Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-717/2021 07.04.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, İddiaçı Museyib oğlunun, Cavabdeh Masallı Regional X9 nümayəndəsi X4 və Üçüncü şəxs “Həqiqətlə üz-üzə” qəzetinin baş redaktoru X2 iştirakları ilə, İddiaçı Museyib oğlunun cavabdeh Masallı X1rşı vəzifəli şəxsin hərəkətlərindən müdafiəyə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Museyib oğlu cavabdeh Masallı Rayon İcra Hakimiyyətinə qarşı məhkəmədə iddia qaldıraraq, Masallı Rayonlararası Meşə Təsərrüfatı Müəssisəsinin rəhbəri X10 vəzifədən sui-istifadələrə yer verməklə, qanunla üzərinə qoyulmuş vəzifənin lazımi qaydada icra edilməməsi nəticəsi olaraq, bir qrup cinayətkar vəzifəli şəxslərlə əlbirlik edib, Cəlilabad rayonunun Göytəpə meşəbəyliyində 11, 12 saylı meşə dolaylarında meşə qırıntısına yol verməklə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ziyan vurub dövlət mənafeyinə zidd olan hərəkət (hərəkətsizlik) nümayiş etdirdiklərindən cinayətkar şəxslərin dairəsinin müəyyənləşdirilməsini təmin edəcək məhkəmə aktını qəbul etməklə onların cinayət məsuliyyətinə cəlb edilmələrini təmin edəcək, müvafiq məhkəmə qərarının çıxarılmasını, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis vəzifəsini müvəqqəti icra edən Əlizamin Həmidovun vəzifə səhlənkarlığı etməklə, Cəlilabad rayon Göytəpə meşəbəyliyində 11, 12 saylı dolaylarda kütləvi meşə qırıntılarına yol verib, əsassız varlanmaqla, həm də əsassız varlanan çoxsaylı vəzifəli şəxslərin cinayətkar əməllərinə göz yumaraq, onlarla əlbirlik edib, çoxsaylı əsassız cavabların ona göndərilməsini təmin edib, qanunla qorunan hüquqlarını pozduğuna görə barəsində müvafiq xüsusi qərardadın çıxarılmasını təmin edib, müvafiq tədbir görülməsindən ötrü AR Baş Prokurorluğuna göndərilməsini, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətli işçisi X18 İsmiyevlə yaxın olub, onun tələbə yoldaşı olmaqla, 11, 12 saylı meşələrin qırılıb məhv edilməsində ekologiya və təbiətə ziyan vurulmasında cinayətkar şəxslərə dəstək nümayiş etdirməklə, onların cinayət məsuliyyətinə cəlb edilməsinə imkan verməyib, üzərinə düşən vəzifəni lazımınca icra etmədiyindən barəsində xüsusi qərardadın çıxarılmasını təmin edib, haqqında tədbir görülməsindən ötrü Azərbaycan Respublikası Ekologiya və X12 göndərilməsini, Masallı Rayonlararası Meşə Təsərrüfatı İdarəsini Cəlilabad rayonunun Göytəpə meşəbəyliyinin 11, 12 saylı dolaylarda meşə ərazisinin qırılıb, məhv edilməsi nəticəsində Ekologiya və Təbiətə dəymiş ziyanının məhkəmə qaydasında bir daha müəyyənləşdirib, ödənilməsini təmin edəcək müvafiq məhkəmə aktının qəbul edilməsini və bu məlum hadisələrdə “Kütləvi İnformasiya haqqında” Qanunun tələblərinə ciddi hörmətsizlik nümayiş etdirən çoxsaylı məmurlar barəsində müvafiq xüsusi qərardadın çıxarılmasını təmin etməklə, aidiyyəti ünvanlara göndərilməsinin təmin edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İşin hallarını və mübahisənin vəziyyətini, iddianın mümkünlük məsələsini müzakirə etmək üçün hazırlıq icraatı çərçivəsində tərəflər məhkəməyə dəvət olunmuşlar. Məhkəmə iclasında iddiaçı iddia ərizəsini müdafiə edərək, bildirdi ki, Cəlilabad rayonu, Soyubulaq kəndində yaşayır. Həmin kənddə olan meşədə 11, 12 saylı dolayda olan ağaclar kütləvi şəkildə məhv edilmiş və nəticədə dövlətə xeyli miqdarda ziyan vurulmuşdur. Həmçinin ekoloji tarazlığın pozulmasına səbəb olmuşdur. Vətəndaş mövqeyindən çıxış edərək, bununla bağlı bir çox instansiyalara müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Odur ki, həmin qanunsuz əməlləri törədən və törədilməsinə şərait yaradan Masallı Regional X9 vəzifəli şəxsləri barəsində tədbir görülməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə hazırlıq iclasında iddia tələbinə etiraz edərək, bildirdi ki, iddia tələbi əsassızdır. Belə ki, iddiaçının şikayət ərizəsi əsasında qanunsuz ağac kəsmiş şəxslərin dairəsi müəyyən edilmiş və həmin şəxslər barəsində qanunamüvafiq olaraq tədbir görülmüşdür. Müəssisənin işçilərindən həmin əməli törədən meşəbəyiyə, meşəbəyi köməkçisinə və meşə gözətçisi vəzifəsində işləyən 3 nəfər şəxsə töhmət verilmiş, bir nəfər meşə gözətçisi isə vəzifəsindən azad edilmişdir. Odur ki, iddianın rədd edilməsini xahiş etdi. Üçüncü şəxs X8 məhkəmə hazırlıq iclasında izahat verərək, bildirdi ki, o, “Həqiqətlə üz-üzə” qəzetinin baş redaktorudur. Cəlilabad rayonu, Soyuqbulaq kənd sakini İddiaçı Museyib oğlu ona müraciət edərək, Soyuqbulaq kəndində ağacların qanunsuz kəsildiyini və ekologiyanın korlandığı barədə bildirmişdir. Həmin şəxslər birgə kəsilmiş ağaclara yerində baxış keçirilmiş və bununla bağlı müxtəlif dövlət orqanlarına məlumat verilmişdir. Lakin heç bir nəticəsi olmadığından məhkəməyə müraciət etməli olmuşdurlar. Odur ki, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Üçüncü şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə hazırlıq icraatı ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işin hallarını və mübahisənin vəziyyətini üçüncü şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsinin iştirakı olmadan müzakirə etmişdir. İş materiallarında olan Masallı Regional X9 xx.xx.2021-ci il tarixli 187 saylı münasibət məktubunda qeyd edilmişdir ki, iddiaçı öz iddia tələbində Masallı Regional X9 direktoru Adəm İsmiyev və digər şəxslərin cinayət xarakterli hərəkətlərinin nəticəsi olaraq bu gün Cəlilabad rayon (Göytəpə meşəbəyliyində) 11, 12 saylı meşə dolaylarında meşə ərazisinin qırılaraq məhv edilməsi nəticəsində Ekologiya və Təbiətin korlanması üzrə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə böyük məbləğ, bir akt üzrə 49874 manat və digər akt üzrə 85722 manat məbləğ ziyan vurduğundan cinayətkar şəxslərin məhkəmə qaydasında müəyyənləşdirilməsini təmin etməklə onların cinayət məsuliyyətinə alınmasına diqqət yetirib vurulmuş ziyanın ödənilməsi barədə müvafiq məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. Cəlilabad rayonu Soyuqbulaq kənd sakini İddiaçı Museyib oğlunun və digərlərinin adından “Cəlilabad rayonu Göytəpə meşəbəyliyinin 11 və 12 saylı dolaylarındakı kütləvi qırıntı və yoxlamanın sonuna qədər aparılmaması” barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və digər dövlət qurumlarına daxil olmuş eyniməzmunlu müraciətləri “Cəlilabad- Biləsuvar” X3 İctimai Birliyinin sədri X5, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, Masallı RMTM-nin mütəxəssislərinin və şikayətçilərin birgə iştirakı ilə yerində araşdırılmışdır. Araşdırma zamanı şikayətçi İddiaçı Museyib oğlu bildirmişdir ki, onların iştirakı ilə Masallı RMTM-nin Göytəpə meşəbəyliyinin 11 və 12 saylı meşə dolaylarında meşələrin qorunub mühafizə olunması vəziyyəti yoxlanılsın. Araşdırma zamanı müəyyən olunmuşdur ki, Masallı RMTM-nin Göytəpə meşəbəyliyinin 11 saylı meşə dolayında qeydə alınan 24 ədəd ağaca görə 3138 manat, 12 saylı meşə dolayında qeydə alınan 69 ədəd ağaca görə 4699 manat zərərin vurulması barədə xx.xx.2020-ci il tarixli 63345 saylı və xx.xx.2020-ci il tarixli 63346 saylı aktlar tərtib edilmişdir. Göytəpə meşəbəyliyinin 11 və 12 saylı dolaylarının meşə gözətçisi Rafiq Salayev və X13 və Təbii Sərvətlər Nazirliyinə müraciət edərək mühafizə etdikləri dolaylarda yoxlamaların düzgün aparılmadığını, yəni quru, kökdən çıxmış ağacların yaş ağac kimi sənədləşdirildiyini və nəticədə qiymətləndirmənin süni surətdə şişirdildiyini bildirmişlər. Onlar tərtib olunmuş aktı imzalamaqdan imtina etmişlər. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə edilən müraciət əsasında Nazirliyin əməkdaşlarının, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin mütəxəssisləri, Masallı Regional X9 mütəxəssislərinin və şikayətçilərin birgə iştirakı ilə təkrarən həmin ağacla 14-18 oktyabr tarixlərində 11 və 12 saylı meşə dolaylarında araşdırma aparılmış, yerində baxış keçirilərək hesabatı aparılmış və 11 saylı dolayda qeydiyyata alınmış 24 ədəd ağacın həcminin 10.91 m3, nırx dəyərinin 47.26 manat, 12 saylı dolayda qeydiyyata alınmış 69 ədəd ağacın həcminin 21.02 m3, nırx dəyərinin 90.58 manat olduğu müəyyən olunmuşdur. Eyni zamanda 11 ədəd ağacın Cəlilabad rayon sakini Manaf Babayev tərəfindən zədələnərək boy artımının dayandırılmasına səbəb olduğu üçün vurulmuş 1346 manat zərər cinayət tərkibi yaratdığına görə material 2020-ci il 28 sentyabr tarixli 531 nömrəli məktubla Cəlilabad rayon Prokurorluğuna göndərilmişdir. Həvalə olunuş vəzifələrini lazımi şəkildə yerinə yetirmədiklərinə görə Masallı Regional X9 və 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin təqsirkar əməkdaşları barəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq əmrinə əsasən cəza tədbirləri verilmişdir. İddiaçı Cəlilabad rayonu Soyuqbulaq kənd sakini İddiaçı Museyib oğlunun və X6 Masallı X1rşı qanunsuz hərəkətlərə dair iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materialını araşdıraraq hesab edir ki, iddiaya inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı Cəlilabad rayonu, Soyuqbulaq kəndində yerləşən 11, 12 saylı meşə dolaylarında ağacların kəsilməsi ilə bağlı müxtəlif dövlət orqanlarına müraciət etmişdir. Hazırda iddiaçı həmin əməlləri törətmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün məhkəmə qərarının qəbul edilməsini xahiş edir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə görə bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Məhkəmə qeyd edir ki, X17 Təsərrüfatı Mərkəzi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 136 saylı xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq olunmuş «İnzibati orqanların Təsnifatı»nda inzibati orqan kimi təsnif olunmamışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçının tələbi publik hüquq sahəsi ilə deyil, ehitmal olunan cinayət və ya inzibati xətanın törədilməsi ilə bağlıdır. Halbuki ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun 3.2.1-3.2.2-ci maddələrinə görə bu Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli qərarının 1.3cü bəndində qeyd olunur ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmçinin həmin Qərarın 1.4cü bəndində qeyd olunur ki, ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli qərarının 3.4cü maddəsində qeyd olunmuşdur ki, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə, yuxarıda sadalananlara əsasən hesab edir ki, İddiaçı Museyib oğlunun cavabdeh Masallı X1rşı vəzifəli şəxsin hərəkətlərindən müdafiəyə dair iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Həmçinin məhkəmə prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69.5-ci maddəsinin tələbinə görə məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən Prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, prosessual xərc (məhkəmə xərci) – yəni hazırkı iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaya inzibati icraat qaydasında baxılması mümkün sayılmadığından iddiaçıya aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 83, 85 və 110-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı Museyib oğlunun cavabdeh Masallı X1rşı vəzifəli şəxsin hərəkətlərindən müdafiəyə dair iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmasın. Prosessual xərc iddiaçıya aid edilsin. Qərardaddan, rəsmi qaydada təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Zaur Allahyarov
Məhkəmə qərarları › İş №2-1(120)-717/2021
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-717/2021
07.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver