Məhkəmə qərarları › İş №2-1(120)-718/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-718/2022

29.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-718/2022 29.11.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X29 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdeh tərəfindən qəbul edilmiş qərarın dəyişdirilərək, qəyyumluğa götürdüyü X12 ailə başçısını itirməyə görə anası mərhum Rahilə Əsədullayevanın almış olduğu (1294 manat) pensiya məbləğinə uyğun pensiyanın təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 29 noyabr 2022-ci il tarixdə Masallı Məhkəmə Kompleksinin binasında (ünvan: Masallı şəhəri, H.Əliyev prospekti) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X29 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “cavabdeh tərəfindən qəbul edilmiş qərarın dəyişdirilərək, qəyyumluğa götürdüyü X12 ailə başçısını itirməyə görə anası mərhum Rahilə Əsədullayevanın almış olduğu (1294 manat) pensiya məbləğinə uyğun pensiyanın təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsi iddiaçının qeydiyyat ünvanının Astara rayonu olduğunu, Astara rayonu isə Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazidə yerləşdiyindən, hazırki mübahisəyə həmin məhkəmə tərəfindən baxılmalı olması qənaətinə gələrək xx.xx.2021-ci il tarixli, 2-1(112)-11033/2021 nömrəli qərardadı ilə işi baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, babası X24 06 oktyabr 2006-cı il tarixdə Astara rayonu, Şahağacı kənd sakini X11 ilə rəsmi nikaha girərək ailə qurmuşdur. xx.xx.2013-cü il tarixdə babası X24 vəfat etmişdir. Bundan sonra X11 ailə başçısım itirməyə görə əri Mirzə Hüseynovun 1294 manat məbləğindəki pensiyasını almışdır. X11 əri Mirzə Hüseynovun vəfatından sonra tək yaşadığndan uşaq övladlığa götürməyi qərara almış və bu səbəblə Astara Rayon Məhkəməsinə müraciət etmişdir. Astara Rayon Məhkəməsinin 03 iyul 2017-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən 14 aprel 2017-ci il tarixdə anadan olmuş X2 Rahilə Məmməd qızının övladlığına verilmiş, uşağın doğum haqqında şəhadətnaməsində soyadının Əsədullayeva, adının Aida, ana qrafasında X7, ata qrafasında isə övladlığa götürən Rahilə Əsədullayevanın deməsinə görə X9 qeyd edilməsi qət edilmişdir. Bundan sonra övladlığa götürülən X1 Rahilə Məmməd qızının vəfatına kimi sonuncu ilə birlikdə yaşamışdır. Rahilə Əsədullayevanın xx.xx.2021-ci il tarixində vəfatından sonra 2021-ci ilin aprel ayında X17 iddiaçı tərəfıindən qəyyumluğa götürülmüş və sonuncuya ailə başçısını itirməyə görə Rahilə Əsədullayevanın almış olduğu 1294 manat məbləğində pensiyanın təyin olunması məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafıə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafıə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfındən xx.xx.2021-ci il tarixli, **********1 saylı məktubla müraciətinə cavab olaraq bildirmişlər ki, ərizəsinə aidiyyatı üzrə baxılmış və bildirilmişdir ki, X5 dövlət qulluqçusu kimi əmək pensiyası hüququ olan X21 tərəfındən deyil, X10 tərəfındən övladlığa götürüldüyündən Aida Əsədullayevaya sabiq dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımmdan mümkün deyildir. Bundan sonra X13 ailə başçısını itirmyə görə 200 manat məbləğində pensiya təyin edilmişdir. Özü ailəli olmaqla bir uşaq atasıdır. Ailədə yeganə qazanc gətirən şəxsdir. Qəyyumluğa götürdüyü X13 təyin edilmiş 200 manat pensiya ilə baxmaqda çətinlik çəkir. Uşağa 200 manat pensiyanın təyin edilməsi onun hüquqlarının pozulması deməkdir. Belə ki, Aida Əsədullayevanın anası Rahilə vəfat etdikdən sonra uşağın həyat şəraiti pisə doğru dəyişmiş və maddi ehtiyac içərisində qalmışdır. Hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafıə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş qərar əsassız və qanuna uyğun deyil. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasımn Qanununun 14-cü maddəsində qeyd edilir ki, vəfat etmiş və ya həlak olmuş şəxslərin 18 yaşına çatmamış övladlarının ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 16-cı maddəsində göstərilir ki, övladlığa götürənlərin doğma valideynlərlə, övladlığa götürülənlərin isə doğma uşaqlarla bir səviyyədə əmək pensiyası hüququ vardır. Ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan bu Qanunun 14.1.1-ci maddəsində nəzərdə tutulmuş şəxslər övladlığa götürüldükdə də bu hüququ saxlayırlar. Həmin Qanunun 17-ci maddəsində göstərilir ki, ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Uşaq hüquqları haqqında Konvensiyada qeyd edilir: Maddə 3. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfındən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfındən. 2. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya qanuna görə onun üçün məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, uşağı onun rifahı üçün zəruri olan müdafıə və qayğı ilə təmin etməyi öhdələrinə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Maddə 26. İştirakçı dövlətlər hər bir uşağın sosial sığorta da daxil olmaqla, sosial təminat nemətlərindən istifadə etmək hüququnu tanıyır və özlərinin milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tam həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirləri görürlər. 2. Zərurət olduqca bu nemətlər mövcud ehtiyatlar və uşağın imkanları və onun saxlanması üçün məsuliyyət daşıyan şəxslərin imkanları, habelə uşaq tərəfındən və ya onun adından nemətlərin əldə edilməsi ilə bağlı istənilən mülahizələr nəzərə alınmaqla verilir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, İddiaçı “qəyyumluğa götürdüyü X13 ailə başçısını itirməyə görə anası mərhum Rahilə Əsədullayevanın almış olduğu (1294 manat) pensiya məbləğinə uyğun pensiyanın təyin edilməsi öhdəliyinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Fililalın üzərinə qoyulması” tələbi ilə məhkəməyə müraciət etmişdir. Hesab edirlər ki, iddiaçının tələbi qanuna müvafiq olmadığı üçün rədd edilməlidir. İddiaçı iddia tələbinə dair Mərkəzi Filial tərəfindən həyata keçirilmiş inzibati icraat tədbirləri haqqında aşağıdakıları diqqətə çatdırırlar. İddiaçı Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. Həmin müraciətlə bağlı tərəflərindən aparılmış inzibati icraat tədbirlərinin nəticəsi barədə bildirirlər ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən övladlığa götürənlərin doğma valideynlərlə, övladlığa götürülənlərin isə doğma uşaqlarla bir səviyyədə əmək pensiyası hüququ vardır. Sözügedən Qanunun 14-cü maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının: -18 yaşına çatmamış övladları; -18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; - təhsil müəssisələrinin əyani şöbəsində təhsil alan övladları (ən çoxu 23 yaşına çatanadək); - həmin Qanunun 7-ci maddəsinə uyğun olaraq pensiya yaşına (hazırda qadınlar üçün 62,5 yaş) çatmış, yaxud İ və ya İİ qrup əlilliyi olan atası, anası, əri (arvadı); həmçinin, vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxan və işləməyən, yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərindən biri və ya əri (arvadı), babası, nənəsi, qardaşı, bacısı ailə başçısını itirməyə görə əmək pensiyası hüququna malikdirlər. Eyni zamanda iddiaçının ərizəsində qeyd etdiyi kimi, X6 dövlət qulluqçusu kimi əmək pensiyası hüququ olan X21 tərəfindən deyil, X10 tərəfindən övladlığa götürülmüşdür. Bu səbəbdən də, Aidə Əsədullayevaya sabiq dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əsasən İddiaçı babası X24 06 oktyabr 2006-cı il tarixdə Astara rayonu, Şahağacı kənd sakini X11 ilə rəsmi nikaha girərək ailə qurmuşdur. xx.xx.2013-cü il tarixdə X24 vəfat etmişdir. X11 ailə başçısım itirməyə görə mərhum həyat yoldaşı Mirzə Hüseynovun 1294 manat məbləğində pensiyasını almışdır. X3 Hüseynovun vəfatından sonra tək yaşadığından övladlığa uşaq götürməyi qərara almış və bu barədə Astara Rayon Məhkəməsinə müraciət etmişdir. Astara Rayon Məhkəməsinin 03 iyul 2017-ci il tarixli, 2(018)-1017/2017 nömrəli qanuni qüvvəyə minmiş qətnamisinə əsasən 14 aprel 2017-ci il tarixdə anadan olmuş mərhum ərinin nəticəsi X2 Rahilə Məmməd qızının övladlığına verilmiş, uşağın doğum haqqında şəhadətnaməsində soyadının Əsədullayeva, adının Aida, ana qrafasında X7, ata qrafasında isə X9 qeyd edilməsi qət edilmişdir. Övladlığa götürülən X1 Rahilə Məmməd qızının vəfatına kimi sonuncu ilə birlikdə yaşamışdır. Rahilə Əsədullayeva xx.xx.2021-ci il tarixində vəfat etmiş, Astara Rayon İcra Hakimiyyəti başçısının 15 mart 2021-ci il tarixli 20 nömrəli sərəncamına əsasən X17 iddiaçının qəyyumluğuna verilmişdir. İddiaçı ailə başçısını itirməyə görə mərhumə Rahilə Əsədullayevanın almış olduğu 1294 manat məbləğində pensiyanın qəyyumluğunda olan Aida Əsədullayevaya təyin olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafıə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafıə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfındən xx.xx.2021-ci il tarixli, **********1 saylı məktubla müraciətinə cavab olaraq bildirilmişdir ki, ərizəyə aidiyyatı üzrə baxılmış və X5 dövlət qulluqçusu kimi əmək pensiyası hüququ olan mərhum X21 tərəfındən deyil, X10 tərəfındən övladlığa götürüldüyündən Aida Əsədullayevaya sabiq dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. X13 ailə başçısını itirməyə görə 200 manat məbləğində pensiya təyin edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının: - 18 yaşına çatmamış övladları; - 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; - təhsil müəssisələrinin əyani şöbəsində təhsil alan övladları (ən çoxu 23 yaşına çatanadək); - həmin Qanunun 7-ci maddəsinə uyğun olaraq pensiya yaşına çatmış, yaxud İ və ya İİ qrup əlilliyi olan atası, anası, əri (arvadı); həmçinin, vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxan və işləməyən, yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərindən biri və ya əri (arvadı), babası, nənəsi, qardaşı, bacısı ailə başçısını itirməyə görə əmək pensiyası hüququna malikdirlər. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən övladlığa götürənlərin doğma valideynlərlə, övladlığa götürülənlərin isə doğma uşaqlarla bir səviyyədə əmək pensiyası hüququ vardır. Lakin iş materiallaından göründüyü kimi, X4 dövlət qulluqçusu kimi əmək pensiyası hüququ olan X19 ailə üzvü olmamış və onun tərəfindən övladlığa götürülməmişdir. X19 vəfat etdiyi vaxtadək dövlət qulluqçusu kimi aldığı əmək pensiyasının onun vəfatından sonra rəsmi nikahda olduğu həyat yoldaşı X8 ailə başçısını itirməyə görə təyin edilməsi qanuni əsasa malik olduğu halda, bu hüququn X11 tərəfindən ərinin vəfatından 4 il sonra övladlığa götürülmüş X14 da şamil olunması qanunvericilikdə nəzərdə tutulmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı “qəyyumluğa götürdüyü X12 ailə başçısını itirməyə görə anası mərhum Rahilə Əsədullayevanın almış olduğu (1294 manat) pensiya məbləğinə uyğun pensiyanın təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması”nı tələb etməkdə haqlı deyildir. Beləliklə, işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X29 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdeh tərəfindən qəbul edilmiş qərarın dəyişdirilərək, qəyyumluğa götürdüyü X12 ailə başçısını itirməyə görə anası mərhum Rahilə Əsədullayevanın almış olduğu (1294 manat) pensiya məbləğinə uyğun pensiyanın təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 75-ci, 78-79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X29 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdeh tərəfindən qəbul edilmiş qərarın dəyişdirilərək, qəyyumluğa götürdüyü X12 ailə başçısını itirməyə görə anası mərhum Rahilə Əsədullayevanın almış olduğu (1294 manat) pensiya məbləğinə uyğun pensiyanın təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar