Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-700/2025 05.12.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Ağcabədi bələdiyyəsinə qarşı “Çay evinə ayrılmış torpaq sahəsindən X7 Ağcabədi Bələdiyyəsi sədrinin xx.xx.2004-cü il tarixli, 32 saylı qərarı ilə 81 kv.m. X27 Ağcabədi Bələdiyyəsi sədrinin xx.xx.2004-cü il tarixli, 45 saylı sərəncamının ləğv edilməsi” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Тəsviri hissə: İşin halları İddiaçı cavabdeh Ağcabədi bələdiyyəsinə qarşı “Çay evinə ayrılmış torpaq sahəsindən X7 Ağcabədi Bələdiyyəsi sədrinin xx.xx.2004-cü il tarixli, 32 saylı qərarı ilə 81 kv.m. X27 Ağcabədi Bələdiyyəsi sədrinin xx.xx.2004-cü il tarixli, 45 saylı sərəncamının ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-1932/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Ağcabədi bələdiyyəsinə qarşı “Çay evinə ayrılmış torpaq sahəsindən X7 Ağcabədi Bələdiyyəsi sədrinin xx.xx.2004-cü il tarixli, 32 saylı qərarı ilə 81 kv.m. X27 Ağcabədi Bələdiyyəsi sədrinin xx.xx.2004-cü il tarixli, 45 saylı sərəncamının ləğv edilməsi” tələbinə dair iddia mümkün sayılmamışdır. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(106)-397/2023 nömrəli qərardadı ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-1932/2023 nömrəli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X4 mülkiyyətində olmuş, layihə üzrə Ağcabədi şəhəri H.Aslanov küçəsi ilə keçmiş U.Hacıbəyov prospekti, hazırkı H.Əliyev prospektinin kəsişməsində yerləşən “Çay evi” yarımçıq tikilisini mülkiyyətçidən alqı-satqı yolu ilə alaraq, xx.xx.2016-cı il tarixdə hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrində **********-cü nömrə ilə qeydiyyata aldırmış, “Çay evi”nin ərazisinə daxil olan torpaq sahəsinin bir hissəsi ayrı-ayrı şəxslər tərəfindən zəbt edilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Beyləqan Ərazi idarəsinin əməkdaşlarının iştirakı ilə obyektə baxış keçirilmiş, araşdırma aparılmış, nəticədə 16 kv.m torpaq sahəsinin X16 Ağcabədi rayon İcra Hakimiyyətinin Başçısının 127 nömrəli, (sərəncam 2001-ci ildə imzalanıb), 194,88 kv.m torpaq sahəsinin X20 Ağcabədi rayon İcra Hakimiyyətinin Başçısının 2001-ci ildə imzalanmış sərəncamı, 56 kv.m sahəsinin Ağcabədi rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2000-ci il, 122 saylı sərəncamı ilə X2, X6 60 kv.m torpaq sahəsinin Ağcabədi rayon İcra Hakimiyyətinin Başçısının 2003-cü ildə imzaladığı sərəncamla ayrıldığı müəyyən edilmişdir. Nəticədə mülkiyyət hüquqlarım pozulmuşdur. Hazırda pozulmuş hüquqlarımın bərpası ilə bağlı məhkəməyə müraciət etmək məqsədilə Ağcabəd rayon İcra Hakimiyyətinə, Ağcabədi rayon Dövlət Arxivinə sorğular verilmiş, sorğu cavabdeh tərəfindən 09 dekabr 2022-ci il tarixli məktubla cavablandırılmış, məktuba X21 60 kv.m torpaq sahəsinin ayrılması barədə cavabdehin 17 iyun 2022-ci il tarixli, 37 saylı sərəncamının, X27 30 kv.m torpaq sahəsinin ayrılmasına dair cavabdehin 20 may 2022-ci il tarixli, 24 saylı sərəncamının surəti, X22 30.kv.m torpaq sahəsinin ayrılmasına dair cavabdehin 25 may 2002-ci il tarixli sərəncamının surəti əlavə edilmişdir. Hər üç sərəncam qanunsuz və əsassız olmaqla mülkiyyət hüquqlarımı pozduğundan ləğv edilməlidir. Belə ki, həmin sərəncamlar verilərkən qanunun tələbləri kobud şəkildə pozulmuşdur. Əvvəla iddia yuxarıda göstərdiyi kimi hər üç sərəncamda göstərilən torpaq sahələri üzərində xx.xx.2016-cı il tarixdə hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrində **********-cü nömrə ilə qeydiyyat vardır. İkincisi, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanunun 32-ci maddəsinin 2-ci bəndi müəyyən edir ki, bələdiyyə öz əmlakına dair mülkiyyətçi hüququna malikdir, yəni sərbəst olaraq əmlakına sahiblik edir, ondan istifadə edir və ona sərəncam verir. Yəni, Qanun bələdiyyənin öz mülkiyyətində olmayan əmlak üzərində sərəncam hüququnu tanımır. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Ağcabədi bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materiallarında olan Ağcabədi rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 145 nömrəli qərarının təsdiq edilmiş surətindən görünür ki, şəhərdə “Çay evi”nin tikintisinə şəhərin H.Aslanov küçəsində, “Uşaq aləmi” mağazasının yanındakı boş sahədən 0.12 hektar torpaq sahəsi ayrılması qərara alınmışdır. İş materialında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, X20 Ağcabədi şəhəri, Heydər Əliyev prospektində 179.3 kv.m qeyri-yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 36 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Ağcabədi bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 32 nömrəli sərəncamının surətindən görünür ki, X12 Ağcabədi şəhəri, Ü.Hacıbəyov prospekti ilə H.Aslanov küçəsinin kəsişdiyi yerdə köhnə tikilinin ticarət mağazasının genişləndirmək üçün arxa tətəfdən 4.5x9=40,5 kv.m qarşı tərəfdən 4.5x9=40,5kv.m, cəmi 81 (səksən bir) kv.m torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Ağcabədi bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 45 nömrəli sərəncamının surətindən görünür ki, X27 şəxsi mağazasının arxa hissəsində boş sahədən 3x5=15 (on beş) kv.m ölçüdə anbar tikintisinə torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Ağcabədi bələdiyyəsinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli, 668 nömrəli məktubundan görünür ki, Ağcabədi bələdiyyəsi sədrinin 17 iyun 2002-ci il tarixli 37 saylı sərəncamı ilə H.Aslanov küçəsində Ağcabədi şəhər sakini X21 mağaza tikintisi üçün 60m2 torpaq sahəsi, Ağcabədi bələdiyyəsi sədrinin 20 may 2002-ci il tarixli 24 saylı sərəncamı ilə Ağcabədi şəhər sakini X27 H.Aslanov küçəsində mağaza tikintisi üçün 30m2 torpaq sahəsi və Ağcabədi bələdiyyəsi sədrinin 20 may 2002-ci il tarixli 25 saylı sərəncamı ilə Ağcabədi şəhər sakini X22 H.Aslanov küçəsində mağaza tikintisi üçün 30m2 torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Azərittifaqın idarə heyətinin xx.xx.2011-ci il tarixli, 63 nömrəli qərarından çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Ağcabədi rayon İstehsal-istehlak kooperativi müvəkkillər yığıncağının xx.xx.2011-ci il tarixli qərarı ilə razılaşıldırılması və Ağcabədi rayon istehsal-istehlak kooperativinə Ağcabədi şəhəri H.Aslanov küçəsində yerləşən ümumi sahəsi 100 kv. metr olan tikintisi yarımçıq qalmış qeyri yaşayış sahəsinin payçı İddiaçı 500 (beş yüz) manata satılmasına razılıq verilməsi qərara alınmışdır. İş materiallarında olan Ağcabədi rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 21 nömrəli məktubunda qeyd edilmişdir ki, X21 xx.xx.2002-ci tarixli 37 saylı sərəncam, X27 xx.xx.2002-ci il tarixli 24 saylı və X22 verilmiş xx.xx.2002-ci il tarixli 25 saylı sərəncamın verilməsi barədə heç bir məlumat verə bilmirlər. İş materiallarında olan Ağcabədi bələdiyyəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 525 nömrəli məktubunda qeyd edilmişdir ki, Ağcabədi şəhər sakini X27 Ağcabədi bələdiyyəsi sədrinin 20 may 2002-ci il tarixli 24 saylı sərəncamı əsasında şəhərin H.Aslanov küçəsində mağaza tikintisi üçün 5 x 6 = 30 m2 ölçüdə torpaq sahəsi ayrılmas, və Ağcabədi bələdiyyəsinin torpaq seçmə komissiyasının 17 may 2002-ci il tarixli aktı əsasında torpaq sahəsi ayrılmışdır. Bu barədə torpaq sahəsinin sxematik planı da tərtib edilmişdir. Həmin dövrdə bu sərəncama əsasən ticarət mağazasının tikintisi həyata keçirilmiş, həmin vaxtdan hal-halzıra kimi ticarət mağazası kimi fəaliyyət göstərir. Bildiriş məktubunda göstərilən Ağcabədi şəhər sakini X7 Ağcabədi bələdiyyəsi tərəfindən sahibkarlıq məqsədi ilə torpaq sahəsi ayrılmamışdır. Bununla əlaqədar bildiririk ki, X10 Xəyal Xanlar oğluna məxsus Ağcabədi şəhəri H.Əliyev prospektində dövlət mülkiyyətinə məxsus olan 179,3 m2 ölçüdə ticarət obyekti mövcuddur, köhnə illərdən fəaliyyət göstərir. Bu barədə ona ƏMDK-i yanında DƏDRX-i tərəfindən Seriya RX N ******* saylı çıxarış və texniki pasportu verilmişdir. Ağcabədi şəhər sakini İddiaçı Ağcabədi rayon İstehlak - İstehlak Kooperativi müvəkkillərinin 10 may 2011-ci il tarixli qərarı əsasında Ağcabədi şəhəri H.Aslanov küçəsində yerləşən 1993-cü ildə tikintisi yarımçıq qalmış ümumi sahəsi 100 m2 olan qeyri yaşayış sahəsi satılmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizaları təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2025-ci il tarixli, 3-16-16/2- 10/4362/2025 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyindən aşağıdakılar bildirilir: Qərardadın birinci sualı üzrə: Ağcabədi rayon Xalq Depu'-atları Sovetinin İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 145 saylı qərarına əsasən "Çay evi"-nin tikintisi üçün ayrılmış Ağcabədi rayonu H. Aslanov küçəsində yerləşən 0,12 ha torpaq sahəsinin naturada döngə nöqtələrinin koordinatları mülki işin içərisində olan "Çay evi"-nin tikintisi üçün ayrılmış torpaq sahəsinə aid Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərasi İdarəsi tərəfindən tərtib olunan və Əmlak Məsələləri Dövlət Komitəsinin 14 saylı Ərazi şöbəsi tərəfindən qeydə alınan plana əsasən, müəyyən edilmişdir. Torpaq sahəsinin koordinatları aidiyyəti qanunvericilik aktlarında, o cümlədən elektron kadastr xəritəsində qeydə alınmamışdır Qərardadın ikinci sualı üzrə: 23 noyabr 2016-cı il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən, İddiaçı satılmış və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********54-06301 nömrəli, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2016-cı il olan arayış əsasında qeydə alınmış "Çay evi"-nin yerləşdiyi 0.01 ha (100 kv.m) torpaq sahəsinin naturada döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Eyni zamanda qərardadda qeyd olunan 0,01495 ha torpaq torpaq sahəsinin İddiaçı istifadəsində olan qeyri yaşayış binasının yerləşdiyi 0,00495 ha (49.5 kv.m) hissəsinin də döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Qeyd olunan 0.01 ha və 0.00495 ha torpaq sahələrinin koordinatları aidiyyəti qanunvericilik aktlarında, o cümlədən elektron kadastr xəritəsində qeydə alınmamışdır. Qərardadın üçüncü sualı üzrə: 23 noyabr 2016-cı il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən, İddiaçı satılmış 0.01 ha (100 kv.m) torpaq sahəsinin koordinatları daxilində "Çay" evinin tikintisi üçün basdırılmış 16 ədəd dəmir borular və 0,00495 ha (49.5-kv.m) torpaq sahəsinin ərazisində isə mişar daşı vasitəsi ilə inşa olunmuş qeyri yaşayış binası mövcuddur. “Çay” evinin tikintisi üçün basdırılmış 16 ədəd dəmir boruların və qeyri yaşayış binasının yerləşdiyi ərazilər 0.01495 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. Qeyd olunan 0.01495 ha torpaq sahəsinin ərazisində yerləşən “Çay” evinin tikintisi üçün basdırılmış 16 ədəd dəmir boruların yerləşdiyi ərazi və qeyri yaşayış binası faktiki olaraq İddiaçı istifadəsindədir. Qərardadın dördüncü sualı üzrə: X13 istifadəsində olan dəmir təbəqədən ibarət köşkün sökülərək mişar daşı vasitəsi ilə inşa olunması barədə Ağcabədi rayon İHB-nın 11 iyun 2001-ci il tarixli, 127 nömrəli sərəncamında qeyd edilən Ağcabədi rayon X24 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 145 saylı qərarına əsasən “Çay Evi”-nin tikintisi üçün ayrılmış Ağcabədi rayonu H.Aslanov küçəsində yerləşən 0,12 ha torpaq sahəsinin ərazisində yerləşən 16 kv.m olan qeyri yaşayış binasının naturada döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Torpaq sahəsinin koordinatları aidiyyəti qanunvericilik aktlarında, o cümlədən elektron kadastr xəritəsində qeydə alınmamışdır. Qərardadın beşinci sualı üzrə: X13 istifadəsində olan Ağcabədi rayon X24 icraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 145 saylı qərarına əsasən "Çay Evi"- nin tikintisi üçün ayrılmış Ağcabədi rayonu H.Aslanov küçəsində yerləşən 0,12 ha torpaq sahəsinin ərazisində yerləşən 16 kv.m torpaq sahəsinin koordinatları daxilində dəmir təbəqədən ibarət köşk mövcuddur və köçkün sağ və arxa tərəfi mişar daşı vasitəsi ilə hörülmüşdür. Həmin tikili iddiaçının istifadəsində olan torpaq sahəsinin hüdudları daxilində yerləşir. Torpaq sahesi ve torpaq sahəsinin ərazisində yerləşən dəmir təbəqədən ibarət köşk faktiki olaraq X25 tərəfindən istifadə olunur. Qərardadın altıncı sualı üzrə: İcarə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********44-06301-083002 nömrəli çıxarışı əsasında X20 ayrılmış 194.88 kv.m torpaq sahəsinin və torpaq sahəsinin ərazisində yerləşən 179.3 kv.m qeyri-yaşayış binasının naturada döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Torpaq sahəsinin koordinatları aidiyyəti qanunvericilik aktlarında, o cümlədən elektron kadastr xəritəsində qeydə alınmışdır. Qərardadın yeddinci sualı üzrə: X17 xüsusi mülkiyyətində olan 179.3 kv.m qeyri-yaşayış binası icarə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********44-00301- 083002 nömrəli çıxarışı əsasında ona ayrılmış 194.88 kv.m torpaq sahəsinin hüdudları daxilində yerləşir. Torpaq sahəsi ve torpaq sahəsinin ərazisində yerləşən qeyri yaşayış binası faktiki olaraq X28 tərəfindən istifadə olunur Qərardadın səkkizinci sualı üzrə: Ağcabədi rayon İHB-nin 19 aprel 2000-ci il tarixli, 122 nömrəli sərəncamı əsasında X14 ayrılmış 56 kv.m torpaq sahəsinin və torpaq sahəsinin ərazisində yerləşən qeyri yaşayış naturada binasının döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Torpaq sahəsinin koordinatları aidiyyəti qanunvericilik aktlarında, xəritəsində, o cümlədən elektron kadastr xəritəsində qeydə alınmamışdır. Qərardadın doqquzuncu sualı üzrə: Ağcabədi rayon İHB-nın 19 aprel 2000-ci il tarixli, 122 nömrəli sərəncamı əsasında X14 ayrılmış 56 kv.m torpaq sahəsi alqı-satqı yolu ilə X1. Həmin torpaq sahəsinin koordinatları daxilində tikili mövcuddur və həmin tikili X15 istifadəsində olan torpaq sahəsirin hüdudları daxilində yerləşir. Torpaq sahəsi və torpaq sahəsinin ərazisində yerləşən qeyri yaşayış binası X23 tərəfindən alqı-satqı yolu ilə X3 və faktiki olaraq X26 tərəfindən istifadə olunur. Qərardadın onuncu sualı üzrə: Ağcabədi rayon İHB-nın 29 yanvar 2003-cü il tarixli, 23 nömrəli sərəncamı əsasında X6 ayrılmış 60 kv.m torpaq sahəsinin və torpaq sahəsinin ərazisində yerləşən qeyri yaşayış binasının naturada döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Torpaq sahəsinin koordinatları aidiyyəti qanunvericilik aktlarında, o cümlədən elektron kadastr xəritəsində qeydə alınmışdır. Qərardadın on birinci sualı üzrə: Ağcabədi rayon İHB-nın 29 yanvar 2003-cü il tarixli, 23 nömrəli sərəncamı əsasında X6 ayrılmış 60 kv.m torpaq sahəsinin koordinatları daxilində tikili mövcuddur və həmin tikili iddiaçının istifadəsində olan torpaq sahəsinin hüdudları daxilində yerləşir. Torpaq sahəsi və torpaq sahəsinin ərazisində yerləşən qeyri yaşayış binası faktiki olaraq mərhum X5 ailə üzvləri tərəfindən istifadə olunur. Qərardadın on ikinci sualı üzrə: İcarə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən **********79-06301 nömrəli çıxarışı əsasında X22 ayrılmış 0,003 ha torpaq sahəsinin və torpaq sahəsinin ərazisində yerləşən 25,7 kv.m qeyri yaşayış binasının naturada döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Torpaq sahəsininkoordinatları aidiyyəti qanunvericilik aktlarında, o cümlədən elektron kadastr xəritəsində düzgün olaraq qeyd edilmişdir. Torpaq sahəsi və torpaq sahəsinin ərazisində yerləşən qeyri yaşayış binası faktiki olaraq mərhum X19 ülə üzvləri tərəfindən istifadə olunur. Qərardadın on üçüncü sualı üzrə: İcarə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən **********37-06301 nömrəli, qeydiyyat nöm nömrəsi ********** ******* və qeydiyyat tarixi xx.xx.2012-ci il olan çıxarış əsasında X8 ayrılmış 0,0051 ha torpaq sahəsinin və torpaq sahəsinin üzərində yerləşən 43,2 kv.m qeyri yaşayış binasının naturada döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Torpaq sahəsinin koordinatları aidiyyəti qanunvericilik aktlarında, o cümlədən elektron kadastr xəritəsində qeydə alınmışdır. Torpaq sahəsi və torpaq sahəsinin ərazisində yerləşən qeyri yaşayış binası faktiki olaraq X31 oğlu tərəfindən istifadə olunur. Qərardadın on dördüncü sualı üzrə: 23 noyabr 2016-cı il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən, İddiaçı satılmış 0.01 ha (100 kv.m) və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********54-06301 nömrəli, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2016-cı il olan arayış əsasında qeydə alınmış "Çay evi"-nin yerləşdiyi torpaq sahəsinin və qərardadda qeyd olunan 0,0149^ ha torpaq torpaq sahəsinin İddiaçı istifadəsində olan qeyri yaşayış binasının yerləşdiyi 0,00495 ha (49.5 kv.m) hissəsinin giriş-çıxış yolunun hansı istiqamətdən olduğu müəyyən edilmişdir, (ölçü planında qeyd olunmuşdur.) Qərardadın on beşinci sualı üzrə: 23 noyabr 2016-cı il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən, İddiaçı satılmış 0.01 ha (100 kv.m) və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********54-06301 nömrəli, qeydiyyat nömrəsi ********** ve qeydiyyat tarixi xx.xx.2016-cı il olan arayış əsasında qeydə alınmış “Çay evi”-nin yerləşdiyi torpaq sahəsinə iddiaçının istifadəsinə gediş-gəliş üçün maneə yoxdur. Çünki 0.01 ha (100 kv.m) yerləşdiyi torpaq sahəsinə “Qızıl Saray” şadlıq sarayı tərəfdən gediş-gəliş yolu mövcuddur və iddiaçı tərəfindən istifadə olunur. Eyni zamanda qərardadda qeyd olunan 0,01495 ha torpaq torpaq sahəsinin İddiaçı istifadəsində olan qeyri yaşayış binasının yerləşdiyi 0,00495 ha (49.5 kv.m) hissəsinin ərazisinə də iddiaçının istifadəsinə gediş-gəliş üçün maneə yoxdur. Qeyd olunan torpaq sahəsinə H.Aslanov küçəsindən dediş-gəliş yolu mövcuddur və iddiaçı tərəfindən istifadə olunur. Qərardadın on altıncı sualı üzrə: 23 noyabr 2016-cı il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən, İddiaçı satılmış 0.01 ha (100 kv.m) və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********54-06301 nömrəli, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2016-cı il olan arayış əsasında qeydə alınmış “Çay evi”-nin yerləşdiyi torpaq sahəsindən və 0.01495 ha torpaq torpaq sahəsinin ərazisində İddiaçı istifadəsində olan qeyri yaşayış binasının yerləşdiyi 0,00495 ha (49.5 kv.m) hissəsindən iddiaçının gediş-gəliş üçün istifadə edilməsinə maneə olmadığına görə maneənin digər şəxslərə ayrılmış torpaq sahəsinin istifadəsi nəticəsində yaranmasını müəyyən etmək mümkün olmadı. İddiaçı tərəfindən gediş-gəliş yolu üçün iddia olunan ərazi isə istifadəsində olan 0,00495 ha (495 kv.m) qeyri yaşayış binası ilə 23 noyabr 2016-cı il tarixli, ******* nömrəli alqı- satqı müqaviləsinə əsasən, ona satılmış 0.01 ha (100 kv.m) torpaq sahəsi arasındakı X9 istifadəsində olan 17.20 kv.m qeyri yaşayış binasının və X13 istifadəsində olan dəmir təbəqədən ibarət köşkün yerləşdiyi 16.0 kv.m torpaq sahəsidir. X9 istifadəsində olan 17.20 kv.m qeyri yaşayış binasının və X16 ayrılmış dəmir təbəqədən ibarət 16.0 kv.m olan köşkün yerləşdiyi torpaq sahəsinin əraziləri Ağcabədi rayon X24 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 145 saylı qərarına əsasən, Ağcabədi şəhəri H.Aslanov küçəsində yerləşən “Çay evi”-nin tikintisi üçün ayrılmış 0,12 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. Əsaslandırma hissəsi: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. İPM-in 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. İPM-in 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İPM-in 30.1-ci maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Qeyd edilən normaların tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. İddiaçı Çay evinə ayrılmış torpaq sahəsindən X7 Ağcabədi Bələdiyyəsi sədrinin xx.xx.2004-cü il tarixli, 32 saylı qərarı ilə 81 kv.m. X27 Ağcabədi Bələdiyyəsi sədrinin xx.xx.2004-cü il tarixli, 45 saylı sərəncamının ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmənin qənaətinə görə mübahisəli torpaq sahəsi üzərində üçüncü şəxsin hüquqları müvafiq hüquqmüəyyənedici sənədlər vasitəsilə qeydə alınmışdır ki, qeyd edilən sənədlərin iddiaçı tərəfindən mübahisələndireilməsində subyektiv hüququ olmamışdır. Belə ki, iş materiallarına əlavə edilən sənədlərlə müəyyən edilir ki, Ağcabədi şəhəri Aslanov küçəsində çayxana tikilməsi üçün Ağcabədi rayon Kooperativ Cəmiyyətinə Ağcabədi rayon XDS İcraiyyə Komitəsi tərəfindən 0.12 ha torpaq sahəsi ayrılmışdır. Həmin sahədə 100 m2 ölçüdə tikilmiş yarımçıq çayxana 500 manata İddiaçı satılmışdır. Göründüyü kimi iddiaçıya yalnız 100 kv.m torpaq sahəsi və üzərində yerləşən tikilinin satıldığı müəyyən edilir. İş üzrə tam araşdırmanın həyata keçirilməsi məqsədilə Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizaları təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2025-ci il tarixli, 3-16-16/2-10/4362/2025 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Rəyə əsasən koordinatlar sənəd üzrə və natura qaydasında müəyyən edilmiş və yekun olaraq idiaçıya ayrılan torpaq sahəsi ilə digər üçüncü şəxslərə ayrılan torpaq sahələrinin üst-üstə düşmədiyi və gediuş-gəliş yoluna maneələrin olmadığı müəyyən edilir. Digər bir tərəfdən isə üçüncü şəxslərə ayrılan və istifadələrində olan torpaq sahələrinin bir hissəsinin Ağcabədi şəhəri Aslanov küçəsində çayxana tikilməsi üçün Ağcabədi rayon Kooperativ Cəmiyyətinə Ağcabədi rayon XDS İcraiyyə Komitəsi tərəfindən 0.12 ha torpaq sahəsi ayrılan torpaq sahəsi üzrəində yerləşdiyi müəyyən edilir ki, həmin hissədə hüquqmüəyyənedici sənədlərin mübahisələndirilməsi torpaq sahəsi ayrılan Ağcabədi rayon Kooperativ Cəmiyyəti və ya dövlət torpağı kimi Əmlak Məsələləri üzrə Dövlət Xidməti tərəfindən mübahisələndirilə bilər. Məhkəmə hesab edir ki, həmin hissədə hüquqmüəyyənedici sənədlərin mübahisələndirilməsində İddiaçı subyektiv hüququ olmamışdır. İddiaçı ona qeyri yaşayış sahəsi ayrılan zaman 100 kv.m deyil, 0,12 ha torpaq sahəsinin ayrıldığını bildirsə də, iş materiallarına əlavə edilən və məhkəmə araşdırma nəticəsində əldə etdiyi sənədlərə əsasən qeyd edilən hal sübuta yetirilmir. Həmin hissədə iddiaçının anlaşılmazlığı aradan qaldırılması və ya hüquqi marağı üzrə torpaq sahəsi barədə Ağcabədi rayon Kooperativ Cəmiyyətinə müraciət etmək hüququ tərəfin nəzərinə çatıdırılmışdır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarının 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. Həmin Qərarın 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Həmin Qərarın 8.5-ci bəndinə əsasən iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmə hesab edir ki, halhazırki iddiada mümkünlük şərtlərinə əməl edilməməsi əsasından çıxış edərək iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Ağcabədi bələdiyyəsinə qarşı “Çay evinə ayrılmış torpaq sahəsindən X7 Ağcabədi Bələdiyyəsi sədrinin xx.xx.2004-cü il tarixli, 32 saylı qərarı ilə 81 kv.m. X27 Ağcabədi Bələdiyyəsi sədrinin xx.xx.2004-cü il tarixli, 45 saylı sərəncamının ləğv edilməsi” tələbinə dair iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və İPM-in 23, 35, 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Ağcabədi bələdiyyəsinə qarşı “Çay evinə ayrılmış torpaq sahəsindən X7 Ağcabədi Bələdiyyəsi sədrinin xx.xx.2004-cü il tarixli, 32 saylı qərarı ilə 81 kv.m. X27 Ağcabədi Bələdiyyəsi sədrinin xx.xx.2004-cü il tarixli, 45 saylı sərəncamının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-700/2025
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-700/2025
05.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver