Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-713/2020 03.12.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, İddiaçı (Lənkəran rayonu, Göyşaban kəndində yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Lənkəran rayon filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı xx.xx.1955-ci il tarixdə doğulmuş, Lənkəran rayonu, Göyşaban kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Lənkəran rayon şöbəsinə müraciət etmişdir. Lakin cavabdeh xx xxxxxx 2020-ci il tarixli, **********5 nömrəli məktubla ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1970xx.xx.1970, xx.xx.1972-xx.xx.1972, xx.xx.1973-xx.xx.1973-cü illərdə “Marso” tərəvəzçilik sovxozunda, xx.xx.1976-xx.xx.1976-cı illərdə Lənkəran rayon meyvə tərəvəz konserv zavodunda, xx.xx.1983-xx.xx.1983-cü illərdə Lənkəran rayon Partiyanın XXV qurultayı adına sovxozunda, xx.xx.1988-xx.xx.1991-ci illərdə X4, xx.xx.1991-xx.xx.2001-ci illərdə Azərbaycan Respublikası “X5 və Maşınqayırma” ASC-də işlədiyi dövrün sığorta stajı kimi hesablanaraq yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı iddia tələbini dəyişərək, xx.xx.1970-xx.xx.1970, xx.xx.1972-xx.xx.1972, xx.xx.1973-xx.xx.1973-cü illərdə “Marso” tərəvəzçilik sovxozunda, xx.xx.1976-xx.xx.1976-cı illərdə Lənkəran rayon meyvə tərəvəz konserv zavodunda, xx.xx.1983-xx.xx.1983-cü illərdə Lənkəran rayon Partiyanın XXV qurultayı adına sovxozunda, xx.xx.1988-xx.xx.1991-ci illərdə X4, xx.xx.1991-xx.xx.2001-ci illərdə Azərbaycan Respublikası “X5 və Maşınqayırma” ASC-də işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınaraq yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, o, xx.xx.1955-ci il təvəllüdlüdür. xx.xx.1970-xx.xx.1970, xx.xx.1972-xx.xx.1972, xx.xx.1973-xx.xx.1973-cü illərdə “Marso” tərəvəzçilik sovxozunda, xx.xx.1976-xx.xx.1976-cı illərdə Lənkəran rayon meyvə tərəvəz konserv zavodunda, xx.xx.1983-xx.xx.1983-cü illərdə Lənkəran rayon Partiyanın XXV qurultayı adına sovxozda, xx.xx.1988-xx.xx.1991-ci illərdə X4, xx.xx.1991-xx.xx.2001-ci illərdə Azərbaycan Respublikası “X5 və Maşınqayırma” ASC-də işləmiş və əmək haqqı almışdır. Lakin işlədiyi dövrlər əmək kitabçasında qeyd olunmamışdır. Lənkəran rayon Dövlət arxivinə və digər müəssisələrə ərizə ilə müraciət edərək qeyd etdiyi dövrlərdə işləməyinə dair arxiv arayışları almışdır. Dövlət Sosial Müdafiə Fondunun Lənkəran rayon şöbəsinə müraciət edərək yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, Dövlət Sosial Müdafiə Fondunun Lənkəran rayon şöbəsinin xx.xx.2020-ci il tarixli cavab məktubunda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1-ci bəndinə əsasəniş stajı əmək kitabçasına əsasən müəyyən edildiyi əsas gətirərək xx.xx.1970-xx.xx.1970, xx.xx.1972xx.xx.1972, xx.xx.1973-xx.xx.1973-cü illərdə “Marso” tərəvəzçilik sovxozunda, xx.xx.1976xx.xx.1976-cı illərdə Lənkəran rayon meyvə tərəvəz konserv zavodunda, xx.xx.1983xx.xx.1983-cü illərdə Lənkəran rayon Partiyanın XXV qurultayı adına sovxozda, xx.xx.1988xx.xx.1991-ci illərdə X4, xx.xx.1991-xx.xx.2001-ci illərdə Azərbaycan Respublikası “X5 və Maşınqayırma” ASC-də işlədiyi dövrlər əmək kitabçasında qeyd olunmadığı üçün ona yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. Qeyd olunanlar nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Lənkəran rayon filialına Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmiş, lakin cavabdeh iddia ərizəsinə münasibət bildirməmişdir. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Lənkəran rayon filialına şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilmiş, ancaq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). X3 Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının xx xxxxxx 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Lənkəran rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Lənkəran rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı xx.xx.1955-ci il tarixdə doğulmuşdur və xx.xx.2019-cu il tarixdə 64 yaşı (x xxxx 2018-xx xxxx 2019-cu il tarixlərdə kişilər üçün pensiya yaşı 64 yaşdır) tamam olmuşdur. İddiaçının arxiv arayışlarındakı və əmək kitabçasındakı iş illəri nəzərə alınmaqla, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan sosial sığorta stajı (25 il) yaranmışdır. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə anadan olmuş, Lənkəran rayonu, Göyşaban kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan iddiaçıya məxsus xx.xx.1972-ci il tarixli, 1203 nömrəli Attestatın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 13 nömrəli Lənkəran İİİ dərəcəli traktorçu-maşınçı sənəti üzrə bitirmişdir. İşdə olan iddiaçıya məxsus xx.xx.1976-cı il tarixli, əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1988-ci il tarixədək əmək fəaliyyətində olmuşdur. İşdə olan Dövlət Arxivinin Lənkəran filialının xx.xx.2018-ci il tarixli, A/472 nömrəli arxiv arayışından görünür ki, Mirzəyev X2 rayonu “Marso” tərəvəzçilik sovxozunda 1970-ci ilin yanvar ayından iyun ayına kimi əmək haqqı almışdır. Sovxozun əmr kitabları yoxlanılmış, lakin İddiaçı sovxozda fəhlə qəbul olunması və sovxoz fəhləliyindən azad olunması əmrlərini müəyyən etmək mümkün olmamışdır. Lənkəran rayonu “Marso” tərəvəzçilik sovxozunda 1972ci ilin iyun ayından əmək haqqı almışdır. Sovxozun əmr kitabları yoxlanılmış, lakin İddiaçı sovxoza fəhlə qəbul olunması əmrini müəyyən etmək mümkün olmamışdır. Lənkəran rayonu “Marso” tərəvəzçilik sovxozunun xx.xx.1972-ci il tarixli, 222 nömrəli əmrlə sovxoz fəhləliyindən azad edilmişdir. İşdə olan X6 xx.xx.2018-ci il tarixli, 66 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.1988-ci il tarixdən Lənkəran 34 nömrəli Orta X12nə üçüncü dərəcəli ekskavatorçu, həmin tarixdən məktəbə mexanik təyin edilmiş və xx.xx.1991-ci il tarixdən işdən azad edilmişdir. İşdə olan Dövlət Arxivinin Lənkəran filialının xx.xx.2019-cu il tarixli, a/185 nömrəli arxiv arayışından görünür ki, Mirzəyev X2 rayon meyvə tərəvəz konserv zavodunun xx.xx.1976-cı il tarixli, 78 nömrəli əmri ilə xx.xx.1976-cı il tarixdən mövsümü fəhləliyə qəbul edilmişdir. Lənkəran rayon meyvə tərəvəz konserv zavodunun xx.xx.1976-cı il tarixli, 97 nömrəli əmri ilə mövsümü fəhləlikdən azad edilmişdir. Lənkəran rayonu Göyşaban kənd “Partiyanın XXV qurultayı” adına sovxozun xx.xx.1983-cü il tarixli, 34 nömrəli əmri ilə DT-75 markalı traktora traktorçu təyin edilmişdir. 1983-cü ilin mart ayına kimi əmək haqqı almışdır. Sovxozun əmr kitabları yoxlanılmış, lakin İddiaçı işdən azad olunması barədə heç bir əmr müəyyən edilməmişdir. İşdə olan Azərbaycan Respublikası “X5 və Maşınqayırma” Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2019-cu il tarixli, 01/117 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.1991-ci il tarixdən Yusif Qasımov adına maşınqayırma zavodunun Lənkəranda olan filialına traktor maşinist peşəsinə işə qəbul edilmişdir. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin xx.xx.2001-ci il tarixli, 199 saylı sərəncamına əsasən X5 Birliyi bazası “X5 birliyi” törəmə Açıq Səhmdar Cəmiyyətinin yaradılması ilə əlaqədar İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2001-ci il tarixdə xitam verilmişdir. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun Lənkəran rayon şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli, **********5 nömrəli məktubundan görünür ki, əmək kitabçasında qeyd olunmayan xx.xx.1970-xx.xx.1970-ci ilədək, xx.xx.1972-ci ildən xx.xx.1972ci ilədək, xx.xx.1973-cü ildən xx.xx.1973-cü ilədək “Marso” tərəvəzçilik sovxozunda işləməyi, xx.xx.1976-cı ildən xx.xx.1976-cı ilədək Lənkəran rayon meyvə tərəvəz konserv zavodunda, xx.xx.1983-cü ildən xx.xx.1983-cü ilədək Lənkəran rayon Partiyanın XXV qurultayı adına sovxozunda işlədiyi dövrlərin arxiv arayışları, xx.xx.1988-ci ildən xx.xx.1991-ci ilədək X4, xx.xx.1991-ci ildən xx.xx.2001-ci ilədək Azərbaycan Respublikası “X5 və Maşınqayırma” ASCdə işləməyi əmək kitabçasında qeyd olunmadığı üçün iş stajını təsdiq edilməsindən ötrü məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi X6 məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, 19 nömrəli məktubundan görünür ki, Lənkəran şəhər 34 nömrəli X12 Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə 1998-ci ildə ləğv olunaraq X10 birləşdirilmişdir. Lənkəran şəhər 34 nömrəli X8 əmr kitabları hal-hazırki dövrə kimi X4 saxlanılır və vətəndaşlar işlədikləri müddət və aldıqları təhsil ilə bağlı müvafiq arayışları almaq üçün X10 müraciət edirlər. Şirvan İnzibati Məhkəməsinə iddiaçı kimi müraciət edən İddiaçı ilə bağlı məlumatlar Lənkəran şəhər 34 nömrəli X8 1987-1989 və 1989- 1991-ci illərin müvafiq olaraq 12 və 13 il əmr kitablarında öz əksini tapmışdır. İşdə olan Dövlət Arxivinin Lənkəran filialının məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, b/46 nömrəli məktubundan görünür ki, İddiaçı Lənkəran rayon “Marso” tərəvəzçilik, Lənkəran rayon Göyşaban kənd “Partiyanın XXV qurultayı” adına sovxozlarında və Lənkəran rayon X11 zavodunda işləməsi barədə olan arxiv arayışları və həmin arayışların verilməsinə əsas olan sənədlərin təsdiq olunmuş ksero surətləri təqdim etmişdir. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun Lənkəran rayon şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, **********9 nömrəli məktubundan görünür ki, Lənkəran rayonu, göyşaban kənd sakini İddiaçı xx.xx.1955-ci il təvəllüdlü olmaqla pensiya almaq hüququ xx.xx.2019-cu ildə yaranmış və əmək kitabçasında qeyd olunmayan sovxoz, meyvə tərəvəz konserv zavodu, X13 və Azərbaycan Respublikası “X5 və Maşınqayırma” ASC-də sosial sığorta stajı 14 il 10 ay 4 gündür. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Lənkəran rayon filialının məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, **********8 nömrəli məktubundan görünür ki, Lənkəran rayonu, göyşaban kənd sakini İddiaçı xx.xx.2020-ci ildə yaşa görə əmək pensiyası təyin olunmasından ötrü müraciət etmişdir. Onun ümumi sığorta stajı 25 il 8 ay 3 gündür. Bu sığorta stajının 10 il 8 ay 22 günü əmək kitabçasındakı qeydlər əsasındadır. Qalan 14 il 11 ay 11 gün sığorta stajı müvafiq təşkilatların verdiyi arayışlara əsasən hesablanmışdır. İşdə olan Azərbaycan Respublikası “X5 və Maşınqayırma” Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2019-cu il tarixli, 01/71 nömrəli məktubundan görünür ki, İddiaçı xx.xx.1991-ci il tarixdə Yusif Qasımov adına maşınqayırma zavodunun Lənkəranda olan filialına traktor maşinist peşəsinə işə qəbul edilmişdir. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin xx.xx.2001-ci il tarixli, 199 saylı sərəncamına əsasən X5 Birliyi bazası “X5 birliyi” törəmə Açıq Səhmdar Cəmiyyətinin yaradılması ilə əlaqədar İddiaçı ilə bağlanmış əmək müqaviləsi xx.xx.2001-ci il tarixdə ləğv edilmişdir. Həmin məktuba əlavə edilmiş xx.xx.1991-ci il tarixli, 607/k əmrdən görünür ki, İddiaçı xx.xx.1991-ci il tarixdən əmək haqqı saat hesabı tarif-113 qəp+40% olmaqla vaxtmuzd mükafatlı sistemi ilə ödənilməklə Lənkəranda olan zavodun filialına traktorçu-maşinist peşəsinə qəbul edilmişdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sosial sığorta stajı ─ əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur (maddə 1.0.2). 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.) (maddə 7). «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən mübahisələndirilən hal iddiaçının iş illərinin əmək kitabçasında öz əksini tapmamasıdır. Мəhkəmə cavabdehin pensiya təyin edilməsindən imtina edərkən istinad etdiyi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci maddəsinə (iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsi) münasibət bildirərək qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda sosial sığorta stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, tələb edilən sənədlərin siyahısında əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədi (xx.xx.2018-ci il tarixli, A/472 nömrəli arxiv arayışını, xx.xx.2018-ci il tarixli, 66 nömrəli arayışını, xx.xx.2019-cu il tarixli, a/185 nömrəli arxiv arayışını və xx.xx.2019-cu il tarixli, 01/117 nömrəli arayışını) təqdim etmişdir. Мəhkəmə Аzərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında» Əsasnamənin 1-ci və 3-cü bəndlərinə əsasən arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən dövlət orqanlarından biri kimi Dövlət Arxivinin Lənkəran filialının xx.xx.2018-ci il tarixli, A/472 nömrəli və xx.xx.2019-cu il tarixli, a/185 nömrəli arxiv arayışlarını mötəbər sübut kimi qəbul edir. Məhkəmə, eyni zamanda X6 xx.xx.2018-ci il tarixli, 66 nömrəli arayışını və Azərbaycan Respublikası “X5 və Maşınqayırma” Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2019-cu il tarixli, 01/117 nömrəli arayışını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir. Qeyd olunanlardan göründüyü kimi iddiaçının xx.xx.1970-xx.xx.1970, xx.xx.1972xx.xx.1972, xx.xx.1973-xx.xx.1973-cü illərdə “Marso” tərəvəzçilik sovxozunda, xx.xx.1976xx.xx.1976-cı illərdə Lənkəran rayon meyvə tərəvəz konserv zavodunda, xx.xx.1983xx.xx.1983-cü illərdə Lənkəran rayon Partiyanın XXV qurultayı adına sovxozunda, xx.xx.1988xx.xx.1991-ci illərdə X4, xx.xx.1991-xx.xx.2001-ci illərdə Azərbaycan Respublikası “X5 və Maşınqayırma” ASC-də işləməsi barədə əmək kitabçasını təqdim edə bilməməsi iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Məhkəmənin qənaətinə görə iddiaçı arxiv arayışlarındakı və əmək kitabçasındakı iş illəri nəzərə alınmaqla, tələb olunan 25 il sosial sığorta stajını topladığından o, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68) . Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, iddia təmin edilməli, İddiaçı xx.xx.1970-xx.xx.1970, xx.xx.1972-xx.xx.1972, xx.xx.1973-xx.xx.1973-cü illərdə “Marso” tərəvəzçilik sovxozunda, xx.xx.1976-xx.xx.1976-cı illərdə Lənkəran rayon meyvə tərəvəz konserv zavodunda, xx.xx.1983-xx.xx.1983-cü illərdə Lənkəran rayon Partiyanın XXV qurultayı adına sovxozda, xx.xx.1988-xx.xx.1991-ci illərdə X4, xx.xx.1991-xx.xx.2001-ci illərdə Azərbaycan Respublikası “X5 və Maşınqayırma” ASC-də işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınaraq yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Lənkəran rayon filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1970-xx.xx.1970, xx.xx.1972-xx.xx.1972, xx.xx.1973-xx.xx.1973-cü illərdə “Marso” tərəvəzçilik sovxozunda, xx.xx.1976-xx.xx.1976-cı illərdə Lənkəran rayon meyvə tərəvəz konserv zavodunda, xx.xx.1983-xx.xx.1983-cü illərdə Lənkəran rayon Partiyanın XXV qurultayı adına sovxozda, xx.xx.1988-xx.xx.1991-ci illərdə X4, xx.xx.1991-xx.xx.2001-ci illərdə Azərbaycan Respublikası “X5 və Maşınqayırma” ASC-də işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınaraq yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Lənkəran rayon filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(120)-713/2020
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-713/2020
03.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver