Məhkəmə qərarları › İş №2-1(120)-715/2021

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-715/2021

25.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-715/2021 25.05.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, iddiaçılar İddiaçı3 və İddiaçı1, cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi idarəsinin nümayəndəsi X3 iştirakı ilə, iddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı ərazi idarəsinə qarşı Sabirabad rayon Aqrar İslahat Komissiyasının 1998-ci il, 15 yanvar tarixli, 01 nömrəli qərarına və 05.07.1998-ci il tarixli, 310 seriyalı, 90907005 kod nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən istifadələrində olan torpaq sahəsinə dair mərhum X6 ilə X7 arasında Sabirabad rayon Dövlət notariat kontorunda bağlanılmış 22 aprel 2008-ci il tarixli, 4Ə-2-202 və 4Ə-2-203 nömrəli alqı-satqı müqavilələrinin, həmin müqavilələrə əsasən X5 verilmiş 08.07.2008-ci il qeydiyyat tarixli, ******* və 002868 seriya nömrəli çıxarışların, o cümlədən X7 ilə X11 arasında Sabirabad rayon Dövlət notariat kontorunda 2019-cu ilin noyabr ayında bağlanmış alqı-satqı müqavilələrinin və həmin müqavilələrə əsasən X9 verilmiş 02.12.2019-cu il qeydiyyat tarixli, ********** və ********** nömrəli çıxarışların etibarsız hesab edilməklə ləğv edilməsi barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabirabad rayon Aqrar İslahat Komissiyasının 1998-ci il, 15 yanvar tarixli, 01 nömrəli qərarına və 05.07.1998-ci il tarixli, 310 seriyalı, 90907005 kod nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən istifadələrində olan torpaq sahəsinə dair mərhum X6 ilə X7 arasında Sabirabad rayon Dövlət notariat kontorunda bağlanılmış 22 aprel 2008-ci il tarixli, 4Ə-2-202 və 4Ə-2-203 nömrəli alqı-satqı müqavilələrinin, həmin müqavilələrə əsasən X5 verilmiş 08.07.2008-ci il qeydiyyat tarixli, ******* və 002868 seriya nömrəli çıxarışların, o cümlədən X7 ilə X11 arasında Sabirabad rayon Dövlət notariat kontorunda 2019-cu ilin noyabr ayında bağlanmış alqı-satqı müqavilələrinin və həmin müqavilələrə əsasən X9 verilmiş 02.12.2019-cu il qeydiyyat tarixli, ********** və ********** nömrəli çıxarışların etibarsız hesab edilməklə ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə İddiaçı2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı3 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı ərazi idarəsinin nümayəndəsi X4 iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 iddiası mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan 22 aprel 2008-ci il tarixli, 4Ə-2-203 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X6 tərəfindən özünə məxsus Sabirabad rayonu, Güdəcühür kəndində yerləşən 1,10292 ha torpaq sahəsi X1. İşdə olan 19 noyabr 2019-cu il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinin surətindən görünür ki, X7 tərəfindən özünə məxsus Sabirabad rayonu, Güdəcühür kəndində yerləşən 1,10292 ha torpaq sahəsi X2. İşdə olan 19 noyabr 2019-cu il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinin surətindən görünür ki, X7 tərəfindən özünə məxsus Sabirabad rayonu, Güdəcühür kəndində yerləşən 1,3103 ha torpaq sahəsi X2. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 17-ci bəndində qeyd edilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibatihüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Məhkəmə iş materiallarında olan sübutlarla müəyyən etdi ki, reyestrdəki mübahisələndirilən qeydiyyat alqı-satqı müqavilələri əsasında aparılmışdır. Belə olan halda iddiaçılar hüquqi marağına uyğun olaraq alqı-satqı müqavilələrini mübahisələndirməlidirlər. İddiaçılara izah edilir ki, hazırki tələblə aidiyyəti üzrə ümumi məhkəməyə (rayon və ya şəhər) müraciət etmək hüquqları vardır. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 “daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi barədə” tələblə ilkin olaraq cavabdeh inzibati orqana müraciət etməmişlər. Belə ki, iddiaçılar ilkin olaraq həmin tələblə cavabdehə müraciət etməli, cavabdehin onların tələbinə münasibətini müəyyən etməli idi. Lakin cavabdeh tərəfindən iddiaçıların müraciətinin təmin edilməsindən imtina edilməsi və ya hərəkətsizlik göstərilməsi ilə bağlı sənədlər (imtina məktubu və ya müraciət ərizəsinin inzibati orqana göndərilməsini təsdiq edən poçt qəbzi) iddia ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yalnış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin halların müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. İddiaçılara 01 mart 2021-ci il tarixli, 2-1(120)-715/2021 nömrəli hüquqi yardım məktubu göndərilsə də, iddiaçılar tərəfindən hüquqi yardım məktubuna heç bir münasibət bildirilməmiş, məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı3 və İddiaçı1 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 iddiası mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar