Məhkəmə qərarları › İş №2-1(120)-724/2023

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-724/2023

25.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-724/2023 25.05.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı, Üçüncü şəxs X1 nümayəndəsi vəkil X11 iştirakı ilə, İddiaçı Cavabdehnə (X3 iş üzrə üçüncü şəxs qismində cəlb edilməklə) qarşı Cavabdehndə keçirilmiş 27 may 2021-ci il və 25 fevral 2021-ci il tarixli iclaslarda qəbul edilmiş qərarlar üzrə tərtib edilmiş protokollar etibarsız hesab edilməsi, Cavabdeh sədri Solmaz Rəhimovanın hərəkətlərinin qanunsuz hesab edilməsi və onların nəticələri üzrə tərtib edilmiş protokolların qanunsuz sayılması, Cavabdeh sədri Solmaz Rəhimova barədə xüsusi qərardad çıxarılması və Prokurora xəbər verilməsi barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq,müəyyən etdi Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndə keçirilmiş 27 may 2021-ci il və 25 fevral 2021-ci il tarixli iclaslarda qəbul edilmiş qərarlar üzrə tərtib edilmiş protokolların etibarsız hesab edilməsi, Cavabdeh sədri Solmaz Rəhimovanın hərəkətlərinin qanunsuz hesab edilməsi və onların nəticələri üzrə tərtib edilmiş protokolların qanunsuz hesab edilməsi, Cavabdeh sədri Solmaz Rəhimova barədə xüsusi qərardad çıxarılması və prokurora xəbər verilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 2-1(120)-2123/2022 nömrəli qərardadı ilə X1 iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2000-ci il tarixli 137-3-7 qərarı ilə Bələdiyyənin ehtiyyat fondunda olan Ağ göl ərazisində yerləşən 17 ha örüş-otlaq torpaq sahəsi onun icarəsinə verilmişdir. Həmin icarə müqaviləsinə əsasən Azərbaycan Respublikası Dövlət Xəritəçəkmə və Torpaq komitəsinin Ağcabədi rayon şöbəsi tərəfindən ona şəhadətnamə də verilmişdir. İcarə müqaviləsinin müddəti 2016-cı ildə bitməsinə baxmayaraq qanunvericiliyin tələblərinə uyğun yəni “İcarə haqqında” qanunun 13.5-ci bəndinə əsasən tərəflər arasında rəsmi qaydada icarə müqaviləsinin xitama verilməsi ilə bağlı heç bir xəbərdarlıq edilməmişdirsə, müqavilə üzrə öhdəliklər və müddət davam etdirilmiş hesab edilir. Belə ki, o, icarə müqaviləsinin bitdiyi andan hazırki vaxtadək icarə müqaviləsi ilə hesablanmış icarə haqlarının vaxtlı-vaxtında ödəmişdir. Bütün bunlara baxmayaraq sonuncu dəfə yəni 2022-ci ilin fevral ayında o, icarəsində olan torpaq sahəsi ilə əlaqədar 100 manat icarə haqqını ödədikdən sonra Cavabdeh sədri Solmaz Rəhimova ona ünvanladığı 22 aprel 2022-ci il tarixli 221 saylı məktubunun məzmunundan ona məlum oldu ki, onun icarəsinə verilmiş 17 ha örüş-otlaq torpaq sahəsi ilə bağlı artıq 2021ci ilin avqust ayında hərrac təşkil edildiyindən və həmin hərracda Xalidə İmamquliyeva qalib çıxdığından torpaq sahəsi onun icarəsinə verilmişdir və 2022-ci ilə görə icarə haqqı ilə ödədiyi 100 manat icarə haqqı pulu geri qaytarılacaqdır. Cavabdeh sədri X5 bu hərəkətlərini qanunsuz hesab edilməli və onun barəsində Azərbaycan Respublikası MPMnin 265.4-cü maddəsində nəzərdə tutulmuş əsaslarla xüsusi qərardad çıxarılaraq prokrorluq orqanlarına verilməlidir. 2021-ci ilin payız aylarında icarəsinə verilmiş torpaq sahəsinin Xalidə İmamquliyevanın icarəsinə verilməsi ilə bağlı ona şifahi qaydada məlumat daxil olduqdan sonra və müəyyən hərəkətlər Xalidənin tərəfindən həyata keçirildiyindən o, nəinki X12 hətta məsələyə aydınlıq gətirmək məqsədi ilə Cavabdehnə ünvanladığı 29 noyabr 2021-ci il tarixli ərizə Cavabdeh üzvü, Hüquq Məsələləri daimi komissiyanın sədri X14 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktubunda aşağıdakılar qeyd edilmişdir: “Sizə bildirirəm ki, Sizin icarənizdə olan, bələdiyyə mülkiyyəti olan həmin sözügedən 17 ha örüş otlaq sahəsinin hərraca çıxarılmasında bir bələdiyyə üzvi, hüquq məsələləri daimi komissiyasının sədri kimi mənim də xəbərim və iştirakım olmamışdır. Belə ki, torpaq sahəsi hərraca çıxarılmamışdan əvvəl həmin torpaq sahəsinin kadastr planın alınması üçün dövlət hakimiyyət orqanlarından rəyin alınması, həmin torpaq sahəsinə bələdiyyənin adına DƏDRX-nin Beyləqan 6 saylı ərazi idarəsindən çıxarış və plan ölçü sənədlərinin hazırlanması və həmin 17 ha torpaq sahəsinin hərraca çıxarılması barədə prosedurların keçirilməsi barədə bələdiyyə iclasları keçirilməmiş, digər bələdiyyə üzvləri kimi mənim də həmin iclaslarda iştirakım və xəbərim olmamışdır. Mən bu proseduraları qanunsuz hesab edirəm.” Hələ 2021-ci il tarixdə Cavabdeh sədrinin ona ünvanladığı 13 dekabr 2021-ci il tarixli 624 nömrəli məktubunda “Hörmətli Solmaz xanım, icarəmə verilmiş torpaq sahəsi ilə əlaqədar 2016-cı ilədən etibarən 2021-ci il daxil olmaqla icarə haqlarının tam ödənilməsini torpaq sahəsinin istifadə də olmasını desə də, nədənsə həmin torpaq sahəsinin təkrarən 2021-ci il tarixdə Xalidə İmamquliyevanın icarəsinə verilməsi barədə bir kəlimə də söz işlətməmişdir. Halbuki, Cavabdeh üzvü Hüquq Məsələləri daimi komissiyanın sədri X6 mənə ünvanladığı xx.xx.2021-ci il tarixli cavab mövzusuna istinad etsə Xalidə İmamquliyevanın icarəsinə verilməsi ilə bağlı nəinki heç bir iclaslar keçirilmədiyindən və bələdiyyə üzvlərinin bu iclasda olmadan qərar qəbul edildiyinin, hətda onların xəbəri və iştirakı olmadan keçirilmiş hərracın tamamı ilə qanunsuz və cinayət xarakterli olmasının şahidi oluruq” bildirmişdir. O, hərracın nəticəsinin etibarsız hesab edilməsi və Bələdiyyənin icarə müqaviləsinin ləğv edilməsi ilə bağlı ümumi məhkəməyə müraciət etməsinə baxmayaraq hesab edir ki, Cavabdeh sədri Solmaza Rəhimovanın ondan xəbərsiz torpağın təkrar icarəyə verilməsi ilə bağlı hərəkətləri, bu proseslərin ondan gizlədilməsi, ilkin cavab məktubunda onu bildirməməsi sonuncunun cavab məktubunda icarə haqqının geri qaytarılması ilə əlaqədar hərəkətləri qanunsuz hesab edilməlidir. Həmçinin hesab edir ki, icarəsinə verilmiş torpaq sahəsi ilə bağlı onun təkrar icarəyə verilməsi məqsədi ilə Cavabdehndə keçirilmiş iclaslar və həmin nəticələr üzrə tərtib edilmiş protokollar etibarsız hesab edilməlidir. İddiaçı iddia ərizəsinə əlavə təqdim edərək, Cavabdeh 22.12 2000-ci il tarixli, 137-3-7 nömrəli sərəncamına əsasən. Bələdiyyəyə maxsus 17 ha torpaq sahəsi 15 il müddətinə mənim icarəmə verilmiş, 2016-cı ildə isə icarə müddəti başa çatmışdır. Buna baxmayaraq, icarədar tərəfindən icarə müqaviləsinin davam etdirilməsi və ya ləğv edilməsi ilə bağlı hər hansı rəsmi məlumat ona bildirilməmiş, öz növbəsində tərəfimdən icarə haqqının ödənilməsi davam etdirilmiş və torpaqdan istifadə etmişdir. Cavabdeh ona ünvanladığı 13 dekabr 2021 -ci il tarixli 624 №li məktubda qeyd edilmişdir ki, «xx.xx.2000-ci iltarixdə müqavilə əsasında icarənizə verilmiş 17 ha torpaq sahəsinin xx.xx.2015-ci il tarixdə vaxtı bilmişdir. İcaraya götürdüyünüz 15 il üçün bəladiyya torpağının icarəs haqqı ödənilmişdir. Hamin torpaq sahasi 2016-cı ildən 2021 -ci il daxil olmaqla, bizim istifadəmizdə olmuşdur. İstifada eldiyimiz torpaq sahəsinin 2021 -ci il da daxil olmaqla istifada pulu ödənilmişdir. Bundan sonra 2022-ci il üçün də icarə haqqı tarafından ödənilmiş va Ağcabadi Baladiyyəsi tərəfindən həmin məbləğ geri qaytarılmamış, başqa sözlə müqavilənin davam etdirilməsinə bir daha razılıq verilmişdir. Belə ki. icarəyə götürülmüş mübahisəli torpaqda tərəfindən 152 baş iri buynuzlu heyvan va 180 baş xirda buynuzlu heyvan saxlanılır. Bu hal Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Ağcabədi rayon Baytarlıq idarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 357 №li arayışla da tasdiq edilir. Lakin bir neçə ay bundan qabaq mənə malum olmuşdur ki, cavabdeh Ağcabədi rayonu, Avşar kand sakini X4 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Hərracların Təşkili üzra X9 Torpaq müsabiqa və hərrac komissiyası tərəfindən keçirilmiş hərracın qalibi olmuşdur. Belə ki, Cavabdeh xx.xx.2021-ci il tarixli, 10 saylı iclas qərarı ilə sözügedən torpaq sahəsi heyvandarlığın inkişafı məqsədilə icarəyə verilməsi üçün müsabiqəyə çıxarılmış, cavabdeh X4 müsabiqənin qalibi olmuşdur. xx.xx.2021 -ci il tarixdə Cavabdeh ilə X.İmamquliyeva arasında icara müqaviləsi bağlanaraq, sonuncu tərəfindən və Azərbaycan Respublikası Əmlak X13 yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2021 -ci il tarixdə ********** nömrəli çıxarış əlda edilmişdir. Tərəfimdən ərizə ilə Cavabdehnə və Azərbaycan Respublikası Ədliyya Nazirliyinin Bərdə Regional Ədliyyə İdarəsinə müraciət olunmuş, cavab məktubu ilə bələdiyyənin üzvü hüquq məsələləri üzrə daimi komissiyanın sədri Çərkəz Ağayev tərəfindən ona bildirilmişdir ki. «icarənizdə olan bələdiyyə mülkiyyəti olan həmin sözügedən 17 ha örüş otlaq sahəsinin hərraca çıxarılmasından bir bələdiyyə üzvü, hüquq məsələləri üzrə komissiyanın sədri kimi xəbəri və iştirakı olmamışdır. Torpaq sahəsi harraca çıxarılmamışdan əvvəl həmin torpaq sahəsinin kadastr planının alınması üçün dövlət hakimiyyət orqanlarından rəyin alınması, həmin toıpaq sahəsinə Baladiyyanin adma DƏDRX-in Beyləqan 6 saylı ərazi idarəsindən çıxarış va plan ölçü sənədlərinin hazırlanması, həmin 17 ha toıpaq sahəsinin hərraca çıxarılması barədə prosedurların keçirilməsi barədə bələdiyyə iclasları keçirilməmiş, digər bələdiyyə üzvləri kimi onun da həmin iclaslarda iştirakım və xabarim olmamış va bu prosesdurları qanunsuz hesab edir. Mövcud qanunvericiliyə uyğun olaraq hərracın keçirilməsi barədə hərrac elanları Ağcabədi Balədiyyəsinin binasının lövhəsində və şəhər əhalisinin gediş-gəlişi yüksək olan ictimai yerlərdə elanlar göstərilməlidir. Lakin bu prosedurlar keçirilməmiş, ciddi qanun pozuntularına yol verilmişdir. Həmçinin Bərdə Regional Ədliyyə İdarəsindən də ona aidiyyəti üzrə məhkəməyə müraciət etmək məsləhət bilinmişdir. Hesab edir ki, qanuni istifadəsinə verilmiş 17 ha torpaq sahəsinin üçüncü şəxsin istifadəsinə verilməsi qanunsuz olmuş, torpaq sahəsi qanuna müvafiq olaraq onun istifadəsinə verilsə də, keçirilmiş hərrac barədə ona məlumat verilməmişdir. Halbuki iş materiallarında olan baxış aktından da, görünür ki, mübahisəli torpaq sahəsinə baxış keçirilən zaman aktda həmin toıpaq sahəsinin əvvəllər onun icarasina verilməsi va hazırda tərəfindən istifadə olunması öz əksini tapmışdır. Göründüyü kimi hərracın keçirilməsindən xəbərimizin olmadığını, həm rəsmi sənədlərlə həmdə şifahi olaraq sübut etdiyi halda qarşı tərəfin əksin sübut edən hər hansı bir subut yoxdur. O, təkrar torpağın ona verilməsini, hətta sənədləşdirilməsi barədə köməklik də istəmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə etdiyini bildirərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs X3 tərəfindən etiraz və qeydlər verilərək bildirilmişdir ki, Cavabdeh sədri Solmaz Rəhimovanın hərəkətlərinin qanunsuz hesab edilməsi və onların nəticələri üzrə tərtib edilmiş protokolların qanunsuz hesab edilməsi, Cavabdeh sədri Solmaz Rəhimovanın barəsində xüsusi qərardad çıxarılması və prokurora xəbər verilməsi" hissəsində mümkünsüzdür, inzibati prosessual qaydada baxılmalı iddia deyildir. İddia ərizəsi “Cavabdeh sədri Solmaz Rəhimovanın hərəkətlərinin qanunsuz hesab edilməsi" kimi yazılsa da tələb hissəsi məzmununa uyğun olmamış, iddiaçının onunla yaxrn münasibətdə olan Çərkəz Ağayevin həqiqətə uyğun olmayan sözlərinə əsaslanmışdır. X17 bələdiyyəsinin sədri Solmaz Rəhimova ilə münasibətləri pis olduğundan həqiqətə uyğun olmayan izahat yazmışdır. Cavabdeh 25 may 2021-ci il tarixli, 10 saylı qərarla mülkiyyətində oian torpaq sahəsinin 17 ha hissəsini hərrac yolu ilə icarəyə verilməsi üçün müsabiqəyə çıxarmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Hərracların təşkili üzrə X9 Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən həmin qaydalara riayət edilməklə keçirilən müsabiqənin qalibi olmuşdur. Hərracın nəticələrinə uyğun olaraq onunla Cavabdeh arasında xx.xx.2021-ci i i tarixdə icarə müqaviləsi bağlanmış, icarəyə götürdüyüm torpaq sahəsi üzərində istifadə hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən çıxarış verilmişdir. Hazırkı iddia ərizəsi üzrə iddiaçı heç bir əsas olmadan icarəyə götürdüyü torpaq sahəsindən istifadəsinə maneçilik törədir, bəhanə olaraq torpaq isinin əvvəllər onun istifadəsində otduğunu, guya hərracın keçirilməsindən xəbərsiz olduğunu göstərir. Əslində yuxanda qeyd etdiyi kimi hərrac bütün qaydalara yuğun olaraq keçirilmişdir, cavabdehin hərrac barədə məlumatı olmuşdur. Ən azından o icarə müqaviləsinin müddətinin bir neçə il əvvəl başa çatması səbəbindən bunu bilirdi. Hazırkı iddia ərizəsi üzrə iddiaçının qanunsuz müdaxiləsi nəticəsində mülkiyyət hüquqları pozulur. İddiaçının hazırkı iddia ərizəsi üzrə eyni predmet və eyni ta iddiası əsasında Xocavənd rayon Məhkəməsinin 16 sentyabr 2022-ci il qətnaməsi ilə iddia rədd edilmişdir. Göründüyü kimi, mülki qanunvericiliyin malarının mülkiyyətçilərin hüquqlarının müdafiə məqsədi güddüyü şübhəsizdir. Təbiidir ki, əks təqdirdə qanun fəaliyyətsiz qalar ki, bu da qanunverciliyin çatmaq istədiyi ümumi məqsəd xəyali xarakter alardı. Məhkəmələr tərəfindən çıxarılan qərarlar qanuni olmaqla bərabər, həm ədalətli olmalı, ictimai münasibətlərin düzgün tənzimlənməsinə xidmət etməlidir. Şərh olunanlara əsasən xahiş etmişdir ki, İddiaçı Cavabdehnə qarşı ''Cavabdeh 25 may 2021-ci il tarixli və 27 fevral 2021-ci il tarixli iclaslarında qəbul edilmiş qərarlar üzrə tərtib edilmiş protokolların etibarsız hesab edilməsi, Cavabdeh sədri Solmaz Rəhimovanın hərəkətlərinin qanunsuz hesab edilməsi və onların nəticəiəri üzrə tərtib edilmiş protokolların qanunsuz hesab edilməsi, Ağcabədi rəiədiyyəsinin sədri Solmaz Rəhimovanın barəsində xüsusi qərardad çıxarılması və prokurora xəbər verilməsi" barədə iddiası üzrə başlanmış 2-1(120)-2123/2022 saylı iş üzrə iddianın mümkün sayılmamasına dair qərardad qəbul edilsin. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X1 vəkil X18 iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehnə hazırlıq icraatı ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki,məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. Məhkəmə İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələbini və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli № 5 nömrəli Qərarında göstərilən tövsiyyələri rəhbər tutaraq iddiaçıyayazılı şəkildə yardım göstərib, iddia tələbinin dəqiqləşdirilməsi yəni hazırkı mübahisənin həlli üçün subyektiv hüququna dair və yaxud cavabdeh inzibati orqan tərəfindən subyektiv hüququnun pozulmasına dair sənədlərin məhkəməyə təqdim olunması ilə bağlı hüquqlarını izah etmişdir. Buna baxmayaraq iddiaçı həmin sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 6.1-ci maddəsində qeyd olunur ki, torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin qərarın 6.2-ci bəndində isə qeyd olunur ki, eyni zamanda, torpaqla bağlı müqavilələrdən (alqı-satqı, o cümlədən, torpağın hərrac vasitəsilə satılması, icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilənin iştirakçılarının statusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxılır. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı Cavabdehndə keçirilmiş 27 may 2021-ci il və 25 fevral 2021-ci il tarixli iclaslarda qəbul edilmiş qərarlar üzrə tərtib edilmiş protokollar etibarsız hesab edilməsi, Cavabdeh sədri Solmaz Rəhimovanın hərəkətlərinin qanunsuz hesab edilməsi və onların nəticələri üzrə tərtib edilmiş protokolların qanunsuz sayılması, Cavabdeh sədri Solmaz Rəhimova barədə xüsusi qərardad çıxarılması və Prokurora xəbər verilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının tələbini yuxarıda qeyd olunan sübut və hüquq normaları ilə yanaşı, mövcud qanunvericiliyin aşağıda qeyd olunan hüquq normaları daxilində qiymətləndirməyi zəruri hesab edir: Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının Qanunun 6.1-ci maddəsinə əsasən Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin Qanunun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 56-cı maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. Həmin Məcəllənin 56-cı maddəsinin 2-ci bəndinə əsasən Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci və 146.2-ci maddələrinə uyğun olaraq daşınmaz əmlakla bağlı hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Müvafiq olaraq daşınmaz əmlak üzərində sərəncam vermək, hüququ həmin əmlakın dövlət reyestrində qeydiyyatı tarixindən əmələ gəlir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçıya Cavabdeh xx.xx.2000-ci il tarixli 137-3-7 qərarı ilə Bələdiyyənin ehtiyyat fondunda olan Ağ göl ərazisində yerləşən 17 ha örüş-otlaq torpaq sahəsi onun icarəsinə verilmişdir. Həmin icarə müqaviləsinə əsasən Azərbaycan Respublikası Dövlət Xəritəçəkmə və Torpaq komitəsinin Ağcabədi rayon şöbəsi tərəfindən ona şəhadətnamə də verilmişdir, icarə müqaviləsi 2015-ci il tarixdə bitmişdir, iddiaçı icarə müqaviləsinin bitdiyi andan 2022-ci ilin fevral ayına kimi icarə müqaviləsi ilə hesablanmış icarə haqlarının vaxtlı-vaxtında ödədiyini, 2022-ci ilin aprel ayında Bələdiyyə tərəfindən məktubla torpaq sahəsinin başqa şəxsə icarə verilməsini və ödənilən 100 manat geri qaytarılacağını bildirdikdən sonra məlumatlı olduğunu bildirmişdir. Lakin iş materiallarında olan İddiaçı tərəfindən Ağcabədi rayon Notariat Ofisinə ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizəyə əsasən, Ağcabədi Rayon Bələdiyyəsinin mülkiyyətində olan, 22 dekabr 2000-ci il tarixdə 137-3-7 qərarı ilə icarəyə verilmiş JN 5846 saylı şəhadətnaməyə əsasən 17 ha torpaq sahəsinin icarə müddəti başa çatdığı üçün elektron sistemdən silinməsinə etiraz etməmiş, razıdır. Həmin torpaq sahəsinin yenidən sənədləşməsinə köməklik göstərilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsi üzrə Cavabdehndə keçirilmiş 27 may 2021-ci il və 25 fevral 2021ci il tarixli iclaslarda qəbul edilmiş qərarlarının etibarsız hesab edilməsini onunla əsaslandırmışdır ki, hərrac keçirilməsi və mübahisəli torpaq sahəsinin başqa şəxsin icarəsinə verilməsi barədə cavabdeh orqan tərəfindən heç bir məlumat verməmişdir. Halbuki işdə olan Cavabdeh 25 fevral 2021-ci il 04 saylı iclas protokolunun qərardan çıxarışda ilə Cavabdeh icarə predmeti olan keçmiş Ü.Hacıbəyli adına təsərrüfatın ərazisində yerləşən 17 ha torpaq sahəsinin yerquruluşu təsərrüfat planına yaşayış məntəqəsinin baş planına ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğundan və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilmədiyindən habelə elektrik, rabitə, nəqliyyat, qaz, su kanalizasiya və digər komunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşmədiyindən həmmin torpaq sahəsi ilə bağlı müsabiqənin keçirilməsi üçün torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanması qərara alınmışdır. Sonradan xx.xx.2021-ci il tarixli çıxarışla Ağcabədi şəhəri, Ü.Hacıbəyov kolxoz ərazi idarəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Bundan sonra Cavabdeh 27 may 2021-ci il 10 saylı iclas protokolunun qərardan çıxarışla, Cavabdeh mülkiyyətində icaraə predmeti olan kənd təsərrüfatı təyinatlı örüş otlaq torpaq sahəsinin heyvandarlığın inkişafı məqsədi ilə müsabiqəyə çıxarılmış keçmiş Ü.Hacıbəyli adına təsərrüfatın ərazisində yerləşən 17 ha torpaq sahəsinin icarəyə verilməsi üçün müsabiqənin keçirilməsi barədə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydə alınma prosedurunun başa çatdığı, Cavabdeh mülkiyyətində olan kənd təsərrüfat təyinatlı 17 ha örüş-otlaq torpaq sahəsinin icarə haqqı hər bir hektar üçün il ərzində 100, yəni 17X100=1700 manat müəyyən edilmiş, müsabiqə keçirilməsi barədə bələdiyyə ilə Azərbaycan ƏMDK-nin yanında Hərracların Təşkili üzrə X9 Ərazi İdarəsi, torpaq müsabiqə və hərrac komissiyası arasında müqavilə bağlanması qərara alınmışdır. Göründüyü kimi, iddiaçının iddia ərizəsində iddia etdiyi kimi onun iştirakı olmadan hərracın keçirilməsi və üçüncü şəxs X.İmamquliyevanın müsabiqənin qalibi olması, torpaq sahəsinin onun istifadəsinə qanunsuz olaraq verilməsini əsaslandırsa da, Cavabdehndə keçirilmiş 27 may 2021-ci il və 25 fevral 2021-ci il tarixli iclaslarda qəbul edilmiş qərarlarında bu məlumatlar öz əksini tapmamışdır. Ağcabədi ərazisində yerləşən Cavabdeh mülkiyyətinə aid 17.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzrə illik icarə haqqı 1740 manat ən yüksək təklif vermiş X.İmamquliyevanın müsabiqədə qalib olması barədə məlumat AR ƏMDX yanında Hərracların Təşkili üzrə X9 Torpaq Müsabiqə və hərrac komissiyasının xx.xx.2021-ci il tarixli, 536 saylı protokolunda öz əksini tapmışdır. "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş Əsasnamənin 1-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Əsasnamənin 16-cı bəndinə əsasən, ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Həmin Əsasnamənin 22-ci bəndinə əsasən, bələdiyyə hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edərək, həmin qərarın bir nüsxəsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, daşınmaz əmlakın kadastr xəritəsindən çıxarış və qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış ilə birlikdə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Həmin Əsasnamənin 27-ci bəndinə əsasən, torpağa mülkiyyət, istifadə və icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsdiq edən sənəd qanunvericiliklə müəyyən edilmiş qaydada verilir. Göründüyü kimi Cavabdeh qanunvericilik üzrə ona verilmiş səlahiyyətlərə uyğun fəaliyyət göstərərək 27 may 2021-ci il və 25 fevral 2021-ci il tarixli iclaslar protokolunun qərarlarını qəbul etmişdir. İşdə olan Cavabdeh 25 fevral 2021-ci il 04 saylı iclas protokolunun qərarından çıxarışdan görünür ki, Cavabdeh icarə predmeti olan keçmiş Ü.Hacıbəyli adına təsərrüfatın ərazisində yerləşən 17 ha torpaq sahəsinin yerquruluşu təsərrüfat planına yaşayış məntəqəsinin baş planına ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğundan və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilmədiyindən habelə elektrik, rabitə, nəqliyyat, qaz, su kanalizasiya və digər komunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşmədiyindən həmmin torpaq sahəsi ilə bağlı müsabiqənin keçirilməsi üçün torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanması qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli çıxarışın surətindən görünür ki, Ağcabədi şəhəri, Ü.Hacıbəyov kolxoz ərazi idarəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan Cavabdeh 27 may 2021-ci il 10 saylı iclas protokolunun qərarından çıxarışdan görünür ki, Cavabdeh mülkiyyətində icaraə predmeti olan kənd təsərrüfatı təyinatlı örüş otlaq torpaq sahəsinin heyvandarlığın inkişafı məqsədi ilə müsabiqəyə çıxarılmış keçmiş Ü.Hacıbəyli adına təsərrüfatın ərazisində yerləşən 17 ha torpaq sahəsinin icarəyə verilməsi üçün müsabiqənin keçirilməsi barədə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydə alınma prosedurunun başa çatdığı, Cavabdeh mülkiyyətində olan kənd təsərrüfat təyinatlı 17 ha örüş-otlaq torpaq sahəsinin icarə haqqı hər bir hektar üçün il ərzində 100, yəni 17X100=1700 manat müəyyən edilmiş, müsabiqə keçirilməsi barədə bələdiyyə ilə Azərbaycan ƏMDK-nin yanında Hərracların Təşkili üzrə X9 Ərazi İdarəsi, torpaq müsabiqə və hərrac komissiyası arasında müqavilə bağlanması qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə regional Ədliyyə İdarəsinin xx.xx.2023-cü il tarixli, 316-22/2-207/2023 saylı məktubunda göstərilmişdir ki, Sorğunuza əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “X10” pubik hüquqi şəxsin Beyləqan Ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən xx.xx.2021-ci il tarixdə keçirilmiş müsabiqənin qalibi X3 ilə Cavabdeh arasında notarial qaydada bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsinin surəti məhkəməyə göndərilmişdir. -İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan ərazi idarəsinin xx.xx.2022-ci il tarixli **********02 nömrəli məktubundan göstərilmişdir ki, Daxil olmuş 2-1 (120) - 2123/2022 saylı məktubda qeyd edilən İddiaçı adına verilmiş JN-5846, KOD 60800001 nömrəli “torpaqdan müvəqqəti istifadə hüququna dair” şəhadətnamənin təsdiq olunmuş surəti təqdim olundu.Bundan əlavə olaraq bildirilir ki, sənədlərin verilməsinə əsas olan sənədlər Ərazi İdarəsinin arxivində aşkar edilmədiyi üçün sənədlərin təsdiq edilmiş surətləri təqdim etmək mümkün olmadı. İşdə olan Cavabdeh 07 dekabr 2022-ci il tarixli 666 nömrəli məktubundan görünür ki, Cavabdeh üzvlərinin 27 may 2021 -ci il tarixdə , 25 fevral 2021-ci il tarixdə keçirilmiş Cavabdeh iclaslarında iştirak edən bələdiyyə üzvlərinin iclasda iştirak etmələri barədə ərizələri məhkəməyə göndərilir. İşdə olan Xocavənd rayon Məhkəməsinin Şirvan İnzibati Məhkəməsinə ünvanladığı 28 fevral 2023-cü il tarixli 21/2023 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı cavabdehlər Cavabdehnə. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Hərracların Təşkili üzrə X9 Torpaq Müsabiqə və hərrac komissiyasına və X7ma qarşı «torpaq müsabiqə və hərracın nəticələrinin etibarsız hesab edilməsi, cavabdehə verilmiş torpaq müsabiqə və hərracın nəticələrinə dair şəhadətnamənin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınma/ əmlakın Dövlət reyistrindən çıxarışın ləğv edilməsi və icarə müqaviləsinin bağlanmış hesab edilməsi» tələbinə dair mülki iş 2022-ci ildə etirazla baxılması üçün Xocavənd Rayon Məhkəməsinə göndərilmişdir. Xocavənd Rayon Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli, 2(069)-159/2022 saylı qətnaməsinə əsasən, İddiaçı cavabdehlər Cavabdehnə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Hərracların Təşkili üzrə X9 Torpaq Müsabiqə və hərrac komissiyasına və X2 qarşı «torpaq müsabiqə və hərracın nəticələrinin etibarsız hesab edilməsi, cavabdehə verilmiş torpaq müsabiqə və hərracın nəticələrinə dair şəhadətnamənin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyistrindən çıxarışın ləğv edilməsi və icarə müqaviləsinin bağlanmış hesab edilməsi» tələbinə dair iddiası təmin edilməmiş və İddiaçı tərəfindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilmişdir.Qətnamədən narazı qalan İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti 2(069)- 159/2022 saylı mülki iş ilə birlikdə 02 noyabr 2022-ci il tarixdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə olan Cavabdeh məhkəməyə ünvanladığı 15 mart 2022-ci il tarixli 115 nömrəli məktubundan göstərilmişdir ki, Cavabdeh mülkiyyətində icarə predmeti olan keçmiş Ü.Hacıbəyli adma təsərrüfatın ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqlar fonduna aid olan heyvandarlığın inkişafı məqsədi ilə müsabiqəyə çıxarılmış 17 ha torpaq sahəsi barədə əvvəlki icarədar İddiaçı heç bir təklif olunmamış və bununla əlaqədar heç bir məlumat da göndərilməmişdir. İşdə olan İddiaçı tərəfindən Ağcabədi rayon Notariat Ofisinə ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, Ağcabədi Rayon Bələdiyyəsinin mülkiyyətində olan, 22 dekabr 2000-ci il tarixdə 137-3-7 qərarı ilə icarəyə verilmiş JN 5846 saylı şəhadətnaməyə əsasən 17 ha torpaq sahəsinin icarə müddəti başa çatdığı üçün elektron sistemdən silinməsinə etiraz etməmiş, razıdır. Həmin torpaq sahəsinin yenidən sənədləşməsinə köməklik göstərilməsini xahiş etmişdir. İşdə olan Şirvan Apellyasiya Məhkəməsinin Şirvan İnzibati Məhkəməsinə ünvanladığı 30 mart 2023-cü il tarixli 2(106)154/2023 nömrəli məktubda göstərilmişdir ki, İddiaçı cavabdehlər Cavabdehnə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Hərracların Təşkili üzrə X9 Torpaq Müsabiqə və hərrac komissiyasına və X2 qarşı Cavabdeh 25 fevral 2021-ci il və 27 may 2021 -ci il tarixli qərarlarının etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Xidmətinin yanında Hərracların Təşkili üzrə X8 Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən təşkil edilmiş və 19 avqust 2021-ci il tarixdə keçirilmiş torpaq hərracının nəticələrinin etibarsız hesab edilməsi, Cavabdeh və X3 arasında bağlanmış 27 avqust 2021-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, Daşınmaz Əmlak Dövlət Reysteri Xidməti tərəfindən verilmiş 03 sentyabr 2021 -ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, Cavabdeh ilə İddiaçı tərəfindən 22 dekabr 2000-ci il və 02 yanvar 2006-cı il tarixli icarə müqavilələrinin qüvvədə olaraq uzadılmış hesab edilməsi tələbinə dair mülki iş üzrə Xocavənd Rayon Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli 2(069)-159/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən qəbul edilmiş Şirvan Apellyasiya Məhkəməsinin 14 fevral 2023-cü il tarixli qətnaməsinin və qərardadının surəti 20 fevral 2023-cü il tarixdə işdə iştirak edən şəxslərə rəsmi qaydada göndərilmiş, hazırda qətnamədən və qərardaddan kassasiya şikayəti daxil olmamış, məhkəmənin 14 fevral 2023-cü il tarixli 2(106)-154/2023 saylı qətnaməsi qanuni qüvvəsini almamışdır. Məhkəmə qeyd edir ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verılənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin məhkəmə tərəfindən iddiaçıya izah edilsin ki, bələdiyyə üzvünün iddiaçıya məktubla müraciət edərək, Cavabdehndə keçirilmiş 27 may 2021-ci il və 25 fevral 2021-ci il tarixli iclaslarda qəbul edilmiş qərarlar üzrə tərtib edilmiş protokollarına etiraz etməsi və iclaslarda iştirak edə bilməməsini bildirməsi iddiaçı üçün məhkəməyə iddia qaldırmaq üçün subyektiv hüquq yaratmamışdır. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Nəticəvi hissə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə (X3 iş üzrə üçüncü şəxs qismində cəlb edilməklə) qarşı Cavabdehndə keçirilmiş 27 may 2021-ci il və 25 fevral 2021-ci il tarixli iclaslarda qəbul edilmiş qərarlar üzrə tərtib edilmiş protokollar etibarsız hesab edilməsi, Cavabdeh sədri Solmaz Rəhimovanın hərəkətlərinin qanunsuz hesab edilməsi və onların nəticələri üzrə tərtib edilmiş protokolların qanunsuz sayılması, Cavabdeh sədri Solmaz Rəhimova barədə xüsusi qərardad çıxarılması və Prokurora xəbər verilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar