Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-723/2025 08.05.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi X2 iştirakı ilə, İddiaçı cavabdeh «Lənkəran rayon Mərkəzi Xəstəxanası» X5rşı «vurulmuş ziyana görə 2302 manat kompensasiyanın ödənilməsi» tələbinə dair iddiası üzrə inzibati işə Şirvan şəhərində, məhkəmənin binasında (ünvan: ünvan 2 T D İ : İddiaçı cavabdeh «Lənkəran rayon Mərkəzi Xəstəxanası» X5rşı “vurulmuş ziyana görə 2302 manat kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati mübahisə üzrə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş hesab edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 18 mart 2024-cü il tarixli 2-1(120)2382/2024 nömrəli qərardadı ilə, İddiaçı cavabdeh «Lənkəran rayon Mərkəzi Xəstəxanası» X5rşı «vurulmuş ziyana görə 2302 manat kompensasiyanın ödənilməsi» barədə iddia tələbi üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin 32 saylı Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2016-cı il tarixli qərarı ilə ona anadangəlmə sağ bud çanaq oynağının çıxığı, sağ aşağı ətrafın 20 sm qısalması, sağ aşağı ətrafın dayaq hərəkət funksiyasının mühüm dərəcədə pozulması, ÜİX gərginlik stenokardiyası İİİ fs diaqnozu ilə 2-ci qrup əlillik təyin edilmişdir. Növbəti tibbi müayinədən xx.xx.2020-ci il müəyyən edilmişdir. Növbəti dəfə 2021-ci ilin mart ayının 17də tibbi müayinədən keçsə də, sənədlər TSEK-na vaxtında göndərilməmişdir. Nəticədə əlilliyin yenidən təyini bir neçə ay yubadılmış və nəhayət ona ömürlük əlillik təyin edildikdən sonra pensiyanın 2021-ci ilin avqust ayının 21-dən hesablanması, 2021-ci ilin yanvar ayından avqust ayının 21-dək isə, yəni 8 ay üçün pensiya təyinatı aparılmaması məlum olmuşdur. Araşdırma zamanı müəyyən edilmişdir ki, əvvəlki dövrü ala bilməməyinin səbəbi əlilliyi ilə bağlı bildirişin TSEK-nin əlilliklə bağlı qərarından 6 ay sonra göndərilməsi olmuşdur. Bu isə cavabdehin səhlənkarlığı olmaqla o, 8 ay ərzində cəmi 2302 manat (8x269+150) pensiyasından məhrum olmuşdur. Həmin pensiyanın ona ödənilməsi barədə müraciəti isə cavabdeh tərəfindən təmin edilməmişdir. Nəticədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunan sübutlarla əsaslandırır: İş materiallarında olan: -İddiaçının şəxsiyyət vəsiqəsinin surətindən və iş materiallarından görünür ki, İddiaçı xx.xx.1968-ci il tarixdə anadan olmuş, ünvan 3 ünvanında qeydiyyatdadır. -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X1 tərəfindən iddiaçıya verilmiş xx.xx.2022-ci il tarixli məktubda göstərilmişdir ki, “Əlliliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 3.3-1 maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Bu Qanun dərc olunduğu (xx.xx.2021-ci il tarixdən) gündən qüvvəyə minir. Təkrar əlillik 21,08.2021-ci il tarixdən olduğu üçün, yenidən əlillik bərpa olan gündən hesablanır. -«Lənkəran rayon Mərkəzi Xəstəxanası» X13 tərəfindən iddiaçıya verilmiş xx.xx.2022-ci il tarixli məktubda göstərilmişdir ki, ərizədə göstərilir ki, növbəti tibbi müayinə xx.xx.2020-ci il müəyyən edilmiş və 17 mart 2021-ci il tarixdə müayinədən keçmiş, lakin sənədlər Tibbi Sosial Ekspert Komissiyasına vaxtında göndərilməmişdir. 2021-ci ilin mart ayında Həkim Məsləhət Komissiyasına müraciət qeydə alınmış əlilliyin yenidən təyin olunması üçün muvafiq sənədləri 14 06.2021-ci il tarixdə Həkim Məsləhət Komissiyasına təqdim etmişdir. HMK-sı da öz növbəsində xx.xx.2021-ci il tarixində təqdim etdiyi sənədləri aidiyyəti uzrə TSEK-ın məlumat bazasına daxil edilmiş, xx.xx.2021-cı ıl tanxındə Forma 88 rəsmiləşdirilmiş, TSEK tərəfindən əlavə sənədlər tələb olunmuş əlavə tələb olunan sənədləri HKM-na təqdim etdikdən sonra yenidən xx.xx.2021-cı ıl tarixində forma 88 doldurularaq TSEK-ə göndərilmiş və nəticədə xx.xx.2021-cı il tanxındə TSEK tərəfindən imtina qərarı verilmişdir. Göründüyü kimi əlilliyin təyin olunmasında Lənkəran RMX PHŞ-ın HMK-nın heç bir səhlənkarlığı olmamışdır. Vurğuladığı iddia Lənkəran RMX PHŞ-ə aid deyildir. -«Lənkəran rayon Mərkəzi Xəstəxanası» X13 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 18-1-58/2-197/2024 nömrəli məktubda göstərilmişdir ki, Lənkəran rayonu Liman şəhəri, N.Nərimanova küçəsi ev 9-da yaşayan İddiaçı xx.xx.2021-ci il tarixdə Lənkəran MRX-nın poliklinika şöbəsində HMK-da müayinə olunub və əlilliyin təyin olunması üçün sənədlər xx.xx.2021-ci il tarixdə TSEK-in məlumat bazasına daxil edilib. Təkrar xəstə xx.xx.2021 -ci il tarixdə HMK-da müayinə olunub və sənədlər xx.xx.2021-ci il tarixdə TSEK-in məlumat bazasına daxil edilib. Sənədlər HMK-da qəbul olunduqdan sonra TSEK-in məlumat bazasına daxil etdikdə xəstəliyə uyğun olaraq müayinə planı tərtib olunur və tələb olunan müayinələri təmin etmək üçün xəstə müalicə həkiminə yönəldilir. Müalicə həkimi ambulator kartada olan müayinələri müayinə listinin müvafiq qrafalarına yerləşdirir, olmayan müayinələr isə xəstəyə icra etdirilir və cavablar hazır olduqdan sonra müvafiq qrafaya yerləşdirilərək təkrar xəstəni HMK-ya göndərir. İddiaçı da birinci dəfə xx.xx.2021-ci il tarixdə HNK-da ona təqdim olunmuş müayinə listini xx.xx.2021-ci il tarixdə HMK-ya təqdim edib və sənəd TSEK-in məlumat bazasına daxil edilib. İkinci dəfə xx.xx.2021 -ci il tarixdə HMK-da müyonə olunub, müayinə listini xx.xx.2021-ci il tarixdə HMK-ya təqdim edib və sənəd də həmin gün TSEK-in məlumat bazasına daxil edilib. Yəni vətəndaşın iddia etdiyi kimi HMK-da sənədlərin daxil edilməsində yubanma özünün müayinə listini gec təqdim etdiyi üçün baş verib. Hər iki halda xəstəyə imtina verilmişdir. Xəstənin TSEK-də əlilliyinin nə vaxt təyin olunmuğu baradə Lənkəran MRX-ya hər hansı bir məlumat daxil olmamışdır. Nəzərə almağı xahiş etmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filiah tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-17-1/2-16301/2024 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına ünvanladığı Şirvan inzibati məhkəməsinin 2-1(120)- 2382/2024 nömrəli 29 may 2024-cü il tarixli sorğusu aidiyyəti üzrə baxilması üçün Fondun Maliyyə və mühasibatlıq üzrə mərkəzi filialına daxil olmuşdur. İİ dərəcəli əlillik üzrə pensiya məbləği fərdi qaydada hesablanaraq pensiyaçının sosial sığorta stajına və kapitalına əsasən təyin edilir. 2021-ci ilin yanvar - avqust aylarında İİ dərəcəli əlillik üzrə pensiya məbləği minimum 200,00 manat, sosial müavinət üzrə isə xx.xx.2019-cu il tarixindən xx.xx.2022-ci il tarixinədək 130,00 manat təşkil etmişdir. - İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının xx.xx.2014-cü il tarixli qərarı ilə İddiaçı barəsində “ümumi xəstəlik” səbəbi ilə 1 il müddətinə təkrar ikinci dərəcəli əlillik (2.2 İkinci dərəcə əlillik => 2.2.5.Digər 2.2) qeyd edilmişdir. - İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının xx.xx.2015-ci il tarixli qərarı ilə iddiaçı X4 barəsində “ümumi xəstəlik” səbəbi ilə 5 il müddətinə təkrar ikinci dərəcəli əlillik (2.2 İkinci dərəcə əlillik => 2.2.5.Digər 2.2) qeyd edilmişdir. - İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçı X4 barəsində “ümumi xəstəlik” səbəbi ilə müddətsiz təkrar ikinci dərəcəli əlillik (2.2 İkinci dərəcə əlillik => 2.2.5.Digər 2.2.8 etiologiyasından asılı olmayaraq aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması) qeyd edilmişdir - «Lənkəran rayon Mərkəzi Xəstəxanası» X13 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 18-1-58/2-1423/2024 nömrəli məktubda göstərilmişdir ki, “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” X13 məlumat üçün bildirir ki, ünvan 6 ünvanında yaşayan İddiaçı xx.xx.2021 -ci il tarixində əlillik müddəti bitdiyinə görə travmatoloq Emil Səfərova müraciət etmişdir. Müalicə həkimi də əlilliyin bərpa edilməsi üçün xəstəni stasionar müayinə və müalicəyə cəlb edib. Stasionar müalicədən sonra xəstənin yüksək ixtisaslı klinikadan rəy gətirməsi tələb olunur. Lakin xəstə rəy gətirmək üçün ixtisaslı xəstəxanaya getməkdən imtina edir və müalicə həki ona forma 88 yazaraq xx.xx.2021-ci il tarixində Lənkəran RMX-nın Poliklinika şöbəsində HM-na göndərir və əlilliyin təyin olunması üçün xəstənin sənədləri xx.xx.2021-ci il tarixdə TSEK məlumat bazasına daxil edilmişdir. Xəstəyə TSEK tərəfindən imtina verilmişdir. Təkrar xəstə xx.xx.2021-ci il tarixdə HMK-da müayinə olunub və sənədlər xx.xx.2021-ci il tarixdə TSEK-in məlumat bazasına daxil edilib, xəstəyə təkrar imtina verilmişdir. İmtinaya səbəb kimi xəstənin yüksək ixtisaslı tibb müəssisəsində müayinəsi məsləhət görülür. Xəstəyə xx.xx.2024-cü il tarixində ET Travmatologiya və Ortopediya İnstitutuna göndəriş verilib. Müayinədən sonra əyani olaraq TSEK-ə müraciət etmək məsləhət görülüb. Xəstə xx.xx.2024-cü il tarixində TSEK-də əyani müayinədə olub və xəstənin əlilliyi bərpa olunub. - Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış 26 noyabr 2024-cü il tarixli, 11-10/2-1167/2024 nömrəli məktubunda göstərilmişdir ki, müraciətdə adı qeyd edilmiş vətəndaş İddiaçı (şəxs. vəs.: AZE ********, FİN: xxxxxxx) aid modul üzərində dövlət və ya özəl xəstəxanalara göndəriş tapılmamışdır. -«Lənkəran rayon Mərkəzi Xəstəxanası» X13 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 18-1-58/2-431/2025 nömrəli məktubda göstərilmişdir ki, Lənkəran RMX PHŞ-də İddiaçı aid aparılmış müayinə və müalicələr haqqında məlumatların surətləri göndərilmişdir. Belə ki, cavabdeh orqan tərəfindən iddiaçı barəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli 0284003AAL6L saylı göndərişin surəti təqdim edilmişdir. Həmçinin cavabdeh orqan tərəfindən təqdim edilmiş xəstə qeydiyyatının qrafasından görünür ki, «Lənkəran rayon Mərkəzi Xəstəxanası» X9 həkimi E.Səfərov tərəfindən xx.xx.2021-ci il tarixdə və xx.xx.2021-ci il tarixdə ET Travmatologiya və Ortopediya İnstitutuna və İcbari ibbi Siğortaya İddiaçı barəsində müraciət göndərilmişdir. Məhkəmə tərəfindən müəyyən edilir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının xx.xx.2014-cü il tarixli qərarı ilə İddiaçı barəsində “ümumi xəstəlik” səbəbi ilə 1 il müddətinə təkrar ikinci dərəcəli əlillik (2.2 İkinci dərəcə əlillik => 2.2.5.Digər 2.2) qeyd edilmişdir, xx.xx.2016-cı il tarixli qərarı ilə iddiaçı X4 barəsində “ümumi xəstəlik” səbəbi ilə 5 il müddətinə təkrar ikinci dərəcəli əlillik (2.2 İkinci dərəcə əlillik => 2.2.5.Digər 2.2) qeyd edilmişdir. Növbəti qiymətləndirmə tarixi xx.xx.2020-ci il müəyyən edilmişdir. İddiaçı iddia ərizəsi üzrə növbəti dəfə 2021-ci ilin mart ayının 17-də tibbi müayinədən keçdiyini qeyd etmiş, lakin Xəstəxana tərəfindən müvafiq tibbi sənədlərin TSEK-na vaxtında göndərilmədiyini və xx.xx.2021-ci il tarixli göndərişlə tibbi sənədlərin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə təqdim edildiyini, sonuncunun xx.xx.2021-ci il tarixli qərarla “göndərişin natamam doldurulması” səbəbi ilə iddiaçıya əlillik təyin edilməsindən imtina edilmişdir. Bundan sonra «Lənkəran rayon Mərkəzi Xəstəxanası» X13 tərəfindən xx.xx.2021-ci il tarixdə yenidən göndəriş təqdim edilmişdir, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçı X4 barəsində “ümumi xəstəlik” səbəbi ilə müddətsiz təkrar ikinci dərəcəli əlillik (2.2 İkinci dərəcə əlillik => 2.2.5.Digər 2.2.8 etiologiyasından asılı olmayaraq aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması) qeyd edilmişdir. xx.xx.2021-ci il tarixdən İddiaçı təkrar müayinə nəticəsində əlilliyi müəyyən edildiyi üçün əlilliyə görə əmək pensiyasının ödənişi həmin tarixdən bərpa edilmişdir. Bundan sonra iddiaçı cavabdeh orqana müraciət edərək, vurulmuş ziyana görə 2302 manat kompensasiyanın ödənilməsini xahiş etmişdir. Cavabdeh orqan tərəfindən imtina edildikdən sonra, İddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən iş materialları araşdırılaraq qeyd edilir ki, məhkəmə tərəfindən göndərilmiş sorğuya cavab olaraq «Lənkəran rayon Mərkəzi Xəstəxanası» X13 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 18-1-58/2-431/2025 nömrəli məktubla xx.xx.2021-ci il tarixli 0284003AAL6L saylı göndərişin surətini təqdim edilmişdir. 0284003AAL6L saylı göndərişdə İddiaçı M24.60-oynağın ankilozu XBT kodu üzrə xəstəliyi üzrə xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə müraciət etdiyi, həmçinin «Lənkəran rayon Mərkəzi Xəstəxanası» X10 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək stasionar müalicə aldığı müəyyən olunmuşdur. İddiaçı barəsində xəstə qeydiyyatının qrafasından görünür ki, «Lənkəran rayon Mərkəzi Xəstəxanası» X9 həkimi E.Səfərov tərəfindən xx.xx.2021-ci il tarixdə və xx.xx.2021-ci il tarixdə ET Travmatologiya və Ortopediya İnstitutuna və İcbari ibbi Siğortaya İddiaçı barəsində müraciət göndərilmişdir. Bu onu deməyə əsas verir ki, İddiaçı həqiqətən də 2021-ci ilin mart ayına kimi cavabdeh orqana müraciət etmiş, həkim müayinəsində olmuş, cavabdeh orqanda fəaliyyət göstərən həkim E.Səfərov tərəfindən xx.xx.2021-ci il tarixdə ET Travmatologiya və Ortopediya İnstitutunda əyani müayinə olunması üçün göndərilmişdir. Lakin iddiaçı barəsində Forma 88 göndərişi xx.xx.2021-ci il tarixdə, yəni 3 ay fasilədən sonra tərtib edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə təqdim edilmişdir. Bundan sonra sonuncunun xx.xx.2021-ci il tarixli qərarla iddiaçıya əlillik təyin edilməsindən imtina edilmişdir və səbəb olaraq “göndərişin natamam doldurulması-səbəb: Bakı ET Travmatologiya və Ortopediya İnstitutundan yeni rəy alması görülməsi” səbəbini göstərmişdir. Təqdim edilmiş xəstə qeydiyyatının qrafasından və ET Travmatologiya və Ortopediya İnstitutundan göndərilmiş tibbi sənədlərdən görünür ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin göstərişi üzrə cavabdeh orqan 1 ay fasilədən sonra, yəni xx.xx.2021-ci il tarixdə rəy verilməsi üçün iddiaçını ET Travmatologiya və Ortopediya İnstitutuna göndərmişdir. Məhkəmə yuxarıda qeyd edilən sübutlara münasibətdə bildirir ki, 2021-ci ilin yanvar ayından 2021-ci ilin avqust ayları üzrə iddiaçıya əlilliyin təyin edilməməsi və buna görə pensiyadan məhrum edilməsi cavabdeh inzibati orqanın təqsiri nəticəsində yaranmışdır və iddiaçını onun konstitusion hüququ olan- sosial təminat hüququndan məhrum etmişdir Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filiah tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-17-1/2-16301/2024 nömrəli məktubunda göstərilmişdir ki, İİ dərəcəli əlillik üzrə pensiya məbləği fərdi qaydada hesablanaraq pensiyaçının sosial sığorta stajına və kapitalına əsasən təyin edilir. 2021-ci ilin yanvar - avqust aylarında İİ dərəcəli əlillik üzrə pensiya məbləği minimum 200,00 manat, sosial müavinət üzrə isə xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək 130,00 manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, tutulacaq məbləğ 2021-ci ilə münasibətdə ikinci dərəcə əlilliyə görə əmək pensiyasının məbləği ilə, yəni 200 manat olaraq hesablanmalıdır. Bu halda məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır, iddia qismən təmin edilməlidir. Tətbiq olunan hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyasının 12.1 -ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyasının 16.1 -ci maddəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Konstitusiyanın 25-ci maddəsinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Konstitusiyasının 71 -ci maddəsinin 1 -ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1 -ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1 -ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.2-ci maddəsinə görə iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. "Əmək pensiyaları haqqında” Qanun: Maddə 4. Əmək pensiyasının növləri və tərkibi 4.1. Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. Maddə 11. Əlilliyə görə əmək pensiyası 11.1. Əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki pozuntulara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Orqanizmin funksiyalarının pozulması faizi, əlilliyin səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası”: Maddə 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Maddə 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat "Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. "İnzibati icraat haqqında” Qanunun 89.1 -ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 -ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, MM-nin 21 -ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Bununla yanaşı, "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 89.1 -ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Sadalanan maddi hüquq normalarının tələbinə görə delikt məsuliyyətinin yaranması üçün qanunvericilikdə nəzərdə tutulan şərtlər (MM-in 1096.1 -ci maddəsi) (ziyanın mövcud olması, ziyanın hüquqa zidd hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, hərəkət (hərəkətsizliklə) nəticə arasında səbəbli əlaqənin və ziyan vuran şəxsin təqsirinin möcvud olması) ümumi norma olduğundan qeyd edilən normanın tətbiqi zamanı da həmin şərtlər tam ödənməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 -ci maddsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qanunvericiliyin qeyd olunan müddəasının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Mülki Məcəllənin 1100-cü madəsinin tələblərinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə əsasən «əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradanqaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir». Belə ki, cavabdeh orqanın iddiaçınya 6 ay sonra, yəni 2022-ci ilin iyun ayında əlilliyə görə pensiya almasına dair iddiaçının təqsirli olması barədə heç bir qeyd edilməmiş, sübut təqdim edilməmişdir. Məhkəmə, həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, faktiki xarakterli hərəkətlərin qanuniliyinin yoxlanılması inzibati aktların qəbulu, dəyişdirilməsi, ləğvi, icrasının qanuniliyinin yoxlanılması ilə bağlı olduğu kimi "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununmüəyyən etdiyi şərtlər çərçivəsində həyata keçirilməlidir. Belə ki, Adıçəkilən Qanunun 1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Qanunun 1.2-ci maddəsində isə qeyd edilmişdir ki, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Göründüyü kimi inzibati aktla bağlı inzibati orqanların həyata keçirmiş olduğu fəaliyyətin aparılmasının qanuniliyini müəyyən edən adıçəkilən Qanunla nəzərdə tutulmuş şərtlər inzibati orqanların faktiki xarakterli fəaliyyətinin də həyata keçirilməsində məcburi qüvvəyə malikdir. Beləliklə inzibati orqanın həm inzibati akt xarakteri daşıyan qərarları, həm də faktiki xarakterli digər hərəkətləri ilə bağlı inzibati orqan tərəfindən "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan prinsip və qaydalarına (məlumatlandırma, tam və obyektiv araşdırma, inzibati akt və faktiki xarakterli hərəkətin qanuniliyi, əlverişlilik meyarları və s) əməl edilməsi zəruridir. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1 -ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1 -ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia ərizəsi qismən təmin edilsin. İddiaçı xeyrinə (2021-ci ilin yanvar ayı-avqust ayları) 1600 manat (bir min altı yüz) manat pul məbləği kompensasiya olaraq «Lənkəran rayon Mərkəzi Xəstəxanası» X8 tutularaq ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-723/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-723/2025
08.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver