Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-703/2024 10.06.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi, iddiaçının nümayəndəsi X7, cavabdehin nümayəndəsi X8, üçüncü şəxs X13 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “AN 275987 saylı torpaq sahəsinin plan ölçü sənədinin döngə nöqtələrinin kordinatlarına faktiki istifadə vəziyyətinə uyğun olaraq düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi üzrə inzibati işə məhkəmənin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, qərara aldı: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “AN 275987 saylı torpaq sahəsinin plan ölçü sənədinin döngə nöqtələrinin kordinatlarına faktiki istifadə vəziyyətinə uyğun olaraq düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-ci maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə X14 zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunması barədə qərara alınmışdır. İddiaçının nümayəndəsi X16 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinə “Ağcabədi şəhəri, H.Məmədquluzadə küçəsində 0.06 ha torpaq sahəsinə dair Ağcabədi şəhər sakini X9 verilmiş AN 279492 saylı torpaq sahəsinin planı və ölçüsü sənədlərinin ləğv edilməsi” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Sonradan iddiaçının nümayəndəsi X16 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinə “AN 275987 saylı torpaq sahəsinin plan ölçü sənədinin döngə nöqtələrinin kordinatlarına faktiki istifadə vəziyyətinə uyğun olaraq düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir və X21 zəruri cəlbetmə qaydasında 3cü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağcabədi bələdiyyəsinin 05 mart 2010-cu il tarixli 03 saylı iclasının qərarı ilə Ağcabədi şəhəri H.Məmmədquluzadə küçəsində yerləşən fərdi yaşayış evinin tikintisi üçün 0.06 ha torpaq sahəsinin alqı-satqısı barədə qərar qəbul edilmişdir. Həmin qərara əsasən DT və XK-nin Ağcabədi rayon şöbəsindən xahiş edilmişdir ki, satılmasına razılıq verilmiş həmin 06 ha toıpaq sahəsinin planı və ölçüsü sənədlərinin hazırlanması üçün müraciət edilmişdir. Bu müraciətdən sonra DT və XK-nin Ağcabədi rayon şöbəsi həmin sözügedən 0.06 ha torpaq sahəsinin planı və ölçüsü sənədlərini hazırlamışdır. Həmin sənəd X24 kitabında 16 iyul 2010-cu il tarixdə 212 nömrə ilə qeydə alınmış və AN N275987 savlı plan-ölçü sənədi də verilmişdir. Ağcabədi bələdiyyəsi bu proseduradan sonra satılması nəzərdə tutulmuş 0.06 ha həyətyanı torpaq sahəsinin mülkiyyət hüququnun tanınması ilə əlaqədar lazımi hüquqi sənədlərlə DƏDRXnin 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət etmişdir. Bildirir ki, DƏDRX-ın 6 saylı Beyləqan Ərazi İdarəsi Ağcabədi bələdiyyəsinin bu müraciətinə imtina məktubu vermişdir. Həmin məktubda göstərilir ki, ərazi idarəsinin mütəxəssisləri tərəfindən sözügedən torpaq sahəsinə baxış keçirilərək müvafiq inventarlaşdırma (çöl ölçmə) işləri aparmış, faktiki vəziyyətə təhlil edilmiş döngə nöqtələrinin koordinatları ərazi idarəsinin elektron məlumat bazası ilə eyniləşdirilən zaman sözügedən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış digər torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən edilmişdir. Buna görə də DƏDRX-ın 6 saylı Beyləqan Ərazi İdarəsi həmin sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə 05 iyul 2021-ci il tarixli ********** qeydiyyat nömrəli müraciətinin icrasından imtina etmişdir. Bu tamami ilə yanlışdır, qərəzlidir, qəbul etmirlər. Ağcabədi bələdiyyəsi bununla əlaqədar Şirvan İnzibati Məhkəməsinə müraciət etmiş, Şirvan İnzibati Məhkəməsinin hakimi Fehruz Abbasovun sədrliyi ilə məhkəmə baxışı keçirilmiş, nəhayət Şirvan İnzibati Məhkəməsinin 14 mart 2022-ci il tarixli qərardadı ilə N 2- 1(120)-470/2022 saylı mülki iş materialı ilə əlaqədar məhkəmə tikinti-texniki ekspertizasının aparılması barədə qərar qəbul edilmişdir. Həmin qərara əsasən mübahisəli torpaq sahəsi ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tikinti-texniki ekspertizası aparılmışdır, 10 yanvar 2023-cü il tarixli, ekspertizanın nömrəsi 10/6463 saylı ekspert rəyi də verilmişdir. Şirvan İnzibati Məhkəməsinin 09 mart 2023-cü il tarixdə hakim F.Abbasovun sədrliyi ilə aparılan məhkəmə iclasında 10 yanvar 2023-cü il tarixli ekspertizanın nömrəsi 10/6463 saylı ekspert rəyi müzakirə edilmişdir. Ekspertiza rəyinə görə Ağcabədi bələdiyyəsinin 05 mart 2010-cu il tarixli 03 saylı iclasının qərarı ilə X17 fərdi yaşayış evinin tikintisi üçün Ağcabədi şəhəri H.Məmmədquluzadə küçəsində faktiki istifadəsinə verilmiş 0.06 ha torpaq sahəsinin 0.0506 ha hissəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş RX Seriyalı ******* nömrəli çıxarışa əsasən X5 mülkiyyətində olan Ağcabədi şəhəri H.Məmmədquluzadə küçəsində yerləşən 0.06 ha torpaq sahəsi ilə üst-üstə düşür. Qeyd olunan X13 faktiki istifadəsinə verilmiş torpaq sahəsi digər üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmür. Ağcabədi bələdiyyəsinin 05 mart 2010-cu il tarixli 05 saylı iclasının qərarı ilə X17 fərdi yaşayış evinin tikintisi üçün Ağcabədi şəhəri H.Məmmədquluzadə küçəsində ayrılmış (sənəd iizrə) 0.06 ha torpaq sahəsinin 0.0528 ha hissəsi digər şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşür. X5 faktiki istifadəsində olan 0.06 ha torpaq sahəsinin 0.0526 ha hissəsi RX seriyalı ******* nömrəli çıxarışa əsasən, mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür. Ekspertizanın rəyindən açıq aşkar məlum olur ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən texniki səhv olaraq X9 xx.xx.2018-ci il tarixdə verilmiş RX Seriyalı ******* nömrəli çıxarış doğru deyildir və məhkəmə tərəfindən ləğv edilməsi zərurəti yaranmışdır. Bu hal Şirvan İnzibati Məhkəməsinin 09 mart 2023-cü il tarixli məhkəmə baxışı zamanı bir daha təsdiqlənmişdir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya qarşı etraz verərək qeyd etmişdir ki, Ağcabədi rayon Ağcabədi bələdiyyəsinin Ağcabədi şəhəri H.Məmmədquluzadə küçəsində 0.06 ha torpaq sahəsi üzərində Ağcabədi şəhər sakini X9 verilmiş seriya RX ******* saylı çıxarışın və bununla əlaaədar AN 279492 saylı torpaq sahəsinin planı və ölçüsü sənədlərinin ləğv edilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciəti daxil olmamışdır. Lakin, Ağcabədi rayon Ağcabədi bələdiyyəsinin Ağcabədi şəhəri H.Məmmədquluzadə küçəsində 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması barədə müraciətinə xx.xx.2021-ci il tarixli **********71 nömrəli məktubla cavab verilmiş və həmin imtina məktubu əsasında məhkəməyə müraciət edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-172/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən iddia ərizəsi geri qaytartılaraq iş üzrə icraata xitam verilmişdir. Bundan əlavə olaraq bildirir ki, sözügedən sənədlərin ləğv edilməsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyil. Qeyd edilənlərdən göründüyü kimi Ağcabədi rayon Ağcabədi bələdiyyəsi sözügedən məsələ ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət etməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlannın pozulduğunu əsaslandırmalıdır. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanununun 71.1-ci maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya irzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər və həmin Qanunun 71.2-ci maddəsinə əsasən şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bj fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanununun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 8-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1 -ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqların qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Odur ki, şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanununun 71.1, 71.2 və 73.2-ci maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 2 və 8-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1 maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən iddiaçı Ağcabədi rayon Ağcabədi bələdiyyəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsinə qarşı “Ağcabədi şəhəri H.Məmmədquluzadə küçəsində 0.06 ha torpaq sahəsi üzərində Ağcabədi şəhər sakini X9 verilmiş seriya RX ******* saylı çıxarışın və bununla əlaqədar AN 279492 saylı torpaq sahəsinin planı və ölçüsü sənədlərinin ləğv edilməsi, həmin torpaq sahəsi üzərində Ağcabədi bələdiyyəsinin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia tələbinə etiraz edirlər və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. Üçüncü şəxs X9 iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxs X5 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi X16 və 3-cü şəxs X21 şifahi məhkəmə baxışı iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X18 şifahi məhkəmə baxışı iclasında etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»ndan görünür ki, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi inzibati orqan kimi təsnif olunmuşdur. Məhkəmə tərəfləri dinləyərək, iddia ərizəsini, etiraz ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: Ağcabədi rayon bələdiyyəsinin xx.xx.2010-cu il tarixli, 10 saylı iclas protokolundan görünür ki, Ağcabədi şəhəri ərazisində daimi yaşadığı və yaşayış yeri üzrə beş ildən artıq müddətə qeydiyyatda olduğu üçün 600 kv.metr torpaq sahəsi hərrac və müsabiqə keçirilmədən X2. Ağcabədi bələdiyyəsinin xx.xx.2010-cu il tarixli 77 nömrəli rəyindən görünür ki, Ağcabədi bələdiyyəsinin mülkiyyətinə aid olan torpaq sahəsindən 600 kv.metr torpaq sahəsi alqı-satqı qaydasında X4 bilər. Ağcabədi rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti İşləri şöbəsinin xx.xx.2010-cu il tarixli, 49 nömrəli rəyindən görünür ki, X19 Ağcabədi şəhəri, 114 saylı Peşə məktəbinin arxa tərəfində nəzərdə tutulan yaşayış massivindən 0.06 ha həyətyani torpaq sahəsinin ayrılması məqsədə müvafiqdir. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin xx.xx.2010cu il tarixli, 212 nömrəli Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, X19 Ağcabədi bələdiyyəsinin xx.xx.2010-cu il tarixli, 03 saylı qərarı ilə 600 kv.metr fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılmışdır. xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Ağcabədi şəhəri, H.Məmmədquluzadə küçəsində 0.06 ha torpaq sahəsi X5 mülkiyyətindədir. xx.xx.2018-ci il tarixli, A№ 279492 nömrəli Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, əmlakın alqı-satqısına dair 4Ə-69 nömrəli, xx.xx.2011-ci il tarixli müqaviləyə əsasən Ağcabədi şəhəri, H.Məmmədquluzadə küçəsində 0.06 ha torpaq sahəsi X1. xx.xx.2011-ci il tarixli, AN-İ№ ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqısına dair Müqavilədən görünür ki, MA № ******* saylı, xx.xx.2011-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən X11 məxsus Ağcabədi şəhərində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsini X9 5600 manat pul müqabilində satmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan ərazi idarəsinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli imtina məktubunda bildirilmişdir ki, müraciətiniz əsasında Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən sözügedən torpaq sahəsinə baxış keçirilərək müvafiq inventarlaşdırma (çöl ölçmə) işləri aparılmışdır. İnventarlaşdırma (çöl ölçmə) işləri zamanı faktiki vəziyyətə uyğun təyin edilmiş döngə nöqtələrinin koordinatları Ərazi İdarəsinin elektron məlumat bazası ilə eyniləşdirilən zaman sözügedən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış digər torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən edilmişdir. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq "Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələbləri qaydasında Ağcabədi, şəhəri, H.Məmmədquluzadə küçəsində yerləşən 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnuzun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə 05 iyul 2021 -ci il tarixli, ********** qeydiyyat nömrəli müraciətinizin icrasından imtina edilir. Ağcabədi Rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli, 55 nömrəli məktubunda qeyd edilmişdir ki, arxivdə mühafizə olunan sənədlərə baxış keçirilərkən məlum olub ki, 2010-cu ili əhatə edən Ağcabədi Bələdiyyəsinin xx.xx.2010-cu ii tarixli 3 saylı potckolunda X10 adı qeyd edilmişdir. xx.xx.2010-cu il tarixli 3 saylı potokolun qərar hissəsində bələdiyyənin perspektiv inkişaf fondundan X11 0.06 (sıfır,sıfir altı) sot fərdi yaşayış evinin tikintisi üçün torpaq satılmasına aid qeyd aşkarlandı. Ağcabədi bələdiyyəsinin xx.xx.2010-cu il tarixli, 03 saylı iclas protokolundan çıxarışdan görünür ki Ağcabədi şəhər sakini X11 fərdi yaşayış evinin tikintisi üçün 600 kv.metr torpaq sahəsinin satılmasına razılıq verilmişdir. Ağcabədi rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti İşləri şöbəsinin xx.xx.2010-cu il tarixli, 43 nömrəli rəyindən görünür ki, X11 Ağcabədi şəhəri, M.Rəsulzadə prospektində nəzərdə tutulan yaşayış massivindən 0.06 ha həyətyani torpaq sahəsinin ayrılması məqsədə müvafiqdir. Ağcabədi bələdiyyəsinin xx.xx.2010-cu il tarixli 35 nömrəli rəyindən görünür ki, Ağcabədi bələdiyyəsinin mülkiyyətinə aid olan torpaq sahəsindən 600 kv.metr torpaq sahəsi alqı-satqı qaydasında X3 bilər. Torpaqların alqı-satqısına dair xx.xx.2011-ci il tarixli aktdan görünür ki, Ağcabədi rayon Bələdiyyəsinin xx.xx.2010-cu il tarixli, 03 saylı qərarına əsasən X11 0.06 ha torpaq sahəsi satılması qərara alınmışdır. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin xx.xx.2011ci il tarixli, 308 nömrəli Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, X11 Ağcabədi bələdiyyəsinin xx.xx.2010-cu il tarixli, 03 saylı qərarı ilə 600 kv.metr fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılmışdır. Ağcabədi Rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli, 52 nömrəli məktubunda qeyd edilmişdir ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının sənədləri mühafizə üçün Ağcabədi rayon Dövlət Arxivinə təhvil verilməınişdir. Bu səbəbdən Aqrar İslahat Komissiyasının xx.xx.2006-cı il tarixli 02 saylı qərarı haqqında sizə heç kimə məlumat vermək mümkün olmadı. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan ərazi idarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan qeyd edilmişdir ki, sözügedən müraciətdə qeyd X10 mülkiyyətində olan Ağcabədi şəhəri, H.Məmədquluzadə küçəsində yerləşən 0,06 ha torpaq sahəsi xx.xx.2011-ci il tarixində Ağcabədi Dövlət Notariat Kontorunun xüsusi notariusu X20 təsdiq etdiyi 4Ə-69 reyestr nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” əsasında X5 adına özgəninkiləşdirilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan ərazi idarəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan qeyd edilmişdir ki, vətəndaş X14 və ya onun etibarnamə üzrə nümayəndəsi tərəfindən A№ 279492 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin döngə nöqtələrinin koordinatlarına düzəliş edilməsi ilə bağlı Ağcabədi regional "Asan Xidmət" mərkəzində "daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı" bölməsinə müraciət ediləcəyi təqdirdə icrasına qanunamüvafiq qaydada baxılacaqdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Məhkəmənin qərardadı ilə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizaları təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2023-cü il tarixli 10/6463 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyindən aşağıdakılar bildirilir: Qərardadın birinci suallaı üzrə: Ağcabədi bələdiyyəsinin 05 mart 2010-cu il tarixli 03 saylı iclasının qərarı ilə X17 fərdi yaşayış evinin tikintisi üçün Ağcabədi şəhəri, Həmidə Məmmədquluzadə küçəsində ayrılmış 0.06 ha torpaq sahəsinin sənəd üzrə və faktiki olaraq istifadəsində olan ərazisinin hüdudları və koordinatları müəyyən edilərək mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilmişdir. Qərardadın ikinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən X5 mülkiyyətində olan Ağcabədi şəhəri, Həmidə Məmmədquluzadə küçəsində yuerləşən 0.06 ha torpaq sahəsinin sənəd üzrə və tikinti rəyinə əlavə edilmiş sxemdə göstərilmişdir. Qərardadın üçüncü sualı üzrə: Ağcabədi bələdiyyəsinin 05 mart 2010-cu il tarixli 03 saylı iclasının qərarı ilə X19 fərdi yaşayış evinin tikintisi üçün Ağcabədi şəhəri, Həmidə Məmmədquluzadə küçəsində faktiki istifadəsinə verilmiş 0.06 ha torpaq sahəsinin 0.0506 ha hissəsi Azerbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş RX Seriyalı ******* nömrəli çıxarışa əsasən, X5 mülkiyyətində olan Ağcabədi şəhəri, Həmidə Məmmədquluzadə küçəsində yerləşən 0.06 ha torpaq sahəsi üst-üstə düşür. Qeyd olunan X15 faktiki istifadəsinə verilmiş torpaq sahəsi digər üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmür. Ağcabədi bələdiyyəsinin 05 mart 2010-cu il tarixli 03 saylı iclasının qərarı ilə X19 fərdi yaşayış evinin tikintisi üçün Ağcabədi şəhəri Həmidə Məmmədquluzadə küçəsində ayrılmış (sənəd üzrə) 0.06 ha torpaq sahəsinin 0.0528 ha hissəsi digər şəxslərin mülkiyyətində olan torpaq sahələri iiə üst-üstə düşür. X5 faktiki istifadəsində olan 0.06 ha torpaq sahəsinin 0.0526 ha hissəsi RX seriyalı ******* nömrəli çıxarışa əsasən, mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür. Tətbiq edilən hüquq normaları: Məhkəmə hesab edir ki, plan ölçü sənədinin döngə nöqtələrinin kordinatlarına faktiki istifadə vəziyyətinə uyğun olaraq düzəliş edilməsinin tələb edilməsi isə torpaq mülkiyyətçinin müstəsna hüququdur. Belə ki,Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan Hüquqlarının və X12 Haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-ci il tarixli qararında göstərilir ki, Azarbaycan Respublikası «İnsan Hüquqlarının və X12 Haqqında» Avropa Konvensiyasının istirakçısı və onu ratifikasiya etmis dövlət kimi 2002-ci il aprel ayının 15-dən Konvensiya va onun protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin yurisdiksiyasınin məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. «İnsan Hüquqlarının və X6 haqqında» Konvensiyasının 46-ci maddəsinə əsasən Avropa Məhkəməsinin qərarları bu Konvensiyanı ratifikasiya etmiş dövlətlər üçün məcburidir. «İnsan Hüquqlarının və X6 haqqında» Konvensiyaya dair 1 nömrəli Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn umumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, oz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin umumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata kecirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. «X22rşı» məhkəmə işində Avropa Məhkəməsi vurğulamışdır ki, ərizəçinin torpağa istifadə hüququ və gələcəkdə ondan fayda götürməsi barədə gözləntiləri də mülkiyyət hüququnu təşkil edir və bu hüquq Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) müdafiə dairəsinə düşür. «Payn Velli developments Ltd şirkəti İrlandiyaya qarşı» işdə Avropa Məhkəməsi qərara almışdır ki, müəyyən halların baş verəcəyini hüquqa uyğun gözləmə 1 saylı protokolun 1-ci maddəsinin müdafiə etdiyi hüquq, yəni mülkiyyət hüququ sayıla bilər. Həmin işdə ərizəçi torpaq sahəsi almış və orada tikinti həyata keçirməyi planlaşdırmışdı. Avropa Məhkəməsi tikintini həyata keçirilməsinə maneəni 1 saylı protokolun 1-ci maddəsinin pozuntusu kimi qiymətləndirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. (maddə 139-1.1.5). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə, hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnaməyə əsasən həmin Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək (3.0.8-ci bənd), vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifəsidir. Bu hallar qeydiyyat zamanı aşkar olunacağı təqdirdə isə xidmət vəzifələrini yerinə yetirməli və hüquqların dövlət qeydiyyatını torpaq sahəsinin faktiki yerləşmə koordinatlarına uyğun aparmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Həmin maddəsinin tələbinə əsasən bələdiyyə orqanları tərəfindən müvafiq olaraq bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş aktlar (qərarlar) və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyata alınması əsasları sırasına daxildir. İddiaçı hüquqmüəyyənedici sənədləri (müvafiq bələdiyyə qərarını və dövlət aktını) həm inzibati orqana, həm də məhkəməyə təqdim etmişdir. Başqa sözlə, imtina məktubunda qeyd edilən halların əsassız olduğu iş materiallarına əlavə edilmiş sübutlarla, eləcə də ekspert rəyi ilə sübuta yetirilir və qeyd olunan iddiaçının mövcud hüququnun qeydə alınmasından imtina üçün əsas deyildir və buna görə onun mülkiyyət hüququ məhdudlaşdırıla bilməz. Məhkəmə sorğuları nəticəsində imtinada göstərilən uyğunsuzuqların olmadığı müəyyən edilmişdir. Qeyd olunmalıdır ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda, inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 noyabr 2021ci il tarixli «X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» qərarında «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə istinad edərək vurğulamışdır ki, qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə, məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilib-edilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulub-qoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2023-cü il tarixli 10/6463 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Ağcabədi bələdiyyəsinin 05 mart 2010-cu il tarixli 03 saylı iclasının qərarı ilə X19 fərdi yaşayış evinin tikintisi üçün Ağcabədi şəhəri, Həmidə Məmmədquluzadə küçəsində faktiki istifadəsinə verilmiş 0.06 ha torpaq sahəsinin 0.0506 ha hissəsi Azerbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş RX Seriyalı ******* nömrəli çıxarışa əsasən, X5 mülkiyyətində olan Ağcabədi şəhəri, Həmidə Məmmədquluzadə küçəsində yerləşən 0.06 na torpaq sahəsi üst-üstə düşür. Qeyd olunan X15 faktiki istifadəsinə verilmiş torpaq sahəsi digər üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmür. Ağcabədi bələdiyyəsinin 05 mart 2010-cu il tarixli 03 saylı iclasının qərarı ilə X19 fərdi yaşayış evinin tikintisi üçün Ağcabədi şəhəri Həmidə Məmmədquluzadə küçəsində ayrılmış (sənəd üzrə) 0.06 ha torpaq sahəsinin 0.0528 ha hissəsi digər şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşür. X5 faktiki istifadəsində olan 0.06 ha torpaq sahəsinin 0.0526 ha hissəsi RX seriyalı ******* nömrəli çıxarışa əsasən, mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının AN 275987 saylı torpaq sahəsinin plan və ölçü sənədinin döngə nöqtələrinin kordinatlarına faktiki istifadə vəziyyətinə uyğun olaraq düzəliş edilməsindən əsassız olaraq imtina etmişdir. Başqa sözlə, cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Həmin Məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, AN 275987 saylı torpaq sahəsinin plan və ölçü sənədinin döngə nöqtələrinin kordinatlarına faktiki istifadə vəziyyətinə uyğun olaraq düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. AN 275987 saylı torpaq sahəsinin plan və ölçü sənədinin döngə nöqtələrinin kordinatlarına faktiki istifadə vəziyyətinə uyğun olaraq düzəliş edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Pərvanə Qurbanova
Məhkəmə qərarları › İş №2-1(120)-703/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-703/2024
10.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver