Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-722/2021 03.05.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi İslamov Tamerlan Cəlil oğlunun katibliyi, İddiaçı (Lənkəran şəhəri, Səttarxan küçəsi, ev 189 ünvanda yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Lənkəran şəhər-rayon Polis şöbəsinə qarşı «pasport qeydiyyatından çıxarılma öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Lənkəran şəhər-rayon Polis şöbəsinə, X9, X7, X2 və X4 qarşı məhkəmədə iddia qaldıraraq, X8, X5, X1 və X3 onun mülkiyyətində olan Lənkəran şəhəri, Səttarxan küçəsi, ev 189 ünvanda yerləşən fərdi yaşayış evindən qeydiyyatından çıxarılması barədə məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi məhkəməyə daxil olduğu gündən qeydiyyata alınaraq icraata qəbul edilmiş sayılmışdır. 06 aprel 2021-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia ərizəsində qeyd etdiyi X8, X5, X1 və X3 cavabdehlər siyahısından çıxarılaraq üçüncü şəxs qismində məhkəməyə cəlb edilməsini, digər cavabdeh, iddiaçı və iddia tələbinin olduğu kimi saxlanılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 06 aprel 2021-ci il tarixli 2-1(120)-722/2021 saylı qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmiş, X13, X11, X6 və X10 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1994-cü il tarixdə ünvan 1 ünvanda yaşayır. ünvan 2ülkiyyət hüququ üzrə ona məxsusdur və bu barədə adına çıxarış da verilmişdir. Cavabdehlər X13, X11, X6 və X10 onun evində yaşamasalar da, ona məxsus fərdi yaşayış evində qeydiyyatdadırlar. Onların onun evində qeydiyyatda olmasına səbəb o olmuşdur ki, onun ünvanı əvvəlcə başqa olmuş, cavabdehlərin ünvanı isə onun ünvanı olmuşdur. Sonradan ünvanlar dəyişdirilmiş, onun ünvanı ünvan 3lmuşdur. Ünvanlar dəyişdiyinə görə cavabdehlər onun ünvanında qeydiyyatda qalmışlar. Onlar onun evində qeydiyyatda olduğundan bu, onun mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneçilik törədir. İş üzrə cavabdehlərin qeydiyyatdan çıxarılmasına dair Lənkəran rayon Polis şöbəsinə ərizə ilə müraciət etsə də, polis şöbəsi göstərilən şəxslərin qeydiyyatdan çıxarılmasından imtina edərək, bu barədə mülki iddia qaydasında məhkəməyə müraciət etməyi barədə 12 dekabr 2020-ci il tarixli 154-38314A1220 saylı məktubla cavab vermişdir. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehə və üçüncü şəxslərə şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər. Həmçinin üçüncü şəxslərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsi üçün Lənkəran şəhər Mənzil Təsərrüfatı İdarəsinə və Lənkəran bələdiyyəsinə rəsmi qaydada məlumat verilmişdir. Cavabdeh Lənkəran şəhər-rayon Polis şöbəsinin 16.04.2021-ci il tarixli məktubunda İddiaçı qeydiyyatdan çıxarılma tələbinə dair inzibati iş üzrə məhkəmə iclasının nümayəndələrinin iştirakları olmadan keçirilməsinə etirazlarının olmadığı bildirilmişdir. Üçüncü şəxs X13 məhkəməyə ərizə ilə müraciət edərək, iddia tələbinə qarşı etirazının olmadığını bildirmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materialında olan 02 aprel 2014-cü il tarixli bağışlama müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, X19 AR ƏMDK DƏDRX Lənkəran ərazi idarəsi tərəfindən verilmiş 25.03.2014-cü il tarixli RX-0360889 saylı Çıxarışa əsasən Lənkəran şəhəri Səttərxan küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 198 kv/metr olan 189 saylı yaşayış evini İddiaçı bağışlamışdır. İş materialında olan 05.04.2014-cü il tarixdə qeydiyyata alınmış Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Seriya RX ******* nömrəli Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi (ümumi sahəsi 198,0 kv/metr, yaşayış sahəsi 72,4 kv/metr və yardımçı sahəsi 125,6 kv/metr, 3 otaqlı) və onun yerləşdiyi 0,06 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 40 nömrəli reyestr kitabının 90 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materialında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin 17 mart 2021-ci il tarixli **********13 nömrəli məktubunda qeyd olunmuşdur ki, X8, X5, X1 və X3 qeydiyyatda olduqları sözügedən ünvanda yerləşən əmlaka dair istifadə hüquqları barədə hər hansı bir məlumat aşkarlanmamışdır. İş materialında olan Lənkəran şəhər-rayon Polis şöbəsinin 25.03.2021-ci il tarixli məktubundan görünür ki, X14 24.08.2005; X12 27.03.2006; X6 19.03.2010; X10 isə 13.01.2011-ci il tarixdən Lənkəran şəhəri, Səttarxan küçəsi, ev 189 ünvanında yaşayış yeri üzrə daimi qeydiyyatdadırlar. Həmin şəxslərin qeyd olunmuş ünvana qeydiyyata alınmalarına əsas verən sənədlər saxlama müddətləri bitdiyinə görə məhv edildiklərindən təqdim olunması mümkün deyildir. İş materialında olan Lənkəran şəhər-rayon Polis şöbəsinin İddiaçı ünvanladığı 12.12.2020-ci il tarixli məktubdan görünür ki, X8, X5, X1 və X3 Lənkəran şəhəri, Səttarxan küçəsi, ev 189 ünvanından qeydiyyatdan çıxarılmasından imtina edilmişdir. İş materiallarında olan 15.02.2021-ci il tarixli qəbzlə müəyyən olunur ki, iddiaçı məhkəmədə iddia qaldırılması ilə bağlı on manat məbləğində dövlət rüsum ödəmişdir Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünluk verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinin tələblərinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Yenə həmin Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan yaşayış yerini dəyişdikdə yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən, başqa ölkədə yaşayış yeri seçdikdə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən, azadlıqdan məhrum edildikdə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında, öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında, qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarıldıqda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında çıxarılır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, 02 aprel 2014-cü il tarixli bağışlama müqaviləsinə əsasən X19 AR ƏMDK DƏDRX Lənkəran ərazi idarəsi tərəfindən verilmiş 25.03.2014-cü il tarixli RX-0360889 saylı Çıxarışa əsasən Lənkəran şəhəri Səttərxan küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 198 kv/metr olan 189 saylı yaşayış evini İddiaçı bağışlamış və ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi (ümumi sahəsi 198,0 kv/metr, yaşayış sahəsi 72,4 kv/metr və yardımçı sahəsi 125,6 kv/metr, 3 otaqlı) və onun yerləşdiyi 0,06 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə ilə İddiaçı adına qeydiyyata alınmışdır. Lakin həmin evdə, yəni hazırda iddiaçıya məxsus olan fərdi yaşayış evində X8, X5, X1 və X3 pasport qeydiyyatında qalmaları müəyyən olunmuşdur. X8, X5, X1 və X3 iddiaçıya məxsus evdə qeydiyyatda qalmaları iddiaçının mülkiyyət hüququnun tam həyata keçirilməsinə maneələr yaradır. Eyni zamanda həmin şəxslərin hal-hazıra qədər evdən istifadə etməmələri, orada yaşamamaları, mülkiyyətçinin hüquqlarının həyata keçirilməsinə maneələr yaratmaları onların mənzildən qeydiyyatdan çıxarılmalarına əsas verir. Buna görə də cavabdeh Lənkəran şəhər-rayon Polis şöbəsinin X8, X5, X1 və X3 iddiaçıya məxsus olan evdən qeydiyyatdan çıxarılmasından imtinası əsassızdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30cu və «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»ndan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis idarələri və şöbələri inzibati orqan kimi təsnif olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı mülkiyyətində olan Lənkəran şəhəri, Səttarxan küçəsi, ev 189 ünvanından X8, X5, X1 və X3 pasport qeydiyyatından çıxarılması öhdəliyi cavabdeh Lənkəran şəhər-rayon Polis şöbəsinin üzərinə qoyulmalıdır. Həmçinin məhkəmə prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.5-ci maddəsinin tələbinə görə məhkəmə qərarının nəticəvi hissəsində, həmçinin prosessual xərclər də göstərilməlidir. Həmin Məcəllənin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı iddia qaldırmaq üçün dövlət rüsumu ödəmişdir. İddiaçı ödədiyi dövlət rüsumunun ona aid edilməsini xahiş etdiyi üçün məhkəmə hesab edir ki, prosessual xərc (məhkəmə xərci) iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinin tələbinə görə mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 75-79, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Lənkəran şəhəri, Səttarxan küçəsi, ev 189 ünvanından X8, X5, X1 və X3 pasport qeydiyyatından çıxarılması öhdəliyi cavabdeh Lənkəran şəhərrayon Polis şöbəsinin üzərinə qoyulsun. Prosessual xərc iddiaçıya aid edilsin. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə ondan Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Zaur Allahyarov
Məhkəmə qərarları › İş №2-1(120)-722/2021
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-722/2021
03.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver