Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-72/2024 14.10.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi ilə, Məhkəmə iclas katibi Rzayev Rüfət İlham oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı «Neftçala bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 09 saylı qərarına əsasən iddiaçıya fərdi yaşayış evi tikmək üçün ayrılmış 0.06 ha (600 kv.m) torpaq sahəsinə mülkiyyət hüququna dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi idarəsinə qarşı “Neftçala bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 09 saylı qərarına əsasən iddiaçıya yaşayış evinin tikintisi üçün ayrılmış 0.06 ha torpaq sahəsinə mülkiyyət hüququna dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş hesab edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli, 2-1(120)-1707/2021 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi idarəsinə qarşı “Neftçala bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 09 saylı qərarına əsasən iddiaçıya yaşayış evinin tikintisi üçün ayrılmış 0.06 ha torpaq sahəsinə mülkiyyət hüququna dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Neftçala bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Neftçala bələdiyyəsinin xx.xx.2007cı il tarixli, 09 saylı qərarına əsasən ona fərdi yaşayış evinin tikintisi üçün 0.06 ha torpaq sahəsi ayrılmışdır. Bundan sonra həmin qərar əsasında Neftçala rayon bələfiyyəsi ilə onun arasında torpaq sahəsinin alqı-satqısına dair akt imzalanmış və bütün lazimi orqanlardan müvafiq rəylər alınmışdır.O mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi uçun Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə müraciət etmişdir. Çıxarış almaq üçün bütün idarə və təşkilatlardan tələb olunan sənədlər təqdim olunsada Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi idarəsi xx.xx.2021 -ci il tarixli, **********93 nömrəli məktubu ilə ona çıxarış verilməsindən imtina etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, Hümbətov X6 Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 09 saylı qərarına əsasən fərdi yaşayış evinin tikintisi üçün ayrılmış Neftçala şəhəri M.Ə.Sabir küçəsində yerləşən 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə müraciət etmişdir.Ərizə araşdırılan zamanı aşağıdakı çatışmamazlıqlar olduğu məlum olmuşdur.Belə ki, Neftçala Bələdiyyəsi tərəfindən fərdi yaşayış evinin tikintisi üçün ayrılmış Neftçala şəhəri M.Ə.Sabir küçəsində yerləşən 0.06 ha torpaq torpaq sahəsi Dövlət Torpaq və Xəritəçəmə Komitəsi tərəfindən elektron məlumat bazasına “kənd təsərrüfatı təyinatlı torpaqlar” kateqoriyalı, məqsədli istifadə növü örüş kimi daxil edilmişdir. Neftçala rayonu Neftçala bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 09 saylı qərarı Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin müddəalarına ziddir. Belə ki, Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü bəndinə uyğun olaraq kənd təsərrüfatı təyinatlı torpaqların başqa məqsədlər üçün istifadə edilməsi Nazirlər Kabineti tərəfindən kateqoriyası dəyişdirildikdən sonra mümkündür. O cümlədən, Torpaq Məcəlləsinin 56-cı maddəsinin 3-cü və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin 3-cü bəndi “kənd təsərrüfatı təyinatlı torpaqların yalnız məqsədli təyinatı üzrə (bu halda həyətyanı deyil, örüş kimi) istifadəyə və icarəyə verilməsini” nəzərdə tutur.Yuxarıda göstərilən səbəblərdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının».dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.“Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq, məhkəmədən iddia tələbinin rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir, məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı, cavabdehin və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmişdir və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubunda göstərilmişdir ki, Neftçala şəhəri, M.Ə.Sabir küçəsində yerləşən 0.06 ha torpaq sahəsinə dair mülkiyye hüququnun qeydiyyata alınması ilə bağlı müraciətinizə Daşınmaz Əmlakın Dövlət Reyesti Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən baxılmışdır. Neftçala şəhəri, M.Ə.Sabir küçəsində yerləşən Neftçala Bələdiyyəs tərəfindən fərdi yaşayış evi tikintisi üçün ayrılmış 0.06 ha torpaq sahəsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən elektron məlumat bazasına “kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, məqsədli istifadə növü örüş kimi” daxil edilmişdir. Neftçala rayonu Neftçal bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 07 saylı qərarı Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin müddəalarına ziddir. Belə ki, Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3cü bəndin uyğun olaraq, kənd təsərrüfatı təyinatlı torpaqların başqa məqsədlər üçün istifadə edilməs Nazirlər Kabineti tərəfindən kateqoriyası dəyişdirildikdən sonra mümkündür. O cümlədən, Torpaq Məcəlləsinin 56-cı maddəsinin 3-cü və Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin 3-cü bəndi kənd təsərrüfatı təyinat torpaqların yalnız məqsədli təyinatı üzrə (bu halda həyətyanı deyil, örüş kimi) istifadəyə və icarəyə verilməsini nəzərdə tutur. Yuxarıda göstərilən səbəblərdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən müraciətinin icrasından imtina edilir İş materiallarında olan Neftçala Bələdiyyəsinin 30 sentyabr 2007-cı il tarixli, 09 saylı iclasının Qərarından çıxarışdan görünür ki, Neftçala şəhər sakini İddiaçı fərdi yaşayış evi tikmək üçün şəhərin M.Ə.Sabir küçəsində bələdiyyə torpaq fondundan tikinti üçün 600.0 kv.m torpaq sahəsi satılması qərara alınmışdır. İş materiallarında olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Neftçala rayon şöbəsinin müdiri S.S.Bədəlovun, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Neftçala rayon şöbəsinin baş məsləhətçisi Ə.F.İmanovun, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Neftçala rayon şöbəsinin aparıcı məsləhətçisi M.M.Əliyevin, Neftçala rayonunun baş memarı D.Q.Əliyevin və Neftçala bələdiyyəsinin sədri A.V.Dadaşovun iştirakı ilə tərtib edilmiş xx.xx.2007-ci il tarixli Aktdan görünür ki, Neftçala bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 501 saylı vəsatətinə əsasən, Neftçala şəhər sakini İddiaçı şəhərin M.Ə.Sabir küçəsində fərdi yaşayış evi tikmək üçün bələdiyyə fondundan 600.0 kv.m torpaq sahəsinin xüsusi mülkiyyətə ayrılması məqsədəmüvafiq hesab edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2007-cı il tarixli, 447 saylı torpaqların alqısatqısına dair Aktın surətindən görünür ki, İddiaçı tərəfindən Neftçala bələdiyyəsinə 05 sentyabr 2007-cı il tarixdə torpaq sahəsi almaq barədə müraciət edilmişdir. Ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və Neftçala Bələdiyyəsi ərazisində İddiaçı şəhərin M.Ə.Sabir küçəsində fərdi yaşayış evi tikmək üçün bələdiyyə fondundan 600.0 kv.m torpaq sahəsinin satılması barədə xx.xx.2007-cı il tarixli, 09 nömrəli qərar qəbul edilmişdir. İş materiallarında olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Neftçala rayon şöbəsinin xx.xx.2007-cı il tarixli rəyindən görünür ki, Neftçala bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 501 saylı vəsatətinə əsasən, İddiaçı şəhərin M.Ə.Sabir küçəsində fərdi yaşayış evi tikmək üçün bələdiyyə fondundan 600.0 kv.m torpaq sahəsinin xüsusi mülkiyyətə satılmasına etiraz edilməmişdir. İş materiallarında olan “Tikinti altına torpaq sahəsinin xüsusi mülkiyyətə ayrılması barədə Neftçala Rayon İcra Hakimiyyəti Başçısı aparatının Memarlıq və tikinti şöbəsi”nin xx.xx.2006-cı il tarixli Rəyindən görünür ki, İddiaçı M.Ə.Sabir küçəsində fərdi yaşayış evi tikmək üçün bələdiyyə fondundan 600.0 kv.m torpaq sahəsinin xüsusi mülkiyyətə ayrılmasına etiraz etmirlər. İş materiallarında olan X3 Əlqulu Abasqulu oğluna ünvanlanmış xx.xx.2021-ci il tarixli, 252 saylı məktubundan görünür ki, İddiaçı Neftçala Bələdiyyəsinin xx.xx.2021-cı il tarixli qərarı ilə şəhərin M.Ə.Sabir küçəsində fərdi yaşayış evinin tikintisi üçün 6000 kv.m torpaq sahəsi Neftçala bələdiyyəsinin ehtiyat fonduna aiddir. İş materiallarında olan Neftçala Bələdiyyəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 246 saylı məktubundan görünür ki, Neftçala rayonu Neftçala Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 09- saylı iclas protokolunun çıxarışına əsasən fərdi yaşayış evi tikmək üçün X4 verilmiş şəhərin M.Ə.Sabir küçəsində olan 600 kv.m torpaq sahəsinə dair vətəndaşın mülkiyyət hüquqlarının Dövlət Reyestrindən qeydiyyata alınmasına etiraz etmir və Neftçala bələdiyyəsinin xx.xx.2006-cı il tarixlı 03-saylı qərarı hal-hazırda öz qüvvəsindədir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin Neftçala rayon şöbəsinin mühəndis-inventarlaşdırıcısı X9, Neftçala bələdiyyəsinin sədri X7, Torpaq sahəsinin mülkiyyətçisi İddiaçı iştirakı ilə tərtib edilmiş Dürüstləşmə Aktından görünür ki, Neftçala şəhəri M.Ə.Sabir küçəsində yerləşən Neftçala bələdiyyəsinin xx.xx.2007-cı il tarixli 09 saylı qərarına əsasən X4 həyətyanı torpaq sahəsi üçün ayrılmış 0.06 ha torpaq sahəsinin sərhədlərini naturada müəyyən etmək üçün torpaq sahəsinə yerində baxış keçirdi. Baxış zamanı torpaq sahəsinin sərhədləri müəyyən edildi mərz nişanları qoyuldu və naturaya uyğun olaraq kordinatları təyin edilmişdir. İş materiallarında olan Neftçala rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli 147 nömrəli məktubunda göstərilmişdir ki, Sizin 23 sentyabr 2021-ci il tarixli №2-1(120)-1707/2021-ci il tarixli məktubuna cavab olaraq Neftçala rayon Dövlət Arxivi bildirir ki, Neftçala bələdiyyəsinin heç bir illər üzrə sənədləri Neftçala rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Odur ki, vətəndaş haqqında məlumat vermək mümkün olmadı. İş materiallarında olan Azərbaycan Respublikası Müstəqil Ekspertiza Mərkəzinin 29 sentyabr 2021-ci il tarixli, 520 nömrəli məktubla İddiaçı ünvanlanmış mütəxəssis rəyinin tədqiqatın nəticəsi hissəsində qeyd edilmişdir ki, Nefçala şəhəri, M.Ə.Sabir küçəsində yerləşən, Neftçala bələdiyyəsinin 30 sentyabr 2007-ci il tarixli 09 saylı qərarı ilə X8 fərdi yaşayış evi tikmək üçün verilmiş 0.06 ha torpaq sahəsinin natura üzrə tədqiqatı zamanı faktiki coğrafi məkan göstəriciləri müəyyənləşdirilmişdir. Müəyyən olunan torpaq sahəsinin koordinatlarının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Torpaq Kadastrı və Manitorinqi Elm-İstehsal Mərkəzi tərəfindən 2014-cü ildə tərtib olunan Neftçala bələdiyyəsinin mülkiyyətinə verilmiş torpaq sahələrinin yerquruluşu sxemində (elektron xəritəsi üzərində) kəndaltı ştrixlə qeyd olunan bələdiyyənin ehtiyyat fond torpaqları hüdudları daxilində yerləşməsi müəyyən olunur. Tədqiq olunmuş 0.06 ha torpaq sahəsinin müəyyən olunan məkan göstəriciləri xüsusi informasiya sistemləri proqramları vasitəsilə tərtib olunan aerofotoplan, plan-sxem və sxemdə aydın şəkildə göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müstəqil Ekspertiza Mərkəzinin 29 sentyabr 2021-ci il tarixli, 522 nömrəli məktubla İddiaçı ünvanlanmış mütəxəssis rəyinin tədqiqatın nəticəsi hissəsində qeyd edilmişdir ki, Neftçala şəhəri, M.Ə.Sabir küçəsində yerləşən, Neftçala bələdiyyəsinin 2007-ci il tarixli 09 saylı qərarı ilə X4 fərdi yaşayış evi tikmək üçün ayrılmış 0.06 ha torpaq sahəsinin natura üzrə tədqiqatı zamanı faktiki coğrafi məkan göstəriciləri müəyyənləşdirilmişdir. Müəyyən olunan torpaq sahəsinin koordinatlarının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Torpaq Kadastrı və Manitorinqi Elm-İstehsalat Mərkəzi tərəfindən 2014-cü ildə tərtib olunan Neftçala bələdiyyəsinin mülkiyyətinə verilmiş torpaq sahələrinin yerquruluşu sxemində (elektron xəritəsi üzərində) kəndaltı ştrixlə qeyd olunan bələdiyyənin ehtiyyat fond torpaqları hüdudları daxilində yerləşməsi müəyyən olunur. Tədqiq olunmuş 0.06 ha torpaq sahəsinin müəyyən olunan məkan göstəriciləri xüsusi informasiya sistemləri proqramları vasitəsilə tərtib olunan aerofotoplan, plan-sxem və sxem əlavə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli çıxarışın surətindən görünür ki, Neftçala şəhəri, M.Ə.Sabir küçəsi, ev 47A tam mülkiyyət hüququ üzrə X10 adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Neftçala rayon İcra Hakimiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli, BM-2074 nömrəli məktubunda göstərilmişdir ki, X4 Neftçala bələdiyyəsi tərəfindən xx.xx.2007-ci il tarixli 09 saylı qərarına əsasən fərdi yaşayış evi tikmək məqsədilə 0,06 ha torpaq sahəsinin ayrılması ilə bağlı Neftçala rayonu İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsində hər hansı sənəd mövcud deyildir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli **********00 nömrəli məktubunda göstərilmişdir ki, ********** qeydiyyat nömrəli çıxrışın və digər sənədlərin təsdiq olunmuş surəti təqdim olunur. İş materiallarında olan AN-İ№0499241 nömrəli xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X2 bələdiyyəsindən Neftçala şəhəri, M.Ə.Sabir küçəsi, ev 47A ünvanında yerləşən 0.06 ha torpaq sahəsini almışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 12.2-ci maddəsinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanı tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipotekaya qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Göründüyü kimi, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən etmiş və bələdiyyə tərəfindən ona məxsus daşınmaz əmlakın özgəninkişləşdirilməsi barədə qəbul olunmuş aktlar belə əsaslar kimi nəzərdə tutulmuşdur. Məhkəmə həmçinin mövcud qanunvericiliyin 2006-cı ildə, yəni müvafiq bələdiyyənin qərarı qəbul olunan dövrdə qüvvədə olan aşağıdakı normalarını diqqətə çəkir: «Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasında yerli özünüidarə vətəndaşların fəaliyyətinin təşkilinin elə bir sistemidir ki, bu sistem onlara qanun çərçivəsində yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst şəkildə həll etmək hüququnu həyata keçirmək və yerli əhalinin mənafeyi naminə Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinin İİ hissəsinə uyğun olaraq dövlət işlərinin bir hissəsini yerinə yetirmək imkanı verir. Bu hüququ qanunla müəyyən edilmiş qaydada ümumi, bərabər, birbaşa seçki hüquqları əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilmiş bələdiyyə üzvlərindən ibarət nümayəndəli kollegial orqanlar (bələdiyyələr) və ya vətəndaşların yığıncaqları həyata keçirirlər. Azərbaycan Respubklikasının xx.xx.1999-cu il tarixıli Qanunu ilə təsdiq edilmiş «X1»nin Vİ bəndinə görə bələdiyyə iclaslarında baxılan yerli vergilər və ödənişlər ilə bağlı qərarlar bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu ilə, digər qərarlar isə bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsinə görə torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli Fərmanının 2-ci bəndinə görə həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizası təyin edilmiş və ekspert qarşısında suallar qoyulmaqla ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunmuşdur: İş materialları qərardadın icrası üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli məktubu ilə iş üzrə xx.xx.2024-cü il tarixli 3-16-16/2- 10/1891 nömrəli ekspert rəyi və iş materialları məhkəməyə daxil olmuşdur. Ekspert rəyində aşağıdakılar bildirilmişdir: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin Yerquruluşu təşkili şöbəsinin mühəndisi İbrahim Cahangirovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: Neftçala şəhəri, M.Ə.Sabir küçəsində yerləşən, Neftçala bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 09 saylı qərarına əsasən X4 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0.06 ha həyətyanı torpaq sahəsinin naturada yeri və koordinatları iddiaçının iştirakı ilə müəyyən edildi (yerquruluşu planında əks olunmuşdur). Neftçala rayonu Neftçala bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 09 saylı qərarı ilə iddiaçı X4 fərdi yaşayış evi tikmək üçün Neftçala şəhəri, M.Ə.Sabir küçəsi ünvanında verilmiş 600 kv.m torpaq sahəsi xx.xx.2007-ci ildə (torpağın satılması barədə qərarın qəbul olunduğu vaxt və hazırda kənd təsərrüfatı təyinatlı, uqodiyası örüş olmaqla bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində yerləşir. Neftçala rayonu Neftçala bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 09 saylı qərarı ilə iddiaçı X4 fərdi yaşayış evi tikmək üçün Neftçala şəhəri, M.Ə.Sabir küçəsi ünvanında verilmiş 600 kv.m torpaq sahəsi kənd təsərrüfatı təyinatlı, uqodiyası örüş torpaq sahəsi olduğu üçün torpağın kateqoriyasına uyğun olaraq konkret məqsədlər üçün istifadəyə və ya icarəyə verilə bilər, yəni alqı-satqı predmeti ola bilməz. Neftçala rayonu Neftçala bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 09 saylı qərarı ilə iddiaçı X4 fərdi yaşayış evi tikmək üçün Neftçala şəhəri, M.Ə.Sabir küçəsi ünvanında verilmiş 600 kv.m torpaq sahəsi iddiaçının tələbinə əsasən onun istifadəsindədir və faktiki olaraq boş torpaq sahəsidir. Neftçala rayonu Neftçala bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 09 saylı qərarı ilə iddiaçı X4 fərdi yaşayış evi tikmək üçün Neftçala şəhəri, M.Ə.Sabir küçəsi ünvanında verilmiş 600 kv.m torpaq sahəsinin koordinatları üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmür. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, İddiaçı fərdi yaşayış evi tikmək üçün torpaq sahəsinin ayrılması ilə bağlı Neftçala bələdiyyəsinə müraciət etmiş, bələdiyyənin xx.xx.2007-ci il tarixli, 09 saylı qərarı ilə İddiaçı ərizəsi nəzərə alınaraq, ona Neftçala şəhəri, M.Ə.Sabir küçəsi ünvanında 600 kv.m torpaq sahəsi satılmışdır. xx.xx.2007-ci il tarixdə İddiaçı ilə Neftçala bələdiyyəsi arasında sözügedən torpaq sahəsinin satılmasına dair alqı-satqısına dair akt imzalanmış və həmin alqı-satqı aktı Neftçala rayon Torpaq şöbəsində 447 nömrə ilə qeydiyyata alınmışdır. xx.xx.2007-ci il tarixdə torpağın ayrılmasına dair yerlərin seçilməsi barədə aktlar və ayrılmış torpaq sahələrinin yerquruluşu planı tərtib edilərək Neftçala bələdiyyəsinin sədri tərəfindən təsdiq edilmişdir, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Neftçala rayon şöbəsinin rəyləri verilmişdir. Lakin məhkəməyə təqdim edilmiş ekspert rəyi ilə müəyyən edilmişdir ki, Neftçala şəhəri, M.Ə.Sabir küçəsində yerləşən, Neftçala bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 09 saylı qərarına əsasən X4 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0.06 ha həyətyanı torpaq sahəsinin naturada yeri və koordinatları iddiaçının iştirakı ilə müəyyən edildi (yerquruluşu planında əks olunmuşdur). Neftçala rayonu Neftçala bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 09 saylı qərarı ilə iddiaçı X4 fərdi yaşayış evi tikmək üçün Neftçala şəhəri, M.Ə.Sabir küçəsi ünvanında verilmiş 600 kv.m torpaq sahəsi xx.xx.2007-ci ildə (torpağın satılması barədə qərarın qəbul olunduğu vaxt və hazırda kənd təsərrüfatı təyinatlı, uqodiyası örüş olmaqla bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində yerləşir. Neftçala rayonu Neftçala bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 09 saylı qərarı ilə iddiaçı X4 fərdi yaşayış evi tikmək üçün Neftçala şəhəri, M.Ə.Sabir küçəsi ünvanında verilmiş 600 kv.m torpaq sahəsi kənd təsərrüfatı təyinatlı, uqodiyası örüş torpaq sahəsi olduğu üçün torpağın kateqoriyasına uyğun olaraq konkret məqsədlər üçün istifadəyə və ya icarəyə verilə bilər, yəni alqı-satqı predmeti ola bilməz. Göründüyü kimi, mübahisə predmeti olan torpaq sahəsi ayrılan zaman, eləcə də hazırda kənd təsərrüfatı təyinatlı, uqodiyası örüş olmaqla bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olsa da, bələdiyyə həmin torpaq sahəsini fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi kimi iddiaçıya satılması barədə qərar qəbul etmişdir. Belə olan halda, iddiaçının həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alına bilməz. Beləliklə yuxarıda şərh olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, 600 kv.m olan torpaq sahəsi üzərində iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanuna uyğun olduğundan, habelə həmin torpaq sahəsinin iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün qanuni əsas olmadığından iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə görə daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” xx.xx.2001-ci il tarixli Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinə əsasən, ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Torpaq Məcəlləsinin 16-cı maddəsinə əsasən, yay və qış otlaqları, örüş və biçənək sahələri mülkiyyətində və istifadəsində mal-qara olan hüquqi və fiziki şəxslərə verilir. Dövlət mülkiyyətində olan yay və qış otlaqları dövlət qoyunçuluq təsərrüfatlarının ehtiyacları da nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə inzibatiərazi vahidlərinin istifadəsinə verilir. Yay və qış otlaqları bələdiyyələrin qərarı əsasında qoyunçuluğun inkişafı üçün bələdiyyə mülkiyyətində olan müəssisələrə istifadəyə, digər hüquqi və fiziki şəxslərə isə yalnız icarəyə verilir. Bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri isə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir. Yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər. Örüş, otlaq və biçənək sahələrinin icarə müddəti başa çatdıqda, müqavilə qanunvericiliklə müəyyən edilmiş qaydada keçirilən torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. Yay və qış otlaqlarının, örüş və biçənək sahələrinin istifadəçilərinin və icarəçilərinin mal-qarasının sayı iki dəfədən çox azaldıqda, yaxud heyvanlar tamamilə ləğv edildikdə və ya onların mülkiyyətçisi dəyişdikdə icarə müqaviləsinə və istifadə haqqında qərara qanunvericiliklə müəyyən olunmuş qaydada yenidən baxılır. Qış otlaqlarına tələbat hesablanarkən otlaqların bitki örtüyündən, keyfiyyətindən, tutumundan, habelə torpaqların mexaniki tərkibindən və humus qatının qalınlığından asılı olaraq, hər hektara 1—4 baş, yay otlaqlarında isə iki dəfə artıq davar nəzərdə tutulur. Ümumi istifadədə olan örüş sahələrinə, habelə hüquqi və fiziki şəxslərin icarəsinə verilən örüş və biçənək sahələrinə tələbat hesablanarkən mal-qaranın sayı, sahələrin həcmi, tutumu və yerləşməsi, suvarma imkanları, torpaqların keyfiyyəti və digər normativ-texniki tələblər nəzərə alınır. Yay və qış otlaqlarının əkilməsinə yol verilmir, istifadə edilən sahənin yalnız 3 faizə qədər hissəsində yaşıl yem üçün xəsil əkilə bilər. Hüquqi və fiziki şəxslər yay və qış otlaqlarından, örüş və biçənək sahələrindən səmərəli istifadə etməli, bitki örtüyünü, su mənbələrini, köç yollarını və mal-qara düşərgələrini qoruyub saxlamalı, baytarlıq-sanitariya qaydalarına və digər tələblərə riayət etməlidirlər. Yay və qış otlaqlarında tələbata uyğun olaraq çoban evləri, yataqlar, digər mədəni-məişət və istehsal təyinatlı tikililər (əsaslı tikintilər istisna olmaqla) inşa edilə bilər. Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydaları qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 47-ci maddəsinə əsasən, torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə görə əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında şəhadətnamələr, mənzil sertifikatı və qanunvericiliklə müəyyən edilmiş digər sənədlər; qanuni qüvvəyə minmiş məhkəmə qərarları; bu qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektlərinin qanuni istifadədə olmasına dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilənsənədlər, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair-hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı;çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair-tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə;məlumatlandırma icraatının tətbiq edildiyi yaşayış evləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsini təsdiq edən sənəd;Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;2006-cı il iyulun 6-dan 2009cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr əsas hesab olunur. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə olunur. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqanın imtinasının əsaslı olduğu müəyyən edildi. Beləliklə, işin araşdırılmış halları ilə təsdiq olunur ki, 2007-ci il tarixdə və hazırda Əliqulu Abasqulu oğluna fərdi yaşayış evi tikmək üçün Neftçala şəhəri, M.Ə.Sabir küçəsi ünvanında verilmiş 600 kv.m torpaq sahəsi kənd təsərrüfatı təyinatlı, uqodiyası örüş torpaq sahəsi olduğu üçün və mülkiyyət hüquqlarının qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş əsaslar olmadığından, cavabdeh inzibati orqan tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın verilməsindən edilmiş imtina qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən doğur) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 14.3-cü, 33.1-ci, 33.2-ci və 73.1-ci maddələri tətbiq oluna bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 108-ci maddəsinə görə prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumundan və digər ödəmələrdən) və hüquq müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir (maddə 108.1). Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir (maddə 108.2). Həmin Məcəllənin 110.1-ci maddəsinə görə prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı «torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməli, iş üzrə təyin edilmiş ekspertizasının xərci kimi 50 (əlli) manat pul vəsaiti iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 75-ci, 78 – 79-cu, 81-ci, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı «Neftçala bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 09 saylı qərarına əsasən iddiaçıya fərdi yaşayış evi tikmək üçün ayrılmış 0.06 ha (600 kv.m) torpaq sahəsinə mülkiyyət hüququna dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul vəsaiti İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (********** X5, KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22) hesabına köçürülsün. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-72/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-72/2024
14.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver