Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-703/2020 09.07.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında hazırlıq icraatı üzrə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12.12.1992-ci ildən 30.03.1993-cü ilədək Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissədə Qarabağ uğrunda döyüşlərdə iştirak etdiyi üçün müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi öhdəliyinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yaşayır. O, 12.12.1992-ci ildən 30.03.1993-cü ilədək Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissədə Qarabağ uğrunda döyüşlərdə iştirak etmişdir. Bu barədə şahidləri də var və onun hərbi biletində də bu barədə qeyd aparılmış və möhürlənmişdir. Amma Azərbaycan Respublikası müharibə veteranı statusunu təsdiq edən arayışı və vəsiqəni almamışdır. Bəzi orqanlardan vəsiqələri də var. 12.12.1992-ci ildən 30.03.1993-cü ilədək Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissədə Qarabağ uğrunda döyüşlərdə iştirak etdiyi üçün müharibə veteranı statusunun və vəsiqəsinin verilməsinə köməklik göstərməyi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsindən və Azərbaycan Respublikası Müdafiə Nazirliyindən xahiş etmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsi bu barədə Müdafiə Nazirliyi nəzdində fəaliyyət göstərən “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi üzrə komissiya”ya müraciət etməsi tövsiyə edilmiş və təkrar müraciətindən sonra ARMN Şəxsi Heyət Baş İdarəsindən verilmiş 15.01.2020-ci il tarixli cavab məktubunda müsbət qərar verilmədiyindən sənədlər geri qaytarılmışdır. 17 mart 2020-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iddiaçının nümayəndəsi və vəkili məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçı olduğu kimi saxlanılmaqla, cavabdeh kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin qəbul edilməsini, iddia tələbinə isə müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 17 mart 2020-ci i tarixli 2-1(120)-703/2020 saylı qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 10.06.2020-ci il tarixli 11/2890 saylı məktubunda qeyd edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən müvafiq komissiya tərəfindən 22.05.2020-ci il tarixdə 689 nömrəli protokolla «Müharibə veteranı» adı və vəsiqəsinin verilməsi qərara alınmışdır. İddiaçı 23.06.2020-ci il tarixdə məhkəməyə daxil olmuş 19.06.2020-ci il tarixli ərizəsində isə sənədi düzəldiyi üçün iddia ərizəsini baxılmamış saxlayaraq geri qaytarılmasını xahiş etmişdir. İddiaçıya və cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi inzibati məhkəmə icraatında dispozitivlik prinsiplərini tanımışdır. Həmin Məcəllənin 15.2-ci maddəsində qanunverici inzibati məhkəmə icraatında tərəflərə mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdırmaq imkanı yaratmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə əsasən, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, iddia tələbi təmin olunduğundan, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi üzrə işin icraatına xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi üzrə işin icraatına xitam verilsin. Qərardaddan, onun elan olunduğu gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Zaur Allahyarov
Məhkəmə qərarları › İş №2-1(120)-703/2020
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-703/2020
09.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver