Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-716/2021 01.06.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “20 təqvim ili qüsursuz xidməti olan hərbi qulluqçu kimi iddiaçının “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanına uyğun olaraq mənzillə təmin olunmalı olan hərbi qulluqçuların siyahısına daxil edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “mənzillə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2-1(120)-716/2021 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “mənzillə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” bаrədə iddia ərizəsi üzrə iddiaçı və cavabdeh olduğu kimi saxlanılması, iddiа tələbinə “20 təqvim ili qüsursuz xidməti olan hərbi qulluqçu kimi iddiaçının “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanına uyğun olaraq mənzillə təmin olunmalı olan hərbi qulluqçuların siyahısına daxil edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin baş gizir rütbəsində ehtiyatda olan hərbi qulluqçudur. O, 1998-2019-cu illər ərzində 20 (iyirmi) təqvim ili 6 (altı) ay müddətində fasiləsiz olaraq Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmiş, o cümlədən hərbi xidmətinin 10 (on) ili cəbhə bölgəsində yerləşən hərbi hissələrdə keçmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 24.12.2019-cü il tarixli müvafiq əmri ilə “Hərbi Xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin”A” bəndinə əsasən (xidmət müddəti başa çatdığına görə) Silahlı Qüvvələr sıralarından ehtiyata buraxılmışdır. Hərbi xidmət dövründə Azərbaycan Respublikası Prezidentinin adından Müdafiə Nazirinin müvafiq əmrlərinə əsasən, “Qüsursuz xidmətə görə” 3-cü və 2ci dərəcəli medallarla təltif olunmuşdur. Ailə tərkibi 4 (dörd) nəfərdən ibarətdir, hal-hazırda Sumqayıt şəhərində kirayə mənzildə yaşayır. Qanunvericiliyin tələblərinə müvafiq olaraq mənzillə təmin olunmaq hüququ vardır. Bu hüququ gerçəkləşdirmək üçün cavabdeh Müdafiə Nazirliyinə rəsmi ərizə ilə müraciət etmişdir. Azərbaycan Silahlı Qüvvələrinin baş gizir rütbəli ehtiyatda olan hərbi qulluqçusudur. İddiaçı 1998-2019-cu illər ərzində 20 (iyirmi) təqvim ili 6 (altı) ay müddətində fasiləsiz olaraq Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçdiyindən və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanının 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları Müdafiə Nazirliyinin xətti ilə həm xidmət keçən, həm də ehtiyata buraxılmış hərbi qulluqçular dövlət vəsaiti hesabına mənzillə təmin edildiyindən, iddiaçı da bu qayda ilə Müdafiə Nazirliyinə müraciət etmişdir. Lakin, cavabdeh Müdafiə Nazirliyi qanunsuz şəkildə onu mənzillə təmin ediləcək hərbi qulluqçuların siyahısına daxil etməkdən imtina edir. Buna səbəb kimi, guya mənim qüsurlu xidmət keçməsini və Azərbaycan Ordusunda 20 təqvim ilindən az xidmət etməsini səbəb kimi göstərirlər. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, 20 təqvim ili qüsursuz xidməti olan hərbi qulluqçu kimi adının “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanına uyğun olaraq mənzillə təmin olunmalı olan hərbi qulluqçuların siyahısına daxil edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cаvаbdеh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə hаzırlıq icrааtı ilə bаğlı məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, nümayəndəsi məhkəmə iclаsınа gəlməmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə cavabdehin nümayəndəsinin iştirаkı оlmаdаn bахılmаsını mümkün hеsаb еdir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.3-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İnzibati Prosessual Məcəllənin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İddiaçı Yardımlı rayonu, Cerimbel kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Yardımlı rayonu ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinə müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Məhkəmə Mənzil İstismar İdarəsinin “imtinasını” Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “imtinası” kimi qiymətləndirir. Həmçinin, məhkəmə qeyd edir ki, öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. Belə ki, iddiaçı onun 20 təqvim ili qüsursuz xidməti olan hərbi qulluqçu kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin 28.12.2011-ci il tarixli Fərmanına uyğun olaraq mənzillə təmin olunmalı olan hərbi qulluqçuların siyahısına daxil edilməsini tələb etməkdə haqlıdır. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan AA ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 18.10.1980-ci il tarixdə anadan olmuşdur. İşdə olan 19.10.1998-ci il tarixli, AO ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı “hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə (yaşa görə) əsasən 24.12.2019-cu il tarixdən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İşdə olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilmiş 26.06.2018-ci il tarixli vəsiqənin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin 26.06.2018-ci il tarixli, 0212t nömrəli əmri ilə “Qüsursuz xidmətə görə” 3cü dərəcəli medalı ilə təltif olunmuşdur. İşdə olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilmiş 26.06.2019-cu il tarixli vəsiqənin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin 26.06.2019-cu il tarixli, 0151t nömrəli əmri ilə “Qüsursuz xidmətə görə” 2ci dərəcəli medalı ilə təltif olunmuşdur. İşdə olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilmiş 25.06.2004-cü il tarixli vəsiqənin surətindən görünür ki, İddiaçı “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)” yubileyi medalı ilə təltif olunmuşdur. İşdə olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilmiş 05.07.2014-cü il tarixli vəsiqənin surətindən görünür ki, İddiaçı “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubileyi medalı ilə təltif olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin iddiaçıya ünvanladığı 25.01.2021-ci il tarixli, 270 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin rəisinə dövlət vəsaiti hesabına mənzil təminatı ilə bağlı ünvanladığınız müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Məlumat üçün bildirirəm ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına uyğun olaraq, Müdafiə Nazirliyində Azərbaycan Ordusu sıralarında 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş, yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçuların mənzil təminatına baxılır. Azərbaycan Ordusu sıralarında 20 təqvim ilindən az xidmət etməyiniz səbəbindən adınızın Müdafiə Nazirliyində tərtib edilən dövlət vəsaiti hesabına mənzil təminatı ilə bağlı adlı siyahılara əlavə edilməsi səlahiyyətlərimiz xaricindədir. Eyni zamanda bildirirəm ki, Siz 20.06.2006-cı ildə Gəncə Hərbi Məhkəməsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilmisiniz. Xahiş edirəm nəzərə alasınız. İş materiallarında olan Yardımlı rayon İcra Hakimiyyəti Başçısının Şəfəqli inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 09.02.2021-ci il tarixli, 92 nömrəli arayışından görünür ki, İddiaçı ailə tərkibi 1978-ci il təvəllüdlü X3, 2006-cı il təvəllüdlü X4 və 2008-ci il təvəllüdlü X2 ibarətdir. İş materiallarında olan N nömrəli hərbi hissənin N yanvar 2020-ci il tarixli, 6 nömrəli əmrindən çıxarışda qeyd olunmuşdur ki, baş gizir İddiaçı, tank bölüyünün baş çavuşu, “Hərbi Xidmətkeçmə Haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə (xidmət müddəti başa çatdığına görə) müvafiq oiaraq, Müdafiə nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 24 dekabr 2019-cu il tarixli 0358gm №-li əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hesab edilsin, 2019-cu ilin hesabından qalan 55 (əlli beş) gün müddətinə məzuniyyət verilməklə 01 mart 2020-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılsın və hərbi qeydiyyata durmaq üçün SHXÇDX-nin Yardımlı Rayon Şöbəsinə göndərilsin. Baş gizir E. R. imanova 2019-cu il xidmətinə görə Azərbaycan Respublikası Müdafiə nazirinin 19 oktyabr 2017-ci il tarixli 22 nömrəli qərarına əsasən nəzərdə tutulmuş birdəfəlik pul mükafatı tam həcmdə ödənilib. Baş gizir E. R. İmanova ehtiyata buraxılması ilə əlaqədar birdəfəlik pul müavinəti ödənilsin. 2019-cu ildə nəzərdə tutulmuş maddi yardım ödənilib, məzuniyyət pulu ödənilib. Əsas: Müdafiə nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 24 dekabr 2019-cu il tarixli 0358gm №-li əmrindən çıxarış (d/o-4). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 08 sentyabr 2020-ci il tarixli, İ-8998 nömrəli arayışından görünür ki, İddiaçı məhkumluğu yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hüquq İdarəsinin 15.04.2021-ci il tarixli, 11/1626 nömrəli etirazında qeyd edilmişdir ki, İddiaçı iddia tələbləri əsassız və qanunsuz olduğu səbəbindən, aşağıdakı əsaslara görə rədd edilməlidir. İddiaçı öz iddia ərizəsində qeyd edib ki, 1998-ci ildən 2019-cu ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi keçmişdir, 24.12.2019-cu il tarixdə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 №-li Fərmanında qeyd edilib ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər. Fərmanda qeyd edilənləri nəzərə alsaq iddiaçının bu kateqoriyadan olan şəxslərə bərabər tutmaq və dövlət tərəfindən mənzillə təmin ediləcək şəxslərin siyahısına almaq Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 №-li Fərmanına uyğun deyildir. Səbəbdə odur ki, iddiaçı barəsində Gəncə Hərbi Məhkəməsinin 20.06.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 331.3, 127.1-ci maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir. Qeyd edilənlər “İddiaçı xidmət dövründə cinayət törətməsi və həmin cinayətə görə məhkum olunması” buna dəlalət edir ki, iddiaçının xidməti qüsursuz olmayıb. Qeyd olunanlar isə bir daha iddia tələbinin əsassız olmasını sübut edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən “İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür”. İddiaçı isə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən və AR İPM-nin 47.2-ci maddəsini rəhbər tutaraq, məhkəmədən İddiaçı ğlunun Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı olan iddia tələbi əsassız olduğuna görə rədd edilsin. İş materiallarında olan Azərbaycan Respublikası Gəncə Hərbi Məhkəməsinin 25 iyul 2017-ci il tarixli, 1(095)-091/2006 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı, ondan ötrü ki, o, Gəncə hərbi məhkəməsinin 20 iyun 2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 331.3-cü və 127.1-ci maddələri ilə təqsirli bilinib, CM-nin 331.3-cü maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 127.1-ci maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum məhkum edilmiş, barəsində CM-nin 70-ci maddəsi tətbiq edilərək İddiaçı üzərində 2 (iki) il sınaq müddəti təyin edilməklə cəza şərti olaraq tətbiq edilmişdir. N nömrəli hərbi hissə komandirinin 29.09.2006-cı il tarixli, 585 saylı məktubundan görünür ki, İddiaçı barəsində hökm icraya yönəlmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində sınaq müddəti başa çatdıqda məhkumluq ödənilmiş hesab olunur. İddiaçı təyin olunmuş sınaq müddəti 11 iyul 2008-ci il tarixdə başa çatmışdır. Odur ki, Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir və məhkumluğu olmayan şəxs hesab edilir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin 08.04.2021-ci il tarixli, 12/806 nömrəli məktubunda qeyd olunmuşdur ki, sizin 11/1322 nömrəli 01 aprel 2021-ci il tarixli məktubunuza cavab olaraq bildiririk ki, Müdafiə Nazirliyi xətti ilə yaşa (xidmət illərinə) görə pensiya alan ehtiyatda olan baş gizir İddiaçı 19 oktyabr 1998-ci il tarixdən 11 may 2000-ci il tarixədək müddətli həqiqi hərbi xidmətdə, 12 fevral 2001-ci il tarixdən 01 mart 2020-ci il tarixədək isə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. O, Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 24 dekabr 2019-cu il tarixli 0358gm nömrəli əmri ilə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "a" bəndinə (xidmət müddəti başa çatdığına görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı xidmətdən buraxıldığı günə xidmət illəri: təqvimlə - 20 il 07 ay 11 gün, xidmət illərinə güzəştli qaydada əlavə olunan müddət - 10 il 09 ay 11 gün, ümumi xidmət illəri isə 31 il 04 ay 22 gün təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Gəncə Hərbi Məhkəməsinin 18 may 2021-ci il tarixli, 190 nömrəli məktubunda qeyd edilmişdir ki, 22.04.2021-ci il tarixli 2- 1(120)-716/2021 №-li sorğunuza əsasən bildiririk kijmanov X5 Hərbi Məhkəməsinin 20.06.2006-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü və 127.1 -ci maddələri ilə təqsirli bilinib,həmin Məcəlləninin 66.3-cü maddəsinə uyğun olaraq 3 il 6 ay azadlıqdan mərhum etmə cəzasına məhkum edilmiş, barəsində həmin Məcəllənin 70-ci maddəsi tətbiq edilməklə təyin olunmuş cəza 2 il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilmişdir. Hökm 11 iyul 2006-cı il tarixdə qanuni qüvvəyə minib, icra olunması üçün N saylı hərbi hissəyə göndərilmişdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun: 28.1. Həqiqi hərbi xidmətin aşağıdakı növləri müəyyən edilir: 28.1.1. müddətli həqiqi hərbi xidmət; 28.1.2. hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarının həqiqi hərbi xidməti; 28.1.3. müddətdən artıq həqiqi hərbi xidmət; 28.1.4. gizirlərin və miçmanların həqiqi hərbi xidməti; 28.1.5. zabitlərin həqiqi hərbi xidməti. 28.2. Müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara bu Qanunla müəyyən edilmiş müddətlər daxilində həqiqi hərbi xidmət keçən əsgərlər, matroslar və çavuşlar aiddirlər. 28.3. Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olunmuş vətəndaşlar kursantlar adlandırılırlar və onların həqiqi hərbi xidməti müddətli həqiqi hərbi xidmətə bərabər tutulur. Kursantlar və onların ailə üzvləri müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara və onların ailə üzvlərinə aid olan hüquqlardan istifadə edir, müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların vəzifələrinə uyğun olan vəzifələr yerinə yetirirlər. 36.1. Həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında aşağıdakı həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar: 36.1.1. müddətdən artıq həqiqi hərbi xidmətə – ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar; 36.1.2. hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrinin kursantlarının həqiqi hərbi xidmətinə – xüsusi təyinatlı ali təhsil müəssisəsinə qəbul edildiyi ildə 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan vətəndaşlar, habelə zabit hərbi rütbəsi olmayan, xüsusi təyinatlı ali təhsil müəssisələrində oxumaq arzusunu bildirən 18 yaşından 23 yaşınadək hərbi qulluqçular və hərbi vəzifəlilər; 36.1.3. gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə – ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar; 36.1.4. zabitlərin həqiqi hərbi xidmətinə – hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar. 37.1. Aşağıdakı günlər həqiqi hərbi xidmətin başlanğıcı sayılır: 37.1.1. çağırışçılar üçün – müvafiq icra hakimiyyəti orqanı tərəfindən hərbi hissəyə göndərildikləri gün; 37.1.2. bağlaşma əsasında hərbi xidmətə könüllü daxil olanlar üçün – bağlaşmanın imzalandığı gün; 37.1.3. kursantlar üçün – hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olunduqları gün. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli, 631 nömrəli qərarına əsasən :
1. Müəyyən edilsin ki, zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin edilməsi üçün uzun müddət xidmətə aşağıdakılar aiddir: -Zabit heyətinə daxili işlər , gömrük, fövqəladə hallar orqanlarının, Ədliyyə Nazirliyinin Penitensiar və Tibb xidmətlərində orta, böyük, yüksək rəis heyətinə mənsub şəxslərə “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən pensiya təyin edilərkən, onların həqiqi hərbi xidmətə və daxili işlər orqanlarında sıravi və rəis heyəti vəzifələrinə götürülməzdən əvvəl mülki ali təhsil müəssisələrində, habelə hərbi hazırlıq silsilə və bölmələri olan orta ixtisas təhsil müəssisələrində, ali təhsil müəssisələrinin axşam şöbələrində və qiyabi təhsilalma formasında keçirdiyi təlim vaxtı da beş ilədək müddət daxilində təlimin bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilir. -Əgər həmin şəxslər bilavasitə mülki ali təhsil müəssisələrindən tələbəlik vaxtı təhsil başa vurulmadan xüsusi təyinatlı ali təhsil müəssisələrinə təhsilin davamı üçün qəbul edilmişlərsə, mülki ali təhsil müəssisələrindəki təhsil müddəti eyni şərtlərlə uzun müddət xidmətə daxil edilir.
2. Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub pensiya hüququna malik şəxslərə pensiya təyin olunması üçün aşağıdakılar uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilsin: -Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ili iki xidmət ili (bir xidmət günü iki xidmət günü) kimi hesablanır. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ilinin iki xidmət ili (bir xidmət gününün iki xidmət günü) kimi hesablanması Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin qərarı əsasında həyata keçirilir və qəbul olunmuş qərar barədə aidiyyəti orqanlar məlumatlandırılırlar. Bu halda həmin qərarda döyüş şəraitinin davam etdiyi müddət göstərilməlidir. Məhkəmə müəyyən etdi ki, iddiaçı mənzillə təmin olunması üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin inzibati orqan iddiaçının Azərbaycan Ordusunda 20 ildən az xidməti olduğunu və 20.06.2006-ci ildə Gəncə Hərbi Məhkəməsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilməsini əsas gətirərək onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə cavabdehin imtinasında qeyd olunan bu dəlilləri iş materiallarına əlavə olunmuş sübutlarla müqayisə edərək belə qənaətə gəlmişdir ki, cavabdehin imtinasında qeyd olunan bu dəlillər əsassızdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçının xidmət illəri 20 ildən artıqdır. O həmin xidmət illərində müvafiq olaraq 26.06.2018-ci ildə “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli, 26.06.2019-cu ildə “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medallarla, həmçinin 25.06.2004-cü ildə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)” və 05.07.2014-cü ildə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” Yubiley medalları ilə təltif olunmuş, yəni iddiaçının ümumilikdə təqvimlə - 20 il 07 ay 11 gün (xidmət illərinə güzəştli qaydada əlavə olunan müddət - 10 il 09 ay 11 gün, ümumi xidmət illəri isə 31 il 04 ay 22 gün) qüsursuz xidməti olmuşdur. Lakin, xidmət illəri zamanı İddiaçı Gəncə hərbi məhkəməsinin 20 iyun 2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 331.3-cü və 127.1-ci maddələri ilə təqsirli bilinib, CM-nin 331.3-cü maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 127.1-ci maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum məhkum edilmiş, barəsində CM-nin 70-ci maddəsi tətbiq edilərək İddiaçı üzərində 2 (iki) il sınaq müddəti təyin edilməklə cəza şərti olaraq tətbiq edilmişdir. Hökm 11.07.2006-cı il tarixdə qanuni qüvvəyə minib, icra olunması üçün N nömrəli hərbi hissəyə göndərilmişdir. İddiaçı təyin olunmuş sınaq müddəti 11 iyul 2008-ci il tarixdə başa çatmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində sınaq müddəti başa çatdıqda məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir və məhkumluğu olmayan şəxs hesab edilir. Bununla da İddiaçı məhkumluğu olmayan şəxs hesab edilmiş və bunun nəticəsində onun barəsində məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edilmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 28.12.2011-ci il tarixli Fərmanının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər. Fərmana əsasən ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlərlə yanaşı, silahlı qüvvələrdə xidmət edən hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi və mənzil-məişət problemlərinin həll edilməsi məqsədilə hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. Həmin fərmanda şəxslərin dövlət hesabına mənzillə təmin edilməsi üçün iki əsas: 1. Şəxsin Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 il və daha artıq xidmət etməsi; 2. Həmin xidmət illərinin qüsursuz olması tələb olunur. Azərbaycan Respublikasının 2002-ci il 17 may tarixli 329-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı haqqında Əsasnamənin 1-ci bəndində göstərilmişdir ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində və qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin sıralarında (SSRİ silahlı qüvvələri və digər silahlı birləşmələrində xidmət müddəti də nəzərə alınmaqla) 25 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçular təltif edilirlər. Azərbaycan Respublikasının 2002-ci il 17 may tarixli 330-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Qüsursuz xidmətə görə” medalı haqqında Əsasnamənin 1-ci bəndində göstərilmişdir ki, “Qüsursuz xidmətə görə” medalı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində qüsursuz hərbi xidmət keçən, hər il iyun ayının 26-na qədər 10, 15 və 20 təqvim ili tamam olmuş hərbi qulluqçular təltif edilirlər. Azərbaycan Respublikasının 2008-ci il 16 may tarixli 606-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008) Azərbaycan Respublikasının yubiley medalı ilə 2008-ci ilin iyun ayının 26-dək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçən və döyüş hazırlığında uğurlar qazanmış zabitlər, gizirlər, miçmanlar və müddətdən artıq həqiqi hərbi xidmət qulluqçuları, habelə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata, yaxud istefaya buraxılmış, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qurulmasında və möhkəmləndirilməsində fəal iştirak edən zabitlər təltif olunurlar. Cavabdeh orqanın iddiaçıya ünvanladığı imtina məktubuna əsasən iddiaçıya xidmət illərində məhkumluğu olduğuna görə adının mənzillə təmin ediləcək hərbi qulluqçuların siyahısına salınması üçün müsbət qərar qəbul edilməmişdir. İddiaçı Gəncə hərbi məhkəməsinin 20 iyun 2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 331.3-cü və 127.1-ci maddələri ilə təqsirli bilinib, CM-nin 331.3-cü maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 127.1-ci maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum məhkum edilmiş, barəsində CM-nin 70-ci maddəsi tətbiq edilərək İddiaçı üzərində 2 (iki) il sınaq müddəti təyin edilməklə cəza şərti olaraq tətbiq edilmişdir. Hökm 11.07.2006-cı il tarixdə qanuni qüvvəyə minib, icra olunması üçün N nömrəli hərbi hissəyə göndərilmişdir. İddiaçı təyin olunmuş sınaq müddəti 11 iyul 2008-ci il tarixdə başa çatmışdır. Cavabdeh orqanın iddiaçının məhkumluğuna istinad etməklə onun adının siyahıya salınmasından imtina etməsini araşdırmaq üçün məhkumluğun anlayışını, onun hüquqi nəticələrini araşdırmaq zəruridir. Bununla bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Göründüyü kimi, məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir, lakin məhkumluğun hüquqi nəticələri daimi xarakter daşımır və onun götürülməsi və ya ödənilməsi ilə bu nəticələr aradan qalxır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Azərbaycan Respublikası CM-nin 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində sınaq müddəti başa çatdıqda məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” 08 iyul 2008-ci il tarixli qərarında göstərmişdir ki, məhkumluq cinayətin və cəzanın hüquqi nəticəsi kimi qəbul olunur. Burada cinayət-ilkin əməl, məhkum etmə və cəza tətbiq etmə isə onun nəticəsi kimi çıxış edir. Göstərilən üç əsasdan (cinayət, ittiham hökmü və cəza) birinin olmaması məhkumluğun olmasını istisna edir. Məhz buna görə də iş üzrə ittiham hökmü çıxarılmadığı halda Cinayət Məcəlləsinin 72-74-cü maddələrində nəzərdə tutulmuş əsaslarla cinayət məsuliyyətindən, həmin Məcəllənin 78 və 89-cu maddələrində nəzərdə tutulmuş əsaslarla isə cəzadan azad edilmiş şəxslər məhkum olunmamış hesab edilir. Konstitusiya Məhkəməsinin bu qərarından sonra Cinayət Məcəlləsinin «Cəzadan azad edilmiş şəxs məhkumluğu olmayan şəxs hesab edilir» məzmunda olan 83.2-ci maddəsi dəyişdirilərək göstərilmişdir ki, barəsində cəza təyin edilməməklə və ya təyin edilmiş cəzadan azad edilməklə əlaqədar ittiham hökmü çıxarılmış şəxs məhkumluğu olmayan hesab edilir. Bu baxımdan da məhkəmə hesab edir ki, iddiaçının məhkumluğu olduğuna görə adının siyahıya salınmasından imtina barədə cavabdehin gəldiyi nəticə qanunsuzdur. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 30.10.2019-cu il tarixli 2-1(102)-3250/2019 nömrəli və 02.06.2020-ci il tarixli 2-1(102)-1297/2020 nömrəli qərarlarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Beləliklə, iddia təmin olunmalı, İddiaçı 20 təqvim ili qüsursuz xidməti olan hərbi qulluqçu kimi “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanına uyğun olaraq mənzillə təmin olunmalı olan hərbi qulluqçuların siyahısına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur.
Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə
qərara aldı:
İddia təmin edilsin. İddiaçı “20 təqvim ili qüsursuz xidməti olan hərbi qulluqçu kimi “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanına uyğun olaraq mənzillə təmin olunmalı olan hərbi qulluqçuların siyahısına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər.
Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Hakim Samir Həsənov