Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-712/2025 22.05.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair iş üzrə Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdehnə qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İşin halları: İddiaçı ASC Cavabdehnə qarşı “Cavabdeh xx.xx.2014-cü il tarixli, 100 saylı sərəncamının və xx.xx.2014-cü il tarixli, 158 saylı sərəncamının İddiaçı ASC-yə və Nümayəndə2 ayrılmış torpaq sahələrinin üst-üstə düşən 9.50 ha hissəsində qismən ləğv edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi dəyişdirilmişdir. Məhkəmənin qərardadı ilə Nümayəndə2 və "xxxx" MMC üçüncü şəxs qismində zəruri cəlbetmə qaydasında məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli Qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizası təyin edilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(086)-2111/2018 nömrəli qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı «xx.xx.2014-cü il tarixli, 100 saylı sərancamın ləğv edilməsi» tələbinə dair iddia mümkün sayılmamışdır. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(106)-167/2019 nömrəli qərardadı ilə İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilərək Şirvan İnzibati Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(086)-2111/2018 nömrəli qərardadı ləğv edilmiş və inzibati iş mahiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə qaytarılmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-01/2023 nömrəli qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı «xx.xx.2014-cü il tarixli, 100 saylı və xx.xx.2014-cü il tarixli, 158 saylı sərancamların ləğv edilməsi» tələbinə dair iddiası üzrə “Cavabdeh xx.xx.2014-cü il tarixli, 158 saylı sərancamın ləğv edilməsi” hissəsində mümkün sayılmamışdır. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(106)-324/2023 nömrəli qərardadı ilə İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilərək Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-01/2023 nömrəli qərardadı ləğv edilmiş və inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılmışdır. Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(102)-2920/2023 saylı Qərardadı ilə Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(106)-324/2023 nömrəli qərardadından üçünçü şəxs Nümayəndə2 tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmamışdır. İddiaçının əsaslandırması: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının qanunvericıliyi əsasında yaradılmış və fəaliyyət göstərən hüquqi şəxsdir. Bildirirlər ki, 17 may 2008-ci il tarixdə İddiaçı ASC ilə Cavabdeh arasında 11 saylı “kənd təsərrüfatı məhsullarının istehsalı və heyvandarlığın inkişafı üçün torpaq sahəsinin icarə müqaviləsi bağlanılmışdır və Cəmiyyət bugünədək icarə müqaviləsi üzrə yaranan bütün öhdəliklərini tam şəkildə yerinə yetirmişdir. Hal-hazırda həmin torpaq sahəsi istifadələrindədir və bütün rəsmi ödənişlər tərəflərindən mütəmadi olaraq aparılmışdır. Lakin buna baxmayaraq aldıqları qeyri-rəsmi məlumata əsasən Cavabdeh tərəfındən İddiaçı ASC-yə torpağın ayrılması haqqında 17 may 2008-ci il tarixli Cavabdeh başçısının 120 saylı Sərəncamı və 17 may 2008-ci il tarixli icarə müqaviləsi ilə icarəyə verilmiş 78,0 ha torpaq sahəsindən istifadə hüququna birtərəfli qaydada xitam verilmişdir. Bu hərəkətin qanunsuz və əsassız olması ilə bağlı tərəflərindən dəfələrlə həm şifahi, həm yazılı şəkildə Cavabdehnə müraciət olunsa da, heç bir nəticə əldə etməmişlər. Bildirirlər ki, cavabdehlə aralarında bağlanılan müqavilənin müddəti 99 ildir. Həmin müqavilənin 2.14cü bəndinə əsasən, tərəflərdən hər hansı biri muqavilədə göstərilmiş öhdəlikləri pozduqda, o biri tərəf rəsmi qaydaları pozmuş tərəfə faktlar haqqında məlumat verir. Lakin belə bir məlumat onlara daxil olmamış və Cavabdeh başçısının 07 may 2014-cü il tarixli, 100 saylı sərəncamı ilə onlara heç bir xəbərdarlıq olunmadan müqaviləyə xitam verilmişdir. (4 il ötməsinə baxmayaraq sərəncamın surəti onlara təqdim olunmur). Həmçinin məhkəmə icraatıın gedişində məlum olmuşdur ki, Cavabdeh başçısının xx.xx.2014-cü il tarixli, 158 nömrəli Sərəncamı ilə Nümayəndə2 qum-çınqıl materiallarının çıxarılması, çeşidlənib daşınması və istehsalı üçün Araz çayının sağ sahilində Bəhrəmtəpə qəsəbəsi yaxınlığında olan dövlət asudə fondundan 60,0 ha torpaq sahəsi icarə müqaviləsi əsasında müvəqqəti istifadə və icarəyə verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 75.5-ci maddəsində torpaq sahələri üzərində istifadə və ya icarə hüququna xitam verilməsi barədə məhkəmənin, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarından qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq məhkəməyə şikayət vermək olar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfındən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati-iqtisadi məhkəmələr və inzibati-iqtisadi kollegiyalar tərəfindən baxılır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Odur ki, Cavabdeh xx.xx.2014-cü il tarixli, 100 saylı sərəncamının tamamilə və xx.xx.2014-cü il tarixli, 158 saylı sərəncamının isə İddiaçı ASC-yə və Nümayəndə2 ayrılmış torpaq sahələrinin üst-üstə düşən 9.50 ha olan hissədə qismən ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh bildirmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh İmişli Rayon İcra Hakmiyyətinə qarşı 07 may 2014-cü il tarixli, 100 saylı sərəncamın ləğv edilməsi tələbinə dair iddia ərizəsində Cavabdeh başçısının 17 may 2008-ci il tarixli, 120 saylı Sərəncamı ilə asudə dövlət fondundan kənd təsərrüfatı məhsullarının istehsalı və heyvandarlığın inkişaf etdirilməsi üçün Bəhrəmtəpə qəsəbəsi yaxınlığından ona icarəyə verilmiş 78,0 ha torpaq sahəsinin Rayon İcra Hakimiyyəti başçısının 07 may 2014-ci il tarixli, 100 saylı Sərəncamı ilə istifadə hüququna xitam verildiyini göstərərək həmin Sərəncamın ləğv olunrnasını xahiş etmişdir. İddia ərizəsində göstərilərilənlərə etiraz olaraq bildirirlər ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 46 maddəsinin 4-cü bəndinə uyğun olaraq Cavabdeh başçısı tərəfindən yaradılan komissiya tərəfindən rayon ərazisində yerləşən dövlət fondu torpaqlarından istifadə vəziyyəti araşdırılarkən aydın olmuşdur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə asudə dövlət fondundan kənd təsərrüfatı məhsullarının istehsalı və heyvandarlığın inkişaf etdirilməsi üçün verilmiş 78,0 ha torpaq sahəsində mal-qara saxlanılmır və uzun müddətdir ki, torpaq sahəsi təyinatına uyğun istifadə edilməyərək istifadəsiz saxlanılmışdır. Hazırda da həmin torpaq sahəsi istifadəsizdir, orada kənd təsərrüfatı məhsulları istehsal olunmur və mal-qara saxlanılmır. Həmçinin icarəçi tərəfindən 2008-ci ildən 2014-cü ilə qədər həmin torpaq sahəsinin icarə haqqı və torpaq vergisi ödənilməmişdir. Bundan əlavə, müəyyən edilmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ayrılmış torpaq sahəsinin 8 hektarı beton zavodun tikintisi altında, bir hissəsi isə elektrik qovşağının altında qalmışdır. Yuxarıda göstərilənlərlə əlaqədar olaraq Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasına (yəni istifadə və ya icarə müqaviləsinin şərtlərinə əməl edilmədikdə) və həmin bəndin 8-ci abzasına (yəni kənd təsərrüfatı istehsalı üçün torpaq sahəsindən dalbadal 2 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə) əsasən Cavabdeh başçısının 07 may 2014-cü il tarixli, 100 saylı Sərəncamı ilə istifadə hüququna xitam verilmişdir. Məlumat üçün bildirirlər ki, qeyd edilən torpaq sahəsi Rayon İcra Hakimiyyətinin başçısının 17 may 2008-ci il tarixli, 11 saylı icarə müqaviləsi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə icarəyə verilmişdir. Lakin, tərəflər arasında bağlanılmış icarə müqaviləsinin 6-cı bəndində müqavilənin icarəyə götürülmüş torpaqdan müvəqqəti istifadə hüququna dair müəyyən edilmiş qaydada şəhadətnamə alındıqdan sonra qüvvəyə minməsi qeyd edilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti isə torpaqdan müvəqqəti istifadə hüququna dair müəyyən edilmiş qaydada şəhadətnamə almamışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 3-cü bəndinə əsasən torpaqdan (o cümlədən, icarə şərtləri ilə verilmiş torpaqdan) müvəqqəti istifadə hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən şəhadətnamə və tərəflər arasında bağlanan icarə müqaviləsi ilə rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq sahələri üzərində hüquqlar dövlət torpaq reyestrində qeydiyyatdan keçməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti isə 4 ildən artıq vaxt keçdikdən sonra iddia tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. Bundan sonra Cavabdeh məhkəməyə iddiaya qarşı etiraza əlavə təqdim etmişdir. Bildirilmişdir ki, İddiaçı ASC-nin Cavabdeh tərəfindən qəbul edilmiş 07 may 2014-cü il tarixli, 100 saylı sərəncamının qismən ləğv olunmasına dair iddia tələbinin əsassız və qanunsuz olduğuna dair Cavabdeh tərəfindən aidiyyəti sənədlər əvvəlki proseslərdə məhkəməyə göndərilmişdir. Bir daha Məhkəmənin diqqətinə çatdırılır ki, iş materiallarından göründüyü kimi İddiaçı ASC ona ayrılmış torpaq sahəsində heç bir vaxt kənd təsərrüfatı məhsullarının istehsalı və heyvandarlığın inkişaf etdirilməsi üzrə hər hansı fəaliyyət göstərməmiş, torpaq sahəsini baxımsız, istifadəsiz saxlamaqla, dövlət torpaq fondunun yararsız hala düşməsinə səbəb olmuşdur. 2008-ci ildən 2014-cü ilədək keçən müddət ərzində, İddiaçı ASC-nin göstərilən torpaq sahəsində hər hansı kənd təsərrüfatı məhsulu istehsal etməsinə dair ASC tərəfindən müvafiq dövlət orqanlarına məlumat verilməmiş, o cümlədən Cavabdeh başçısının sərəncamına əsasən yaradılmış komissiya üzvləri əraziyə baxış keçirən zaman həmin ərazidə kənd təsərrüfatı və heyvandarlıq məhsullarının istehsal olunmadığı aşkar edilmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli, 648 saylı Fərmanla təsdiq edilmiş «Yerli İcra hakimiyyəti haqqında» Əsasnamənin 3.3.4.-cü bəndi ilə müvafiq ərazidə kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən, o cümlədən yay və qış otlaqlarından səmərəli istifadə edilməsinə, onların keyfiyyətinin yaxşılaşdırılmasına və təyinatı üzrə istifadə olunmasına nəzarəti həyata keçirmək də bilavasitə yerli icra hakimiyyəti orqanlarının vəzifələrinə aid edilmişdir. Həmçinin, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən Cavabdehnə daxil olmuş 10 fevral 2014-cü il tarixli, 17-9/09 saylı məktubda yerlərdə torpaqlardan təyinatına uyğun istifadə edilməsi vəziyyətində bir sıra ciddi nöqsanlar olduğu göstərilmiş və belə halların aradan qaldırılması üçün tədbirlər görülməsi xahiş edilmişdir. Cavabdeh başçısının 31 mart 2014-cü il tarixli 66 saylı Sərəncamı ilə «Yerli İcra hakimiyyəti haqqında» Əsasnamənin 3.3.4.-cü bəndi ilə üzərinə düşən vəzifənin icrasını təmin etmək məqsədi ilə rayon ərazisində Dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardan istifadənin vəziyyətinin araşdırılması məqsədilə müvafiq tərkibdə komissiya yaradılmış; Komissiyaya tapşırılmışdır ki, rayon ərazisində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torapqlardan Azərbaycan Respublikası Torpaq qanunvericiliyinin - Azərbaycan Respublikası Torpaq Məcəlləsi, «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanunu, Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli 42 nömrəli qərarı ilə təsdiq edilmiş «Örüş, otlaq, biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları» və digər normativ hüquqi aktların tələblərinə uyğun olaraq istifadə vəziyyətini ardıcıl olaraq araşdırıb, bu sahədə yol verilmiş qanun pozuntularının aradan qaldırılması, qanun pozuntularına yol vermiş vəzifəli şəxslər və torpaq istifadəçiləri barədə qanunamüvafiq tədbirlər görülməsini təmin etsinlər. Sərəncama əsasən yaradılmış komissiya üzvləri İmişli rayonu ərazisində, o cümlədən, Bəhrəmtəpə qəsəbəsi ərazisində araşdırmalar aparmış, İddiaçı ASC-nin istifadəsinə xx.xx.2008-ci il tarixli 120 saylı sərəncamla verilmiş torpaq sahəsindən: təyinatı üzrə istifadə edilmədiyi, torpaq icarə haqqını və digər tədiyyələrinin ödənilmədiyi, torpaq qanunvericilyinin tələblərinə riayət edilmədiyi, icarəyə götürülmüş kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mühafizəsi, kefyiyyətinin qorunması, yaxşılaşdırılması üçün heç bir aqrotexniki tədbirlər görülmədiyi və şəhadətnamə alınmadığı və s. nöqsanlar aşkar edilmiş, bu barədə Cavabdeh başçısına məlumat verilmişdir. İddiaçı ASC dövlət torpaq sahəsinin icarəsində olduğu müddətdə yuxarda sadalanan nöqsanlara yol verməklə, qanunvericiliyin tələblərini pozulduğuna görə, «Yerli İcra hakimiyyəti haqqında» Əsasnamənin 4-cü bəndində nəzərdə tutulmuş səlahiyyətlərindən istifadə edərək, xx.xx.2008-ci il tarixli, 120 saylı sərəncamla icarəyə verilmiş 78,0 ha torpaq sahəsindən istifadə hüququna xx.xx.2014-cü il tarixli, 100 saylı sərəncamla xitam verilmişdir. Əvvəllər Məhkəməyə təqdim olunmuş Etiraza əlavə olaraq yuxarda istinad olunan Komissiyanın rəyi və qərarlar iş materialına əlavə olunması üçün Məhkəməyə göndərilmişdir. Bildirilir ki, İddiaçı ASC-nin iddia etdiyi 78,0 ha torpaq sahəsindən hazırda da, işin Məhkəmənin icraatında olduğu 2018-ci ildən keçən müddət ərzində hər hansı məqsədlə istifadə olunmamışdır. Həmçinin, qeyd edir ki, hazırki iş üzrə Məhkəmə tərəfindən ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 sentyabr 2022-ci il tarixli “Ekspertiza rəyi”ndə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Cavabdeh başçısının xx.xx.2008-ci il tarixli, 120 saylı sərəncamı ilə İddiaçı ASC-ə ayrılmış 78,0 ha torpaq sahəsi Dövlət mülkiyyətində olmaqla “Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar” kateqoriyasına aiddir. Ayrılmış 78,0 ha torpaq sahəsinin 12,18 hektarı İddiaçı ASC-nin istehsal sahəsinə aid bina və qurğularının, elektrik şəbəkəsinin yerləşdiyi ərazidir. Qeyd edilən 12,18 ha ərazi daşlıq, qumluq və yararsız torpaq sahəsindən ibarətdir. Ekspertiza işləri aparılan zamanı müəyyən olunmuşdur ki, İddiaçı ASC-nin istehsal sahəsi olan Beton zavod da, hazırda fəaliyyət göstərmir və eyni zamanda ayrılmış torpaq sahəsində yardımçı təsərrüfatın heç bir fəaliyyət növü qeydə alınmamışdır. “Ekspertiza rəyi”ndə həmçinin göstərilmişdir ki, Nümayəndə2 Cavabdeh başçısının xx.xx.2014-cü il tarixli, 158 saylı sərəncamı ilə icarəyə verilmiş 60,0 ha torpaq sahəsinin yalnız 9,50 hektarı Cavabdeh başçısının xx.xx.2008-ci il tarixli, 120 saylı sərəncamı ilə İddiaçı ASC-yə ayrılmış 78,0 ha torpaq sahəsi ilə üst-üstə düşür. Göstərilən torpaq sahəsindən İddiaçı ASC-nin təyinatı üzrə istifadə etməsi müəyyən olunmamışdır. Yuxarda göstərilənləri nəzərə almaqla iddia tələbinin təmin olunmamasına dair qərar qəbul olunmasını Məhkəmədən xahiş edirlər. Məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxsin etirazı: Üçüncü şəxs Nümayəndə2 məhkəməyə iddiaya qarşı yazılı etirazını təqdim etmişdir. Etirazda bildirilmişdir ki, 2018-ci ildən məhkəmənin icraatında olan iş üzrə çoxsaylı məhkəmə iclasları keçirilmişdir. Şirvan İnzibati Məhkəməsinin sorğusuna əsasən, Cavabdeh tərəfindən ona torpaq sahəsinin ayrılmasına dair 22 iyul 2014-cü il tarixli, 158 №-li sərəncamın surəti məhkəməyə göndərilmişdir. İş materialından göründüyü kimi, xx.xx.2014-cü il tarixli, 158 №-li sərəncam məhkəməyə xx.xx.2020-ci il tarixdə daxil olmuşdur. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə o, iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmənin tərəflərə göndərdiyi bildirişdən görünür ki, onun üçüncü şəxs qismində cəlb edilməyinə dair məlumat iddiaçıya da göndərilmişdir. Qeyd olunmalıdır ki, məhkəmənin öz təşəbbüsü ilə onu üçüncü şəxs qismində cəlb etməsinə əsas bu olmuşdur ki, məhkəmə Cavabdeh Başçısının 07 may 2014-cü il tarixli, 100 №-li sərəncamı ilə İddiaçı ASC-dən geri alınmış torpaq sahəsinin (78 ha) yenə də İmişli RİH Başçısının xx.xx.2014-cü il tarixli sərəncamı ilə onun istifadəsinə (60 ha) verildiyini güman edir və hazırki iş üzrə iddianın onun maraqlarına toxuna biləcəyini hesab etmişdir. Məhkəmədən ünvanına daxil olmuş bildiriş əsasında nümayəndə H.İsgəndərov xx.xx.2020-ci il tarixə təyin olunmuş məhkəmə hazırlıq iclasında iştirak etmiş, sərəncamın surətini məhkəməyə təqdim etmişdir. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 Cavabdeh Başçısının xx.xx.2014-cü il tarixli, 158 №-li sərəncamını (ona torpaq sahəsinin ayrılmasına dair) əldə etmişdir. Həmin iclasda iştirak edən nümayəndə H.İsgəndərov tərəfindən izahat verilərək ona torpaq sahəsinin ayrılmasına dair xx.xx.2014-cü il tarixli, 158 №-li sərəncamının iddiaçının maraqlarına toxunmadığını bildirmiş, həmçinin, iddiaçının nümayəndəsinə bu xüsusatda suallar vermişdir ki, ona ayrılan torpaq sahəsinin iddiaçının “istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşüb-düşmədiyinə” dair dəlillər təqdim edə bilərmi? İddiaçının nümayəndəsi belə dəlillərin olmadığını bildirmişdir. Ondan sonra Məhkəmənin bir neçə iclası təyin olunmuş, bəziləri keçirilmiş, bəziləri isə pandemiya şəraitində olduğundan və ya iddiaçının nümayəndəsinin ərizəsi əsasında təxirə alınmışdır. Məhkəmənin növbətixx.xx.2021-ci il tarixdə keçirilən, iddiaçının nümayəndəsi və vəkili (F.Eyyubzadə) iştirakı ilə keçirilən məhkəmə iclasında nümayəndəsi də iştirak edərək, ona torpaq sahəsinin ayrılmasına dair sərəncamın iddiaçının maraqlarına toxunmadığına, iddiaçıya ayrılmış torpaq sahəsinin “kənd təsərrüfatı təyinatlı”, ona ayrılmış torpaq sahəsinin isə “sənaye təyinatlı olmaqla qum-çınqıl çıxarılması” üçün ayrıldığı, tərəflərindən həmin torpaq sahəsinin təyinatı üzrə istifadə edilməsini, torpaq sahəsinin başqa bir şirkətə icarəyə verildiyi və həmin sahədən qum-çınqıl karyeri kimi istifadə edildiyini, iddiaçının da bunu bildiyini və keçən 6 ildən artıq müddətdə buna etiraz etmədiyini və s. dəlilləri məhkəmənin diqqətinə çatdırmışdır. İddiaçının nümayəndəsi Nümayəndə1 də bu xüsusatları təsdiq edərək, iddiaçının istifadəsində olan torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olduğunu, orada iddiaçının mal-heyvan saxladığını, heyvanların saxlanması üçün tikilisi olduğunu, orada heyvanların otlaq sahəsi olduğunu, Nümayəndə2 istifadəsində olduğu torpaq sahəsini Türkiyə vətəndaşına məxsus şirkətə icarəyə verildiyi və orada qum-çınqıl çıxarıldığını, iddiaçıya məxsus torpaq sahəsinə heç kəsin müdaxilə etmədiyini və s. bildirmişdir. xx.xx.2021-ci il tarixə təyin olunmuş məhkəmə iclası - iddiaçının nümayəndəsinin iştirak etməməsi - təxir barədə müraciəti əsasında təxirə salınmışdır. Nəhayət, xx.xx.2021 -ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək, Cavabdeh xx.xx.2014-cü il tarixli, 100 №-li və xx.xx.2014-cü il tarixli, 158 №-li sərəncamlarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bununla, iddia tələbinin sonradan artırılmış “xx.xx.2014-cü il tarixli, 158 №-li sərəncamın ləğv edilməsinə dair hissəsi” bilavasitə maraqlarına toxunur. İddiaçı ASC-nin iddia ərizəsinə qarşı hazırki etirazı təqdim edərək, məhkəmədən “xx.xx.2014-cü il tarixli, 158 №-li sərəncamın ləğv edilməsinə dair iddia tələbinin” mümkünsüz hesab edilməsini xahiş edir. Hazırki iş üzrə İddiaçı ASC tərəfindən, Cavabdeh xx.xx.2014-cü il tarixli, İ58 saylı sərəncamının ləğv edilməsi tələb olunur. Hesab edirlər ki, inzibati məhkəmə icraatının hazırki mərhələsində ilk növbədə iddianın mümkünlüyü məsələsi həll edilməlidir. İlk növbədə diqqət yetirilməlidir ki, hazırki iş üzrə iddia mübahisələndirmə iddia növünə aiddir. İddiaçının mübahisələndirmə barədə iddiasının mümkünlüyü məsələsinə baxarkən, məhkəmə diqqət etməlidir ki, iddiaçı xx.xx.2014-cü ildə qəbul edilmiş, elə həmin vaxtdan da qüvvəyə minərək üçüncü şəxslər və həmçinin, iddiaçının özü üçün də hüquqi nəticələr yaratmış, Nümayəndə2 və "xxxx" MMC-nin həmin sərəncamdan yararlanaraq 60 ha torpaq sahəsində qum-çınqıl istehsalı ilə məşğul olduğunu bildiyi, belə bir sərəncam əsasında Türkiyə vətəndaşı olan X7 təsisçisi və direktoru olduğu "xxxx" MMC-nin bu sərəncam əsasında ayrılmış 60 ha torpaq sahəsində fəaliyyət göstərdiyini bildiyi sərəncamdan xəbərdar olduğu halda, xüsusən, hazırki işin məhkəmə araşdırmasında - xx.xx.2020-ci il tarixdə 158 №-li sərəncamın iş materialına rəsmi daxil olduğu, ondan sonra - xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında həmin sərəncamın ona rəsmən təkrarən təqdim olunduğu halda, məhkəməyə inzibati aktın qəbul edildiyindən (həmçinin, rəsmi təqdim olunduğundan) 30 (otuz) gün müddətində müraciət etməli olduğu halda, qanunla müəyyən edilmiş bu müddət daxilində məhkəmədə iddia irəli sürməmiş, bununla da inzibati aktın ləğvinə dair mübahisələndirmə haqqında iddia qaldırılması üçün qanunda nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçının tərəf olduğu hazırki iş üzrə Məhkəmənin sorğusu əsasında Cavabdehndən təqdim olunan xx.xx.2014-cü il tarixli, 158 saylı sərəncamın surəti məhkəməyə xx.xx.2020-ci il tarixdə daxil olmuş, məhkəmə həmin sərəncamı iş materiallarına əlavə edərək, xx.xx.2020-ci il tarixdə Nümayəndə2 üçüncü şəxs kimi cəlb edilməsinə dair qərardad qəbul etmişdir. xx.xx.2020-ci il tarixdən iş materiallarına əlavə olunmuş sərəncam barədə məlumatlı olan iddiaçının nümayəndəsinin iştirakı ilə məhkəmənin xx.xx.2021-ci il tarixli iclası keçirilmiş, yenə də məhkəmədə xx.xx.2014-cü il tarixli, 158 saylı sərəncamın iddiaçının marağına toxunub-toxunmadığı məsələsi müzakirə olunmuş, məhkəmə tərəflərin öz mülahizələrini əsaslandırmaq üçün əlavə dəlillər və sənədləri təqdim etməsini təklif etmişdir. İddiaçı yalnız sonuncu məhkəmə iclasından 2 ay 6 gün sonra - xx.xx.2021 -ci il tarixdə sərəncamın ləğvinə dair iddia irəli sürmüşdür. Bununla yanaşı, həmçinin, məhkəmənin diqqətinə çatdırırlar ki, Cavabdeh xx.xx.2014-cü il tarixli Sərəncamı ilə ayrılmış 60 ha torpaq sahəsi Nümayəndə2la "xxxx" MMC arasında bağlanmış (təkrar) xx.xx.2019-cu il tarixli Müqavilə əsasında MMC-yə subicarəyə verilmişdir. Torpaq sahəsinin subicarəyə verilməsinə dair razılıq xx.xx.2014-cü il tarixli Sərəncamda nəzərədə tutulmuş, bununla yanaşı, müqavilənin bağlanmasına Cavabdehndən yazılı razılıq alınmışdır. Türkiyə vətəndaşı X7 təsisçisi və direktoru olduğu "xxxx" MMC 60 ha torpaq sahəsinə dair qanunverciliyə uyğun olaraq bütün dövlət orqanlarından razılıq-lisenziya almaqla, həmin torpaq sahəsində qum-çınqıl istehsalı və emalı ilə məşğul olur, hazırda da torpaq sahəsi istismar olunmaqla, MMC-də 70-dən artıq yerli işçi çalışır. MMC-nin fəaliyyəti də qonşuluqda yerləşən İddiaçı ASC-yə məlumdur, Nümayəndə1 məhkəmənin xx.xx.2020-ci il, xx.xx.2021-ci il tarixli və ondan sonrakı iclaslarında da bunu təsdiq etmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın mümkünsüz sayılması xahiş olunmuşdur Tərəflərin iştirakı və izahatları: İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı ASC-yə, Cavabdehnə, 3-cü şəxs Nümayəndə2 və "xxxx" MMC-yə məlumat verilmiş, lakin tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsini rəhbər tutaraq iddiaçının, cavabdehin və 3-cü şəxslərin nümayəndələrinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını və qərar qəbul edilməsini mümkün hesab edir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddiaçı İPM-in 2.2.1-ci maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Başqa sözlə, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehə qarşı hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın ləğv olunmasını xahiş edir. Belə iddialar isə mübahisələndirmə haqqında iddia olmaqla inzibati mübahisədir. İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Hazırkı mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, İPM-in 8.1.1-ci maddəsinin təsir dairəsinə düşür. Daşınmaz əmlak (torpaq sahəsi) isə İmişli rayonu ərazisində yerləşir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən İmişli rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Xüsusi mümkünlük şərti kimi iddiaçı tərəfindən prosessual müddət ötürülməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Cavabdeh başçısının xx.xx.2008-ci il tarixli, 120 nömrəli Sərəncamından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyi İmişli rayonu icra Hakimiyyətinə müraciət edərək, Cəmiyyətə kənd təsərrüfatı məhsullarının istehsalı və Heyvandarlığın inkişaf etdirilməsi üçün torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli rayon şöbəsi tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti rəhbərliyinin müraciətinə uyğun olaraq Cəmiyyətə kənd təsərrüfatı məhsullarının istehsalı və heyvandarlığın inkişaf etdirilməsi üçün Qaratəpə-Bəhrəmtəpə magistral avtomobil yolunun Bəhrəmtəpə qəsəbəsi ərazisində olan asudə dövlət fondundan 78,0 ha torpaq sahəsinin ayrılmasına dair cizgi-xəritə sənədləri hazırlanmış və ərazinin naturada göstərilməsi barədə akt tərtib edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 2000-ci il tarixli, 42 saylı qərarı ilə təsdiq edilmiş «Torpaq sahələrinin geri alınması, dövlət və ictimai ehtiyaclar üçün ayrılması barədə vəsatətlərin qaldırılması və onlara baxılması Qaydaları»na, «Yerli İcra Hakimiyyətləri haqqında» Əsasnamənin 28-ci maddəsinə və qeyd olunanlara uyğun olaraq qərara alır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti rəhbərliyinin müraciəti nəzərə alınsın və Cəmiyyətə Qaratəpə-Bəhrəmtəpə magistral avtomobil yolunun Bəhrəmtəpə qəsəbəsi ərazisində olan asudə dövlət fondundan kənd təsərrüfatı məhsullarının istehsalı və heyvandarlığın inkişaf etdirilməsi üçün müvəqqəti istifadə hüququ ilə 78,0 ha torpaq sahəsi ayrılıb verilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyinə tapşırılsın ki, ayrılmış torpaq sahəsindən torpaq qanunvericiliyinin tələblərinə uyğun olaraq təyinatı üzrə istifadə etməklə torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamənin alınmasını təmin etsin. Sərəncamın icrasına nəzarət imişli RİH Başçısının Aqrar məsələlər üzrə müavininə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli rayon şöbəsinin müdirinə tapşırılmışdır. Torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2008-ci il tarixli, 11 nömrəli müqaviləsindən görünür ki, Cavabdeh ilə İddiaçı ASC arasında kənd təsərrüfatı məhsullarının istehsalı və heyvandarlığının inkişaf etdirilməsi üçün 78.0 ha torpaq sahəsinə dair icarə müqaviləsi bağlanmışdır. Cavabdeh başçısının xx.xx.2014-cü il tarixli, 100 nömrəli Sərəncamından görünür ki, İmişli rayonu İcra Hakimiyyəti başçısının 31 mart 2014-cü il tarixli 66 saylı sərəncamı ilə İmişli rayonu ərazisində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardan istifadə vəziyyəti komissiya vasitəsi ilə araşdırılmışdır. Araşdırma zamanı aydın olmuşdur ki, İddiaçı ASC-yə kənd təsərrüfatı məhsullarının istehsalı və heyvandarlığın inkişafı üçün Cavabdeh başçısının 17 may 2008-ci il tarixli, 120 saylı Sərəncamı və 17 may 2008-ci il tarixli, 11 saylı icarə müqaviləsi ilə 78,0 ha torpaq sahəsi icarəyə verilmişdir. Lakin keçən müddət ərzində torpaq sahəsindən təyinatına uyğun istifadə edilməmiş, torpaq sahəsi istifadəsiz saxlanılmışdır. Araşdırma zamanı həmçinin aydın olmuşdur ki, torpaq sahəsi icarəyə verilərkən də, müvafiq qanunvericiliklərin tələbləri pozulmuşdur. Belə ki, cizgi xəritədə göstərilən 75 ha torpaq sahəsinin 8 hektarı beton zavodun tikintisi altında, bir hissəsi elektrik qovşağının altında olmasına baxmayaraq sərəncamda həmin torpaqlarda kənd təsərrüfatı və heyvandarlığın inkişafı üçün verilmişdir. Araşdırma zamanı aydın olmuşdur ki, həmin ərazi Araz çayına bitişik olan ərazi olmaqla “Bəhrəmtəpə” qum çınqıl yatağıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinin 1-cı abzasında göstərilir ki, istifadə və ya icarə müqaviləsinin şərtlərinə əməl edilmədikdə, həmçinin həmin maddənin 1-ci bəndinin 8-ci abzasında isə göstərilir ki, kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində üzürlü səbəb olmadan istifadə etmədikdə hüquqi və fiziki şəxslərin torpaq sahəsindən istifadə və ya icarə hüququna xitam verilir. Odur ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinin 6 və 8-ci abzasları, 75-ci maddəsinin 1-ci, 3-cü bəndlərinə və «Yerli icra hakimiyyətləri haqqında» Əsasnamənin 4.11.3-cü maddəsinə uyğun olaraq qərara alıram: İddiaçı ASC-yə kənd təsərrüfatı məhsullarının istehsalı və heyvandarlığın inkişafı üçün Cavabdeh başçısının 17 may 2008-ci il tarixli, 120 saylı Sərəncamı və 17 may 2008-ci il tarixli, 11 saylı icarə müqaviləsi ilə icarəyə verilmiş 78,0 ha torpaq sahəsindən istifadə hüququna xitam verilsin. İddiaçı ASC-yə kənd təsərrüfatı məhsullarının istehsalı və heyvandarlığın inkişafı üçün 78,0 ha torpaq sahəsinin icarəyə verilməsi barədə Cavabdeh başçısının 17 may 2008-ci il tarixli, 120 saylı Sərəncamı və 17 may 2008-ci il tarixli, 11 saylı icarə müqaviləsi hüquqi qüvvəsini itirmiş hesab edilsin. Cavabdeh başçısının xx.xx.2014-cü il tarixli, 158 nömrəli Sərəncamından qeyd edilir ki, Bakı şəhər sakini Nümayəndə2 müraciəti nəzərə alınsın və ona qum-çınqıl materiallarının çıxarılması, çeşidlənib daşınması və istehsalı üçün Araz çayının sağ sahilində Bəhrəmtəpə qəsəbəsi yaxınlığında olan dövlət asudə fondundan 60,0 ha torpaq sahəsi icarə müqaviləsi əsasında müvəqqəti istifadə və üçüncü şəxsə icarəyə vermə hüququ ilə ayrılıb verilsin. Bakı şəhər sakini Nümayəndə2 tapşırılsın ki, ayrılmış torpaq sahəsindən qum-çınqıl materiallarının çıxarılması və istehsalı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə X3 və X5 Agentliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırılsın. Bakı şəhər sakini Nümayəndə2 tapşırılsın ki, ayrılmış torpaq sahəsindən torpaq qanunvericiliyinin tələblərinə uyğun olaraq təyinatı üzrə istifadə olunmasını təmin etsin. Sərəncamın icrasına nəzarət İmişli rayonu icra hakimiyyəti başçısının aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli rayon şöbəsinin müdirinə tapşırılsın. Torpaq sahəsinin icarəyə verilməsi haqqında 22 iyul 2014-cü il tarixli 56 nömrəli müqaviləsi üzrə Nümayəndə2 qum-çınqıl materiallarının çıxarılması və istehsalı üçün 60.0 ha torpaq sahəsi 45 il müddətinə icarəyə verilmişdir. Torpaq sahəsinin subicarəyə verilməsinə dair 18 yanvar 2019-cu il tarixli müqaviləsi üzrə Nümayəndə2 onun icarəsinə verilmiş 60.0 ha torpaq sahəsini "xxxx" Çınqıl MMC-yə subicarəyə vermişdir. Cavabdeh başçısının xx.xx.2019-cu il tarixli, 125 nömrəli Sərəncamı ilə İmişli Rayon ərazisində dövlət mülkiyyətində olan (asudə dövlət fondu və qış otlaq dövlət fondu) torpaq sahələrindən istifadə vəziyyətinin komissiya vasitəsilə araşdırılması və daimi işlək komissiyanın yaradılması qərara alınmışdır. 16 iyul 2019-cu il tarixli monitorinqin keçirilməsinə dair aktdan müəyyən olunur ki, qeyd olunan 78.0 ha torpaq sahəsi verildiyi vaxtdan istifadəsiz saxlanılmışdır. Orada heç bir kənd təsərrüfatı məhsulu istehsal edilməmiş, mal-qara saxlanılmır, mal-qara saxlanılması üçün hər hansı ferma tikintisi yoxdur, torpaq sahəsinin əkilib becərilməsi və ya otlaq kimi istifadə edilməsi məqsədi ilə heç bir iş görülməmiş, Sərəncam və icarə müqaviləsindən irəli gələn vəzifələr yerinə yetirilməmiş və torpaq sahəsi istifadəsiz saxlanılmışdır. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, e-2-2(086)-444/2019 saylı Qətnaməsi ilə Cavabdeh "xxxx" ASC-yə qarşı “17 may 2008-ci il tarixli 11 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin ləğv edilməsi və göstərilən torpaq sahəsinin boşaldılması” barədə iddia təmin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 21 fevral 2020-ci il tarixli 2-2(106)-16/2020 saylı Qərardadı ilə Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, e-2-2(086)- 444/2019 saylı Qətnaməsi ləğv edilmiş və iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bəhrəmtəpə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı ASC-yə icarəyə verilmiş torpaq sahəsinin Nümayəndə2 icarəyə verilmiş 60,0 ha torpaq sahəsi ilə üst-üstə düşməsi ilə bağlı nümayəndəlikdə heç bir məlumat yoxdur. Çünki həmin torpaq sahələri veriləndə nümayəndəlikdən heç bir sənəd tələb edilməyib. Bildirilir ki, Bəhrəmtəpə qəsəbəsi inzibati ərazisinə daxildir və Araz çayının şərq sahilində yerləşir. Həmin torpaq sahəsində əvvəllər inşa edilmiş “Dəmir Zavodu”nun binası vardır və qalan ərazi hazırda boş və istifadəsizdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/4908 nömrəli ekspert rəyində aşağıdakılar müəyyən edilmişdir: Qərardadın birinci sualı üzrə: Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC Beyləqan LTİ-nin mütəxəssis rəyinə əsasən, Cavabdeh başçısının xx.xx.2008-ci il tarixli, 120 saylı sərəncamı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ayrılmış 78.0 ha torpaq sahəsinin sərhədləri ləğv edilmiş Dövlət Torpaq və Xərtəçəkmə Komitəsinin İmişli rayon şöbəsi tərəfindən tərtib olunmuş ilkin yerquruluşu planında qeyd olunmuş istinad nöqtələrindən istifadə etməklə müəyyən edilmiş və koordinatları dəqiqləşdirilmişdir. Qərardadın ikinci sualı üzrə: Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC Beyləqan LTİ-nin mütəxəssis rəyinə əsasən, Cavabdeh başçısının xx.xx.2008-ci il tarixli, 120 saylı sərəncamı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ayrılmış 78.0 ha torpaq sahəsinin Dövlət mülkiyyətində olmaqla “Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar kateqoriyasına aid olduğu və ayrılmış 78.0 ha torpaq sahəsinin ərazisinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin istehsal sahəsinə aid bina və qurğularının, elektrik şəbəkəsinin yerləşdiyi ərazilərin (12.18 ha) tikinti sahəsi altında olmaqla, daşlıq, qurlu və yararsız torpaq sahəsindən ibarət olduğu müəyyən olundu. Qərardadın üçüncü sualı üzrə: Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC Beyləqan LTİ-nin mütəxəssis rəyinə əsasən, qeyd olunur ki,Mübahisəli torpaq sahəsi Nümayəndə2 ayrılmış 60.0 ha torpaq sahəsinin 49.60 ha olan hissəsində yerləşir. Ona görə də 49.60 ha torpaq sahəsinin sərhədləri ləğv edilmiş Dövlət Torpaq və Xərtəçəkmə Komitəsinin İmişli rayon şöbəsi tərəfindən tərtib olunmuş ilkin yerquruluşu planında qeyd olunmuş istinad nöqtələrindən istifadə etməklə müəyyən edilmiş və koordinatları dəqiqləşdirilmişdir. Qərardadın dördüncü sualı üzrə: Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC Beyləqan LTİ-nin mütəxəssis rəyinə əsasən, Cavabdeh başçısının xx.xx.2014-cü il tarixli 158 saylı sərəncamı ilə Nümayəndə2 ayrılmış 60.0 ha torpaq sahəsinin o cümlədən, mübahisəli ərazidə yerləşən 49.60 ha torpaq sahəsinin Dövlət mülkiyyətində olmaqla “Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar” kateqoriyasına aid olduğu və ərazinin daşlıq, qumluq və yararsız torpaq sahəsindən ibarət olduğu müəyyən olundu. Qərardadın beşinci sualı üzrə: Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC Beyləqan LTİ-nin mütəxəssis rəyinə əsasən, Cavabdeh başçısının xx.xx.2008-ci il tarixli, 120 saylı sərəncamı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ayrılmış 78.0 ha torpaq sahəsinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin istifadəsində olduğu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin istehsal sahəsi olan Beton zavodun hal-hazırda fəaliyyət göstərmədiyi və eyni zamanda ayrılmış torpaq sahəsində yardımçı təsərrüfatın heç bir fəaliyyət növünün qeydə alınmadığı müəyyən olundu. Qərardadın altıncı sualı üzrə: Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC Beyləqan LTİ-nin mütəxəssis rəyinə əsasən, Cavabdeh başçısının xx.xx.2008-ci il tarixli, 120 saylı sərəncamı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ayrılmış 78.0 ha torpaq sahəsinin sərhədləri ilə Cavabdeh başçısının 22.07 2014-cü il tarixli 158 saylı sərəncamı ilə Nümayəndə2 ayrılmış 60.0 ha torpaq sahəsinin 49.60 ha hissəsində 9.50 ha torpaq sahəsinin sərhədlərinin üst-üstə düşdüyü müəyyən olundu. Cavabdeh başçısının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, iş materiallarından göründüyü kimi İddiaçı ASC ona ayrılmış torpaq sahəsində heç bir vaxt kənd təsərrüfatı məhsullarının istehsalı və heyvandarlığın inkişaf etdirilməsi üzrə hər hansı fəaliyyət göstərməmiş, torpaq sahəsini baxımsız, istifadəsiz saxlamaqla, dövlət torpaq fondunun yararsız hala düşməsinə səbəb olmuşdur. 2008-ci ildən 2014-cü ilədək keçən müddət ərzində, İddiaçı ASC-nin göstərilən torpaq sahəsində hər hansı kənd təsərrüfatı məhsulu istehsal etməsinə dair ASC tərəfindən müvafiq dövlət orqanlarına məlumat verilməmiş, o cümlədən Cavabdeh başçısının sərəncamına əsasən yaradılmış komissiya üzvləri əraziyə baxış keçirən zaman həmin ərazidə kənd təsərrüfatı və heyvandarlıq məhsullarının istehsal olunmadığı aşkar edilmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli, 648 saylı Fərmanı ilə təsdiq edilmiş «Yerli İcra hakimiyyəti haqqında» Əsasnamənin 3.3.4.-cü bəndi ilə müvafiq ərazidə kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən, o cümlədən yay və qış otlaqlarından səmərəli istifadə edilməsinə, onların keyfiyyətinin yaxşılaşdırılmasına və təyinatı üzrə istifadə olunmasına nəzarəti həyata keçirmək də bilavasitə yerli icra hakimiyyəti orqanlarının vəzifələrinə aid edilmişdir. Həmçinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən Cavabdehnə daxil olmuş 10 fevral 2014-cü il tarixli, 17-9/09 saylı məktubda yerlərdə torpaqlardan təyinatına uyğun istifadə edilməsi vəziyyətində bir sıra ciddi nöqsanlar olduğu göstərilmiş və belə halların aradan qaldırılması üçün tədbirlər görülməsi xahiş edilmişdir. Cavabdeh başçısının 31 mart 2014-cü il tarixli 66 saylı Sərəncamı ilə «Yerli İcra hakimiyyəti haqqında» Əsasnamənin 3.3.4.-cü bəndi ilə üzərinə düşən vəzifənin icrasını təmin etmək məqsədi ilə rayon ərazisində Dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardan istifadənin vəziyyətinin araşdırılması məqsədilə müvafiq tərkibdə komissiya yaradılmış; Komissiyaya tapşırılmışdır ki, rayon ərazisində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torapqlardan Azərbaycan Respublikası Torpaq qanunvericiliyinin - Azərbaycan Respublikası Torpaq Məcəlləsi, «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanunu, Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli 42 nömrəli qərarı ilə təsdiq edilmiş «Örüş, otlaq, biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları» və digər normativ hüquqi aktların tələblərinə uyğun olaraq istifadə vəziyyətini ardıcıl olaraq araşdırıb, bu sahədə yol verilmiş qanun pozuntularının aradan qaldırılması, qanun pozuntularına yol vermiş vəzifəli şəxslər və torpaq istifadəçiləri barədə qanunamüvafiq tədbirlər görülməsini təmin etsinlər. Sərəncama əsasən yaradılmış komissiya üzvləri İmişli rayonu ərazisində, o cümlədən, Bəhrəmtəpə qəsəbəsi ərazisində araşdırmalar aparmış, İddiaçı ASC-nin istifadəsinə xx.xx.2008-ci il tarixli 120 saylı sərəncamla verilmiş torpaq sahəsindən: təyinatı üzrə istifadə edilmədiyi, torpaq icarə haqqını və digər tədiyyələrinin ödənilmədiyi, torpaq qanunvericilyinin tələblərinə riayət edilmədiyi, icarəyə götürülmüş kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mühafizəsi, kefyiyyətinin qorunması, yaxşılaşdırılması üçün heç bir aqrotexniki tədbirlər görülmədiyi və şəhadətnamə alınmadığı və s. nöqsanlar aşkar edilmiş, bu barədə Cavabdeh başçısına məlumat verilmişdir. İddiaçı ASC dövlət torpaq sahəsinin icarəsində olduğu müddətdə yuxarda sadalanan nöqsanlara yol verməklə, qanunvericiliyin tələblərini pozulduğuna görə, «Yerli icra hakimiyyəti haqqında» Əsasnamənin 4-cü bəndində nəzərdə tutulmuş səlahiyyətlərindən istifadə edərək, xx.xx.2008-ci il tarixli, 120 saylı sərəncamla icarəyə verilmiş 78,0 ha torpaq sahəsindən istifadə hüququna xx.xx.2014-cü il tarixli, 100 saylı sərəncamla xitam verilmişdir. Əvvəllər Məhkəməyə təqdim olunmuş Etiraza əlavə olaraq yuxarda istinad olunan Komissiyanın rəyi və qərarlar iş materialına əlavə olunması üçün Məhkəməyə göndərilmişdir. Bildirilir ki, İddiaçı ASC-nin iddia etdiyi 78,0 ha torpaq sahəsindən hazırda da, işin Məhkəmənin icraatında olduğu 2018-ci ildən keçən müddət ərzində hər hansı məqsədlə istifadə olunmamışdır. Həmçinin, qeyd edilir ki, hazırki iş üzrə Məhkəmə tərəfindən ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 sentyabr 2022-ci il tarixli “Ekspertiza rəyi”ndə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Cavabdeh başçısının xx.xx.2008-ci il tarixli, 120 saylı sərəncamı ilə İddiaçı ASC-yə ayrılmış 78,0 ha torpaq sahəsi Dövlət mülkiyyətində olmaqla “Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar” kateqoriyasına aiddir. Ayrılmış 78,0 ha torpaq sahəsinin 12,18 hektarı İddiaçı ASC-nin istehsal sahəsinə aid bina və qurğularının, elektrik şəbəkəsinin yerləşdiyi ərazidir. Qeyd edilən 12,18 ha ərazi daşlıq, qumluq və yararsız torpaq sahəsindən ibarətdir. Ekspertiza işləri aparılan zamanı müəyyən olunmuşdur ki, İddiaçı ASC-nin istehsal sahəsi olan Beton zavod da, hazırda fəaliyyət göstərmir və eyni zamanda ayrılmış torpaq sahəsində yardımçı təsərrüfatın heç bir fəaliyyət növü qeydə alınmamışdır. “Ekspertiza rəyi”ndə həmçinin göstərilmişdir ki, Nümayəndə2 Cavabdeh başçısının xx.xx.2014-cü il tarixli, 158 saylı sərəncamı ilə icarəyə verilmiş 60,0 ha torpaq sahəsinin yalnız 9,50 hektarı Cavabdeh başçısının xx.xx.2008-ci il tarixli, 120 saylı sərəncamı ilə İddiaçı ASC-yə ayrılmış 78,0 ha torpaq sahəsi ilə üst-üstə düşür. Göstərilən torpaq sahəsindən İddiaçı ASC-nin təyinatı üzrə istifadə etməsi müəyyən olunmamışdır. Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, qeyd edilən sərəncamlar poçt vasitəsilə iddiaçıya göndərilmişdir. Mübahisəli ərazidə suvarma sistemləri yoxdur. 2014-cü ildə torpaqdan istifadə hüququna xitam verilərkən əraziyə Cavabdeh əməkdaşları və aidiyyəti mütəxəssislərin iştirakı ilə baxış keçirilmişdir. Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı ASC-yə xx.xx.2008-ci il tarixli, 120 saylı sərəncamla icarəyə verilmiş 78,0 ha torpaq sahəsindən istifadə hüququna xitam verilməsi barədə Cavabdeh başçısının xx.xx.2014-cü il tarixli, 100 saylı sərəncamı Cavabdeh tərəfindən reyestr qaydasında İddiaçı ASC-nin hüquqi ünvanına göndərilmişdir. Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İmişli rayonunda dövlət torpaqlarından istifadə vəziyyətinin araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC-yə Cavabdeh başçısının xx.xx.2008-ci il tarixli 120 saylı sərəncamı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün icarəyə verilmiş 78,0 ha torpaq sahəsindən icarəyə verildiyi vaxtdan təyinatı üzrə istifadə edilməmiş, orada heç bir kənd təsərrüfatı məhsulu istehsal edilməmiş, mal-qara və davar saxlanılmamışdır. Ərazidə mal-qara və davar saxlanılması üçün heç bir tikinti müəyyən edilməmiş, torpaq sahəsinin əkilib-becərilməsi və otlaq kimi istifadə edilməsi üçün heç bir iş görülməmişdir. Torpaq sahəsi icarəyə verildiyi müddətdən İddiaçı ASC tərəfindən torpaq vergisi ödənilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. itabiznİ̇İ“ icraat haqqında” Qanun: Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar ... 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. İnzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 21. İİ̇nzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qaya nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. ... Maddə 24. İİ̇şin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. ... Maddə 57. İİ̇nzibati aktın forması 57.1. Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. 57.2. Yazılı inzibati akt icraatı həyata keçirən inzibati orqanın müvafiq vəzifəli şəxsi və ya kollegial inzibati orqanın vəzifəli şəxslərindən biri tərəfindən tərtib olunur. İnzibati akt inzibati orqanın müvafiq vəzifəli şəxsi tərəfindən və ya kollegial inzibati orqanın üzvləri tərəfindən imzalanır. 57.3. Azərbaycan Respublikasının qanunvericiliyi ilə birbaşa nəzərdə tutulmuş hallarda, habelə dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar təxirəsalınmaz hallarda inzibati akt şifahi və ya digər anlaşılan formada aşab) düşülən digər formada) qəbul edilə bilər. 57.4. Bu Qanunun 57.3-cü maddəsinə əsasən şifahi və ya digər anlaşılan formada aşab) düşülən digər formada) qəbul edilmiş inzibati akt aşağıdakı hallarda elan olunduğu vaxtdan 5 gün müddətində yazılı formada təsbit olunmalıdır: 57.4.1. inzibati akt ünvanlandığı şəxsin və ya digər maraqlı şəxsin hüquq və qanunla qorunan maraqlarını məhdudlaşdırdıqda zisşirevlə) inzibati aktın qəbul edildiyi hallarda); 57.4.2. inzibati orqan inzibati aktı yazılı formada qəbul edəcəyini vəd etdikdə; 57.4.3. qanunla birbaşa nəzərdə tutulduqda. 57.5. Qanunla nəzərdə tutulmuş hallarda inzibati akt işıq, səs siqnalları və işarələri, təsvirlər formasında və yaxud digər formalarda qəbul edilə bilər. Maddə 59. Yazılı inzibati aktın rekvizitləri 59.1. Yazılı inzibati aktda aşağıdakı məlumatlar əks olunmalıdır: 59.1.1. inzibati aktı qəbul etmiş orqanın adı; 59.1.2. inzibati aktın ünvanlandığı hüquqi şəxsin adı və hüquqi ünvanı və ya fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı; 59.1.3. inzibati aktın adı, qəbul olunma tarixi və yeri, qeydiyyat nömrəsi; 59.1.4. inzibati aktı qəbul etmiş inzibati orqanın məsul vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin soyadı, adı və imzası; 59.1.5. həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat; 59.1.6. inzibati aktı qəbul etmiş inzibati orqanın möhürü. 59.2. İnzibati akt texniki (avtomat) qurğuların köməyi ilə qəbul edildikdə, həmin aktda vəzifəli şəxsin imzasının və inzibati orqanın möhürünün olmaması mümkündür. 59.3. İnzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir. Maddə 64. İİ̇nzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İİ̇nzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. ... Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. ... Maddə 68. Qanuni inzibati aktın ləğv olunması 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (nadralquqüh) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (nadralquqüh) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. 68.5. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 68.2.3-cü və 68.2.4-cü maddələrinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 68.6. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanuni inzibati aktı ləğv etmiş inzibati orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. 68.7. Qanuni inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunun 62ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan Hüquqlarının və X4 Haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-ci il tarixli qararında göstərilir ki, Azarbaycan Respublikası «İnsan Hüquqlarının və X4 Haqqında» Avropa Konvensiyasının istirakçısı və onu ratifikasiya etmis dövlət kimi 2002-ci il aprel ayının 15-dən Konvensiya va onun protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin yurisdiksiyasınin məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. «İnsan Hüquqlarının və X2 haqqında» Konvensiyasının 46-ci maddəsinə əsasən Avropa Məhkəməsinin qərarları bu Konvensiyanı ratifikasiya etmiş dövlətlər üçün məcburidir. «İnsan Hüquqlarının və X2 haqqında» Konvensiyaya dair 1 nömrəli Protokolunun 1ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn umumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, oz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin umumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata kecirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. «X6rşı» məhkəmə işində Avropa Məhkəməsi vurğulamışdır ki, ərizəçinin torpağa istifadə hüququ və gələcəkdə ondan fayda götürməsi barədə gözləntiləri də mülkiyyət hüququnu təşkil edir və bu hüquq Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) müdafiə dairəsinə düşür. Mülki Məcəllə: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında» Əsasnamənin 6.8-ci bəndinə görə yerli icra hakimiyyətinin başçısı konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə və ya digər birdəfəlik tətbiq halları üçün qeyrinormativ hüquqi aktlar qəbul edir. Qeyri-normativ hüquqi aktlar sərəncam və ya əmrlər formasında qəbul edilir. Torpaq Məcəlləsi: Maddə 14. Kənd təsərrüfatı məhsulları istehsalı və emalı üçün torpaq sahələri
1. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri kənd təsərrüfatı məhsulları istehsalı və emalı üçün kənd təsərrüfatı təyinatlı torpaq sahələrini aşağıdakı qaydalarla əldə edirlər: “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından ayrılan payların xüsusi mülkiyyətə verilməsi; bələdiyyələrin ehtiyat torpaq fondunda, habelə vətəndaşların və hüquqi şəxslərin mülkiyyətində olan torpaqların qanunvericiliklə müəyyən olunmuş qaydada satın alınması; dövlət və xüsusi mülkiyyətdə olan torpaqlardan istifadəyə və icarəyə, bələdiyyə mülkiyyətində olan torpaqlardan isə icarəyə torpaq sahəsi götürülməsi.
2. Əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və xarici hüquqi şəxslər kənd təsərrüfatı məhsulları istehsalı və emalı üçün kənd təsərrüfatı təyinatlı torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər.
3. Dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin icarəyə verilməsi “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Maddə 73. Torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilməsinin əsasları
1. Torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə; torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda; hüquqi şəxslərin fəaliyyətinə xitam verildikdə; torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə: əmək münasibətləri əsasında müvəqqəti istifadə edilən torpaq sahələri ilə əlaqədar işçilərin fərdi əmək müqavilələrinə xitam verildikdə; istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə; torpaq vergisi və icarə haqqı üzürlü səbəb olmadan 1 i ödənilmədikdə; kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə; istifadə zamanı torpağın keyfiyyətinin pisləşməsinə və eroziyasına, kimyəvi və radioaktiv maddələrlə çirklənməsinə, bataqlaşmasına, təkrar şoranlaşmasına, torpaq sahəsində olan meliorasiya və irriqasiya sistemlərinin istismar qaydalarının pozulmasına, ətraf təbii mühitin çirklənməsinə yol verildikdə; dövlət ehtiyacları üçün torpaqların alınması zəruriliyi yarandıqda; torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən tikili və qurğuya mülkiyyət hüququ keçdikdə; torpaq mülkiyyətçisi, istifadəçisi (icarəçisi) öldükdə və vərəsələr olmadıqda; torpaq sahəsinin ipotekası zamanı ipoteka ilə təmin edilmiş öhdəlik icra edilmədikdə.
2. Bu maddənin 1-ci bəndinin 5-ci, 8-ci, 9-cu və 10-cu abzaslarında nəzərdə tutulan müddəalar xüsusi mülkiyyətdə olan torpaqlara şamil edilmir.
3. Bu maddənin 1-ci bəndinin 7-ci abzasında nəzərdə tutulan müvəqqəti istifadəyə və icarəyə verilmiş torpaqların geri alınmasına səbəb olan halların müəyyən edilməsi məhkəmə tərəfindən həyata keçirilir (həmin torpaqlar tərəflərin razılığı ilə geri alındıqda bu qayda tətbiq edilmir).
4. Qanunvericilikdə torpaq üzərində mülkiyyət, torpaqdan istifadə və icarə hüququna xitam verilməsinin digər əsasları da nəzərdə tutula bilər. Maddə 75. Torpaq sahələri üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına xitam verilməsi qaydaları
1. Bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, 11-ci abzasında nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əvəzsiz istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti üzrə məhkəmə tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verir.
2. Qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun xitamı bu barədə məhkəmə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən qərar qəbul edildiyi tarixdən, torpaq mülkiyyətçisi, istifadəçisi və ya icarəçisi torpaqdan və ya onun bir hissəsindən könüllü imtina etdikdə isə müvafiq ərizə verilən tarixdən baş verilir.
3. Bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 5-ci, 7-ci, 10-cu abzaslarında nəzərdə tutulan hallarda torpaq sahələri üzərində istifadə və icarə hüquqlarına xitam verilməsi haqqında qərar, buraxılmış nöqsanların (pozuntuların) müəyyən edilmiş vaxtda aradan qaldırılması barədə xəbərdarlıqdan sonra tədbirlər görülmədikdə qəbul edilir.
4. Məhkəmə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna xitam verilməsi barədə qərar qəbul edərkən, torpaq mülkiyyətçilərinə, istifadəçilərinə və icarəçilərinə torpaqların keyfiyyətinin yaxşılaşdırılmasına çəkdikləri xərclərin ödənilməsi və ya onların torpaqdan səmərəsiz istifadə etməsi nəticəsində vurduqları zərərin ödənilməsi barədə göstərişlər də verə bilərlər.
5. Torpaq sahələri üzərində istifadə və ya icarə hüququna xitam verilməsi barədə məhkəmənin, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarından qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq məhkəməyə şikayət vermək olar.
6. Torpaq üzərində hüquqlara xitam verilmə qaydası bu Məcəllə ilə nəzərdə tutulmadıqda, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilir. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatı
1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “Torpaq icarəsi haqqında” Qanun: Maddə 15. Torpaq icarəsi müqaviləsinin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı. Torpaq icarəsi müqaviləsinin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsivə xitamı AzərbaycanRespublikasının qanunvericiliyində və müqavilədə nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. Maddə 31. Mübahisələrin həlli Torpaqların icarəyə verilməsi, istifadəsi, müqavilənin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı ilə əlaqədar mübahisəli məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll olunur. Məhkəmənin mövqeyi: Məhkəmə iddia və etiraz ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qərəzsiz şəkildə qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə işin araşdırılması nəticəsində müəyyən edir ki, İddiaçı ASC-yə kənd təsərrüfatı məhsullarının istehsalı və heyvandarlığın inkişafı üçün Cavabdeh başçısının 17 may 2008-ci il tarixli, 120 saylı Sərəncamı və 17 may 2008-ci il tarixli, 11 saylı icarə müqaviləsi ilə 78,0 ha torpaq sahəsi icarəyə verilmişdir. Daha sonra Cavabdeh başçısının xx.xx.2014-cü il tarixli, 100 nömrəli Sərəncamı əsasında İddiaçı ASC-yə icarəyə verilmiş həmin torpaq sahəsindən istifadə hüququna xitam verilmişdir. Bundan sonra Cavabdeh başçısının xx.xx.2014-cü il tarixli, 158 nömrəli Sərəncamı ilə Nümayəndə2 müraciəti nəzərə alınmış və ona qum-çınqıl materiallarının çıxarılması, çeşidlənib daşınması və istehsalı üçün Araz çayının sağ sahilində Bəhrəmtəpə qəsəbəsi yaxınlığında olan dövlət asudə fondundan 60,0 ha torpaq sahəsi icarə müqaviləsi əsasında müvəqqəti istifadə və icarəyə verilmişdir. İş materiallarında olan ekspert rəyindən də müəyyən olunur ki, Cavabdeh başçısının xx.xx.2008-ci il tarixli, 120 saylı sərəncamı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ayrılmış 78.0 ha torpaq sahəsinin sərhədləri ilə Cavabdeh başçısının xx.xx.2014-cü il tarixli 158 saylı sərəncamı ilə Nümayəndə2 ayrılmış 60.0 ha torpaq sahəsinin 49.60 ha hissəsində 9.50 ha torpaq sahəsinin sərhədləri ilə üst-üstə düşür. Hal-hazırda iddiaçı tərəfindən həmin inzibati aktlar (sərəncamlar) mübahisələndirilmiş və Cavabdeh xx.xx.2014-cü il tarixli, 100 saylı sərəncamının tamamilə və xx.xx.2014-cü il tarixli, 158 saylı sərəncamının İddiaçı ASC-yə və Nümayəndə2 ayrılmış torpaq sahələrinin üst-üstə düşən 9.50 ha olan hissəsində qismən ləğv edilməsi məhkəmədən xahiş olunmuşdur. Məhkəmə ilk öncə qeyd edir ki, iddiaçı barəsində qəbul edilmiş əlverişli inzibati akt cavabdeh inzibati orqan tərəfindən ləğv edilmişdir. Bununla əlaqədar ilk növbədə fərqləndirilməli olan məsələ inzibati orqanın istinad etdiyi hallarla bağlıdır. Başqa sözlə, diqqət yetirilməli məqam ondan ibarətdir ki, inzibati orqan özünün əvvəlki qərarını qanunsuz, yoxsa qanuni əlverişli inzibati akt kimi ləğv etmişdir. Əgər inzibati orqan torpağın iddiaçının icarəsinə verilməsinə dair sərəncamın qanunsuz əlverişli inzibati akt olduğu qənaətindən hərəkət etmişsə, bu halda, mübahisə itabiznİ“ icraat haqqında” Qanunun 67-ci maddəsi nəzərə alınmaqla həll olunmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə görə inzibati orqan istənilən hər bir halda deyil, yalnız əvvəlki inzibati aktının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan sərəncamı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsə qanunvericiliyin tələblərinə uyğun olaraq məlumat verməklə icraatı təzələməklə, şəxsin inzibati icraatda iştirakını və onun dinlənilmə hüququnu təmin etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir. “Əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar”ın mövcudluğu ilə bağlı məsələ qiymətləndirilərkən nəzərə alınmalıdır ki, burada əsaslı şübhədən kənar sübut standartı tətbiq olunmalıdır. Yəni, əvvəlki aktın düzgünlüyünü şübhə altına alacaq konkret, uyğun və yetərli əsaslar ortaya çıxmış olmalıdır. Yalnız belə tələblərə cavab verən əsasların mövcudluğundan çıxış edilməklə əvvəlki aktın qanuniliyinin yoxlanılmasına dair icraata başlanıla bilər. Digər tərəfdən, belə əsaslar həm aktın özü çıxarılarkən mövcud olan, lakin inzibati orqana bəlli olmayan hallar ola biləcəyi kimi, sonradan yaranmış, lakin qərarın qanuniliyinə təsir edə bilən hallar da ola bilər. Bundan başqa, sözügedən hallar konkret iddiaçı ilə birbaşa bağlı hallar olmalı, məhz torpağın icarəyə verilməsi ilə bağlı əvvəlki aktın düzgünlüyünü şübhə altına alacaq mötəbər və rəsmi mənbələrdən əldə olunmuş əsaslar müəyyən edilmiş olmalıdır. Belə mübahisələr həll edilərkən həm də itabiznİ“ icraat haqqında” Qanunun 67.12ci maddəsinin müddəaları da nəzərə alınmalıdır. Buna görə, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Qanuni əlverişli inzibati aktın ləğvi məsələsinə münasibətdə isə məhkəmə qeyd edir ki, bu halda, inzibati orqan əvvəlki aktının qanuniliyini qəbul edir, lakin sonradan yaranmış hüquqi və ya faktiki hallara görə aktın ləğv edilməli olduğunu bildirir. Məsələn, torpaq sahəsindən təyinatı üzrə istifadə edilməmə əsası ilə əvvəlki qanuni aktı ləğv edir. Bu zaman, inzibati orqan özünün əvvəlki aktının qanuni olduğunu qəbul etmiş, lakin mülkiyyətçinin artıq sonradan torpaqdan təyinatı üzrə istifadə etməməsi nəticəsinə gəlmişdir. Bu halda mübahisənin həllinə tətbiq edilməli olan hüquq itabiznİ“ icraat haqqında” Qanunun 68-ci maddəsinin müvafiq normalarıdır. Hazırkı halda isə inzibati orqan əvvəlki qərarın qanuniliyini qəbul edir, aktın qəbulundan sonra yaranmış faktiki vəziyyətə (torpaq sahəsindən təyinatı ürə istifadə edilməmə) istinadla onun ləğv edilməli olduğunu hesab edir. Ona görə də, mübahisəyə qanuni inzibati aktın ləğvinə dair itabiznİ“ icraat haqqında” Qanunun 68-ci maddəsi tətbiq edilməlidir. Bu zaman həmçinin nəzərə alınmalıdır ki, inzibati orqan torpaq sahəsinin icarəyə verilməsi haqqında əvvəlki sərəncamının qəbulundan sonra yaranmış hallara istinad etdiyi halda da, həmin hallar konkret mülkiyyətçi ilə bağlı olmalı, eləcə də istinad olunan halın mövcudluğu uyğun, yetərli və mötəbər qaydada sübut olunmalıdır. itabiznİ“ icraat haqqında” Qanunun 68.2-ci maddəsi qanuni əlverişli inzibati aktın ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutmaqla yanaşı, bunun üçün həm də məhdud əsaslar dairəsi müəyyən etmişdir. Buna görə, yalnız Qanunda sadalanmış həmin məhdud əsasların birinin və ya bir neçəsinin mövcudluğunda qanuni əlverişli inzibati akt ləğv edilə bilər. Qanunun 68.3-cü maddəsinə görə qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Beləliklə, inzibati orqan Qanunun 68.2-ci maddəsində sadalanmış əsasların mövcudluğunda həmin əsaslar ona məlum olduğu gündən 1 il müddətində özünün əvvəlki qanuni əlverişli inzibati aktını ləğv edə bilər. Nəzərə almaq lazımdır ki, qanunsuz və ya qanuni əlverişli inzibati akt olmasından asılı olmayaraq inzibati orqan hər bir halda, qüvvədə olan həmin aktları ləğv edərkən itabiznİ“ icraat haqqında” Qanunda və sahəvi aktlarda təsbit edilmiş icraatla bağlı müvafiq normaların əsas tələblərinə riayət etmək öhdəliyi də daşıyır. Həmin tələblər aşağıdakılardan ibarətdir. İlk növbədə, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əvvəlki əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti vəzifəsinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və lazımi icraat aparmağa, dinlənilmə hüququnu təmin etməyə, obyektiv araşdırma prinsipinin tələblərinə riayət etməyə, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Nəticə etibarilə təzələnmiş icraat əvvəlki əlverişli inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsinə dair yeni inzibati aktın çıxarılması ilə yekunlaşmalıdır. Fərqli yanaşma, itabiznİ̇İ“ icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaradar və qüvvədə olan inzibati aktın etibarlığına və hüquqi qüvvəsinə zidd olardı. Digər tərəfdən isə təzələnmiş icraat nəticəsində qəbul edilən yeni inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən lazımi qaydada əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında əlverişli inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin aktdan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İİ̇nzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Belə ki, işin faktiki halları ilə müəyyən olunur ki, iddiaçıya münasibətdə torpaqdan icarə hüququna xitam verilərkən cavabdeh tərəfindən Sərəncamın ləğv olunma əsası kimi keçən müddət ərzində torpaq sahəsindən təyinatına uyğun istifadə edilməmə, torpaq sahəsinin istifadəsiz saxlanılması göstərilmiş və qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinin 1-cı abzasında göstərilir ki, istifadə və ya icarə müqaviləsinin şərtlərinə əməl edilmədikdə, həmçinin həmin maddənin 1-ci bəndinin 8-ci abzasında isə göstərilir ki, kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində üzürlü səbəb olmadan istifadə etmədikdə hüquqi və fiziki şəxslərin torpaq sahəsindən istifadə və ya icarə hüququna xitam verilir. Odur ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinin 6 və 8-ci abzasları, 75-ci maddəsinin 1-ci, 3-cü bəndlərinə və «Yerli icra hakimiyyətləri haqqında» Əsasnamənin 4.11.3-cü maddəsinə uyğun olaraq qərara alıram: İddiaçı ASC-yə kənd təsərrüfatı məhsullarının istehsalı və heyvandarlığın inkişafı üçün Cavabdeh başçısının 17 may 2008-ci il tarixli, 120 saylı Sərəncamı və 17 may 2008-ci il tarixli, 11 saylı icarə müqaviləsi ilə icarəyə verilmiş 78,0 ha torpaq sahəsindən istifadə hüququna xitam verilmişdir. Həmin Sərəncam qəbul edilərkən yuxarıda qeyd olunan qanunvericiliyin tələbləri tətbiq olunmamışdır. Belə ki, sadalanan normalara əsasən, cavabdeh iddiaçının torpaq üzərində istifadə və icarə hüququna xitam verilməsi üçün ilk növbədə müqavilə tərəfi olan iddiaçını məlumatlandırmalı, müqavilənin ləğv ediləcəyi ilə bağlı bildiriş göndərməli və ağlabatan müddət təyin edərək qarşılıqlı razılığa gəlməli idi. Əgər qarşılıqlı razılıq müəyyən olunmasa icarəyə verən tərəfindən müqavilənin ləğv edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmalı olduğu halda, bunu etməmiş və səlahiyyətlə bağlı qanunvericinin təsbit etdiyi qaydaları pozmuşdur. Beləliklə də, cavabdeh iddiaçıya münasibətdə hər hansı bir icraat aparılmadan, onun məlumatlandırılması və dinlənilməsi təmin olunmadan, eləcə də yeterli araşdırma aparılmadan formal mülahizələr əsasında icraatı həyata keçirmişdir. Belə ki, cavabdeh etirazında mübahisəli torpaq sahəsinə dair monitorinqin keçirilərək torpaq sahəsindən istifadə hüququna xitam verildiyini qeyd etsə də, iş materiallarında həmin monitorinqin Sərəncam qəbul edildikdən kifayət qədər uzun müddət keçdikdən sonra, yəni 16 iyul 2019-cu il tarixdə keçirildiyi müəyyən edilir. Və qeyd olunmuşdur ki, həmin torpaq sahəsində heç bir kənd təsərrüfatı məhsulu istehsal edilməmiş, mal-qara saxlanılmır, mal-qara saxlanılması üçün hər hansı ferma tikintisi yoxdur, torpaq sahəsinin əkilib becərilməsi və ya otlaq kimi istifadə edilməsi məqsədi ilə heç bir iş görülməmiş, Sərəncam və icarə müqaviləsindən irəli gələn vəzifələr yerinə yetirilməmiş və torpaq sahəsi istifadəsiz saxlanılmışdır. Və beləliklə də, cavabdeh məhkəmə icraatı zamanı da mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Müəyyən olunur ki, cavabdeh istifadə hüququna xitam verərkən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinin 6 və 8-ci abzasları, 75-ci maddəsinin 1-ci, 3-cü bəndlərinə istinad etmişdir. Məhkəmə göstərilən məsələyə münasibətdə qeyd edir ki, cavabdehin istinad etdiyi Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinin 1-cı abzasına əsasən, istifadə və ya icarə müqaviləsinin şərtlərinə əməl edilmədikdə, həmçinin həmin maddənin 1-ci bəndinin 8-ci abzasına əsasən isə kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə hüquqi və fiziki şəxslərin torpaq sahəsindən istifadə və ya icarə hüququna xitam verilir. Həmin Məcəllənin 75.1-ci maddəsində isə qeyd olunur ki, Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, 11-ci abzasında nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əvəzsiz istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti üzrə məhkəmə tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verilir. Məhkəmə müəyyən edir ki, cavabdeh inzibati orqan qanunvericinin tələbinə əsasən 17 may 2008-ci il tarixli 11 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin ləğv edilməsi barədə məhkəməyə müraciət etmişdir və Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, e-2-2(086)-444/2019 saylı Qətnaməsi ilə iddia təmin edilmişdir. Lakin daha sonra Şirvan Apellyasiya Məhkəməsinin 21 fevral 2020-ci il tarixli 2- 2(106)-16/2020 saylı Qərardadı ilə Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, e-2-2(086)-444/2019 saylı Qətnaməsi ləğv edilmiş və pretenziya qaydalarına əməl edilmədiyi üçün iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bundan sonra isə Cavabdeh tərəfindən 17 may 2008-ci il tarixli 11 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin ləğv edilməsi tələbi ilə bağlı məhkəmədə iddia qaldırılmamış və məhkəmə qaydasında məsələ öz həllini tapmamışdır. Beləliklə, inzibati orqan özünün əvvəlki qüvvədə olan əlverişli inzibati aktının ləğvi ilə bağlı məsələyə münasibətdə inzibati icraat haqqında müddəalara və Torpaq Məcəlləsinin normalarının tələblərinə riayət etmədiyi üçün yekun akt iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Nəzərə alınmalıdır ki, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Qanunvericinin təsbit etdiyi bu tələblər eyni zamanda hüquqi dövlətdə qanunun aliliyi və qanunçuluq prinsiplərindən irəli gəlir. Qanunvericinin bu yanaşmasının məqsədi hüquqi dövlətdə qanuni qərar qəbul etməyə borclu olan inzibati orqan tərəfindən qanunun tələblərinə cavab verən inzibati icraat üzrə yalnız hərtərəfli və obyektiv, düzgün qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparıldıqdan sonra, onun tərəfindən əsaslandırılmış qərarın qəbul olunmasını və bunun üzərindən qanunçuluq prinsipini, xüsusilə də mübahisə yarandığı təqdirdə, məhkəmə tərəfindən həmin qərarın qanunauyğunluğunun inzibati icraat materialları əsasında səmərəli şəkildə yoxlanılmasını təmin etməkdən ibarətdir. Həmçinin məhkəmə cavabdehin inzibati aktın ləğv edilmə əsası kimi göstərdiyi digər əsasa, yəni torpaq sahəsi icarəyə verilərkən qanunvericiliyin tələblərinin pozulması, cizgi xəritədə göstərilən 75 ha torpaq sahəsinin 8 hektarının beton zavodun tikintisi altında, bir hissəsinin isə elektrik qovşağının altında olmasına münasibətdə isə qeyd edir ki, torpaq sahəsi icarəyə verilən zaman müvafiq araşdırmanın aparılması və qanunvericilik normalarının tətbiqi idarəçilik qaydaları ilə bağlı məsələ olmaqla son nəticədə cavabdehin məsuliyyəti ilə bağlıdır. Və bu məsələ iddiaçının təqsiri ilə bağlı deyildir, müvafiq olaraq bu hal hətta mövcud olmuş olsa belə, iddiaçının ziyanına təfsir oluna və məsuliyyət sferasına aid edilə bilməz. Əlavə olaraq məhkəmə qeyd edir ki, torpaq sahəsinə dair istifadə hüuquna cavabdeh tərəfindən xitam verilsə də, torpaq sahəsi iddiaçının istifadəsində qalmış və mübahisə mövcud olmamışdır. Belə olan halda yuxarıda qeyd olunan faktiki və hüququ əsaslar nəzərə alınmaqla iddiaçının qanunla nəzərdə tutulmuş etimad və qanuni gözlənti hüququ yaranmışdır. Etimad hüququnun qorunması Konstitusiyadan və X10 Konvensiyasından irəli gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə (Dövlətin ali məqsədi) əsasən: İ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Həmin Konstitusiyasının həmin maddəsinin 2-ci bəndinə əsasən Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. X10 Konvensiyasının 1-ci maddəsinə (İnsan hüquqlarına hörmət olunması öhdəliyi) əsasən Razılığa gələn Yüksək Tərəflər onların yurisdiksiyası altında olan hər kəs üçün bu Konvensiyanın 2 bölməsində müəyyən olunmuş hüquq və azadlıqları təmin edirlər. Etimad hüququnun qorunması dövlətə münasibətdə pozitiv öhdəliklər yaradır və buna uyğun qaydada davranma tələb edir. Belə ki, dövlət bu hüququn reallaşdırılması üçün müvafiq işlək mexanizmlər yaratmalı; dövlət orqanları öz fəaliyyətlərində hüquq və azadlıqların səmərəli həyata keçirilməsini təmin edəcək qaydada davranmalıdırlar. Konstitusiya və AİHK ilə müəyyən edilən hüquqlar xəyali və nəzəri hüquq deyil, odur ki, dövlət tərəfindən təqdim edilən mexanizmlər səmərəsizdirsə, həmin hüquq və azadlıqların təmin edilməsi kimi qiymətləndirilə bilməz. Etimad hüququnun qorunmasının əsasları “İnzibati icraat haqqında” qanunun 2.0.8, 13, 67-69-cu maddələrində əksini tapmışdır. Həmin Qanunun 2.0.8-ci maddəsinə əsasən qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam kimi anlayış verilmişdir. 13-cü maddəsinə əsasən etimad hüququnun qorunması prinsipinin mahiyyətini, nəzəri əsaslarını, 67-69-cu maddələr isə praktik tətbiqi zamanı təzahürünü müəyyən edir. İş üzrə bütün faktiki və hüquqi hallara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, cavabdehin qəbul etdiyi inzibati akt qanunsuz olmuş və iddiaçının hüquq və mənafelərinin pozulması ilə nəticələnmişdir. Məhkəmə diqqətə çatdırmağı zəruri hesab edir ki, iddiaçıya münasibətdə cavabdehin xx.xx.2014-cü il tarixli, 100 nömrəli Sərəncamı qanunsuz olmaqla yanaşı, bu sərəncamdan sonra Cavabdeh başçısının Nümayəndə2 60,0 ha torpaq sahəsinin müvəqqəti istifadə və icarəyə verilməsinə dair xx.xx.2014-cü il tarixli, 158 nömrəli Sərəncamı da qismən, yəni iddiaçının torpaq sahəsi ilə üst-üstə düşən hissədə qanunsuz və əsassız hesab edilir. İnzibati Prosessual Məcəllənin: 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, Cavabdeh xx.xx.2014-cü il tarixli, 100 saylı sərəncamı tam formada və İmişli rayon İcra Hakmiyyətinin xx.xx.2014-cü il tarixli, 158 saylı sərəncamı isə İddiaçı ASC-yə və Nümayəndə2 ayrılmış torpaq sahələrinin üst-üstə düşən 9.50 ha hissəsində qismən ləğv edilməlidir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. İnzibati Prosessual Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 2, 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh xx.xx.2014-cü il tarixli, 100 saylı sərəncamı tamamilə və İmişli rayon İcra Hakmiyyətinin xx.xx.2014-cü il tarixli, 158 saylı sərəncamı isə İddiaçı ASC-yə və Nümayəndə2 ayrılmış torpaq sahələrinin üst-üstə düşən 9.50 ha hissəsində qismən ləğv edilsin. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizasının keçirilməsinə görə 50 manat ekspertiza tədqiqatının dəyəri İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********, Hesab № AZ34CTRE********************) köçürülsün. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Pərvanə Qurbanova