Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-7/2023 22.06.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan X1rşı “mülkiyyətində olan Salyan rayon, Xıdırlı kəndində yerləşən 0,20 ha torpaq sahəsinə görə 200.000 (iki yüz min) manat kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 22 iyun 2023-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Salyan rayon, Xıdırlı kəndində yerləşən 0,20 ha torpaq sahəsinə görə 200.000 (iki yüz min) manat kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(086)-2099/2019 saylı qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Salyan rayon Xıdırlı bələdiyyəsinin 11 oktyabr 2007-ci il tarixli, 12 saylı qərarı ilə bələdiyyə ərazisində ona 0,20 ha torpaq sahəsi satılmışdır. Salyan Rayon İcra Hakimiyyəti başçısının 30 may 2008-ci il tarixli, 153- S saylı Sərancamı ilə Xıdırlı bələdiyyə fondundan mülkiyyətinə ayrılmış 0,20 ha torpaq sahəsində tikinti aparılmasına icazə verilmişdir. Əlavə olaraq bildirmək istəyir ki, mülkiyyətinə verilmiş torpaq sahəsi ilə bağlı müvafiq olaraq “Torpaq sahəsinin planı və ölçüsünü” və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əldə etmişdir. Lakin cavabdeh tərəfindən 2006-2008-ci illərdə həyata keçirilmiş “Ələt-Astara avtomobil yolunun yenidən qurulması” layihəsi çərçivəsində onun mülkiyyətində olan torpaq sahəsi də tikinti altında qalaraq yolun çəkilməsi üçün istifadə edilmişdir. Lakin cavabdeh tərəfindən ona heç bir kompensasiya ödənilməmişdir. Bu barədə cavabdeh təşkilata müraciət etsə də, kompensasiya ilə bağlı sənədləşmə işlərinin aparılmasının qeyri-mümkün olduğu qeyd edilmişdir. Qeyd edilmiş faktiki və hüquqi əsaslara görə o, məhkəməyə müraciət etmək məcburiyyətindədir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Avtomobil X6 nümayəndəsi məhkəməyə iddiaya qarşı yazılı etirazını təqdim etmişdir. Etirazda bildirilmişdir ki, iddiaçının iddia tələbinə cavab verilməli olan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi cavabdeh qismində olmamalıdır. Belə ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2006-2008-ci illər ərzində həyata keçirilmiş “Ələt-Astara avtomobil yolunun 22-ci km hissəsinin yenidən qurulması” layihəsi çərçivəsində yolun Salyan rayonu ərazisindən keçən hissəsində tikinti altına düşən maneələrin (yaşayış, qeyri-yaşayış və torpaq sahələri) Salyan Rayon İcra Hakimiyyəti başçısının 22 iyun 2006-cı il 218 saylı sərancamı ilə yaradılmış komissiya tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yol veriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Odur ki, qeyd edilənlərə əsasən hazırki iş üzrə iddia tələbinə cavab verilməli olan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi cavabdeh qismində olmadığından iddia tələbi mümkün sayılmamalıdır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə və üçüncü şəxsə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi və vəkili X5 gəlmiş, cavabdehin və üçüncü şəxsin nümayəndələri isə gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X5 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbini müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. İPM-in 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında MPM-in müddəaları tətbiq oluna bilər. İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanın qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İş materiallarında olan Azərbaycan Avtomobil X6 İddiaçı ünvanlanmış xx.xx.2018-ci il tarixli, E-3/16-5443 nömrəli məktubunda aşağıdakılar bildirilmişdir: Sizin Azərbaycan Avtomobil X8 ünvanladığınız ünvan 2 bağlı müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2006-2008-ci illər ərzində həyata keçirilmiş “Ələt-Astara avtomobil yolunun 22 km hissəsinin yenidən qurulması” layihəsi çərçivəsində yolun Salyan rayonu ərazisindən keçən hissəsində tikinti altına düşən maneələrin (yaşayış, qeyri-yaşayış və torpaq sahələri) Salyan Rayon İcra Hakimiyyəti başçısının 22 iyun 2006-cı il 218 saylı sərancamı ilə yaradılmış komissiya tərəfindən həyata keçirilmişdir. Eyni zamanda bildiririk ki, qeyd olunan layihənin başa çatması səbəbindən hal-hazırda layihə çərçivəsində sənədləşdirmə işləri aparılması qeyri-mümkündür. İş materiallarında olan MH seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”ın surətindən görünür ki, Salyan rayonu, Xıdırlı kəndində yerləşən 0.20 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 103 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmənin xx.xx.2019-cu il tarixli, 2-1(086)-2099/2019 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin olunaraq ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Həmin təyinat əsasında verdikləri 30 iyul 2021-ci il tarixli, 10/2334 saylı rəylə birlikdə inzibati iş 17 avqust 2021-ci il tarixdə məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş 30 iyul 2021-ci il tarixli, 10/2334 nömrəli ekspert rəyində aşağıdakılar bildirlmişdir: Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestr Xidmətinin Şirvan LTİ-nin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2008-ci il tarixli, seriya MH ******* nömrəli çıxarışa və Reyestr nömrəsi **********05 olan “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən İddiaçı Hüseyn oğlunun xüsusi mülkiyyətində olan Salyan rayonu, Xıdırlı kəndində yerləşən 0,20 hektar torpaq sahəsinin cənub-şərq hissəsinin 83 kv.m (0.0083 ha), Ələt- Astara magistral avtomobil yolunun (qoruma (mühafizə) zolağı 12,5 kv.m olan yolun qoruma (mühafizə) zolağında yerləşir. Lakin Ələt-Astara magistral avtomobil yolundan Xıdırlı kəndinə ötürücü yola ayrılan yolun 190 kv.m (0,019 ha) İddiaçı Hüseyn oğlunun xüsusi mülkiyyətində olan 0,20 hektar torpaq sahəsindən keçir (torpaq sahəsinin yoldan olan məsafələri və koordinatları mütəxəssis rəyinə əlavə olunmuş sxemdə göstərilib). Ekspertiza tədqiqatına mübahisəli torpaq sahəsinə dair elektron baza məlumatları təqdim edilməmişdir. Buna görə də ekspert tərəfindən müqayisəli tədqiqatın aparılması mümkün olmadı. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 23 aprel 2021-ci il tarixli, **********78 saylı mütəxəssis rəyində aşağıdakılar bildirlmişdir: araşdırmanın nəticəsi olaraq aşağıda qeyd edilənlər müəyyən edildi: Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2008-ci il tarixli, seriya MH ******* nömrəli çıxarışa və Reyestr nömrəsi **********05 olan “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən İddiaçı Hüseyn oğlunun xüsusi mülkiyyətində olan Salyan rayonu, Xıdırlı kəndində yerləşən 0,20 hektar torpaq sahəsinin cənub-şərq hissəsinin 83 kv.metri (0.0083 ha), Ələt-Astara magistral avtomobil yolunun (qoruma (mühafizə) zolağı 30 m olan) qoruma (mühafizə) zolağında yerləşir. 0,20 ha torpaq sahəsinin Şimal hissəsinin 343 kv.metri (0.0343 ha), əsas Ələt- Astara magistral avtomobil yolundan Xıdırlı kəndinə ötürücü yola ayrılan (qoruma (mühafizə) zolağı 12,5 m olan) yolun (qoruma (mühafizə) zolağında yerləşir. Lakin Ələt- Astara magistral avtomobil yolundan Xıdırlı kəndinə ötürücü yola ayrılan yolun 190 kv.m (0,019 ha), İddiaçı Hüseyn oğlunun xüsusi mülkiyyətində olan 0,20 hektar torpaq sahəsindən keçir. Göründüyü kimi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş 30 iyul 2021-ci il tarixli, 10/2334 nömrəli ekspert rəyi ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 23 aprel 2021-ci il tarixli, **********78 saylı mütəxəssis rəyi arasında uyğunsuzluq olduğundan, ekspert rəyi ilə mütəxəssis rəyi arasında olan uyğunsuzluğun aradan qaldırılması üçün, Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(120)-9/2022 saylı qərardadı ilə iş üzrə təkrar məhkəmə tikintitexniki ekspertizası təyin olunaraq ekspertizanın keçirilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Həmin təyinat əsasında verdikləri 30 mart 2023-cü il tarixli, 10/117 nömrəli rəylə birlikdə inzibati iş 14 aprel 2023-cü il tarixdə məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş 30 mart 2023-cü il tarixli, 10/117 nömrəli ekspert rəyində aşağıdakılar bildirlmişdir: Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2008-ci il tarixli, seriya MH ******* nömrəli çıxarışa və Reyestr nömrəsi **********05 olan “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən İddiaçı Hüseyn oğlunun xüsusi mülkiyyətində olan Salyan rayonu, Xıdırlı kəndində yerləşən 0,20 hektar torpaq sahəsinin cənub-şərq hissəsinin 83 kv.metri (0.0083 ha), Respublika əhəmiyyətli avtomobil yollarında yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 30 metr enində qoruma (mühafizə) zolağı olan, Ələt-Astara magistral avtomobil yolunun qoruma (mühafizə) zolağında yerləşir. 0.20 ha torpaq sahəsinin Şimal hissəsinin 343 kv.metri (0.0343 ha) yerli əhəmiyyətli avtomobil yollarında yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 12,5 metr enində qoruma (mühafizə) zolağı olan, əsas Ələt-Astara magistral avtomobil yolundan Xıdırlı kəndinə ötürücü yola ayrılan yolun qoruma (mühafizə) zolağında yerləşir. Həmçinin Ələt-Astara magistral avtomobil yolundan Xıdırlı kəndinə ötürücü yola ayrılan yolun 190 kv.m (0,019 ha), İddiaçı Hüseyn oğlunun xüsusi mülkiyyətində olan 0,20 hektar torpaq sahəsindən keçir. Ümumiyyətlə İddiaçı Hüseyn oğlunun xüsusi mülkiyyətində olan 0.20 ha torpaq sahəsinin, Ələt-Astara magistral avtomobil yolundan Salyan rayonu Xıdırlı kəndinə keçən hissədə dairəvi şəkildə yolla əhatə olunmasını, yolun körpüyə qalxan hissəsində hündürlüyü və çökəkliyin olmasını və körpünün ərazisini nəzərə aldıqda torpaq sahəsinin bütövlükdə yola aid olduğu müəyyənləşmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2-1(120)-2099/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunaraq ekspertizanın keçirilməsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ekspertlərinə həvalə edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən məhkəməyə xx.xx.2021-ci il tarixdə daxil olmuş xx.xx.2021-ci il tarixli, ƏEM/O 24-959/21 saylı rəydə aşağıdakılar qeyd olunmuşdur: Salyan rayonu, Xıdırlı kəndində Ələt-Astara avtomobil yolunun kənarında 0.01 ha (1 sot) torpaq sahəsinin 12 oktyabr 2021-ci il tarixinə: bazar dəyəri: - 2900 (iki min doqquz yüz) manat; Likvid dəyəri: - 2500 (iki min beş yüz) manat təşkil edir. Göründüyü kimi, Salyan rayonu, Xıdırlı kəndində yerləşən 0.20 ha torpaq sahəsi İddiaçı mülkiyyəti kimi müvafiq qaydada aidiyyəti qurum tərəfindən qeydiyyata alınmışdır və mülkiyyət və ona aid sənədlər mübahisə predmeti olmamışdır. İddiaçı iddia edir ki, “Ələt-Astara avtomobil yolunun 22 km hissəsinin yenidən qurulması” layihəsi çərçivəsində onun mülkiyyətində olan torpaq sahəsi də tikinti altında qalaraq yolun çəkilməsi üçün istifadə edilmişdir. Lakin cavabdeh tərəfindən ona heç bir kompensasiya ödənilməmişdir. Hazırda iddiaçı ona məxsus 0,20 ha torpaq sahəsinə görə 200.000 (iki yüz min) manat kompensasiya ödənilməsini məhkəmədən tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilir. Göründüyü kimi vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Lakin qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsində qeyd edilir ki, hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Konstitusiyada və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda mülkiyyət hüququnun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur (Konstitusiyanın 13cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İV hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların, o cümlədən mülkiyyət hüququnun ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunaraq göstərilir ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində də mülkiyyət hüququnun məhdudlaşdırılmasına əsas verən analoji əsaslar müəyyən edilərək göstərilir ki, heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normaların məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Sadalanan prinsiplərə riayət edildikdə, mülkiyyət hüququnun məhdudlaşdırılmasına yol verilir. Mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Göründüyü kimi, cavabdeh tərəfindən 2006-2008-ci illərdə həyata keçirilmiş “Ələt- Astara avtomobil yolunun yenidən qurulması” layihəsi çərçivəsində iddiaçının mülkiyyətində olan torpaq sahəsi də tikinti altında qalaraq yolun çəkilməsi üçün istifadə edilmiş, iddiaçı mülkiyyətindən məhrum edilmişdir. Bu fakt cavabdeh üçün zərərin ödənilməsi öhdəliyi kimi hüquqi nəticə törədir. Çünki «İnzibati icraat haqqında» Qanunun 89.1-ci maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə müvafiq olaraq mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 21-ci maddəsində zərərin anlayışı müəyyən edilərək göstərilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsinə əsasən, dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağmədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Həmin Məcəllənin 246.1-ci maddəsinə görə, bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. Həmin Məcəllənin 248.1-ci maddəsinə əsasən, alınmanın təsirinə məruz qalan şəxsdən alınan torpaqla bağlı sahibliyin əldə edilməsi yalnız məhkəmə tərəfindən müvafiq qərar qəbul edildikdən sonra həyata keçirilə bilər. Həmin Məcəllənin 248.2-ci maddəsinə görə, alınan torpağın yerləşdiyi ərazi vahidi üzrə məhkəməyə müraciət alan orqan tərəfindən aşağıdakıların təsdiq olunması üçün edilir: 248.2.1. torpağın alınmasının «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmasının; 248.2.2. alınan torpağa sahibliyin «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının; 248.2.3. alınmanın təsirinə məruz qalan şəxslərə ödəniləcək kompensasiyanın növünün və məbləğinin. Həmin Məcəllənin 211-ci maddəsinə əsasən Mülkiyyət hüququna xitam verildikdə əmlak onun bazar qiymətinə əsasən qiymətləndirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanunun preambulasında göstərilmişdir ki, bu Qanun Azərbaycan Respublikasında torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiyanın məbləğinin hesablanması və ödənilməsi qaydalarını, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətləri tənzimləyir. Həmin Qanunun 1.1.1-ci maddəsinə görə alınma – dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınmasıdır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Həmin Qanunun 4.2-ci maddəsinə əsasən dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. Həmin Qanunun 7.1-ci maddəsinə görə torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. Həmin Qanunun 7.2-ci maddəsinə görə alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. Həmin Qanunun 7.3-cü maddəsinə görə bu Qanunun 7.1-ci maddəsi nəzərə alınmaqla, həmçinin bu Qanunun 11-ci maddəsinin müddəalarına əməl etmək şərti ilə aşağıdakılar da alınmanın təsirinə məruz qalan şəxslər hesab edilirlər: (maddə 7.3.1.) torpaqla bağlı dövlət qeydiyyatına alınmış mülkiyyət, istifadə və ya icarə hüquqları olan, habelə qanunvericiliklə dövlət qeydiyyatı tələb olunmayan qanunauyğun istifadə və ya icarə hüquqları olan şəxslər; (maddə 7.3.2.) siyahıya alma dövründə yazılı sənədlərlə təsdiq edilən torpaqla bağlı qanuni, lakin dövlət qeydiyyatına alınmamış mülkiyyət, istifadə və ya icarə hüquqları olan şəxslər (Bu Qanun qüvvəyə minənədək torpaq üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarının əmələ gəlməsi üçün əsas olan dövlət orqanının və bələdiyyənin aktlarının və müqavilənin qanunvericiliyin tələblərinə riayət etməməklə qəbul edilməsi və ya bağlanması şəxsin torpaqla bağlı hüquqlarının qanunsuz hesab edilməsi üçün əsas ola bilməz); (maddə 7.3.3.) ikinci əldən icarəyə verən qismində icarəçi, üçüncü şəxslərə istifadəyə verən qismində istifadəçi və ya istifadəçi ilə şifahi və ya yazılı həqiqi sübutla təsdiq edilən razılaşma əsasında torpağı qısa müddətli istifadə edən şəxslər; (maddə 7.3.4.) torpağa hüququnun yaranmasına səbəb olan, qanun tərəfindən tanınan uzun müddətli istifadə əsasında torpaqda yaşayan şəxslər; (maddə 7.3.5.) yaşadıqları torpaqla bağlı qanuni hüquqları olmayan şəxslər. Həmin Qanunun 7.4-cü maddəsinə görə bu Qanunun 7.3.1-7.3.4-cü maddələrində nəzərdə tutulmuş kateqoriyalara aid olan şəxslər bu Qanunun müddəalarına əsasən itirdikləri torpaqla bağlı kompensasiya və digər yardımlarla təmin edilirlər. Həmin Qanunun 29.2-ci maddəsinə əsasən torpağın və ya onun müəyyən hissəsinin müvafiq layihə üçün alınmasının zəruri olmadığını iddia edən, habelə ödənilən kompensasiyanın məbləği ilə razı olmayan alınmanın təsirinə məruz qalan şəxs qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 35.1-ci maddəsinə əsasən torpağın satın alınması təklifinin qəbul olunması yazılı formada tərtib edilir və satılan torpağın mülkiyyətçisi tərəfindən imzalanır. Həmin Qanunun 35.3-cü maddəsinə əsasən torpağın satın alınması mülkiyyətçi tərəfindən torpağın satın alınması təklifinin bu Qanuna uyğun olaraq qəbul olunması şərti ilə, dövlətin adından alan orqanla alınmanın təsirinə məruz qalan şəxs arasında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bağlanan alqı-satqı müqaviləsi ilə rəsmiləşdirilir. “Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2004-cü il tarixli 78 saylı Fərmanının 2.2-ci bəndinə əsasən müəyyən edilmişdir ki, dövlət ehtiyacları və ya icimai ehtiyaclar tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsində nəzərdə tutulmuş hallarda və qaydada özgəninkiləşdirilə bilər. Fərmanın 3-cü bəndinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə mülkiyyətin dövlət ehtiyacları və ictimai ehtiyaclar üçün hansı konkret hallarda özgəninkilışdirə bilməsi və bu barədə hansı dövlət orqanının qərar qəbul etməsi müəyyən edilmişdir. Bütün başqa hallarda mülkiyyət yalnız könüllülük əsasında özgəninkiləşdirilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazılarlaı ilə, şahidlərin ifadələri ilə, işdə olan şəxslərin izahatları ilə müəyyən edilir. İPM-in 14.2-ci maddəsinə görə inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmənin mövqeyi iddia tələbinə münasibətdə aşağıdakı kimidir: - Salyan rayonu, Xıdırlı kəndində yerləşən 0,20 hektar torpaq sahəsinin iddiaçıya məxsus olduğu işdəki mülkiyyət sənədləri ilə, həmin 0.20 ha torpaq sahəsinin Ələt-Astara magistral avtomobil yolundan Salyan rayonu Xıdırlı kəndinə keçən hissədə dairəvi şəkildə yolla əhatə olunması, yolun körpüyə qalxan hissəsində hündürlüyü və çökəkliyin olması və körpünün ərazisi nəzərə alındıqda torpaq sahəsinin bütövlükdə yola aid olduğu isə, müvafiq ekspertiza rəyi ilə təsdiqlənir; - iddia tələbinə cavab verməli orqan məsələsinə gəldikdə isə, nəzərə alınmalıdır ki, “Ələt-Astara avtomobil yolunun 22-ci km hissəsinin yenidən qurulması” layihəsi çərçivəsində yolun Salyan rayonu ərazisindən keçən hissəsində tikinti altına düşən maneələrin (yaşayış, qeyri-yaşayış və torpaq sahələri) Salyan Rayon İcra Hakimiyyəti başçısının 22 iyun 2006-cı il 218 saylı sərancamı ilə yaradılmış komissiya tərəfindən həyata keçirilsə də, konkret həmin işlərin icraçısı kimi hazırkı cavabdeh çıxış edir; - “Ələt-Astara avtomobil yolunun 22-ci km hissəsinin yenidən qurulması” nəticəsində iddiaçıya dəymiş maddi ziyanın məbləğinə gəldikdə isə, "xxxx" MMC-nin tərtib etdiyi Qiymətləndirmə hesabatı ilə ziyanın məbləği qismən müəyyən edilsə də, iddiaçıya məxsus 0.20 ha torpaq sahəsinin bütövlükdə yola aid olduğunun müəyyənləşdiyini nəzərə aldıqda, iddiaçıya məxsus 0.20 ha torpaq sahəsinin 1 sotunun dəyərinin "xxxx" MMC-nin tərtib etdiyi Qiymətləndirmə hesabatına əsasən 2500 (iki min beş yüz manat-likvid qiymət) manat həddində hesablanmasını ədalətli sayır. Mövcud qanunvericiliyə əsasən torpağın alınmasının «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» AR Qanununun tələblərinə uyğun olması, alınan torpağa sahibliyin «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» AR Qanununun tələblərinə uyğun olaraq əldə olunması və alınmanın təsirinə məruz qalan şəxslərə ödəniləcək kompensasiyanın növü və məbləği alınan torpağın yerləşdiyi ərazi vahidi üzrə məhkəmə tərəfindən təsdiq olunur. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, iddiaçının mülkiyyətində olan daşınmaz əmlak AR Nazirlər Kabinetinin «Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə» qərarının təsiri altına düşür, iddiaçıya vurulmuş maddi zərərin miqdarı ekspert rəyləri əsasında məhkəmə tərəfindən müəyyən edilmişdir və ağlabatandır. Odur ki, iddiaçıya dəymiş ziyanın məbləği ümumilikdə 50000 (0.20 ha x 2500= 50000) manat məbləğində müəyyən edilir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 108-ci maddəsinə görə prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumundan və digər ödəmələrdən) və hüquq müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir (maddə 108.1). Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir (maddə 108.2). Həmin Məcəllənin 110.1-ci maddəsinə görə prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı mülkiyyətində olan Salyan rayon, Xıdırlı kəndində yerləşən 0,20 ha torpaq sahəsinə görə dəymiş ziyanın əvəzi kimi ona 50.000 (əlli min) manat kompensasiya ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Avtomobil X6 üzərinə qoyulmalı, iddia tələbi qalan hissədə rədd edilməli, iş üzrə təyin edilmiş ekspertizaların xərci kimi 100 (bir yüz) manat (iki ekspertiza üzrə) pul vəsaiti iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 14, 23.1, 32, 52, 58.7, 62.3, 68-69, 75, 78-79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan Salyan rayon, Xıdırlı kəndində yerləşən 0,20 ha torpaq sahəsinə görə dəymiş ziyanın əvəzi kimi ona 50.000 (əlli min) manat kompensasiya ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Avtomobil X6 üzərinə qoyulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat pul vəsaiti İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (********** X3, KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22) hesabına köçürülsün. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-7/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-7/2023
22.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver