerləşən mənzilin qeydiyyatındadırlar. İş materiallarında olan Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının Lənkəran şəhər 1 nömrəli sahə X27 üzrə Nümayəndəliyinin məhkəməyə ünvanladığı xx xxxx 2020-ci il tarixli, 12-5/028 nömrəli məktubundan görünür ki, X17, X15, X9, X10 və X1 şəhəri, Şəhidlər Xiyabanı, ev 46/3, mənzil 29 ünvanında yaşamırlar. İş materiallarında olan Lənkəran rayon Qeydiyyat şöbəsinin məhkəməyə ünvanladığı xx xxxx 2020-ci il tarixli, 522 nömrəli məktubunun məzmunundan və doğum haqqında akt qeydlərindən görünür ki, İddiaçı ilə X17, X15, X9, X10 və X25 arasında heç bir yaxın qohumluluq əlaqəsi yoxdur. Məhkəmə hesab edir ki, üçüncü şəxslərin iddiaçıya məxsus evdə yaşamaması onun qeydiyyatının formal olduğunu göstərir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Göründüyü kimi, üçüncü şəxslərin iddiaçıya məxsus evdə qeydiyyatda olması formal xarakter daşıdığı, mülkiyyətçinin hüquqlarını qanunsuz məhdudlaşdırdığı üçün onlar iddiaçıya məxsus evin pasport qeydiyyatından çıxarılmalıdır. İddiaçı üçüncü şəxslərin ünvan 1 mənzil 29 ünvanından pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etməkdə haqlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İddiaçı iddia qaldırmaq üçün on manat məbləğində dövlət rüsumu ödəmişdir. İddiaçının nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək, dövlət rüsumunun iddiaçıya aid edilməsini xahiş etdiyindən İnzibati Prosessual Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər (məhkəmə xərci) iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı. X6, X4, X2, X3 və X16 İddiaçı məxsus olan ünvan 1 mənzil 29 ünvanından qeydiyyatından çıxarılması öhdəliyi Cavabdehnə həvalə edilir. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar