Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-698/2023 19.10.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi X3, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinə qarşı «Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə» xx.xx.2022-ci il tarixli, **********450900 nömrəli qərarın ləğv olunması və hesablanmış məbləğin şəxsi hesab vərəqəsindən azaldılması tələbinə dair iddia ərizəsi üzrə inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinə qarşı «Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə» xx.xx.2022-ci il tarixli, **********450900 nömrəli qərarın ləğv olunması və hesablanmış məbləğin şəxsi hesab vərəqəsindən azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-2075/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinə qarşı «Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə» xx.xx.2022-ci il tarixli, **********450900 nömrəli qərarın ləğv olunması və hesablanmış məbləğin şəxsi hesab vərəqəsindən azaldılması” tələbinə dair iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2019-cu ildə özünə məxsus fermer təsərrüfatında öz təsərrüfatına məxsus heyvanların kəsilərək satılması üzrə fəaliyyət olmuş və bu fəaliyyət üzrə satış edilən tərəflərə elektron qaimələr göndərilmişdir. Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli "Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarlan"ı haqqında Qərarına əsasən işçilərinin orta siyahı sayı 1-10 aralığında olan və illik gəliri 200 min manatdan az və ona bərabər olan şəxslər mikro sahibkarlıq subyektləri sayılırlar. Təsərrüfatında işçi yoxdur, dövriyyəsi 2019-cu ildə 200 min manatdan az olmuşdur. Göründüyü kimi, o mikro sahibkarlar qrupuna aiddir. Lakin hesabatlar təqdim edilən zaman Vergi Məcəlləsinin 218.6.2-ci maddəsinin tələbləri tərəfindən nəzərə alınmamış və 2019-cu il üzrə sadələşdirilmiş vergi bəyannaməsi təqdim edilmişdir. Tərəfindən xərclər mümkün olmadığı üçün rəsmiləşdirilmədiyindən vergi orqanı 2019 ondan gəlir vergisi bəyannaməsi tələb etmiş və bəyannamə vergi orqanına təqdim edilmişdir. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli Qərarında vergiyə cəlb olunan mənfəət şərti rentabellik norması əsasında müəyyən edilməsi göstərilmişdir. Vergi orqanı tərəfindən kameral vergi yoxlaması keçirilərək gəlir vergisinin yenidən hesablanması zamanı Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli Qərarı nəzərə alınmamışdır. Yəni, konkret olaraq mikro sahibkarlıq subyekti kimi (VM 102.1.30.) 75% güzəşt nəzərə alınmamış və gəlir vergisi hesablanmışdır. Vergi Məcəlləsinin 62-ci maddəsini rəhbər tutaraq, habelə yuxarıda göstərilənləri nəzərə alaraq,vergi orqanı tərəfindən 2019-cu ilin gəlir vergisi kameral yoxlama ilə yoxlanarkən Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli Qərarı nəzərə alınmamışdır.Cavabdeh 8 saylı Ərazi Vergilər baş İdarəsi onun tərəfindən təqdim olunmuş dəqiqləşdirilmiş bəyannaməni təsdiq etməmiş və **********450900 saylı xx.xx.2022- ci il tarixli qərarla kameral hesablamanı bərpa etmişdir və beləliklə Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli Qərarına əsasən onun vergiləri müəyyən olunarkən qanuni gəlirdən çıxılmalı xərcləri nəzərə alınmamışdır. Vergi orqanı tərəfindən qəbul olunmuş qərar tamamilə qanunsuzdur, belə ki, qərarın “Bəyannamə və hesabatda göstərilən məbləğə düzəliş edilməsinin səbəbi və müvafiq təsdiqedici sənədlər barədə məlumat” hissəsində heç bir məlumat və səbəb göstərilməmiş və tamamilə səbəbsiz formada ona vergi hesablanmışdır.Ona görə iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə proseslərində iştirak edən iddiaçının nümayəndəsi X4 eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İqdisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətini 8 saylı Ərazi Vergilər İdarəsi iddia tələbi üzrə etiraz edərək aşağıdakıları bildirir:Uçot-baza məlumatına əsasən fərdi sahibkarın xx.xx.2009-cu il tarixdən vergi ödəyicisi kimi qeydiyyata alındığı, ərizəsinə əsasən fəaliyyətinin “qoyun və keçilərin yetişdirilməsi”ndən ibarət olduğu müəyyən edilmişdir.İddiaçı tərəfindən 2019-cu il ərzində elektron qaimə fakturalar əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN **********) cəmi 75286,25 manat dəyərində kəsilmiş halda 6035,8 kq mal və qoyun əti təqdim edilmişdir.İddiaçı (VÖEN **********) tərəfindən xx.xx.2022-ci il tarixdə vergi orqanına 2019cu il üzrə dəqiqləşdirilmiş Gəlir vergisi bəyannaməsi təqdim edilmişdir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamədə ümumi gəlirlər 75286,25 manat, cəmi xərclər 62748,54 manat (o cümlədən malın dəyəri üzrə xərclər 49800,0 manat, digər xərclər 12948,54 manat), vergiyə cəlb olunan gəlir məbləği 12537,71 manat, vergiyə cəlb olunan gəlir üzrə azadolma və güzəştlər 9403,28 manat, azadolma və güzəştlər çıxılmaqla vergiyə cəlb olunan gəlir məbləği 3134,43 manat, ödənilməli gəlir vergisi 626,8,9 manat göstərilmişdir. Vergi orqanında olan proqram təminatı tərəfindən bəyannamə üzrə 62748,54 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Yəni, bəyannamədə göstərilmiş 62748,54 manat xərc məbləği baza məlumatları ilə təsdiqini tapmamışdır.Bəyannamədə yaranmış uyğunsuzluq barədə vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********645400 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub” göndərilmişdir. Vergi ödəyicisi tərəfindən zəruri sənədlər (məlumatlar) vergi orqanına təqdim edilmədiyindən xx.xx.2022-ci il tarixdə kameral vergi yoxlaması ilə 3137,42 manat (62748,54-(62748,54*75%)*20%) əlavə gəlir vergisi məbləği hesablanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********450900 nömrəli qərar çıxarılmışdır. Qərar xx.xx.2022-ci il tarixdə vergi ödəyicisinin elektron qutusuna göndərilmişdir.Kameral vergi yoxlaması aparılarkən 62748,54 manat xərc məbləği sənədlərlə təsdiqini tapmadığı üçün xərc kimi nəzərə alınmamışdır. Kameral yoxlama ilə vergi məbləği hesablanarkən Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə uyğun olaraq mikro sahibkarlıq subyekti kimi vergi ödəyicisinin sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi məbləğində güzəşt tətbiq edilmişdir. Belə ki, aparılmış kameral yoxlama nəticəsində ümumi gəlirlər 75286,25 manat, cəmi xərclər 0,0 manat, vergiyə cəlb olunan gəlir məbləği 75286,25 manat, vergiyə cəlb olunan gəlir üzrə azadolma və güzəştlər 56464,69 manat (75286,25 manat*75%), azadolma və güzəştlər çıxılmaqla vergiyə cəlb olunan gəlir məbləği 18821,56- manat (75286,25 manat - 56464,69 manat), ödənilməli gəlir vergisi 3764,31 manat (18821,56 manat*20%) müəyyən edilmişdir.İddia ərizəsi üzrə işin faktiki halları, gətirilmiş dəlillər və toplanmış materiallar (sənədlər) əsas götürülməklə, habelə vergi qanunvericiliyinin müddəaları rəhbər tutulmaqla belə hesab edirik ki, vergi ödəyicisinin iddiası təmin edilməməlidir.Belə ki, uçot-baza məlumatlarının araşdırılması zamanı fərdi sahibkar tərəfindən 2019-cu il ərzində elektron qaimə fakturlarla rəsmiləşdirilərək "xxxx" MMC-yə (VÖEN: **********) 75286,25 manat dəyərində (6,04 ton) quzu əti, mal əti, içalat kimi məhsullar təqdim edildiyi, MMC-dən fərdi sahibkarın "xxxx" ASC-də olan hesablaşma hesabına 69320,25 manat vəsait ödənildiyi, həmin dövr ərzində elektron qaimə fakturası əldə edilmədiyi, idxal əməliyyatlarının aparılmadığı, mal qalığı ilə bağlı məlumatlar bəyan edilmədiyi, həmçinin Daşınmaz əmlakın Dövlət reyestrindən RX və MH seriyalı 0886026, ******* və ******* nömrəli çıxarışlara əsasən Beyləqan şəhəri, Şitilçilik qəsəbəsində yerləşən 26.84 ha kənd təsərrüfatı təyinatlı torpaqların İddiaçı mülkiyyətində olduğu müəyyən edilmiş və Beyləqan rayonu İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli 284 nömrəli arayışına əsasən fərdi sahibkarın öz ailə təsərrüfatına məxsus iri və xırda buynuzlu mal-qaranı 2019-2020-ci illər ərzində 5-7 ton miqdarda ətini kəsərək satdığı bildirilmişdir. Göründüyü kimi, fərdi sahibkar tərəfindən istehsal edilən kənd təsərrüfatı məhsulları diri şəkildə və ya ilkin formada deyil, kəsilib onlardan yeni məhsullar əldə edilərək təqdim edilmişdir.Odur ki, Vergi Məcəlləsinin 13.2.61.1-ci maddəsinə əsasən canlılar diri şəkildə deyil, onların kəsilərək bütöv və ya hissələrlə, habelə soyudulmuş və ya dondurulmuş formalarda təqdim edilməsi kənd təsərrüfatı məhsullarının satışı hesab edilmir və ümumi qaydada vergiyə cəlb edilir. Məlum olduğu kimi, məhsul növlərinin təsnifatı Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 15 iyul 2009-cu il tarixli kollegiya qərarı ilə təsdiq edilmiş “Məhsul növləri təsnifatı” ilə tənzimlənir. Həmin təsnifatın C seksiyasında emal sənayesi məhsulları olan ət məhsulları ayrıca sinif kimi təsnifləşdirilmiş və ətin sümükdən ayrılması da emal əməliyyatlarına məruz qalan məhsullar sinfinə daxil edilmişdir.Beləliklə, fərdi sahibkar tərəfindən istehsal edilən kənd təsərrüfatı məhsullarının diri şəkildə deyil, kəsilərək təqdim edildiyini, həmçinin göndərilmiş məktubla tanış olduğu halda müvafiq təsdiqedici sənədlərin araşdırmaya təqdim edilmədiyini nəzərə alaraq, vergi ödəyicisinin iddia ərizəsi təmin edilməməli və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022ci il tarixli **********450900 nömrəli Qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.Vergi Məcəlləsinin:13.2.8-ci maddəsinə əsasən hər hansı maddi və ya qeyri-maddi əmlak (aktiv), o cümlədən elektrik və istilik enerjisi, qaz və su mal hesab edilir.13.2.60-cı maddəsinə əsasən kənd təsərrüfatı məhsullarının istehsalı - sənaye üsulu (o cümlədən xüsusi broyler təsərrüfatları, avtomatlaşdırılmış tövlə sistemləri və sair) da daxil olmaqla, heyvanların və quşların yetişdirilməsi, bəslənməsi, diri şəkildə olarkən onlardan məhsulların (ilkin formada, yarımfabrikat kimi istifadə olunaraq yeni məhsula çevrilmədən, kimyəvi tərkibi dəyişdirilmədən, konservləşdirilmədən) əldə edilməsi, bitkiçilik məhsullarının becərilməsidir.13.2.61 -ci maddəsinə əsasən kənd təsərrüfatı məhsullarının satışı - bu Məcəllənin məqsədləri üçün aşağıdakı tələblər çərçivəsində kənd təsərrüfatı məhsullarının təqdim edilməsidir: 13.2.61.1-ci ci maddəsinə əsasən istehsal olunan (o cümlədən sənaye üsulu ilə, xüsusi broyler təsərrüfatlarında, avtomatlaşdırılmış tövlə sistemlərində və digər yerlərdə) canlılar diri şəkildə, habelə onlardan diri şəkildə olarkən əldə edilmiş məhsullar ilkin formada, heç bir kimyəvi təsirə məruz qalmadan təqdim edilməlidir;13.2.61.2-ci maddəsinə əsasən bitkiçilik məhsulları və digər kənd təsərrüfatı məhsulları təqdim edilərkən təbiətdə olduğu ilkin formasını saxlamalı, kimyəvi tərkibi dəyişdirilməməli, konservləşdirilməməlidir; 96.1-ci maddəsinə əsasən rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir.108-ci maddəsinə əsasən gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onlarıq əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır.143-cü maddəsinə əsasən aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər, həmçinin vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) istisna edilməklə, aktivlərin dəyərini artıran digər xərclər daxil edilir.102.1.30-cu maddəsinə əsasən mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır.85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövri qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövri qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. 94.0.2-ci maddəsinə əsasən vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür.16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmağa, həmin Məcəllənin 16.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək vergi ödəyicisinin vəzifəsinə aid edilmişdir.23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək, habelə Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən, vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə və vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə borcludur.36.2-ci maddəsinə əsasən, vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar.37.1 -ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən, vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi odəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir.37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. 67.1-ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. 71.2-ci maddəsinə əsasən vergi ödəyiciləri bu Məcəllənin 71.1 -ci maddəsində (vergi öhdəliklərinin yaranmasına səbəb olan) göstərilən uçot sənədlərini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmağa borcludurlar. 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir, vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir, vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi odəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur və vergi qanunvericiliyinin pozulmasında vergi odəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi odəyicisinin xeyrinə şərh olunur.Yuxarıda qeyd olunanlardan görünür ki, vergi odəyicisinin iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi vergi orqanı tərəfindən ona hesablanmış vergi məbləğinin ödəməkdən yayınmaq üçün özünümüdafiə məqsədi daşıyır, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********450900 nömrəli Qərarın ləğv edilməsinə dair iddia tələbi əsassızdır.Azərbaycan Respublikası İPM-nin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar.Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmədən İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdi. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə icraatı ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab edir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia təmin edilməlidir. - İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş “Vergilərin, sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə xx.xx.2022-ci il tarixli, **********450900 saylı qərarına əsasən, İddiaçı aparılmış kameral yoxlama nəticəsində 3.137.42 manat məbləğində vergi və siğorta haqqı hesablanmışdır. - İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin məhkəməyə ünvanladığı 01 sentyabr 2022ci il tarixli **********569400 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı tərəfindən 2019-cu il ərzində elektron qaimə fakturalar əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN **********) cəmi 75286,25 manat dəyərində kəsilmiş halda 6035,8 kq mal və qoyun əti təqdim edilmişdir. İddiaçı (VÖEN **********) tərəfindən xx.xx.2022-ci il tarixdə vergi orqanına 2019-cu il üzrə dəqiqləşdirilmiş Gəlir vergisi bəyannaməsi təqdim edilmişdir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamədə ümumi gəlirlər 75286,25 manat, cəmi xərclər 62748,54 manat (o cümlədən malın dəyəri üzrə xərclər 49800,0 manat, digər xərclər 12948,54 manat), vergiyə cəlb olunan gəlir məbləği 12537,71 manat, vergiyə cəlb olunan gəlir üzrə azadolma və güzəştlər 9403,28 manat, azadolma və güzəştlər çıxılmaqla vergiyə cəlb olunan gəlir məbləği 3134,43 manat, ödənilməli gəlir vergisi 626,89 manat göstərilmişdir. Vergi orqanında olan proqram təminatı tərəfindən bəyannamə üzrə 62748,54 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Yəni, bəyannamədə göstərilmiş 62748,54 manat xərc məbləği baza məlumatları ilə təsdiqini tapmamışdır.Bəyannamədə yaranmış uyğunsuzluq barədə vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********645400 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub” göndərilmişdir. Vergi ödəyicisi tərəfindən zəruri sənədlər (məlumatlar) vergi orqanına təqdim edilmədiyindən xx.xx.2022-ci il tarixdə kameral vergi yoxlaması ilə 3137,42 manat (62748,54- (62748,54*75%)*20%) əlavə gəlir vergisi məbləği hesablanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********450900 nömrəli qərar çıxarılmışdır. Qərar xx.xx.2022-ci il tarixdə vergi ödəyicisinin elektron qutusuna göndərilmişdir. Fərdi sahibkar İddiaçı (VÖEN **********) vergilərin hesablanmasına dair sənədlər baxılması üçün göndərilmişdir. - İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin İddiaçı ünvanladığı 26 may 2022-ci il tarixli **********645400 nömrəli məktubundan görünür ki, İddiaçı Kameral vergi yoxlaması üçün zəruri olan sənədləri (məlumatları) tələb edilmişdir. - İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli çıxarışın surətindən görünür ki, Beyləqan şəhəri, Şitilçilik qəsəbəsində yerləşən 4.95 ha kənd təsərrüfatı təyinatlı torpaq tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. - İşdə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, ******* nömrəli çıxarışın surətindən görünür ki, Beyləqan şəhəri, Şitilçilik qəsəbəsində yerləşən 5.6135 ha kənd təsərrüfatı təyinatlı torpaq mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 1 nömrəli vərəqində qeydiyyata alınmışdır. - İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, ******* nömrəli çıxarışın surətindən görünür ki, Beyləqan şəhəri, Şitilçilik qəsəbəsində yerləşən 16.29 ha kənd təsərrüfatı təyinatlı torpaq mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 50 nömrəli reyestr kitabının 81 nömrəli vərəqində qeydiyyata alınmışdır. - İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin məhkəməyə ünvanladığı 22 sentyabr 2023cü il tarixli **********095100 nömrəli məktubunda göstərilmişdir ki, məktubda adı göstərilən şəxs İddiaçı (VÖEN **********) vergi uçot-məlumat bazasına əsasən halhazırda “Qoyun və keçilərin yetişdirilməsi” (kod 0145001) əsas, “Ət üçün iri buynuzlu mal-qaranın yetişdirilməsi” (kod 0142001) və “Digər daşınmaz əmlakın (ev kirayəsi istisna olmaqla) icarəyə verilməsi üzrə fəaliyyət" (kod 6820002) fəaliyyət növləri ilə 8 saylı Ərazi Vergilər İdarəsində vergi ödəyicisi kimi qeydiyyatdadır. Vergi ödəyicisinin fəaliyyət növünü təsdiq edən sənəd (“Fiziki şəxsin uçot məlumatlarında dəyişikliyin edilməsi barədə ərizə”) məktuba əlavə olunur. Məhkəmənin qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 may 2023-cü il tarixli, 9/2682 nömrəli ekspert rəyində aşağıdakılar bildirilmişdir: Fiziki şəxs İddiaçı 2019-cu il üzrə hesablanmalı olan mənfəət vergisi 627.39 manat məbləğində müəyyən olunur, o cümlədən 75.286.25- (75.286.25*75%)=18.821.56 manat, 18.821.56:120*20*20%=627.39 manat. Təqdim edilmiş iş materiallarından da göründüyü kimi fiziki şəxs İddiaçı əsas fəaliyyət növü “Qoyun və keçilərin yetişdirilməsi” olmuşdur. Qeyd edilir ki, Vergi Məcəlləsinin 102.1.11ci maddəsinə əsasən bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalından (o cümlədən, sənaye üsulu ilə) alman gəlirlər, o cümlədən kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki şəxslərin bu fəaliyyət üzrə satışdankənar gəlirləri, habelə kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar fiziki şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına verilən subsidiyalar vergisindən azadır. Rəyin tədqiqat hissəsində göstərilənlərə, iş materiallarında olan sənədlərə və rəyin təsviri hissəsində göstərilənlərə əsasən «Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2022-ci il tarixli, **********4 hesablanmış vergi məbləği düzgün deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd). Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Həmin Məcəllənin 37.2-1-ci maddəsinə əsasən, kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Məhkəmə qeyd etməyi zəruri bilir ki, İddiaçı (VÖEN **********) tərəfindən xx.xx.2022-ci il tarixdə vergi orqanına 2019-cu il üzrə dəqiqləşdirilmiş Gəlir vergisi bəyannaməsi təqdim edilmişdir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamədə ümumi gəlirlər 75286,25 manat, cəmi xərclər 62748,54 manat (o cümlədən malın dəyəri üzrə xərclər 49800,0 manat, digər xərclər 12948,54 manat), vergiyə cəlb olunan gəlir məbləği 12537,71 manat, vergiyə cəlb olunan gəlir üzrə azadolma və güzəştlər 9403,28 manat, azadolma və güzəştlər çıxılmaqla vergiyə cəlb olunan gəlir məbləği 3134,43 manat, ödənilməli gəlir vergisi 626,89 manat göstərilmişdir. iddiaçının 2019-cu il üzrə (hesabat dövrü üzrə) təqdim etdiyi bəyannaməyə əsasən malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) 626.89 manat gəliri olduğu müəyyən edilir. Mübahisənin yaranmasının səbəbi 2019-cu il üzrə gəlir vergisi bəyannaməsində sənədlərlə təsdiqini tapmayan xərclərin qeyd olunmasıdır ki, bu da kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Araşdırılma nəticəsində vergi orqanı vergi ödəyicisi tərəfindən əldə edilmiş malların xərc sənədlərinin olmasını müəyyən etməmişdir. Cavabdeh orqan tərəfindən vergi orqanında olan proqram təminatı tərəfindən bəyannamə üzrə 62748,54 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Yəni, bəyannamədə göstərilmiş 62748,54 manat xərc məbləğinin baza məlumatları ilə təsdiqini tapmadığı göstərilmişdir. Bəyannamədə yaranmış uyğunsuzluq barədə vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********645400 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub” göndərilmişdir. Vergi ödəyicisi tərəfindən zəruri sənədlər (məlumatlar) vergi orqanına təqdim edilmədiyindən xx.xx.2022-ci il tarixdə kameral vergi yoxlaması ilə 3137,42 manat (62748,54- (62748,54*75%)*20%) əlavə gəlir vergisi məbləği hesablanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********450900 nömrəli qərar qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, vergi ödəyicisi təqdim etdiyi bəyannamədə 62748.54 manat xərc olduğunu göstərsə də, vergi orqanı həmin uyğunsuzluğu vergi ödəyicisinin xeyrinə olaraq müəyyən etmək və aradan qaldırmaq üçün operativ vergi nəzarəti tədbirləri həyata keçirmək imkanı qanunvericiliyə əsasən mümkün olsa da və göstərilmiş halda operativ vergi nəzarəti həyata keçirilməli olsa da, həmin tədbirləri tətbiq etmədən ödəyici tərəfindən göstərilən mal qalığını (xərci) nəzərə almamaqla vergi ödəyicisinin mənafeyinə uyğun gəlməyən qərar qəbul etmişdir. Halbuki Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək Vergi orqanının hüququdur. Həmin Məcəllənin 50.2.2-ci maddəsinə əsasən, vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar operativ vergi nəzarətinin həyata kecirilməsi ücün əsas kimi çıxış edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki işin hallarına uyğun olaraq iddiaçının bəyannamədə göstərdiyi mal qalığını müəyyən etmək üçün operativ vergi nəzarəti tədbirini həyata keçirmədən hesablanmış kameral vergi yoxlaması qanuni hesab oluna bilməz. Vergi ödəyicisinin xərclərini müəyyən etmək üçün mümkün vergi nəzarəti vasitəsindən istifadə etmədən cavabdeh qurum hesab edir ki, vergi ödəyicisinin əldə etdiyi gəliri (mənfəəti) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda gəlirin (mənfəətin) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarına uyğun olaraq hesablamaq hüququ yalnız vergi orqanına verildiyindən vergi ödəyicisi tərəfindən həmin qaydaya əsasən gəlirin hesablanması və ya bu qayda ilə hesablamanın vergi orqanından tələb edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsindən: 3.9. Vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin. 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. 67.14. Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. 83.9. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. “İnzibati icraat haqqında” qanunun məqsədləri baxımından hüququn tətbiqindən imtina qadağandır və vergi ödəyicisinin mənafeyini təmin edən normanın tətbiqindən imtina oluna bilməz. Məhkəmə hesab edir ki, vergi orqanı vergi ödəyicisinin xərclərini müəyyən etmək üçün mümkün vergi nəzarəti vasitəsindən istifadə etmirsə, iddiaçının xərclərini müəyyən etmək mümkün olmadığı üçün vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəlirin (ƏDV nəzərə alınmadan) müəyyən olunması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarxili 55 nömrəli qərarı ilə təsdiq edilmiş Vergi ödəyicisinin əldə ediyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının təsdiq edilməsi barədə Qaydalarına istinad etmək hüququndan imtina oluna bilməz. Həmin Qaydaların 6.1.1-ci yarımbəndinə əsasən M1 = G1 : ( 100 + R) x R (burada: M1 — vergi ödəyicinin mənfəəti; G1 — vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir; R — şərti rentabellik normasıdır.) Qaydaların 6.1.3-cü yarımbəndinə əsasən, vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür. İddiaçının 2019-cu il ərzində müəyyən edilmiş gəliri (təqdim etdiyi bəyannaməyə əsasən) 626.89 manatdır. Qeyd edilən düstura uyğun olaraq iddiaçının vergiyə cəlb edilməli gəlirləri aşağıdakı qaydada hesablanmalıdır: 626.89 manat : (100+20) x 20 = 12.937.8 manat Vergi Məcəlləsinin 101.3-cü maddəsinə əsasən, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin vergiyə cəlb edilən gəlirlərindən 20 faiz dərəcə ilə vergi tutulur. Həmin Məcəllənin 102.1-ci maddəsinə əsasən, fiziki şəxslərin aşağıdakı gəlirləri gəlir vergisindən azaddır: 102.1.30. bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının xx.xx.2021-ci il tarixli Qanunu ilə 102.1.30-cu maddəyə “mikro” sözündən əvvəl “bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan” sözləri əlavə edilmişdir. İddiaçı Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan vergi ödəyicisi deyil, lakin Vergi Məcəlləsinin iddiaçının müvafiq dövr üzrə gəlirlər əldə etdiyi zaman qüvvədə olan redaksiyasına əsasən, qeyd edilən güzəşt istisnasız olaraq bütün mikro sahiblarlıq subyekti olan fərdi sahibkarlara şamil edilirdi. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir Məhkəmə qeyd edir ki, iddiaçının vergiyə cəlb edilən gəlirləri 12.937.8 manat olmaqla Azərbaycan Respublikası Vergi Məcəlləsinin Azərbaycan Respublikasının xx.xx.2021-ci il tarixli qanunu qüvvəyə minənə qədər olan redaksiyada 102.1.30-cu maddəsinə əsasən, mikro sahibkarlıq subyekti olan fərdi sahibkar kimi sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azad olunmalı; həmin məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi tutulmalı idi. Həmçinin, məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, iş materiallarında olan sənədlərə və rəyin təsviri hissəsində göstərilənlərə əsasən «Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2022-ci il tarixli, **********4 hesablanmış vergi məbləği düzgün deyildir. Məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixli ekspert rəyi mötəbər sübut olaraq qəbul edilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən tərtib edilmiş Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2022-ci il tarixli, **********450900 nömrəli qərarın ləğv olunmalı və hesablanmış məbləğin şəxsi hesab vərəqəsindən azaldılmalıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən, heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. “İnzibati icraat haqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə görə, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə görə, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, prosessual xərc - məhkəmə ekspertizasının keçirilməsinə görə 100 (bir yüz) manat ekspertiza tədqiqatının dəyəri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsindən tutulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 14, 68, 69, 73, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən İddiaçı barəsində tərtib edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2022-ci il tarixli, **********450900 nömrəli qərar ləğv edilsin və hesablanmış məbləğ şəxsi hesab vərəqəsindən azaldılsın. İş üzrə təyin edilmiş məhkəmə ekspertizasının keçirilməsinə görə 100 (bir yüz) manat ekspertiza tədqiqatının dəyəri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Hesab №AZ43CTRE********************) köçürülsün. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-698/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-698/2023
19.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver