Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-703/2021 13.04.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Şirvan İnzibati Məhkəməsi, hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı (Masallı rayonu, Qəriblər kəndində yaşayış yeri üzrə qeydiyyatda olan), cavabdeh X7 Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi idarəsinin nümayəndəsi X1 (Cəlilabad şəhəri, Tomris küşəsi, ev 27-də yaşayış yeri üzrə qeydiyyatda olan), cavabdeh X3 (Masallı rayonu, Qəriblər kəndində yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası X7 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Cəlilabad Ərazi Şöbəsinə və X4 qarşı cavabdeh X3 adına verilmiş 0,78 ha torpaq sahəsi ilə bağlı verilmiş çıxarışın etibarsız hesab olunması və iddiaçının sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası X7 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Cəlilabad Ərazi Şöbəsinə və X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 adına verilmiş 0,78 ha torpaq sahəsi ilə bağlı verilmiş çıxarışın etibarsız hesab olunması və iddiaçının sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda o, hazırki tələblə bağlı cavabdeh inzibati orqana müraciət etmədiyini bildirdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası X7 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı ərazi idarəsinin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək bildirdi ki, hazırki iddiaya cavab verməli olan inzibati orqan- Azərbaycan Respublikası X7 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı ərazi idarəsidir. Bundan başqa, iddiaçı ilkin olaraq hazırki tələblə ilkin olaraq Ərazi İdarəsinə müraciət etməlidir, lakin bunu etməmişdir. Müraciət etdiyi təqdirdə müvafiq araşdırmanın aparılması mümkün olardı. Ona görə də iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh X5 iddianı qəbul etmədiyini və iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə qeyd edir ki, İddiaçı hazırki tələblə ilkin olaraq cavabdeh inzibati orqana müraciət etməmişdir. Belə ki, iddiaçı ilkin olaraq hazırki tələblə cavabdehə müraciət etməli, cavabdehin onun tələbinə münasibətini müəyyən etməli idi. Lakin cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilməsi və ya hərəkətsizlik göstərilməsi ilə bağlı sənədlər (imtina məktubu və ya müraciət ərizəsinin inzibati orqana göndərilməsini təsdiq edən poçt qəbzi) iddia ərizəsinə əlavə etməmişdir. Eyni zamanda məhkəmə iddiaçının iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçı X3 adına verilmiş 0,78 ha torpaq sahəsi ilə bağlı verilmiş çıxarışın etibarsız hesab olunması və iddiaçının sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınmasını xahiş edir. Cavabdeh qismində isə Azərbaycan Respublikası X7 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Cəlilabad Ərazi Şöbəsini qeyd etmişdir. Ancaq hazırkı iddiaya cavab verməli olan inzibati orqan Azərbaycan Respublikası X7 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı ərazi idarəsidir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, iddia ərizənizdə cavahdeh kimi fiziki şəxs X5 qeyd edilmişdir. Fiziki şəxs olan cavabdehə (X4) qarşı iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Belə ki, inzibati məhkəmə icraatında baxılan işlərdə bir qayda olaraq cavabdeh qismində inzibati orqan çıxış edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikası X7 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Cəlilabad Ərazi Şöbəsinə və X4 qarşı cavabdeh X3 adına verilmiş 0,78 ha torpaq sahəsi ilə bağlı verilmiş çıxarışın etibarsız hesab olunması və iddiaçının sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması tələbinə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(120)-703/2021
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-703/2021
13.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver