Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-705/2021 29.04.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, İddiaçı (ünvan 1 ünvanda yaşayan) iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «pasport qeydiyyatından çıxarılma öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh Qeydiyyat və X4rşı məhkəmədə iddia qaldıraraq, üçüncü şəxslər X7 və X2 ünvan 2 ünvanındakı pasport qeydiyyatından çıxarılmaları öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi məhkəməyə daxil olduğu gündən qeydiyyata alınaraq icraata qəbul edilmiş sayılmışdır. İddiaçı xx.xx.2021-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq cavabdehin əsl Cavabdeh ilə əvəz edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx xxxxx 2021-ci il tarixli 2-1(120)-705/2021 saylı qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmiş, X9 və X3 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Şirvan şəhəri, H.Ə.Əliyev küçəsi, ev 14, 17 saylı mənzili 2016-cı ildə alqı-satqı müqaviləsi əsasında X1 almışdır. Həmin mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli, **********44-05101-093009 reyestr nömrəli çıxarışa əsasən tam mülkiyyət hüququ əsasında onun mülkiyyətinə verilmişdir. Satıcı mənzili satdıqdan sonra mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürsə də, o və həmin mənzildə qeydiyyatda olan onun ailə üzvü X9 indiyədək həmin mənzildə qeydiyyatda qalmaqdadırlar. Onların ona məxsus evdə olan qeydiyyatları yalnız formal xarakter daşıyır və qeydiyyatda qalmaqları onun mənzilə olan mülkiyyət hüquqlarını məhdudlaşdırır. Həmin şəxslərin qeydiyyatdan çıxarılmaları ilə bağlı Cavabdehnə ərizə ilə müraciət etmişdir. Lakin ona xx.xx.2021-ci il tarixli, 305-38575-3121 nömrəli imtina məktubu verilərək məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olmadan adı çəkilən şəxslərin qeydiyyatdan çıxarılmasının mümkün olmadığı bildirilmişdir. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh xx.xx.2021-ci il tarixli 305-6115-1221 nömrəli münasibət məktubunda qeyd edilmişdir ki, vətəndaş İddiaçı Şirvan şəhər PŞ-yə ərizə ilə müraciət edərək yaşadığı ünvan 4 ünvanında qeydiyyatda olan şəxsin qeydiyyatdan çıxarılmasını bildirmişdir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, şəxsiyyət vəsiqəsi xidməti aşağıdakı hallarda vətəndaşı yaşayış yeri üzrə qeydiyyatdan çıxarır: yaşayış yerini dəyişdikdə-yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq ərazi polis orqanının qeydiyyat və şəxsiyyət vəsiqəsi xidmətinin məlumatına əsasən, başqa ölkədə yaşayış yeri seçdikdə AR Dövlət Miqrasiya Xidmətinin və Xarici İşlər Nazirliyinin məlumatına əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında şəxs yalnız ömürlük azadlıqdan məhrum edildikdə, öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə. Digər hallarda vətəndaşın yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması qanuna ziddir. Odur ki, bu barədə vətəndaş İddiaçı məktub vasitəsi ilə məhkəmə orqanına müraciət etməsi bildirilmişdir. Məktubda adı göstərilən şəxsin həmin ünvana qeydiyyata düşməsinə səbəb olan sənədlərin saxlama müddəti bitdiyi üçün məhv edilmişdir və həmin şəxslər ünvan 4 ünvanında 2006-cı il tarixdən qeydiyyatdadırlar. Cavabdehə və üçüncü şəxslərə şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər. Üçüncü şəxslərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsi üçün Şirvan Şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə və Şirvan bələdiyyəsinə rəsmi qaydada məlumat verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materialında olan xx xxxxxx 2015-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X3 ilə İddiaçı arasında ünvan 5 evin 17 saylı ünvanında yerləşən ümumi sahəsi 57,55 kv/metr, yaşayış sahəsi 45,84 kv/metr olan 3 otaqlı mənzilə dair alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilənin 13-cü bəndindən görünür ki, satıcı X3 xx.xx.2016-cı il tarixədək satdığı mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. İş materialında olan xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmış Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Seriya RX ******* nömrəli Çıxarışın surətindən görünür ki, Şirvan şəhəri, H.Ə.Əliyev küçəsi, ev 14, 17 saylı mənzil (ümumi sahəsi 63,6 kv/metr) tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 10 nömrəli reyestr kitabının 24 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materialında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin xx xxxx 2021-ci il tarixli **********21 nömrəli məktubunda qeyd edilmişdir ki, X3 ilə aralarında bağlanmış xx.xx.2015-ci il tarixli 4Ə-689 nömrəli alqı-satqı müqaviləsinə əsasən Şirvan şəhəri, H.Ə.Əliyev küçəsi, ev 14 ünvanda yerləşən 17 nömrəli mənzilə dair İddiaçı mülkiyyət hüququ Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Eyni zamanda X7 və X2 Şirvan şəhəri, H.Ə.Əliyev küçəsi, ev 14 ünvanda yerləşən 17 nömrəli mənzilə dair istifadə hüquqlarının qeydiyyata alınıb-alınmaması Ərazi İdarəsində saxlanılan arxiv materiallarına əsasən araşdırılmış və bu barədə məlumat aşkar edilməmişdir. İş materialında olan Cavabdeh İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli 305-38575- 3121 nömrəli məktubdan görünür ki, X7 və X2 ünvan 4 ünvanından qeydiyyatdan çıxarılmasından imtina edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünluk verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinin tələblərinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Yenə həmin Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan yaşayış yerini dəyişdikdə yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən, başqa ölkədə yaşayış yeri seçdikdə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən, azadlıqdan məhrum edildikdə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında, öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında, qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarıldıqda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında çıxarılır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, X3 ilə İddiaçı arasında ünvan 5 evin 17 saylı ünvanında yerləşən ümumi sahəsi 57,55 kv/metr, yaşayış sahəsi 45,84 kv/metr olan 3 otaqlı mənzilə dair xx xxxxxx 2015-ci il tarixli AN-İ ******* nömrəli alqısatqı müqaviləsi bağlanmış və həmin mənzil tam mülkiyyət hüququ üzrə ilə İddiaçı adına qeydiyyata alınmışdır. Həmin müqavilənin 13-cü bəndindən görünür ki, satıcı X3 xx.xx.2016-ci il tarixədək satdığı mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Bununla da X3 hazırda iddiaçının mülkiyyətində olan mənzili satmaqla həmin evə olan özünün və digər şəxslərin mülkiyyət hüququnu, o cümlədən mülkiyyət hüququnun tərkib hissəsi olan istifadə hüququnu da itirmiş hesab olunur. Lakin həmin mənzildə, yəni hazırda iddiaçıya məxsus olan mənzildə Abasov (Barxudarov) Emin Mehman oğlunun və X2 iddiaçıya məxsus mənzildə qeydiyyatda qalmaları müəyyən olunmuşdur. Abasov (Barxudarov) Emin Mehman oğlunun və X2 iddiaçıya məxsus mənzildə qeydiyyatda qalmaları iddiaçının mülkiyyət hüququnun tam həyata keçirilməsinə maneələr yaradır. Eyni zamanda həmin şəxslərin hal-hazıra qədər mənzildən istifadə etməmələri, orada yaşamamaları, mülkiyyətçinin hüquqlarının həyata keçirilməsinə maneələr yaratmaları onların mənzildən qeydiyyatdan çıxarılmalarına əsas verir. Buna görə də Cavabdeh Abasov (Barxudarov) Emin Mehman oğlunun və X2 iddiaçıya məxsus olan mənzildən qeydiyyatdan çıxarılmasından imtinası əsassızdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxxxx 2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30cu və «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»ndan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis idarələri və şöbələri inzibati orqan kimi təsnif olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanından Abasov (Barxudarov) Emin Mehman oğlunun və X2 pasport qeydiyyatından çıxarılması öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-79 və, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanından Abasov (Barxudarov) Emin Mehman oğlunun və X2 pasport qeydiyyatından çıxarılması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə ondan Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Zaur Allahyarov
Məhkəmə qərarları › İş №2-1(120)-705/2021
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-705/2021
29.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver