Məhkəmə qərarları › İş №2-1(120)-719/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-719/2025

17.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-719/2025 17.06.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıqov Şaiq Şahmalı oğlunun katibliyi ilə, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı hüququ yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına müraciət etmişdir. Qeyd edilən inzibati orqan ona ünvanladığı xx.xx.2023-cü il tarixli imtina məktubunda qeyd edilmişdir ki, Mərkəzi Filiala təqdim etdiyi 25 avqust 1988-ci il tarixli ИT-l ******* əmək kitabçasının 42-44-cü səhifələrinin 3-4-cü qeydlərində xx.xx.1975-xx.xx.1999cu il tarixləri arasındakı dövr ərzində Ukrayna adına kolxozda işlədiyi qeyd olunub. Araşdırma zamanı sözügedən qeydlərin həmin tarixdə mövcud olmayan Azərbaycan SSRİ-yə aid etibarsız möhürlə təsdiq edildiyi müəyyən edilmişdir. Buna görə də həmin qeydlərin həqiqiliyinə əsaslı şübhələr yaranıb. Göstərilən səbəbdən də onun ümumi iş stajı 25 ildən az ( 16 il 1 ay 25 gün (08 11 1977-xx.xx.1979-cu tarixləri arasındakı dövr və 2006- 2023-cü illər üzrə 14 il 2 ay)) təşkil edir. Bundan başqa fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320.00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 15926.31 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bildirir ki, onun əmək kitabçasına əsasən 25 ildən daha çox əmək stajı vardır. Əmək stajı güzəştlidir və əmək kitabçasında öz əksini tapmışdır. Qanunla tələb olunan 25 il stajı və bunun 12 il 6 ayı əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdir. Hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı tərəfindən ona ünvanlanan imtina məktubu qanunsuz və əsassızdır. Qeyd etdiyi peşə və ümumi iş stajı imkan verir ki, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilsin. Məhkəmədən tələbinin təmin edilməsini xahiş edir. Cavabdehin etirazı: Cavabdehin məhkəməyə daxil olmuş etirazında bildirir ki, iddiaçı T.X4 təqdim etdiyi 25 avqust 1988-ci il tarixli l/İT-l ******* əmək kitabçasının 42-44-cü səhifələrinin 3-4cü qeydlərində onun xx.xx.1975-xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində Ukrayna adına kolxozda işlədiyi qeyd olunub. Araşdırma zamanı sözügedən qeydlərin həmin tarixdə mövcud olmayan Azərbaycan SSRİ-yə aid etibarsız möhürlə təsdiq edildiyi müəyyən edilib. Buna görə də həmin qeydlərin həqiqiliyinə əsaslı şübhələr yaranıb. Göstərilən səbəbdən də İddiaçı ümumi iş stajı 25 ildən az (16 il 1 ay 25 gün (xx.xx.1977xx.xx.1979-cu tarixləri arasındakı dövr və 2006- 2023-cü illər üzrə 14 il 2 ay)) təşkil edir. Bundan başqa adıçəkilən şəxsin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, İddiaçı hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı cəmi 15926,31 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bundan başqa cavabdeh inzibati orqan etiraza əlavə verərək qeyd etmişdir ki, İddiaçı zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. İşin faktiki hallarına əsasən, iddiaçı T.X4 təqdim etdiyi 25 avqust 1988-ci il tarixli MT-İ ******* əmək kitabçasının 42-44-cü səhifələrinin 3-4cü qeydlərində onun xx.xx.1975-xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində Ukrayna adına kolxozda işlədiyi qeyd olunmuşdur. Araşdırma zamanı sözügedən qeydlərin həmin tarixdə mövcud olmayan Azərbaycan SSRİ-yə aid etibarsız möhürlə təsdiq edildiyi müəyyən edilmişdir. Buna görə də həmin qeydlərin həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Göstərilən səbəbdən də İddiaçı ümumi iş stajı 25 ildən az ( 16 il 1 ay 25 gün (xx.xx.1977-xx.xx.1979-cu tarixləri arasındakı dövr və 2006-2023-cü illər üzrə 14 il 2 ay)) təşkil etdiyi bildirilmişdir. Daha sonra iş üzrə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Şirvan filialına sorğu ünvanlanmış və təqdim olunmuş cavab məktubunda iddiaçının 1975- 1994-cü illərdə əmək fəaliyyətini təsdiq edən sənədlər təqdim edilmişdir. Həmçinin sözügedən filialda iddiaçının 1975-1999-cu illərdə Saatlı rayon “Ukrayna” adına kolxozda işləməsi faktının qarşılıqlı yoxlaması həyata keçirilmiş və bu barədə xx.xx.2024-cü il tarixli Akt tərtib edilmişdir. Qarşılıqlı yoxlama zamanı İddiaçı 1975-1999-cu illərdə iş stajını təsdiq edən sənədlər aşkar edilmişdir. Digər tərəfdən iddiaçıya məxsus ikinci əmək kitabçasında xx.xx.1996-cı il tarixdən xx.xx.2002-ci il tarixədək X5 İdarəsinin yardımçı təsərrüfatında fəhlə işlədiyinə dair qeyd mövcuddur. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş Saatlı Su X2 İdarəsinin xx.xx.2025-ci il tarixli arayışında iddiaçının işə daxilolma tarixinin xx.xx.2001 -ci il olduğu halda texniki səhv olaraq xx.xx.1996-cı il qeyd olunduğu bildirilmişdir. Ziddiyyətlərin aradan qaldırılması məqsədilə T.X9 X2 idarəsində işlədiyini iddia etdiyi dövrlərlə bağlı sənədlərin saxlanıldığı Saatlı Su X2 idarəsində qarşılıqlı yoxlamanın keçirilməsi və bu barədə məlumatların təqdim olunması barədə xidməti məktub ünvanlanmışdır. Cavab olaraq təqdim edilmiş məktubda yalnız xx.xx.2001xx.xx.2002-ci il tarixləri arasındakı dövlərin İddiaçı iş stajına əlavə edilməsinin mümkün olduğu bildirilmişdir. Bu səbəbdən bildirir ki, İddiaçı ümumi iş stajı 34 il 2 ay 29 gün (xx.xx.2006-cı il tarixinədək 18 il 10 ay 29 gün ( 16 il 10 ay 14 gün kolxozda işlədiyi dövr, xx.xx.1977- xx.xx.1979-cu il və xx.xx.2001-xx.xx.2002-ci il tarixləri arasındakı dövrlər, həmin tarixdən sonra 15 il 4 ay) təşkil etmişdir. Güzəştli iş stajına münasibətdə bildirir ki, iddiaçıya məxsus əmək kitabçasında xx.xx.1982-ci il tarixdən xx.xx.1999-cu il tarixədək elektrik qaynaqçısı işlədiyinə dair qeyd mövcuddur. Lakin iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair iş yerinin arayışı təqdim edilməmişdir. Həmçinin məhkəmə sorğularına cavab olaraq təqdim edilmiş məktublarda təsdiqedici sənəd aşkar edilməmişdir. Belə ki, iş materiallarında olan Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli Qərarına 1 №-li əlavə “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nın ümumi peşələr bölməsində əl ilə qaynaq aparan elektrik qaynaqçıları (23200000-19906) qeyd edildiyi bildirilmişdir. İş materiallarında olan “Azneft” İstehsalat Birliyinin xx.xx.2025-ci il tarixli məktubunda “elektrik qaynaqçısı” adında peşə normativ sənədlərdə nəzərdə tutulmadığına və İddiaçı çalışdığı peşənin təlimatı haqda İBdə məlumat olmadığına görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na (Siyahı) aid olub-olmamasına dəqiq münasibət bildirilməsinin mümkün olmadığı bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" ASC-nin xx.xx.2025ci il tarixli məktubunda iddiaçının xx.xx.1982-ci ildən xx.xx.1999-cu ilədək Saatlı rayonu “Ukrayna” adına kolxozda işlədiyi elektrik qaynaqçısı peşəsinin təsərrüfat sahəsində əmək fəaliyyətini icra etdiyinə görə güzəştli şərtlərlə pensiya hüququna malik olmadığı qeyd edilmişdir. Bu səbəbdən iddiaçı T.X4 təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, onun güzəştli iş stajının olmadığı müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Göstərilənləri nəzərə alaraq İddiaçı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. Tərəflərin iştirakı və izahatları: İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, iddiaçının iştirakı olmadan baxılmasını mümkün saydı. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. xx.xx.1958-ci il təvəllüdlü İddiaçı konstitusion hüquqlarından istifadə edərək hazırkı tələb üzrə məhkəmədə iddia qaldırmaq üçün mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətlidir. Məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. Xüsusi mümkünlük şərti kimi iddiaçı məhkəmədə iddia qaldırmamışdan öncə inzibati orqana müraciət etmiş və cavabdeh orqan tərəfindən tələbin təmin edilməsindən imtina edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkündür. Faktiki hallar və sübutlar: AZE ******* nömrəli əmək kitabçasının surətindən müəyyən olunur ki, İddiaçı aşağıda qeyd olunan müəssisələrdə işləmişdir: xx.xx.1975-ci ildə Saatlı rayonu Ukrayna adına kolxoza üzv qəbul edilmiş, xx.xx.1982-ci il tarixdə Saatlı rayonu Ukrayna adına kolxozda Elektrik qaynaqçı işinə keçirilmiş, xx.xx.1999-cu ildə Saatlı rayonu Ukrayna adına kolxozdan Elektrik Qaynaqçısı işindən azad edilmişdir. 0067126 nömrəli əmək kitabçasının surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1996-cı il tarixdən xx.xx.2022-ci il tarixədək X5 İdarəsinin yardımçı təsərrüfatında fəhlə vəzifəsində, xx.xx.2009-cu il tarixdən xx.xx.2009-cu il tarixədək Falez Boru MMC-də qülləli kr-da siqnalçı vəzifəsində, xx.xx.2009-cu il tarixdən xx.xx.2011-ci il tarixədək Falez Memarlıq MMC-də mexanik vəzifəsində, xx.xx.2011-ci il tarixdən xx.xx.2019-cu il tarixədək İnkom MMC-də mexanik vəzifəsində, xx.xx.2020-ci il tarixdən hal-hazıradək Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik X1 şöbəsində kənar aqrotexnik vəzifəsində işləyir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Mərkəzi Filiala təqdim etdiyi 25 avqust 1988-ci il tarixli MT-İ ******* əmək kitabçasının 42-44-cü səhifələrinin 3-4-cü qeydlərində xx.xx.1975-xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində Ukrayna adına kolxozda işlədiyiniz qeyd olunub. Araşdırma zamanı sözügedən qeydlərin həmin tarixdə mövcud olmayan Azərbaycan SSRİ-yə aid etibarsız möhürlə təsdiq edildiyi müəyyən edilmişdir. Buna görə də həmin qeydlərin həqiqiliyinə əsaslı şübhələr yaranıb. Göstərilən səbəbdən də sizin ümumi iş stajı 25 ildən az ( 16 il 1 ay 25 gün (xx.xx.1977-xx.xx.1979cu il tarixləri arasındakı dövr və 2006-2023-cü illər üzrə 14 il 2 ay)) təşkil edir. Bundan başqa fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 15926,31 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1958-ci il təvəllüdlü İddiaçı Saatlı rayonu, Heydərabad kəndində qeydiyyatdadır. xx.xx.1977-ci il tarixli, H3 ******* nömrəli Hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək Sovet ordusunda xidmət etmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi 25 avqust 1988-ci il tarixli HT-İ ******* əmək kitabçasının 42-44-cü səhifələrinin 3-4-cü qeydlərində onun xx.xx.1975- xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində Ukrayna adına kolxozda işlədiyi qeyd olunub. Araşdırma zamanı sözügedən qeydlərin həmin tarixdə mövcud olmayan Azərbaycan SSRİ- yə aid etibarsız möhürlə təsdiq edildiyi müəyyən edilib. Buna görə də həmin qeydlərin həqiqiliyinə əsaslı şübhələr yaranıb. Göstərilən səbəbdən də İddiaçı ümumi iş stajı 25 ildən az ( 16 il 1 ay 25 gün (xx.xx.1977xx.xx.1979-cu tarixləri arasındakı dövr və 2006- 2023-cü illər üzrə 14 il 2 ay)) təşkil edir. Bundan başqa adıçəkilən şəxsin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, İddiaçı hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitaiı cəmi 15926,31 manat təşkil edir. Saatlı rayonu İcra Hakimiyyəti başçısının Dədə Qorqud kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, daxil olmuş məktubla əlaqədar olaraq bildirik ki, “Ukrayna” adına kolxoz islahata getdikdən sonra bütün sənədlər rayon arxiv idarəsinə təhvil verildiyindən “Ukrayna” adına kolxoza aid heç bir sənəd qalmamışdır. Lakin, İddiaçı islahata gedənə qədər Kolxozda işləməsini bilirik. "xxxx" ASC-nin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı “Təmit-tikinti” Trestində işlədiyi elektrik qaynaqçısı peşəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının 35-ci “Ümumi peşələr” fəslinə əsasən əl ilə qaynaq aparan elektrik qaynaqçılarının işi ilə eynidir və xüsusi zərərli əmək şəraitində işlərə aid olduğuna görə güzəştli şərtlərlə pensiya hüququna malikdir. Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 Saylı Qərarının 2 №-li əlavəsinin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin“ 2 №-li siyahısının, XXXİİİ “Ümumi peşələr” Fəslinə ( şifrə-********) əsasən 23200000-19906 saylı şifrəsinə əsasən əl ilə qaynaq aparan elektrik qaynaqçıları kodlarına uyğun güzəştli şərtlərlə pensiya hüququna malikdir. Bununla əlaqədar, Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun xx/xx-3402№-li, 08 noyabr 2007-ci il tarixli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısımın tətbiqi barədə məktubda qeydlərə əsasən müəyyən edildiyi kimi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 jvfo-İi Qərarının 35-ci “Ümumi peşələr” bölməsində nəzərdə tutulan qaz qaynaqçıları və əl ilə qaynaq aparan elektrik qaynaqçılarının maşınqayırma, dəmiryol nəqliyyatında, toxuculuq fabriklərində, metallurgiya zavodlarında və başqa sənaye sahələrində işləməsindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ vardır. Yuxarıda qeyd edilənlərə əsasən xx.xx.1982-ci ildən xx.xx.1999-cu ilədək Saatlı rayonu Ukrayna adına kolxozda işlədiyi elektrik qaınaqçısı peşəsi təsərrüfat sahəsində əmək fəaliyyətini icra etdiyinə görə güzəştli şərtlərlə pensiya hüququna malik deyildir. xx.xx.1981-ci il tarixli, K № 032583 nömrəli Diplomun surətindən görünür ki, İddiaçı 1976-cı il tarixdən 1981-ci il tarixədək Sumqayıt politexnik texnikomunda təhsil almışdır. X7 filialının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, X7 filialında mühafizə olunan Saatlı rayonu “Ukrayna” adına kolxozun “Kolxozçuların əmək stajı və qazanc uçot kitabı”nda vətəndaş İddiaçı 1975-1994-cü illərdə əmək fəaliyyəti barədə aşkar olunan qeydin müvafiq qaydada təsdiq olunmuş surətini təqdim edir. Saatlı rayonu “Ukrayna” adına kolxozun əmr və əmək haqqı cədvəlləri kitabları X7 filialına təhvil verilməyib. Kənd Təsərrüfatı Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli Qərarına 1 №-li əlavə “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nın ümumi peşələr bölməsində əl ilə qaynaq aparan elektrik qaynaqçıları (23200000-19906) qeyd edilmişdir. SOCAR “Azneft” İstehsalat Birliyinin məhkəməyə ünvanladğı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “Azneft” İstehsalat Birliyinə (İB) daxil olmuş (qeydiyyat: 14- 2-1/1-223/2025 nömrəli, xx.xx.2025-ci il tarixli) İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrdə sosial sığorta (əmək) stajı ilə bağlı daxil olmuş sorğu məktubuna aidiyyəti üzrə baxılmışdır. Sorğu məktubunda İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1999-cu il tarixədək həmçinin, Saatlı rayon “Ukrayna” adına Kolxozda elektrik qaynaqçısı peşəsində çalışdığı qeyd olunub. Məlumat üçün bildirir ki, “elektrik qaynaqçısı” adında peşə normativ sənədlərdə nəzərdə tutulmadığına və İddiaçı çalışdığı peşənin təlimatı haqda İB-də məlumat olmadığına görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na (Siyahı) aid olub- olmamasına dəqiq münasibət bildirilməsi mümkün deyil. Bununla belə, Siyahıda elektrik qaynağı ilə məşğul olan peşələr (məsələn 35-ci “Ümumi peşələr” bölməsində nəzərdə tutulmuş “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” peşəsi) nəzərdə tutulmuşdur və İB-nin təşkilatlarında “əl ilə qaynaq aparan elektrik qaynaqçısı” peşəsi üzrə çalışan işçilərə, habelə nəzərdə tutulan digər peşələr üzrə çalışan müvafiq arayışlar təqdim edilir. Saatlı Su X2 İdarəsinin xx.xx.2025-ci il tarixli, 86 nömrəli əmrindən çıxarışda qeyd edilmişdir ki, İddiaçı 12 dekabr 2001-ci il tarixdən X5 İdarəsinin yardımçı təsərrüfatına fəhlə işinə qəbul edilsin və 02 yanvar 2002-ci il tarixdə öz ərizəsinə əsasən, 06 nömrəli əmrlə tutduğu vəzifəsindən azad edilmişdir. Qeyd: İddiaçı işə qəbul olma tarixi xx.xx.2001-ci il olduğu halda texniki səhv olaraq əmək kitabçasında 10 may 1996-cı il qeyd olunmuşdur. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Konstitusiyasının: 12.1-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. 16.1-ci maddəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. 25-ci maddəsinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Qanunun: 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əmək pensiyaları haqqında” Qanunun: 1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. 4.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə 13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Qeyd: Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarına və “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”:

35. Ümumi peşələr qaz qaynaqçıları; əl ilə qaynaq aparan elektrik qaynaqçıları ... “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Nazirlər Kabinetinin 21 06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərəli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və ya göstəricilərin 2 nömrəli Siyahısı” (Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə qüvvədən düşmüşdür) əsasında müəyyən edilir.

Məhkəmənin mövqeyi. Məhkəmə tərəfi dinləyərək, iddia və etiraz ərizəsini, iş materiallarında olan sübutları qərəzsiz və obyektiv şəkildə araşdıraraq hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, şərh olunan normaların tələblərindən görünür ki, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 3 element mövcud olmalıdır: Şərh olunan normaların tələblərindən görünür ki, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 3 element mövcud olmalıdır: 1) İddiaçının 57 yaşının tamam olması, 2) 57 yaşı tamam olanadək, yəni 01 iyun 2015-cü il tarixədək 25 il ümumi sığorta stajına malik olması; 3) həmin stajın ən azı 12 il 6 ayını güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən müvafiq siyahıda nəzərdə tutulmuş zərərli və ağır olan işlərdə toplaması. Məhkəmə iş materiallarından müəyyən edir ki, İddiaçı xx.xx.1958-ci il tarixdə anadan olmuş və xx.xx.2015-ci il tarixdə 57 yaşı tamam olmuşdur. Deməli, iddiaçıya münasibətdə yaş şərti ödənilmişdir. Məhkəmə iddiaçının ümumi iş stajına münasibətdə qeyd edir ki, iddiaçının ümumi iş stajı cavabdeh inzibati orqan tərəfindən əvvəl mübahisələndirilsə də, etiraza verilmiş əlavədə mübahisələndirilməmiş və ümumi iş stajı 34 il 2 ay 29 gün kimi qeyd olunaraq işin mübahisəsiz halı kimi qəbul edilmişdir. Məhkəmə 3-cü şərt kimi güzəştli iş stajının tamamlanmasına münasibətdə isə qeyd edir ki, cavabdeh inzibati orqan güzəştli iş stajı kimi iddiaçının fəaliyyət göstərdiyi heç bir dövrü qəbul etməmişdir. Belə ki, iddiaçının xx.xx.1982-ci il tarixdən xx.xx.1999-cu il tarixədək Saatlı rayonu Ukrayna adına kolxozda Elektrik qaynaqçı vəzifəsi güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair iş yerinin arayışı təqdim edilmədiyi üçün cavabdeh tərəfindən qəbul edilməmiş, həmçinin iş materiallarında olan Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli Qərarına 1 №-li əlavə “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nın ümumi peşələr bölməsində əl ilə qaynaq aparan elektrik qaynaqçıları (23200000-19906) qeyd edilmiş və “Azneft” İstehsalat Birliyinin xx.xx.2025-ci il tarixli məktubunda isə “elektrik qaynaqçısı” adında peşə normativ sənədlərdə nəzərdə tutulmadığına və İddiaçı çalışdığı peşənin təlimatı haqda İB-də məlumat olmadığına görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na (Siyahı) aid olubolmamasına dəqiq münasibət bildirilməsinin mümkün olmadığı bildirilmişdir. Məhkəmə cavabdehin imtina məktubunda göstərdiyi əsasa münasibətdə bildirir ki, iddiaçı 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun qazanılması üçün güzəştli iş stajı ilə bağlı şərti də ödəmişdir. Belə ki, 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-ci bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. İşin məhkəmə tərəfindən müəyyən olunan hallarından görünür ki, xx.xx.1982-ci il tarixdən xx.xx.1999-cu ildə Saatlı rayonu Ukrayna adına kolxozda Elektrik qaynaqçı işləmişdir. Məhkəmə iddiaçının “Ukrayna” adın kolxozda “qaynaqçı” peşəsində işlədiyi müddətdə “əl ilə” və ya “elektriklə” qaynaq aparıb-aparılması barədə məlumatın olmamasına münasibətdə bildirir ki, qeyd edilən məsələnin şəxsin işlədiyi vəzifənin güzəştli iş stajı kimi nəzərə alınıb-alınmaması məsələsində əhəmiyyəti yoxdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “Ümumi peşələr” adlanan 35-ci bəndində ümumi şəkildə “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” peşəsi ilə məşğul olan şəxslərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun şamil edildiyi müyyən edilir. Belə olan halda isə şəxsin “əl ilə” və ya “elektriklə” qaynaq aparıb-aparmaması mübahisə üzrə həlledici əhəmiyyətə malik olmur. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçının işlədiyi dövrə münasibətdə onun kolxozda əl ilə qaynaq işlərini apardığı açıq-aşkardır və həmin halın araşdırılmasına ehtiyac belə yoxdur. Ən önəmlisi ədalət prinsipi baxımından işçinin əmək kitabçasında “əl ilə” və ya “elektriklə” qaynaq aparmasının qeyd edilməməsindən, bununla bağlı arxivdə də məlumatın olmamasından və hazırda fəaliyyət göstərməyən müəssisənin güzəştli arayışının təqdim edilməməsindən doğan mənfi nəticə onun məsuliyyət sferasına daxil edilə və bu haldan törəyən nəticə onun sosial təminat hüququnun məhdudlaşdırılmasının əsası kimi çıxış edə bilməz. İşçi nə əmək kitabçasını dolduran, nə müvafiq sənədləri arxivə təhvil verən şəxsdir, nə də ki, qanunla onun üzərinə belə vəzifələr qoyulmamışdır ki, o, əmək kitabçasına qaynağın “əl ilə” və ya “elektriklə” aparıldığını qeyd etsin və ya müvafiq sənədləri arxivə təhvil versin. “Azneft” İstehsalat Birliyi tərəfindən məhkəməyə verilmiş xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, “elektrik qaynaqçısı” adında peşə normativ sənədlərdə nəzərdə tutulmadığına və İddiaçı çalışdığı peşənin təlimatı haqda İB-də məlumat olmadığına görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na (Siyahı) aid olubolmamasına dəqiq münasibət bildirilməsi mümkün deyil. Bununla belə Siyahıda elektrik qaynağı ilə məşğul olan peşələr (məsələn 35-ci “Ümumi peşələr” bölməsində nəzərdə tutulmuş “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” peşəsi) nəzərdə tutulmuşdur və İB-nin təşkilatlarında “əl ilə qaynaq aparan elektrik qaynaqçısı” peşəsi üzrə çalışan işçilərə, habelə nəzərdə tutulan digər peşələr üzrə çalışan müvafiq arayışlar təqdim edilir. Həmçinin cavabdehin toxunduğu digər məsələ, yəni Kənd Təsərrüfatı Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda isə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli Qərarına 1 №-li əlavə “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nın ümumi peşələr bölməsində əl ilə qaynaq aparan elektrik qaynaqçıları (23200000-19906) qeyd edilmişdir. Məhkəmə göstərilən məktublara münasibətdə bildirir ki, həmin məktublarda qeyd edilənlər iddiaçının ziyanına şərh edilə bilməz. Həmin məktublarda həm qeyd edilən müəssisələrdə güzəştli şərtlərlə pensiya təyin edilməsinə əsas verən peşələr və buna dair ümumi məlumatlar qeyd edilmiş, iddiaçının işlədiyi vəzifə barədə məlumat verilməmişdir. Bundan başqa məhkəmə tərəfindən başqa iş üzrə əldə edilmiş güzəştli iş stajı ilə bağlı analoji müəssisə kimi Respublikada son dövrədək fəaliyyət göstərmiş kolxozun (Nikitin adına kolxoz) bazasında yaradılmış "xxxx" Açıq Səhmdar Cəmiyyətinə sorğu göndərilmiş, Cəmiyyətin xx.xx.2025-ci il tarixli XO-44 nömrəli məktubunda qeyd edilmişdir ki, “...İsmayıllı rayonu İvanovka kəndində əvvəllər fəaliyyət göstərmiş “Nikitin” adına kolxozda mövcud olmuş ixtisaslaşdırılmış şöbədə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na daxil olan qaynaqçı peşəsi olmuşdur və həmin peşədə işləmiş şəxslər güzəştli şərtlərlə pensiya almaq hüququ əldə etmişlər. Məlumdur ki, hal-hazırda kolxoz fəaliyyət göstərmir və məhkəmə sorğu nəticəsində oxşar müəssisədən güzəştli arayış əldə edə bilməmişdir. Bu hal iddiaçının məsuliyyət sferasına aid edilə bilməz və onun hüquqlarını məhdudlaşdıra bilməz. Əks halda bu vətəndaşa münasibətdə onun konstitusion hüquqlarının, yəni bərabərlik və sosial təminat hüququnun pozulması ilə nəticələnmiş olar və həmçinin həddən artıq formalizmə gətirib çıxarar. Ən əsası isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “Ümumi peşələr” adlanan 35-ci bölməsində “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” vəzifəsi hər hansı bir fərqləndirici xüsusiyyəti olmadan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olan vəzifə kimi tanınmışdır. Təsadüfü deyil ki, həmin vəzifə “Ümumi peşələr” bölməsində göstərilmişdir. Məhkəmə qeyd edir ki, hər nə qədər iddiaçının qaynaqçı işlədiyi vəzifə əl ilə və ya qaz qaynaqçı peşəsi olması müəyyən edilməsə də iddiaçının məhkəmə iclasında işlədiyi peşənin funksiyaları ilə bağlı qeyd etdiyi şihahi izahatlarına nəzər yetirilən zaman vəzifənin əl qaynaqçısı peşəsi olduğu müəyyən edilir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Ümumi peşələr bölməsində (35) əl ilə qaynaq aparan elektrik qaz qaynaqçıları peşələri ilə uyğunluq təşkil edir. Belə olduğu halda məhkəmə mövcud olan sənədləri qanunvericiliyin müddəaları ilə birgə təhlil etdikdə, həm əmək kitabçasına, həm də mövcud arayışlara əsasən, iddiaçının xx.xx.2015-ci il tarixədək güzəşli iş stajının 12 il 6 aydan çox təşkil etdiyini müəyyən edir. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş bütün şərtlər tam ödənildiyindən, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Həmçinin məhkəmə pensiyanın ödənilmə tarixini də müəyyən etməlidir ki, həmin hal məhkəmə qərarının icrasına münbit şərait yaratmaqla gələcəkdə yarana biləcək anlaşılmazlıq və ya ziddiyyətli məqamların qarşısını almış olacaqdır. İddiaçının tələbi ona hüququ yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi olsa da, pensiyanın ödəniş tarixinin də müəyyən edilməsi ilə məhkəmə Qanunun güddüyü məqsədə uyğun olmaqla və İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əməl etməklə iddia tələbindən kənara çıxmış olmayacaqdır. Bununla yanaşı, həm də nəzərə alınmalıdır ki, qeyd olunan məsələ Qanundan irəli gələn haldır ki, hazırki mübahisəni tənzimləyən qanunvericilik normasının özündə də keçmiş dövrə münasibətdə alınmamış əmək pensiyasının müəyyən edilməsi nəzərdə tutulmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 31.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək olan redaksiyasına əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 37.7-ci maddəsinə müvafiq olaraq keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Həmin Qanunun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanunun hər iki redaksiyada olan maddələrini birgə təhlil etdikdə müəyyən olunur ki, 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə gətirilmiş yenilik ondan ibarət olmuşdur ki, xx.xx.2017-ci il tarixə qədər qüvvədə olan müddəalara görə keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsində müddət məhdudiyyəti tətbiq edilmədiyi halda (bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla), xx.xx.2017-ci il tarixdən sonra keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsi müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 (üç) illə məhdudlaşdırılmışdır. Hazırda qüvvədə olan məhkəmə praktikasına görə hər bir vətəndaşın sosial təminat sahəsindəki olan hüquqlarının bərabərlik prinsipinin təmin edilməsi üçün əmək pensiyaçılarının pensiya hüququnun yaranma tarixindən asılı olmayaraq, ödənilməmiş pensiya məbləğinin yalnız müraciət olunan tarixdən geriyə 3 il ərzində ödənilməsi mümkün sayılır. İş materiallarında olan DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın 3- 17-1/2-C-278351/2023 saylı, xx.xx.2023-cü il tarixli məktbundan müəyyən olunur ki, iddiaçı ilk dəfə hazırki tələblə cavabdeh inzibati orqana xx.xx.2023-cü il tarixində müraciət etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçıya pensiya xx.xx.2020-ci il tarixdən hesablanaraq, ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, iddiaçıya 57 yaşdan, yəni xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli və pensiya xx.xx.2020-ci il tarixdən hesablanaraq ödənilməlidir. İnzibati Prosessual Məcəllənin: 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsaslanaraq və İPM-in 2.2.3, 4.1, 23.1,34.1, 52, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı hüququnun yarandığı 57 yaşdan, yəni xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və təyin olunmuş pensiyanın xx.xx.2020-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar