Məhkəmə qərarları › İş №2-1(120)-708/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-708/2024

14.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-708/2024 14.02.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfov Ramin Ramiz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “2 nömrəli xx.xx.2006-cı il tarixli ölüm haqqında akt qeydində qeydə alınmış “Fərəcov” soyadının “Yusifov” soyadına düzəliş edilməsinə və X4 ölüm haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndə saxlanılan 2006-cı ilə aid vətəndaşlıq vəziyyəti akt qeydləri kitabının 02 nömrəli akt qeydində ölən şəxsin soyadı qrafasında yazılmış “Fərəcov” soyadının “Yusifov” soyadı ilə əvəz edilməklə deyişdirilməsi və X4 aid ölüm haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Məhkəmənin 2-1(120)-708/2024 nömrəli, 14 fevral 2024-cü il tarixli qərardadı ilə. iddia tələbində iddiaçının və cavabdehin olduğu kimi qalmaqla, iddia tələbinə “2 nömrəli xx.xx.2006-cı il tarixli ölüm haqqında akt qeydində qeydə alınmış “Fərəcov” soyadının “Yusifov” soyadına düzəliş edilməsinə və X7 haqqında ölüm haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəqiqləşmə aparılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun atası X7 1933-cü ildə anadan olmuş, Neftçala rayonu, Tatarməhlə kənd İƏDN-nin Mirzəqurbanlı kəndində yaşamış və 17 yanvar 2006-cı ildə dünyasını dəyişmişdir. Mərhum yaşadığı Mirzəqurbanlı kənd qəbristanlığında dəfn olunmuşdur. Ölümü aidiyyəti dövlət orqanında qeydə alınaraq ona 2006-cı il tarixli ölüm haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamə evlərində olmuşdur, lakin hazırda şəhadətnamə tapılmır. Çox güman ki, evlərində vaxtilə baş vermiş yanğın zamanı bəzi əşyalarla birlikdə həmin sənəd də yanmışdır. Bu səbəbdən mərhum atasının ölümü haqqında təkrar şəhadətnamə verilməsi üçün Cavabdehnə müraciət etmişdir. Müraciətinə cavab olaraq 28 fevral 2023-cü il tarixli məktubla təkrar şəhadətnamənin verilməsindən imtina edilmişdir. İmtinaya əsas kimi ölüm haqqında akt qeydləri kitabının ölən şəxs haqqında məlumat qrafasında atasının soyadının fərqli («Yusfiov» əvəzinə «Fərəcov» kimi) qeyd edilməsi göstərilmişdir. Neftçala rayonu, Tatarməhlə kənd İƏDN-nin ərazisində 1933-cü il təvəllüdlü soyadı Fərəcov, adı Cəlil, ata adı isə Dünyamalı olan sakin olmamış, yaşamamışdır. Bu barədə Neftçala rayonu, Tatarməhlə kənd İƏDN-dən sorğu edilərsə qeyd etdiyi fakt öz təsdiqini tapacaqdır. Bundan başqa atasının soyadının Yusifov olması, doğum tarixinin 1933-cü il olması, Mirzəqurbanlı kəndində yaşaması, xx.xx.2006-cı ildə ölməsi, habelə Mirzəqurbanlı kəndində dəfn olunması ərizəyə əlavə edilmiş, arayışdan, doğum haqqında şəhadətnamədən və onun məzar daşının fotoşəkillərindən də aydın görünür. Bu məlumatların isə ölüm haqqında akt qeydləri kitabında olan səhvin düzəldilməsi üçün yetərli olduğunu hesab edirəm. Buna baxmayaraq qeyd etdiyim kimi Cavabdeh tərəfindən müraciəti kifayət qədər əhatəli araşdırılmamış və nəticə olaraq təkrar şəhadətnamənin verilməsindən, eyni zamanda müvafiq akt qeydindəki səhvə düzəliş edilməsindən imtina edilmişdir. Bu baxımdan cavabdehin imtinasını əsassız hesab edir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmişdir və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Əlavə olaraq bildirilir ki, hazırki işin məhkəmə aidiyyəti müəyyən edilərkən 2 ərizə növü fərqləndirilməlidir. Birincisi, qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə; ikincisi, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqan tərəfindən qeydə düzəliş edilməsindən imtina olması ilə bağlı maraqlı şəxslə həmin orqan arasında olan mübahisə üzrə ərizə. birinci, ərizəyə ümumi məhkəmədə, ikinci ərizəyə isə inzibati məhkəmədə baxılmalıdır. Bu barədə izah “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Ali Məhkəmənin Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 9.1-ci bəndində də verilib. Hazırki ərizə 2ci növ ərizəyə aiddir, çünki iddiaçı ilə qeydiyyat orqanı arasında mübahisə yaranmışdır. 1ci növə aid olan ərizə o zaman verilir ki, belə mübahisə olmasın. İddia ərizəsindən də görünür ki, iddiaçı qeydin düzgün olmamasının müəyyən edilməsini deyil, qeydə düzəliş edilməsi öhdəliyinin qeydiyyat orqanının üzərinə qoyulmasını tələb edib. Bu baxımdan, hazırkı mübahisə inzibati mübahisə hesab edilir. Bundan başqa nəzərə alınmalıdır ki, oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi də bu növ iddialara baxılmasının inzibati məhkəmələr tərəfindən həyata keçirildiyini nəzərdə tutur. (Bax: Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)- 360/2022 saylı, xx.xx.2022-ci il tarixli) İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İşdə olan Cavabdeh İddiaçı verdiyi xx.xx.2023-cü il tarixli 3-16-5/8-3-83 nömrəli məktubunda göstərilmişdir ki, X2 ölümü haqqında təkrar şəhadətnamə verilməsi barədə müraciətinizə Cavabdehndə baxılmışdır.Tələbin təmin olunması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 9.13. bəndinə uyğun olaraq ərizədə göstərilmiş il, eyni zamanda həmin ildən üç il əvvəl və üç il sonrakı dövr üzrə müvafiq vətəndaşlıq vəziyyətinin akt qeydləri yoxlanılmış, lakin ölüm tarixi xx.xx.2006-cı il olan X7 adlı şəxsin ölümü barədə akt qeydi aşkar edilməmişdir.Görülmüş tədbirlər zamanı ölən şəxs haqqında məlumat qrafasında şəxsin soyadı istisna olmaqla ölüm tarixi, ölüm yeri, adı və ata adı barədə məlumatlar eyni olan ölüm akt qeydi Neftçala rayon Tatarməhlə kənd İƏN-i tərəfindən tərtib edilmiş 2006-cı ilə aid vətəndaşlıq vəziyyəti akt qeydləri kitabında aşkarlanmış, lakin həmin xx.xx.2006-cı il tarixli, 02 nömrəli akt qeydində ölən şəxsin soyadı “Fərəcov” yazılmışdır.Göstərilənlərə əsasən ölüm haqqında təkrar şəhadətnamə verilməsi tələbinizdən imtina olunur və müraciətə baxılmasının nəticəsindən subordinasiya və məhkəmə qaydasında şikayət etmək hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-ci maddəsinin tələblərinə əsasən Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır.Əlavə olaraq bildiririk ki, müvafiq ölüm haqqında akt qeydindəki şəxslə təqdim etdiyi sənəddə göstərilən şəxsin (atanızın) eyniləşdirilməsi mümkünsüzdür. Akt qeydində dəyişiklik edilməsi üçün kifayət qədər əsas olmadığından, Yusifov və Fərəcov soyadları tamamilə fərqli soyadlar olduğundan akt qeydində düzəlişlə bağlı tələbiniz inzibati qaydada təmin oluna bilməz. İşdə olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 06 məhkəməyə ünvanladığı, xx.xx.2023-cü il tarixli, 22/2-115057 nömrəli məktubunda göstərilmişdir ki, Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli 2-1(120)-2799/2023 nömrəli sorğunuz icra olunmadan geri qaytarılır. Azərbaycan Respublikası Ali Məhkəməsi ilə razılaşdırılmaqla Daxili İşlər Nazirliyi Kollegiyasının 2019-cu il 16 yanvar tarixli Q11-001-19 nömrəli qərarı ilə təsdiq edilmiş və Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyata alınmış «Cinayət törətməkdə şübhəli və ya təqsirləndirilən, məhkum olunmuş, habelə inzibati qaydada həbs edilmiş şəxslərin mərkəzləşdirilmiş fərdi uçotlarının təşkili və aparılmasına dair Təlimat»ın (www.e-qanun.az) 8.6. bəndinə və 8.6.1. yarımbəndinə müvafiq olaraq şəxsin məhkumluğunun olub-olmaması barədə sorğu elektron rabitə kanalları və ya kağız daşıyıcıları vasitəsi ilə yoxlanılır. Tələbnamələr bu Təlimatla müəyyən olunmuş formada (9 nömrəli əlavə) tərtib edilir və hər bir yoxlanılan şəxsə dair ayrıca tələbnamə doldurulur, onun soyadı, adı, ata adı adlıq halda, çap hərfləri ilə yazılır, müvafiq yoxlama aparıldıqdan sonra təşəbbüskara geri qaytarılır. İşdə olan Azərbaycan Respublikası Neftçala rayon İcra Hakimiyyəti Başçısının Tatarməhlə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 179 nömrəli arayışda göstərilmişdir ki, iddiaçının XX.XX.1933-CÜ il təvəllüdlü mərhum atası X7 həqiqətən ünvan 1ində qeydiyyatda olmaqla yaşamış, 17 yanvar 2006-cı il tarixində ünvan 1ində vəfat etmiş və Mirzəqurbanlı kənd qəbirstanlığında dəfn olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Neftçala rayon İcra Hakimiyyəti Başçısının Tatarməhlə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 180nömrəli arayışda göstərilmişdir ki, verilir arayış İddiaçı ondan ötrü ki, həqiqətən o, Neftçala rayon İcra Hakimiyyəti Başçısının Tatarməhlə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Mirzəqurbanlı kəndində yaşayır. İşdə olan Azərbaycan Respublikası Neftçala rayon İcra Hakimiyyəti Başçısının Tatarməhlə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 251 nömrəli arayışda göstərilmişdir ki, verilir arayış İddiaçı ondan ötrü ki, onun mərhum atası X7 həqiqətən ünvan 1ində qeydiyyatda olmuş, xx.xx.2006-cı il tarixində, Mirzəqurbanlı kəndində öz evində rəhmətə getmiş, Mirzəqurbanlı kənd qəbirstanlığında dəfn olunmuşdur. İşdə olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1969-cu ildə ünvan 1ində anadan olmuşdur və ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə olan AZ T seriyalı, 236699 saylı doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1969-cu ildə ünvan 1ində anadan olmuşdur. Ata qrafasında X7, ana qrafasında isə X6 qeyd edilmişdir. İşdə olan İ-ИЕ №090255 nömrəli nigah haqqında şəhadətnamədən görünür ki, X7 oğlu X5 ilə xx.xx.1959-cu il tarixə nigaha daxil olmuşlar. Nigah bağlandıqdan sonra arvad Yusifov soyadını götürmüşdür. İşdə olan Cavabdeh məhkəməyə ünvanladığı 05 oktyabr 2023-cü il tarixli, 3-16-5/8- 11-378/23 nömrəli məktubunda göstərilmişdir ki, mərhum X10 yaxın qohumları barədə Cavabdeh arxivində aşkarlanan akt qeydlərinin təsdiq edilmiş sürətləri göndərilir.

1. X13. xx.xx.1961-ci il tarixli, 134 nömrəli doğum akt qeydi

2. İddiaçı. xx.xx.1969-cu il tarixli, 32 nömrəli doğum akt qeydi

3. X11.xx.xx.1966-cı il tarixli, 27 nömrəli doğum akt qeydi

4. X8.xx.xx.1964-cü il tarixli, 09 nömrəli doğum akt qeydi

5. X12.xx.xx.1959-cu il tarixli,10 nömrəli nikah akt qeydi. İşdə olan Neftçala rayon Polis şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-13100/2-6585/2023 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.1969-cu il tarixdə Neftçala rayonunda anadan olan, ünvan 1ində yaşayan İddiaçı Neftçala rayon polis şöbəsi tərəfindən 16.1 1.2006-cı il tarixdə ******* 1 nömrəli şəxsiyyət vəsiqəsinə əsas olan sənədlər Azərbaycan Respublikası DİN-nin müvafiq əmrinə uyğun olaraq məhv edildiyindən (sənədlərin saxlanılma müddəti 5 il olduğundan) həmin sənədlərin surətlərinin məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. Neftçala RPŞ-də İddiaçı barəsində heç bir təqsirləndirici material yoxdur. İşdə olan Neftçala rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli 237 xid/23 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı barəsində son 3 il ərzində Neftçala rayon prokurorluğunda hər hansı bir material üzrə araşdırma aparılmamış, cinayət işi istintaq edilməmişdir. İşdə olan xx.xx.2006-cı il tarixli 02 nömrəli ölüm haqqında akt qeydindən görünür ki, 1933-cü il təvəllüdlü, 72 yaşı tamam olmuş X9 xx.xx.2006-cı ildə ölmüşdür. Məhkəmə tərəfindən iş materialları araşdırılaraq müəyyən edilmişdir ki, X3 ölüm haqqında akt qeydində soyadı “Eyvazov” əvəzinə “Fərəcov” qeydi aparılmışdır. Məhkəmə qeyd edir ki, iddiaçının hazırki iddia tələbini irəli sürməkdə əsas məqsədi doğum haqqında akt qeydində düzəlişlərin edilməsidir ki, bu zaman məhkəmə, doğum haqqında akt qeydində səhvələrə yol verilib-verilməməsini müəyyən etməli və bu istiqamətdə qiymətləndirməni aşağıdaki qanunvericiliyin müddəaları əsasında həyata keçirməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 26.5-ci maddəsinə əsasən fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 51.2-ci maddəsinə əsasən uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər), bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) və məhkəmə tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 53.3-cü maddəsinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 192-ci maddəsinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması ilə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında dəyişikliklər edilmişsə, əvvəllər verilmiş şəhadətnamələr ləğv edilir və onların əvəzində qeydiyyatda dəyişikliklər nəzərə alınmaqla yeni şəhadətnamələr verilir. Məhkəmə tərəfindən iddiaçı barəsində AZ T seriyalı, 236699 saylı doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1969-cu ildə ünvan 1ində anadan olmuşdur. Ata qrafasında X7, ana qrafasında isə X6 qeyd edilmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş X12 ilə X6 arasında olan xx.xx.1959-cu il tarixli,10 nömrəli nikah akt qeydinə və iddiaçının yaxın qohumlarının doğum akt qeydlərinə əsasən müəyyən edilir ki, iddiaçının mərhum atasının soyadı “Yusifov” kimi göstərilmişdir. Azərbaycan Respublikası Neftçala rayon İcra Hakimiyyəti Başçısının Tatarməhlə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 179 nömrəli arayışdan görünür ki, iddiaçının XX.XX.1933-cü il təvəllüdlü mərhum atası X7 həqiqətən ünvan 1ində qeydiyyatda olmaqla yaşamış, 17 yanvar 2006-cı il tarixində ünvan 1ində vəfat etmiş və Mirzəqurbanlı kənd qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə qeyd edir ki, qanunvericilikdə ölüm haqqında akt qeydlərində düzəlişlərin edilməsi və yeni ölüm haqqında şəhadətnamə verilməsi barədə qadağanedici norma mövcud deyildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 26.5.Fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 159.2.Müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 160.1.Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 166.1.Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 166.3.Doğum haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 168.1.Doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın: 1.1.Bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri (bundan sonra – müvafiq olaraq "Qeydiyyat şöbəsi", "konsulluq idarəsi, "icra hakimiyyətinin nümayəndəliyi") tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edir. 1.4. Qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nigahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 2.1.Doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. 2.2. Doğumun qeydə alınması üçün uşağın valideyni, qəyyumu, himayəçisi və ya onların notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxs qeydiyyat şöbəsinə, konsulluq idarəsinə, icra hakimiyyətinin nümayəndəliyinə müraciət edirlər.Doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri, şəxsiyyət vəsiqəsinin nömrəsi və verilmə tarixi) Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki tibb müəssisəsi tərəfindən dərhal İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə, digər tibb müəssisəsi tərəfindən isə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ötürülür. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən həmin məlumat informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ananın yaşayış yeri üzrə qeydiyyat şöbəsinə ötürülür. 12.7. Uçot kitabları dəqiq və aydın doldurulur, buraxılmış səhvlər müvafiq qeydlərdə düzəldilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın: 1.Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.

2. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır.

3. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: -vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə;

5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir.

8. Ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir.

9. Bu əsas müddəaların 4-cü bəndində sadalanan sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi toplanmış bütün materiallarla birlikdə icra üçün müvafiq qeydin olduğu yerdəki qeydiyyat şöbələrinə və ya konsulluq idarələrinə 3 gün müddətində göndərilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi məhkəmənin qərarı əsasında aparıldıqda, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi tələb olunmur.

10. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 195.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır. Şərh olunan qanunvericiliyin və normativ hüquqi aktların müddəalarından görünür ki şəxsin ölümü müvafiq olaraq qeydə alınır və ölüm haqqında akt qeydi ilə rəsmiləşdirilir. Qeyd olunmalıdır ki, əgər ölüm haqqında akt qeydində səhvə yol verilərsə bu səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Yuxarıda göstərilənləri hazırki iddiaya tətbiq etdikdə görünür ki, iddiaçının mərhum atasının ölüm haqqında akt qeydində həqiqətən də səhvlərə yol verildiyi müəyyən olunur. Belə ki, məhkəmənin sorğusuna cavab olaraq iddiaçının ölümü barədə tərtib olunmuş akt qeydinin təsdiq edilmiş surəti məhkəməyə təqdim olunmuşdur. Həmin akt qeydinin təhlili zamanı müəyyən olunmuşdur ki, iddiaçının mərhum atasının soyadı “Fəcəcov” kimi qeydə alınmışdır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının mərhum atasının ölüm haqqında akt qeydində iddiaçının mərhum atasının soyadının səhv yazıldığı müəyyən olunduğundan və bu halı təsdiq edən kifayət qədər dəlillər olduğundan iddiaçının mərhum atasının ölüm haqqında akt qeydində düzəlişlərin edilməsindən imtina edilməsi ilə bağlı cavabdehin imtinası əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. X7 barəsində xx.xx.2006-cı il tarixdə Cavabdehndə tərtib edilmiş 02 nömrəli ölüm haqqında akt qeydində düzəliş edilsin, cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdeh üzərinə soyadı “Fərəcov” kimi göstərilmiş X1 qrafasına düzəliş edilərək “Yusifov” kimi qeyd edilməklə, yeni ölüm haqqında şəhadətnamə verilməsi öhdəliyi qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər.

Hakim: Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar