Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-703/2023 23.06.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, İddiaçı, cavabdehin nümayəndəsi X9 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı ”Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən yaş və staj tələbləri əsas götürülməklə, 01 yanvar 2006-cı il tarixinə kimi topladığım ümumi və güzəştli iş stajı əsasında, 14 fevral 2019-cu il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinin və müraciət tarixindən 36 ay əvvəl 16 iyun 2019-cu il tarixindən hal-hazıra kimi ödənilməmiş pensiya məbləğinin ödənilməsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı xx.xx.1962-ci il tarixdə doğulmuş, Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Lakin cavabdeh xx.xx.2022-ci il tarixli, **********4 nömrəli məktubla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı arasında Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən yaş və staj tələbləri əsas götürülməklə, 01 yanvar 2006-cı il tarixinə kimi topladığım ümumi və güzəştli iş stajı əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinin və müraciət tarixindən əvvəlki son 36 ay üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi məsələsində mübahisə yaranmışdır. 01 yanvar 2006-cı il tarixinə kimi 25 ildən çox ümumi, 12 il 6 aydan çox güzəştli pensiya hüququ verən iş stajım olduğu üçün „Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 01 yanvar 2006 -cı il tarixinə kimi topladığım ümumi və güzəştli iş stajı əsasında və həmin tarixə kimi qüvvədə olmuş „Vətəndaşların pensiya təminatı haqqında” Qanunun güzəştli pensiya təyinatı üçün yaşa və staja görə tələbləri nəzərə alınmaqla 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsinin və müraciət tarixindən əvvəlki son 36 ay üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi xahişi ilə cavabdehə müraciət etmişəm. Lakin cavabdeh 07 iyul 2022-ci il tarixli, **********4 nömrəli məktubla mən iddiaçının xahişimi yerinə yetirməkdən imtina etmiş və bunu onunla əsaslandırmışdır ki, "xxxx" Xüsusiləşdirilmiş İstehsalat Müəssisəsi elektrik stansiyaları, enerjiqatarları, buxar və güc təsərrüfatı sahəsinə aid deyil. Bu səbəbdən də güzəştli iş stajını -1 yanvar 2006-cı il tarixinədək 12 il 6 aydan az- 2 il 11 ay 29 gün təşkil edir. Eynui zamanda ümumi iş stajını 25 ildən az-23 il 1 ay 27 gün təşkil edir. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı mümkün hesab edilmir. Cavabdeh tərəfindən rədd edildiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Natamam orta təhsilini başa vurduqdan sonra 25 sentyabr 1978-ci ildə X5 Zavodunda transportyorçu vəzifəsinə işə qəbul edilmiş, 12 iyun 1979-cu il tarixində işdən çıxmış, 10 avqust 1979-cu ildə X4 X6 fəhlə vəzifəsinə qəbul edilmiş və 10 oktyabr 1980-ci ildə işdən çıxmışdır. 10 noyabr 1980-29 noyabr 1982-ci il tarixlərində həqiqi hərbi xidmətdə olmuşa, 03 mart 1983-cü ildə X1 Müəssisəsinə istilik elektrik stansiyalarında turbogeneratorların təmiri üzrə elektrik çilingəri vəzifəsinə işə qəbul edilmiş və 01 fevral 1995-ci il tarixinə kimi həmin vəzifədə çalışmışdır. 01 fevral-02 mart 1998-ci il tarixində ERA Azərbaycan-X7 usta vəzifəsində çalışmış, 02 mart 1998-15 may 2002-ci illərdə Azeneıjitəmirsazlama müəssisəsində Əli-Bayramlı sahəsində generator və elektrik mühərrikləri təmiri sexində usta işləmişdir. 16 may 2002-19 noyabr 2007-ci il tarixində Azərenerjixüsusitəmirsazlama MMC-də Generator və Elektrik mühərriklərinin təmiri Sexinin Əli-Bayramlı Sahəsində elektrik çilingəri vəzifəsində işləmişdir. Əmək fəaliyyəti dövrünün 01 yanvar 2006-cı ilə qədər olan hissəsində 25 ildən çox ümumi və 12 il 6 aydan çox güzəştli iş stajı vardır. Güzəştli iş stajı elektrik çilingəri peşəsində topladığı iş stajıdır. Hazırda qüvvədə olan və Azərbaycan Respublikasında pensiya hüququnu tənzimləyən əsas qanun olan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi bu qanunun qüvvəyə mindiyi tarixədək-01 yanvar 2006-cı ilə qədər- ən azı 25 il ümumi, bu stajın ən azı 11 il 6 aylıq hissəsini ağır və ya zərərli işlərdə çalışmış ölkə vətəndaşlarının pensiya hüququnu təmin etmək üçün əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun tətbiq edilməsini nəzərdə tutur. Bu sosial ədalət prinsiplərinə uyğundur və qanunvericilik aktlarında dəyişiklik edilməsi, bu dəyişikliklərin qüvvəyə mindiyi tarixə qədər vətəndaşların hüququnun yarandığı, lakin istənilən səbəbdən bu hüquqlarından istifadə etmədikləri halda qazandıqları hüquqlara mütənasib olan sosial təminat səviyyəsini əldə etməyi nəzərdə tutur. 01 yanvar 2006-cı ilə qədər mən ümumilikdə 25 ildən çox ümumi və 12 il 6 aydan çox güzəştli pensiya hüququ verən iş stajı toplamışam ki, bu da mənə 01 yanvar 2006 -cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun tələblərinə əsasən nəzərdə tutulan yas və staj tələbləri əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün hüquqi əsas verir. İşlədiyi elektrik çilingəri vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüquq verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda Xİİİ. Elektrik stansiyaları, enerjiqatarlarıy buxar güc təsərrüfatı bölməsində 2140000a—18455 kodu ilə qeyd edilmiş qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri peşəsinə uyğundur. Cavabdehin mübahisələndirdiyi iki hal, elektrik çilingəri peşəsində işlədiyi istehsalat sahəsinin elektrik stansiyasına aid olmaması və ümumi iş stajımın 25 ildən az olması iddiasıdır ki, bu da aşağıdakı hallara görə əsassız iddialardır. Belə ki, əmək kitabçasının 6-cı səhifəsində 5 nömrəli qeyddə Qafqazenerjitəmir İxtisaslaşdırılmış İstehsalat müəssisəsində işə qəbul edilməyi barədə qeyddə deyilir; xx.xx.1983- Elektrik Sexinə istilik elektrik stansiyalarında turboseneratorların isti iş şəraitində təmiri üzrə 2-ci dərəcəli elektrik çilingəri qəbul edilmişdir. Sonrakı qeydlərdə eyni vəzifədə növbəti ixtisas dərəcəsi verilməsi və Qafqazenerjitəmir İxtisaslaşdırılmış İstehsalat Birliyinin 01 iyun 1994-cü ildən Elektro-ERA Azərbaycan-X8 adlanması və onun işçi tərkibində təsdiq edilməyim barədə qeyd vardır. Bu qayda ilə xx.xx.1983-xx.xx.1995-ci il tarixləri arasında əmək kitabçasının 6-cı səhifəsində 5 nömrəli qeyddə göstərilmiş iş şəraitində və elektrik çilingəri vəzifəsində istilik elektrik stansiyalarında işləməyi əlavə sübuta ehtiyac qalmadan təsdiqini tapmışdır. Bu dövr arasında topladığı iş stajı 12 il 29 gün təşkil edir. xx.xx.1995-xx.xx.2003-cü il tarixində yenə də Elektro-ERA Azərbaycan-X8 və AzərenerjiXüsusitəmirsazlama MMC-də Generator və Elektrik Mühərriklərinin təmiri Sexinin Əli-Bayramlı sahəsində usta vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüquq verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda Xİİİ. Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı bölməsində 2140000b—23362 kodu ilə göstərilmiş avadanlığın qoyulmuş yerlərdə təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, turbin (buxar-qaz turbini) yanacaq ötürmə, tozhazırlama bəndinə uyğundur. Usta vəzifəsində topladığı güzəştli iş stajı 7 il 11 ay 1 gün təşkil edir. Daha sonrakı tarixdə (əmək kitabçasındakı 18 nömrəli qeyddə bildirildiyi kimi) Azəreneıji Xüsusitəmirsazlama MMCdə Generator və Elektrik Mühərriklərinin təmiri Sexi Əli-Bayramlı DRES-nin tərkibinə verilmiş və həmin tarixdən orada Elektrik Sexində elektrik avadanlıqlarının təmiri üzrə 6-cı dərəcəli elektrik çilingəri vəzifəsində işləməyə başlamış və həmin tarixdən 01 yanvar 2006-cı il tarxinə kimi olan 2 il 11 ay 30 günlük dövr də güzəştli iş stajına daxildir. Cavabdehin imtinasının absurd olmasının bir sübutu da odur ki, xx.xx.2003-xx.xx.2006-cı il tarixlərində topladığı iş stajının güzəştli olmasını qəbul edir, lakin əmək kitabçasmdakı xronoloji ardıcıllıqla istər xx.xx.1983-xx.xx.1995ci il tarixləri arasında əmək kitabçasının 6-cı səhifəsində 5 nömrəli qeyddə göstərilmiş iş şəraitində və elektrik çilingəri vəzifəsində istilik elektrik stansiyalarında işləməyini, istərsə də xx.xx.1995-xx.xx.2003-cü il tarixlərində usta vəzifəsində topladığı iş stajını qəbul etmir, halbuki, xx.xx.1983-xx.xx.2006-cı illərdə eyni iş yerində-Əli-Bayramlı DRES-nda çalışmışdır. Sadəcə, əvvəlcə Qafqazeneıjitəmir İxtisaslaşdırlmış İstehsalat Müəssisəsi keçmiş SSRİ dövründə ümumittifaq miqyaslı müəssisə olub, sonradan müstəqilliyin ilk illərində Azərbaycan-Rusiya Elektro-Era birgə Müəssisəsi, daha sonra isə yenidən təşkil olunaraq Azenerjitəmirsazlama müəssisəsi, daha sonra Azərenerji Xüsusitəmirsazlama MMC olmuş, sonda isə onun Generator və Elektrik Mühərriklərinin təmiri Sexi Əli-Bayramlı DRES-nin tərkibinə verilmişdir. Başqa sözlə, işlədiyi istehsalat sahəsi Əli-Bayramlı İstilik elektrik Stansiyası olmuşdur. Fərq onda olmuşdur ki, sovet dövründə həmin istilik elektrik stansiyasının təmir işləri ümumittifaq əhəmiyyətli Qafqazeneıjitəmir İxtisaslaşdırılmış İstehsalat Müəssisəsi tərəfindən həyata keçirilmiş, sonradan isə müstəqilliyin ilk illərində həmin müəssisə Azərbaycan X16nə çevrilmiş, daha sonra isə yerli təşkilatlar çevrilmişdir. Cavabdeh isə xx.xx.2003-xx.xx.2006-cı il tarixlərində topladığı iş stajının güzəştli olmasını ona görə qəbul etmiş, əvvəlkiləri isə qəbul etməmişdir ki, o sadəcə müəssisənin adında (Əli- Bayramlı DRES) elektrik stansiyası sözünün olmasını əsas götürmüşdür. Cavabdeh elektrik cilingəri və usta işləyən şəxsin məhz elektrik stansiyasının öz işçisi olmasının güzəştli pensiya hüququ verməsi fikri ilə xahişini rədd etmişdir. Cavabdehin onun 01 yanvar 2006-cı il tarixinə kimi topladığı ümumi iş stajının 25 ildən az olması fikrinə gəldikdə isə 01 yanvar 2006-cı il tarixinə kimi topladığı ümumi iş stajım 26 il 11 ay 4 gün təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının iddiaya qarşı məhkəməyə etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddiaçı 16 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək, ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini və müraciət tarixindən əvvəlki son 3 il üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi xahiş etmişdir. Lakin iddiaçının ümumi iş stajı 25 ildən, güzəştli stajı isə 12 il 6 aydan az olduğu üçün müraciətin müsbət həllinin mümkün olmayacaqı yazılı şəkildə bildirilmişdir. Bundan sonra, İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində ona güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin olunması və müraciət etdiyi tarixdən əvvəlki üç il, yəni 16 iyun 2019-cu il tarixdən indiyə kimi ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə əsasən bu Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993- cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il 18 noyabr tarixli icmal məktubuna əsasən məcbuetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr nəll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-olmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzbati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apelyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, əni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan erən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirilər. Nəticə etibarilə nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqanın şəxsə ünvanladığı imtinada istinad olunan əsaslardan, eləcə də daha sonra məhkəmə icraatının gedişində tərəflərin verdiyi izahatlardan və etirazlardan, həmçinin apellyasiya şikayətinin dəlilərindən asılı olmayaraq, hər bir halda iddiaçının qanunla tələb olunan .mumi və xüsusi iş stajına malik olub-olmaması məhkəmə araşdırmasının predmetini təşkil edir. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X19 qərarlarını, X19 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin (24) fəhlələr yarımbəndində (a) qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri vəzifəsi nəzərdə tutulmuşdur. iş materiallarında olan 29 sentyabr 1978-ci il tarixli MT-İ ******* nömrəli əmək kitabçasında və "xxxx" ASC-nin iddiaçıya dair 1 aprel 2022-ci il tarixli 08 nömrəli arayışında onun xx.xx.1983-cü il tarixdən xx.xx.1998-ci il tarixədək dövr ərzində “Qafqazenerjitəmir” Xüsusiləşdirilmiş istehsalat müəssisəsində çilingər və elektrik çilingəri vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, İddiaçı işlədiyi “Qafqazenerjitəmir” Xüsusiləşdirilmiş İstehsalat müəssisəsi yuxarıda qeyd olunan elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı sahəsinə aid deyil. Bu səbəbdən də onun güzəştli iş stajı 1 yanvar 2006-cı il tarixinədək 12 il 6 aydan az (2 il 11 ay 29 gün (xx.xx.2003xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Eyni zamanda təqdim edilmiş sənədlərdə qeyd olunan məlumatlara əsasən iddiaçının 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı da 25 ildən az (23 il 1 ay 27 gün (xx.xx.1978-xx.xx.1979-cu il, xx.xx.1979-xx.xx.1980-cı il, xx.xx.1980xx.xx.1982-ci il, xx.xx.1983-xx.xx.1994-cü il, xx.xx.1998-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Qeyd olunanları nəzərə alaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət tarixindən əvvəlki son 3 il üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması’na dair iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X17 iddia tələbinə qarşı qeyd etdikləri etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə aşağıdakı sübutları qeyd etməyi zəruri hesab edir: İşdə olan seriya AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixdə anadan olmuş, Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində qeydiyyatdadır. İşdə olan H3 ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək hərbi xidmətdə olmuşdur. İşdə olan iddiaçıya məxsus xx.xx.1978-ci il tarixli, ИТ-l ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.2012-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. İşdə olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2019-cu il tarixli, 01-7P/313 nömrəli arxiv arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.1998-ci ildən (əmr № 24-ш, xx.xx.1998-ci il) xx.xx.2002-ci ilədək (əmr № 17-ş, xx.xx.2002-ci il) “Azərenerj itəmirsazlama müəssisəsinin” Generator və Elektrik Mühərriklərinin Təmiri sexinin Əli-Bayramlı sahəsində usta işləmiş və xx.xx.2007-ci ildən (əmr № 224/3-kş, xx.xx.2007-ci il) xx.xx.2008-ci ilədək (əmr № 123/3-kş, xx.xx.2008-ci il) "xxxx" MMC-nin Tikinti İstehsalat və Xidmət İdarəsinin Əli- Bayramlı Tikinti sahəsində elektrik işləmiş və xx.xx.2009-cu ildən (əmr № 19/8-kş, xx.xx.2009cu il) xx.xx.2011-ci ilədək (əmr № 30/8-kş, xx.xx.2011-ci il) "xxxx" ASC-nin Sənaye Tikinti İdarəsinin 3 saylı (Şirvan) Tikinti sahəsində elektrik montyoru işləmiş və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinə 2-ci hissəsinin “b” bəndindən (əmək müqavilə müddətinin qutarması) əsasən işdən azad edilmişdir. "xxxx"ASC-nin xx.xx.1999-cu il tarixli, 91№-li əmrinə əsasən “Azərenerjitəmirsazlama müəssisəsi” S.İ.Lətifov adına “Azərenerjitəmirsazlama müəssisəsi” adlandırılıb. "xxxx" ASC-nin xx.xx.2002-ci il tarixli, 13 №-li əmrinə əsasən S.İ.Lətifov adına “Azərenerjitəmirsazlama müəssisəsi” ləğv edilmiş və yeni hüquqi şəxs kimi "xxxx" MMC yaradılmışdır. "xxxx"ASC-nin xx.xx.2004-cü il tarixli, AÜ 032 №-li əmrinə əsasən "xxxx" MMC "xxxx" MMC adlandırılmışdır. "xxxx"ASC-nin xx.xx.2005-ci il tarixli, AÜ 040 №-li əmrinə əsasən isə "xxxx"MMC adlandırılıb. Dövlət Əmlaklarının idarə edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2008-ci il tarixli, 323 №-li sərəncamına əsasən "xxxx"ASC adlandırılıb. İşdə olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, 08 nömrəli işin xarakteri haqqında güzəştli arxiv arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.1983-cü ildə (Əmr №- 1-ok, xx.xx.1983-cü il) “Qafqazenerjitəmir” Xüsusiləşdirilmiş İstehsalat müəssisəsinin X2 Stansiyalarındakı Avadanlığın zərərli əmək şəraitində Turbin generatorlarının təmiri üzrə 2-ci dərəcəli çilingər peşəsinə qəbul edilib, xx.xx.1983-cü ildə (Əmr №-389-ok, xx.xx.1983-cü il) həmin müəssisədə 3-cü dərəcəli çilingər peşəsinə keçirilib, xx.xx.1987-ci ildə (Əmr №-123, xx.xx.1987-ci il) həmin müəssisədə 5-ci dərəcəli elektrk çilingəri peşəsinə keçirilib, xx.xx.1988-ci ildə ( Əmr №-l 12, xx.xx.1988-ci il) Həmin müəssisədə əmək haqqına yeni tariflərin tətbiqi ilə əlaqədar 4-cü dərəcəli elektrk çilingəri dərəcəsinə keçirilib, xx.xx.1991 -ci ildə ( Əmr №-81 -ok, xx.xx.1991 -ci il) Həmin sahədə 5-ci dərəcəli elektrik çilingəri peşəsinə keçirilib, xx.xx.1994-cü ildə "Qafqazenerjitəmir" İstehsalat Birliyi xx.xx.1994-cü il tarixli, 61 №-li Əmri ilə "xxxx" Birgə Müəssisəsi adlandırılmışdır və İddiaçı həmin müəssisədə 5-ci dərəcəli elektrik çilingəri peşəsinə qəbul edilmişdir, xx.xx.1995-ci ildə (Əmr №-3, xx.xx.1995-ci il) həmin müəssisədə usta vəzifəsinə keçirilib və xx.xx.1998-ci ildə Azərbaycan Respublikasının Əmək Qanunlar Məcəlləsinin 37-ci maddəsinə ( öz xahişi ilə ) əsasən işdən azad edilib. xx.xx.1983-xx.xx.1998ci il tarixlərində işlədiyi peşələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” fəsilinə əsasən Elektrik Stansiyaların qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri “a” fəhlələr bəndinə əsasən və “b” “rəhbər və mütəxəssislər” bəndinə əsasən ustaların işi xüsusi zərərli əmək şəraitində işlərə aid olduğuna görə güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı Qərarının 2 №-li əlavəsinin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin“2 №-li siyahısının, Xİİİ Fəslinin “Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatı”nın 2140000b —23362 saylı şifrəsinə əsasən avadanlığin qoyulmuş yerlərdə təmiri üzrə ustaların və 2140000a-18455 saylı şifrəsinə əsasən xidmət üzrə çilingərlər və bütün adlardan olan elektrik çilingərləri kodlarına uyğun güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. İşdə olan Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyəti “X12” MMC-nin xx.xx.2022-ci il tarixli, 20/206/1/28 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.2003cü il tarixdən (əmr № 02-n, xx.xx.2003-cü il) xx.xx.2007-ci il tarixinə (əmr № 80-y, xx.xx.2007-ci il) kimi “X15 Satansiyası” MMC-nin Elektrik sexində elektrik avadanlıqlarının təmiri üzrə 6-cı dərəcəli elektrik çilingəri işləmişdir. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı, xx.xx.2007-ci il tarixli Qərarının 24-cü, Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölümünün a) fəhlələr bəndinin 28ci xanasında qeyd edildiyi kimi elektrik çilingərlərinə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi məqsədəuyğundur. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********4 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dcviət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 16 iyun 2022- ci il tarixində daxii olmuş müraciətinizə və ona əlavə olunmuş sənədlərə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusiiə zərərii və ağır olan işiərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 i! azaldılmaqla əmək şəraitinə gerə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. ‘Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərüi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017- ci i! iyulun 1-dək yaşa gerə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1- ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı oian şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə əsasən bu Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X19 qərarlarını, X19 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin (24) fəhlələr yarımbəndində (a) qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyi 29 sentyabr 1978-ci il tarixli ИT-İ ******* nömrəli əmək kitabçanda və "xxxx" ASC-nin 1 aprel 2022-ci il tarixli, 08 nömrəli arayışında xx.xx.1983-xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər ərzində “Qafqazenerjitəmir” Xüsusiləşdirilmiş İstehsalat müəssisəsində çilingər və elektrik çilingəri vəzifələrində işlədiyiniz qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi “Qafqazenerjitəmir” Xüsusiləşdirilmiş İstehsalat müəssisəsi yuxarıda qeyd olunan elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı sahəsinə aid deyil. Bu səbəbdən də güzəştli iş stajı 1 yanvar 2006- cı il tarixinədək 12 il 6 aydan az (2 il 11 ay 29 gün (xx.xx.2003-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Eyni zamanda təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı da 25 ildən az (23 il 1 ay 27 gün (xx.xx.1978-xx.xx.1979-cu il, xx.xx.1979-xx.xx.1980-cı il, xx.xx.1980- xx.xx.1982-ci il, xx.xx.1983-xx.xx.1994-cü il, xx.xx.1998-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********09 nömrəli məktubundan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə əsasən həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X19 qərarlarını, X19 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısf’nm elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin (24) fəhlələr yarımbəndində (a) qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri vəzifəsi nəzərdə tutulmuşdur. Şamil Musa oğlu X13 təqdim etdiyi 29 sentyabr 1978-ci il tarixli, ИT-l ******* nömrəli əmək kitabçasında və "xxxx" ASC-nin ona dair 1 aprel 2022-ci il tarixli 08 nömrəli arayışında xx.xx.1983-xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər ərzində “Qafqazenerjitəmir” Xüsusiləşdirilmiş İstehsalat müəssisəsində çilingər və elektrik çilingəri vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, onun işlədiyi “Qafqazenerjitəmir” Xüsusiləşdirilmiş İstehsalat müəssisəsi yuxarıda qeyd olunan elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı sahəsinə aid deyil. Bu səbəbdən də adıçəkilən şəxsin güzəstli is stajı 1 yanvar 2006-cı il tarixinədək 12 il 6 aydan az (2 il 11 ay 29 gün (xx.xx.2003-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Eyni zamanda onun təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı da 25 ildən az (23 il 1 ay 27 gün (xx.xx.1978-xx.xx.1979-cu il, xx.xx.1979xx.xx.1980-cı il, xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1983-xx.xx.1994-cü il, xx.xx.1998-xx.xx.2005ci il tarixləri arasındakı dövrlər) təşkil edir. İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı cəmi 35726,64 manat təşkil edir. İşdə olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 16 nömrəli işin xarakteri haqqında güzəştli arxiv arayışından görünür ki, xx xxxxxx 1962ci il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1983-cü ildə (Əmr №- 1-ok. xx.xx.1983-cü il ) “Qafqazenerjitəmir” Xüsusiləşdirilmiş İstehsalat müəssisəsinin X2 Stansiyalarındakı Avadanlığın zərərli əmək şəraitində Turbin generatorlarının təmiri üzrə 2-ci dərəcəli çilingər peşəsinə qəbul edilib, xx.xx.1983-cü ildə (Əmr №-389-ok, xx.xx.1983-cü il) həmin müəssisədə 3-cü dərəcəli çilingər peşəsinə keçirilib, xx.xx.1987-ci ildə (Əmr №-123, xx.xx.1987-ci il) həmin müəssisədə 5ci dərəcəli elektrk çilingəri peşəsinə keçirilib. xx.xx.1988-ci ildə (Əmr №-112, xx.xx.1988-ci il) həmin müəssisədə əmək haqqına yeni tariflərin tətbiqi ilə əlaqədar 4-cü dərəcəli elektrk çilingəri dərəcəsinə keçirilib, xx.xx.1991-ci ildə (Əmr №-81-ok, xx.xx.1991-ci il) həmin sahədə 5-ci dərəcəli elektrik çilingəri peşəsinə keçirilib, xx.xx.1994-cü ildə "Qafqazenerjitəmir" İstehsalat Birliyi xx.xx.1994-cü il tarixli, 61 №-U əmri ilə "xxxx" Birgə Müəssisəsi adlandırılmışdır və İddiaçı həmin müəssisədə 5-ci dərəcəli elektrik çilingəri peşəsinə qəbul edilmişdir. xx.xx.1995-ci ildə (Əmr№-3, xx.xx.1995-ci il) həmin müəssisədə usta vəzifəsinə keçirilib və xx.xx.1998-ci ildə Azərbaycan Respublikasının Əmək Qanunlar Məcəlləsinin 37-ci maddəsinə (öz xahişi ilə) əsasən işdən azad edilib. xx.xx.1983-xx.xx.1998-ci il tarixlərində işlədiyi peşələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı’' fəsilinə əsasən Elektrik Stansiyaların qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri "a" fəhlələr bəndinə əsasən və "b “rəhbər və mütəxəssislər' bəndinə əsasən ustaların işi xüsusi zərərli əmək şəraitində işlərə aid olduğuna görə güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 Saylı Qərarının 2 №-li əlavəsinin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin“ 2 №-li siyahısının, Xİİİ Fəslinin “Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatf’nm 2140000a-18455 saylı şifrəsinə əsasən xx.xx.1983-xx.xx.1995-ci illərdə xidmət üzrə çilingərlər və bütün adlardan olan elektrik çilingərləri kodlarına və 2140000b —23362 saylı şifrəsinə əsasən xx.xx.1995xx.xx.1998-ci illərdə avadanlığin qoyulmuş yerlərdə təmiri üzrə ustaların kodlarına uyğundur və güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Güzəştli pensiya üçün staj: 15 il, 01 ay, 29 gün təşkil edir. Hazırkı arayış işçiyə məxsus əmək kitabçasındakı qeydlər və Azərbaycan respublikası Ali Məhkəməsinin ləğv edilmiş və fəaliyyət göstərməyən müəssisələrdə çalışan işçilərin ümumi və güzəştli iş stajının təsdiq edilməsi ilə bağlı 18 noyabr 2020-ci il tarixli icmal məktubunun müddəaları əsasında verilir. “Azenco^ASC öz istehsalat profilinə görə hazırda fəaliyyət göstərməyən və ləğv edilmiş “Qafqazenerjitəmir" və “ERA" Azərbaycan-X16 ilə eyni istehsalat profili üzrə ixtrisaslaşmışdır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Dünyamin Novruzovun iddiaya qarşı etirazında qeyd etmişdir ki, İddiaçı hesab edir ki, 25 il ümumi, 12,5 il güzəştli iş stajını toplamışdır. Buna görə də ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Filial **********4 saylı, xx.xx.2022-ci il tarixli məktubla müraciətin icrasından imtina edib. İmtina onunla əsaslandırılıb ki, iddiaçının 01 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (yəni 23 il 1 ay 27 gün), güzəştli iş stajı 12,5 ildən az (yəni 2 il 11 ay 29 gün) təşkil edir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə əsasən bu Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13cü maddəsinin “b” bəndinə uyğun olaraq 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin (24) fəhlələr yarımbəndində (a) qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçıya məxsus 29 sentyabr 1978-ci il tarixli HT-İ ******* nömrəli əmək kitabçasında və "xxxx" ASC-nin İddiaçıya dair 1 aprel 2022-ci il tarixli 08 nömrəli arayışında onun xx.xx.1983-xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər ərzində “Qafqazenerjitəmir” Xüsusiləşdirilmiş İstehsalat müəssisəsində çilingər və elektrik çilingəri vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, İddiaçının işlədiyi “Qafqazenerjitəmir” Xüsusiləşdirilmiş İstehsalat müəssisəsinin fəaliyyət istiqamətinin yuxarıda qeyd olunan elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı sahəsinə aid olduğu müəyyən edilmir. Buna görə də, İddiaçının güzəştli iş stajının 1 yanvar 2006-cı il tarixinədək cəmi, 2 il 11 ay 29 gün (xx.xx.2003-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. İddiaçı cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pensiyanın təyin olunması tələbinə dair iddiasının rədd olunması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciətə qiymət verilən zaman, cavabdeh imtina üçün 3 halı əsas götürmüşdür:
1. xx.xx.2006-cı il tarixədək ümumi iş stajının toplanmaması;
2. İddiaçının Azərbaycan-Rusiya "xxxx" Birgə müəssisəsində işlədiyi xx.xx.1994xx.xx.1998-ci il tarixli dövrlərin mübahisəli olması.
3. Güzəştli iş stajının toplanmaması; Məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1962-ci ildir, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, lakin onun ümumi stajının 25 ildən az, güzəştli iş stajının 12 il 6 aydan az olması səbəbindən, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırki iddiaçıya ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün pensiya təyin olunmasına əsas verən sığorta stajının və xüsusi sahələrdə işlədiyi illərinin nə qədər təşkil etdiyi müəyyən edilməli, bundan başqa ümumiyyətlə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün pensiya kapitalı ilə bağlı şərtin zəruri olub-olmaması aydınlaşdırılmalıdır. Məhkəmə bu istiqamətdə zəruri qiymətləndirmənin aparılması üçün “Əmək pensiyaları haqqında” Qanunun və “Vətəndaşların pensiya təminatı” haqqında Qanununun müddəalarına istinad edir. Belə ki, «Əmək pensiyaları haqqında» Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olan 9.1-ci maddəsinin redaksiyasına görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar -52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Şərh olunan hər iki qanunvericiliyin müddəalarının müqayisəli təhlilindən görünür ki, həm “Əmək pensiyaları haqqında” Qanunun, həmçinin də “Vətəndaşların pensiya təminatı haqqında” Qanununa görə kişilərə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ümumi iş stajının 25 il, güzəştli iş stajının 12 il 06 aydan çox olmasını şərtləndirmişdir. Burada yeganə fərq odur ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunundan fərqli olaraq ƏMQ-nın tələbinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri iş stajı toplanmalıdır . İddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün üç şərtin ödənilməsi tələb olunur. 1) xx.xx.2006-ci il tarixədək 25 il ümumi iş stajının olması; 2) bu müddətin azı 12 il 06 ayının güzəştli iş stajı olması; 3) iddiaçı Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. İddiaçının hərbi xidmət keçərkən qüvvədə olan “Dövlət pensiyalarının təyini və ödənilməsi” Qaydalarının 109-cu bəndinə əsasən keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət iş stajına aid edilməlidir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsinin v) bəndinə əsasən də hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. İddiaçı tərəfindən təqdim olunmuş hərbi biletdən görünür ki, iddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək hərbi xidmətdən keçmişdir. İddiaçının hərbi xidməti inzibati orqan tərəfindən mübahisələndirilməmiş və sığorta stajına əlavə edilmişdir. İddiaçının əmək kitabçasında əks olunan əmək fəaliyyəti ilə bağlı isə məhkəmə aşağıdakıları bildirir. Belə ki, 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır. Hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının: - 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: -Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarının: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;
2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;
3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən;
4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;
5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən;
6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən; Göründüyü kimi, istinad olunan Qaydalar "Əmək pensiyaları haqqında" Qanun, bu Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. Nəzərə alınmalıdır ki, bu yoxlamanın həyata keçirilməsi sözügedən qaydalardan başqa, həmçinin pensiya qanunvericiliyin müddəalarında əks olunmuşdur. İş materiallarında olan iddiaçının əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, iddiaçı: - xx.xx.1978-cı il tarixdən xx.xx.2012-ci il tarixədək müxtəlif peşələrdə çalışmışdır və hal-hazırda çalışır. Qeyd olunan iş stajı və orduda xidmət illəri cəmləndikdə müəyyən edilir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən çox təşkil edir. Həmçinin cavabdeh inzibati orqan imtina və etiraz məktublarında iddiaçının 23 il 01 ay 27 gün ümumi iş stajı və 02 il 11 ay 29 gün güzəştli iş stajl mübahisələndirməmişdir. Mübahisəli iş stajı Azərbaycan-Rusiya "xxxx" Birgə müəssisəsində işlədiyi xx.xx.1994-xx.xx.1998-ci il tarixli dövrlər və mübahisəli güzəştli iş stajı isə xx.xx.1983-xx.xx.1998-ci illərdə işlədiyi dövrləri əhatə edir. Nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqan imtina məktubunda iddiaçının işlədiyi xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az olduğunu bildirmişdir. (23 il 01 ay 27 gün) Cavabdeh inzibati orqan iddiaçının xx.xx.1994-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" Azərbaycan X7 işlədiyi dpvrləri ümumi iş stajına daxil etməmişdir. Məhkəmə bildirir ki,“Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) və “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndinin tələbləri rəhbər tutaraq hərbi və əmək kitabçasında olan müddət nəzərə alındıqda iddiaçının xx.xx.2006cı il tarixədək ümumi iş stajının 25 ildən çox olması müəyyən olunur. Məhkəmə xüsusi ilə bir məqama da toxunmaq istəyir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasında olan qeydlər şübhə doğurmur. Çünki, məhkəmə cavabdeh inzibati orqanın mübahisəli dövr kimi hesab etdiyi iddiaçının Azərbaycan-Rusiya "xxxx" Birgə müəssisəsində işlədiyi xx.xx.1994-xx.xx.1998-ci il dövrü ilə bağlı tam araşdırma apararaq sorğu cavabları nəticəsində aşağıda qeyd edilən halları müəyyən etmişdir: - İş materiallarına əlavə edilən xx.xx.1994-cü il tarixli, 61 nömrəli əmr orderə əsasən “Qafqazenerjitəmir” İstehsalat Birliyinin Azərbaycan-Rusiya "xxxx" Birgə müəssisəsi adlandırıldığı və sonuncu adla fəaliyyət göstərdiyi müəyyən olunur. Həmçinin qeyd edilən hal məhkəməyə təqdim edilən güzştli arayışlarda da öz təsdiqini tapmışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********901000 nömrəli məktubunda qeyd edilmişdir ki, dövlət reyestr məlumatlarına əsasən xx.xx.1994-cü il tarixdə 680 nömrə ilə dövlət qeydiyyatına alınmış Azərbaycan-Rusiya "xxxx" Birgə Müəssisəsinin hüquqi ünvanı ünvan 1ni təmsilçisi X10r. Həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən müəssisə ilə bağlı 21 vərəqdən ibarət təsis sənədləri, nizamnamə və digər sənədlər məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmişdir. - "xxxx" Açıq Səhmdar Cəmiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 01-VƏ/411 nömrəli məktubdan iş materiallarında qeyd edilən arxiv arayışının verilməsinə əsas olan sənədlər təqdim edilmiş və iddiaçının xx.xx.1998-ci ilə kimi Azərbaycan-Rusiya "xxxx" Birgə Müəssisəsində işlədiyi qeydi öz əksini tapmışdır. ("xxxx" ASC öz istehsalat profilinə görə hazırda fəaliyyət göstərməyən və ləğv edilmiş “Qafqazenerjitəmir” və "xxxx" Azərbaycan-X16 ilə eyni istehsalat profili üzrə ixtisaslaşdırılmışdır) - Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-34/2-418/01-3/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan-Rusiya "xxxx" Birgə Müəssisəsi 23 iyul 1997-ci il tarixindən Azərbaycan Respublikasının statistik vahidlərin dövlət reyestrində qeydiyyatdadır. Yuxarıda şərh olunan qanunvericiliyin müddəalarını hazırki işin faktiki hallarına tətbiq etdikdə, məhkəmənin formalaşdırdığı hüquqi mövqeyi odur ki, iddiaçının təsdiq olunan iş dövrü onun sığorta stajı kimi nəzərə alınmalıdır. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, iddiaçının Azərbaycan-Rusiya "xxxx" Birgə Müəssisəsində işləməsi ilə bağlı dövrdə müəssisənin fəaliyəti ilə bağlı qeydlərin tam olmaması onun iradə ifadəsindən asılı olan hal deyil və onun ziyanına şərh olunmamalıdır. Belə ki, məhkəmə icraatı zamanı təqdim olunmuş sənədlər toplusundan görünür ki, iddiaçı həqiqətən də Azərbaycan-Rusiya "xxxx" Birgə Müəssisəsində işləmiş və qeyd edilən dövrdə müəssisə fəaliyyət göstərmişdir. Göstərilən sənədlərin mötəbərliyi hər hansı şübhə doğurmamışdır. Göründüyü kimi iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən çox ümumi iş stajı mövcuddur. Məhkəmə iddiaçının qanunla tələb olunan güzəştli iş stajına malik olması ilə bağlı qeyd edir ki, həmin güzəştli iş illəri onun (iddiaçının) işlədiyi peşənin zamana görə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” əsasında müəyyən edilməlidir. Məhkəmə diqqətə çatdırmaq istəyir ki, cavabdeh inzibati orqan iddiaçının işlədiyi xx.xx.1983-cı il tarixdən xx.xx.1995-ci il tarixədək işlədiyi dövrləri mübahisələndirmişdir ki, həmin dövrlərdə iddiaçı “Qafqazenerjitəmir” Xüsusiləşdirilmiş İstehsalat müəssisəsində və "xxxx" Azərbaycan-X7 işləmişdir. Nəzərə alınmalıdır ki, cavabdeh həmin dövrlərdə işlədiyi vəzifələrinin əmək şəraiti zərərli və ağır işlər kateqoriyasına aid edilməməsinə istinad etmişdir. Halbuki, aparılmış araşdırma zamanı məlum olmuşdur ki, iddiaçı xx xxxxxx 1962-ci il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1983-cü ildə (Əmr №- 1-ok. xx.xx.1983-cü il ) “Qafqazenerjitəmir” Xüsusiləşdirilmiş İstehsalat müəssisəsinin X2 Stansiyalarındakı Avadanlığın zərərli əmək şəraitində Turbin generatorlarının təmiri üzrə 2-ci dərəcəli çilingər peşəsinə qəbul edilib, xx.xx.1983-cü ildə (Əmr №-389-ok, xx.xx.1983-cü il) həmin müəssisədə 3-cü dərəcəli çilingər peşəsinə keçirilib, xx.xx.1987-ci ildə (Əmr №-123, xx.xx.1987-ci il) həmin müəssisədə 5-ci dərəcəli elektrk çilingəri peşəsinə keçirilib. xx.xx.1988-ci ildə (Əmr №-112, xx.xx.1988-ci il) həmin müəssisədə əmək haqqına yeni tariflərin tətbiqi ilə əlaqədar 4-cü dərəcəli elektrk çilingəri dərəcəsinə keçirilib, xx.xx.1991-ci ildə (Əmr №-81-ok, xx.xx.1991-ci il) həmin sahədə 5-ci dərəcəli elektrik çilingəri peşəsinə keçirilib, xx.xx.1994-cü ildə "Qafqazenerjitəmir" İstehsalat Birliyi xx.xx.1994-cü il tarixli, 61 №-U əmri ilə "xxxx" Birgə Müəssisəsi adlandırılmışdır və İddiaçı həmin müəssisədə 5-ci dərəcəli elektrik çilingəri peşəsinə qəbul edilmişdir. xx.xx.1995-ci ildə (Əmr№-3, xx.xx.1995-ci il) həmin müəssisədə usta vəzifəsinə keçirilib və xx.xx.1998-ci ildə Azərbaycan Respublikasının Əmək Qanunlar Məcəlləsinin 37-ci maddəsinə (öz xahişi ilə) əsasən işdən azad edilib"xxxx" Açıq Səhmdar Cəmiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 16 nömrəli işin xarakteri haqqında güzəştli arxiv arayışında iddiaçının xx.xx.1983-xx.xx.1998-ci il tarixlərində işlədiyi peşələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı’' fəsilinə əsasən Elektrik Stansiyaların qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri "a" fəhlələr bəndinə əsasən və "b “rəhbər və mütəxəssislər' bəndinə əsasən ustaların işi xüsusi zərərli əmək şəraitində işlərə aid olduğuna görə güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 Saylı Qərarının 2 №-li əlavəsinin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin“ 2 №-li siyahısının, Xİİİ Fəslinin “Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatf’nm 2140000a-18455 saylı şifrəsinə əsasən xx.xx.1983-xx.xx.1995-ci illərdə xidmət üzrə çilingərlər və bütün adlardan olan elektrik çilingərləri kodlarına və 2140000b —23362 saylı şifrəsinə əsasən xx.xx.1995-xx.xx.1998-ci illərdə avadanlığin qoyulmuş yerlərdə təmiri üzrə ustaların kodlarına uyğundur və güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Güzəştli pensiya üçün staj: 15 il, 01 ay, 29 gün təşkil edir. Hazırkı arayış işçiyə məxsus əmək kitabçasındakı qeydlər və Azərbaycan respublikası Ali Məhkəməsinin ləğv edilmiş və fəaliyyət göstərməyən müəssisələrdə çalışan işçilərin ümumi və güzəştli iş stajının təsdiq edilməsi ilə bağlı 18 noyabr 2020-ci il tarixli icmal məktubunun müddəaları əsasında verildiyi müəyyən edilmişdir. (“Azenco^ASC öz istehsalat profilinə görə hazırda fəaliyyət göstərməyən və ləğv edilmiş “Qafqazenerjitəmir" və “ERA" Azərbaycan-X16 ilə eyni istehsalat profili üzrə ixtisaslaşmışdır.) Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilənlərə əsasən iddiaçının həm ümumi, həmçinin güzəştli iş stajı ilə bağlı şərti ödənilmiş olur. Qeyd olunmalıdır ki, 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Məhkəmə diqqətə çatdırır ki, iddiaçının güzəştli iş stajının 02 il 11 ay 29 gün (xx.xx.2003xx.xx.2005) olması işin mübahisəsiz hallarına aiddir. Nəzərə alınmalıdır ki, cavabdehin mübahisələndirdiyi məqam iddiaçının xx.xx.1983-xx.xx.1998-ci il tarixlərdə işlədiyi dövrdür. Məhkəmə tərəfindən bununla bağlı yuxarıda münasibət bildirilmişdir. Qeyd olunmalıdır ki, iddiaçının güzəştli iş stajı müəyyən edilərkən onun xx.xx.1983-xx.xx.1998-ci il tarixlər arasında işlədiyi vəzifənin güzəştli şərtlərlə pensiya hüququ verən vəzifəyə aid olub-olmaması yoxlanılmalıdır. Məhkəmə araşdırılması zamanı təqdim olunmuş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, 08 nömrəli işin xarakteri haqqında güzəştli arxiv arayışından müəyyən olunur ki, İddiaçı həqiqətən xx.xx.1983-cü ildə (Əmr №- 1-ok, xx.xx.1983-cü il) “Qafqazenerjitəmir” Xüsusiləşdirilmiş İstehsalat müəssisəsinin X2 Stansiyalarındakı Avadanlığın zərərli əmək şəraitində Turbin generatorlarının təmiri üzrə 2-ci dərəcəli çilingər peşəsinə qəbul edilib, xx.xx.1983-cü ildə (Əmr №-389-ok, xx.xx.1983-cü il) həmin müəssisədə 3-cü dərəcəli çilingər peşəsinə keçirilib, xx.xx.1987-ci ildə (Əmr №-123, xx.xx.1987-ci il) həmin müəssisədə 5ci dərəcəli elektrk çilingəri peşəsinə keçirilib, xx.xx.1988-ci ildə ( Əmr №-l 12, xx.xx.1988-ci il) Həmin müəssisədə əmək haqqına yeni tariflərin tətbiqi ilə əlaqədar 4-cü dərəcəli elektrk çilingəri dərəcəsinə keçirilib, xx.xx.1991 -ci ildə ( Əmr №-81 -ok, xx.xx.1991 -ci il) Həmin sahədə 5-ci dərəcəli elektrik çilingəri peşəsinə keçirilib, xx.xx.1994-cü ildə "Qafqazenerjitəmir" İstehsalat Birliyi xx.xx.1994-cü il tarixli, 61 №-li Əmri ilə "xxxx" Birgə Müəssisəsi adlandırılmışdır və İddiaçı həmin müəssisədə 5-ci dərəcəli elektrik çilingəri peşəsinə qəbul edilmişdir, xx.xx.1995-ci ildə (Əmr №-3, xx.xx.1995-ci il) həmin müəssisədə usta vəzifəsinə keçirilib və xx.xx.1998-ci ildə Azərbaycan Respublikasının Əmək Qanunlar Məcəlləsinin 37-ci maddəsinə ( öz xahişi ilə ) əsasən işdən azad edilib. xx.xx.1983-xx.xx.1998-ci il tarixlərində işlədiyi peşələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” fəsilinə əsasən Elektrik Stansiyaların qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri “a” fəhlələr bəndinə əsasən və “b” “rəhbər və mütəxəssislər” bəndinə əsasən ustaların işi xüsusi zərərli əmək şəraitində işlərə aid olduğuna görə güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı Qərarının 2 №-li əlavəsinin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin“2 №-li siyahısının, Xİİİ Fəslinin “Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatı”nın 2140000b —23362 saylı şifrəsinə əsasən avadanlığin qoyulmuş yerlərdə təmiri üzrə ustaların və 2140000a-18455 saylı şifrəsinə əsasən xidmət üzrə çilingərlər və bütün adlardan olan elektrik çilingərləri kodlarına uyğun güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Məhkəmənin qənaətinə görə iddiaçının işlədiyi xx.xx.1983-xx.xx.1998-ci il tarixləri əhatə edən dövr müddət güzəştli iş stajı kimi nəzərə alınmalıdır. Həmin müddət üzrə müvafiq illəri cəmlədikdə məlum olur ki, iddiaçının güzəştli iş stajı 12 il 06 aydan çox təşkil edir. Məhkəmə xüsusi ilə bir məqama da toxunmaq istəyir ki, cavabdeh tərəfindən mübahisələndirilən dövrlərdə məcburi sosial sığorta haqlarının ödənilib-ödənilməməsi hissəsində araşdırmanın aparılmasına zərurət yaranmamışdır. Belə ki, iddiaçının güzəştli iş stajı kimi yalnız xx.xx.2006-cı il tarixədək işlədiyi müddət nəzərə alınsa, onun ümumi iş stajının 25 ildən çox olması və güzəştli iş stajının 12 il 06 aydan çox olması təsdiq olunur. Məhkəmə qeyd edir ki, müvafiq dövr üzrə iş stajı İddiaçı məxsus əmək kitabçasında əksini tapmışdır və həmin əmək kitabçasında göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. Məhkəmə diqqətə çatdırır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Hazırkı işin hallarından eləcə də cavabdehin təqdim etdiyi etiraz məktubundan müəyyən olunur ki, cavabdeh inzibati orqan iddiaçının müraciəti əsasında “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun və digər əlaqəli qanunların müddəalarına uyğun olaraq zəruri inzibati icraat aparmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh inzibati əsassız olaraq imtina etmişdir. Başqa sözlə, cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Beləliklə, iddiaçıya xx.xx.2019-cu il tarixdən (57 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. İddiaçı tələbində həmçinin, ödənilməmiş pensiya məbləğinin hesablanıb ona ödənilməsini də xahiş edir. Məhkəmə hesab edir ki, bu hissədə də iddia tələbi təmin edilməlidir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə səlahiyyətli inzibati orqan öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. İş üzrə araşdırma zamanı iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı güzəşli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə xx.xx.2022-ci il tarixdə (ilkin imtina məktubunda göstərilən tarix) cavabdehə müraciət etmişdir. Belə olan halda iddiaçıya «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1 maddəsinə əsaslanmaqla ilkin müraciət tarixindən geriyə üç il üçün, yəni xx.xx.2019-ci il tarixdən pensiya məbləği hesablanaraq ödənilməlidir. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. İddiaçı 14 fevral 2019-cu il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilsin və müraciət tarixindən 36 ay əvvəl, yəni 16 iyun 2019-cu il tarixindən hal-hazıra kimi ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati-İqtisadi Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Sədrlik edən: Hilal Nəcəfov