Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-703/2025 02.12.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi iştirakı ilə, İddiaçı Sayadulla oğlunun, Cavabdehin nümayəndəsi X12 iştirakı ilə, İddiaçı Səyudulla oğlunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “Lerik rayon Aqrar İslahat Komissiyasının 18 iyun 1997-ci il tarixli 30 saylı qərarı ilə həyatyanı torpaq sahəsi məqsədi ilə xx.xx.2024-cü ildə vəfat etmiş atası X1 mülkiyyətinə verilmiş 1270,88 kv.m torpaq sahəsinin faktiki istifadəyə uyğunlaşdırılaraq həmin torpaq sahəsinə dair hüququn mərhum atası X3 aid olması və xüsusi mülkiyyət hüququnun qeydiyyata alınmasının mümkünlüyü barədə arayışın (çıxarış) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İşin halları İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “Lerik rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş xx.xx.1997-ci il tarixli, 30 nömrəli qərarı ilə verilmiş 62266 saylı nömrə ilə qeydiyyata alınmış 1270,88 kv.m həyətyanı torpaq sahəsinin dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Sonradan iddiaçının nümayəndəsi iddianın dəyişdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, iddiaçının əsl İddiaçı Səyudulla oğlu ilə əvəz edilməsini və iddia tələbinin dəyişdirilərək “Lerik rayon Aqrar İslahat Komissiyasının 18 iyun 1997-ci il tarixli 30 saylı qərarı ilə həyatyanı torpaq sahəsi məqsədi ilə xx.xx.2024-cü ildə vəfat etmiş atası X1 mülkiyyətinə verilmiş 1270,88 kv.m torpaq sahəsinin faktiki istifadəyə uyğunlaşdırılaraq həmin torpaq sahəsinə daur hüququn mərhum atası X3 aid olması və xüsusi mülkiyyət hüququnun qeydiyyata alınmasının mümkünlüyü barədə arayışın (çıxarış) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı əsl İddiaçı Səyudulla oğlu ilə əvəz edilmiş, tələb isə “Lerik rayon Aqrar İslahat Komissiyasının 18 iyun 1997-ci il tarixli 30 saylı qərarı ilə həyatyanı torpaq sahəsi məqsədi ilə xx.xx.2024-cü ildə vəfat etmiş atası X1 mülkiyyətinə verilmiş 1270,88 kv.m torpaq sahəsinin faktiki istifadəyə uyğunlaşdırılaraq həmin torpaq sahəsinə daur hüququn mərhum atası X3 aid olması və xüsusi mülkiyyət hüququnun qeydiyyata alınmasının mümkünlüyü barədə arayışın (çıxarış) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi davam etdirilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Lerik rayon AİK-nın tərəfindən 1997-ci ildə hamı kimi onlara da çoxdan yaşadıqları qəzalı evin yanında, həyətyanı torpaq sahələrində, fərdi yaşayış evi tikməkdən ötrü 1270.88-kvm torpağa sənəd verilmişdir. Hal-hazırda əvvəl tikilmiş evdə yaşayırlar, həmin evə gəlin gətirib, qız köçürmüşlər. O vaxtlar hökumət tərəfindən evə görə sənədlər verilməsədə, sonradan X9 18 iyun 1997-ci il 30 nömrəli qərarı ilə, DT və XK-nin 2366nömrə ilə uçota alınmış, 62266-saylı qərarına əsasən həmin torpaq sahəsi sənədləşdirilərək onlara verilmişdir. Həmin evin sənədlərinin düzəltmək adı ilə 10 saylı ərazi regional DƏDRX-nə gedib ərizə vermiş, ona mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi haqqında bildirişdə imtina səbəbləri həmin torpaq kənd təsərrüfatı təyinatlı torpaq olduğu qeyd edilmişdir. Göstərilənlərə əsasən məhkəmədən Lerik rayon Aqrar İslahat Komissiyasının 18 iyun 1997-ci il tarixli 30 saylı qərarı ilə həyatyanı torpaq sahəsi məqsədi ilə xx.xx.2024-cü ildə vəfat etmiş atası X1 mülkiyyətinə verilmiş 1270,88 kv.m torpaq sahəsinin faktiki istifadəyə uyğunlaşdırılaraq həmin torpaq sahəsinə dair hüququn mərhum atası X3 aid olması və xüsusi mülkiyyət hüququnun qeydiyyata alınmasının mümkünlüyü barədə arayışın (çıxarış) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi iddia tələbinə etirazında qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçı X2 oğlu İddiaçı tərəfindən Lerik rayonu, Spyereqon kəndi ərazisində yerləşən, Lerik rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 30 saylı qərarı əsasında ayrılmış 1270.88 kv.m həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınması proseduru ilə əlaqədar xx.xx.2023-cü il tarixində ********** qeydiyyat nömrəli ərizə ilə 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət olunmuşdur. X5 tərəfindən təqdim olunmuş ilkin hüquqmüəyyənedici sənədlər ekspertiza olunan zaman məlum olmuşdur ki, kəmin torpaq sahəsi Ərazi İdarəsinin istifadəsində olan elektron xəritə məlumatlarına əsasən kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1.-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini) onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Belə ki, 10 saylı Lənkəran Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23- cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka dair hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Bu şəbədən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsini rəhbər tutaraq iddiaçı X2 oğlu İddiaçı xx.xx.2023-cü il tarixli, **********14 nömrəli imtina bildirişi ünvanlanmışdır. Qeyd olunan səbəbdən hazırki sərəncamın aidiyyəti hissədə icrasına münasibətdə isə bildiririk ki, Ərazi idarəsi olaraq iddia tələbinin təmin olunmasına etiraz edirik, habelə iddia tələbinin qanuniliyi və əsaslılığı baxımından tam araşdırılmaqla təmin olunmaması barədə qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı Sayadulla oğlu iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X14 iddianı qəbul etmədiklərini bildirərək, iddia tələbinin təmin olunmamasını xahiş etdi. İddianın növü və mümkünlüyü. İddia mümkün iddiadır. İddia inzibati mübahisədir, iddia üzrə mübahisəli daşınmaz əmlak (torpaq sahəsi) Lerik rayonu ərazisində yerləşdiyindən və Lerik rayonu ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri, həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. İddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materiallarında olan Lerik rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 30 nömrəli qərarının təsdiq edilmiş surətindən görünür ki, “Vizəzəmin” sovxozu üzrə yerli aqrar islahat komissiyasının xx.xx.1997-ci il tarixli, 12 saylı protokolunun qərarı nəzərə alınmış, “Vizəzəmin” sovxozu üzrə yerli aqrar islahat komissiyasına tapşırılsın ki, qərarın yerinə yetirilməsi üçün müvafiq tədbirlər görüb başa çatdırılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Lerik rayonu Sipyəreqan kənd sakini X4 Lerik rayonu Aqrar İslahat Komissiyasının 18 iyun 1997-ci il tarixli, 30 nömrəli qərarı ilə 1270.88 kv.m həyətyanı torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin İddiaçı Səyudulla oğluna ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-21- 3-43/2-2914/2023 nömrəli məktubundan görünür ki, Lerik rayonu, Spyereqon kəndi ərazisində yerləşən, Lerik rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 30 saylı müvafiq qərarı əsasında ayrılmış 1270.88 kv.m həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması proseduru ilə əlaqədar təqdim etdiyiniz hüquqmüəyyənedici sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmışdır. Təqdim olunmuş sözügedən torpaq sahəsinə dair ilkin hüquqmüəyyənedici sənədlərə ekspertiza komissiyası tərəfindən baxış keçirilərkən məlum olmuşdur ki, həmin torpaq sahəsi mövcud xəritə baza və yeni elektron uçot xəritə məlumatlarına əsasən, kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşir. Bu səbəbdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini rəhbər tutaraq həmin daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi qanunamüvafiq hesab edilmişdir. İş materiallarında olan Lerik rayon İcra Hakimiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2024cü il tarixli, 5-65/2-35/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, 1997-ci ilədək Vizəzəmin kənd inzibati ərazi dairəsinin 7 kəndi, o cümlədən iddiaçı Sayadulla Musayevin yaşadığı Sipyəreqon kəndi Vizəzəmin sovxozunun tərkibinə daxil olmuşdur. 1997-1998-ci illərdə Vizəzəmin sovxozunda torpaq islahatı kəndlərinin sərhədləri əsas götürülməklə keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Yerquruluşu Layihə İnstitutunun mütəxəssisləri tərəfindən tərtib olunmuş kompleks yerquruluşu layihəsinə əsasən aparılmış, torpağa mülkiyyət hüququna dair dövlət aktları və şəhadətnamələr hazırlanaraq vətəndaşlara təqdim olunmuş və torpaq sahələri naturada vətəndaşlara təhkim edilmişdir. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikasının Torpaq və Xəritəçəkmə Komitəsi və onun yerli bölmələri, o cümlədən Lerik rayon şöbəsi 2013-cü ildə ləğv edilmiş, torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı səlahiyyətlər Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə (hal-hazırda Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə) verilmişdir. Bununla bağlı rayonda torpaq islahatının aparılmasına dair xəritə materialları və digər sənədlər, o cümlədən Vizəzəmin sovxozunda torpaq islahatının aparılmasına dair kompleks yerquruluşu layihəsi və digər sənədlər Əmlak Məsələləri Dövlət Komitəsinin (indiki Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin) Lənkəran Ərazi İdarəsinə təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, AZ-İİ 411118 nömrəli “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X6 xx.xx.2024-cü ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2024-cü ilin 09 ayının 30 günündə 216 nömrə ilə qeyd edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizaları təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2025-ci il tarixli, 3-16-16/2- 10/4883/2025 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyindən aşağıdakılar bildirilir: Qərardadın birinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-44/2-254/2025 saylı mütəxəssis rəyinə əsasən, Lerik rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 30 saylı qərarı əsasında Musayev Sayadulla (Səyədulla) Əliəkbər (Ələkbər) oğlunun mülkiyyətinə verilmiş 1270,88 kv.m həyətyanı torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Lerik rayon şöbəsi tərəfindən **********0023 kadastr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədinin tərtib olunması və sözügedən 1270,88 kv.m torpaq sahəsinin həmin Torpaq sahəsinin planı və ölçüsü" sənədinin koordinatlarına əsasən naturada və sənəd üzrə yerləşmə yeri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Qərardadın ikinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-44/2-254/2025 saylı mütəxəssis rəyinə əsasən, Lerik rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 30 saylı qərarı əsasında Musayev Sayadulla (Səyədulla) Əliəkbər (Ələkbər) oğlunun mülkiyyətinə verilmiş 1270,88 kv.m həyətyanı torpaq sahəsinin torpaq islahatı zamanı (torpağın ayrılması barədə qərarın qəbul olunduğu vaxt) xüsusi mülkiyyətə verilmiş torpaq sahəsi olması müəyyən edilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı isə sözügedən torpaq sahəsinin (iddia edilən faktiki koordinatlarına əsasən) hazırda hüquqi statusunun dövlət (islahatdan artıq qalan) mülkiyyətinə, kateqoriyasının kənd təsərrüfatı təyinatlı torpaqlara, islahat uqodiyasının əkin torpaq sahəsinə aid olması müəyyən olunmuşdur. Qərardadın üçüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkaran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-2605/2024 saylı mütəxəssis rəyinə əsasən, Torpaq sahəsinin sənədi üzrə sərhədlərini müəyyən etmək mümkün olmadığından faktiki vəziyyətlə də müqayisə təhlil aparmaq mümkün olmamışdır. İddia olunan torpaq sahəsinin iddiaçı X8 istifadəsində olması və həyətyanı torpaq sahəsi kimi istifadə edilməsi müəyyən olunmuşdur. Qərardadın dördüncü sualı üzrə:İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmiakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-44/2-254/2025 saylı mütəxəssis rəyinə əsasən, Lerik rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 30 saylı qərarı əsasında Musayev Sayadulla (Səyədulla) Əiiəkbər (Ələkbər) oğlunun mülkiyyətinə verilmiş 1270,88 kv.m həyətyanı torpaq sahəsinin torpaq islahatı zarpaöbxüşusi mülkiyyətə verilmiş torpaq sahəsi olması müəyyən edilmişdir. Sözügedən torpaq sahəsinin iddia olunan vəziyyətə uyğun naturada döngə nöqtələrinin koordinatları müəyyən olunmuşdur. Torpaq sahəsinin faktiki koordinatlarının elektron kadastr xəritəsinə uyğun olması müəyyən olunmuşdur. Lerik rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 30 saylı qərarı əsasında Musayev Sayadulla (Səyədulla) Əliəkbər (Ələkbər) oğlunun mülkiyyətinə verilmiş 1270,88 kv.m həyətyanı torpaq sahəsinin sənəd üzrə vəziyyəti ilə faktiki istifadə vəziyyəti arasında uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərin) mövcud olması müəyyən olunmuşdur (torpaq sahəsinin sənəd üzrə vəziyyəti ilə faktiki vəziyyəti arasında müqayisəli təhlili mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir). İddia edilən torpaq sahəsinin faktiki vəziyyətdə iddiaçının istifadəsində olması və həyətyanı torpaq sahəsi kimi istifadə edilməsi müəyyən olunmuşdur. Qərardadın beşinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-44/2-254/2025 saylı mütəxəssis rəyinə əsasən, Lerik rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 30 saylı qərarı əsasında Musayev Sayadulla (Səyədulla) Əliəkbər (Ələkbər) oğlunun mülkiyyətinə verilmiş 1270,88 kv.m həyətyanı torpaq sahəsinin sənəd üzrə vəziyyəti ilə faktiki istifadə vəziyyəti arasında uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərin) mövcud olması müəyyən olunmuşdur. İddia edilən torpaq sahəsinin faktiki koordinatlarının mövcud baza məlumatlarına əsasən araşdırma zamanı üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşməməsi müəyyən olunmuşdur. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin faktiki istifadə vəziyyətinin döngə nöqtələrinin koordinatlarında texniki səhvin mövcud olmaması müəyyən olunmuşdur. Qərardadın altıncı sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-44/2-254/2025 saylı mütəxəssis rəyinə əsasən, mübahisəli torpaq sahəsinin üzərində tikilinin mövcud olmaması müəyyən olunmuşdur. Qərardadın yeddinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-44/2-254/2025 saylı mütəxəssis rəyinə əsasən, Lerik rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 30 saylı qərarı əsasında Musayev Sayadulla (Səyədulla) Əliəkbər (Ələkbər) oğlunun mülkiyyətinə verilmiş 1270,88 kv.m həyətyanı torpaq sahəsinin sənəd üzrə vəziyyəti ilə faktiki istifadə vəziyyəti arasında uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərin) mövcud olması müəyyən olunmuşdur. İddiaçının istifadəsində olan torpaq sahəsinin faktiki istifadə vəziyyətinin döngə nöqtələrinin koordinatlarında texniki səhvin mövcud olmaması müəyyən olunmuşdur. İş materiallarında olan Lerik rayon İcra Hakimiyyəti başçısının Vizəzəmin kənd inzibati ərazi dairəsinin xx.xx.2025-ci il tarixli, 5-65-40/2-404/2025 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.2024-cü il tarixində Lerik rayonunun Sipyəreğon kəndində vəfat etmiş X6 onun atası olmuşdur. Əsaslandırma hissəsi: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi İddia həm də əsaslıdır. Belə ki, iddiaçı Lerik rayon Aqrar İslahat Komissiyasının 18 iyun 1997-ci il tarixli 30 saylı qərarı ilə həyatyanı torpaq sahəsi məqsədi ilə xx.xx.2024-cü ildə vəfat etmiş atası X1 mülkiyyətinə verilmiş 1270,88 kv.m torpaq sahəsinin faktiki istifadəyə uyğunlaşdırılaraq həmin torpaq sahəsinə dair hüququn mərhum atası X3 aid olması və xüsusi mülkiyyət hüququnun qeydiyyata alınmasının mümkünlüyü barədə arayışın (çıxarış) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanuna ziddir. Cavabdeh inzibati orqanın bu hərəkəti iddiaçının hüquqlarını pozur (İPM-in 34.1-ci maddəsi). Bu səbəbdən də iddia təmin edilməlidir. Məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. (maddə 139-1.1.5). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). Həmin Qanunun 8-ci maddəsinə əsasən : 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. «Torpaq islahatı haqqında» AR Qanunun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə 439 nömrəli Fərmanı ilə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. Siyahının 2-ci bəndində Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair müvafiq sənədlər sırasına aşağıdakılar da daxil edilmişdir: - (2.5-ci bənd) yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə, hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Həmin maddəsinin tələbinə əsasən bələdiyyə orqanları tərəfindən müvafiq olaraq bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş aktlar (qərarlar) və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyata alınması əsasları sırasına daxildir. İddiaçı hüquqmüəyyənedici sənədləri (əsllərini və təsdiq edilmiş surətlərini) həm inzibati orqana, həm də məhkəməyə təqdim etmişdir. Başqa sözlə, imtinada qeyd edilən əsaslar mövcud olmamışdır və qeyd olunan hal iddiaçının mülkiyyət hüququ məhdudlaşdırıla bilməz. Məhkəmə sorğuları nəticəsində imtinada göstərilən uyğunsuzluqların olmadığı müəyyən edilmişdir. Başqa sözlə, qeyd olunan torpaq sahəsinə dair sənədlərin natamam olması, koordinatlarda uyğunsuzluqların olması iddiaçının mövcud hüququnun qeydə alınmasından imtina üçün əsas deyildir, qeyd olunan hal iddiaçının təqsirindən baş verməmiş və buna görə onun mülkiyyət hüququ məhdudlaşdırıla bilməz. Məhkəmə sorğuları nəticəsində imtinada göstərilən uyğunsuzluqların olmadığı müəyyən edilmişdir. Qeyd edilən sübutlardan inzibati orqan tərəfindən verilən imtinanın əsaslarının mövcud olmadığı müəyyən edilir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin etiraz məktubunda qeyd edilən əsasların araşdırılması məqsədilə xx.xx.2025-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizaları təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2025-ci il tarixli, 3-16-16/2-10/4883/2025 nömrəli ekspert rəyi təqdim edilmişdir ki, məhkəmə qeyd edilən rəyi mötəbər sübut kimi qəbul edir və həmin rəyə əsasən Lerik rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 30 saylı qərarı əsasında Musayev Sayadulla (Səyədulla) Əliəkbər (Ələkbər) oğlunun mülkiyyətinə verilmiş 1270,88 kv.m həyətyanı torpaq sahəsinin torpaq islahatı zamanı (torpağın ayrılması barədə qərarın qəbul olunduğu vaxt) xüsusi mülkiyyətə verilmiş torpaq sahəsi olması, hazırda hüquqi statusunun dövlət (islahatdan artıq qalan) mülkiyyətinə, kateqoriyasının kənd təsərrüfatı təyinatlı torpaqlara, islahat uqodiyasının əkin torpaq sahəsinə aid olması, həyətyanı torpaq sahəsinin sənəd üzrə vəziyyəti ilə faktiki istifadə vəziyyəti arasında uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərin) mövcud olması, üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşməməsi müəyyən olunmuşdur. Qeyd olunmalıdır ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda, inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli «X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» qərarında «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə istinad edərək vurğulamışdır ki, qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə, məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilibedilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulub-qoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir. Lerik rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 30 nömrəli qərarına münasibətdə «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından və həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından (inzibati orqan bunu təkzib edən sübut, dəlil təqdim etməmişdir), eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, iddiaçı etimadın qanunla qorunması hüququna malikdir. Bundan başqa, sözügedən qərar iddiaçıya aid hissədə geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. İddiaçının mərhum atası X3 Lerik rayon Aqrar İslahat Komissiyasının 18 iyun 1997-ci il tarixli 30 saylı qərarı ilə 1270,88 kv.m torpaq sahəsinin qanuni əsaslarla ayrıldığı öz təsdiqini tapır və məhkəmə icraatında həmin sənədlərdəki məlumatların həqiqi olmamasına dair cavabdeh tərəfindən heç bir dəlil və sübut təqdim olunmadığından, onlar mötəbər sayılır. Eləcə də, mübahisəli torpaq sahəsi üzrə koordinatlarda uyğunsuzluqlar yaranmışdır ki, qeyd edilən uyğunsuzluqların faktiki istifadəyə uyğunlaşdırılmasının zəruri olduğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tələbinin uyğunlaşdırma hissəsində də haqlı olmuşdur. Belə ki, torpaq sahəsinin koordinatlarının faktiki istifadəyə uyğunlaşdırılacağı təqdirdə üçüncü şəxslərində hüquqularının pozulmayacağı və qeyd edilən torpaq sahəsinində islahat zamanı ayrılan torpaq sahəsi olduğu müəyyən edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin imtinasında göstərilən dəlillər hüquqların reyestrdə qeydiyyatından imtina üçün əsas ola bilməz, bu dəlillər formal mülahizələrə əsaslanır. İddiaçının müraciəti üzrə torpaq sahəsinə hüquqların reyestrdə qeydiyyata alınması ilə bağlı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmuş “imtina üçün əsaslar” müəyyən edilmir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından əsassız olaraq imtina etmişdir. Başqa sözlə, cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, Lerik rayon Aqrar İslahat Komissiyasının 18 iyun 1997-ci il tarixli 30 saylı qərarı ilə həyatyanı torpaq sahəsi məqsədi ilə xx.xx.2024-cü ildə vəfat etmiş atası X1 mülkiyyətinə verilmiş 1270,88 kv.m torpaq sahəsinin faktiki istifadəyə uyğunlaşdırılaraq həmin torpaq sahəsinə dair hüququn mərhum atası X3 aid olması və xüsusi mülkiyyət hüququnun qeydiyyata alınmasının mümkünlüyü barədə arayışın (çıxarış) verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddiaçının iş üzrə verilmiş ekspert rəyi ilə bağlı xərclərin ona aid edilməsi barədə ərizəsini nəzərə alaraq hesab edir ki, prosessual xərclər İddiaçı Sayadulla oğlundan tutulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Sayadulla oğlunun iddia tələbi təmin edilsin. Lerik rayon Aqrar İslahat Komissiyasının 18 iyun 1997-ci il tarixli 30 saylı qərarı ilə həyatyanı torpaq sahəsi məqsədi ilə xx.xx.2024-cü ildə vəfat etmiş atası X1 mülkiyyətinə verilmiş 1270,88 kv.m torpaq sahəsinin faktiki istifadəyə uyğunlaşdırılaraq həmin torpaq sahəsinə dair hüququn mərhum atası X3 aid olması və xüsusi mülkiyyət hüququnun qeydiyyata alınmasının mümkünlüyü barədə arayışın (çıxarış) verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə qoyulsun. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizasının keçirilməsinə görə 50 manat ekspertiza tədqiqatının dəyəri İddiaçı Sayadulla oğlundan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X7, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ
22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********, Hesab № AZ34CTRE********************) köçürülsün. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Hakim: Hilal Nəcəfov