Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-699/2025 09.12.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi idarəsinə qarşı “onun mülkiyyətində olan torpaq sahəsinin sənədləri üzrə “X5 X8”ndə düzəliş edilərək, xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli **********12 reyestr nömrəli çıxarışın verilməsinə əsas olan JN-0274 saylı Dövlət Aktında göstərilən döngə nöqtələri koordinatlarının faktiki istifadəyə uyğunlaşdırılması və faktiki istifadə də qeyd edilən koordinatlar üzrə 1,2793 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsinə dair müvafiq plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi idarəsinə qarşı “Beyləqan rayonu, Yuxarı Kəbirli kəndində yerləşən və mülkiyyətində olan 1,2793 hektar torpaq sahəsinə dair müvafiq torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Beyləqan rayonu Yuxarı Kəbirli bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı iddianın dəyişdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, “onun mülkiyyətində olan torpaq sahəsinin sənədləri üzrə “X5 X8”ndə düzəliş edilərək, xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli **********12 reyestr nömrəli çıxarışın verilməsinə əsas olan JN-0274 saylı Dövlət Aktında göstərilən döngə nöqtələri koordinatlarının faktiki istifadəyə uyğunlaşdırılması və faktiki istifadə də qeyd edilən koordinatlar üzrə 1,2793 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsinə dair müvafiq plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Beyləqan rayon X2 xx.xx.2005-ci il tarixli 16 saylı qərarı və xx.xx.2006-cı il tarixli 16 saylı alqı-satqı müqaviləsinə əsasən Beyləqan rayonu, Yuxarı Kəbirli kəndində 1,28 hektar torpaq sahəsi ayrılmışdır. Qeyd edilən torpaq sahəsinə dair ilk əvvəl mənə J№ 0274, KOD 60707018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı, daha sonra isə ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli çıxarış verilmişdir. Lakin qeyd edilən torpaq sahəsinə dair “Torpaq sahəsinin plan və ölçü” sənədi verilməmişdir. Mülkiyyətində olan torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi ilə bağlı cavabdeh orqana müraciət etsəm də, mənə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda ona verilmiş J№ 0274, KOD 60707018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən koordinatların digər vətəndaşa məxsus pay torpaq sahəsi ilə üst-üstə düşdüyü, faktiki istifadəsində olan torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının isə X2 yerquruluşu sxemində kənd təsərrüfatı təyinatlı torpaqlara aid aid örüş ərazi olan ərazidə yerləşməsi səbəbindən və sözügedən torpaq sahəsinin ilkin torpaqayırma sxemi təqdim edilmədiyindən müraciətin icrasından imtina edilmişdir. Cavabdeh orqana təqdim edilən sənədlərin içərisində ilkin torpaqayırma sxemi vardır. Torpaq sahəsinin satılması barədə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Beyləqan rayon şöbəsi tərəfindən müvafiq rəy verilmişdir. Mülkiyyətində olan torpaq sahəsindən 2006-cı ildən bu günə qədər istifadə edir. İnzibati orqan kimi DƏDKR PHŞ-in 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş imtina əsassızdır və mülkiyyətçi kimi onun hüquqlarını kobud şəkildə pozur. İnzibati orqanın verdiyi imtina tamamilə əsassız və qanunsuzdur. Qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq üçüncü şəxs Beyləqan rayonu X2 nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 iddianı qəbul etmədiklərini bildirərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir. Daşınmaz əmlak (torpaq sahəsi) isə Beyləqan rayonu ərazisində yerləşir. Azərbaycan Respublikası Məhkəmə- Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Beyləqan rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materiallarında olan xx.xx.2006-cı il tarixli, 18 nömrəli Torpaqların alqı-satqısına dair aktdan görünür ki, Beyləqan rayon Yuxarı bələdiyyəsi ərazisindən İddiaçı 1.28 ha torpaq sahəsi satılmışdır. İş materiallarında olan Beyləqan rayon X2 xx.xx.2005-ci il tarixli, 16 nömrəli iclas protokolundan çıxarışdan görünür ki, Yuxarı Kəbirli kənd sakini İddiaçı X2 mülkiyyətindəki alqısatqı predmeti olan torpaq sahəsində kənd təsərrüfatı üçün 1,28 ha torpaq sahəsinin satılması barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon şöbəsi tərəfindən hazırlanmış sənədlər nəzərə alınması, Yuxarı Kəbirli kənd sakini Qasımov Tofiq Əkbər oğluna X2 mülkiyyətindəki alqı-satqı predmeti olan torpaq sahəsində kənd təsərrüfatı üçün 1,28ha torpaq sahəsi satılması qərara alınmışdır. İş materiallarında olan JN-274 KOD 60707018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, Beyləqan rayon Yuxarı Kəbirli kənd sakini İddiaçı Beyləqan rayon X2 xx.xx.2005-ci il tarixli, 16 nömrəli qərarı və xx.xx.2006-cı il tarixli, 18 nömrəli alqı-satqı müqaviləsi ilə verilmiş cizgidə göstərilən sərhəd daxilində 1.28 hektar kənd təsərrüfatı məhsullarının istehsalı üçün mülkiyyətinə verilmişdir. Dövlət aktı qeydiyyat kitabında 274 nömrə ilə xx.xx.2006-cı il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətə tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Beyləqan rayon Yuxarı Kəbirli kəndində 1.2793 hektar torpaq sahəsi İddiaçı adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 154 nömrəli reyetr kitabının 43 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-21-3-45/2-6016/2023 nömrəli məktubundan görünür ki, daxil olmuş müraciət əsasında aparılmış araşdırmalar zamanı JN- 0274, KOD 60707018 nömrəli “Torpağa mülkiyyət hüququna’ dair dövlət aktına aid dbf məlumatlarının Ərazi İdarəsinin elektron məlumat bazasında olması müəyyən edilsədə, həmin dövlət aktına aid dwg məlumatlarının Ərazi İdarəsinin elektron məlumat bazasında mövcud olmadığı müəyyən edilmişdir. Həmçinin bildiririk ki, JN-0274, KOD 60707018 nömrəli “Torpağa müikiyyət hüququna” dair dövlət aktının tərtib ediiməsinə əsas olmuş ilkin torpaq ayırma sənədlərinin əlavə edilməsi üçün 24 iyul 2023-cü il tarixli, ********** nömrəli məktubla Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinə müraciət edilmişdir. Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin 01 sentyabr 2023-cü ii tarixli, ********** nömrəli cavab məktubuna əsasən JN-0274 (kod ********) nömrəli Dövlət Aktına aid baza məlumatları və arxiv sənədlər aşkar edilməmışdir. Eyni zamanda bildiririk ki, araşdırma zamanı müəyyən edilmişdir ki. Beyiəqan rayon X2 22 dekabr 2005-ci il tarixli, 16 saylı qərarı ilə ayrılmış 1.28 hektar torpaq sahəsinə tərtib edilmiş JN-274 (kod ********) nömrəli Döviət Aktının cizgisində göstərilən ərazinin yerləşməsi ilə faktiki istifaaə oıan torpaq sahəsi arasında kəskin uyğunsuzluq mövcuddur. Belə ki, JN-274 (kod ********) nömrəli Dövlət Aktının cizgisində göstərilən koordinatlar Kəbirli kəndi, keçmiş “Şəhriyar” adına istehsal kooperativində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən sözügedən torpaq sahəsi digər vətəndaşa məxsus pay torpaq sahəsi ilə üst-üstə düşür. Tərəfinizdən təqdim edilm faktiki istifadə vəziyyətini özündə əks etdirən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları (DWG faylı) Örənqala kəndi, keçmiş “Örənqala” Üzüm İstehsalı və Emalı müəssəsində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsində ictimai tikili (süd əmtəə ferması) və X2 yerquruluşu sxemində kənd təsərrüfatı təyinatlı torpaqlara aid örüş olan ərazidə yerləşir. Yuxarıda qeyd olunanları nəzərə alaraq sözügedən törpaq sahəsinin ilkin torpaqayırma sxemi təqdim edilmədiyindən müraciətinizdə qeyd olunan məsələnin araşdırılması mümkün olmamışdır. Əlavə olaraq bildiririk ki, sözügedən torpaq sahəsinə verilmiş Dövlət Aktı o dövrdə ləğv ediimiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hazırlanmış Dövlət Aktlarının nümunəsinə uyğun tərtib edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılaraq hüquqların dövlət qeydiyyatı aparılır. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri" haqqında Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələbləri qaydasında Beyləqan rayonu, Yuxarı kəndində yerləşən 1.28 ha torpaq sahəsinə “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin hazırlanması barədə 07 iyun 2023-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciətinin icrasından imtina edilir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizaları təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2025-ci il tarixli, 3-16-16/2- 10/4399/2025 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyindən aşağıdakılar bildirilir: Qərardadın birinci sualı üzrə: Beyləqan rayonu X2 22 dekabr 2005-ci il tarixli, 16 nömrəli qərarı və “Torpaqların alqı-satqısına dair” akt əsasında X2 ərazisindən İddiaçı satılmış 1.28 hektar torpaq sahəsinin elektron baza məlumatlarına əsasən döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Qərardadın ikinci sualı üzrə: Qeyd edilən 1.28 hektar torpaq sahəsi ayrıldığı vaxt (xx.xx.2005-ci il) bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid örüş torpaq olmuşdur. Hal hazırda xüsusi mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid üzümlük və əkin torpaq sahəsidir. Qərardadın üçüncü sualı üzrə: Beyləqan rayonu X2 22 dekabr 2005-ci il tarixli, 16 nömrəli qərarı və “Torpaqların alqı-satqısına dair” akt əsasında İddiaçı satılmış X2 ərazisindən 1.28 hektar torpaq sahəsinin koordinatları JN 0274 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən JN 274 saylı planda düzgün qeyd edilməmişdir. Belə ki, sözügedən sənəddə qeyd edilən parametrlər torpaq sahəsi ayrılan zamanı tərtib olunmuş yerquruluşu planında göstərilən parametlərlə uyğunluq təşkil etsə də, həmin koordinatlarda yerləşən torpaq sahəsi sürüşmə nəticəsində naturada mövcud olan torpaq sahəsindən 5300 m kənarda (Beyləqan rayonu Kəbirli kəndinin ərazisində) yerləşir. Qərardadın dördüncü sualı üzrə: İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi sxematik xəritədə mövcuddur və qeyd edilən 1.28 hektar digər təyinatlı torpaq sahəsinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluq mövcuddur. İddiaçı iddia etdiyi və göstərdiyi elektron baza məlumatlarında qeyd edilən 1.2785 ha torpaq sahəsinin, torpaq sahəsi ayrılan zamanı tərtib olunmuş yerquruluşu planında qeyd edilən 1.28 ha torpaq sahəsinin və JN 0274 sayı Torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən JN 274 saylı planda qeyd edilən 1.2793 ha torpaq sahəsinin koordinatları və yerləşdiyi ərazi mütəxəssis rəyinə əlavə edilmiş ölçü planında göstərilmişdir. Qərardadın beşinci sualı üzrə: Beyləqan rayonu X2 22 dekabr 2005-ci il tarixli, 16 nömrəli qərarı və “Torpaqların alqı-satqısına dair” akt əsasında X2 ərazisindən İddiaçı satılmış 1.28 hektar torpaq sahəsi iddiaçıya verilən daşınmaz əmlakın dövlət reyestrinin **********12 nömrəli, xx.xx.2023-cü il tarixli çıxarışı ilə eyni ərazidir. Qərardadın altıncı sualı üzrə: Beyləqan rayonu X2 22 dekabr 2005-ci il tarixli, 16 nömrəli qərarı və “Torpaqların alqı-satqısına dair” akt əsasında İddiaçı satılmış X2 ərazisindən 1.28 hektar torpaq sahəsinin koordinatları JN 0274 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən JN 274 saylı planda düzgün qeyd edilməmişdir. Belə ki, sözügedən sənəddə qeyd edilen parametrlər torpaq sahəsi ayrılan zamanı tərtib olunmuş yerquruluşu planında göstərilən parametlərlə uyğunluq təşkil etsə də, həmin koordinatlarda yerləşən torpaq sahəsi sürüşmə nəticəsində naturada mövcud olan torpaq sahəsindən 5300 m kənarda (Beyləqan rayonu Kəbirli kəndinin ərazisində) yerləşir. Qərardadın yeddinci sualı üzrə: Torpaq sahələrinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluq mövcuddur, sənəd üzrə (yerquruluşu planı) və faktiki istifadə üzrə koordinatları müəyyən edilərək mütəxəssis rəyinə əlavə edilmişdir. Hər iki hal üzrə torpaq sahələri İddiaçı istifadəsindədir və təyinatı üzrə istifadə edilir. Qərardadın səkkizinci sualı üzrə: Beyləqan rayonu X2 22 dekabr 2005-ci il tarixli, 16 nömrəli qərarı və “Torpaqların alqı-satqısına dair” akt əsasında X2 ərazisindən İddiaçı satılmış 1.28 hektar torpaq sahəsinin koordinatları daxilində yerləşir, yəni koordinatları üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmür. İddiaçıya məxsus torpaq sahəsinin JN 0274 sayı Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən JN 274 saylı planda göstərilən torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarında texniki səhv vardır. Həmin səhvin faktiki istifadəyə uyğunlaşdırılacağı təqdirdə üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə bağlı mülkiyyət hüquqları pozulmayacaqdır. Qərardadın doqquzuncu sualı üzrə: Beyləqan rayonu X2 22 dekabr 2005-ci il tarixli, 16 nömrəli qərarı və “Torpaqların alqı-satqısına dair” akt əsasında X2 ərazisindən İddiaçı satılmış 1.28 hektar torpaq sahəsi faktiki olaraq İddiaçı istifadəsindədir və təyinatı üzrə istifadə edilir. Qərardadın onuncu sualı üzrə: Mübahisəli torpaq sahəsinin üzərində tikili yoxdur. Qərardadın on birinci sualı üzrə: Beyləqan rayonu X2 22 dekabr 2005-ci il tarixli, 16 nömrəli qərarı və “Torpaqların alqı-satqısına dair” akt əsasında İddiaçı satılmış X2 ərazisindən 1.28 hektar torpaq sahəsinin faktiki istifadə vəziyyətinin döngə nöqtələrinin koordinatlarında texniki səhv yoxdur, iddiaçıya məxsus torpaq sahəsinin JN 0274 sayı Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən JN 274 saylı planda göstərilən döngə nöqtələrinin koordinatlarında texniki səhv vardır. Həmin səhvin faktiki istifadəyə uyğunlaşdırılacağı təqdirdə üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə bağlı mülkiyyət hüquqları pozulmayacaqdır. Əsaslandırma hissəsi: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi İddia həm də əsaslıdır. Belə ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsinin sənədləri üzrə “X5 X8”ndə düzəliş edilərək, xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli **********12 reyestr nömrəli çıxarışın verilməsinə əsas olan JN-0274 saylı Dövlət Aktında göstərilən döngə nöqtələri koordinatlarının faktiki istifadəyə uyğunlaşdırılması və faktiki istifadə də qeyd edilən koordinatlar üzrə 1,2793 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsinə dair müvafiq plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanuna ziddir. Cavabdeh inzibati orqanın bu hərəkəti iddiaçının hüquqlarını pozur (İPM-in 34.1-ci maddəsi). Bu səbəbdən də iddia təmin edilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: (15.1.1) dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; (15.1.2) hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; (15.1.3) hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; (15.1.4) daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; (15.1.5) daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; (15.1.6) bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 158.1-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: (158.1.1) girov hüququ; (158.1.2) əmlakdan istifadə hüququ; (158.1.3) servitutlar. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan Hüquqlarının və X6 Haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-ci il tarixli qararında göstərilir ki, Azarbaycan Respublikası «İnsan Hüquqlarının və X6 Haqqında» Avropa Konvensiyasının istirakçısı və onu ratifikasiya etmis dövlət kimi 2002-ci il aprel ayının 15-dən Konvensiya va onun protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin yurisdiksiyasınin məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. «İnsan Hüquqlarının və X3 haqqında» Konvensiyasının 46-ci maddəsinə əsasən Avropa Məhkəməsinin qərarları bu Konvensiyanı ratifikasiya etmis dövlətlər üçün məcburidir. «İnsan Hüquqlarının və X3 haqqında» Konvensiyaya dair 1 nömrəli Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn umumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, oz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin umumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata kecirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. «X9rşı» məhkəmə işində Avropa Məhkəməsi ərizəçinin dövlət qeydiyyatına alınmamış qanunsuz tikintiyə mülkiyyət hüququ olduğunu bildirmiş və dövlətin üzərinə həmin tikintinin partlayışına görə ərizəçiyə konpensasiya verilməsi vəzifəsini qoymuşdur. Həmin işlə əlaqədar Avropa Məhkəməsi qeyd etmişdir ki, əgər dövlət 4 il ərzində ərizəçiyə qarşı qanunsuz tikili ilə bağlı heç bir irad bildirməyibsə, onun sökülməsi tələbi ilə məhkəmədə iddia qaldırmayıbsa, deməli faktiki olaraq ərizəçinin həmin tikiliyə mülkiyyət hüququnu tanımışdır. Roma hüququna görə susmaq razılıq əlamətidir ki, dövlət bu halda susmaqla, Önər Yıldıza heç bir icazə almadan parkda tikinti inşa edərək ailəsi ilə 4 ildən artıq yaşadığı evə mülkiyyət hüququnu faktiki tanımışdır. «X10rşı» məhkəmə işində Avropa Məhkəməsi vurğulamışdır ki, ərizəçinin torpağa istifadə hüququ və gələcəkdə ondan fayda götürməsi barədə gözləntiləri də mülkiyyət hüququnu təşkil edir və bu hüquq Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) müdafiə dairəsinə düşür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. (maddə 139-1.1.5). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). Həmin Qanunun 8-ci maddəsinə əsasən : 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə, hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Həmin maddəsinin tələbinə əsasən bələdiyyə orqanları tərəfindən müvafiq olaraq bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş aktlar (qərarlar) və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyata alınması əsasları sırasına daxildir. İddiaçı hüquqmüəyyənedici sənədləri (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətə tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışı və Beyləqan rayon X2 xx.xx.2005-ci il tarixli, 16 nömrəli qərarı) həm inzibati orqana, həm də məhkəməyə təqdim etmişdir. Başqa sözlə, qeyd olunan torpaq sahəsinə dair sənədlərin natamam olması, torpaq sahəsi ilə bağlı mövcud uyğunsuzluq iddiaçının mövcud hüququnun qeydə alınmasından imtina üçün əsas deyildir, qeyd olunan hal iddiaçının təqsirindən baş verməmiş və buna görə onun mülkiyyət hüququ məhdudlaşdırıla bilməz. Məhkəmə sorğuları nəticəsində imtinada göstərilən uyğunsuzluqların olmadığı müəyyən edilmişdir. Məhkəmə, eyni zamanda Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-16- 16/2-10/4399/2025 nömrəli ekspert rəyini mötəbər sübut kimi qəbul edir. Ekspert rəyinə əsasən Beyləqan rayonu X2 22 dekabr 2005-ci il tarixli, 16 nömrəli qərarı və “Torpaqların alqı-satqısına dair” akt əsasında X2 ərazisindən İddiaçı satılmış 1.28 hektar torpaq sahəsinin elektron baza məlumatlarına əsasən döngə nöqtələrinin koordinatları müəyyən edilmiş, hal hazırda xüsusi mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid üzümlük və əkin torpaq sahəsi olduğu, sözügedən sənəddə qeyd edilən parametrlər torpaq sahəsi ayrılan zamanı tərtib olunmuş yerquruluşu planında göstərilən parametlərlə uyğunluq təşkil etsə də, həmin koordinatlarda yerləşən torpaq sahəsi sürüşmə nəticəsində naturada mövcud olan torpaq sahəsindən 5300 m kənarda (Beyləqan rayonu Kəbirli kəndinin ərazisində) yerləşdiyi, torpaq sahələrinin İddiaçı istifadəsində olduğu və təyinatı üzrə istifadə edildiyi, torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarında texniki səhvin olduğu və həmin səhvin faktiki istifadəyə uyğunlaşdırılacağı təqdirdə üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə bağlı mülkiyyət hüquqları pozulmayacağı müəyyən edilmişdir. Göründüyü kimi İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətə tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışı ilə Beyləqan rayon Yuxarı Kəbirli kəndində 1.2793 hektar torpaq sahəsi İddiaçı adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 154 nömrəli reyetr kitabının 43 nömrəli vərəqində qeydiyyata alınmışdır. Qeyd edilən qərar digər şəxslərin hüquqlarını pozmamış və gələcəkdə ola biləcək mübahisələrin qarşısını almaq, tərəflərin hüquqlarını bərpa etmək məqsədi daşımışdır. Eləcə də, həmin qərar və ya faktiki istifadədə olan torpaq sahəsi bugünə kimi mübahisələndirilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, torpaq sahəsinin koordinatlarına “X5 X8”ndə düzəliş edilərək tərəfin faktiki istifadəsində olan torpaq sahəsinin koordinatlarına uyğunlaşdırılmalıdır. Eləcə də, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətə tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışına əsasən İddiaçı 1.2793 ha torpaq sahəsinin ayrıldığı, qeyd edilən torpaq sahəsinin isə faktiki istifadəsində olduğu öz təsdiqini tapır. Qeyd olunmalıdır ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda, inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli «X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» qərarında «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə istinad edərək vurğulamışdır ki, qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə, məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilibedilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulub-qoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir. Beyləqan rayon X2 xx.xx.2005-ci il tarixli, 16 nömrəli qərarına münasibətdə «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından və həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından (inzibati orqan bunu təkzib edən sübut, dəlil təqdim etməmişdir), eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, iddiaçı etimadın qanunla qorunması hüququna malikdir. Bundan başqa, sözügedən qərar iddiaçıya aid hissədə geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. İddiaçı Beyləqan rayon X2 xx.xx.2005-ci il tarixli, 16 nömrəli qərarı ilə 1.28 hektar kənd təsərrüfatı məhsullarının istehsalı sahəsinin qanuni əsaslarla ayrıldığı öz təsdiqini tapır və məhkəmə icraatında həmin sənədlərdəki məlumatların həqiqi olmamasına dair cavabdeh tərəfindən heç bir dəlil və sübut təqdim olunmadığından, onlar mötəbər sayılır. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin imtinasında göstərilən dəlillər hüquqların reyestrdə qeydiyyatından imtina üçün əsas ola bilməz, bu dəlillər formal mülahizələrə əsaslanır. İddiaçının müraciəti üzrə torpaq sahəsinə hüquqların reyestrdə qeydiyyata alınması ilə bağlı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmuş “imtina üçün əsaslar” müəyyən edilmir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından əsassız olaraq imtina etmişdir. Başqa sözlə, cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, İddiaçı mülkiyyətində olan torpaq sahəsinin sənədləri üzrə “X5 X8”ndə düzəliş edilərək, xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli **********12 reyestr nömrəli çıxarışın verilməsinə əsas olan JN-0274 saylı Dövlət Aktında göstərilən döngə nöqtələri koordinatlarının faktiki istifadəyə uyğunlaşdırılması və faktiki istifadə də qeyd edilən koordinatlar üzrə 1,2793 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsinə dair müvafiq plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə verilmiş ekspert rəyi ilə bağlı xərclərin iddiaçıya aid edilməsi barədə ərizəsini nəzərə alaraq hesab edir ki, prosessual xərclər İddiaçı tutulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı mülkiyyətində olan torpaq sahəsinin sənədləri üzrə “X5 X8”ndə düzəliş edilərək, xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli **********12 reyestr nömrəli çıxarışın verilməsinə əsas olan JN-0274 saylı Dövlət Aktında göstərilən döngə nöqtələri koordinatlarının faktiki istifadəyə uyğunlaşdırılması və faktiki istifadə də qeyd edilən koordinatlar üzrə 1,2793 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsinə dair müvafiq plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin üzərinə qoyulsun. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizasının keçirilməsinə görə 50 manat ekspertiza tədqiqatının dəyəri İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********, Hesab № AZ34CTRE********************) köçürülsün. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-699/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-699/2025
09.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver