Məhkəmə qərarları › İş №2-1(120)-705/2023

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-705/2023

28.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-705/2023 28.11.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Rüfət İlham oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “xx.xx.2020-ci il tarixli, 40 və xx.xx.2020-ci il tarixli, 46 saylı əmrlərin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsinə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020ci il tarixli, 40 və xx.xx.2020-ci il tarixli, 46 saylı əmrlərin ləğv edilməsi və işə bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o Cavabdeh Başçısının Ulacalı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi vəzifəsində 01 may 2020-ci il tarixədək işləmdir.Barəsində olan Cavabdeh Başçısının 40 saylı, 01 may 2020-ci il tarixli əmrində qeyd edilir: ”1. Cavabdeh Başçısının Ulacalı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi İddiaçı yol verdiyi nöqsanlara əsasən 01 may 2020-ci il tarixdən dövlət qulluğuna xitam verilsin.Barəsində olan əmrin əsaslandırıcı hissəsində isə qeyd edilir ki, Cavabdeh başçısının Ulacalı kənd İƏD-nin əhatə etdiyi kənd sakinlərinin şikayətinə əsasən (COVİD- 19) pandemiyası ilə əlaqədar imkansız ailələrə ayrılmış yardımın paylanması vəziyyəti araşdırılarkən müəyyən edilmişdir ki, Sabirabad RİH başçısının Ulacalı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi İddiaçı aztəminatlı ailələrə ərzaq yardımının paylanması zamanı neqativ hallara yol vermişdir.Cavabdeh Başçısının 46 saylı, 06 may 2020-ci il tarixli əmri ilə 01 may 2020-ci il tarixli 40 saylı əmrin təsviri hissəsində dəyişiklik edilmişdir.Həmin əmrin təsviri hissəsində qeyd edilir ki, Cavabdeh başçısının Ulacalı kənd İƏD-nin əhatə etdiyi kənd sakinlərinin şikayətinə əsasən (COVİD-19) pandemiyası ilə əlaqədar imkansız ailələrə ayrılmış yardımın paylanması və səyyar ticarətlə məşğul olmaq üçün vətəndaşlara arayışların verilməsi vəziyyəti araşdırılarkən müəyyən edilmişdir ki, Sabirabad RİH başçısının Ulacalı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi İddiaçı aztəminatlı ailələrə ərzaq yardımının paylanması zamanı neqativ hallara yol vermiş, heç bir araşdırma aparılmadan 46 nəfərə səyyar ticarətlə məşğul olmaq üçün, eyni zamanda səlahiyyət həddini aşaraq karantin dövründə rayonlararası sərbəst hərəkət etmək üçün 28 nəfərə arayış verdiyi aşkar edilmişdir.Yuxarıda qeyd edilən əmrlərlə bağlı o aztəminatlı ailələrə ərzaq yardımının paylanması zamanı neqativ hallara yol verməmişdir, heç kimə də qanunsuz arayış verməmişdir. Cavabdeh Başçısı nümayəndəlikdə aparılmış araşdırmanın nəticələrinə dair toplanmış materialları baxılıb tədbir görülməsi üçün Sabirabad rayon prokurorluğuna göndərdiyindən həmin araşdırmanın nəticəsindən asılı olaraq onun işdən azad olmağı barədə əmr verə bilərdi. Burdan da belə nəticəyə gəlmək olar ki, araşdırmanın nəticəsi gözlənilmədən onun barəsində qanunsuz əmr verilmişdir. Sabirabad rayon prokurorluğunun böyük müstəntiqi İİ dərəcəli hüquqşünas Araz Mahmudov tərəfindən imzalanmış “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” olan 17 may 2022-ci il tarixli qərarda onun barəsində Azərbaycan Respublikası CM-nin 309.1 -ci maddəsi ilə ayrıca icraata ayrılmış ********* nömrəli cinayət işi üzrə icraata xitam verilməsi qərara alınmışdır.Bununla da təsdiq olunur ki, o hər hansı bir qanun pozuntusuna yol verməmişdir. Mən həmişə öz vəzifəsini lazımı qaydada yerinə yetirmişdir. Bir sözlə özünün əmək funksiyasını Azərbaycan Respublikasının Qanunları çərçivəsində qurmuşdur. İşlədiyi müddətdə heç bir intizam tənbehi almamışdır, əmək və icra intizamını pozmamışdır.Ona görə iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək, iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçı və Cavabdehnə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir rəsmi məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə isə, inzibati-orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Belə ki, iddia tələbindən göründüyü kimi İddiaçı Cavabdehnə qarşı “xx.xx.2020-ci il tarixli, 40 və xx.xx.2020-ci il tarixli, 46 saylı əmrlərin ləğv edilməsi və işə bərpa olunması” barədə məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, qərarındakı hüquqi mövqelərə görə 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Bununla bağlı, Məhkəmə qeyd edir ki, qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 2015-ci il tarixli qərarında göstərilmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. Yuxarıda istinad edilən normaların təhlili belə nəticəyə gəlməyə əsas verir ki, yalnız İPM ilə müəyyən edilmiş qayda və şərtlərə uyğun verilmiş iddianın inzibati məhkəmə icraatı mümkündür Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. Məhkəmə iddiaçının hazırkı iddia tələbinə münasibətdə hüquqi yardım edərək qeyd etmişdir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Eləcə də iddiaçıya Cavabdeh xx.xx.2020-ci il tarixli, 40 və xx.xx.2020-ci il tarixli, 46 saylı əmrlərini mübahisələndirmək hüququ və iddia tələbini dəqiqləşdirməsi tövsiyə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 46-cı maddəsinə əsasən iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı;iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları;iddiaçının (ərizəçinin) tələbi, iddiaçının öz tələbini əsaslandırdığı faktlar və digər sübutetmə vasitələri;iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsinin zəruriliyini göstərən hallar və iddiaçının istəyinə uyğun olaraq, həmin inzibati aktın layihəsi;mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar və iddiaçının vəsatətləri;əsli və ya surəti iddia ərizəsinə qoşulmaqla, mübahisələndirilən inzibati akt və şikayət instansiyasına şikayət verildiyi hallarda şikayət instansiyasının qərarı;ərizəyə əlavə olunmuş sənədlərin siyahısı göstərilməlidir. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər- tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İş materiallarında olan Azərbaycan Respublikası Cavabdeh başçısının xx.xx.2020-ci il tarixli 40 nömrəli əmrinə əsasən, Cavabdeh başçısının Ulucalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi İddiaçı yol verdiyi nöqsanlara əsasən 01 may 2020-ci il tarixdən dövlət qulluğuna xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Cavabdeh başçısının xx.xx.2020-ci il tarixli 46 nömrəli əmrində göstərilmişdir ki, Cavabdeh başçısının Ulucalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi İddiaçı dövlət qulluğuna xitam verilməsibarədə RİHB-nın 01 may 2020-ci il tarixli 40 saylı əmrinin təsviri hissəsi aşağıdakı kimi oxunsun: Cavabdeh başçısının Ulacalı kənd İƏD-nin əhatə etdiyi kənd sakinlərinin şikayətlərinə əsasən “COVİD-19” pandemiyası ilə əlaqədar imkansız ailələrə ayrılmışyardımın paylanması və səyyar ticarətlə məşğul olmaq üçün vətəndaşlara arayışların verilməsi vəziyyəti araşdırılarkən müəyyən edilmişdir ki, Sabirabad RİH başçısının Ulacalı kənd inzibatı Ərazi dairəsi üzrə nümayəndəsi İddiaçı aztəminatlı ailələrə ərzaq yardımının paylanması zamanı neqativ hallara yol verilmiş, heç bir araşdırma aparılmadan 46 nəfərə səyyar ticarətlə məşğul olmaq üçün, eyni zamanda səlahiyyət həddini aşaraq karantin dövründə rayonlararası sərbəst hərəkət etmək üçün 28 nəfərə arayış verdiyi aşkar edilmişdir. İş materiallarında olan Sabirabad rayon prokurorluğunun xx.xx.2022-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilmişdir ki, İddiaçı barəsində Azərbaycan Respublikası CM-nin 309.1-ci maddəsi ilə ayrıca icraata ayrılmış ********* nömrəli cinayət işi üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Cavabdeh başçısının məhkəməyə ünvanladığı 26 avqust 2022-ci il tarixli 2/3822 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Şirvan İnzibati Məhkəməsindən rayon İcra hakimiyyətinə daxil olmuş məktubda İddiaçı Adbulla oğlunun Cavabdehnə qarşı xx.xx.2020-ci il tarixli, 40 və xx.xx.2020-ci il tarixli, 46 saylı əmrlərin ləğv edilməsi və işə bərpa olunması tələbinə dair inzibati işə başlanıldığı qeyd edilmiş və İddiaçı stajçı kimi qulluğa qəbul edilməsi barədə İcra Hakimiyyəti başçısının əmri və həmin əmrin verilməsinə əsas olan sənədlərin, tutduğu vəzifədən kənaşlaşdırılması barədə RİHB-nin 40 və 46 nömrəli əmrinin məhkəməyə əsas olan sənəd kimi təqdim edilməsi xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Cavabdeh başçısının məhkəməyə ünvanladığı 16 avqust 2023-ci il tarixli 5-70-2/2-1163/2023 nömrəli məktubunda göstərilmişdir ki, Rayon İcra Hakimiyyətinə ünvanladığı məktubda İddiaçı inzibati işinə baxılması ilə bağlı Sabirabad rayon İcra llakimiyvəli başçısının xx.xx.2020-ci il tarixli, 40 saylı və xx.xx.2020-ci il tarixli. 46 saylı əmrlərinin İddiaçı rəsmi qaydada təqdim edilməsi və ya çatdırılması, həmçinin İddiaçı əmək fəaliyyətində olduğu dövrlərə aid əmək haqqından çıxarışın 10 gün müddətinə Şirvan inzibati məhkəməsinə təqdim olunması xahiş olunmuşdur. Müraciətlə əlaqədar xx.xx.2020-ci il tarixli, 40 saylı və xx.xx.2020-ci il tarixli, 46 saylı əmrlər İddiaçı rəsmi qaydada təqdim edilmişdir. Həmçinin İddiaçı əmək fəaliyyətində olduğu dövrlərə aid əmək haqqından çıxarış göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Prokurorluğu Sabirabad rayon Prokurorluğunun məhkəməyə ünvaladığı xx.xx.2023-cü il tarixli 560Xid-23 nömrəli məktubunda göstərilmişdir ki, 12 sentyabr 2023-cü il tarixli 2-1(120)-705/2023 nömrəli məktuba əsasən, rayon prokurorluğunda Azərbaycan Respublikası CM-nin 309.1-ci maddəsi ilə istintaqı aparılmış ********* nömrəli cinayət işinin icraatına xitam verilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarın təsdiq edilmiş surəti Sizə göndərilir.Əlavə olaraq bildiririk ki, həmin qərardan şikayət verilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Cavabdeh başçısının məhkəməyə ünvanladığı 03 oktyabr 2023-ci il tarixli 5-70-2/2-1345/2023 nömrəli məktubunda göstərilmişdir ki, Şirvan İnzibati Məhkəməsinin icraatında olan İddiaçı Cavabdehnə qarşı xx.xx.2020-ci il tarixli, 40 və xx.xx.2020- ci il tarixli, 46 saylı əmrlərin ləğv edilməsi və işə bərpa olunması barədə iddia tələbinə dair inzibati işə baxılması ilə əlaqədar İddiaçı əmək kitabçasının ona çatdırılmasını təsdiq edən sübutların təqdim olunması ilə bağlı məktuba cavab olaraq məlum edir ki, Cavabdeh başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Şahmar Cahangirov tərəfindən İddiaçıla (***-***-**-**) müxtəlif vaxtlarda telefon əlaqəsi saxlanılmış və əmək kitabçasını rayon icra hakimiyyətindən təhvil alması nəzərinə çatdırılmışdır. İddiaçı gələcəyini bildirsə də, bu günə qədər əmək kitabçasını təhvil almadığından 03 oktyabr 2023-cü il tarixdə 5-70-1/2- 1339/2023 nömrəli müşayiət məktubu ilə əmək kitabçası poçt vasitəsi ilə onun yaşadığı ünvana göndərilmişdir. Həmçinin İddiaçı barəsində Sabirabad rayon prokurorluğunun xx.xx.2022-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarında Cavabdeh xx.xx.2020-ci il tarixli, 40 saylı əmrinə əsasən, dövlət qulluğuna xitam verilməsi barədə məlumat əks etdirilmişdir. Qeyd olunmalıdır ki, ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələrə 01 yanvar 2011-ci ildən qüvvədə olan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun baxılır. Cavabdeh xx.xx.2020-ci il tarixli, 40 və xx.xx.2020-ci il tarixli, 46 saylı əmrləri inzibati akt hesab olunur və həmin əmrin mübahisələndirilməsinə dair iddialar xüsusi mümkünlük şərtinə - iddia verilməsi müddətinə əməl edilmədən verildikdə mümkün sayıla bilməz. Hazırkı iddia, iddia verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia verilməsi müddəti ötürülməklə verilmişdir. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarına və işin hallarına istinad edərək hesab edir ki, iddiaçı mübahisələndirmə haqqında iddia növü üzrə prosessual müddəti ötürdüyündən iddia müddətə dair mümkünlük şərti ödənilməməsi səbəbi ilə mümkünsüz sayılmalıdır. İşin hallarından müəyyən olunur ki, İddiaçı yol verilən nöqsanlara əsasən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli, 648 saylı Fərmanı ilə təsdiq olunmuş “Yerli İcra Hakimiyyəti haqqında Əsasnamə”nin 4.1.8-ci maddəsinə və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının qanununun 25.2.6-və 33.1.6-cı maddələrinə əsasən xx.xx.2020-ci il tarixdən dövlət qulluğuna xitam verilmişdir. Halhazırda iddiaçı Cavabdeh xx.xx.2020-ci il tarixli, 40 və xx.xx.2020-ci il tarixli, 46 saylı əmrlərini xx.xx.2022-ci il tarixdə (xx.xx.2022-ci il tarixli zərflə göndərilmişdir) məhkəməyə müraciət edərək mübahisələndirmiş, bununla da qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Belə ki, iddiaçının hazırki iddia tələbi ilə mübahisələndirildiyi Cavabdeh əmrləri xx.xx.2020-ci il tarixə və xx.xx.2020-ci ilə aiddir. Həmin əmrlərin iddiaçıya hansı tarixdə rəsmi qaydada təqdim olunması ilə bağlı cavabdeh tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. Hazırda mübahisələndirilən əmr qəbul edildikdən sonra 2 ildən çox müddət ərzində mübahisələndirməmişdir. Belə olan halda, kifayət qədər uzun müddət ərzində iddiaçının həmin əmr barədə məlumatlı olmaması əsaslı şübhə doğurur və inandırıcılıq baxımından ağlabatan mühakimə hesab edilə bilməz. Belə ki, işin araşdırılmış hallarından aydın olur ki, iddiaçının xx.xx.2020-ci il tarixdən işləmədiyi müddət üzrə ona heç bir ödəniş, əmək haqqı ödənilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır.Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim(elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İşdə olan Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən, Şirvan İnzibati Məhkəməsinin icraatında olmuş İddiaçı Cavabdehnə qarşı “xx.xx.2020-ci il tarixli, 40 və xx.xx.2020-ci il tarixli, 46 saylı əmrlərin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqlarının ödənilməsi” tələbinə dair iddia tələbi Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(120)-1058/2023 saylı qərardadına əsasən geri götürülmüş sayılmaqla xitam verilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(120)-1058/2023 qərardad qanuni qüvvəsini almış və həmin iş Məhkəmənin arxivinə təhvil verilmişdir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının mübahisələndirdiyi əmrlərdən yəni, Cavabdeh xx.xx.2020-ci il tarixli, 40 və xx.xx.2020-ci il tarixli, 46 saylı əmrlərini ən geci 2021-ci il tarixdən (2-1(120)-1058/2023 saylı inzibati iş üzrə xx.xx.2020-ci il tarixli, 40 və xx.xx.2020-ci il tarixli, 46 saylı əmrlərin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqlarının ödənilməsi” tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət edən zamanlarda) məlumatlı olduğundan və prosessual müddətin axımı həmin əmrin məlumatlı olduğu vaxtdan hesablandığından, iddiaçı məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüş olur. Belə ki, hazırkı iddia ərizəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Başqa sözlə İddiaçı inzibati icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə mübahisələndirdiyi Cavabdeh xx.xx.2020-ci il tarixli, 40 və xx.xx.2020-ci il tarixli, 46 saylı əmrlərindən məlumatlı olduğu vaxtdan 2 (iki) ildən çox vaxt keçdikdən sonra müraciət etmişdir. Məhkəmə qeyd edir ki, hüquqmüdadafiə vasitələri göstərilməyən hazırda mübahisələndirilən əmrlərin istər rəmi qaydada (poçt vasitəsi ilə) istərsə də elan edilmə yolu ilə təqdim edilməsinin və yaxud həmin əmrin ümumiyyətlə iddiaçıya verilməməsinin heç bir əhəmiyyəti yoxdur. Belə ki, həmin əmrin iddiaçıya təqdim edilməsinin mahiyyəti həmin əmrlərin məzmunu və nəticələri haqqında iddiaçının məlumatlı olması məqsədi daşıyır. Yəni iddiaçının onun üçün əlverişsiz olan inzibati aktın məzmunu və nəticələri ilə razılaşmadıqda həmin inzibati aktı qəbul edən orqana qarşı hüquqmüdafiə vasitələrindən istifadə edərək mübahisələndirə bilməsi üçündür. İşin faktiki hallarından görünür ki, həmin əmrlərdən (inzibati aktdan) irəli gələn bütün nəticələr faktiki olaraq baş vermiş, icra edilmişdir və ən əsası inzibati aktın bütün nəticələrindən (iddiaçının iş yerinə gəlməməsi və bu dövrlər ərzində əmək haqqı almaması, əvvəllər işə bərpa edilməsi üçün məhkəməyə müraciət etməsi) iddiaçı bilavasitə məlumatlı olmuşdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “xx.xx.2020-ci il tarixli, 40 və xx.xx.2020-ci il tarixli, 46 saylı əmrlərin ləğv edilməsi və işə bərpa olunması” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Nəticəvi hissə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “xx.xx.2020-ci il tarixli, 40 və xx.xx.2020-ci il tarixli, 46 saylı əmrlərin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar