Məhkəmə qərarları › İş №2-1(120)-698/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-698/2025

15.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-698/2025 15.04.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.1995-ci il tarixli doğum akt qeydinin ləgv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “Cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.1995-ci il tarixli doğum akt qeydinin ləgv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 1993-cü ildə valideyinləri Füzuli rayonundan məcburi köçkün olaraq Saatlı rayonuna köçürülmüşdürlər. Onlar müvəqqəti olaraq Saatlı rayonu Qara Nuru kəndi ərazisində yerləşən 2 saylı çadır şəhərciyində məskunlaşıblar. X3, anası isə X9 olmuşdur. Valideynlərinin birgə nikahından 16 fevral 1997-ci ildə Saatlı rayoun Qara Nuru kəndi ərazisində yerləşən 2 saylı çadır şəhərciyində anadan olmuş, hal-hazırda Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsində yerləşən məcburi köçkünlər üçün salınmış şəhərcikdə yaşayır. 10 mart 1997-ci il tarixdə Saatlı rayon X1 Qeydiyyatı Sobası tərəfindən XX-7K1 № 279714 saylı doğum haqqında şəhadətnamə verilmişdir. Lakin sözügedən doğum haqqında Şəhadətnamə yararsız vəziyyət düşmüşdür. Ona məxsus doğum haqqında şəhadətnamə yararsız hala düşdüyü üçün, təkrar doğum haqqında şəhadətnamənin verilməsi məqsədi ilə Saatlı rayonu Qeydiyyat Şöbəsinə ərizə ilə müraciət etmiş, lakin Saatlı rayon Qeydiyyat Şöbəsindən ona gələn 16 avqust 2022-ci il tarixli, 05/Q-316/09 saylı məktubda ona aid olan doğum haqqında akt qeydində ziddiyyətlər mövcuddur. Bu səbəbdən də Saatlı rayon Qeydiyyat Şöbəsi tərəfindən doğum tarixinin 16 fevral 1997-ci il olaraq yazılması barədə və həmçinin ona düzəliş edilmş doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Həmçinin onun adına tərtib olunmuş xx.xx.1995ci il tarixli doğum akt qeydinin olduğu bildirilmişdir. Həmin doğum akt qeydinin ləğv edilməsi üçün Cavabdehnə müraciət etsə də ona xx.xx.2023-cü il tarixli, 3-16-5/8-397/2023 nömrəli məktubla imtina cavabı verilmişdir. İmtinaya əsasən Cavabdeh tərəfindən göndərilən məktubda qeydiyyat şöbəsinin arxivinə və elektron informasiya sisteminə baxış zamanı doğum akt qeydi barəsində məlumat aşkarlanmadığı bildirilmişdir. Ona verilmiş AA ******* seriyalı şəxsiyyət vəsiqəsində doğum tarixi xx xxxxxx 1995-ci il olaraq qeyd edilmişdir. Bundan başqa, ona məxsus bəzi sənədlərdə doğum tarixi xx xxxxxx 1995-ci il kimi qeyd edilmişdir. Cavabdeh tərəfindən onun adına tərtib olunmuş xx.xx.1995-ci il tarixli doğum akt qeydinin ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı və Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1997-ci il tarixdə Saatlı rayonunun Qara Nuru kəndində anadan olmuş, (doğulmuş) valideynləri qrafasında X3, anası X9 göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Saatlı rayon Qeydiyyat şöbəsinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli, 05/Q-316/09 nömrəli məktubundan görünür ki, təqdim olunmuş sənədlərə əsasən ziddiyyətlərin aradan qaldırılması məqsədilə akt qeydində düzəliş və dəyişik edilməsi üçün kifayət qədər əsas olmadığından Saatlı rayon qeydiyyat şöbəsi tərəfindən müvafiq akt qeydlərinə düzəliş edilməsi mümkün deyildir. Əlavə olaraq bildiririk ki, tələbinin təmin olunmasına köməklik göstərilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 dövlət qeydiyyatı Qaydası”nın 9.13. bəndinə uyğun olaraq vətəndaşlıq vəziyyətinin akt qeydləri yoxlanılmış və Saatlı rayon qeydiyyat şöbəsinin arxivində xx.xx.1995-ci il təvəllüdlü X7 aid akt qeydi aşkar edilməmişdir. Lakin Saatlı rayon qeydiyyat şöbəsində xx.xx.1997-ci il tarixli doğum akt qeydləri kitabının 6 saylı doğum haqqında akt qeydində xx.xx.1997-ci il təvəllüdlü X4 doğumu haqqında akt qeydi aşkar edilmişdir. Qeyd olunan doğum haqqında akt qeydində doğum tarixində ziddiyyət mövcuddur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-ci maddəsinin tələblərinə əsasən X1 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbəsi tərəfindən həyata keçirilir. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Odur ki, doğum haqqında akt qeydində dəyişiklik edilməsinə dair məhkəmədə iddia qaldırmaq hüququnun olduğu bildirilimişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 660 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı aid doğum aktı Cavabdeh arxivində tapılmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 018- 33451-1222 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.1995-ci il təvəllüdlü İddiaçı xx.xx.2013-cü il tarixdə Füzuli Rayon Polis Şöbəsi tərəfindən AZE-13433804 (FİN xxxxxxx) nömrəli, xx.xx.2017-ci il tarixdə 3 saylı Bakı “ASAN xidmət” mərkəzi tərəfindən AZE-16998135 nömrəli, xx.xx.2021-ci il tarixdə AA******* nömrəli şəxsiyyət vəsiqələri ilə sənədləşdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdeh İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-16-5/8-397/2023 nömrəli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə xx.xx.1995-ci il təvəllüdlü vətəndaş İddiaçı Cavabdehnə müraciət edərək Cavabdehndə tərtib edilmiş doğum akt qeydinin ləğv edilməsini istəmişdir. Lakin Cavabdeh arxivinə və elekron informasiya sisteminə baxış zamanı doğum akt qeydi barədə məlumat tərəfimizdən aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Saatlı rayon Qeydiyyat şöbəsinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-16-5/8-10-321/2023 nömrəli məktubundan görünür ki, təqdim olunmuş sənədlərə əsasən ziddiyyətlərin aradan qaldırılması məqdsədilə akt qeydində dəyişiklik edilməsi uçun kifayət qədər əsas olmadığından Saatlı rayon qeydiyyat şöbəsi tərəfindən müvafiq akt qeydlərinə dəyişiklik edilməsi mümkün deyildir. Əlavə olaraq bildiririk ki, tələbinin təmin olunmasına köməklik göstərilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 dövlət qeydiyyatı Qaydası”nın 9.13. bəndinə uyğun olaraq vətəndaşlıq vəziyyətinin akt qeydləri yoxlanılmış və Saatlı rayon qeydiyyat şöbəsinin arxivində xx.xx.1995-ci il təvəllüdlü X8 aid akt qeydi aşkar edilməmişdir.Lakırı Saatlı rayon Qeydiyyat şöbəsində xx.xx.1997ci il tarixli doğum akt qeydləri kitabının 6 saylı doğum haqqında akt qeydində xx.xx.1997-ci il təvəllüdlü X5 doğumu haqqında akt qeydi aşkar edilmişdir. Qeyd olunan doğum haqqında akt qeydində doğum tarixində ziddiyyət mövcuddur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-ci maddəsinin tələblərinə əsasən X1 qeydındəki səhvlərin dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbəsi tərəfindən həyata keçirilir. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır. Odur ki, doğum haqqında akt qeydində dəyişiklik edilməsinə dair məhkəmədə iddia qaldırmaq hüququnun olduğu bildirilimişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2024-ci il tarixli, 3-16-5/8-xx-xx/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı doğum aktı barədə heç bir məlumat aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Saatlı rayon Qeydiyyat şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-16-5/xx-xx/2024 nömrəli məktubuna əlavə edilmiş xx.xx.1997-ci il tarixli, 6 nömrəli doğum haqqında akt qeydində uşaq haqqında məlumatlar qrafasında X10 xx.xx.1997-ci ildə Saatlı rayonunun Qara Nuru kəndində doğulduğu qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən: - maddə 159.1. X1 qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. - maddə 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və X1 dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. - maddə 160.2. X1 qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. - maddə 164.1. X1 qeydiyyatı, qeyd olunmalı faktları və ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər əsasında aparılır. - maddə 164.4. Vətəndaşlıq vəziyyəti aktının qeyd olunduğu haqqında ərizə verən şəxslərə müvafiq şəhadətnamə verilir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 dövlət qeydiyyatı Qaydası”na əsasən: - 1.4. Qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, X1 qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və X1 dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. - 2.24. Doğum haqqında akt qeydləri əsasında doğum haqqında şəhadətnamə verilir. Şəhadətnamənin verilmə tarixi, seriyası və nömrəsi doğum haqqında akt qeydində göstərilir. İstinad olunan normalardan görünür ki, şəxs barəsində ilk öncə vətəndaşlıq vəziyyəti aktı tərtib olunur, daha sonra bu akt əsasında və orada göstərilən məlumatlara əsasən müvafiq şəhadətnamə verilir. İddiaçı hazırda Cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.1995-ci il tarixli doğum akt qeydinin ləgv edilməsini xahiş etsə də, iş materialları üzrə araşdırılması zamanı müəyyən etmişdir ki, iddiaçının xx.xx.1995-ci il tarixli doğum haqqında akt qeydi mövcud deyil. Belə ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-16-5/8-397/2023 nömrəli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə xx.xx.1995-ci il təvəllüdlü vətəndaş İddiaçı Cavabdehnə müraciət edərək Cavabdehndə tərtib edilmiş doğum akt qeydinin ləğv edilməsini istəmişdir. Lakin Cavabdeh arxivinə və elekron informasiya sisteminə baxış zamanı doğum akt qeydi barədə məlumat tərəfimizdən aşkar edilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən: - maddə 160.1. X1 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə X1 qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. - maddə 160.2. X1 qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. - maddə 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. - maddə 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. - maddə 162.1. Vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. - maddə 162.2. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. - maddə 162.3. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpa edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş «X1 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar»ın 2-ci hissəsi X1 itmiş qeydlərinin bərpa qaydasını tənzimləyir. Həmin hissəyə əsasən X1 itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir (bənd 13). İtmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir (bənd 14). Sadalanan normalardan görünür ki, qanunverici vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsini inzibati orqanın üzərinə qoyur və belə dəyişiklik etməkdən imtina edildikdə inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə biləcəyini təsbit edir. Akt qeydinin bərpasına gəldikdə isə istər Ailə Məcəlləsi, istərsə də Əsas Müddəalar bərpanın iki yolunu müəyyən edir:

1. qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər olduqda ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpa edilməsi;

2. itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktının məhkəmə qaydasında müəyyən edilməsi. İşin hazırkı halından görünür ki, iddiaçının doğumunun qeydə alınmasına dair akt qeydi aşkar olunmamış, onun təqdim etdiyi şəhadətnamədə isə X10 xx.xx.1997-ci il tarixdə Saatlı rayonunun Qara Nuru kəndində anadan olmuş, (doğulmuş) valideynləri qrafasında X3, anası X9 göstərilmişdir. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq orqanları tərəfindən "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanunu və “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə ilə müəyyən edilmiş qaydada verilir. Qeyd edilən Qanuna əsasən: - Şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının və ya onun qanuni nümayəndəsinin, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin ərizəsi, və müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulan digər sənədlər əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşın və ya onun qanuni nümayəndəsinin, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin müraciətindən ən geci 10 gün keçənədək verilir. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsi üçün zəruri olan sənədlərin X6 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər vətəndaşdan tələb edilmir. Belə sənədlərin X6 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir. Şəxsiyyət vəsiqəsi on illik müddətə, 55 yaşı tamam olmuş şəxslərə isə qeyri-məhdud müddətə verilir. 5 yaşadək olan vətəndaşa verilən şəxsiyyət vəsiqəsi vətəndaşın 5 yaşı tamam olanadək, 5 yaşı tamam olmuş vətəndaşa verilən şəxsiyyət vəsiqəsi isə vətəndaşın 15 yaşı tamam olanadək etibarlıdır. - Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitdikdə, yaxud vətəndaşın soyadı, adı, atasının adı dəyişdikdə və ya şəxsiyyət vəsiqəsi, o cümlədən onun elektron daşıyıcısı (çip) yararsız hala düşdükdə, yaxud vəsiqənin üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirildikdə, şəxsiyyət vəsiqəsi dəyişdirilməlidir. Deməli, iddiaçının tələb etdiyi 1995-ci il tarixli doğum akt qeydinin mövcud olmadığından hüquqi marağına uyğun 1995-ci illə bağlı onun barəsində elektron informasiya sistemində olan məlumatların silinməsi məqsədi ilə ilk öncə Füzuli rayon Polis Şöbəsinə və ya Daxili İşlər Nazirliyinə müraciət edilməli və müraciətindən imtina olunduğu halda məhkəməyə iddia ərizəsi ilə müraciət edə bilər. Məhkəmə hesab edir ki, iddiaçıya səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququnun pozulması hesab edilə bilməz. Məhkəmə xüsusi olaraq vurğulayır ki, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Beləliklə, aparılmış araşdırma ilə iddiaçı hüquqi marağına uyğun olmayan əlverişsiz iddia növündən istifadə etdiyindən və iş üzrə cavabdeh tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi təsdiqini tapmadığından hazırkı iddianın mümkünlük şərtləri təmin olunmur. Odur ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 80.1-ci maddəsinə görə, bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. İddiaçıya izah edilir ki, o, gələcəkdə tələbi üzrə 1995-ci il tarixli doğum akt qeydinin mövcud olmadığından hüquqi marağına uyğun 1995-ci illə bağlı onun barəsində elektron informasiya sistemində olan məlumatların silinməsi məqsədi ilə ilk öncə Füzuli rayon Polis Şöbəsinə və ya Daxili İşlər Nazirliyinə müraciət etməli və müraciətindən imtina olunacağı təqdirdə qeyd edilən tələblə Şirvan İnzibati Məhkəməsinə müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:

İddiaçı Cavabdehnə qarşı “Cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.1995-ci il tarixli doğum akt qeydinin ləgv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər.

Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar