Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-711/2021 14.12.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. ТƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 06.01.2010-cu ildə Beyləqan rayonundan həqiqi hərbi xidmətə çağrılımışdır. N saylı hərbi hissədə orada Çavuşluq kursu keçmişdir. Oradan da N saylı hərbi hissədə əsgər kimi xidmət etmişdir. 24.03.2011-ci ildə Silahlı Qüvvələrin təlim tədris mərkəzinin gizir hazırlıq kursunun artileriya bölməsinə daxil olmuşdur. 24.08.2011-ci ildə həmin kursu bitirib, N saylı hərbi hissəyə gəlmişdir. N saylı hərbi hissəyə 24.09.2014-cü ildə gəlmişdir. 20 09.2015-ci ildə N saylı hərbi hissədə aprelin 01-dən N nə kimi aprel döyüşlərində iştirak etmişdir. Həmin 4 gündə 3 əməliyyatda iştirak etmişdir. 1 erməni generalı, 2 polkovnik əlavə canlı qüvvə və texnika sıradan çıxarmışdır. Ohanyan səddinin yarılmasında iştirak etmişdir. N və N saylı hərbi hissələrin müdafiə zolaqlarında gücləndirilmiş döyüş növbəliyində olmuşdur. 07.03.2018-ci ildə hərbi xidmət dövründə qazanılmış epilepsiya xəstəliyi ilə təxris olunmuş və ehtiyata buraxılmışdır. Onun 4 gunluk döyüşdə sol əlində şəhadət barmağı üst və yan hissəsi yaralanmışdır. Həmın barmağı öz tutumunu itirmişdir. Barmağı yaralanan zaman döyüş getdiyindən, döyüşdə olduğuna görə ilkin tibbi yardım qaydasında həll olunmuşdur. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası bütövlüyü uğrunda Aprel döyüşlərində iştirak etdiyi üçün ona müharibə veteranı adı verilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddia ərizəsinə 19 mart 2021-ci il tarixli, 11/1249 nömrəli münasibətində (etirazında) göstərmişdir ki, İddiaçı iddia ərizəsində göstərilənlər əsassız və qanunsuz olduğu səbəbindən, aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, iddiaçı ərizəsində göstərmişdir ki, 2016-cı ilin aprel ayında Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etmişdir. Qeyd olunan ifadənin əsasında da Müdafiə Nazirliyinə qarşı olan tələblərini irəli sürmüşdür. Müharibə veteranı adı müvafiq komissiyanın rəyi əsasında verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995ci il tarixli 216 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməsinin 1 -ci bəndinin 11-ci yarımbəndinə əsasən “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi AR Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. “Veteranlar haqqında” AR Qanununun 7-ci maddəsinin üçüncü abzasına əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin 1-ci maddəsinə əsasən; - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüs zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının verinə yetirilməsi ilə baälı ezamiyyətlərdə olarkən, bilavasitə dövüs əməliyyatlarında iştirak edən və həmin dövüs əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma. travma. kontuziyal almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. İddiaçı məhkəməyə təqdim etdiyi rəsmi sənədlərdə onun döyüş tapşırığını yetirməsi zamanı yaralanaması, travma və ya kontuziya alması ilə bağlı heç bir sənədi yoxdur. İddiaçının hərbi biletində döyüşlərdə iştirakı ilə bağlı qeyd yoxdur. İPM-nin 73.3.1-ci maddəsinə əsasən «inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə»... və 73.3.2-ci maddəsi «inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətlədirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə».... Məhkəmə bir qayda olaraq iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətini, hərbi biletinin notarial qaydada təsdiq olunmuş surətini, yaşayış yerindən arayışını, 047940 nömrəli vəsiqənin təsdiq olunmuş surətini, ərizənin və arayışlarının surətini, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin 08.08.2020-ci il tarixli, 1/İ- 10429 nömrəli məktubunu, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin 11.02.2021-ci il tarixli, 342 nömrəli, 21.01.2021-ci il tarixli, 236 nömrəli arayışlarının surətini, Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 29.12.2020-ci il tarixli, 2124 nömrəli məktubunu əlavə etmişdir. Həmin sənədlərin və məhkəmənin sorğusu əsasında göndərilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 16.03.2021-ci il tarixli, **********1 nömrəli məktubunun, Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 29.12.2020-ci il tarixli, 2124 nömrəli məktubuna əlavə olunmuş sənədlərin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 19 mart 2021-ci il tarixli, 11/1249 nömrəli etirazının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin 18.03.2021-ci il tarixli, 384 nömrəli məktubunun və ona əlavə olunmuş sənədlərin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının 04.08.2021-ci il tarixli, 15139 nömrəli məktubunun və ona əlavə olunmuş sənədlərin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hüquq İdarəsinin 19.11.2021-ci il tarixli, 11/5448 nömrəli məktubunun və ona əlavə olunmuş sənədlərin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 06.12.2021-ci il tarixli, 11/5734 nömrəli vəsatətinin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Beyləqan rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı Beyləqan rayonunda qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin qənaətinə görə iddia mümkün olsa da, lakin qismən əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan İşdə olan seriya AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1991-ci il tarixdə Beyləqan rayonu, 1-ci Şahsevən kəndində anadan olmuş, Beyləqan rayonu, 1-ci Şahsevən kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan 05.01.2010-cu il tarixli, AO ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 06.01.2010-cu ildə Beyləqan rayonundan həqiqi hərbi xidmətə çağrılımışdır. N saylı hərbi hissədə orada Çavuşluq kursu keçmişdir. N saylı hərbi hissədə əsgər kimi xidmət etmişdir. 24.03.2011-ci ildə Silahlı Qüvvələrin təlim tədris mərkəzinin gizir hazırlıq kursunun artileriya bölməsinə daxil olmuşdur. 24.08.2011-ci ildə həmin kursu bitirib, N saylı hərbi hissəyə gəlmişdir. N saylı hərbi hissəyə 24.09.2014-cü ildə gəlmişdir. 07.03.2018-ci il tarixdən isə N saylı hərbi hissənin tərkibində xidmət etmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 16.03.2021-ci il tarixli, **********1 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.1991-ci ildə Beyləqan rayonunda doğulmuş İddiaçı Gəncə Hərbi Məhkəməsinin 14.05.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2 və 62-ci maddələrinə əsasən 2.000 manat cərimə cəzasına məhkum edilmiş və 04.11.2014-cü il tarixdə təyin olunmuş cəriməni tam olaraq dövlət büdcəsinə ödəmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin 08.08.2020-ci il tarixli, 1/İ-10429 nömrəli məktubunda qeyd edilmişdir: Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş ərizənizə cavab olaraq təkrar bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-cı il tarixli 216 nömrəli (03 noyabr 2016-cı ıl tarixli 438 nömrəli Qərar) Qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə"nın 1-ci hissəsinin 8-ci yarımbəndinə uyğun olaraq 12 may 1994-cü il tarixdən sonra 'Müharibə Veteranı” adı yalnız döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara verilir. Əlavə olaraq bildiririk ki, ‘‘Vətəndaşların müraciətləri haqqında” Qanunun 14.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququna malikdir. İşdə olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin 18.03.2021-ci il tarixli, 384 nömrəli məktubunda qeyd edilmişdir: xx.xx.1991-ci il təvəllüdlü ehtiyyatda olan gizir İddiaçı 06.01.2010-cu il tarixdən 22.04.2011-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında müddətli həqiqi hərbi xidmət, 22.04.2011-ci il tarixdən 27.10.2011-ci il tarixədək SQTTM-də kursant vəzifəsində və 27.08 2011 -ci il tarixdən 07.03.2018-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında gizir qismində həqiqi hərbi xidmət keçmiş və Müdafiə Nazirinin SQBQR-nın 07.03.2018-cı ıl tarixli 061gm saylı əmrinə əsasən HXKH-da əsasnamənin “156”-cı maddəsinin "V" bəndinə əsasən (xəstəliyə görə) ehtiyyata tərxis edilmişdir. Hal-hazırda SHXÇDX-nın Beyləqan rayon şöbəsində hərbi vəzifəlilərin qeydiyyatındadır. İddiaçı Xidmətin Beyləqan rayon şöbəsinə “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün hər hansı bir rəsmi müraciət etməmişdir. Əlavə olaraq bildirirəm ki, gizir İddiaçı 2-cı Ordu Korpus komandirinin 1-ci müavini-qərargah rəisinin 28.03.2016-cı il tarixli 012 nömrəli əmrinə əsasən 2-ci Ordu Korpusunun müdafiə zolağının gücləndirilməsi,döyüş tapşırıqlarının yerinə yetirilməsi və döyüş mövqələrinın tutulması məqsədi ilə 30.03.2016-cı il tarixdə N nömrəli hərbi hissə komandirinin N nömrəli əmri ilə getmiş hesab olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 06.12.2021-ci il tarixli, 11/5734 nömrəli vəsatətində qeyd edilmişdir: “Şirvan inzibati Məhkəməsində İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2-1(120)- 711/2021 nömrəli inzibati işə baxılır. İddiaçı gizir rütbəsində N nömrəli hərbi hissədə həqiqi hərbi xidmət keçərkən, hərbi hissə tərəfindən onun adına verilmiş 29.07.2021-ci il tarixli 1594 nömrəli “travma haqqında arayışı"nda onun 03.04.2016-cı il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda “Barotravma. Sol tərəfli neyrosensor ağıreşitmə” xəsarətinin almasının qeydə alınmasını bildirmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 №-li qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinin “həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi verilir” müddəasına istinadən Müdafiə Nazirliyinin üzərinə müvafiq öhdəliyin qoyulmasını tələb etmişdir. İnzibati işin materiallarında olan Şirvan inzibati Məhkəməsinə ünvanlanmış Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası rəisinin 29.08.2021-ci il tarixli 15139 nömrəli məktubunda və Müdafiə Nazirliyinin Hüquq İdarəsinə ünvanlanmış qeyd olunan poliklinika rəisinin 12.11.2021-ci il tarixli 19718 nömrəli məktubunda N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu, vətəndaş İddiaçı adına Azərbaycan Respublikasının müdafiə nazirinin 2008-ci il 14 mart tarixli 123 nömrəli ilə qüvvəyə minmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi-Həkim Ekspertizasının keçirilməsi qaydaları haqqında Təlimafın “20 №-li qoşma”da müəyyən edilmiş nümunədə arayışın (xəsarətin alması və dərəcəsi barədə) verilmədiyi göstərilsə də, qeyd olunan arayışın İddiaçı tərəfindən məhkəməyə təqdim edilməsi müəyyən edilmişdir. İddiaçı xəsarət alması ilə bağlı tərtib edilmiş sənədlər üzrə araşdırmanın aparılmasına və prosessual qərarın qəbul edilməsinə Müdafiə Nazirliyi Hüquq idarəsinin rəisi tərəfindən 06.12.2021-ci il tarixdə müvafiq göstəriş verilmiş, araşdırmanın nəticəsi barədə Sizə məlumat veriləcəkdir...” İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 15.01.2018-ci il tarixli, 75 nömrəli mərkəzi hərbi həkim komissiyasına göndərişdən görünür ki, gizir İddiaçı epilepsiya, tez-tez epileptik tutmalarla, xroniki hipertrofik rinit remissiya dövründə, burun tənəffüsünü cüzi pozan burun arakəsməsinin əyriliyi diaqnozu qoyulmuşdur. İşdə olan N nömrəli hərbi hissə komandirinin 30.03.2016-cı il tarixli, N nömrəli əmrindən çıxarışdan görünür ki, 2-ci Ordu Korpusu komandirinin birinci müavini-qərargah rəisinin 28 mart 2016-cı il tarixli, 012 nömrəli sərəncamı ilə gizir İddiaçı, reaktiv batareyanın 2-ci reaktiv taqımının 2-ci döyüş maşınının komandiri 2-ci Ordu Korpusunun müdafiə zolağının gücləndirilməsi, döyüş tapşırıqlarının yerinə yetirilməsi və döyüş mövqelərinin tutulması məqsədi ilə 30 mart 2016-cı il tarixdən göndərilmişdir. İşdə olan Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının 04.08.2021-ci il tarixli, 15139 nömrəli məktubunda qeyd edilmişdir: vətəndaş İddiaçı 2020, 2021-ci illər ərzində Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasına bir dəfə 08.07.2021-ci il tarixində SHXÇDX-in Beyləqan rayon şöbəsinin rəisinin 05.07.2021-ci il tarixli, 766 nömrəli göndərişi ilə müraciət edib. Müraciət zamanı HHK-a N nömrəli hərbi hissənin komandirinin 29.07.2021-ci il tarixli, 1594 nömrəli travma haqqında arayışı təqdim edilmişdir. Bu səbəbdən vətəndaş İddiaçı “20 №-li Qoşma” verilməmişdir. İş materiallarında olan 29.07.2021-ci il tarixli, 1594 nömrəli travma haqqında arayışdan və SHXÇDX-in Beyləqan rayon şöbəsinin rəisinin Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına 05.07.2021-ci il tarixli, 766 nömrəli göndərişindən görünür ki, gizir İddiaçı 03.04.2016-cı il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda “Barotravma (03.04.2016). Sol tərəfli neyrosensor ağıreşitmə” xəsarətini almışdır. Xəsarət (yaralanma, travma, kontuziya) döyüş tapşırığını yerinə yetirərkən alınmışdır. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin 1-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci maddəsinə görə 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Fövqəladə Hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.09.2018 tarixli 422 nömrəli qərarına əsasən Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 14-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. Məhkəmə müəyyən etdi ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin 08.08.2020-ci il tarixli, 1/İ-10429 nömrəli məktubu ilə döyüş tapşırığını yetirməsi zamanı yaralanması, travma və ya kontuziya alması ilə bağlı heç bir sənədinin olmaması səbəbilə iddiaçıya müharibə adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir k, İddiaçı 2020, 2021-ci illər ərzində Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasına bir dəfə 08.07.2021-ci il tarixində SHXÇDX-in Beyləqan rayon şöbəsinin rəisinin 05.07.2021-ci il tarixli, 766 nömrəli göndərişi ilə müraciət edib. Müraciət zamanı HHK-a N nömrəli hərbi hissənin komandirinin 29.07.2021-ci il tarixli, 1594 nömrəli travma haqqında arayışı təqdim edilmişdir. Həmin travma haqqında arayışdan və Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına göndərişindən görünür ki, İddiaçı 03.04.2016-cı il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda “Barotravma (03.04.2016). Sol tərəfli neyrosensor ağıreşitmə” xəsarətini almışdır. Xəsarət (yaralanma, travma, kontuziya) döyüş tapşırığını yerinə yetirərkən alınmışdır. Cavabdeh isə etirazında İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi ilə bağlı müraciətinə komissiyanın iclasında baxıldığını və onun təqdim etdiyi rəsmi sənədlərdə döyüş tapşırığını yetirməsi zamanı yaralanması, travma və ya kontuziya alması ilə bağlı heç bir sənədinin olmadığını bildirir. Göründüyü kimi cavabdeh inzibati orqanın iddiaçının ilkin müraciətindən imtina edərkən göstərdiyi və iddiaya qarşı yazdığı etirazın dəlilləri ilə N nömrəli hərbi hissənin komandirinin 29.07.2021-ci il tarixli, 1594 nömrəli travma haqqında arayışı və SHXÇDX-in Beyləqan rayon şöbəsinin rəisinin 05.07.2021-ci il tarixli, 766 nömrəli göndərişi arasında ziddiyyət vardır. Yəni, cavabdeh inzibati orqanın imtina və etirazın dəlillərindən fərqli olaraq, N nömrəli hərbi hissənin komandirinin 29.07.2021-ci il tarixli, 1594 nömrəli travma haqqında arayışından görünür ki, İddiaçı 03.04.2016-cı il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş tapşırığını yerinə yetirərkən “Barotravma (03.04.2016) Sol tərəfli neyrosensor ağıreşitmə” xəsarətini almışdır. Məhkəmə HHK-a N nömrəli hərbi hissənin komandirinin 29.07.2021-ci il tarixli, 1594 nömrəli travma haqqında arayışını və SHXÇDX-in Beyləqan rayon şöbəsinin rəisinin 05.07.2021-ci il tarixli, 766 nömrəli göndərişini cavabdeh inzibati orqana təqdim edərək, həmin sənədlərə dair öz münasibətini bildirilməsi xahiş olunmuşudr. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 06.12.2021-ci il tarixli, 11/5734 nömrəli vəsatətində qeyd edilmişdir ki, İddiaçı xəsarət alması ilə bağlı tərtib edilmiş sənədlər üzrə araşdırmanın aparılmasına və prosessual qərarın qəbul edilməsinə Müdafiə Nazirliyi Hüquq idarəsinin rəisi tərəfindən 06.12.2021-ci il tarixdə müvafiq göstəriş verilmiş, araşdırmanın nəticəsi barədə məhkəməyə məlumat veriləcəkdir. Göründüyü kimi iddiaçının hazırki iddia tələbi üzrə obyektiv həqiqətə nail olmaq üçün ciddi və əsaslı araşdırmanın aparılması zəruridir. Məhkəmənin qənaətinə görə yuxarıda qeyd olunan hallar zəruri inzibati icraat aparılmaqla cavabdeh inzibati orqan tərəfindən araşdırılmalıdır. Belə ki, İnzibati icraat haqqında” Qanunun : 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz . 61-ci maddəsinin tələblərinə görə: 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 19ci maddəsinin tələbinə uyğun sənədlərin mötəbərliyinə qiymət verməli, bu istiqamətdə zəruri araşdırma aparmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, onları dinləməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Məhkəmə hesab edir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İPM-in 73.2 və 73.3.3-cü maddələrinə əsasən: 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərarı iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Beləliklə, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-711/2021
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-711/2021
14.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver