Məhkəmə qərarları › İş №2-1(120)-72/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-72/2020

29.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-72/2020 29.06.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi оğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “x3 02.09.1991-08.02.1994, 01.11.1997-01.06.1998-ci illərdəki əmək fəaliyyəti sosial sığorta stajı kimi nəzərə alınaraq 18 yaşına çatmamış övladı x2 hüququnun yarandığı vaxtdan ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladı x2 müavinətin təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 29 iyun 2020-ci il tarixli, 2-1(120)-72/2020 saylı qərardadı ilə iddia tələbi dəyişdirilərək, x3 02.09.1991-08.02.1994, 01.11.1997- 01.06.1998-ci illərdəki əmək fəaliyyəti sosial sığorta stajı kimi nəzərə alınaraq 18 yaşına çatmamış övladı x2 hüququnun yarandığı vaxtdan ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi baxılması qərara alınmışdır. İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün Cavabdehnə müraciət etmişdir. Cavabdeh 17 iyul 2019-cu il tarixli **********0 nömrəli məktubla onun müraciətinin təmin olunmasından imtina etmişdir. İddiaçı hesab edir ki, x3 02.09.1991-08.02.1994, 01.11.1997-01.06.1998-ci illərdəki əmək fəaliyyəti sosial sığorta stajı kimi nəzərə alınaraq 18 yaşına çatmamış övladı x2 hüququnun yarandığı vaxtdan ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq yaranmış fərqin ödənilməsi barədə qərar çıxarılmalıdır. Cavabdehin imtinasını qanunsuz hesab etdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci bəndinə («Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir) istinad edərək, iddiaçının mərhum əri x3 02.09.1991-08.02.1994, 01.11.1997- 01.06.1998-ci illərdə işləməsinin onun əmək kitabçasında yazılmadığını əsas gətirərək, ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Proses iştirakçılarına şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə qanunla müəyyən olunmuş rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62-ci maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin surətini, doğum, ölüm və nikah haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətini, arxiv arayışını, cavabdehin imtina məktubunu, hərbi biletin notarial qaydada təsdiq edilmiş surətini, x1 şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətini, əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətini, sosial sığorta haqqında şəhadətnamənin təsdiq olunmuş surətini, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “Publik hüquqi şəxs”44 nömrəli Yol İstismarı idarəsinin 15 may 2019-cu il tarixli, 62 nömrəli arayışını əlavə etmişdir, cavabdeh isə iddiaya yazılı münasibətini bildirmişdir. Həmin materialların məzmununa və məhkəmənin sorğusuna əsasən göndərilmiş arxiv kitablarından çıxarışlara və Cavabdeh 13 mart 2020-ci il tarixli **********9 nömrəli məktubunun məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). x4 Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019cu il tarixli, 1325 nömrəli Sərəncamına əsasən Məhkəmə Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə Salyan rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Salyan rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddia mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. x3 02.09.1991-08.02.1994, 01.11.1997-01.06.1998-ci illərdəki əmək fəaliyyəti sosial sığorta stajı kimi nəzərə alınaraq 18 yaşına çatmamış övladı x2 hüququnun yarandığı vaxtdan ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməli və həmin tarixdən hesablanaraq yaranmış fərq ödənilməlidir. Belə ki, iş materiallarında olan 22 noyabr 2005-ci il tarixli, AZ-İ 679296 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, x5 27.08.2005-ci il tarixdə anadan olmuşdur. Ata qrafasında x6, ana qrafasında İddiaçı qeyd olunmuşdur. İş materiallarında olan 15 fevral 2019-cu il tarixli, AZ-İ 989242 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, x6 02 fevral 2019-cu il tarixdə ani ölüm səbəbindən vəfat etmişdir. İş materiallarında olan 03 oktyabr 1999-cu il tarixli, 318642 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, x6 ilə x7 03.10.1999-cu il tarixdə nikah bağlamış və sonuncu Misgərli soyadını qəbul etmişdir. İş materiallarında olan Dövlət Arxivinin Salyan filialının 09.03.2016-cı il tarixli, 175 nömrəli arxiv arayışından görünür ki, x6 02.09.1991-08.02.1994, 01.11.1997-01.06.1998ci illərdə Salyan rayon Q.Əsgərov adına İncəsənət məktəbində işləmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə görə vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: - 14.1.1-ci və 14.1.1.1-ci maddələrinə görə vəfat etmiş və ya həlak olmuş şəxslərin 18 yaşına çatmamış övladları. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 17.1-ci maddəsinə görə Ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.3-cü maddəsinə görə ailə başçısını itirməyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında bu Qanunun 14-cü maddəsində göstərilmiş şərtlərin mövcud olduğu müddət üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Məhkəmə müəyyən etdi ki, x1 atası (ailə başçısı) – x6 02.02.2019-cu il tarixdə vəfat etmişdir, həmin şəxsin vəfat edən zaman sığorta stajı olmuşdur və 27.08.2005-ci il təvəllüdlü x5 qızı vəfat edənin 18 yaşına çatmamış övladıdır. Yuxarıda qeyd edilən qanunvericiliyin tələbi baxımdından x1 ailə başçısını itirən 18 yaşına çatmamış övlad kimi ailə başçısının itirilməsinə görə pensiya almaq hüququ vardır. Məhkəmə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinin (əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər) hazırkı işə tətbiqi baxımdan hesab edir ki, iddiaçının hansı tarixdən müraciət etməsindən asılı olmayaraq x1 hüququ atasının öldüyü (vəfat etdiyi) vaxtdan yarandığı üçün, ailə başçısının itirilməsinə görə pensiya həmin vaxtdan təyin edilməlidir. Məhkəmə xüsusilə vurğulayır ki, pensiya təyin olunması üçün tələb olunan sosial sığorta stajının olması cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Cavabdehin mübahisələndirdiyi hal pensiya təyin olunması üçün yetərli olan iş stajının əmək kitabçasında qeyd olunmamasıdır. Belə ki, Cavabdeh 13 mart 2020-ci il tarixli **********9 nömrəli məktubunda ünvan 1 mənzil 58 ünvanda yaşayan - iddiaçı, İddiaçı (AEİ - əmək qabiliyyətli olmayan, 27.08.2005-ci il təvəllüdlü övladı x5) vəfat etmiş ailə başçısı x3 “Əmək Pensiyaları haoqında” Azərbaycan Respublikası Qanununun 12.1 maddəsində tələb olunan, əmək pensiyası hüququ verən azı 09 il 08 ay (02.09.1991-08.02.1994, 01.11.1997-01.08.1998ci iillərdə 03 il 06 gün arxiv araym üzrə, əmək kitabçasında qeyd olunmayan, yəni sığda stajı kimi müəyyən edilməsi mümkün olmayan) + (08.02.1994-14.10.1997 - ci illərdə 03 i! 08 əy 06 gün, hərbi xidmət) = 06 il 08 ay 12 gün + 03 il 01 ay 01.01,2006-cı ü tarixdən sonra = 09 i! 09 ay 1?. gün) sığorta stajı müəyyən edilmişdir. Bildiririk ki, 02.09.1991-08.02.1994, 01.11 1997-01.06 1998 - ci illər üzrə 03 i! 06 gün işləməsi faktı əmək kitabçasında qeyd edilmədiyi üçün, yəni göstərilən illərin sığorta stajı kimi hesablanması mümkün olmadığı üçün, eyni zamanda göstərilən iüər nəzərə alınmadıqda, onun ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan minimum sığorta stajının olmadığı müəyyən edilmişdir. Məhkəmə cavabdehin pensiya təyin edilməsindən imtina edərkən istinad etdiyi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə (iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsi) münasibət bildirərək qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda sosial sığorta stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları»na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. sənədlər təqdim olunur. Göründüyü kimi, tələb edilən sənədlərin siyahısında əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədi (mərhum əri x3 02.09.1991-08.02.1994, 01.11.1997- 01.06.1998-ci illərdə Salyan rayon Q.Əsgərov adına İncəsənət məktəbində işləməsinə dair Dövlət Arxivinin Salyan filialının 09.03.2016-cı il tarixli, 175 nömrəli arxiv arayışını) cavabdehə təqdim etmişdir. Məhkəmə Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında» Əsasnamənin 1-ci və 3-cü bəndlərinə əsasən arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən dövlət orqanlarından biri kimi Dövlət Arxivinin Salyan filialının 09.03.2016-cı il tarixli, 175 nömrəli arxiv arayışını iddiaçının sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir. İnzibati icraat haqında Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Qeyd olunanlardan göründüyü kimi, iddiaçının iddiası əsaslıdır. İddiaçı x3 02.09.1991-08.02.1994, 01.11.1997-01.06.1998-ci illərdəki əmək fəaliyyəti sosial sığorta stajı kimi nəzərə alınaraq 18 yaşına çatmamış övladı x2 hüququnun yarandığı vaxtdan ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı mərhum əri x3 02.09.1991-08.02.1994, 01.11.1997-01.06.1998-ci illərdəki əmək fəaliyyəti sosial sığorta stajı kimi nəzərə alınaraq 18 yaşına çatmamış övladı x2 hüququnun yarandığı vaxtdan ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq yaranmış fərqin ödənilməsi öhdəliyi Cavabdehnə həvalə edilir. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar