Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-726/2022 08.06.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı X10, Cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirаkları ilə, İddiаçı X10 cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı tarixdən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı X15 cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “əmək stajını, hərbi xidmət müddətini, zərərli və ağır şəraitli işlərdə çalışdığı və təhsil aldığı illəri nəzərə alınmaqla ona 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-726/2022 nömrəli qərardadı ilə iddia tələbinə “hüququnun yarandığı tarixdən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1980-ci il tarixində “Şirvanneft” NQÇİ-nin Mənzil-Kommunal Sahəsində yardımçı fəhlə vəzifəsi ilə əmək fəaliyyətinə başlamışdır. xx.xx.1981-ci ildə Əli-Bayramlı şəhər İcraiyyə Komitəsinin Mənzil İstismar Kontorunda bağban işinə təyin edilmişdir. xx.xx.1981-xx.xx.1983-cü illərdə Sovet ordusunda hərbi xidmətdə olmuşdur. xx.xx.1983-xx.xx.1984-cü il tarixində Əli-Bayramlı şəhər İcraiyyə Komitəsinin Mənzil İstismar Kontorunda bağban işində çalışmışdır. xx.xx.1984-cü ildə “Şirvanneft” NQÇİ-nin X17 Saxlanması və Suvurma sexində 5-ci dərəcə texnoloji nasosların maşinişti, təmir üzrə çilingər, texnoloji nasosların maşinisti işinə təyin edilmişdir. Hal-hazırda da həmin işdə çalışır. Bununla da, 40 il 10 ay ümumi əmək stajı vardır. Habelə, “Şirvanneft” NQÇİ. "xxxx" BMMM və “X7 LTD" şirkətində 37 il 2 aydan artıq əmək stajı vardır. Bu müddət ərzində 35 il 11 ay zərərli və ağır şəraitli işlərdə çalışmışdır, hal-hazırda da əmək fəaliyyətini davam etdirir. Hazırda onun 35 il 11 ay güzəştli şərtlərlə əmək stajı vardır. Bu səbəbdən də ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Ona görə də cavabdehə ərizə ilə müraciət edərək 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Cavabdehin müraciətinə vermiş olduğu cavab məktubunda bildirilmişdir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10) Neft, qaz və qaz kondensatının hasilatı bəndində (10.2) texnoloji nasosların maşinistləri vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim olunmuş sənədlərdə xx.xx.1984-cü il tarixindən bugünədək "Şirvanneft" NQÇİ-nin Suvarma sahəsində nasos qurğuların maşinisti vəzifəsində işləməsi qeyd olunmuşdur. Göründüyü kimi, suvarma sahəsində işlədiyini, nasos qurğuların maşinisti vəzifəsi yuxarıda qeyd olunan Neft, qaz və qaz kondensatının hasilatı sahəsində nəzərdə tutulan texnoloji nasosların maşinistləri vəzifəsinə və sahəsinə aid deyil. Bu səbəbdən də 01 yanvar 2006cı il tarixinədək sizin güzəştli iş stajınız yoxdur.” Cavab məktubunda “Əmək Pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyalarının sənədlərinin rəsmiləşdirilməsi üçün məhkəməsə müraciət etməsim məsləhət görülmüş və 57 yaşdan mənə güzəşlli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. Lakin hazırda onun əmək stajı və yaşı 57 yaşdan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə əsas yaradır. Qeyd olunanların nəzərə alınaraq iddia ərizəsinin təmin olunması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında iddiaçı X15 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş etdi. Məhkəmə iclasında cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X5 iddia tələbinin rədd olunması barədə qərar qəbul olunmasını xahiş etdi. İşdə olan iddiaçının ИТ-İ ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, iddiaçı: xx.xx.1980-ci il tarixdən hal-hazıradək fasilələrlə müftəlif idarələrdə işləmişdir. İşdə olan iddiaçının NZ ******* nömrəli hərbi biletinin təsdiq olunmuş surətindən görünür ki, X15 xx.xx.1981-xx.xx.1983-cü illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya göndərdiyi xx.xx.2021-ci il tarixli, **********9 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 30 iyul 2021-ci il tarixində daxil olmuş müraciətinizə və ona əlavə olunmuş sənədlərə baxılmışdır. Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 -ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş "Vətəndaşların pensiya təminatı haqqında" Qanununun 13cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X14 qərarlarını, X14 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) Neft, qaz və qaz kondensatının hasilatı bəndində (10.2) texnoloji nasosların maşinistləri vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərinizdə xx.xx.1984-cü il tarixindən bugünədək “Şirvanneft” NQÇİ-nin Suvarma sahəsində nasos qurğuların maşinisti vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. Göründüyü kimi, Suvarma sahəsində işlədiyiniz nasos qurğuların maşinisti vəzifəsi yuxarıda qeyd olunan Neft, qaz və qaz kondensatının hasilatı sahəsində nəzərdə tutulan texnoloji nasosların maşinistləri vəzifəsinə və sahəsinə aid deyil. Bu səbəbdən də 1 yanvar 2006-cı il tarixinədək sizin güzəştli iş stajınız yoxdur. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. İş materiallarında olan “X8 Limited” şirkətinin xx.xx.2021-ci il tarixli, 41 nömrəli arayışında qeyd edilmişdir ki, hal-hazırda "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialının X17 Saxlanması və Su vurma Sexində (LTSS və SVS) 5-ci dərəcə texnoloji nasosların maşinisti peşəsində işləyir. X10 xx.xx.2006-cı il tarixinə ümumi əmək stajı 25 il, 00 ay, 10 gündür. Əmək kitabçasına və təqdim edilən sənədlərə əsasən X10 ümumi əmək stajının təsnifatı: “Şirvanneft” NQÇİ-nin Mənzil-Kommunal Sahəsində yardımçı fəhlə xx.xx.1980-ci ildən xx.xx.1981-ci ilə qədər (00 il, 09 ay, 02 gün;) Əli-Bayramlı şəhər İcraiyyə Komitəsinin Mənzil İstismar Kontorunda bağban xx.xx.1981-ci ildən xx.xx.1981-ci ilə qədər (00 il, 03 ay, 08 gün;), Sovet Ordusunda hərbi xidməti h/b NZ 4467143, xx.xx.1981-ci ildən xx.xx.1983-cü ilə qədər (01 il, 11 ay, 17 gün;) Əli-Bayramlı şəhər İcraiyyə Komitəsinin Mənzil İstismar Kontorunda bağban xx.xx.1983-cü ildən xx.xx.1984cü ilə qədər (00 il, 04 ay, 05 gün;), “Şirvanneft” NQÇİ-nin Suvurma sahəsində nasos qurğularının maşinisti, təmir üzrə çilingər, texnoloji nasosların maşinisti xx.xx.1984-cü ildən hal-hazıra qədər (xx.xx.2021-ci il tarixinə) (37 il, 02 ay, 00 gün;), cəmi: X10 xx.xx.2021-ci il tarixinə ümumi əmək stajı 40 il, 06 ay, 02 gündür. “Şirvanneft” NQÇİ, "xxxx" BMMM və “X9 Limited” şirkətində 37 il, 02 ay, 00 gün əmək stajı var. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.1997-ci il tarixli 158 №-li əmrinə əsasən “Azneft” İB-nin “Şirvanneft" NQÇİ-si ləğv olunmuş və xx.xx.1997-ci il tarixdən onun bazasında Azərbaycan-X2 "xxxx" yaradılmışdır. X6 Heyətinin 27 oktyabr 2009-cu il tarixli 106 saylı əmrinə müvafiq olaraq "xxxx" X4 Müəssisəsi ləğv edilmişdir. Onun bazası əsasında yeni müəssisə “X9 Limited“ şirkətinin Azərbaycan Respublikasındakı filialı yaranmışdır. İş materiallarında olan “X8 LTD” şirkətinin xx.xx.2021-ci il tarixli, 42 nömrəli arayışında qeyd edilmişdir ki, X15 hal-hazırda “Shirvan OCL Şirkətinin Azərbaycan Respublikasındakı fılialının X17 Saxlanması və Suvurma Sexində (LTSS və SYS) 5-ci dərəcə texnoloji nasosların maşinisti peşəsində işləyir. X10 xx.xx.2006-cı il tarixinə ümumi əmək stajı 25 il, 00 ay, 10 gündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında “21 iyun 1993-cü il 320 saylı Qərarının (21300000 Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı (21302000 2. Neft-qaz və qaz kondensatının hasilatı) əsasən X10 “Şirvanneft ” NQÇİ, "xxxx" BMMM-də xx.xx.2006-cı iİ tarixinə güzəştli şərtlərlə 20 il, 01 ay, 08 gün iş ştajı vardır. X15 xx.xx.1984-cü il tarixli 37/k №-li əmrlə xx.xx.1984-cü ildən xx.xx.1987-ci ilə qədər Şirvanneft” NQÇİ-nin Suvurma sahəsində nasos qurğularının maşinisti peşəsində işləmişdir. (03 il, 01 ay, 08 gün;), 2) xx.xx.1989-cu il tarixli, 1/a №-li əmrlə xx.xx.1989-cu ildən hal-hazıradək Şirvanneft” NQÇİ- nin, "xxxx" BMMM-in və "xxxx" Şirkətinin X17 saxlanması və Su vurma sexində 5-ci dərəcəli texnoloji nasosların maşinisti peşəsində işləyir. (32 il, 05 ay, 22 gün;) 2130200a, a) fəhlələr 2130200a-14259 texnoloji nasosların maşinistləri, X10 “Şirvanneft ”NQÇİ, "xxxx" BMMM-də və "xxxx" Şirkətində cəmi xx.xx.2021-ci il tarixinə güzəştli şərtlərlə 35 il, 07 ay, 00 gün əmək stajı vardır. Əmək kitabçasında qeyd edilmiş “maşinist”, “nasos qurğularının maşinisti ” və “texnoloji nasosların maşinisti“ eyni peşədir. Qeyd edilənlərə əsasən bildiririk ki, X15 “maşinist”, “nasos qurğularının maşinisti” və “texnoloji nasosların maşinisti “peşəsində işlədiyi dövr ərzində öz əmək funksiyalarını zərərli və ağır iş şəraitində həyata keçirdiyi üçün iş yerlərinin attestasiyasının nəticələrinə əsasən onun əmək haqqına 8 faizlik əlavə hesablanaraq ödənilmiş və iş günlərində pulsuz (müəssisə hesabına) südlə təmin edilmişdir və əmək məzuniyyətinə zərərli iş şəraitinə görə 6 təqvim gün ödənişli əlavə məzuniyyət verilir. Vəzifə öhdəliklərini və həmin öhdəlikləri həyata keçirdiyi ağır və zərərli iş şəraiti nəzərə alınaraq onun “Şirvanneft” NQÇİ və "xxxx" BMMM-in X17 saxlanması və Su vurma sexində 5-ci dərəcəli texnoloji nasosların maşinisti peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli siyahısında 2130200a a) fəhlələr 2130200a-14259 şifrəsi ilə qeyd edilmiş “texnoloji nasosların maşinistləri” peşəsinə uyğundur. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.1997-ci il tarixli 158 №-li əmrinə əsasən “Azneft” İB-nin “Şirvanneft” NQÇİ-si ləğv olunmuş və xx.xx.1997-ci il tarixdən onun bazasında Azərbaycan-X2 "xxxx" yaradılmışdır. X6 Heyətinin 27 oktyabr 2009-cu il tarixli 106 saylı əmrinə müvafiq olaraq "xxxx" X4 Müəssisəsi ləğv edilmişdir. Onun bazası əsasında yeni müəssisə “X9 Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialı yaranmışdır. İşdə olan Azərbaycan Dövlət Neft Şirkətinin (Socar) baş ofisinin xx.xx.2020-ci il tarixli, SOCAR**********80020123X00106 nömrəli arayışında qeyd edilmişdir ki, SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivində saxlanılan sənədlərə əsasən xx.xx.1963-cü il təvəllüdlü X15 həqiqətən xx.xx.1980-ci ildə (əmr № 148/k, xx.xx.1980-ci il) “Şirvanneft” NQÇİ-nin Mənzil Kommunal Təsərrüfatına yardımçı fəhlə işinə qəbul edilmişdir. xx.xx.1981-ci ildə (əmr № 98/k, xx.xx.1981-ci il) Əli-Bayramlı şəhəri İcra Hakimiyyətinin Mənzil-İstismar Kontoruna köçürülməsi ilə əlaqədar işdən azad olunmuşdur. xx.xx.1984-cü ildə (əmr № 37/k, xx.xx.1984-cü il) “Şirvanneft” NQÇİ-nin Su təchizatı sahəsinə nasos qurğusunun 2-ci dərəcəli maşinisti peşəsinə işə qəbul edilmişdir. xx.xx.1987-ci ildə (əmr № 342/k, xx.xx.1987-ci il) nasos qurğusunun 3-cü dərəcəli maşinisti peşəsinə keçirilmişdir. xx.xx.1989-cu ildə (əmr № 1/a) nasos qurğusunun 4-cü dərəcəli maşinisti peşəsinə keçirilmişdir. xx.xx.1996-cı ildə (əmr № 356m, xx.xx.1996-cı il) nasos qurğusunun 5-ci dərəcəli maşinisti peşəsinə keçirilmişdir. ARDNŞ-nin xx.xx.1997-ci il tarixli, 158 nömrəli əmrinə əsasən “Şirvanneft” NQÇİ xx.xx.1997-ci il tarixindən ləğv olunmuş və onun bazasında "xxxx" BMMM yaradılmışdır. xx.xx.2002-ci il (əmr 261/i, xx.xx.2002-ci il) X18 Saxlanması (LTSS) və X13 ləğv edilmiş və onların bazasında LTSS və Su Vurma sahəsi yaradılmışdır. xx.xx.2004-cü il (əmr 129, xx.xx.2004-cü il) LTSS və Su Vurma sahəsi sex adlandırılmışdır. xx.xx.2009-cu ildə (əmr № 288, xx.xx.2009-cu il) Azərbaycan Respublikası ƏM-nin 69-cu maddəsinə uyğun olaraq öz ərizəsi ilə işdən azad olunmuşdur. Yuxarıda göstərilənləri nəzərə alaraq həmçinin AR Prezidentinin 31 avqust 2002-ci il tarixli, 781 nömrəli Fərmanı ilə təsdiq edilmiş AR DSMF-nin Əsasnaməsinin 1-ci bəndinə əsasən, AR DSMF Azərbaycan Respublikasında məcburi dövlət sosial sığorta və əmək pensiyaları sahəsində idarəetməni həyata keçirən mərkəzi icra hakimiyyəti orqanına müraciət etməyinizi məqsədəuyğun hesab edirik. İşdə olan Şirvan şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfatı İdarəsinin xx.xx.2021-ci il tarixli, 61 nömrəli arayışında qeyd edilmişdir ki, X15 həqiqətən xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci il tarixə kimi xx.xx.1983-cü il tarixdən-xx.xx.1984-cü il tarixə kimi Əli Bayramlı şəhər Mənzil İstismar Kontorunda bağban vəzifəsində işləmişdir. Beləliklə, Məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1963-cü ildir, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, lakin ona xx.xx.1984-cü il tarixindən bugünədək “Şirvanneft” NQÇİ-nin Suvarma sahəsində nasos qurğuların maşinisti vəzifəsində işlədiyi illərin, suvarma sahəsində işlədiyi nasos qurğuların maşinisti vəzifəsi Neft, qaz və qaz kondensatının hasilatı sahəsində nəzərdə tutulan texnoloji nasosların maşinistləri vəzifəsinə və sahəsinə uyğun olmaması səbəbindən xx.xx.2006-cı il tarixədək güzəştli iş stajının olmadığı göstərilərək, müraciətindən imtina olunmuşdur. İşin mübahisələndirilməyən halı odur ki, iddiaçı X10 xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən çox təşkil edir. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırki iddiaçıya ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün hərbi və işlədiyi illər daxil olmaqla, pensiya təyin olunmasına əsas verən iş stajının nə qədər təşkil etdiyi və iddiaçının xüsusi sahələrdə işlədiyi illər müəyyən edilməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində qeyd edilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Qanunvericiliyin sözügedən müddəalarının tətbiqi ilə bağlı olaraq Məhkəmə qeyd edir ki, sözügedən normaların tələblərindən göründüyü kimi, iddiaçıya 57 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün onun xx.xx.2006-cı il tarixədək 25 ildən çox ümumi iş stajı olmalı və bundan 12 il 6 aydan çoxunu Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərkən, onun hərbi xidmət illəri də sosial sığorta stajına da daxil edilməlidir. Belə ki, iddiaçının hərbi xidmət keçərkən qüvvədə olan “Dövlət pensiyalarının təyini və ödənilməsi” Qaydalarının 109-cu bəndinə əsasən keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət iş stajına aid edilməlidir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsinin v) bəndinə əsasən də hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən də 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. İddiaçıya məxsus H3 ******* nömrəli hərbi biletin təsdiq olunmuş surətindən görünür ki, iddiaçı xx.xx.1981-xx.xx.1983-cü illərdə hərbi xidmətdən keçmişdir. 1 il 11 ay 15 gün təşkil edən xidmət illəri, iddiaçının sosial sığorta stajına əlavə edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» təsdiq edilmişdir. İstinad edilən siyahıda hər bir istehsalat, işlər, peşələr və vəzifələr müvafiq qaydada bölmələr və kodlar üzrə təsnifatlaşdırılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 nömrəli 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsassən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüququqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə -Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi, qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər. Göründüyü kimi, mövcud “Qaydalar” “Əmək pensiyası haqqında” Qanun qüvvəyə minən günədək sığortaolunanların iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Lakin, dəqiqləşdirici arayışa o halda ehtiyac yaranır ki, xalq təsərrüfatının ayrı-ayrı sahələri üzrə imtiyazlı pensiya və ya xidmət illərinə görə pensiya hüququnu müəyyən etmək üçün lazım olan faktlar barədə tam məlumat əmək kitabçasında olmasın. Beləliklə, mövcud “Qaydalar” “Əmək pensiyası haqqında” Qanun qüvvəyə minən günədək sığortaolunanların iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2016-cı il tarixli 976 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında» Əsasnamənin 1.1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası, əhalinin əmək pensiyaları, sosial müavinətlər, təqaüdlər, kompensasiyalar və sosial yardımlarla təmin edilməsi, ahılların, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası, çətin həyat şəraitində olan şəxslərə sosial xidmət sahəsində tədbirləri həyata keçirən icra hakimiyyəti orqanıdır. İşin hallarından da görünür ki, cavabdehin mübahisələndirdiyi məsələ məhz iddiaçının xx.xx.1984-cü il tarixindən bugünədək “Şirvanneft” NQÇİ-nin Suvarma sahəsində nasos qurğuların maşinisti vəzifəsində işlədiyi illərin, suvarma sahəsində işlədiyi nasos qurğuların maşinisti vəzifəsi Neft, qaz və qaz kondensatının hasilatı sahəsində nəzərdə tutulan texnoloji nasosların maşinistləri vəzifəsinə və sahəsinə uyğun olmadığından xx.xx.2006-cı il tarixədək güzəştli iş stajının olmamasına əsaslanmışdır. Məhkəmə qeyd etmək istəyir ki, qüvvədə olan qanunvericiliyin tələblərinə görə, xx.xx.2006-cı il tarixədək iddiaçının iş stajı əmək kitabçası əsasında müəyyən edilir. Lakin, mübahisə predmetini təşkil edən məsəlin aydınlaşdırılması xüsusi bilik tələb etdiyindən, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq, iddiaçının işlədiyi vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında 2130200a-14259 şifrəsi ilə qeyd edilmiş texnoloji nasosların maşinistləri peşəsinə uyğun olub-olmaması ilə bağlı mütəxəssis arayışının təqdim olunması xahiş olunmuşdur. “X8 LTD” şirkəti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 42 nömrəli arayışından məlum olmuşdur ki, X15 hal-hazırda “Shirvan OCL Şirkətinin Azərbaycan Respublikasındakı fılialının X17 Saxlanması və Suvarma Sexində (LTSS və SYS) 5-ci dərəcə texnoloji nasosların maşinisti peşəsində işləyir. X10 xx.xx.2006-cı il tarixinə ümumi əmək stajı 25 il, 00 ay, 10 gündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında “21 iyun 1993-cü il 320 saylı Qərarının (21300000 Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı (21302000 2. Neft-qaz və qaz kondensatının hasilatı) əsasən X10 “Şirvanneft ” NQÇİ, "xxxx" BMMM-də xx.xx.2006-cı iİ tarixinə güzəştli şərtlərlə 20 il, 01 ay, 08 gün iş ştajı vardır. X15 xx.xx.1984-cü il tarixli 37/k №-li əmrlə xx.xx.1984-cü ildən xx.xx.1987-ci ilə qədər Şirvanneft” NQÇİ-nin Suvurma sahəsində nasos qurğularının maşinisti peşəsində işləmişdir. (03 il, 01 ay, 08 gün;), 2) xx.xx.1989-cu il tarixli, 1/a №-li əmrlə xx.xx.1989-cu ildən hal-hazıradək Şirvanneft” NQÇİnin, "xxxx" BMMM-in və "xxxx" Şirkətinin X17 saxlanması və Su vurma sexində 5-ci dərəcəli texnoloji nasosların maşinisti peşəsində işləyir. (32 il, 05 ay, 22 gün;) 2130200a, a) fəhlələr 2130200a-14259 texnoloji nasosların maşinistləri, X10 “Şirvanneft ”NQÇİ, "xxxx" BMMM-də və "xxxx" Şirkətində cəmi xx.xx.2021-ci il tarixinə güzəştli şərtlərlə 35 il, 07 ay, 00 gün əmək stajı vardır. Əmək kitabçasında qeyd edilmiş “maşinist”, “nasos qurğularının maşinisti ” və “texnoloji nasosların maşinisti“ eyni peşədir. Qeyd edilənlərə əsasən bildiririk ki, X15 “maşinist”, “nasos qurğularının maşinisti” və “texnoloji nasosların maşinisti “peşəsində işlədiyi dövr ərzində öz əmək funksiyalarını zərərli və ağır iş şəraitində həyata keçirdiyi üçün iş yerlərinin attestasiyasının nəticələrinə əsasən onun əmək haqqına 8 faizlik əlavə hesablanaraq ödənilmiş və iş günlərində pulsuz (müəssisə hesabına) südlə təmin edilmişdir və əmək məzuniyyətinə zərərli iş şəraitinə görə 6 təqvim gün ödənişli əlavə məzuniyyət verilir. Vəzifə öhdəliklərini və həmin öhdəlikləri həyata keçirdiyi ağır və zərərli iş şəraiti nəzərə alınaraq onun “Şirvanneft” NQÇİ və "xxxx" BMMMin X17 saxlanması və Su vurma sexində 5-ci dərəcəli texnoloji nasosların maşinisti peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli siyahısında 2130200a a) fəhlələr 2130200a-14259 şifrəsi ilə qeyd edilmiş “texnoloji nasosların maşinistləri” peşəsinə uyğun olduğu vurğulanılmışdır. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısının ******* a) fəhlələr 2130200a-14259 kodu ilə (texnoloji nasosların maşinistləri) güzəştli pensiya hüququ verən xüsusilə zərərli və ağır iş şəraiti aid olan peşələr sırasına daxil edilmişdir. Göründüyü kimi iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq olunan 2 nömrəli siyahısında göstərilən vəzifələrdə çalışması ilə əlaqədar ümumilikdə 25 il 10 gün iş stajına malik olmuşdur. Hərbi illəri (1 il 11 ay 15 gün) daxil edilərək müəyyən olunur ki, iddiaçının ümumilikdə 25 ildən çox iş stajı mövcuddur. Məhkəmə qeyd edir ki, müvafiq dövr üzrə iş stajı iddiaçı X11 məxsus əmək kitabçasında əksini tapmışdır və həmin əmək kitabçasında göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. Bundan başqa nəzərə alınmalıdır ki, əmək qanunvericiliyinin yuxarıda sadalanan normaları mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq bütün qurumlarda işləmiş sığortaolunanlara əmək pensiyası hesablanarkən onun işlədiyi və əmək kitabçasında öz əksini tapmış hər hansı işin müddətini də nəzərdə tutur. Məhkəmə vurğulumağı zəruri hesab edir ki, iddiaçının güzəştli şərtlərlə işlədiyi dövrün, yəni xx.xx.1984-xx.xx.2006-cı il tarixədək texnoloji nasosların maşinisti işləməsi, onun əmək kitabçasından savayi, həmçinin, “X8 LTD” şirkəti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 41 və 42 nömrəli arayışlarında, Azərbaycan Dövlət Neft Şirkətinin (Socar) baş ofisinin xx.xx.2020-ci il tarixli, SOCAR**********80020123X00106 nömrəli arayışlarında öz təsdiqi tapmışdır. Cavabdeh inzibati orqan isə məhkəmə icraatı zamanı təqdim olunmuş arayışların mötəbərliyini mübahisələndirməmiş, bununla bağlı sübutlar təqdim etməmişdir. Beləliklə, iddiaçıya pensiya hüququ yarandığı 21 yanvar 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Məhkəmə araşdırması ilə sübut olunmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («inzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə) Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38ci maddəsində təsbit olunmuşdur Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. Konstitusiyada əksini tapan sosial təminat hüququ Əsas Qanunun 38-ci maddəsinin İİİ hissəsinə müvafiq olaraq qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Göstərilənlərə əsasən, Məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, iddiaçı X10 iddiası təmin edilməli, iddiaçıya hüququnun yarandığı tarixdən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı X10 iddiası təmin edilsin. İddiaçı X11 hüququnun yarandığı tarixdən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Hakim Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-726/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-726/2022
08.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver