Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-718/2025 04.08.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi ilə, Məhkəmə iclas katibi Əlişova Nuridə Əliverdi qızının katibliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X11 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.2023-cü il tarixli qərar ləğv edilsin və həmin vaxtdan İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli № 187 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarının” 7.6.2-ci bəndinə əsasən orqanizmin funksiyalarının pozulması 35-60 % olmaqla əlilliyin müəyyən edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22 noyabr 2023-cü il tarixli qərarın ləğv edilərək, əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinin tələbinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin 19 mart 2024-cü il tarixli, 2-1(120)-2369/2024 nömrəli qərardadı ilə 2 saylı X7 və 3 saylı şəhər Kliniki Xəstəxanası adi cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 18 iyun 2025-ci il tarixli, 2-1(120)-718/2025 saylı, qərardadı ilə, İddiaçı iddia tələbinin dəyişdirilərək, iddia tələbinə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi və həmin tarixdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarının” 7.6.2-ci bəndinə əsasən orqanizmin funksiyalarının pozulması 35-60 % olmaqla əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx xxxxxx 1982-ci il tarixdə Xocavənd rayonunda doğulmuşdur. Beyləqan şəhərində orta məktəbi bitirmişdir. 04 aprel 2001-ci il tarixdən 05 oktyabr 2002-ci il tarixədək müddətli hərbi xidmətdə olmuşdur. 13 oktyabr 2008-ci il tarixdən 14 sentyabr 2022-ci il tarixədək Milli Ordu sıralarında müddətdən artıq həqiqi hərbi xidmətdə olmuş, X10 iştirak etmişdir. 07 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində “qapalı kəllə beyin travması” xəsarəti almışdır. İlk tibbi yardım N saylı hərbi hissədə almış, orada N gün müalicə olunub, oradan hərbi xidmətə qayıtmışdır. Xidmət dövründə vəziyyətində pisləşmə olduğundan müayinə üçün N saylı hərbi hissənin N yanvar 2022-ci tarixli 48 saylı göndərişi ilə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasına göndərilmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyasının xəstəliyin və xəsarətin (travmanın, yaralanmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında 28 yanvar 2022-ci il tarixli qərarı ilə ona “keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı asteno-nevrotik təzahürlər; keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı vegeiativ damar davamsızlığı; partlayış travması (xx.xx.2020), ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli neyrosensor ağıreşitmə, pıçıltı nitqini sağ qulaqda 3, sol qulaqda 4,5 metr məsafədən eşitməsi ilə. Hərbi tarvmadır.Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır. Hərbi xidmətə yararlıdır”. Xəstəlik şəhadətnaməsi tərtib olunmuş və bu barədə 1104 saylı arayış verilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının reabilitasiya bölməsinə göndərilmişdir. 31 mart—21 aprel 2022-ci il tarixədək Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının tibbi reabilitasiya bölməsində stasionar müayinə və müalicə olunmuş, müalicə olunduqdan sonra hərbi xidmətini davam etmişdir. Lakin səhhətində ağırlaşmalar olduğu üçün (əsəbilik, həyəcan, yaddaşının zəifləməsi, başında olan ağrılar, yuxunun pozulması, döyüş səhnələrini təkrar-təkrar yaşamağı, ağır iztirablara dözməyərək özünə hər iki saidimə deşici kəsik xəsarətləri yetirməsi, özündən getməyi və bayılmağı) 07 iyun 2022-ci il tarixdə ixtisaslı həkim müayinəsindən keçmək üçün Müdafiə Nazirliyinin Baş Kliniki Hospitalına göndərilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən yuxarıda qeyd edilən diaqnozlar təsdiq edilərək "Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. Müalicəyə zərurət vardır” məzmunlu 11 avqust 2022-ci il tarixli 9691 saylı “Xəstəlik haqqında Şəhadətnamə” verilmişdir. 14 sentyabr 2022-ci il tarixdə həmin Şəhadətnamə əsasında hərbi xidmətdən ehtiyata tərxis olunmuşdur. Tərxis olunduqdan sonra müalicələrini davam etdirmişdir. Səhhəti pisləşdiyi və ağrılara dözə bilmədiyi üçün əsəbi halda bir neçə dəfə özünə qəsd etdiyi bildirilir. Yaşadığı ərazi üzrə “Xocavənd rayon Mərkəzi Xəstəxanası” X21 qeydiyyata alınmış və müalicə olunmuşdur. “Xocavənd rayon Mərkəzi Xəstəxanası” X22 göndərişləri ilə X30 Dispanserində xx.xx.2022—xx.xx.2022-ci il tarixlərdə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X21 xx.xx.2022—xx.xx.2022-ci il, xx.xx.2022—xx.xx.2022-ci və 27.04— xx.xx.2023-cü il tarixlərdə həmin Xəstəxanada müalicə olunmuşdur. Sonuncu dəfə “Xocavənd rayon Mərkəzi Xəstəxanası” X22 30 mart 2023-cü il tarixli göndərişi ilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X23 göndərilmiş, xx.xx.2023-xx.xx.2023-cü il tarixdə həmin Xəstəxanada müalicə olunmuşdur. Aldığı xəstəliklər nəticəsində əlillik dərəcəsi təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə 31 iyul 2023-cü tarixdə göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Ağentliyində həkim müayinəsindən keçmişəm. Agentlik tərəfindən ona ünvanlanmış 28 avqust 2023-cü il tarixli SMS bildirişində qeyd olunur ki, “Diaqnoz əlillik dərəcəsi təyin etməməsi səbəbindən əlillik təyinatından imtina edilmişdir”. Sonradan yenidən yazılı ərizə ilə rəsmi cavab almaq məqsədi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Ağentliyinə müraciət etmişdir. Agentlik tərəfindən ona ünvanlanmış 22 noyabr 2023-cü il tarixli 3-17-4/Ə-H30431/2023 saylı cavabda qeyd edilir ki, "təqdim edilən tibbi sənədlər və sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı müəyyən edilmiş ağırlaşmalar və patofunksional dəyişikliklər, o cümlədən, adına rəsmiləşdirilən göndərişdə qeyd edilmiş diaqnozlar “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları’’na müvafiq olaraq əlillik təyininə əsas vermədiyindən barəsində diaqnozun əlillik əlaməti təyin etmir qərarı qəbul edilmişdir”. İddiaçı xəstəliyi ilə əlaqədar mütamadi olaraq müalicələr aldığını qeyd edir. Xəstəliyinin xroniki olduğunu qeyd edir. Hər həftə bir neçə dəfə təcili tibbi yardım bölməsinə müraciətlər olunur. Əlilliyinə səbəb olmuş xəstəlikləri Azərbaycan Respublikasının müdafiəsi zamanı hərbi xidmət dövründə qazanmış, uzun müddət müalicə olunsa da, müalicələrin nəticəsi olmamışdır. Yaşa dolduğuna görə xəstəliyi daha da kəskinləşmişdir. Əmək qabiliyyətli olmamağı və əlilliyinə səbəb olmuş xəstəliyin davam etməsi müalicə olunduğu tibb müəssisələri tərəfindən verilmiş tibbi arayışlarla təsdiq olunduğunu bildirir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5-Sosial Ekspert Komissiyasının 22 noyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi və əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2-1 (120)- 5293/2023 saylı inzibati iş üzrə, xx.xx.2024-cü il tarixdə iddia ərizəsinə etiraz təqdim edilmiş və bildirilmişdir ki, X13 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia tələbinə dair iş üzrə bildirilir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Ağdam RƏD-in xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: ‘Üzvi mənşəli (baş beyin travması) şəxsiyyət pozuntusu. Anamnezində intihar cəhdi ilə; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir." səbəbi ilə imtina verilmişdir. Bundan əlavə, Xocavənd rayon sakini xx.xx.1982-ci il təvəllüdlü X13 (FİN:xxxxxxx) orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında Agentlikdə əyani müayinə nəticəsində xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli 9691 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Partlayış travması,keçirilmiş qapalı kəllə-beyin travması. baş-beyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş üzvi affektiv (depressiv) pozuntu, Dostkommosion sindrom və davranış pozuntuları ilə müşayiət olunan nəticəsi. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə-beyin travması, bas-beyin silkələnməsinin davamlı veaetativ damar davamsızlıäı. sefalgik və insomnik sindrom ilə təzahür edən posttravmatik ensefalopativa ilə nəticəsi. Partlayış travması,ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli nevrosensor aäıresitmə, pıçıltı nitqinin saü qulaqda 3 (üç) metr, sol qulaqda 4.5 (dörd tam onda beş) metr məsafədən eşitməsi ilə" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir; “Sağ sağrı, hər iki səidin və kürək nahiyəsinin dəri çapıqları” diaqnozlu travmanın səbəb əlaqəsi “Travmadır, hərbi xidmət dövründə alınmışdır" kimi müəyyənləşdirilmişdir; İİ (ikinci) dərəcəli alimentar-konstitusional piylərimə BCl-32,8. Hepatosteatoz. Qastroezofaqeal refleks xəstəliyi. 21-ci disin kariyesi, 36-cı dişin olmaması”diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır" kimi müəyyənləşdirilmişdir.Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli 10328899 nömrəli xəstəlik tarixdən Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu'' kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X2 PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli 3577/23 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Bas-beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində nəzərə çarpan şəxsiyyət pozuntusu, kobud davranış pozuntuları ilə. Anamnezində suisidal cəhdi ilə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin PHŞ xx.xx.2023-cü il tarixli 4549 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi mənşəli (bas-bevintravması) şəxsiyyət pozuntusu. Anamnezində intihar cəhdi ilə"kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrısından, başgicəllənmədən, əsəbilikdən, gərginlikdən, zəif görmədən, yaddaşın və yuxunun pozulmasından şikayətlənmişdir. Agentliyin audiometriya müayinə nəticəsi: hər iki qulaqda normal eşitmə izlənilmişdir. Təqdim olunan sənədlərdə intihar cəhdləri qeyd olunsa da, müayinə zamanı anamnestik və kliniki olaraq öz təsdiqini tapmamışdır. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən "Üzvi dissosiativ pozuntu. Funksional tutmalar (epileptiform). Üzvi şəxsiyyət pozuntusu, anamnezində intihar cəhdləri ilə" kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən tez-tez baş verən dekompensasiya halları, kobud davranış pozuntuları qeyd olunmamış, bələdliyin və tənqidin bütün növləri saxlanılmışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarfna uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X6-sosial ekspert Xocavənd rayon sakini xx.xx.1982-ci il təvəllüdlü X13 (FİN:xxxxxxx) orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında Agentlikdə əyani müayinə nəticəsində xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən 11 08.2022-ci il tarixli 9691 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə-beyin travması. Baş-beyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş üzvi affektiv (depressiv) pozuntu. postkommosion sindrom və davranış pozuntuları ilə müşayiət olunan nəticəsi. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Partlayış travması, keçirilmiş qapalı kəlle-bevin travması. bas-beyin silkələnməsinin davamlı veaetatıv damar davamsızlıtiı, sefalgik və insomnik sindrom ilə təzahür edən posttravmatik ensefalopatiya ilə nəticəsi. Partlayış travması (xx.xx.2020). ikitərəfli xroniki koxlear nevrit. ikitərəfli nevrosensor ağıreşitmə. pıçıltı nitqinin sağ qulaqda 3 (üc) metr, sol qulaqda 4.5 (dörd tam onda beş) metr məsafədən eşitməsi ilə" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir; “Sağ sağrı. hər iki saidin və kürək nahiyəsinin dəri çapıqları" diaqnozlu travmanın səbəb əlaqəsi “Travmadır, hərbi xidmət dövründə alınmışdır" kimi müəyyənləşdirilmişdir; “İİ (ikinci) dərəcəli alimentar-konstitusional pivlənmə BCl-32.8. Hepatosteatoz. Qastroezofaaeal refliiks xəstəliyi 21-ci disin kanvesi 36-cı disin olmaması" diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır" kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli 10328899 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu" kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X2 PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli 3577/23 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz Baş-beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində nəzərə çarpan şəxsiyyət pozuntusu, kobud davranış pozuntuları ilə. Anamnezində suisidal cəhdi ilə" kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin PHŞ xx.xx.2023-cü il tanxli 4549 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi mənşəli (baş-beyin travması) səxsivvət pozuntusu. Anamnezində intihar cəhdi ilə" kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrısından, başgicəllənmədən, əsəbilikdən, gərginlikdən, zəif görmədən, yaddaşın və yuxunun pozulmasından şikayətlənmişdir. Agentliyin audiometriya müayinə nəticəsi: hər iki qulaqda normal eşitmə izlənilmişdir. Təqdim olunan sənədlərdə intihar cəhdləri qeyd olunsa da, müayinə zamanı anamnestik və kliniki olaraq öz təsdiqini tapmamışdır. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi dissosiativ pozuntu. Funksional tutmalar (eoHeotiform). Üzvi şəxsiyyət pozuntusu, anamnezində intihar cəhdləri ilə" kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən tez-tez baş verən dekompensasiya halları, kobud davranış pozuntuları qeyd olunmamış, bələdliyin və tənqidin bütün növləri saxlanılmışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edildiyi bildirilir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X18 iddia ərizəsini qəbul etməyərək, iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə tərəflər lazımi qaydada xəbərdar edilmişdir. Üçüncü şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, iddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. Baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). Belə ki, iddiaçı inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Həmçinin İddiaçı cavabdeh orqanın xx.xx.2023-cü il tarixli qərarını mübahisələndirmişdir, müvafiq inzibati akt xx.xx.2023-cü il tarixdə sistemə yerləşdirilmişdir. Bu halda müvafiq inzibati aktın müddətini xx.xx.2023-cü il tarixdən hesablamaq məqsədə müvafiqdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavadeh inzibati orqan hazırda mübahisələndirilən qərardan iddiaçının məlumatlı olması barədə rəsmi sənədi (poçt qəbzini və s.) məhkəməyə təqdim etməmişdir. Hansı ki, iddiaçının hüquq və qanunla qorunan maraqlarına birbaşa təsir göstərən, onun üçün əlverişsiz vəziyyət yaradan inzibati aktın məzmunu ilə vaxtında tanış olmaq və həmin inzibati akta qarşı öz müdafiəsini təşkil etmək hüququ, cavabdeh inzibati orqanın isə iddiaçının bu hüquqlarını təmin etmək vəzifəsi vardır. Buna görə də iddiaçı tərəfindən İnzibati Prosessual Məcəllənin 38-ci maddəsində müəyyən edilmiş iddia müddəti buraxılmamışdır. İddiaçı cavabdeh orqana xx.xx.2023-cü il tarixdə müraciət etmiş və cavabdeh orqan tərəfindən xx.xx.2023-cü il tarixdə məktub ünvanlanaraq iddiaçının müraciəti əsasında xx.xx.2023-cü il tarixdə Agentlikdə qəbulda olması, təqdim edilən tibbi sənədlər və sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı müəyyən edilmiş ağırlaşmalar və patofunksional dəyişikliklər, o cümlədən adınıza rəsmiləşdirilən göndərişdə qeyd edilmiş diaqnozlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlillik təyininə əsas vermədiyindən barənizdə diaqnozun əlillik əlaməti təyin etmir qərarı qəbul edilməsi barədə məlumat vermişdir. Bundan qısa müddət sonra, yəni iddiaçı (xx.xx.2023-cü il tarixli zərflə) xx.xx.2023cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın əsaslılığı : İddia mahiyyəti üzrə əsaslıdır. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: - İşdə olan AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X20 xx.xx.1982-ci il tarixdə anadan olmuşdur, Xocavənd rayonu, Axullu kəndində qeydiyyatdadır. - İddiaçı tərəfindən özü barəsində Müdafiə Nazirliyi Baş X8 Bölməsinin çıxarış epikrizlər, “Psixi Sağlamlıq Mərkəzi” X21 müayinə olunması barədə sənədlər, Medera Hospitalın, İstanbul NS Klinikasının, X25 tərəfindən tibbi sənədlər, digər ambulator kitabçadan çıxarışlar və digər tibbi sənədlər təqdim edilmişdir. - İşdə olan 2 nömrəli X2 xx.xx.2024-cü il tarixli, 1/1776 nömrəli məktubunda, xx.xx.2024cü il tarixli məktuba cavabdan görünür ki, xx.xx.1982-ci il təvəllüdlü X17 aid olan 8161/22, 3577/23 nömrəli xəstəlik tarixlərinin surəti təqdim edilir. X20 tərəfindən Forma 88 sənədinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin alt sisteminə qeyd olunması üçün müraciət olunmayıb. - İşdə olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X29 “X26” X22 xx.xx.2024-cü il tarixli, 18-1-17/2-1686/24 nömrəli məktubundan görünür ki, X20 xx.xx.2024-cü il tarixdə Mərkəzə stasionar müalicəyə qəbul edilmişdir. Dioqnoz: “Keçirilmiş baş beyin travması”. xx.xx.2024-cü il tarixdə xəstə İddiaçı evə sahə nevroloqunun nəzarətinə ambulator müalicəyə yazılmışdır. Son kliniki dionqoz: “Keçirilmiş baş beyin travması”. Postravmatik ensefalapatiya. Qıcolma sindromu iləş Yanaşı xəstəliklər: Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxil olmalarla intihar cəhdləri, koqnitiv funksiyaların enməsi ilə. Sorğu olunan məktubun surəti ilə birlikdə İddiaçı xəstəlik tarixinin surəti də təqdim olunmuşdur. - İşdə olan Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsinin xx.xx.2024-cü il tarixli, 3-36-3/2/2151/24 nömrəli məktubunda, xx.xx.2024-cü il tarixli məktuba cavabdan görünür ki, X1 rayonu, 500 ailəlik qəsəbə, ev 408 ünvanında faktiki olaraq məskunlaşdığı bildirilir. -İşdə olan “Psixi Sağlamlıq Mərkəzi” X22 xx.xx.2023-cü il tarixli, 4549 saylı müayinə aktından görünür ki, X17 Üzvi mənşəli (baş beyin travması) şəxsiyyət pozuntusu F07.0 anamnezində intihar cəhdi ilə diaqnozu təyin edilmişdir. - İşdə olan xx.xx.2022-ci il tarixli, 9691 saylı xəstəlik haqqında şəhadətnamədən görünür ki, Partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olnmuş üzvi affektiv (depressiv) pozuntu, postkommosion sindrom və davranış pozuntuları ilə müşayiət olunan nəticəsi. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə beyin travması, baş beyir silkələnməsinin davamlı vegetativ damar davamsızlığı, sefalgik və insomnik sindrom ilə təzahür edər posttravmatik ensefalopatiya ilə nəticəsi. Partlayış travması (xx.xx.2020), ikitərəfli xroniki koxlear nevrit, ikitərəflii neyrosensor ağır eşitmə, pıçıltı nitqinin sağ qulaqda 3 (üç) metr, sol qulaqda 4,5 (dörd tam onda beş) metr məsafədən eşitməsi ilə. Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Sağ sağrı, hər iki saidin və kürək nahiyyəsinin dəri çapıqları. Travmadır, hərbi xidmət dövründə alınmışdır. İİ (ikinci) dərəcəli alimentar konstitusional piylənmə BÇl-32,8. Hepatosteatoz. Qastroezofageal reflüks xəstəliyi. 21-ci dişin kariyesi. 36-cı dişin olmaması. Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır. HHK-nın hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərarı: "Xəstəliklər cədvəli"nin 14b, 17b, 23b maddəsinin İİİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"yə qoşma) əsasən, Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. Bununla əlaqədar olaraq xx.xx.2022-ci il tarixdə ixtsaslı müayinə və müalicə olunması üçün MN BKH-na göndərilmiş, xx.xx.2022-xx.xx.2022-ci il tarixədək ‘‘Partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş qaplı kəllə beyin travması, baş beyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olnmuş üzvi affektiv (depressiv) pozuntu, postkommosion sindrom, vegetativ damar davamsızlığı və davranış pozuntuları ilə müşayiət olunan nəticəsi. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Sağ saidin ön səthinin orta 1/3-nin kəsilmiş yarasından sonrakı bərkimiş, sol saidin ön səthinin kəsilmiş yarasından sonrakı (06.2022) bərkimiş dəri çapığı. Sağ sağrı nahiyyəsinin deşilmiş yarasından sonrakı (2020) bərkimiş dəri çapığı. Kürək nahiyyəsinin kəsilmiş yarasından sonrakı bərkimiş dəri çapığı. Hepatosteatoz. Qastroezofageal reflüks xəstəliyi” diaqnozu ilə stasionar müalicədə olmuşdur (əsas: 5539 nömrəli xəstəlik tarixindən çıxarış epikrizi). N nömrəli hərbi hissə komandiri tərəfindən hərbi xidmətə yararlılığının təyini üçün hərbi-həkim komissiyaßina göndərilmişdir. MN BKH-nın nevroloqu və nefroloqu ilə konsultasiyada olmuşdur. Məhkəmənin 16 iyul 2024-cü il tarixli, 2-1(120)-2369/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Həmin təyinat əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X16” X22 məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 4115 saylı məktubla göndərilmiş T540/2024 saylı ekspert rəyində göstərilmişdir ki, Hüseynoov Talib Azad oğlunun sağlamlıq vəziyyətinin təyininə dair tərtib edilmiş T540/2024 saylı ekspert rəyində 1982-ci il təvəllüdlü X13 adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1.2.3.5.7.8.İddiaçı adına “X26” PHŞ tərəfindən tərtib edilmiş 256 saylı xəstəlik tarixindən görünür ki, o, 11.01-xx.xx.2024-cü il tarixlərdə xəstəxanada “Əsas xəstəlik: Keçirilmiş baş beyin travması. Ağırlaşmalar: Posttravmatik ensefalopatiya. Qıcolma tutmaları. Yanaşı xəstəliklər: F07.0- Üzvi mənşəli (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla, intihar cəhdi, koqnitiv funksiyanın enməsi ilə” diaqnozu ilə müayinə və müalicədə olmuşdur. Xəstəyə diaqnoz stasionarda müalicədə olarkən kliniki, anamnestik, laborator- instrumental müayinələri əsasında müəyyən edilmiş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparılmış onların səmərəliliyi, proqnozu qənaətbəxş olsa da, əyani müayinələri zamanı əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları, ətrafların və digər orqanların patofunksional pozuntuları qeyd olunmadığından əlilliyin təyini zamanı ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli N2 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, istərsə də Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na dair Əsasnamənin maddələrini aid etmək mümkün olmadı. Aparılan müayinələrin nəticələri əsasında əldə edilmiş diaqnoz ilə hazırda onun əlavə bərpa müalicəsinə ehtiyacı yoxdur, lakin, xəstəlik kəskinləşdiyi halda əlavə müalicəyə cəlb oluna bilər. İş materiallarında İddiaçı barəsində müvafiq tibb müəssisəsinin verdiyi göndəriş olmadığından onun tam ya natamam doldurulmuşu barədə fikir söyləmək mümkün olmadı. Şirvan İnzibati Məhkəməsinin 05 noyabr 2025-ci il tarixli, 2-1(120)-2369/2024 saylı, qərardadı ilə məhkəmə-psixiatrik ekspertizası təyin edilməsi qərara alınmışdır Həmin təyinat əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X22 məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 1150 saylı məktubla göndərilmiş 230 saylı rəyində göstərilmişdir ki, yoxlanılan şəxs X14 halhazırda Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu. Depressiv daxilolmalar, intihar cəhdləri, koqnitiv funksiyaların enməsi və özünə xəsarət yetirmələrlə (Psixi və davranış pozuntularının beynəlxal təsnifatının 10-cu baxışında kodu F07.0) müəyyən edilir. Bunu anamnestik məlumatlar, inzibati iş materiallarında olan tibbi sənədlər və hal-hazırki müayinə zamanı yoxlanılan şəxsdə aşkar edilmiş psixi pozuntular - (çavuş rütbəsində İİ Qarabağ döyüşlərində iştirak etdiyi zaman mərmi partlaması nəticəsində qapalı kəllə-beyin travması alaraq huşunu itirməsi, Fizuli hərbi hospitalında müalicədə olması, aldığı kəllə- beyin travmasından sonra onda əsəbilik, hövsələsizlik, qıcıqlara qarşı həssaslıq, beynində sıxıntı, səs-küy götürə bilməməsi, yuxu pozuntusu, davranışında aqressivlik halları meydana gəldiyi üçün tərxis edildikdən sonra MN Baş Klinik Hospitalında Reabilitasiya Bölməsində xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək “Baş beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı. Vertebrogen lumbalgiya” diaqnozu ilə müalicədə olması, Bakı şəhər 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasında xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək “Baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində nəzərəçarpan şəxsiyyət pozuntusu. Kobud davranış pozuntuları ilə. Anamnezində suisidal cəhdlə” diaqnozu ilə stasionar müalicədə olması, AR SN “Respublika Psixiatriya Xəstəxanasında “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu. Depressiv daxilolmalar. İntihr cəhdləri, koqnitivfunksiyaların enməsi ilə”” diaqnozu ilə xx.xx.2023- cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək stasionar müalicədə olması, AR SN Psixi Sağlamlıq Mərkəzində xx.xx.2023-cü il tarixdə t.e.d., prof. Fuad İsmayılov tərəfindən müayinə olunaraq ona “Üzvi mənşəli (baş beyin travması) şəxsiyyət pozuntusu. Anamnezində intihar cəhdi ilə” diaqnozu təyin edilməsi, “MedEra Hospital”-da EEQ Monitoring müayinəsində olduğu zaman onda “Orqanik tipli pozuntular üzərində alın təpə paylarının sol yarımkürə ifadəsi ilə spayk-ləng dalğa xarakterli epikomplekslər izlənilir. Epiaktivlik” diaqnozunun aşkar olunması, İstanbul NS Klinikasının xx.xx.2023-cü il tarixdə MRT müayinəsində olması və onda “Sol böyük beyin yarımkürəsi alın pay paraventikulyar ağ maddədə T2-T2 flair hipersiqnallı. diffuziya restruksiyası göstərməyən 5mm ölçüdə non spesifik qliotik ocaq qeyd edilir. Sağ haymor dibində 8mm kista və sol haymor cibinin sirkulyar divaryanı mukozal qalınlaşması qeyd edilir. Sağ orta nazal konxa bulyozdur” diaqnozunun aşkar edilməsi, SN Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim psixiatr tərəfindən xx.xx.2024-cü il tarixdə müayinə olunduğu zaman onda “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu. Depressiv daxilolmalar. İntihar cəhdləri, koqnitiv funksiyaların enməsi ilə” diaqnozunun müəyyən edilməsi, hazırda ona təyin edilmiş sakitləşdirici müalicələri qəbul etməsi, onda yaranmış psixi pozuntularla əlaqədar iş qabiliyyətini itirməsi, bununla yanaşı psixi vəziyyətində əsəbilik, daxili gərginlik, qıcıqlara dözümsüzlük, yaddaşında zəiflik, əsəbi gərginliklər zamanı onda aqressivlik meydana gəlməsi, yuxusuzluq, yuxusunda döyüş yoldaşlarının şəhid olmaları səhnələrini görərək çox narahat halda oyanması, əsəbi gərginliklər keçirərək kəsmələrlə özünə xəsarətlər yetirməsi, əhval-ruhiyyəsinin gün ərzində enmiş vəziyyətdə olması, bədənində olan ağrılar kəskinləşdiyi zaman ürək bulanma, özündən getmə falları baş verməsi, həmçinin vəziyyətinin yaxşılaşmaması onun əhval ruhiyyəsinə təsir göstərərək özünü öldürmək cəhdlərinin olması, hazırki müayinə zamanı gələcəyə ümidsizliklə yanaşması, beyninə intihar etmək barəsində tez-tez fikirlər gəlməsi, yuxusunun qırıq-qırıq olması, səhərlər əzgin halda oyanması, baş ağrılarından əziyyət çəkməsi şikayətlərini bildirməsi, aparılan sorğu-sual gedişatında tez yorulması, astenizasiya olunması, əhvalruhiyyənin aşkar enməsi diqqəti cəlb etməsi və s.) sübut edir. Ekspert komissiyasının üzvləri bildirir ki, qərarda qoyulmuş digər suallar şəxsin əmək qabiliyyətinin qiymətləndirilməsinin meyarlarına aid olduğu üçün məhkəmə psixiatrik ekspertizasının səlahiyyətlərinə aid deyildir. Məhkəmə tərəfindən iş materialları araşdırılaraq müəyyən edilir ki, İddiaçı cavabdeh orqan tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi və həmin tarixdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli № 187 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarının” 7.6.2-ci bəndinə əsasən orqanizmin funksiyalarının pozulması 35- 60% olmaqla əlilliyin müəyyən edilməsini xahiş edir. - İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X28 tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli, 3001 saylı Həkim Psixiatr Komissiyasının rəyindən görünür ki, X17 Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, intihar cəhdləri, koqnitiv funksiyaların enməsi ilə F07.0 diaqnozu təyin edilmişdir. - İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X28 tərəfindən göndərilmiş xx.xx.2024-cü il tarixli, 5242 saylı Həkim Psixiatr Komissiyasının rəyindən, xx.xx.2024-cü il tarixli, 804msaylı Həkim Psixiatr Komissiyasının rəyindən görünür ki, X17 Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, intihar cəhdləri, koqnitiv funksiyaların enməsi ilə F07.0 diaqnozu təyin edilmişdir. - İşdə olan Xocavənd rayon Polis şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-13-82/2-2029/25 nömrəli məktubundan görünür ki, Xocavənd rayonu, Axullu kənd sakini xx.xx.1982-ci il təvəllüdlü X13 (AA*******) xx.xx.2023-cü il tarixdə yaşadığı Xocavənd rayonu 500 ailəlik qəsəbədə yerləşən 408 nömrəli evdə özünə xəsarət yetirməsi ilə əlaqədar Xocavənd RPŞ-nin İQ-də toplanmış HK-1/35-23 nömrəli material üzrə araşdırma aparılaraq cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixdə qəbul edildiyi bildirilir. Toplanılmış materialla bağlı zəruri sənədlərin təsdiq edilmiş surətləri təqdim edilir. - İşdə olan Xocavənd rayon Mərkəzi Xəstəxanasının xx.xx.2025-ci il tarixli, 1-1- 44/2-214/25 nömrəli məktubundan görünür ki, Xocavənd rayonu 500 ailəlik qəsəbədə yerləşən 408 ünvanında yaşayan X20 xx.xx.2025-xx.xx.2025-ci il tarixlərdə Xocavənd RMX-nın Təcili Yardım şöbəsinə müraciət etmişdir, xəstəyə R52.0 “Kəskin ağrı” diaqnozu qoyulmuşdur. xx.xx.2025-ci il tarixdə yenidən müraciət etmişdir. K29 “Qastrit və duodenit” diaqnozu qoyulmuşdur. X20 F07.0 “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” diaqnozu ilə Xocavənd RMX-nın Poliklinika şöbəsində dispanser qeydiyyatdadır və imtiyazlı dərman preparatları ilə təmin olunduğu bildirilir. - İşdə olan Azərbaycan Respublikasının Prokurorluğu Beyləqan rayon Prokurorluğunun xx.xx.2025-ci il tarixli, 2-2-423/2-137571/25 nömrəli məktubundan görünür ki, Xocavənd rayonu, 500 ailəlik qəsəbədə yerləşən 408 nömrəli evdə yaşayan İddiaçı intihara cəhd etməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olmamış və araşdırılma aparılmamışdır. Məlumat üçün bildirilir ki, İddiaçı Xocavənd rayonu, 500 ailəlik qəsəbədə yerləşən 408 ünvanında özünə xəsarət yetirməsi ilə əlaqədar Xocavənd RPŞ-yə daxil olmuş məlumat əsasında araşdırılma aparılmış, toplanmış material üzrə cinayət hadisəsinin olmaması əsasına görə cinayət işi başlanması xx.xx.2023-cü il tarixli qərarla rədd edilmişdir. İşin qeyd olunan hallarını nəzərə alaraq aşağıda qeyd olunan əsaslara görə məhkəmə cavabdeh inzibati orqanın imtinasını əsassız hesab edir. Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Məhkəmənin qənaətinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X9 Sosial Ekspert Komissiyasının İddiaçı barəsində xx.xx.2023-cü il tarixli qərarı qəbul edilən vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 817 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” Əsasnamə tətbiq edilməlidir. “Əlilliyin müəyyən olunması meyarları” Əsasnamənin 2.1. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları aşağıdakılardır: 2.1.1. özünəqulluq bacarığı; 2.1.2. sərbəst hərəkətetmə bacarığı; 2.1.3. istiqamətseçmə bacarığı; 2.1.4. ünsiyyət bacarığı; 2.1.5. davranışına nəzarətetmə bacarığı; 2.1.6. öyrənmə bacarığı; 2.1.7. əmək fəaliyyəti bacarığı. 2.2. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları üzrə məhdudlaşma dərəcələri aşağıdakılardır: 2.2.1. özünəqulluq bacarığı – insanın başlıca fizioloji tələbatlarını sərbəst şəkildə həyata keçirməsi, ev təsərrüfatında gündəlik ev işləri ilə məşğul olması, habelə şəxsi gigiyena bacarıqları:
1. İ dərəcə – tələb olunduğundan daha artıq vaxt sərf edərək, dağınıq formada və köməkçi texniki vasitələrdən istifadə etməklə özünəqulluq bacarığı;
2. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrdən istifadə etməklə özünəqulluq bacarığı;
3. İİİ dərəcə – kənar şəxslərin daimi kömək və qayğısına ehtiyacın olması və kənar şəxslərdən tam asılılıqla əlaqədar özünəqulluq bacarığının olmaması; 2.2.2. sərbəst hərəkətetmə bacarığı – sərbəst hərəkət etmək, hərəkət zamanı, hərəkətsizlik və ya bədən vəziyyətinin dəyişdirilməsi zamanı bədənin tarazlığını qoruya bilmək, ictimai nəqliyyatdan istifadə edə bilmək bacarığı:
1. İ dərəcə – tələb olunduğundan daha artıq vaxt sərf etməklə, dağınıq formada və köməkçi texniki vasitələrdən istifadə etməklə sərbəst hərəkət etmək bacarığı;
2. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrdən istifadə etməklə sərbəst hərəkət etmək bacarığı;
3. İİİ dərəcə – sərbəst hərəkət etmək bacarığının olmaması və kənar şəxslərin daimi köməyinə ehtiyacın olması; 2.2.3. istiqamətseçmə bacarığı – ətraf şəraitin adekvat qavranılması, olduğu və ya səmtləndiyi yerin (məkanın) zamana görə müəyyən edilməsi və təhlükəsizliyinin qiymətləndirilməsi bacarığı:
1. İ dərəcə – yalnız öyrəşdiyi vəziyyətlərdə, yaxud köməkçi texniki vasitələrin köməyi ilə sərbəst istiqamətseçmə bacarığı;
2. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrin istifadəsi ilə sərbəst istiqamətseçmə bacarığı;
3. İİİ dərəcə – istiqamətseçmə bacarığının olmaması və kənar şəxslərin köməyinə daimi ehtiyacın olması; 2.2.4. ünsiyyət bacarığı – məlumatın qavranılması, təhlili, yadda saxlanması, istifadəsi və ötürülməsi yolu ilə insanlarla ünsiyyət qurmaq bacarığı:
1. İ dərəcə – məlumatın qəbulu və ötürülməsi sürətinin azalması və köməkçi texniki vasitələrdən istifadə etməklə ünsiyyət qurmaq bacarığı, eşitmə orqanının hissəvi zədələnməsi zamanı isə qeyri-verbal ünsiyyət metodları və surdotərcümə xidmətindən istifadə edərək ünsiyyət qurmaq bacarığı;
2. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə və köməkçi texniki vasitələrdən istifadə edərək ünsiyyət qurmaq bacarığı;
3. İİİ dərəcə – ünsiyyət qurmaq bacarığının olmaması və daim kənar şəxslərin köməyinə ehtiyacın olması; 2.2.5. davranışına nəzarətetmə bacarığı - özünü dərk etmək, sosial, hüquqi və mənəvi-etik normaları ehtiva edən adekvat davranış bacarığı:
1. İ dərəcə – davranışına nəzarətetmə bacarığının mütəmadi olaraq məhdudlaşması və (və ya) qismən özünü idarə etmək imkanı ilə həyatın müxtəlif sahələrini əhatə edən həyati vacib funksiyaların yerinə yetirilməsində çətinliyin olması;
2. İİ dərəcə – davranışına nəzarət bacarığının daimi azalması və yalnız kənar şəxslərin mütəmadi köməyi ilə qismən özünüidarəetmə;
3. İİİ dərəcə – davranışına nəzarətetmə və özünüidarəetmə bacarığının olmaması, daim kənar şəxslərin köməyinə ehtiyacın olması; 2.2.6. öyrənmə bacarığı – bilik və bacarıqların qavranılması, təcrübənin (o cümlədən peşə, sosial, mədəni və məişət xarakterli təcrübənin) artırılması, əldə edilən bilikləri gündəlik həyatda tətbiq etmək bacarığı:
1. İ dərəcə – psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi əsasında dövlət təhsil standartları çərçivəsində təhsil müəssisələrində və stasionar təhsilin həyata keçirildiyi digər müəssisələrdə, habelə evdə yaradılan xüsusi şəraitdə (pedaqoji-psixoloji, tibbi, sosial və digər xidmətlərin alınması üçün yaradılmış şəraitdə) köməkçi texniki vasitələrin köməyi ilə öyrənmək və təhsil almaq bacarığı;
2. İİ dərəcə – psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi əsasında xüsusi dövlət təhsil standartları və proqramları çərçivəsində təhsil müəssisələrində və stasionar təhsilin həyata keçirildiyi digər müəssisələrdə, köməkçi texniki vasitələrin köməyi ilə öyrənmək və təhsil almaq bacarığı;
3. İİİ dərəcə – yalnız sadə bacarıq (peşə, sosial, mədəni və məişət), o cümlədən adi məişət mühitində sadə hərəkətlərin yerinə yetirilməsi qaydalarını öyrənmək bacarığı, yaxud psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi ilə müəyyən edilmiş ciddi orqanizm funksiyası pozuntularından irəli gələrək həmin bacarıqları qavramaq çətinliyinin olması; 2.2.7. əmək fəaliyyəti bacarığı – işin yerinə yetirilməsinə, keyfiyyətinə, həcminə və məzmununa dair tələblərə uyğun olaraq əmək fəaliyyəti bacarığı:
1. İ dərəcə – iş həcminin, iş yükünün, əməyin gərginliyinin və peşəkarlığın azalması ilə müşayiət olunan əmək fəaliyyətini həyata keçirmək bacarığı, əsas peşəsi (vəzifəsi, ixtisası) üzrə əmək fəaliyyətini davam etdirə bilməmək, lakin adi iş şəraitində əmək fəaliyyətini həyata keçirmək bacarığı;
2. İİ dərəcə – əlilliyi olan şəxslərə uyğunlaşdırılmış iş yerlərində köməkçi texniki vasitələrdən istifadə edərək əmək fəaliyyətini həyata keçirmək bacarığı;
3. İİİ dərəcə – orqanizmin funksiyalarının ciddi pozuntularından irəli gələrək sadə əmək fəaliyyətinin qeyri-mümkünlüyü və yaxud kənar şəxslərin əhəmiyyətli köməyi ilə həyata keçirmək bacarığı. 3.1-ci bəndinə əsasən, anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nda aşağıdakılar müəyyən olunmuşdur: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. 2.7. TSEK-in üzvləri arasında fikir ayrılığı olduğu halda və konsensus əldə olunmadıqda, TSEK əlilliyin qiymətləndirilməsinin nəticələri barədə məlumatları Agentlik tərəfindən rəy verilməsini zəruri edən səbəbləri qeyd etməklə altsistem vasitəsilə Agentliyə ötürür. Bu Qaydanın 2.4-cü bəndində göstərilən müddət nəzərə alınmaqla, Agentliyin 3 (üç) iş günü müddətində verdiyi rəy əsasında TSEK 2 (iki) iş günü müddətində qərar qəbul edir. 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEK-lərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 2.10. İstehsalat zədəsi və ya peşə xəstəliyi ilə əlaqədar ilkin əlilliyi qiymətləndirilən şəxs peşə əmək qabiliyyətini itirmə faizinin təyin edilməsi üçün işəgötürənin yazılı sorğusu ilə birlikdə istehsalat zədəsinin baş verməsini təsdiq edən aktı və ya məhkəmənin qərarını, V.Y.Axundov adına X4 İnstitutu tərəfindən verilən sağlamlığın peşə ilə əlaqədar pozulmasını təsdiq edən tibbi sənədi kağız daşıyıcıda və ya elektron formada Agentliyə təqdim edir. Agentlik qiymətləndirmə apararaq, peşə əmək qabiliyyətinin itirilmə faizini təyin edir və altsistemə daxil edir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. 3.6. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə bu Qaydanın 2.7-ci, 2.8-ci, 3.2-ci və 3.5-ci bəndlərinə uyğun olaraq qəbul etdiyi qərarlarından şikayətlərə Nazirlik tərəfindən bu Qaydanın 3.8-ci bəndinə uyğun olaraq baxılır. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 3.8. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nda aşağıdakılar müəyyən olunmuşdur: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. 1.13. İstehsalat zədəsi və ya peşə xəstəliyi ilə bağlı əmək qabiliyyətinin itirilməsi 30 faizdən yuxarı təyin olunduğu hallarda, onun müddəti əlilliyinin müddətinə uyğun olaraq müəyyənləşdirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. 2.7. TSEK-in üzvləri arasında fikir ayrılığı olduğu halda və konsensus əldə olunmadıqda, TSEK əlilliyin qiymətləndirilməsinin nəticələri barədə məlumatları Agentlik tərəfindən rəy verilməsini zəruri edən səbəbləri qeyd etməklə altsistem vasitəsilə Agentliyə ötürür. Bu Qaydanın 2.4-cü bəndində göstərilən müddət nəzərə alınmaqla, Agentliyin 3 (üç) iş günü müddətində verdiyi rəy əsasında TSEK 2 (iki) iş günü müddətində qərar qəbul edir. 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEK-lərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 2.10. İstehsalat zədəsi və ya peşə xəstəliyi ilə əlaqədar ilkin əlilliyi qiymətləndirilən şəxs peşə əmək qabiliyyətini itirmə faizinin təyin edilməsi üçün işəgötürənin yazılı sorğusu ilə birlikdə istehsalat zədəsinin baş verməsini təsdiq edən aktı və ya məhkəmənin qərarını, V.Y.Axundov adına X4 İnstitutu tərəfindən verilən sağlamlığın peşə ilə əlaqədar pozulmasını təsdiq edən tibbi sənədi kağız daşıyıcıda və ya elektron formada Agentliyə təqdim edir. Agentlik qiymətləndirmə apararaq, peşə əmək qabiliyyətinin itirilmə faizini təyin edir və altsistemə daxil edir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. 3.6. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə bu Qaydanın 2.7-ci, 2.8-ci, 3.2-ci və 3.5-ci bəndlərinə uyğun olaraq qəbul etdiyi qərarlarından şikayətlərə Nazirlik tərəfindən bu Qaydanın 3.8-ci bəndinə uyğun olaraq baxılır. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 3.8. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir. İddiaçıda mövcud xəstəliyin olması cavabdeh orqan tərəfindən, həmçinin ekspert rəyi ilə inkar edilməmişdir. Belə ki, icraat zamanı iş üzrə məhkəmə psixiatrik ekspertizası təyin edilmişdir. İş üzrə araşdırılmış hallardan, həmçinin xüsusi bilik tələb edilən məqamlar olduğu üçün ekspert rəyindən aydın olur ki, X14 hal-hazırda Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu. Depressiv daxilolmalar, intihar cəhdləri, koqnitiv funksiyaların enməsi və özünə xəsarət yetirmələrlə (Psixi və davranış pozuntularının beynəlxal təsnifatının 10-cu baxışında kodu F07.0) müəyyən edilir. Bunu anamnestik məlumatlar, inzibati iş materiallarında olan tibbi sənədlər və hal-hazırki müayinə zamanı yoxlanılan şəxsdə aşkar edilmiş psixi pozuntular - (çavuş rütbəsində İİ Qarabağ döyüşlərində iştirak etdiyi zaman mərmi partlaması nəticəsində qapalı kəllə-beyin travması alaraq huşunu itirməsi, Fizuli hərbi hospitalında müalicədə olması, aldığı kəllə- beyin travmasından sonra onda əsəbilik, hövsələsizlik, qıcıqlara qarşı həssaslıq, beynində sıxıntı, səs-küy götürə bilməməsi, yuxu pozuntusu, davranışında aqressivlik halları meydana gəldiyi üçün tərxis edildikdən sonra MN Baş Klinik Hospitalında Reabilitasiya Bölməsində xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək “Baş beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı. Vertebrogen lumbalgiya” diaqnozu ilə müalicədə olması, Bakı şəhər 2 nömrəli X3 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək “Baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində nəzərəçarpan şəxsiyyət pozuntusu. Kobud davranış pozuntuları ilə. Depressiv daxilolmalar. İntihar cəhdləri, koqnitiv funksiyaların enməsi ilə” diaqnozunun müəyyən edilməsi, hazırda ona təyin edilmiş sakitləşdirici müalicələri qəbul etməsi, onda yaranmış psixi pozuntularla əlaqədar iş qabiliyyətini itirməsi, bununla yanaşı psixi vəziyyətində əsəbilik, daxili gərginlik, qıcıqlara dözümsüzlük, yaddaşında zəiflik, əsəbi gərginliklər zamanı onda aqressivlik meydana gəlməsi, yuxusuzluq, yuxusunda döyüş yoldaşlarının şəhid olmaları səhnələrini görərək çox narahat halda oyanması, əsəbi gərginliklər keçirərək kəsmələrlə özünə xəsarətlər yetirməsi, əhval-ruhiyyəsinin gün ərzində enmiş vəziyyətdə olması, bədənində olan ağrılar kəskinləşdiyi zaman ürək bulanma, özündən getmə falları baş verməsi, həmçinin vəziyyətinin yaxşılaşmaması onun əhval ruhiyyəsinə təsir göstərərək özünü öldürmək cəhdlərinin olması, hazırki müayinə zamanı gələcəyə ümidsizliklə yanaşması, beyninə intihar etmək barəsində teztez fikirlər gəlməsi, yuxusunun qırıq-qırıq olması, səhərlər əzgin halda oyanması, baş ağrılarından əziyyət çəkməsi şikayətlərini bildirməsi, aparılan sorğu-sual gedişatında tez yorulması, astenizasiya olunması, əhval-ruhiyyənin aşkar enməsi diqqəti cəlb etməsi və s.) sübut edir. İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanası tərəfindən göndərilmiş V00120779TJF saylı, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixdə imzalanmış göndərişlə göndərilmiş (forma 088 saylı arayışda) qeyd olunan xəstəliklər üzrə müalicələr qəbul etsə də, xəstəliyinin xroniki olması, xəstəliyin ağırlıq dərəcəsinin orta ağır olması göstərilmişdir. Qeyd olunanlar nəzərə alındıqda, tibb müəssisəsi tərəfindən stasionar və ambulator müalicə proseslərində əldə edilmiş və Göndərişdə təsbit olunan məlumatların mötəbərliyi qəbul edilməlidir. Bu qənaət, həmçinin “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.1, 2.4-cü bəndlərinin məzmunundan irəli gəlir. Belə ki, həmin normaların tələbinə görə: - şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya ... hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır (2.1-ci bənd); - TSEK ... göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir... Göründüyü kimi, tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya hərbi həkim komissiyaları tərəfindən tərtib olunmuş Göndərişdəki məlumatlar şəxsin əlilliyinin qiymətləndirilməsinin əsasını təşkil edir. Məhkəmə nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinin məzmunundan irəli gəlir. Həmin normanın tələbinə görə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Beləliklə, iş üzrə təqdim olunmuş sənədlərlə müəyyən olunur ki, cavabdeh inzibati orqan V00120779TJF saylı, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixdə imzalanmış göndərişə əsasən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarla İddiaçı əlil təyin olunmasından “diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbi ilə imtina edilmişdir. Məhkəmə cavabdehin imtinasını əsassız hesab edir. Məhkəmə hesab edir ki, iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. "Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 87.1-ci madəsinə əsasən normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimlənir. Həmin Qanunun 87.2-ci madəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 817 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” Əsasnaməyə əlavədə öz əksini tapmış Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti barədə məlumat cədvəli üzrə “7. Psixi və davranış pozuntuları bölməsi-Sıra №-si 7.6.2, üzvi mənşəli şəxsiyyət pozuntusu- F07.0”- 7.6.2.1. əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı)” bəndi tətbiq edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh orqan tərəfindən iddiaçıya müəyyən edilən həmin xəstəliklərin sağalması istiqamətində mövqe nümayiş etdirməmiş, xəstəliyin diaqnozunun əlillik əlamətinin təyin edilməməsinə istinad etmişdir. Halbuki, iddiaçının adıçəkilən xəstəliklərdən əziyyət çəkməsi müşahidə edilir. İşin araşdırılmış hallarından aydın olur ki, əlillik dərəcəsinin təyin edilməsindən imtina edildiyi zaman müəyyən edilən diaqnoz V00120779TJF saylı, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixdə imzalanmış göndəriş əsasında əlillik dərəcəsi təyin edildiyi zaman müəyyən edilən diaqnoz digər səhiyyə müəsissələri tərəfindən də qoyulduğundan, həmçinin əlilliyin təyin olunmasına əsas olan diaqnoz “7. Psixi və davranış pozuntuları bölməsi-Sıra №-si 7.6.2, üzvi mənşəli şəxsiyyət pozuntusu- F07.0”- 7.6.2.1. əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı)” bəndi müvafiq normativ hüquqi aktlarda (əlilliyin müəyyən olunması meyarlarında) göstərildiyindən hazırkı iddia tələbi əsaslıdır. Məhkəmə tərəfindən göndərilmiş sorğular əsasında müəyyən edilmişdir ki, Xocavənd rayon Polis şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-13-82/2-2029/25 nömrəli məktubuna əsasən, Xocavənd rayonu, Axullu kənd sakini xx.xx.1982-ci il təvəllüdlü X13 (AA*******) xx.xx.2023-cü il tarixdə yaşadığı Xocavənd rayonu 500 ailəlik qəsəbədə yerləşən 408 nömrəli evdə özünə xəsarət yetirməsi ilə əlaqədar Xocavənd RPŞ-nin İQ-də toplanmış HK-1/35-23 nömrəli material üzrə araşdırma aparılaraq cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixdə qəbul edildiyi bildirilir. Məhkəmə qeyd edir ki, iddiaçıya əlilliyin təyin olunması ilə bağlı məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normanın tələblərini nəzərə almağa borcludur. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur (AR İPM 73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddia ərizəsi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X9-Sosial Ekspert Komissiyasının V00120779TJF saylı, xx.xx.2023-cü il tarixdə qəbul edilmiş, xx.xx.2023-cü il tarixdə imzalanmış göndərişə əsasən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərar ləğv edilsin və həmin vaxtdan İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli № 187 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarının” 7.6.2-ci bəndinə əsasən orqanizmin funksiyalarının pozulması 35-60 % olmaqla əlilliyin müəyyən edilməsi (bu barədə müvafiq qaydada qərar qəbul edilməklə) öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan rəsmi qaydada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər.
Hakim: Amilya Hüseynova