Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-727/2023 02.03.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (N8N saylı Hərbi Hissə üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.NN-ci il tarixli, 0522 saylı əmrinin ləğv olunması və iddiaçının hərbi xidmətə bərpa olunması” tələbinə dair iddiası üzrə inzibati işə 02 mart N23-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan N E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.NN-ci il tarixli, 0522 nömrəli əmrin ləğv edilməsi və iddiaçının hərbi xidmətə bərpa olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin N2 oktyabr N22-ci il tarixli qərardadı ilə iddiaçının iddia tələbinə əlavəsi ərizəsinə əsasən, iddia tələbinə iddiaçının tərxis edildiyi üçün itirilmiş xidməti müddətin hesablanması və ehtiyata buraxıldığı gündən vəzifəsinə bərpa olunana qədərki dövr üçün vəzifə maaşının və ona əlavələrin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması əlavə olunması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 07 dekabr N22-ci il tarixli qərardadı ilə N8N saylı Hərbi Hissə zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin ehtiyatda olan zabitidir. xx.xx.NN6-cı ildən xx.xx.NN6-cı ilədək Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində (N TM) X8 Kursunda “artilleriyaçı ” ixtisası üzrə təhsil almış və ön xətdə yerləşən hərbi hissələrdə həqiqi hərbi xidmət keçmişdir. xx.xx.NN8-ci ildə Milli Qəhrəman polkovnik Şükür Həmidovun məsləhəti ilə “bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini" ixtisası üzrə təhsil aldıqdan sonra yenə öz arzusu ilə ön xətdə, N saylı hərbi hissədə xidmətə başlamışdır. xx.xx.NN-ci il tarixdə Müdafiə Nazirliyinin N8N saylı hərbi hissəsinə təyin edildi. N3 iyul NN-ci il tarixdə Müdafiə Nazirinin müvafiq əmri ilə “Hərbi Xidmətkeçmə haqqında Əsasnamə”nin N56-cı maddəsinin "e" bəndinə əsasən qanunsuz şəkildə ehtiyata buraxılmışdır. Orduda xidmət etdiyi zaman istifadəsi qadağan olunmuş smartfon tipli mobil telefon işlətməmişdir. NN-ci ilin aprel ayında evdə buraxılışda olan zaman ona məxsus smartfon tipli mobil telefonumu açarkən işğalçı Ermənistanın cinayətə meyilli prezidenti Paşinyanın Şuşada terrorçu erməni generalları ilə rəqs edib, qələbə qeyd edərək, Azərbaycan dövlətinə və xalqına qarşı işlətdiyi aşağılayıcı ifadələri bir Ordu zabiti kimi qəbul edə bilməyib, facebook vasitəsi ilə məcburi köçkünlərə müraciət edərək, müraciət etdi. Müraciətində beynəlxalq təşkilatların ermənistanın işğalçı siyasətinə seyirci qalmaqla onu dəstəklədiyini, dövlətin təslimçi sülhə məcbur edildiyini, qeyd edərək, beynəlxalq ədalətsizliyə qarşı Ali Baş Komandanın ətrafında sıx birləşərək, ərazi bütövlüyünün təmin olunmasına nail olmağa çağırış etdi. Bu çağırışı görən hərbi hissənin asabisti onu facebook profilini izlədiyi üçün onun statusunu görmüş, komandanlığa məruzə etmişdir. Bu əsasda o, Müdafiə Nazirliyi Təhlükəsizlik idarəsinə çağırılaraq, istifadəsi qadağan olunmuş smartfon tipli mobil telefon işlətmə adı ilə şərlənərək tərxisə təqdim edilmədiyi üçün ifadəsi alınan zaman hərbi hissədə adı çəkilən telefonu işlətdiyini yazmağı tələb etdilər. Tabe olmayacağı halda əsgərləri gətirib, işgəncə ilə onun üzünə qoyacaqlarını, özünə də işgəncə ilə ağlına gəlməyən, ağıllarına gələn maddəni qəbul etdirəcəkləri ilə hədə-qorxu gəldilər. Çarəsizlikdən onların tələb etdiyi kimi ifadə verdi. Ancaq qanuna əsasən işgəncə təhdidi altında alman ifadə belə onun tərxis edilməsi üçün yetərli arqument deyildi. Çünki hüquq aləmində təsbit olunur ki, cinayəti törətməsinə dair sübut və faktlar olmadıqca şəxsin cinayəti törətməsi haqda etiraf ərizəsi onun mühakimə olunması üçün yetərli əsas deyildir. Onun isə hərbi hissədə smartfon tipli telefon işlətməsini özündə ehtiva edən akt tərtib edilməmişdir. Şikayətləri əsasında ifadəsini alan Respublika Prokurorluğunda istintaq idarəsinin prokuroru cənab Qasım Məmmədov və Respublika Hərbi Prokurorluğunun prokuroru cənab Amil Rəhimov qeyd etdilər ki, sənədlərin arasında onun qadağan olunmuş telefon işlətməsini təsdiq və sübut edən akt olmalı idi. Qeyd edilən akt olmadıqca onun tərxis edilməsi qanuna qarşı kobud pozuntudur. Sadəcə Müdafiə Nazirliyinin Baş Qərargah rəisi Nəcməddin Sadıqovun strategiyası Ordudan vətənpərvər, milli düşüncəli zabitlərin sıxışdırılaraq, ləkələnərək tərxis edilməsi olduğu üçün illərlə Vətənə şərəflə xidmət edən zabitlər beləcə ləkələnərək tərxis edilmişlər. O da o sıradan ləkələnərək N56 cı maddənin "e" bəndi ilə xx.xx.NN-cı ildən ordudan ehtiyyata buraxılmışdır. N3 iyul NN-ci idə tərxis edilməsi haqqında əmr imzalanmış, N iyul NN-ci ildə mənsubu olduğu 2-ci Ordu korpusunun mənsubu olan N8N nömrəli hərbi hissənin uçotundan çıxarıldığı halda 24 iyul NN-ci ilə qədər çöllükdə həyəcan komandasında xidmətini davam etdirmişdir. Tərxis edildikdən sonra etiraz məktublarıma əsassız cavablar aldı. 27 sentyabr NN-ci ildə Müzəffər Ali Baş XN5 Əliyevin Azərbaycan ərazi bütövlüyünün bərpa olunması məqsədi ilə başlatdığı Vətən Müharibəsinə çağrılmadığını görəndə evdən öz iradəsi ilə cəbhə xəttinə getdi. Hərbi Hissə komandirindən döyüşmək üçün silah tələb etsə də ona silah verilmədi. Nəhayət 09 oktyabrda yaralı əsgəri təxliyə edərkən onun silahını götürərək döyüşlərə qatıldı. N3 iyulda düşmən bunkerinə basqında yaralandı. 5 qəlpə yarası ilə Füzuli mərkəzi xəstəxanasına gətirildikdən sonra Müdadiə Nazirliyinin uçotuna salındı. İkinci dəfə xx.xx.NN-ci ildə Şuşa Xankəndi yolunda düşmən pusqusuna düşərək, ağır yaralandı. 2 gün yaralı halda dağları dırmaşıb, tibb məntəqəsinə çatmışdır. Müalicədən sonra 27 dekabr NN-ci ildə Şuşa şəhərinə qayıtdı. Şuşa və Xankəndi ətrafı dağlarda post başçısı kimi xidmət edib, ən çətin şərtlər altında xidmətdən qürur duydu. Sonra onu xain qərarla yenidən N8 yanvar N2N-ci ildə hərbi xidmətkeçmə haqda əsasnamənin N97-ci maddəsi ilə tərxis etdilər. Müzəffər Ali Baş Komandanının sərəncamı əsasında X5 görə, Qubadlının azad olunmasına görə, Şuşanın azad olunmasına görə, cəsur döyüşçü, vətən müharibəsi iştirakçısı müdaları ilə təltif olunmuşdur. Orduya bərpa olunmaq üçün Müzəffər Ali Baş XN5 Əliyevə müraciətlərinin nəticəsində Prezidentin Hərbi Məsələlər XN3 polkovnik X7 qəbul etdi. Haqlı mövqeyini dəstəklədi və məsələnin araşdırılmasını tapşırdı. Bundan sonra Müdafiə Nazirliyi Kadrlar İdarəs sənədlərini qəbul edib, arşdırılması üçün DTX-nə göndərilmişdir. Dövlət Təhlükəsizlik Xidmətinin haqqında araşdırmasının nəticəsi müsbət olaraq Müdafiə Nazirliyinə təqdim olunmuşdur ki, bu da onun orduya bərpa olunması üçün müsbət rəydir. Ancaq Müdafiə Nazirliyi Hərbi Prokurorluqdan da gələn rəyi də rədd edərək, onu Orduya bərpa etməkdən yayınır. Cavabdehin bu mövqeyi onu qane etmədiyindən məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Artıq yuxarıda qeyd olundğu kimi NN6-cı -NN-ci illər ərzində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N və N8N saylı hərbi hissələrində xidmət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini - Baş Qərargah rəisi N.Sadıqovun göstərişi əsasında qurama ittihamlarla ordudan uzaqlaşdırılmışdır. Vətən Müharibəsində könüllü olaraq iştrak etmiş, Füzuli, Qubadlı və Şuşa rayonalrnıın azad olunması əməliyyatlarında iştirak edərək X3 ilə müvafiq medallarla da təltif olunmuşdur. Cavabdeh onun ehtiyata buraxılmasına əsas kimi N3 iyul NN-ci il tarixində “Hərbi Xidmətkeçmə haqqında Əsasnaməmin N56-cı maddəsinin "e" bəndi ilə tərxis olunmasını göstərir. Halbuki, bundan sonra Vətən Müharibəsində iştirak etmiş, cavabdeh onu şəxsi heyətin siyahsına daxil edib və bir sıra strateji mənqətəqələrin azad olunması əməliyyatlarında da iştirak edərək həqiqi hərbi xidmət keçmişdir. Vətən Müharibəsi zamanı 2(iki) dəfə yaralanaraq hospitalda müalicə olunmuş və yenidən ön xəttə, hərbi xidmətə qayıtmışdır. O, orduda xidmət edə bilməzdisə necə olub ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş XN5 Əliyevin Sərəncamlar, ilə “X5 gorə, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Cəsu Döyüşçü” medalları ilə təltif edilmişdir. Cavabdehin mövqeyində heç bir məntiq yoxdur, onun mövqeyi absurd və qanunsuzdur, gətirdiyi arqumentin də heç bir hüquqi əsası və əhəmiyyəti də yoxdur, belə olduğu təqdirdə onun imzaladığı əmr də qanunsuz və əsassızdır. Ona görə də hesab edir ki, pozulmuş hüquqları məhkəmə tərəfindən bərpa olunmalıdır. O, məhkəməyə müraciət etmə müddətini ötürməmişdir, davamlı olaraq hüquqmühafizə orqanlarına, Müdafiə Nazirliyinə, Prezident Aparatına şikayətlər etmişdir ki, bəlkə məhkəmədən kənar qaydada məsələ həll olundu. Lakin gördükdən sonra ki, Müdafiə Nazirliyi onu xidmətə bərpa etmək istəmir və yuxarı orqanlara etdiyim şikayətlərə də heç bir əhəmiyyət vermir məcbur olaraq məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddiaçının hazırda mübahisələndirdiyi əmrdən həmin əmrin ona elan olunduğu tarixdən 30 gün müddət ərzində şikayət vermək hüququ olmuşdur. İddiaçı bu hüquqdan istifadə etməmiş əmr onun mübahisələndirilməsi üçün inzibati-prosessual qanunvericiliklə müəyyən edilmiş 30 gün müddət ötürülməklə iki il sonra mübahisələndirilmişdir. Belə ki, iddiaçı N3 iyul NN-cı' il tarixli əmr ilə “Hərbi xidmətkeçmə haqqında” Əsanamənin N56-cı maddəsinin “e” bəndi ilə ehtiyata buraxılmışdır. Lakin, iddiaçı inzibati orqanın N3 iyul NN-ci il tarixli əmrini iki il sonra 25 iyul N22-ci il tarixli iddia ərizəsi ilə mübahisələndirmişdir. Bununla da, İddiaçı iddia qaldırılması üçün müəyyən edilmiş müddəti ötürmüş, müddətin buraxılmasının üzrlü hesab edilməsi üçün sübutlar təqdim etməmişdir. Müddətin bərpasına dair üzrlü səbəb anlayışına elə hallar aiddir ki, iddia verilməsi üçün müəyyən olunmuş müddətdə, şəxsin iddia verilməsinə yönələn hərəkətləri yerinə yetirməsinə mane olsun və ya başqa şəkildə qeyri-mümkün etsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Hərbi xidmətkeçmə haqqında’N Əsanamənin N56-cı maddəsinin “e” bəndi ilə ehtiyata buraxılmasına dair N3 iyul NN-ci il tarixli əmrin ləğvi və iddiaçının hərbi xidmətə bərpa olunmasına dair iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur. Cavabdeh orqan tərəfindən etiraza əlavə təqdim olunmuş və bildirilmişdir ki, 3-cü tabor komandirinin N8N nömrəli hərbi hissənin komandirinə ünvanladığı raportda baş leytetnat İddiaçı Əli oğlunun informasiya təhlükəsizliyi və məxfiçilik rejimini kobud şəkilə pozaraq hərbi qulluqçuya yaraşmaz ifadə söylədiyi üçün, kiçik zabitlərin şərəf məhkəməsində dinlənilməsinə sərəncam verilməsi xahiş olunmuşdur. İnzibati iş materiallarına əlavə edilmiş N8N nömrəli hərbi hissənin kiçik zabitlərinin şərəf məhkəməsinin N may NN-ci il tarixli qərarında iddiaçının xidmətində yol verdiyi nöqsanlara görə bir neçə dəfə tərbiyəvi mövzuda fərdi söhbət aparılsa da bu söhbətlərdən nəticə çıxarmaması, vəzifəsinin icrasında nöqsanlara yol verməsi, mobil telefondan istifadə zamanı informasiya təhlükəsizliyi tələblərinin pozulması hallarını, habelə müxtəlif növ şəkil, video çəkmə imkanları olan, internet şəbəkəsinə bağlantını dəstələyən “smartfon” tipli mobil telefondan hərbi hissənin ərazisində istifadə etməsi müəyyən edilmiş, rəhbər heyətin əmrlərinin tələblərinin kobud şəkildə pozduğu, habelə hərbi xarakterli məlumatların sızmasına şərait yaratdığı üçün xidməti uyğunsuzluğa görə Azərbaycan Ordusundan ehtiyata buraxılması barədə vəsatət qaldırılması qərara alınmışdır. N8N nömrəli hərbi hissənin N may NN-ci il tarixdə keçirilmiş kiçik zabitlərinin şərəf məhkəməsində hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi baş-leytenant XN0- İddiaçı xidməti müddətdəəmr və sərəncamları kobudcasına pozaraq “smartforV’tipli telefondan istifadə edərək sosial şəbəkələrə qoşulduğunu, onun əməlinin hərbi xarakterli məlumatların sızmasına şərait yaratmasına gətirib çıxardığı, xidmət etdiyi kollektivdə zəif hörmətə malik olduğu, nizamnamənin tələblərini zəif bilməsi, xidmətinin nöqsanlarla təşkil etdiyi, 3-cü tabor 8-ci bölük komandiri XNN- İddiaçı dəfələrlə “smartfon” tipli mobil telefonlardan istifadə etməyin qadağan edilməsi imza etdirməklə çatdırılmasına baxmayaraq mobil telefondan istifadə etdiyi və hərbi xarakterli məlumatların sızmasına şərait yaratdığı, 3-cü tabor tank əleyhinə taqım komandiri XN2- İddiaçı tanıdığı müddət ərzində vəzifələrinin öhdəsindən gəlməkdə çətinlik çəkdiyini və tutduğu vəzifənin məsuliyyətini bir o qədər dərk etmədiyini müşahidə etdiyini, hərbi hissənin artilleriya rəisi X4- İddiaçı son zamanlar xidmətində aşkar olunmuş nöqsanları nəzərə alaraq bu cür ciddi nöqsanların gələcəkdə daha ağır fəsadlar və cinayət hadisələri ilə nəticələnə bildiyini qeyd etmişlər. N8N nömrəli hərbi hissənin kiçik zabitlərinin şərəf məhkəməsin N may NN-ci il tarixli 7 nömrəli Protokolunun dinlənildi hissəsində İddiaçı ona qarşı edilən iradlarla razı olduğunu, tutulan iradların haqlı olduğunu və gələcəkdə bir daha xidmətində nöqsanlara yol vermədiyini bildirmişdir. Bununla da iddiaçı xidməti zamanı smartfon tipli telefondan istifadə etməklə hərbi xarakterli məlumatların yayılmasına şərait yaratması da daxil olmaqla yol verdiyi nöqsanları etiraf etmişdir. İddiaçının ehtiyata buraxılmasına təqdim olunmasına dair təqdimatda baş leytenant İddiaçı xidmətdə buraxdığı nöqsanalara görə tabor komandirin N may NN-ci il tarixli raportuna əsasən kiçik zabitlərin şərəf məhkəməsində dinlənildiyi və kiçik zabitlərin şərəf məhkəməsinin vəsatətinəəsasən xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata ehtiyata buraxılması barədə komandanlıq qarşısında vəsatət qaldırıldığı, qeyd olunanları nəzərə alaraq baş leytenant İddiaçı xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasının məqsədəuyğun hesab edildiyi qeyd edilmişdir. Beləliklə də N8N nömrəli hərbi hissənin 3-cü taborunun bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini baş leytenant İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin N3 iyul NN-ci il tarixli müvafiq əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N56-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddianın mümkümsüz sayılmasına dair məhkəməyə daha əvvəl təqdim edilən etirazdakı dəlilləri və inzibati işin yuxarıda qeyd olunan xüsusatlarını nəzərə alaraq inzibati iş üzrə yekun qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə iclasında İddiaçı izahatında iddia tələbini müdafiə etdiyini bildirərək, iddia ərizəsinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Proses iştirakçılarına şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə qanunla müəyyən olunmuş rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və 3-cü şəxs N8N saylı Hərbi Hissənin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62-ci maddəsinə əsasən işə cavabdehin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.N-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin N4 noyabr NN9-cu il tarixli, 4 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur. Məhkəmə-Hüquq Şurasının N4 noyabr NN9-cu il tarixli, 4 nömrəli qərarına əsasən Cəbrayıl rayonunun ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı Cəbrayıl rayonunda qeydiyyatda olduğundan doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia ərizəsinə baxılmalıdır. Məhkəmənin qənaətinə görə iddia mümkün olduğu kimi, əsaslıdır. Məhkəmə iddiaçını dinləyb, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, İş materiallarına “X5 gorə, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Cəsur Döyüşçü” medalları ilə İddiaçı təltif olunması barədə medal vəsiqələrinin surətləri əlavə olunmuşdur. Məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin İ hissəsinə görə vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.N-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “Hərbi qulluqçuların statusu” haqqında Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin NN5-ci il 2 fevral tarixli 2N nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nın 2.N-ci bəndinə əsasən Azərbaycan Ordusunda və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) ştat üzrə vəzifələrə uyğun olaraq həqiqi hərbi xidmət keçmək üçün “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olurlar. Həmin Qaydanın 2.8-ci bəndinə əsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları ilə, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə Azərbaycan Ordusu və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanları (dövlət orqanlarının strukturuna daxil olan qurumlar) arasında onların həqiqi hərbi xidmətə daxil olmasına dair bağlaşma tərtib edilir. Həmin Qaydanın 3.9 və 3.9.2-ci bəndinə əsasən bu Qaydanın 3.N-ci bəndində göstərilmiş müvafiq dövlət orqanları və ya hərbi hissələr tərəfindən bağlaşmanın imzalanmasından məhkumluğu ödənilmədikdə və ya üzərindən götürülmədikdə, həmçinin ağır və ya xüsusilə ağır, habelə hərbi xidmət əleyhinə cinayət törətdikdə imtina edilir. Həmin Qaydanın 4.N-ci bəndinə əsasən bu Qaydanın 3.N-ci bəndində göstərilmiş müvafiq dövlət orqanlarında və hərbi hissələrdə həqiqi hərbi xidmətə könüllü daxil olan şəxslər Azərbaycan Respublikasının “Hərbi vəzifə və hərbi xidmət haqqında” və “Hərbi qulluqçuların statusu haqqında” qanunlarına, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrinə və digər qanunvericilik aktlarına müvafiq olaraq həqiqi hərbi xidmət keçir, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları üçün nəzərdə tutulmuş hüquq və imtiyazlardan istifadə edirlər. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin və EZ ******* nömrəli hərbi biletin surətlərindən görünür ki, İddiaçı oglu xx.xx.N984-cü il tarixdə Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində doğulmuş, Azərbaycan Dövlət Pedoqoji Universitetini bitirmiş, Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargah rəisinin xx.xx.NN5-cü il tarixdən xx.xx.NN6-cı il tarixədək snayperçi əsgər kimi hərbi xidmət keçmiş, xx.xx.NN6-cı il tarixdən xx.xx.NN6-cı il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin X2 Zabit Hazırlığı kursunda təhsil almış, xx.xx.NN6-cı il tarixdən xx.xx.NN-ci il tarixədək 706 nömrəli, xx.xx.NN-ci il tarixdən xx.xx.NN-ci il tarixədək N8N nömrəli hərbi hissəsində hərbi xidmətdə olmuşdur. İş materiallarında olan xx.xx.NN-ci il tarixli raportdan görünür ki, N8N nömrəli hərbi hissənin 3-cü taborunun komandiri N8N nömrəli hərbi hissə komandirinə müraciət edərək 3-cü tabor 8-ci bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini baş leytenant İddiaçı oglu informasiya təhlükəsizliyini və məxfiçilik rejimini kobud şəkildə pozduğuna görə onun “kiçik zabitlərin şərəf məhkəməsi”ndə dinlənilməsi barədə sərəncam verilməsi xahiş olunmuşdur. İş materiallarında olan N8N nömrəli hərbi hissənin “kiçik zabitlərin şərəf məhkəməsi”nin N may NN-ci il tarixli 7 nömrəli protokolunun və həmin tarixli qərarının təsdiq olunmuş surətlərinə əsasən N8N nömrəli hərbi hissənin 3-cü tabor 8-ci bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini baş leytenant İddiaçı oglu Müdafiə Nazirinin İ müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 09 aprel NN-ci il tarixli 088 nömrəli, Ordu Korpusu komandirinin 23 aprel NN-ci il tarixli N nömrəli, hərbi hissə komandirinin N aprel NN-ci il tarixli 036 nömrəli əmrlərinin tələblərini kobud şəkildə pozaraq hərbi hissənin ərazisində “smartfon” tipli mobil telefondan istifadə etmiş, onun bu əməli hərbi xarakterli məlumatların sızmasina şərait yaratmışdır. Bununla əlaqədar baş leytenant İddiaçı oglunun “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin N56-cı maddəsinin “e” bəndi (xidməti uyğunsuzluğa görə) ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barəsində hərbi hissə komandiri qarşısında vəsatət qaldırılması qərara alınmışdır. İşdə olan N8N saylı Hərbi Hissə komandirinin xx.xx.NN-ci il tarixli təqdimatına əsasən, baş leytenant İddiaçı oglu, xx.xx.NN-ci il tarixdən N8N nomrəli hərbi hissənin N8N3-cü mexanikləşdirilmiş taborunun (BTR,SandCat) mexanikləşdirilmiş bölük (BTR) komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsində xidmət edir. Xidməti işinə münasibəti və rnəsuliyyəti qənaətbəxş deyil, tutduğu vəzifəsini layiqincə yerinə yetirmir. Şəxsi nizam-intizam və dürustlüyü aşağı seviyyədədir. Nizamnamə qaydalarını bilir, lakin gündəlik iş prinsipini onların tələblərinə uyğun həcmdə qurmağı bacarmır. Qanunları və rəhbəredici sənədlərin tələblərini zəif bilir. Baş leytenant İddiaçı oglu, xidmətdə buraxdığı nöqsanlara görə tabor komandirinin xx.xx.NN-ci il tarixli raportuna əsasən kiçik zabitlərin şərəf məhkəməsində dinlənilmişdir və kiçik zabitlərin şərəf məhkəməsinin vəsatətinə əsasən xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdan ehtiyata buraxılması barədə komandanlıq qarşısında vəsatət qaldırılmışdır. İddiaçı xidməti uyğunsuzluğa gorə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması məqsədəuyğun hesab edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.NN-ci il tarixli, 0522 nömrəli əmrindən çıxarışdan görünür ki, “Hərbi Xidmət Keçmə haqqında” Əsasnamənin N56-cı maddəsinin «e» bəndinə (xidməti uyğunsuzluq) müvafiq olaraq N8N nömrəli hərbi hissənin 3-cü taborunun bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini baş leytenant İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılması və qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon bölməsinə göndərilməsi barədə əmr verilmişdir. İş materiallarında olan N8N nömrəli hərbi hissə komandirinin N iyul NN-ci il tarixli N2 nömrəli əmrindən çıxarışdan görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.NN-ci il tarixli, 0522 nömrəli əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar baş leytenant İddiaçı hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılması barədə əmr verilmişdir. İş materiallarında olan N8N nömrəli hərbi hissə komandirinin ideoloji iş və mənəvipsixoloji təminat üzrə müavini-bölmə rəisi tərəfindən imzalanmış xidməti xasiyyətnamədən görünür ki, baş leytenant İddiaçı mənfi xasiyyatnamə ilə xarakterizə olunmuşdur. İş materiallarında olan İddiaçı “xidməti vərəqəsi”ndən görünür ki, “sənədlərin təhlili düzgün aparılmadığına” görə xx.xx.NN-ci il, “geyim qaydasını düzgün daşımadığına” görə xx.xx.NN-ci il, “sənədləri düzgün tərtib etmədiyinə” görə xx.xx.NN-ci il tarixlərində iddiaçıya “şiddətli töhmət” verilmiş, xx.xx.NN-ci il tarixində isə “sosial şəbəkədə video şəkil paylaşdığına” görə ona “vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarliq” elan edilmişdir. İşdə olan N8N nömrəli hərbi hissənin “kiçik zabitlərin şərəf məhkəməsi”nin N may NN-ci il tarixli 7 nömrəli protokolunda və həmin tarixli qərarında yuxarıda sadalanan tarixlərdə iddiaçıya verilmiş 3 (üç) “şiddətli töhmət” cəzasının səbəblərini təşkil edən hallar qeyd olunsa da, son nəticədə mübahisələndirilən əmrin veriməsi üçün qaldırılan vəsatətin əsası kimi hərbi hissənin ərazisində “smartfon” tipli mobil telefondan istifadə etməsinə istinad edilmişdir. Belə ki, İddiaçı “xidməti vərəqəsi”ndən göründüyü kimi, N8N nömrəli hərbi hissədə xidmət etdiyi dövrdə yol verdiyi pozuntulara görə üç dəfə intizam qaydasında cəzalandırılmış, lakin həmin nöqsan və pozuntularla bağlı onun “kiçik zabitlərin şərəf məhkəməsi”ndə dinlənilməsi barədə məsələ qaldırılmamışdır. Məhkəmə hesab edir ki, istər iddiaçının “hərbi hissənin ərazisində “smartfon” tipli mobil telefondan istifadə etməsi” məsələsinin xx.xx.NN-ci il tarixində “Şərəf məhkəməsi”ndə müzakirəyə çıxarılmasında, istərsə də, komandanlıq tərəfindən “Şərəf məhkəməsi”nin qərarı nəzərə alınaraq baş leytenant İddiaçı “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin N56-cı maddəsinin “e” bəndi ilə (xidməti uyğunsuzluğa görə) ilə vəzifəsindən azad edilib, həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barəsində “Təqdimat”ın verilməsində ciddi qanun pozuntularına yol verilmişdir. Belə ki, iddiaçı xidmət etdiyi hərbi hissənin ərazisində “smartfon” tipli mobil telefondan istifadə etmədiyini, Müdafiə Nazirliyi Təhlükəsizlik idarəsinə çağırılaraq, istifadəsi qadağan olunmuş smartfon tipli mobil telefon işlətmə adı ilə şərlənərək tərxisə təqdim edilməməsi üçün ifadəsi alınan zaman hərbi hissədə adı çəkilən telefonu işlətdiyini yazmağının tələb edildiyini, tabe olmayacağı halda əsgərləri gətirib onun üzünə qoyacaqları, özünə də işgəncə ilə ağlına gəlməyən maddəni qəbul etdirəcəkləri barədə hədə-qorxu gəlindiyini, çarəsizlikdən onların tələb etdiyi kimi ifadə verdiyini bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hüquq İdarəsinin hazırki mübahisə ilə əlaqədar məhkəməyə ünvanladığı xx.xx.N22-ci il tarixli NN/3969 nömrəli “sorğuya cavab” məktubuna İddiaçının “hərbi hissənin ərazisində “smartfon” tipli mobil telefondan istifadə etməsi” faktını təsdiq edən heç bir sübut əlavə edilməmişdir. Digər tərəfdən, İddiaçı “xidməti vərəqəsi”ndən göründüyü kimi, hərbi hissə rəhbərliyi tərəfindən iddiaçıya “sosial şəbəkədə video şəkil paylaşdığına” görə “vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq” xx.xx.NN-ci il tarixdə elan edilmiş, bu hal barədə artıq məlumatlı olan hərbi hissə rəhbərliyi onun “kiçik zabitlərin şərəf məhkəməsi”ndə dinlənilməsi barədə heç bir sərəncam və ya göstəriş verməmiş, yalnız üç gündən sonra, xx.xx.NN-ci il tarixdə həmin səbəblə verilən raporta əsasən iddiaçının “kiçik zabitlərin şərəf məhkəməsi”ndə dinlənilməsi qərarına gəlinmişdir. Lakin bu barədə N8N nömrəli hərbi hissə rəhbərliyinin hər hansı əmr və ya sərəncamının mövcudluğunu təsdiq edən sənəd məhkəməyə təqdim olunmamışdır. İddiaçının “hərbi hissənin ərazisində “smartfon” tipli mobil telefondan istifadə etməsi” faktının heç bir şahid ifadələri və bu barədə tərtib edilməsi tələb olunan aktla rəsmiləşdirilməməsi, bu halın mövcudluğunu təsdiq edən hər hansı bir sübut növünün məhkəməyə təqdim edilməməsi, “sosial şəbəkədə video şəkil paylaşdığına” görə ona “vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlığın” xx.xx.NN-ci il tarixdə elan edilməsinə baxmayaraq, informasiya təhlükəsizliyini və məxfiçilik rejimini kobud şəkildə pozduğuna görə onun “kiçik zabitlərin şərəf məhkəməsi”ndə dinlənilməsi üçün sərəncam verilməsi barədə raportun həmin gün və ya səhəri gün deyil, səbəbi göstərilmədən üç gün sonra verilməsi, həmçinin N8N nömrəli hərbi hissənin “kiçik zabitlərin şərəf məhkəməsi”nin N may NN-ci il tarixli 7 nömrəli protokolunda və həmin tarixli qərarında mübahisələndirilən əmrin veriməsi üçün qaldırılan vəsatətin əsası kimi iddiaçının hərbi hissənin ərazisində “smartfon” tipli mobil telefondan istifadə etməsinə istinad edildiyi halda, onun xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə Müdafiə Nazirliyinə göndərilmiş xx.xx.NN-ci il tarixli təqdimatda bu barədə heç bir məlumatın olmaması məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, baş leytenant İddiaçı hərbi hissənin ərazisində “smartfon” tipli mobil telefondan istifadə etməsi barədə dəlil-sübut mövcud deyil və onun bu barədə etirafı isə mötəbər və yetərli sübut kimi qiymətləndirilə bilməz. Digər tərəfdən, baş leytenant İddiaçı xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə Müdafiə Nazirliyinə göndərilmiş xx.xx.NN-ci il tarixli təqdimatda onun “xidməti uyğunsuzluğu”nun əsasları kimi “xidməti işinə münasibəti və rnəsuliyyəti qənaətbəxş deyil, tutduğu vəzifəsini layiqincə yerinə yetirmir. Şəxsi nizamintizam və dürustlüyü aşağı səviyyədədir. Nizamnamə qaydalarını bilir, lakin gündəlik iş prinsipini onların tələblərinə uyğun həcmdə qurmağı bacarmır. Qanunları və rəhbəredici sənədlərin tələblərini zəif bilir” kimi məlumatlar qeyd olunmuşdur. Lakin İddiaçı “xidməti vərəqəsi”ndən göründüyü kimi, N8N nömrəli hərbi hissədə xidmət etdiyi dövrdə yol verdiyi həmin pozuntulara görə o, üç dəfə “şiddətli töhmət” verilməklə intizam qaydasında cəzalandırılmışdır. Həmin əsaslarla iddiaçının “xidməti uyğunsuzluğa görə tutduğu vəzifədən azad edilib həqiqi hərbi xidmətdən ehtiyata buraxılması” kimi ikinci dəfə cəzalandırılması isə ciddi qanun pozuntusudur. Belə ki, “Azərbaycan Respublikası Silahlı XN”nin “Hərbi intizamın pozulmasına görə cəzalar” bölməsinin 44-cü bəndinin tələbinə görə “Zabitlərin, gizirlərin, miçmanların və müddətindən artıq xidmət hərbi qulluqçularının nəlayiq hərəkətlərinə görə eyni zamanda həm şərəf məhkəməsində baxılmağa verilmək, həm də intizam cəzası vermək qadağandır”. “İntizam cəzalarının verilmə qaydası” bölməsinin 85-ci bəndinə əsasən “Hər bir intizam cəzası hərbi intizamın möhkəmləndirilməsi və hərbi qulluqçuların tərbiyə edilməsi tədbiri kimi törədilən nalayiq hərəkətin ağırlığına və təqsirin dərəcəsinə müvafiq olmalıdır. Cəzanın növü və dərəcəsi təyin edilərkən, nəlayiq hərəkətin xarakteri, törədilmə şəraiti, təqsirkarın bundan əvvəlki davranışı, hərbi qulluqdakı xidmət müddəti və qulluq qaydası ilə tanışlıq dərəcəsi nəzərə alınır”. “İntizam Nizamnaməsi”nin 87-ci bəndinə əsasən “Komandir (rəis) intizam cəzası verərkən, onun növünün və müddətinin təyin edilməsində tələsməməli, tabeliyində olan şəxsin ləyaqətinə hörmət etməli və kobudluğa yol verməməlidir”. “İntizam Nizamnaməsi”nin 88-ci bəndinin tələbinə görə “Eyni bir nəlayiq hərəkət üçün bir neçə cəza vermək, cəzaları birləşdirmək, bilavasitə təqsirkarın əvəzinə bütün şəxsi heyəti cəzalandırmaq və həmçinin həbs müddətini müəyyənləşdirmədən həbs etmək qadağandır”. Bundan başqa, iş materiallarından görünür ki, İddiaçı ikinci Qarabağ Müharibəsinin başlaması ilə əlaqədar xx.xx.NN-ci il tarixdən xx.xx.NN-ci il tarixədək N8N nömrəli hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə iştirak etmiş, xx.xx.NN-ci il tarixdə Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə sol sağrı nahiyyəsinin dəlib keçən odlu silahdan yaralanmış, müalicə aldıqdan sonra yenidən N8N nömrəli hərbi hissəyə qayıdaraq xx.xx.N2N-ci il tarixədək həmin hərbi hissədə xidmətini davam etdirmiş, Füzuli, Qubadlı, Şuşa inzibati ərazi vahidlərinin azad olunması uğrunda gedən döyüşlərdə layiqli iştirakına görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “X5 gorə, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Cəsur Döyüşçü” medalları ilə təltif edilmişdir. Məhkəmə yuxarıda qeyd olunanları İddiaçı “xidməti uyğunsuzluğu”nu təkzib edən, habelə hərbi hissənin ərazisində “smartfon” tipli mobil telefondan istifadə etməklə hərbi xarakterli məlumatların sızmasına şərait yaratmasını istisna edən hal kimi qiymətləndirilməsini mümkün hesab edir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, mübahisələndirilən əmr «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun, «Hərbi vəzifə və xidmət haqqında» Azərbaycan Respublikası Qanununun, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin və “Silahlı Qüvvələrin İntizam Nizamnaməsi”nin tələblərinə uyğun qəbul edilmədiyindən və onun qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən İddiaçı hüquqlarını kobud şəkildə pozur və o, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin N56-cı maddəsinin “e” bəndi (xidməti uyğunsuzluğa görə) ilə N8N nömrəli hərbi hissənin 3-cü taborunun bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsindən azad edilib, həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barəsində Azərbaycan Respublikası Müdafiə Nazirinin N3 iyul NN-ci il tarixli 0522 nömrəli əmrinin ləğv edilməsini tələb etməkdə haqlıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 24.N-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 45.N-ci maddəsinə görə inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. Həmin Qanunun 45.2-ci maddəsinə görə inzibati icraat zamanı inzibati orqan tərəfindən aşağıdakı sübutetmə vasitələrindən: - (maddə 45.2.N) sənədlərdən; - (maddə 45.2.2) tərəflərin və işdə iştirak edən üçüncü şəxslərin izahatlarından; - (maddə 45.2.3) şahid ifadələrindən; - (maddə 45.2.4) müvafiq müayinələrin aparılmasından; - (maddə 45.2.5) ekspert rəylərindən; - (maddə 45.2.6) hüquqi yardım qaydasında digər inzibati orqanlar tərəfindən təqdim olunmuş arayışlardan; - (maddə 45.2.7) işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər sübutlardan istifadə oluna bilər. Həmin Qanunun 45.3-cü maddəsinə görə qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Qanunun 58.N-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.N-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması, həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.N-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.N-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Bütün qeyd edilənlərə məcmu halında qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Müdafiə Nazirinin İddiaçı barəsində xx.xx.NN-ci il tarixli, 0522 saylı əmrinin ləğv olunmalı, İddiaçı hərbi xidmətə bərpa olunması, tərxis edildiyi üçün itirilmiş xidməti müddətin hesablanması və ehtiyata buraxıldığı gündən vəzifəsinə bərpa olunana qədərki dövr üçün vəzifə maaşının və ona əlavələrin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23.N-ci, 68-ci, 69-cu, 75-ci, 78 – 79-cu, 8N-ci və 85.N-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARAALİR: İddia təmin edilsin. Azərbaycan Respublikası Müdafiə Nazirinin İddiaçı barəsində xx.xx.NN-ci il tarixli, 0522 saylı əmri ləğv olunsun. İddiaçı hərbi xidmətə bərpa olunması, tərxis edildiyi üçün itirilmiş xidməti müddətin hesablanması və ehtiyata buraxıldığı gündən vəzifəsinə bərpa olunana qədərki dövr üçün vəzifə maaşının və ona əlavələrin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-727/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-727/2023
02.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver