Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-712/2024 24.05.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, məhkəmə iclas katibi Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı statusunun xx.xx.N2-ci il tarixdən, yəni dayandırıldığı vaxtdan bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, şifahi məhkəmə iclasında baxaraq müəyən etdi: Тəsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı statusunun xx.xx.N2-ci il tarixdən, yəni dayandırıldığı vaxtdan bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. Məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Məhkəmənin xx.xx.N3-cü il tarixli qərardadı ilə N saylı hərbi hissə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin xx.xx.N4-cü il tarixli qərardadı ilə iddiaçının ərizəsinə əsasən iddia tələbi dəqiqləşdirilərək Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı statusunun xx.xx.N2-ci il tarixdən, yəni dayandırıldığı vaxtdan bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi davam etdirilməsi qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, “Müharibə Veteranı” vəsiqəsinin və adının bərpası və müharibə veteranları üçün nəzərdə tutulan 80 manat Azərbaycan Respublikası Prezidenti təqaüdünün bərpa edilərək ödənilməsi üçün dəfələrlə cavabdeh Azərbaycan Respublikası Müdafiə X4 Baş İdarəsinə və Azərbaycan Respublikası ƏƏSMNnin yanında DSMF-yə rəsmi müraciət etmişdir. Müraciətlərinə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən cavab verilməmiş, digər cavabdeh Azərbaycan Respublikası ƏƏSMN-nin yanında DSMF Sosial Ödənişlərin X5 Filialı tərəfindən isə baxılmış, lakin müharibə veteranları üçün nəzərdə tutulan 80 manat Azərbaycan Respublikası Prezidenti təqaüdünün bərpa edilərək ödənilməsi təmin edilməmişdir. «Veteranlar» haqqında Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 1- ci abzasının tələblərinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatında fəaliyyət göstərən "Veteran adlarının" və vəsiqəsinin verilməsi komissiyası tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında“ Əsasnaməyə uyğun olaraq müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (həmçinin dublikatı) şəxsin hal-hazırda və ya sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi) qurumlarda yaradılmış müvafuq komissiyaların rəyinə əsasən verilir. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında“ Əsasnamənin 1-ci hissəsinə əsasən mahribə veteranı adı və müvafiq veteran vəsiqəsi verildikdən sonra 5 iş günündən gec olmayaraq müvafiq qurum bu barədə məlumatın Azərbaycan Respublikası ƏƏSMN-nın mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Zəfər” altsisteminə daxil edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 641 nömrəli Fərmanı əsasında xx.xx.2019-cu il tarixindən müharibə veteranlarına 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydaları’na 7 nömrəli əlavənin 2.33-cü bəndinə əsasən müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi üçün müharibə veteranı vəsiqəsinin surəti təqdim olunmalıdır. «Veteranlar» haqqında Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq nəzərdə tutulmuş güzəştlər “Veteran Vəsiqəsi” təqdim edildikdə həyata keçirilə bilər. Bildirir ki, o, xx.xx.1983-cü ildə Lənkəran şəhərində anadan olmuşdur. 2014-ci ilin sentyabr ayından Azərbaycan Respublikaslı MN-nin N nömrəli hərbi hissəsində MAHHXHQ kimi xidmətə başlarmşdır. xx.xx.2019-cu il tarixdən MN-nin N mömrəli hərbi hissəsinə keçirilmişdir. Hal-hazırda həmin hərbi hissədə cavuş rütbəsində xidmət edir. 27 sentyabr N0-ci ildən 10 noyabr N0-ci il tarixədək davam edən döyüş əməliyyatları zamanı Ağdam istiqamətində N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etmişdir. Döyüş əməliyyatları zamanı döyüş bölgəsində qeyri-məxfi sənədlərin çatdırılmasını və kargüzarlığın aparılmasını təşkil etmişdir. Müharibədə iştirak etməyi ilə əlaqədar ona N2-ci ilin yanvar ayında onun adı mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Zəfər” altsisteminə “Müharibə Veteranı” kimi daxil edilmiş, həmçinin “Vətən Müharibəsi iştirakçısı” Azərbaycan Respublikasının medalı da “Zəfər” altsisteminə daxil edilmişdir. xx.xx.N2-ci ildən 80 manat məbləğində müharibə veteranlarına ödənilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir. O, həmin təqaüdü N2-ci ilin noyabr ayına kimi almışdır. Lakin həmin tarixdən etibarən 80 manat təqaüd heç bir əsas olmadan və ona məlumat verilmədən dayandırılmışdır. Bununla əlaqədar hazırda xidmətdə olduğu N nömrəli hərbi hissə komandiri tərəfindən Azərbaycan Respublikası MN-nin X2 və vəsiqəsinin verilməsi Komissiyasına göndərilən xx.xx.N2-ci il tarixli 2728 nömrəli və xx.xx.N3cü il tarixli 47 nömrəli məktublara da heç bir cavab verilməmişdir. Azərbaycan Respublikası ƏƏSMN-yə etdiyi müraciətinə isə Azərbaycan Respublikası ƏƏSMN-nin DSMF Sosial Ödənişlərin X5 Filialı tərəlindən baxılmış və ona 23 yanvar N3-cü il tarixdə məktub göndərilmiş, lakin həmin məktubda Veteran Vəsiqəsini təqdim etdikdən və ya müvafiq qurum tərəfindən Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Zəfər” altsisteminə onun haqqında məlumat daxil edildikdən sonra müharibə veteranlarına verilən Prezident təqaüdü hüququna yenidən baxılacağı bildirilmişdir. Bununla bağlı qeyd edir ki, o Azərbaycan Respublikası ƏƏSMN-yə 27 sentyabr N0-ci ildən 10 noyabr N0-ci il tarixədək davam edən döyüş əməliyyatlarında iştirakını təsdiq edən sənədi, müharibə veteranı olmağına dair Esosialdan elektron arayışı təqdim etmişdir. Lakin sonradan məlum olmuşdur ki, onun müharibə veteranı olmağına dair Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Zəfər” altsisteminə yerləşdirilmiş məlumat həmin sistemdən çıxarılmışdır. Ona aid olan məlumat, yəni “Müharibə Veteranı” vəsiqəsi və medalı Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Zəfər” altsistemindən hansı səbəbdən və hansı qərar əsasında çıxarılması hazıra kimi ona məlum deyildir və ona Azərbaycan Respublikası MN-nin X2 və vəsiqəsinin verilməsi Komissiyası tərəfindən də heç bir rəsmi məlumat verilməmişdir. Göründüyü kimi müharibədə iştirak etməyinə və öz vəzifəsini döyüş bölgəsində həyata keçirməyinə baxmayaq onun hüquqları kobud şəkildə pozulmuş və ona verilən 80 manat Azərbaycan Respublikası Prezidentinin təqaüdü qanunsuz olaraq dayandırılmışdır. Yəni onun konstitusyon hüquqları pozulmuşdur. Əlavə olaraq bildirir ki, onun tək ana olaraq himayəsində biri yetkinlik yaşına çatmamış və digəri ödənişli əsaslarla təhsil alan iki övladı vardır. X6 Universitetində təhsil alır və o, təhsil haqqını aldığı təqaüdlə ödəyəcəyinə əmin olaraq onun pullu təhsil almasına razı olmuşdur. İndi həmin təqaüdün dayanması onunla birlikdə övladlarının da maddi vəziyyətini ağırlaşdırmış və onun təhsil almasını şübhə altında qoymuşdur. Hesab edir ki, ona qarşı cavabdeh qurumlar tərəfindən yol verilmiş qanunsuzluqlar aradan qaldırılmalıdır. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh orqan iddia tələbinə qarşı yazılı münasibətində qeyd etmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “X2 və vəsiqəsinin verilməsi” tələbinə dair iddia ərizəsi əsassızdır və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1 -ci maddəsinə uyğun olmadığından mümkün sayıla bilməz. İddiaçı komissiyaya müraciət etsə də, lakin yekun qərar qəbul edilmədən məhkəməyə müraciət etmiş, bununla da iddianın qanunvericildə nəzərdə tutulan mümkünlük şərtlərinə əməl edilməmişdir. AR İPM-nin 35.1-ci maddəsinə əsasən, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırdığı hallarda iddia mümkün sayılır. Odur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “X2 və vəsiqəsinin verilməsi” tələbinə dair iddia ərizəsini mümkünsüz sayılması barədə qərardad qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflər lazımi qaydada xəbərdar edilmişdirlər. Məhkəmə iclasında İddiaçı və cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və 3cü şəxsin nümayəndəsi isə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçı və cavabdehin, 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Məhkəmə tərəfləri dinləyərək, iddia ərizəsini, etiraz ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan AZE 18566498 seriya nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1983-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, AD ******* nömrəli şəxsi vəsiqədən görünür ki, İddiaçı N saylı hərbi hissədə əsgər rütbəsi ilə hərbi xitmətə başlamışdır.X3 4 dekabr N1-ci il tarixli 047 əç nömrəli əmri ilə N nömrəli hərbi hissədə operator təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin X5 Filialının iddiaçıya ünvanladığı xx.xx.N3-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə uyğun olaraq müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (həmçinin dublikatı) şəxsin hal-hazırda və ya sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi) qurumlarda yaradılmış müvafiq komissiyaların rəyinə əsasən verilir. Eyni zamanda “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin birinci hissəsinə əsasən müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi veriidikdən sonra 5 iş günündən gec olmayaraq müvafiq qurum bu barədə məlumatın Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Zəfər” altsisteminə daxil edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 641 nömrəli Fərmanı əsasında xx.xx.2019-cu il tarixindən müharibə veteranlarına 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 7 nömrəli əlavənin 2.33-cü bəndinə əsasən müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi üçün müharibə veteranı vəsiqəsinin surəti təqdim olunmalıdır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq nəzərdə tutulmuş güzəştlər “Veteran vəsiqəsi” təqdim edildikdə həyata keçirilə bilər. Qeyd olunanlara əsasən bildiririk ki, “Veteran vəsiqəsi”ni təqdim etdikdən və ya müvafiq qurum tərəfindən Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Zəfər” altsisteminə sizin haqqınızda məlumat daxil edildikdən sonra müharibə veteranlarına verilən Prezident təqaüdü hüququnuza yenidən baxılacaqdır. İş materiallarında olan Ağcabədi şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin xx.xx.N3-cü il tarixli, 769 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı N saylı hərbi hissədə xidmət etməklə ünvan 2 ünvanda yaşayır. İş materiallarında olan N saylı hərbi hissənin xx.xx.N3-cü il tarixli, 268 nömrəli arayışında qeyd edilmişdir ki, qadın hərbi qulluqçu çavuş İddiaçı xx.xx.2019-cu il tarixdən N saylı hərbi hissədə xidmətdədir. İş materiallarında olan e-sosial alt sistemindən çıxarışdan müəyyən olunur ki, xx.xx.N2-ci il tarixli ərizədə qeyd edilmişdir ki, İddiaçı xx.xx.N2-ci il tarixdən Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmiş, təqaüd məbləği 80 manat təşkil edir. İş materiallarında olan N saylı hərbi hissənin xx.xx.N3-cü il tarixli, 267 nömrəli arayışında qeyd edilmişdir ki, N nömrəli hərbi hissənin şəxsi heyətin üçotu bölməsi (Q1) nizami hissənin kargüzar-operatoru qadın hərbi qulluqçu İddiaçı həqiqətən də, 27 sentyabr N0-ci il tarixdən 10 noyabr N0-ci il tarixədək davam edən döyüş əməliyyatları zamanı Ağdam istiqamətində N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, qeyri-məxfi sənədlərin çatdırılmasını və kargüzarlığın aparılmasını təşkil etmişdir. İş materiallarında olan N saylı hərbi hissənin xx.xx.N3-cü il tarixli, 266 nömrəli arayışında qeyd edilmişdir ki, N nömrəli hərbi hissənin hərbi qulluqçu çavuş İddiaçı həqiqətəndə 27 sentyabr N0-ci il tarixdən 10 noyabr N0-ci il tarixədək döyüş əməliyyatlarında iştirak etməsi barədə X2 və Vəsiqəsinin Verilməsi Komissiyasına göndərilən xx.xx.N2-ci il tarixdə 2728 nömrəli və xx.xx.N3-cü il tarixdə 47 nömrəli məktublara cavab verilməyib. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.N3-cü il tarixli, 4/2-2358 nömrəli məktubundan görünür ki, N nömrəli hərbi hissənin N0-ci il tarixli sənədləri Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxivə təhvil verilmədiyindən İddiaçı barəsində araşdırma apara bilmirlər. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin xx.xx.N0-ci il tarixli, 206 nömrəli əmrindən çıxarışda qeyd edilmişdir ki, N nömrəli hərbi hissə komandirinin N iyul N0ci il tarixli 395/17 nömrəli telefonoqrammasına və hərbi hissə komandirinin N iyul N0-ci il tarixli 0N nömrəli əmrinə əsasən hərbi hissənin aşağıda adları göstərilən hərbi qulluqçuları N iyul N0-ci il tarixdən 1-ci və 2-ci Ordu Korpuslarının müdafiə zolağında döyüş tapşırıqlarının icrasına cəlb olunmuş hesab edilsinlər. İdarə heyəti: 2. Qadın Hərbi Qulluqçusu çavuş İddiaçı Dövləttin qızı. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin xx.xx.N0-ci il tarixli, 334 nömrəli əmrindən çıxarışda qeyd edilmişdir ki, 28 noyabr N0-ci il tarixdən 1-ci və 2-ci Ordu Korpuslarının müdafiə zollağında döyüş tapşırıqlarının icrasına cəlb olunmuş hərbi hissənin aşağıda adları göstərilən hərbi qulluqçuları daimi dislokasiya məntəqəsinə qayıtmış hesab edilsinlər. İdarə heyəti: 27. Qadın Hərbi Qulluqçusu çavuş İddiaçı Dövləttin qızı. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli, 2728 nömrəli məktubunda qeyd edilmişdir ki, N nömrəli hərbi hissənin qadın hərbi qulluqçusu şəxsi Heyətin uçotu (Q1) bölməsi nizami hissənin kargüzarı-operatoru çavuş İddiaçı həqiqətəndə 27 sentyabr N0-ci il tarixdən 10 noyabr N0-ci il tarixədək davam edən döyüş əməliyyatları zamanı Ağdam rayonu ərazisində N nömrəli hərbi hissənin tərkibində vəzifə borcunu layiqincə yerinə yetirərək yüksək peşəkarlıq, şücaət və fədəkarlıq göstərmiş, qeyri-məxfi sənədlərin çatdırılmasını və kargüzarlığın aparılmasını yüksək səviyyədə təşkil etmişdir. “Vətən Müharibəsi iştirakçılarının təltif edilməsi haqqında’’ Azərbaycan Respublikası Prezidentinin N2-ci İ İ 1 0 fevral tarixli 3144 nömrəli sərəncamının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər kabinetinin 26 fevral N2-ci il tarixli 1273 nömrəli sərəncamının icrası ilə əlaqədar tərəfimizdən təqdim olunmuş siyahılarda 27 sentyabr N0-ci il tarixdən 10 noyabr N0-ci il tarixədək Vətən müharibəsində iştirak etmiş, Azərbaycan Respublikası Nazirlər kabinetinin xx.xx.N2-ci il tarixli 250s nömrəli əmrinə əsasən “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuş və “Müharibə veteram” adı almış qadın hərbi qulluqçu çavuş İddiaçı müraciət edərək bildirmişdir ki, N2-ci ilin dekabr ayının veteranlıq təqaüdü (80 manat) veteranlıq kartına yüklənilməmişdir. Qadın hərbi qulluqçu çavuş İddiaçı 142 çağrı mərkəzinə zəng etmiş və çağrı mərkəzindən bildirilib ki, xx.xx.N2-ci il tarixdən veteranlığınız dayandırılıbdır. Odur ki, qadın hərbi qulluqçu çavuş İddiaçı “Müharibə veteram” adının hansı səbəblərdən dayandırılması haqqında rəsmi məlumatın ünvanımıza göndərilməsini xahiş edir. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli, 47 nömrəli məktubunda qeyd edilmişdir ki, N nömrəli hərbi hissənin qadın hərbi qulluqçusu şəxsi heyətin uçotu (Q1) bölməsi nizami hissənin kargüzarı-operatoru çavuş İddiaçı həqiqətəndə 27 sentyabr N0-ci il tarixdən 10 noyabr N0-ci il tarixədək davam edən döyüş əməliyyatları zamanı Ağdam rayonu ərazisində N nömrəli hərbi hissənin tərkibində vəzifə borcunu layiqincə yerinə yetirərək yüksək peşəkarlıq, şücaət və fədəkarlıq göstərmiş, qeyri-məxfi sənədlərin çatdırılmasını və kargüzarlığın aparılmasını yüksək səviyyədə təşkil etmişdir. “Vətən Müharibəsi iştirakçılarının təltif edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin N2-ci il 10 fevral tarixli 3144 nömrəli sərəncamının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər kabinetinin 26 fevral N2-ci il tarixli 1273 nömrəli sərəncamının icrası ilə əlaqədar tərəfimizdən təqdim olunmuş siyahılarda 27 sentyabr N0-ci il tarixdən 10 noyabr N0-ci il tarixədək Vətən müharibəsində iştirak etmiş, Azərbaycan Respublikası Nazirlər kabinetinin xx.xx.N2-ci il tarixli 250s nömrəli əmrinə əsasən “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuş və “Müharibə veteranı” adı almış qadın hərbi qulluqçu çavuş İddiaçı müraciət edərək bildirmişdir ki, N2-ci ilin dekabr ayının veteranlıq təqaüdü (80 manat) veteranlıq kartına yüklənilməmişdir. Qadın hərbi qulluqçu çavuş İddiaçı 142 çağrı mərkəzinə zəng etmiş və çağrı mərkəzindən bildirilib ki, xx.xx.N2-ci il tarixdən veteranlığınız dayandırılıbdır. Odur ki, qadın hərbi qulluqçu çavuş İddiaçı “Müharibə veteram” adının hansı səbəblərdən dayandırılması haqqında rəsmi məlumatın ünvanımıza göndərilməsini xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinin məktubunda qeyd edilmişdir ki, xx.xx.1983cü il təvəllüdlü Məmmədova X1 və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinin qeydiyyatında olmadığından, onun xx.xx.N0-ci il tarixdən xx.xx.N0-ci il tarixədək ikinci Qarabağ müharibəsi zamanı döyüş əməliyyatlaında iştirak edib-etməməsi barədə Xidmətin Lənkəran rayon şöbəsində heç bir məlumat yoxdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.2014-cü il tarixdən hərbi xidmətə yararlı sayılaraq hərbi hissəyə göndərilmişdir. İş materiallarında olan Müdafiə Kazirliyinin Katibliyinin məhkəməyə ünvanladığı xx.xx.N4cü, 2/2-5420 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”ya daxil olmuş xx.xx.N3-cü il, xx.xx.N3- cü il, xx.xx.N4-cü il və xx.xx.N4-cü il tarixli 3-25-4/2-4692/N4, 3-25-4/2-6030/N3, 3- 25-4/2-1590/N4 və 3-25-4/2-2662/N4 nömrəli məktublarınıza cavab olaraq bildirir ki, vətəndaş İddiaçı barəsində N nömrəli hərbi hissə tərəfindən daxil olmuş sənədlərə komissiyanın xx.xx.N4-cü il tarixli iclasında baxılmış, “Vətən müharibəsi” dövründə 27 sentyabr N0-ci il tarixdən 10 noyabr N0-ci il tarixədək N nömrəli hərbi hissənin kadrlar bölməsinin operatoru (İdarə heyəti) vəzifəsində döyüşlərdə iştirakına dair təqdim edilmiş sənədlərdə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 216 nömrəli 22 sentyabr 1995-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin birinci bəndinin onuncu və on birinci abzastlarının tələblərinə əsasən işğal altında olmuş ərazilərdə və döyüş təminatının yerinə yetirməsini təsdiq edən sənədlər olmadığına görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. Tətbiq olunan hüquq normaları: Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin 1-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci maddəsinə görə Müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N0-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının N0-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; - N0-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 14-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. Məhkəmə müəyyən etdi ki, iddiaçı ona X2 və vəsiqəsinin bərpası üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan isə iddiaçıya X2 və vəsiqəsinin bərpa edilməsindən imtina etmişdir. İş materiallarında olan sübut əhəmiyyəti daşıyan arayış və məktublardan müəyyən olunur ki, İddiaçı 27 sentyabr N0-ci il tarixdən 10 noyabr N0-ci il tarixədək Vətən müharibəsində iştirak etmiş, Azərbaycan Respublikası Nazirlər kabinetinin xx.xx.N2-ci il tarixli 250s nömrəli əmrinə əsasən “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuş və “Müharibə veteranı” adı almışdır. Göründüyü kimi cavabdeh inzibati orqanın mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmasını, qanuni və əsaslı qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Halbuki, inzibati orqan kimi cavabdeh inzibati orqan iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı "İnzibati icraat haqqında" Qanunun və digər qanunların tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq nəticəyə gəlməli idi. Hazırki işin hallarından müəyyən olunur ki, cavabdeh inzibati orqan iddiaçının ərizəsi əsasında "İnzibati icraat haqqında" Qanunun müddəalarına uyğun olaraq zəruri inzibati icraat aparmamışdır. Həmin inzibati icraatın aparılmaması nəticəsində iddiaçının müraciəti üzrə zəruri faktiki və hüquqi hallar da müəyyən olunmamışdır. Məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları zəruri inzibati icraat aparılmaqla araşdırmamışdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Odur ki, cavabdeh inzibati orqan bu vəzifəsinin icrası zamanı yalnız Müdafiə Nazirliyinin Arxiv İdarəsinə müraciət etməsi ilə kifayətlənməməli, əlavə araşdırma aparmalıdır. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan həyata keçirilən fəaliyyəti zamanı “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə riayət etməlidir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 2.0.8-ci maddəsinə əsasən qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır. 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz . 61-ci maddəsinin tələblərinə görə: 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Məhkəmə hesab edir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İPM-in 73.2 və 73.3.3-cü maddələrinə əsasən: 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərarı iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Beləliklə, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Pərvanə Qurbanova
Məhkəmə qərarları › İş №2-1(120)-712/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-712/2024
24.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver