Məhkəmə qərarları › İş №2-1(120)-71/2021

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-71/2021

22.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-71/2021 22.02.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı, İddiaçının vəkili və nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinə qarşı xx.xx.N994-cü il tarixdə Füzuli rayonunda vəfat etmiş atası, X8 “şəhid” statusu verilməsi, İddiaçı isə “şəhid ailəsi” statusu verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbinə dair inzibati işə məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.N994-cü il tarixdə Füzuli rayonunda vəfat etmiş atası, X8 “şəhid” statusu verilməsi, İddiaçı isə “şəhid ailəsi” statusu verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, atası xx xxxxxx N946-cı il təvəllüdlü XN0 N992-ci ilin əvvələrində Füzuli rayonu Könüllü Özünümüdafiə batalyonuna qoşularaq torpaqların erməni işğalçılarından azad edilməsi üçün döyüşlərə qatılmışdır. Füzuli rayonunda yerləşən N №-li hərbi hissənin tərkibində döyüşmüşdür. Müxtəlif vaxtlarda yaralanmış və müalicəsini başa vurduqdan sonra yenidən N saylı hərbi hissəyə qayıtmış və döyüş əməliyyatlarına qoşulmuşdur. N №-li hərbi hissə komandirinin xx xxxxxx N993-cü il tarixli 305 №-li əmri ilə yaş həddinə görə Silahlı Qüvvələrdən ehtiyata tərxis olunmuş, komandirin xx.xx.N993-cü il tarixli 356 №-li əmri ilə ezamiyətdən qayıtmış X2 qazan təminatına salınaraq xidmətini davam etdirmək üçün BMO-ya göndərilmiş və komandirin xx xxxxxx N994-cü il tarixli 20 №-li əmrində ağır yaralanaraq Füzuli rayonu Əhmədbəyli kəndində yerləşən hərbi hospitala göndərilmişdir. X2 xx xxx N994-cü ildə hərbi hospitalda vəfat etmişdir. Onun ölümünə səbəb “Bədəninin yayılmış güllə yaralanmaları, daxili və xarici kütləvi qan itirmələr. Travmatik şok” olmuşdur. X3 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında həlak olmuş hərbi qulluqçu olduğundan o, şəhid hesab edilir. Mərhum X2na “şəhid” statusu verilməsi, ona, yəni İddiaçı isə “şəhid ailəsi” statusu verilməsi üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinə dəfələrlə mürciət etmişdir. Xidmətin Füzuli rayon şöbəsindən ona xx.xx.2020-ci il tarixli məktub göndərilmiş və bildirilmişdir ki, Azərbaycan Respubliası Silahlı qüvvələrinin Baş Kliniki Hospitalna məktub ünvanlanmışdır. Məktuba rəsmi cavab aldıqdan sonra daha ətraflı məlumat veriləcəkdir. Lakin onun Xidmətə müraciətindən uzun müddət keçsə də ərizəsinə baxılması barədə heç bir məlumat verilməmişdir. Buna görə də X8 “şəhid” statusu, İddiaçı isə “şəhid ailəsi” statusu verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmalıdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdiyini bildirdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi XNN iddianı müdafiə etdiyini bildirdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin və üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin və üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin etiraz ərizəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 20N5-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun N-ci maddəsinə əsasən, şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, N8 yaşına çatmamış uşaqlar, N8 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş N8 yaşından yuxarı əlil uşaqlar, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; ilk peşə-ixtisas təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin N994-cü il N5 yanvar tarixli N0 saylı qərarı ilə təsdiq edilmiş "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları"nın 2.N-ci bəndinə əsasən, şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar: 2.N.N. arvadı (əri); 2.N.2. valideynləri; 2.N.3. N8 yaşma çatmamış uşaqları, N8 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş N8 yaşından yuxarı əlil övladları; 2.N.4. qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar; 2.N.5. babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa; 2.N.6. 2.N.3 və 2.N.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər. XN mərhum X6 övladı olmaqla, şəhid ailəsinə daxil olan şəxslərin siyahısına daxil olmadığından, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququ mövcud deyildir. Qanunvericiliyin normalarında yalnız şəhid olmuş şəxsin N8 yaşına çatmamış uşaqları və ya N8 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş N8 yaşından yuxarı əlil övladları belə bir subyektiv hüququ müəyyən edilmişdir. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslığını yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Qeyd olunanlara əsasən iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan Füzuli rayon Prokurorluğunun xx.xx.2020-ci il tarixli, 205x-20 nömrəli məktubuna əlavə edilmiş Füzuli rayon Prokurorluğunun xx.xx.N994-cü il tarixli, 555N2 nömrəli cinayət işini başlamaq barədə qərarının təsdiq edilmiş surətindən görünür ki, xx.xx.N994-cü il tarixdə saat 24 radələrində Füzuli rayonunun Qarabağ heyvandarlıq kompleksində yerləşən beton navesin yanında iki nəfər hərbi geyimli olan naməlum şəxs odlu silahdan atəş açaraq N nömrəli hərbi hissənin əskəri N972-ci il təvəllüdlü X7 və həmin kompleksdə yaşayan N946-cı il təvəllüdlü X9 qətlə yetirmişdir. İki nəfərin qəsdən qətlə yetirilməsi faktına görə Azərbaycan Respublikasının CM-nin 94-cü maddəsinin 4-cü bəndi ilə cinayət işi başlanılmışdır. İş materiallarında olan Füzuli rayon Prokurorluğunun xx.xx.N994-cü il tarixli iş üzrə ibtidai istintaqın dayandırılması haqqında qərarının təsdiq edilmiş surətindən görünür ki, X4 və X6 qətlə yetirilməsi ilə əlaqədar başlanmış 555N2 nömrəli cinayət işinin istintaqı dayandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş Klinik Hospitalı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.20N9-cu il tarixli, N0N05 nömrəli məktubundan görünür ki, mərhum X6 N994-cü ilin may ayında N nömrəli hərbi hissənin tibb bölüyündə vəfat etməsi barədə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında saxlanılan arxiv sənədləri içərisində məlumatın olmadığı bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2020-ci il tarixli, 20/N80N nömrəli məktubunda qeyd edilmişdir ki, Təşkilat-Səfərbərlik İdarəsində aparılan qaytarılmaz itkilərin elektron məlumat sistemində, qaytarılmaz itkilərin fərdi uçot kartlarında, keçmiş Füzuli RHK tərəfindən göndərilən “Füzuli RHK-nın qeydiyyatında olan erməni quldurlarına qarşı aparılan mübarizədə şəhid olmuş hərbi mükəlləfiyyətlilərin siyahısı”nda X6 hərbi xidməti və vəfat etməsi barədə məlumat aşkar edilməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.N-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 20N5-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın N6.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Göründüyü kimi iddianın mahiyyəti üzrə baxılması üçün iddianın mümkün olması vacib şərtdir. İddianın mümkünlük məsələsi yoxlanılarkən diqqət yetirilməli vacib məsələrdən biri də iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı tələblə bağlı subyektiv hüququnun olması qanunvericilikdə nəzərdə tutulmamışdır. Belə ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanunun N-ci maddəsinə görə şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, N8 yaşına çatmamış uşaqlar, N8 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş N8 yaşından yuxarı əlil uşaqlar, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin N994-cü il N5 yanvar tarixli N0 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” 2.N-ci maddəsinə görə şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar; arvadı (əri); valideynləri; N8 yaşına çatmamış uşaqları, N8 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş N8 yaşından yuxarı əlil övladları; qardaşları və bacıları-uşaq evlərində tərbiyə olunanlar; babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa; 2.N.6. 2.N.3 və 2.N.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər. Qaydaların şəhid adının verilməsi mexanizmini tənzimləyən 4.N-ci bəndinə müvafiq olaraq, şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vasatəti ilə baxılır. Həmin bəndə görə, şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara qediyyatda olduqları hərbi komissarlıqlar, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Qanuna və bu Qaydalara müvafiq surətdə arayış verməlidir. Şəhid ailələrinə vəsiqə bu Qaydaların 4.N-ci bəndində göstərilən arayışlara əsasən yaşadıqları ərazi üzrə əhalinin sosial müdafiə mərkəzləri tərəfindən verilir (4.2-ci bənd). Həmçinin, vurğulanmalıdır ki, qeyd olunan məsələ ilə bağlı səlahiyyətli orqanların qəbul etdiyi aktlarla razılaşmayan maraqlı şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məhkəməyə müraciət etmək hüquqları vardır. Məhkəmə yuxarıda qeyd edilən qanunvericilik aktlarının tələbindən çıxış edərək belə qənaətə gəlir ki, xx.xx.N982-ci il təvəllüdlü İddiaçı mərhum X6 övladı olsa da, qanunverciliyin tələbinə əsasən şəhid ailəsinə daxil olan şəxslərin siyahısına daxil olmadığından, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququ mövcud deyildir. Qeyd edilən normalarda yalnız N8 yaşına çatmamış uşaqlar, N8 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş N8 yaşından yuxarı əlil övladların belə bir subyektiv hüququ müəyyən edilmişdir. İddiaçının isə əlil olması ilə bağlı sübut mövcud deyildir. Odur ki, qeyd edilənlər hazırkı iddiaya mahiyyəti üzrə baxılmasını və iddianın əsaslılığının yoxlanılmasını mümkünsüz edir. Çünki inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin N3-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.N-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Məhkəmə tərəfindən iddiaıya hüquqi yardım göstərilərək, hazırkı iddianı qaldırmağa subyektiv hüququnun olmasına dair sübutlarını təqdim etməsi təklif olunmuşdur. Lakin iddiaçı tərəfindən müvafiq sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı hazırkı iddianı qaldırmağa subyektiv hüququ olmadığından iddiası mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən N0 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar