Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-720/2022 15.11.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi оğlunun sədrliyi, Məhkəmə iclas katibi X14 оğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X5 iştirаkları ilə, İddiаçı İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın dayandırıldığı vaxtdan bərpa olunaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu X15 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının dayandırıldığı tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-720/2022 nömrəli qərardadı ilə iddia tələbinə “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı 03 mart 2021-ci il tarixdən bərpa edilərək ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-720/2022 nömrəli qərardadı ilə iddia tələbinə “iddiaçının xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası hüququnun bərpa olunaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-720/2022 nömrəli qərardadı ilə iddia tələbinə “pensiyanın dayandırıldığı vaxtdan, xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası hüququnun bərpa olunaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə izahatında iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X8 iddia tələbinin rədd olunması barədə qərar qəbul olunmasını xahiş etdi. İşdə olan iddiaçının ИТ-İ ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, iddiaçı xx.xx.1981-ci il tarixdən hal-hazıradək fasilələrlə müxtəlif idarələrdə işləmişdir. İşdə olan Neftçala rayon X7 Hüquqi Şəxsinin xx.xx.2021-ci il tarixli, 3046 nömrəli arayışında qeyd edilmişdir ki, Həsənova (Kazımova) Nərminə Mürsəl qızı 02 sentyabr 1985-ci ildə (əmr №131) Neftçala MRX-nın yoluxucu xəstəliklər şöbəsində palata tibbbacısı, 01 noyabr 1989-cu ildən (əmr №139) hal-hazıra kimi isə yoluxucu xəstəliklər şöbəsində böyük tibb-bacısı vəzifəsində işləyir. Eyni zamanda ona xx.xx.1989-cu il tarixdən (əmr №131) əlavə olaraq 0,5 stavka yoluxucu xəstəliklər şöbəsindən palata tibbbacısı vəzifəsi verilmiş və xəstələrlə ünsiyyətdə olmuşdur. Əmək kitabçasında baş tibbbacısı yazılmasına baxmayaraq, o bu günə kimi yoluxucu xəstəliklər şöbəsində böyük tibb bacısı vəzifəsində işləyir. İşdə olan nikahın bağlanması haqqında İİİ-JQ №419988 nömrəli şəhadətnamədən görünür ki, X6 ilə X3 xx.xx.1985-ci il tarixdə nikaha daxil olmuş, sonuncu Kazımova soyadını qəbul etmişdir. İşdə olan 3T 032708 nömrəli diplomdan görünür ki, X3 1982-ci ildə Sumqayıt tibb məktəbinə daxil olmuş və 1984-cü ildə tibb bacısı ixtisası üzrə tam kursu bitirmişdir. İşdə olan 139 nömrəli əmrdən çıxarışdan görünür ki, yoluxucu şöbədə tibb bacısı Həsənova Nərminəyə xx.xx.1989-cu ildən 0.5 stavka kəsilmişdir. İşdə olan xx.xx.1993-cü il tarixli, 50 nömrəli əmrdən çıxarışdan görünür ki, yoluxucu şöbədə böyük tibb bacısı Həsənova Nərminəyə xx.xx.1993-cü ildən 0.5 stavka verilmişdir. İşdə olan xx.xx.1994-cü il tarixli, 21 nömrəli əmrdən çıxarışdan görünür ki, yoluxucu şöbədə böyük tibb bacısı Həsənova Nərminəyə xx.xx.1994-cü ildən 0.5 stavka kəsilmişdir. İşdə olan xx.xx.2007-ci il tarixli, 30 nömrəli əmrdən çıxarışdan görünür ki, yoluxucu şöbədə tibb bacısı Həsənova Nərminəyə xx.xx.2007-ci ildən 0.5 stavka verilmişdir. İşdə olan xx.xx.2013-cü il tarixli, 80 nömrəli əmrdən çıxarışdan görünür ki, yoluxucu şöbədə tibb bacısı Həsənova Nərminəyə xx.xx.2013-cü ildən 0.5 stavka ilə tibb bacısı vəzifəsi verilmişdir. İşdə olan xx.xx.2018-ci il tarixli, 321 nömrəli əmrdən çıxarışdan görünür ki, Səlimova Səlimə uşaq şöbəsinin tibb bacısı xx.xx.2018-ci il tarixdən yoluxucu şöbəsinə 1.0 stavka ilə tibb bacısı vəzifəsinə keçirilmiş, Həsənova Nərminədən əlavə aldığı 0.5 stavka kəsilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli, 84 nömrəli əmrdən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən tibb bacıları şöbəsinə böyük tibb bacısı (yoluxucu) vəzifəsinə keçirilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli, **********6 nömrəli əmək pensiyasının dayandırılması haqqında qərarından görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixdən təyin olunmuş əmək pensiyası dayandırılmış, ona sonuncu dəfə xx.xx.2021-ci il tarixədək pensiya məbləği hesablanaraq ödənilmişdir. İşdə olan Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə göndərdiyi 11 mart 2022-ci il tarixli, **********3 nömrəli məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 -ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı Mərkəzi Filiala təqdim etdiyi əmək kitabçasında və ona əlavə olunmuş sənədlərdə qeyd edilən məlumatla əsasən, onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajının 23 il 11 ay 20 gün olduğu müəyyən edilmişdir. Həmin Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın səhiyyə və sosial təminat idarələri bölməsinin (19) vərəm və infeksion idarələrində, bölmələrində kabinetləri (a) bəndində orta tibb heyəti və kiçik tibb heyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 19 iyun 2017-ci il 8 nömrəli Qərarı ilə təsdiq edilmiş “Səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid X1”na əsasən Səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin adı və əməyinin ödəniş dərəcələri diapazonunda baş tibb bacısı vəzifəsi rəhbərlər bölməsində nəzərdə tutulmuşdur. Əlavə olaraq bildiririr ki, vaxtilə adıçəkilən şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərkən onun təqdim etdiyi 18 noyabr 1981-ci il tarixli NT-İ ******* nömrəli əmək kitabçasında qeyd olunan məlumatlara əsasən xx.xx.1985xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində Neftçala rayon Mərkəzi Xəstəxanasının infeksion şöbəsində palata tibb bacısı, xx.xx.1989-cu il tarixindən bugünədək baş tibb bacısı vəzifəsində işlədiyi müəyyən olunmuşdur. Göründüyü kimi, İddiaçı işlədiyi baş tibb bacısı vəzifəsi yuxarıda qeyd olunan siyahı üzrə müəyyən edilmiş orta və kiçik tibb heyətinə aid deyil. Bu səbəbdən də onun güzəştli iş stajı 10 ildən az (4 il 1 ay 29 gün) təşkil edir. Qeyd edilən uyğunsuzluqlara baxmayaraq adıçəkilən şəxsə Dövlət Sosial Müdafiə Fondunun Neftçala rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 52 yaşının tamam olduğu xx.xx.2015-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayma mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Bununla əlaqədar olaraq İddiaçı 1 yanvar 2006-cı il tarixinədək olan 23 il 11 ay 20 gün iş stajı pensiya kapitalına çevrilməklə hesablanmış və Azərbaycan Respublikası Prezidentinin müvafiq illər üzrə sərəncamlarına əsasən indeksləşdirilərək bu günə 17414,37 manat müəyyən edilmişdir. Adıçəkilən şəxsin 1 yanvar 2006-cı il tarixindən sonrakı işlədiyi dövr üzrə fərdi hesabında 13804,06 manat pensiya kapitalı qeydə alınmışdır. Beləliklə İddiaçı fərdi hesabın sığorta hissəsində cəmi pensiya kapitalı 33295,76 manat təşkil edir. Xahiş edirik, nəzərə alasınız. İşdə olan Azərbaycan Respublikasi İcbari Tibbi Sığorta üzrə X12 Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Neftçala rayon Mərkəzi Xəstəxanasi” X13 28 aprel 2022-ci il tarixli, 298 nömrəli məktubunda qeyd edilmişdir ki, “Neftçala Rayon Mərkəzi Xəstəxanası” X15 Yoluxucu xəstəliklər şöbəsinin böyük tibb bacısı İddiaçı həqiqətəndə 02 sentyabr 1985-ci ildə “Neftçala RMX” PHŞ-nin Yoluxucu xəstəliklər şöbəsinə 1.0 stavka palata tibb bacısı vəzifəsinə işə qəbul olub (Əmr № 131). Daha sonra isə 01 noyabr 1989-cu ildə Yoluxucu xəstəliklər şöbəsinə 1.0 stavka baş tibb bacısı və eyni zamanda 0.5 stavka həmin şöbədə palata tibb bacısı vəzifəsində saxlanılmışdır (Əmr № 139). 01 iyun 1990-cı ildə 0.5 stavka palata tibb bacısı kəsilmişdir (Əmr № 58). 02 aprel 1993-cü ildə 0.5 stavka palata tibb bacısı yenidən verildi (əmr № 50). 17 fevral 1994-cü ildə 0.5 stavka palata tibb bacısı kəsilib (Əmr № 21). 01 iyul 2007-ci ildə 0.5 stavka palata tibb bacısı verildi (əmr № 30). 01 mart 2007-ci ildə 0.25 stavkası saxlanılmaqla digər 0.25 stavka kəsildi (Əmr № 9). 02 mart 2013-cü ildə əlavə 0.25 stavka palata tibb bacısı verildi (əmr № 80). 01 sentyabr 2018-ci ildə palata tibb bacısı 0.5 stavka kəsildi (Əmr № 32). 04 yanvar 2021-ci ildən bu günə kimi Kazımova X2 Rayon Mərkəzi Xəstəxanası” X15 Yoluxucu xəstəliklər şöbəsində böyük tibb bacısı vəzifəsində işləyir (Əmr №84). İşdə olan Azərbaycan Respublikasi İcbari Tibbi Sığorta üzrə X12 Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Neftçala rayon Mərkəzi Xəstəxanasi” X13 23 iyul 2022-ci il tarixli, 486 nömrəli məktubunda qeyd edilmişdir ki, "Neftçala Rayon Mərkəzi Xəstəxanası” X15 Yoluxucu (infeksion) xəstəliklər şöbəsində böyük tibb bacısı vəzifəsində çalışan Kazımova (Həsənova) Nərminə Mürsəl qızı həqiqətəndə 02 sentyabr 1985-ci ildən “Neftçala RMX” PHŞ-in Yoluxucu (infeksion) xəstəliklər şöbəsinə 1.0 stavka palata tibb bacısı vəzifəsinə işə qəbul olub. (Əmr № 131) 01 noyabr 1989-cu ildə Yoluxucu xəstəliklər şöbəsinə 1.0 stavka baş tibb bacısı və eyni zamanda 0.5 stavka həmin şöbədə palata tibb bacısı vəzifəsində saxlanılmışdır. (Əmr № 139). 01 iyun 1990-cı ildə 0.5 stavka palata tibb bacısı kəsilmişdir. (Əmr № 58). 02 aprel 1993-cü ildə 0.5 stavka palata tibb bacısı yenidən verildi, (əmr № 50). 17 fevral 1994-cü ildə 0.5 stavka palata tibb bacısı kəsilib. (Əmr № 21). 01 aprel 1994-cü il 0.5 stavka palata tibb bacısı yenidən verildi. (Əmr № 36) 01 fevral 2007-ci ildə 0.25 stavka palata tibb bacısı kəsilib.(Əmr № 5) 01 mart 2007-ci ildə 0.25 stavka işi kəsilmişdir. 07 iyul 2007-ci ildə 0.5 stavka palata tibb bacısı işi verildi. (Əmr № 30). 02 mart 2013-cü ildə əlavə 0.5 stavka palata tibb bacısı verildi. (Əmr № 80). 01 sentyabr 2018-ci ildə palata tibb bacısı 0.5 stavka kəsildi. (Əmr № 32). Hal-hazirda Kazımova X2 Rayon Mərkəzi Xəstəxanası” X15 Yoluxucu (İnfeksion)xəstəliklər şöbəsində böyük tibb bacısı vəzifəsində çalışır. (Əmr № 84) BÖYUK TİBB BACİSİ (QARDAŞİ) Əmək funksiyası: Orta tibb heyətinin işinin səmərəli təşkili və onların ixtisasının artırılması üzrə tədbirlərin həyata keçirilməsini təmin edir. Dərman vasitələrinin və sarğı materiallarının, o cümlədən tərkibində zəhərli və narkotik maddələr olan dərmanların və dərman maddələrinin vaxtında yazılaraq alınması, uçotu, bölgüsü, işlənilməsi, saxlanılması, xəstələrin qəbulu və evə yazılması işlərini təşkil edir. Orta və kiçik tibb heyəti tərəfindən mövcud qaydalara əməl olunmasına nəzarət edir. Xəstələrin şöbə daxilində düzgün nəql edilməsi, orta tibb heyəti tərəfindən həkim təyinatlarının vaxtında və dəqiq yerinə yetirilməsi, xəstəxana şöbələrinin, xəstələrin paltar və dəyişəklərinin saxlanılmasında sanitar-gigiyenik qaydalara əməl olunması, yoluxucu xəstəliyə tutulmuş xəstələr yerləşdirilən otaqların dezinfeksiya olunması işlərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini təmin edir. Əmək funksiyası. Xəstələrə müalicə-profilaktika müəssisələrində və evdə tibbi qulluq göstərir. Xəstəyə həkiməqədər tibbi yardım göstərir.Sanitariya maarifi işini aparır. Laboratoriya tədqiqatları üçün materialları götürür və ən sadə analizləri aparır.Tibb alətlərini, sarğı materiallarını və xəstələrə tibbi qulluq əşyalarını sterilizasiya edir. Şöbədə dərmanların məqsədli işlədilməsinə məsuliyyət daşıyır, həkim təyinatlarının düzgün yerinə yetirilməsini, dərman maddələrinin və etil spirtinin müvafiq qaydada uçotunun aparılmasını, işlədilməsini və saxlanılmasını təmin edir. Kazımova (Həsənova) Nərminə Mürsəl qızı orta tibb heyəti olaraq özünün böyük tibb bacısı vəzifəsini icra edərkən eyni zamanda ayrı-ayrı vaxtlarda qeyd olunan palata tibb bacısının vəzifələrini də faktiki olaraq icra etmişdir. O həmin vaxtlarda çalışdığı yoluxucu (infeksion) şöbəsində müalicə olunan xəstələrlə bilavasitə təmasda olaraq onlara tibbi qulluq göstərmişdir. Yəni həkimin təyinatını yerinə yetirmişdir. Kazımova (Həsənova) Nərminə Mürsəl qızının əmək kitabçasinda baş tibb bacısı yazılmasına baxmayaraq vəzifə böyük tibb bacısı vəzifəsidir və illərlə böyük tibb bacısı vəzifəsi baş tibb bacısı vəzifəsi kimi yazılmışdır. Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarının Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısının XXİV. Səhiyyə və sosial təminat idarələri a) vərəm və infeksion idarələrində, bölmələrində, kabinetlərində orta tibb heyəti sözləri qeyd edilmişdir, (tibb bacısı, böyük tibb bacısı). İşdə olan Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə göndərdiyi 03 mart 2021-ci il tarixli, **********5 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar nəzərinizə çatdırırıq ki, sizə vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına xx.xx.2020-ci il tarixində daxil olmuş ərizənizə əsasən araşdırılmışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə'çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın səhiyyə və sosial təminat idarələri bölməsinin (19) vərəm və infeksion idarələrində, bölmələrində kabinetləri (a) bəndində orta tibb heyəti və kiçik tibb heyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 19 iyun 2017ci il 8 nömrəli Qərarı ilə təsdiq edilmiş “Səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid X1”na əsasən Səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin adı və əməyinin ödəniş dərəcələri diapazonunda baş tibb bacısı vəzifəsi rəhbərlər bölməsində nəzərdə tutulmuşdur. Araşdırma zamanı vaxtilə sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərkən təqdim etdiyiniz 18 noyabr 1981-ci il tarixli NT-l ******* nömrəli əmək kitabçanızda qeyd olunan məlumatlara əsasən xx.xx.1985xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində Neftçala rayon Mərkəzi Xəstəxanasının infeksion şöbəsində palata tibb bacısı, xx.xx.1989-cu il tarixindən bugünədək baş tibb bacısı vəzifəsində işlədiyiniz müəyyən olunmuşdur. Göründüyü kimi, işlədiyiniz baş tibb bacısı vəzifəsi yuxarıda qeyd olunan vəzifəyə uyğun deyil. Bu səbəbdən də sizin güzəştli iş stajınız 10 ildən az (4 il 1 ay 29 gün) təşkil edir. Qeyd edilən uyğunsuzluqlara baxmayaraq sizə Dövlət Sosial Müdafiə Fondunun Neftçala rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 52 yaşınızın tamam olduğu xx.xx.2015-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunanlara əsasən sizə xx.xx.2015-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 13745,77 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Bununla əlaqədar olaraq sizə artıq ödənilmiş pul vəsaitini könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarmağınızı xahiş edirik. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlər görüləcəkdir. Beləliklə, Məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1963-cü ildir, iddiaçıya 52 yaşının tamam olduğu xx.xx.2015-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli, **********6 nömrəli qərarı ilə pensiyası dayandırılmışdır. Daha sonra Neftçala rayon Mərkəzi Xəstəxanasının infeksion şöbəsində xx.xx.1989-cu il tarixindən baş tibb bacısı vəzifəsində işlədiyi illəri güzəştli iş stajı kimi qəbul etməyərək pensiyası dayandırılmışdır. İşin mübahisələndirilməyən halı odur ki, İddiaçı xx.xx.2015-ci il tarixədək ümumi iş stajı 20 ildən çox təşkil edir. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırki iddiaçıya ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasına əsas verən xüsusi sahələrdə işlədiyi vəzifə müəyyən edilməlidir. Məhkəmə qeyd etmək istəyir ki, mübahisə predmetini təşkil edən məsəlin aydınlaşdırılması xüsusi bilik tələb etdiyindən, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq, iddiaçının işlədiyi vəzifəsinin «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın müvafiq olaraq Səhiyyə və sosial təminat idarələrində vərəm və infeksion idarələrində, bölmələrində kabinetləri (a) bəndində orta tibb heyəti və kiçik tibb heyəti peşəsinə uyğun olub-olmaması ilə bağlı mütəxəssis arayışının təqdim olunması xahiş olunmuşdur. İşdə olan Azərbaycan Respublikasi İcbari Tibbi Sığorta üzrə X12 Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Neftçala rayon Mərkəzi Xəstəxanasi” X13 23 iyul 2022-ci il tarixli, 486 nömrəli məktubundan görünür ki, Kazımova (Həsənova) Nərminə Mürsəl qızı orta tibb heyəti olaraq özünün böyük tibb bacısı vəzifəsini icra edərkən eyni zamanda ayrı-ayrı vaxtlarda qeyd olunan palata tibb bacısının vəzifələrini də faktiki olaraq icra etmişdir. O həmin vaxtlarda çalışdığı yoluxucu (infeksion) şöbəsində müalicə olunan xəstələrlə bilavasitə təmasda olaraq onlara tibbi qulluq göstərmişdir. Yəni həkimin təyinatını yerinə yetirmişdir. Kazımova (Həsənova) Nərminə Mürsəl qızının əmək kitabçasinda baş tibb bacısı yazılmasına baxmayaraq vəzifə böyük tibb bacısı vəzifəsidir və illərlə böyük tibb bacısı vəzifəsi baş tibb bacısı vəzifəsi kimi yazılmışdır. Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarının Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısının XXİV. Səhiyyə və sosial təminat idarələri a) vərəm və infeksion idarələrində, bölmələrində, kabinetlərində orta tibb heyəti sözləri qeyd edilmişdir, (tibb bacısı, böyük tibb bacısı). Göründüyü kimi iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasına əsas verən xüsusi sahələrdə 10 ildən artıq sığorta stajı mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə mübahisənin yarandığı zaman qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının qanununun maddi hüquq normalarını nəzərdən keçirməyi məqsədəmüvafiq hesab edir. Belə ki, xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Аzərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq İcra Hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. «Əmək pensiyaları haqqında» Аzərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinin tələbinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə görə yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Yenə həmin Qanunun 37-ci maddəsinin 37.7-ci bəndinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. İşin faktiki hallarından və xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının qanununun yuxarıda qeyd olunan müddəalarından göründüyü kimi iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yarandığı zaman qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının qanunu ilə müəyyən olunmuş yaş həddinə çatmaqla tələb olunan sosial sığorta stajını toplamışdır. Hazırda qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının qanununun müddəalarının iddiaçıya aid edilməsi onun vəziyyətini ağırlaşdırdığından qanunun geriyə qüvvəsi şamil oluna bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğun olaraq normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı, qanunlar Konstitusiyaya zidd olmamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunur. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunmur. Göründüyü kimi, yalnız fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilə bilər. Bununla yanaşı, qeyd edildiyi kimi qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qaydaların 3.4-cü maddəsinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Həmçinin məhkəmə qeyd edir ki, mübahisənin yarandığı zaman qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. İnzibati icraat haqında Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı vaxtdan bərpa olunaraq ödənilməsi öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası dayandırıldığı vaxtdan bərpa olunaraq ödənilməsi öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-720/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-720/2022
15.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver