Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-72/2021 19.05.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçı nümayəndəsi X4, Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X12 şəxsin 8 saylı regional ərazi filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X12 şəxsin 8 saylı regional ərazi filialına qarşı «03.05.1994-cü il tarixdən 01.05.1997-ci il tarixədək “Çiçək” kiçik müəssisəsində, 01.01.2003-cü il tarixdən 01.01.2006-cı il tarixədək X6 İdarəsində işlədiyi illərin sosial sığorta stajı kimi müəyyən edilərək, hüququnun yarandığı vaxtdan əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri h i s s ə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Çiçək” kiçik müəssisəsinin sosial sığorta ödəyicisi kimi tanınmasını, əmək stajının təsdiq olunmasını, əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin hesablanıb birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-72/2021 nömrəli 11 fevral 2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinə qarşı “əmək pensiyası təyin edilməsi və yaramış fərqin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə iddia ərizəsi üzrə İddiaçı olduğu kimi saxlanılması, cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsi əsl cavabdeh Dövlət Sosial Müdafiə X12 Şəxsinin 8 saylı Regional Ərazi filialı ilə əvəz edilməsi, iddia tələbinə isə “03.05.1994-cü il tarixdən 01.06.1997-ci il tarixədək “Çiçək” kiçik müəssisəsində, 01.01.2003-cü il tarixdən 01.01.2006-cı il tarixədək X6 İdarəsində işlədiyi illərin sosial sığorta stajı kimi müəyyən edilərək, hüququnun yarandığı vaxtdan əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi bахılmаsı qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-72/2021 nömrəli 19 may 2021-ci il tarixli qərardadı ilə iddia tələbinə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinə qarşı “03.05.1994-cü il tarixdən 01.06.1997-ci il tarixədək “Çiçək” kiçik müəssisəsində, 01.01.2003-cü il tarixdən 01.01.2006-cı il tarixədək X6 İdarəsində işlədiyi illərin sosial sığorta stajı kimi müəyyən edilərək, hüququnun yarandığı vaxtdan əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” bаrədə iddia tələbinə “03.05.1994-cü il tarixdən 01.05.1997-ci il tarixədək “Çiçək” kiçik müəssisəsində, 01.01.2003-cü il tarixdən 01.01.2006-cı il tarixədək X6 İdarəsində işlədiyi illərin sosial sığorta stajı kimi müəyyən edilərək, hüququnun yarandığı vaxtdan əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi bахılmаsı qərara alınmışdır. İddiaçı hesab edir ki, onun “03.05.1994-cü il tarixdən 01.05.1997-ci il tarixədək “Çiçək” kiçik müəssisəsində, 01.01.2003-cü il tarixdən 01.01.2006-cı il tarixədək X6 İdarəsində işləməsi əmək kitabçasında qeyd olunduğu üçün “Çiçək” kiçik müəssisəsinin qeydiyyatı və fəaliyyət göstərməsi barədə fondun Masallı rayon şöbəsində hər hansı məlumat aşkar edilməməsindən asılı olmayaraq, həmin illər nəzərə alınmaqla, ona əlilliyə görə əmək pensiyası təyin edilməlidir. Cavabdehin pensiya təyin edilməməsi ilə bağlı hərəkətlərini (hərəkətsizliyini) qanunsuz hesab etdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsi 12.05.2020-ci il tarixli, **********2 nömrəli məktubun məzmunundan müəyyən olunur ki, iddiaçının işlədiyi “Çiçək” kiçik müəssisəsinin qeydiyyatının olmaması və fəaliyyət göstərməsi barədə fondun Masallı rayon şöbəsində hər hansı məlumat aşkar edilməməsini əsas gətirərək, iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Şifahi məhkəmə iclasında izahatında İddiaçı nümayəndəsi X7 iddia tələbini müdafiə etdiyini bildirərək, onun təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Şifahi məhkəmə iclasında izahatında cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etmədiyini bildirərək, onun rədd olunması barədə qərar çıxarılmasını xahiş etdi. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətini, ödəniş qəbzini, Masallı rayon İcra Hakimiyyətinin başçısının X8 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 06.05.2020-ci il tarixli, N-1222 nömrəli arayışını, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 10 fevral 2020-ci il tarixli, **********0 nömrəli məktubunu, ödəniş tapşırığını, ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətini, ******* nömrəli əmək kitabçasının əslini, Masallı rayon Dövlət Arxivinin 26.11.2019-cu il tarixli, 637/1 və 637 nömrəli arxiv arayışını, 6 saylı Ərazi Vergilər Baş İdarəsinin 19.03.2020-ci il tarixli, **********037400 nömrəli məktubunu, cavabdehin imtina məktubunu əlavə etmişdir, cavabdeh isə iddiaya yazılı münasibətini (10 fevral 2021-ci il tarixli, **********4 nömrəli etirazını) məhkəməyə təqdim etmişdir. Həmin materialların məzmununa və məhkəmənin sorğusuna əsasən göndərilmiş Masallı rayon Dövlət Arxivinin 06 iyul 2020-ci il tarixli, M-212 nömrəli məktubuna və ona əlavə edilmiş sənədlərə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin 08 iyul 2020-ci il tarixli, **********570400 nömrəli məktubunun, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Masallı rayon Statistika İdarəsinin 10 iyul 2020-ci il tarixli, 78 nömrəli məktubunun, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X12 şəxsinin Masallı rayon filialının 26.08.2020-ci il tarixli, **********4 nömrəli məktubuna, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X12 şəxsin 8 saylı regional ərazi filialının 01 aprel 2021-ci il tarixli, **********5 nömrəli arayışına, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X12 şəxsin 8 saylı regional ərazi filialının 23.04.2021-ci il tarixli, **********2 nömrəli məktubuna və ona əlavə olunmuş sənədlərə istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də qismən əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamına əsasən Məhkəmə Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə Masallı rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Masallı rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddia mahiyyəti üzrə də uğurludur, yəni qismən əsaslıdır. İddiaçı əlilliyə görə əmək pensiyası almaq hüququna malikdir. Belə ki, iddiaçı 29.01.1964-cü il təvəllüdlüdür və o, 23 noyabr 1990-cı il tarixdə Tibbi Sosial Ekspert Komissiyası tərəfindən ikinci dərəcəli əlil hesab edilmişdir. Onun əlil olduğu yaşına (26 yaşa) uyğun minimum 5 (beş) il sığorta stajının olması tələb olunur. İddiaçıya əlilliyə görə əmək pensiyasının təyin olunması üçün tələb olunan sığorta stajına malik olması, yəni 03.05.1994-cü il tarixdən 01.05.1997-ci il tarixədək “Çiçək” kiçik müəssisəsində, 01.01.2003-cü il tarixdən 01.01.2006-cı il tarixədək X6 İdarəsində işləməsi ******* nömrəli əmək kitabçası, məhkəmənin sorğusuna əsasən Masallı rayon Dövlət Arxivinin 06 iyul 2020-ci il tarixli, M-212 nömrəli məktubu və ona əlavə edilmiş sənədlər ilə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin 08 iyul 2020-ci il tarixli, **********570400 nömrəli məktubunu ilə, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Masallı rayon Statistika İdarəsinin 10 iyul 2020-ci il tarixli, 78 nömrəli məktubu ilə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X12 şəxsinin Masallı rayon filialının 26.08.2020-ci il tarixli, **********4 nömrəli məktubu ilə, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X12 şəxsin 8 saylı regional ərazi filialının 01 aprel 2021-ci il tarixli, **********5 nömrəli arayışı ilə, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X12 şəxsin 8 saylı regional ərazi filialının 23.04.2021-ci il tarixli, **********2 nömrəli məktubu və ona əlavə olunmuş sənədlər ilə təsdiq olunur. Məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasını və arxiv arayışlarını mötəbər sübut kimi qiymətləndirir. Belə ki, iddiaçının əmək kitabçasında və arxiv arayışlarında qeyd olunan əmək fəaliyyəti (03.05.1994-cü il tarixdən 01.05.1997-ci il tarixədək “Çiçək” kiçik müəssisəsində, 01.01.2003-cü il tarixdən 01.01.2006-cı il tarixədək X6 İdarəsində) dövrlərinin cəmi 5 il 11 ay 28 gün təşkil edir. Məhkəmə yuxarıda qeyd edilən əsaslarla iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsindən imtina etməsi ilə bağlı cavabdehin mövqeyi ilə razılaşmır. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Beləliklə, hazırkı iş üzrə iddiaçının 03.05.1994-01.05.1997, 01.01.2003- 01.01.2006-cı il tarixlərdə işləməsi, əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr bütünlüklə iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Odur ki, məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasını sığorta stajının müəyyən edilməsi üçün mötəbər sübut hesab edir. Bununla belə məhkəmə qeyd edir ki, iddiaçının həmin dövrlərdə işləməməsi və əmək haqqı almaması barədə cavabdeh tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bunun əksi olaraq məhkəmə araşdırması zamanı iddiaçının işlədiyi müəssisənin mövcud olması, iddiaçının həmin dövrlərdə sözügedən müəssisədə işləməsi, əmək haqqı alması, müvafiq əmrlə işə daxil olması və işdən xaric olması halı müəyyən edilmişdir. Belə ki, iş materiallarında olan ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçı 03.05.1994-cü il tarixdən 03.01.2004-cü il tarixədək “Çiçək” kiçik müəssisəsində, 30.12.2002-ci il tarixdən 10.03.2006-cı il tarixədək Masallı rayon İcra Hakimiyyəti yanında Təsərrüfathesablı Reklam İdarəsində işləmişdir. İş materiallarında olan Masallı rayon Dövlət arxivində mühafizə olunan sabiq “Çiçək” kiçik müəssisəsinin və Masallı rayon İcra Hakimiyyəti yanında Təsərrüfathesablı Reklam İdarəsinin əmr və əmək kitablarından çıxarışdan görünür ki, İddiaçı 03.05.1994-cü il tarixdə “Çiçək” kiçik müəssisəsinə, 30.12.2002-ci il tarixdə Masallı rayon İcra Hakimiyyəti yanında X6 İdarəsinə fəhlə işinə qəbul edilmişdir. İş materiallarında olan Masallı rayon Dövlət Arxivinin 26.11.2019-cu il tarixli, 637 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 03.05.1994-cü il tarixli, 12/2 saylı əmrlə, 03.05.1994-cü ildən Azərbaycan Respublikasının Masallı rayonunun Ərkivan kəndi ərazisində fəaliyyət göstərmiş sabiq “Çiçək” kiçik müəssisəsinə fəhlə qəbul edilmiş, 1994-cü ilin may ayından əmək haqqı almağa başlamış, 1997-ci ilin may ayında son əmək haqqını almış və 03.012004-cü il tarixli 22 saylı əmrlə işdən azad edilmişdir. İş materiallarında olan Masallı rayon Dövlət Arxivinin 26.11.2019-cu il tarixli, 637/1 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 30.12.2002-ci il tarixli, 13/2 saylı əmrlə, Masallı rayon İcra Hakimiyyəti yanında X6 İdarəsinə fəhlə qəbul edilmiş, 10.03.2006-cı il tarixli, 3 saylı əmrlə ərizəsinə əsasən işdən azad edilmişdir. 2003-cü ilin yanvar ayından əmək haqqı almağa başlamış, 2006-cı ilin fevral ayında son əmək haqqını almışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin 08 iyul 2020-ci il tarixli, **********570400 nömrəli məktubundan görünür ki, “ÇİÇƏK” kiçik müəssisəsi 05.10.1994-cü il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Masallı rayon Statistika İdarəsinin 10 iyul 2020-ci il tarixli, 78 nömrəli məktubundan görünür ki, “ÇİÇƏK” kiçik müəssisəsi Masallı rayon Statistika İdarəsində qeydiyyatdadır. Göründüyü kimi iddiaçının əmək kitabçasında olan qeydlərə, daha doğrusu iddia tələbində göstərdiyi dövrlərə uyğun işə daxil olması, həmin müəssisələrdə işləməsi və işdən xaric olması, o cümlədən əmək haqqı alması tam sübuta yetirilir. Odur ki, məhkəmə iddiaçının 03.05.1994-cü il tarixdən 01.05.1997-ci il tarixədək “Çiçək” kiçik müəssisəsində, 01.01.2003-cü il tarixdən 01.01.2006-cı il tarixədək X6 İdarəsində işlədiyi dövrlərin sığorta stajı kimi müəyyən edilməsi üçün təqdim etdiyi əmək kitabçasını və arxiv arayışlarını mötəbər sübut hesab edir. “İnzibati icraat haqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1ci bəndinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir ki, iddiaçı da, 03.05.1994-cü il tarixdən 01.05.1997-ci il tarixədək “Çiçək” kiçik müəssisəsində, 01.01.2003-cü il tarixdən 01.01.2006-cı il tarixədək X6 İdarəsində işləməsinə dair qeydləri olan əmək kitabçasını cavabdehə təqdim etmişdir. Cavabdeh isə qanunsuz olaraq, iddiaçıya əlilliyə görə əmək pensiyası təyin etməkdən imtina etmişdir. Məhkəmə iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan sığora stajı barədə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X12 şəxsin 8 saylı regional ərazi filialının 23.01.2021-ci il tarixli **********2 nömrəli məktubu ilə məhkəməyə göndərilmiş İddiaçı məxsus müavinət işinin içərisində ona 020252 nömrəli müayinə aktından çıxarışdan görünür ki, İddiaçı 23.11.1990-cı il tarixdən səbəbi uşaqlıqdan göstərilməklə ikinci qrup əlil hesab olunmuşdur. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon filialının 10.12.2020-ci il tarixli, **********6 nömrəli məktubundan görünür ki, İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon filialından 26.11.1990-cı il tarixdən müddətsiz İİ (ikinci) qrup əlil kimi sosial müavinət alır. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X12 şəxsin 8 saylı regional ərazi filialının 01 aprel 2021-ci il tarixli, **********5 nömrəli məktubundan görünür ki, İddiaçı 26.11.1990-cı il tarixdən İİ (ikinci) qrup əlil kimi sosial müavinət alır, 24.12.2002-ci il tarixdən əlilliyi ömürlükdür. Göründüyü kimi iddiaçı 23.11.1990-cı il tarixdən yəni 26 yaşdan əlil hesab olunmuşdur və bu hal cavabdeh tərəfindən mübahisələndirilmir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə görə əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik qrupları, əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri, habelə onların başvermə müddəti müvafiq icra hakimiyyəti orqanı (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tibbi sosial ekspert komissiyaları) tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. 01 iyul 2017-ci il tarixədək qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə görə əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik qrupları, əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri, habelə onların başvermə müddəti müvafiq icra hakimiyyəti orqanı (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tibbi sosial ekspert komissiyaları) tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. 01 iyul 2017-ci il tarixədək qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə görə əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 25-ci maddəsinə əsasən əlilliyə görə pensiyalar əlillik əmək zədəsi və ya peşə xəstəliyi, hərbi zədə nəticəsində yaralanma, zədələnmə və ya xəstələnmə, müddətli hərbi və ya alternativ xidmət dövründə xəstələnmə hallarında iş stajından asılı olmayaraq təyin edilir. Ümumi xəstəlik nəticəsində əlilliyə görə pensiyalar 21 yaşına çatanadək əlil olmuş şəxslərə iş stajından asılı olmayaraq, 26 yaşınadək əlil olmuş şəxslərə bir il iş stajı olduqda, 23 yaşından sonra əlil olmuş şəxslərə isə bir il iş stajı və əlavə olaraq yaşın üstünə gələn hər növbəti il üçün üç ay iş stajı olduqda təyin edilir. Əgər müvafiq, yaş qrupu üçün lazımi iş stajı toplanmışdırsa və növbəti yaş qrupuna keçərkən iş davam etdirilmişdirsə, növbəti yaş qrupu üçün qoyulmuş tələblərdən asılı olmayaraq staj haqqında şərt yerinə yetirilmiş sayılır. Əmək zədəsi və ya peşə xəstəliyi nəticəsində əlilliyə görə pensiyadan ümumi xəstəlik nəticəsində əlilliyə görə pensiyaya keçirilən şəxslərin lazımi iş stajı əlilliyin əvvəlcə müəyyən edildiyi vaxtadək olan yaş üzrə müəyyənləşdirilir. Azərbaycan Respublikasının da qoşulduğu, Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən 2006-cı il dekabrın 13-də qəbul edilmiş «Əlillərin hüquqları haqqında» Konvensiyanın 4-cü maddəsinin 1-ci hissəsində əsasən iştirakçı dövlətlər əlillik əlamətinə görə hər hansı ayrı seçkiliyə yol vermədən bütün əlillərin bütün insan hüquqlarının və əsas azadlıqlarının tam realizəsini təmin etməyi və həyata keçirməyi öhdələrinə götürürlər. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını hazırkı işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçıya hüququnun yarandığı vaxt əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün minimum 5 (beş) il sığorta stajı tələb olunduğundan və iddiaçının 03.05.1994-cü il tarixdən 01.05.1997-ci il tarixədək “Çiçək” kiçik müəssisəsində, 01.01.2003-cü il tarixdən 01.01.2006-cı il tarixədək X6 İdarəsində işlədiyi müddət iş stajına daxil edildiyindən və sığorta stajını təsdiq edən mötəbər sübutlar mövcud olduğundan və həmin sığorta stajı iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsinə kifayət etdiyindən iddiaçı əlilliyə görə əmək pensiyasını təyin edilməsini tələb etməkdə haqlıdır. Lakin məhkəmə hesab edir ki, iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi hüququnun yarandığı tarixdən deyil, cavabdeh inzibati orqana müraciət edilən (10.09.2020-ci il) tarixdən əvvəlki ən çoxu üç il üçün təyin edilməli və ödənilməlidir. Belə ki, 2006-cı il 01 yanvar tarixdən qüvvəyə minən və hazırda da qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edən vahid normativ-hüquqi akt kimi çıxış edir. Həmin Qanunun 31.1-ci maddəsinin ilkin redaksiyasına əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin maddəyə 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə (01.07.2017-ci il tarixdən qüvvəyə minmişdir) edilmiş dəyişikliyə əsasən maddədən “heç bir müddət məhdudiyyəti olmadan” sözləri çıxarılmışdır. Həmin Qanunun 32.1-ci maddəsinin ilkin redaksiyasına əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən ömürlük təyin edilir. 2007-ci il 6 noyabr tarixli 474-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 32.1-ci maddə yeni redaksiyada verilmişdir - yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Həmin maddəyə 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə (01.07.2017-ci il tarixdən qüvvəyə minmişdir) edilmiş dəyişikliyə əsasən maddədən “əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla” sözləri çıxarılmışdır. 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə (01.07.2017-ci il tarixdən qüvvəyə minmişdir) Qanuna yeni məzmunda 32.1-1-ci maddə əlavə edilmiş, 2018-ci il 30 noyabr tarixli 1362-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə isə 32.1-1-ci maddəyə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir. Qanunun 32.1-1-ci maddəsinin hazırda qüvvədə olan redaksiyasına əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03/2020 nömrəli 08 oktyabr 2020-ci il tarixli qərardadına əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. İş materiallarında olan ərizədən və 10.09.2020-ci il tarixli, ********* nömrəli poçt qəbzindən görünür ki, İddiaçı hazırkı tələblə bağlı cavabdeh inzibati orqana 10.09.2020-ci il tarixdə rəsmi qaydada müraciət etmişdir. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını hazırkı işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilərək, iddiaçıya əlilliyə görə əmək pensiyası hüququnun yarandığı tarixdən deyil, pensiya təyin edilməsi üçün cavabdehə müraciət etdiyi tarixdən son üç il üçün pensiya təyin edilə bilər. Belə ki, iddiaçı ona pensiya təyin edilməsi üçün müraciət etdiyi 10.09.2020ci il tarixdə qüvvədə olan “Əmək Pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu səbəbdən də iddiaçıya onun pensiya təyin edilməsi üçün müraciət etdiyi 10.09.2020-ci il tarixdən 3 il əvvəlki tarixdən, yəni 10.09.2017-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilərək ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İddiaçı iddia qaldırmaq üçün on manat məbləğində dövlət rüsumu ödəmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, dövlət rüsumunun ona aid edilməsini xahiş etdiyindən İnzibati Prosessual Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər (məhkəmə xərci) iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: Nəticəvi hissə:
1. İddia qismən təmin olunsun.
2. İddiaçı 03.05.1994-cü il tarixdən 01.05.1997-ci il tarixədək “Çiçək” kiçik müəssisəsində, 01.01.2003-cü il tarixdən 01.01.2006-cı il tarixədək X6 İdarəsində işlədiyi əmək stajı sığorta stajı kimi nəzərə alınaraq, əlilliyə görə əmək pensiyası cavabdeh inzibati orqana müraciət edilən tarixdən (10.09.2020-ci ildən) əvvəlki ən çoxu üç il üçün yəni 10.09.2017-ci il tarixdən təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X12 şəxsin 8 saylı regional ərazi filialına həvalə edilir.
3. İddia qalan hissədə təmin olunmasın.
4. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
5. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Hakim Samir Həsənov