Məhkəmə qərarları › İş №2-1(120)-727/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-727/2025

17.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-727/2025 17.06.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və əlilliyin təyin olunması” tələbinə dair iş üzrə Giriş Hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli, xxxxxxx0003 nömrəli qərarın ləğv edilməsi və həmin tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müvafiq əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(120)-2393/2024 nömrəli qərardadı ilə Lənkəran şəhər X2 Hüquqi Şəxs adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(120)-2393/2024 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin müəyyən olunması meyarları»nda göstərilən xəstəliklərin əhatə dairəsində olub-olmaması ilə bağlı qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi, o cümlədən İddiaçı canlı müayinəsinin aparılması üçün cavabdeh Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə 30 (otuz) gün müddət təyin edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(120)-2393/2024 nömrəli qərardadı ilə məhkəmə-tibbi (məhkəmə-psixiatriya) ekspertizası təyin edilmişdir. Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə mütəxəssis rəyinin verilməsi üçün “Məhkəmə Psixiatriya Ekspertiza Mərkəzi” Publik hüquqi Şəxsinə müvafiq rəyin verilməsindən ötrü ekspertiza təyin edilmişdir. Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi dəyişdirilmişdir. Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi dəyişdirilmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1975-ci ildə Yardımlı rayonunda doöğulmuşdur. Yardımlı RHK tərəfindən 1993-cü il tarixdə hərbi xidmətə çağırılmış, döyüş zonasında xidmət edərkən 1994-cü ilin aprel ayında odlu silah mərmi partlamasından başın alın nahiyyəsindən bir ədəd, sağ qaşın tüklü hissəsindən bir ədəd, sol qaşın quyruq hissəsindən bir ədəd, sağ baldırın orta 1/3-nin ön səthindən yaralaraq xəsarət almışdır. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyin Mərkəzi Həkim Komissiyasının xx.xx.2018-ci il tarixli protokoluna əsasən həmin xəsarətlərin hərbi travma olması və Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınması öz təsdiqini tapmışdır. Həmin vaxtdan da müalicələr almaqla getdikcə vəziyyəti daha da ağırlaşmış və hər il müalicələr almışdır. Hazırda da baş-beyin travması aldığına görə onda şəxsiyyət və davranış pozuntuları, eyni zamanda yaddaş zəifliyi vardır. Ona Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” Publik hüquqi şəxsi 06 dekabr 2023-cü il tarixli rəyi ilə baş beyin travması xəstəliyi nəticəsində yaranan üzvi mənşəli ifadə olunmuş şəxsiyyət və davranış pozuntusu, yaddaş zəifliyi ilə F07.8 kəkələmə F08.5 diaqnozu qoyulmuşdur. Göründüyü kimi o, hərbi travmanı Azərbaycanın Respublikasının müdafiəsi zamanı almış və ona əlillik müəyyən edilməsi üçün cavabdeh təşkilata müraciət etsə də ona xəstəliyinin əlillik təyin edilməsi üçün əsas olmadığlı göstərilərək imtina edilmişdir. Həmin imtina əsassız olmaqla hazırda o, döyüş zamanı belindən travma almış, başında kəskin ağrılar var, yaddaşı zəiflənib, davranış qaydaları pozulmaqla eşitmə-görmə qabiliyyəti məhduddur. Belə bir vəziyyətdə onun işləməyi qeyri mümkündür və əlliliyin təyin edilməsi labüddür. Qeyd olunanalara əsasən iddia tələbinin təmin olunmasını xahiş edir. Cavabdehin etirazı: Cavabdeh inzibati orqan etirazını onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları. Baş beyinin travmatik xəstəliyi nəticəsində yaranan üzvi mənşəli ifadə olunmuş şəxsiyyət və davranış pozuntusu, yaddaş zəifliyi ilə Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir, səbəbi ilə imtina verilmişdir. Bundan əlavə, Bakı şəhər sakini xx.xx.1975-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin V00060456RİF nömrəli xx.xx.2023-cü il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS: 3-17-4/3-1- 14305/2023). Növbəti dəfə əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2018-ci il tarixli 1709 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Odlu silah mərmi partlamasından sonrakı başın alın nahiyəsində bir ədəd, sağ qaşın tüklü hissəsində bir ədəd, sol qaşın quyruq hissəsində bir ədəd, sağ baldırın orta 1/3-nin ön səthində bir ədəd köhnə çapıq toxumalar” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd edir ki, vətəndaş xx.xx.2023-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başağrıları, başgicəllənməsindən şikayətlənmişdir. Anamnestik məlumatlarında 7-8 ildir vəziyyətinin pisləşdiyini, son 4 ildir ki. kəkələməyə başladığını, əsəbləşdikdən sonra ağlayaraq özünə gəldiyini bildirmiş, qıcolmalarının olduğunu, özünə gəldikdən sonra dərman qəbul edərək yatdığını geyd etmişdir. Müayinə zamanı təpə, sağ baldırın orta 1/3-nin ön səthində çapıq toxuma izlənilmiş, asağı ətraflarda hipotrofiya, atrofiya, parez, iflic izlənilməmiş, hərəkətlər sərbəst və ağrısız müşahidə edilmişdir. Təqdim olunmuş hərbi qərarda kəllə-beyin travması geyd olunmamış, bas-beynin instrumental müayinəsinin (MRT) nəticəsi posttravmatik patologiyanı təsdiqləməmişdir. Psixi statusunda kövrəklik, kəkələmə müşahidə edilmiş, hazırkı vəziyyəti ifadə olunmuş emosional labil-astenik əlamətlər kimi qiymətləndirilmiş, lakin müalicə müddətinin yetərsizliyindən və müalicə potensialının tükənmədiyini nəzərə alıb müvafiq qərar alınmışdır kimi qeyd olunmuş, Xüsusi səbəbdən Diaqnoz əlillik əlaməti təyin etmir, Ümumi xəstəlik ilə əlaqədar Müalicənin davam etdirilməsi barədə qərar qəbul edilsin. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı aşağı ətraflarında ağrılar, kəskin başağrıları, əsəbilik, yaddaşsızlıq, 3 ildir nitqində problem olmasından şikayətlənmişdir. Hazırda medikamentoz preparatlardan “Klonozepam” qəbul etdiyini bildirmiş, yaddaşlızıqdan şikayətlənsə də, xx.xx.2023-cü il tarixində əyani müayinə zamanı hansı həkim ekspertin onu müayinə etdiyini qeyd etmişdir. Təqdim olunmuş baş-beynin instrumental müayinə (MRT) nəticəsinə əsasən kəllə-beyin travması təsdiqlənməmiş, yaşla bağlı dəyişikliklər kimi dəyərləndirilmişdir. Həmçinin təqdim olunmuş tibbi müayinə və müalicə sənədlərdə nitqində olan kəkələməni izah edə biləcək məlumat qeyd olunmamışdır. Psixi statusunda bələdliyi bütün istiqamətlərdə saxlanılmış, zahiri normal, həyəcanlı, simulyasion xararkterli davranış nümayiş etdirmişdir. Ünsiyyətə çətinliklə, kəkələyərək daxil olmuş, intellektual amnestik funksiyaları yaşına və sosial məişət şəraitinə uğun olmuş, diqqəti və yaddaşı pozulmamış, əllərinin iç səthində qabarlar müşahidə edilmişdir. Hazırda psixoproduktiv əlamətlər və davranış pozuntusu əlamətləri aşkar edilməmişdir. Müayinə zamanı sağ baldırın orta 1/3-də, sağ qaşında və təpə nahiyələrində çapıqlar izlənilmiş, yuxarı və aşağı ətraflarda hərəkətlər sərbəst və ağrısız olmuşdur. Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2020-xx.xx.2020-ci il tarixli 0419560/2020 nömrəli Çıxarışında diaqnoz Baş beynin travmatik xəstəliyi nəticəsində yaranan üzvi mənşəli ifadə olunmuş şəxsiyyət və davranış pozuntusu kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2022-xx.xx.2022-ci il tarixli Çıxarışında diaqnoz “Baş beynin travmatik xəstəliyi nəticəsində yaranan üzvi mənşəli ifadə olunmuş şəxsiyyət və davranış pozuntusu” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2023-xx.xx.2023-cü il tarixli Çıxarışında diaqnoz “Baş beynin travmatik xəstəliyi nəticəsində yaranan üzvi mənşəli ifadə olunmuş şəxsiyyət və davranış pozuntusu, yaddaş zəifliyi” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Rezonans Klinikasının xx.xx.2022-ci il tarixli Baş beyin MRT müayinəsinin nəticəsi “Sol mastoid hücrələrdə diffuz ödem və bununla yanaşı əsas cibin qonşuluğunda solda yumşaq toxuma proyeksiyasında ödem qeyd edilir (mastoidit, evstaxit əlamətləri). Hər iki maxillar sinusda mukozal qalınlaşma geyd edilir. Sol maxillar sinusu subtotal əhatə edən 35^20 mm retension kist qeyd edilir. Kortikal sulkus və qirusların dərinliyi və qenisliyi artmışdır (minimal kortikal atrofiya). Beyinin hər iki yarımkürəsində, təpə paylarında subkorlikal millimetrik FLAİR rejimində hiperintensiv ocaqlar aşkar olunur (gliotik ocaqlar) kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş edirlər. Tərəflərin iştirakı və izahatları: İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı, cavabdehin nümayəndəsi və üçüncü şəxin nümayəndəsi iclasda iştirak etmir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə istinadən iddiaçı, cavabdehin nümayəndəsi və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü. Məhkəmə hesab edir ki, hazırkı iddianın “mübahisələndirmə və məcburetmə haqqında iddia” növünün mümkünlük şərtlərinə uyğunluğu yoxlanılmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun: 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2-ci maddəsinə görə isə, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İnzibati Prosessual Məcəllənin: 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Qanunverici orqan mübahisələndirmə haqqında iddianın qaldırılmasını müddətə tabe tutmuş və müddətin başlanğıcını aşağıdakı kimi müəyyən etmişdir:

1. inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində;

2. şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi). 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2-ci madəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. “İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir... İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulubpozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. (T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarı)”. İddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkündür.

Faktiki hallar və sübutlar: İş materiallarında olan: İddiaçıya məxsus Əlillik altsistemdən çıxarışdan müəyyən olunur ki, Tibb müəssisəsinin xx.xx.2020-ci il tarixli, 0266003AAJPG nömrəli Forma 88 göndərişi əsasında xx.xx.2020-ci il tarixdə əlillik qiymətləndirilmiş və göndərişin natamam doldurulması səbəbi ilə, xx.xx.2022-ci il tarixli, V00604356RİF nömrəli Forma 88 göndəriş əsasında xx.xx.2023-cü il tarixdə əlillik qiymətləndirilmiş və diqanoz əlillik təyin etməməsi səbəbi ilə, xx.xx.2023-cü il tarixli, S00125393CYN nömrəli Forma 88 göndəriş əsasında xx.xx.2023-cü il tarixdə əlillik qiymətləndirilmiş və diqanoz öz təsdiqini tapmaması səbəbi ilə, xx.xx.2023-cü il tarixli, S00125393CYN nömrəli Forma 88 göndəriş əsasında xx.xx.2024-cü il tarixdə əlillik qiymətləndirilmiş və diqanoz öz təsdiqini tapmaması səbəbi ilə imtina edilmişdir. Tibb müəssisəsinin xx.xx.2023-cü il tarixli, S00125393CYN nömrəli Forma 88 göndəriş əsasında iddiaçıya əsas diaqnoz F07.8 Baş beynin xəstəliyi, travması və disfunksiya nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, baş beynin travmatik xəstəliyi nəticəsində yaranan üzvi mənşəli ifadə olunmuş şəxsiyyət və davranış pozuntusu yaddaş zəifliyi ilə, ağırlaşma F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, baş beynin travmatik xəsətəliyi nəticəsində yaranan üzvi mənşəli ifadə olunmuş şəxsiyyət və davranış pozuntusu, yaddaş zəifliyi ilə, səbəbi isə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi kimi müəyyən edilmişdir. Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X7 xx.xx.2023-cü il tarixli, 8420 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2023-ci il tarixdə t.e.d. professor Fuad İsmayılov tərəfindən müayinə olunub. Diaqnoz: Baş-beynin travması xəstəliyi nəticəsində yaranan üzvi mənşəli ifadə olunmuş şəxsiyyət və davranış pozuntusu, yaddaş zəifliyi ilə F07.8 Kəkələmə F98.5 kimi müəyyən edilmişdir. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasinin xx.xx.2018-ci il tarixli, 1709 nömrəli qərarında qeyd edilmişdir ki, Yardımlı RHK tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 1994-cü ilin aprel ayında aldığı və xx.xx.2018-ci ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X3 canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələridiaqnoz: “Odlu silah mərmi partlamasından sonrakı başın alın nahiyəsində bir ədəd, sağ qaşın tüklü hissəsində bir ədəd, sol qaşın quyruq hissəsində bir ədəd, sağ baldırın orta 1/3-nin ön səthində bir ədəd köhnə çapıq toxumalar” (Azərbaycan Respublikası SHXÇDXnin Yardımlı rayon bölməsinin xx.xx.2018-ci il tarixli 792 nömrəli göndərişi, xx.xx.2018-ci il tarixli 792 nömrəli arayışı, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X3 canlı şəxsin məhkəmə-tibbi müayinəsinin xx.xx.2018-ci il tarixli 555 nömrəli aktı, iki nəfər keçmiş hərbi qulluqçunun şahid ifadəsi, MN MHHK-nın həkim-mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır”. ƏSAS: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2. bəndinin a) yarımbəndi. Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Yardımlı Rayon Bölməsinin arayışında qeyd edilmişdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon bölməsi tərədindən xx.xx.1975-ci il təvəllüdlü İddiaçı ondan ötrü ki, həqiqətən o, xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin tərkibində 888, N nömrəli müxtəlif hərbi hissələrdə hərbi xidmət keçmişdir. İddiaçı xidmət etdiyi dövrdə N nömrəli hərbi hissənin tərkibində xx.xx.1994- cü il tarixdə Ağdam rayonu istiqamətində gedən döyüşlər zamanı mərmi partlayışı nəticəsində qəlpə yarası almışdır. xx.xx.1997-ci il tarixdə İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin müvafiq əmrinə əsasən Silahlı Qüvvələrdən ehtiyata buraxılmışdır. Müdafiə Nazirliyi Silahlı Qüvvələrinin Məhkəmə-Tibbi Ekspertiza və X4 xx.xx.2018ci il tarixli, № K/555 nömrəli canlı şəxsin məhkəmə-tibbi müayinəsi aktında qeyd edilmişdir ki, 1975-ci il təvəllüdlü İddiaçı məhkəmə-tibbi uayinəsinə (xx.xx.2018) və MN MHP-nın mütəxəssis rəylərinə əsaslanaraq ekspert Komissiyası aşağıdakı rəyə gəlir: 1. İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı (xx.xx.2018) başın alın naliyəsində bir ədəd, sağ qaşın tüklü hissəsində bir ədəd, sol qaşın quyruq hissəsində bir ədəd, sağ baldırın orta 1/3-nin ön səthində isə bir ədəd köhnə çapıq toxumalar aşkar edildi. İddiaçı xəsarət alması barədə heç bir tibbi sənədi olmadığına və hadisədən uzun müddət keçdiyinə görə, qeyd edilən xəsarətin yetirilmə mexanizmi və müddəti barəsində hazırda dəqiq fikir söyləmək mümkün deyildir, lakin çapıq toxumaların saxlanılmış bəzi morfoloji xüsusiyyətlərinə görə demək olar ki, həmin çapıqlar 1,5-2 ildən yuxarı olan müddət ərzində əmələ gəlmiş yaraların sağalmış izidir, onların odlu silah mərmi partlaması zamanı yaranmış qəlpələrin təsiri nəticəsində əmələ gəlmələri inkar edilmir, o cümlədən müayinə olunanın göstərdiyi şəraitdə, 1994-cü ilin aprel ayında odlu silah mərmi partlaması zamanı əmələ gəlmələri də mümkündür. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının S00125393CYN nömrəli göndərişi və müraciəti əsasında xx.xx.2023-cü il tarixində Agentlikdə qəbulda olmuşdur. Qəbul zamanı təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional pozuntular aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının 3-17-4/3-3-19178/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2020xx.xx.2020-ci il tarixli 0419560/2020 nömrəli Çıxarışında diaqnoz “Baş beynin travmatik xəstəliyi nəticəsində yaranan üzvi mənşəli ifadə olunmuş şəxsiyyət və davranış pozuntusu” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2022-xx.xx.2022-ci il tarixli Çıxarışında diaqnoz “Baş beynin travmatik xəstəliyi nəticəsində yaranan üzvi mənşəli ifadə olunmuş şəxsiyyət və davranış pozuntusu” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2023-xx.xx.2023-cü il tarixli Çıxarışında diaqnoz “Baş beynin travmatik xəstəliyi nəticəsində yaranan üzvi mənşəli ifadə olunmuş şəxsiyyət və davranış pozuntusu, yaddaş zəifliyi” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Rezonans Klinikasının xx.xx.2022-ci il tarixli Baş beyin MRT müayinəsinin nəticəsi “Sol mastoid hücrələrdə diffuz ödəm və bununla yanaşı əsas cibin qonşuluğunda solda yumşaq toxuma proyeksiyasında ödəm qeyd edilir (mastoidit evstaxiit əlamətləri). Hər iki maxillar sinusda mukozal qalınlaşma qeyd edilir. Sol maxillar sinusu subtotal əhatə edən 35>20 mm retension kist qeyd edilir. Kortikal sulkus və qirusların dərinliyi və genişliyi artmışdır (minimal kortikal atrofiya). Beyinin hər iki yarımkürəsində, təpə paylarında subkortikal millimetrik FLAİR rejimində hiperintensiv ocaqlar aşkar olunur (qliotik ocaqlar)” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(120)-2393/2024 nömrəli qərardadı ilə iddiaçıda mövcud olan xəstəliklərin ilkin əlillik təyin edilən dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair» Əsasnaməsinin, həmçinin hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin müəyyən olunması meyarları»nda göstərilən xəstəliklərin əhatə dairəsində olub-olmaması ilə bağlı qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi, o cümlədən iddiaçının canlı müayinəsinin aparılması üçün cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə 30 (otuz) gün müddət təyin edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-3704/2024 nömrəli qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(120)-2393/2024 nömrəli qərardadı ilə ekspert rəyinin verilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X6 tapşırılmışdır. Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X5 xx.xx.2024-cü il tarixli, T710/2024 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, 1,2,3,7. Səhiyyə Nazirliyi “MTE və PA Birliyi” müalicə müəssisəsi olmadığından onun hazırda konkret olaraq hansı xəstəliklərdən əziyyət çəkməsi barədə fikir söyləmək mümkün deyildir. Lakin, İddiaçı tibbi sənədlərinə əsasən, iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 088 saylı göndərişində qeyd edilmiş “Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, baş beynin travmatik xəstəliyi nəticəsində yaranan üzvi mənşəli ifadə olunmuş şəxsiyyət və davranış pozuntusu, yaddaş zəifliyi ilə” diaqnoz ona xəstəxanada anamnestik, klinik və laborator instrumental müayinələrin əsasında müəyyən edilmiş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onun səmərəliliyi və klinik proqnozu qənaətbəxş olmuşdur. Forma 088 göndərişində TSEK-in ekspertləri tərəfindən müvəqqəti əmək qabiliyyətinin itirilməməsi və əmək qabiliyyətinin itirilməsi-0% olması göstərilmişdir. Diaqnoz nəzərə alınmaqla 2023-cü ildə dəfələrlə və 2024-cü ildə DTSERA-da əyani müayinələri zamanı və MRT müayinəsinin nəticəsi əsasında travma nəticəsində yaranmış ensefalomazik (yaralanma yerlərinə uyğun) sahələri təsdiqləməmiş, nitq mərkəzlərində zədələnmə sahələri olmamış, bununla yanaşı şəxsiyyətin spesifik istiqamətdə inkişafı izlənilməmiş, bir sözlə əlillik təyinatına əsas verə biləcək heç bir psixoproduktiv simptomatika qeyd edilməmişdir. Aparılan müayinələrin nəticələri əsasında əldə olunmuş diaqnozla əlaqədar İddiaçı hazırda əlavə stasionar müalicəsinə (bərpa müalicəsini davam etdirməyə) zərurət yoxdur, 4,5. İddiaçı XBT 10 kodu ilə “F07.8-baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, F07.8-baş beynin travmatik xəstəliyi nəticəsində yaranan üzvi mənşəli ifadə olunmuş şəxsiyyət və davranış pozuntusu, yaddaş zəifliyi ilə” isə əsas xəstəliyinin ağırlaşması hesab edilir. Belə xəstəliklərə düçar olmuş şəxslər sahə poliklinikasında qeydiyyata götürülürlər. Xəstəliklər tam reabilitasiya olunmurlar. 6. Vətəndaş İddiaçı barəsində müvafiq tibb müəssisəsinin verdiyi göndəriş iş materiallarında olmadığından onun tam ya natamam doldurulması barədə fikir söyləmək mümkün olmadı. 8. Əlilliyin təyini ilə əlaqədar sualların həlli məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 №-li Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi Tibbi- Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir. Məhkəmə Psixiatriya Mərkəzi X7 xx.xx.2025-ci il tarixli 318 nömrəli rəyində qeyd edilmişdir ki, motivləşdirici hissə. Yoxlanılan şəxs İddiaçı hal-hazırda “ÜZVİ (TRAVMA MƏNŞƏLİ) ŞƏXSİYYƏT POZUNTUSU” (F07.0) aşkar edilir. Bunu anamnestik məlumatlar (kəllə-beyin travması alması, bundan sonra əsəbi olması, xarici qıcıqlara qarşı həssas olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Psixi Sağlamlıq Mərkəzi”ndə “Baş beyinin travmatik xəstəliyi nəticəsində yaranmış üzvi mənşəli ifadə olunmuş şəxsiyyət və davranış pozuntusu” diaqnozu ilə həmin müəssisədə stasionar müalicədə olması) və halhazırkı psixiatrik müayinənin nəticələri (təfəkkürünün bir qədər ləng olması, torpidlik əlamətlərinin olması, əhval-ruhiyyəsinin dəyişkən olması, emosional dayanıqsızlığı və s.) sübut edir. İİ. Yekun hissəsi: İnzibati işi materiallarını və ambulator məhkəmə-psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəməpsixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: Yoxlanılan şəxs İddiaçı üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu aşkar olunur. Sualın digər hissəsini cavablandırmaq məhkəmə-psixiatik ekspertizasının səlahiyyətlərinə aid deyil. İddiaçıya üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu müəyyən edilir. Aparılmış əyani müayinələrin nəticələrinə dair tibbi sənədlərdə, həmçinin müvafiq tibb müəssisələri tərəfindən verilmiş göndəriş və digər tibbi sənədlərdə İddiaçı təyin olunmuş diaqnoz aparılmış müayinələrin nəticələrinə uyğundur. Aparılmış müayinələrin nəticələri ona müvafiq diaqnozun təyin olunması üçün kifayət edir. İddiaçı üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu müəyyən edilir. Partlayış travması nəticəsində yaranmışdır. Hərbi xidmət dövründə almışdır.

Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnzibati icraat haqqında” Qanunun: 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 14.1-ci maddəsinə əsasən, İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2-ci maddəsinə əsasən, Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3-cü maddəsinə əsasən, Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Maddə 62. İnzibati aktın qəbul olunması haqqında məlumat verilməsi 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması, həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Qanunun: 3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4-cü maddəsinə Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında» Əsasnamənin: 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (bundan sonra - Xidmət) tibbi-sosial ekspertiza əsasında əlilliyin və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunun (bundan sonra - əlillik) qiymətləndirilməsi, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların (bundan sonra - əlilliyi olan şəxs) sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edən, onların reabilitasiyasını həyata keçirən icra hakimiyyəti orqanıdır; 3.1.2-ci bəndinə əsasən əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələrindən biridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra - altsistem) vasitəsilə aparılır (hazırkı redaksiyası: 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra - altsistem) vasitəsilə aparılır.). 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə- “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra –Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra –göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra - xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında - 81-100 faiz; 3.1.2.xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında - 61-80 faiz; 3.1.3.xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında - 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. XBT-10 -xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı, X baxış. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti:

7. Psixi və davranış pozuntuları 7.6.Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular Qeyd. Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi zamanı aşağıdakılar nəzərə alınır: - psixi pozuntuya səbəb olan üzvi patologiyanın olması, obyektiv olaraq təsdiq edilməlidir (məsələn, MRT-də beynin atrofik dəyişiklikləri, EEQ vasitəsilə epileptik paroksizmlər, müvafiq testlər vasitəsilə endokrin dəyişikliklər və s.); - xəstəliyin başlama yaşı (məsələn: demensiya əlamətləri ilə erkən başlanğıclı Alsheymer xəstəliyi zamanı 65 yaş əsas götürülür); - xəstəliyin davametmə müddəti və proqredientliyi (prosessual dəyişikliklərin artma sürəti); - intellektual-amnestik pozuntuların təzahür dərəcəsi (psixi statusun qısa qiymətləndirilməsi şkalası - MMSE vasitəsilə müəyyən edilir, bu şkala Demensiyanin diaqnostika və müalicəsi üzrə klinik protokolda vardır); - psixotik epizodların olması (üzvi deliriy, üzvi hallüsinoz, üzvi katotonik pozuntu) və onların tezliyi ilə; - aqresiv davranış və suisidal cəhdlər də daxil olmaqla, şəxsiyyət və davranış dəyişikliklərinin ağırlıq dərəcəsi; - müalicəvi və reabilitasiya müdaxilələrinin aparılmasının mümkünlüyü ilə. 7.6.2. baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliklə bağlı digər psixi pozuntular F06 üzvi mənşəli şəxsiyyət pozuntusu F07.0 postensefalit sindromu F07.1 postkontuzion sindrom F07.2 baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları F07.8 Qiymətləndirmə 7.6.2.1. əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) (35-60 faiz, 2 il); 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti (65-80 faiz, 2 il). … Məhkəmənin mövqeyi: Məhkəmə iddia və etiraz ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə müəyyən edir ki, iddiaçıya məxsus Əlillik altsistemdən çıxarışdan müəyyən olunur ki, tibb müəssisəsinin xx.xx.2020-ci il tarixli, 0266003AAJPG nömrəli Forma 88 göndərişi əsasında xx.xx.2020-ci il tarixdə əlillik qiymətləndirilmiş və göndərişin natamam doldurulması səbəbi ilə, xx.xx.2022-ci il tarixli, V00604356RİF nömrəli Forma 88 göndəriş əsasında xx.xx.2023-cü il tarixdə əlillik qiymətləndirilmiş və diqanoz əlillik təyin etməməsi səbəbi ilə imtina edilmişdir. Tibb müəssisəsinin sonuncu xx.xx.2023-cü il tarixli, S00125393CYN nömrəli Forma 88 göndərişi əsasında iddiaçıya əsas diaqnoz F07.8 Baş beynin xəstəliyi, travması və disfunksiya nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, baş beynin travmatik xəstəliyi nəticəsində yaranan üzvi mənşəli ifadə olunmuş şəxsiyyət və davranış pozuntusu yaddaş zəifliyi ilə, ağırlaşma F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, baş beynin travmatik xəsətəliyi nəticəsində yaranan üzvi mənşəli ifadə olunmuş şəxsiyyət və davranış pozuntusu, yaddaş zəifliyi ilə, səbəbi isə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi kimi müəyyən edilmişdir. Həmin xx.xx.2023-cü il tarixli, S00125393CYN nömrəli Forma 88 göndəriş əsasında cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə əlillik qiymətləndirilmiş və Komissiya xx.xx.2023-cü il tarixli, xxxxxxx0003 nömrəli qərarla diqanozun öz təsdiqini tapmaması səbəbi ilə iddiaçıya əlillik təyinatından imtina edilmişdir. İddiaçı, barəsində qəbul edilmiş həmin əlverişsiz inzibati aktın, yəni Komissiyasının xx.xx.2023-cü il tarixli, xxxxxxx0003 nömrəli qərarının ləğv edilməsi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edilir ki, iddiaçı barəsində tərtib edilmiş Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasinin xx.xx.2018-ci il tarixli, 1709 nömrəli qərarında qeyd edilmişdir ki, Yardımlı RHK tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 1994-cü ilin aprel ayında aldığı və xx.xx.2018-ci ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X3 canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələridiaqnoz: “Odlu silah mərmi partlamasından sonrakı başın alın nahiyəsində bir ədəd, sağ qaşın tüklü hissəsində bir ədəd, sol qaşın quyruq hissəsində bir ədəd, sağ baldırın orta 1/3-nin ön səthində bir ədəd köhnə çapıq toxumalar” (Azərbaycan Respublikası SHXÇDXnin Yardımlı rayon bölməsinin xx.xx.2018-ci il tarixli 792 nömrəli göndərişi, xx.xx.2018-ci il tarixli 792 nömrəli arayışı, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X3 canlı şəxsin məhkəmə-tibbi müayinəsinin xx.xx.2018-ci il tarixli 555 nömrəli aktı, iki nəfər keçmiş hərbi qulluqçunun şahid ifadəsi, MN MHHK-nin həkim-mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır” kimi qeyd edilmişdir. Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X7 xx.xx.2023-cü il tarixli, 8420 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2023-ci il tarixdə t.e.d. professor Fuad İsmayılov tərəfindən müayinə olunub. Diaqnoz: Baş-beynin travması xəstəliyi nəticəsində yaranan üzvi mənşəli ifadə olunmuş şəxsiyyət və davranış pozuntusu, yaddaş zəifliyi ilə F07.8 Kəkələmə F98.5 kimi müəyyən edilmişdir. Həmçinin iş üzrə xüsusi bilik tələb edən sualların cavablandırılması və iddiaçıda mövcud olaan xəstəliklərin dairəsinin müəyyən edilməsi, həmin xəstəliklərin əlillik təyinatına əsas verib-verməməsi məsələsini aydınlaşdırmaq üçün məhkəmə tərəfindən əldə edilən Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X5 xx.xx.2024-cü il tarixli, T710/2024 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı XBT 10 kodu ilə “F07.8-baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, F07.8-baş beynin travmatik xəstəliyi nəticəsində yaranan üzvi mənşəli ifadə olunmuş şəxsiyyət və davranış pozuntusu, yaddaş zəifliyi ilə” isə əsas xəstəliyinin ağırlaşması hesab edilir. Belə xəstəliklərə düçar olmuş şəxslər sahə poliklinikasında qeydiyyata götürülürlər. Xəstəliklər tam reabilitasiya olunmurlar. Bundan başqa Məhkəmə Psixiatriya Mərkəzi X7 xx.xx.2025-ci il tarixli 318 nömrəli rəyində qeyd edilmişdir ki, İddiaçı üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu müəyyən edilir. Partlayış travması nəticəsində yaranmışdır. Hərbi xidmət dövründə almışdır. Beləliklə də, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçıya əlillik təyinindən diaqnozun təsdiqini tapmaması səbəbi ilə imtina etsə də, şəxsə məxsus göndərişdə qeyd olunan diaqnoz və xəstəlik, həmçinin onda olan xəstəliyin hərbi xidmət dövrü ilə əlaqədar yarandığı mötəbər sübut hesab olunan rəylərlə və tibbi sənədlərlə öz təsdiqini tapır. Həmçinin həmin diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda əks olunmuşdur. Məhkəmə diqqətə çatdırır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”si ilə xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri, XBT-10 (kod), orqanizmin funksiyalarının pozulması faizi və orqanizmin funksiyalarının pozulması müddəti müəyyən edilmişdir. Həmin siyahıya nəzər yetirdikdə görünür ki, xəstəliklərin, zədələrin və çatışmazlıqların özünün şəxsdə mövcud olması hələ əlilliyin təyin edilməsi anlamına gəlmir. Onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri əlilliyin qiymətləndirilməsi və təyini üçün əhəmiyyət daşıyır. İddiaçı barəsində sonuncu dəfə verilən xx.xx.2023-cü il tarixli, S00125393CYN nömrəli tibbi göndərişdə qeyd olunan əsas diaqnoz və onun ağırlaşmaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 7.6-cı bəndi üzrə orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətlərinə uyğun gəlir. Həmçinin qiymətləndirməsi isə həmin Əsasnamənin 7.6.2.1-ci bəndi ilə uyğunluq təşkil edir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Belə olan halda məhkəmə cavabdehin imtinasını əsaslı hesab etmir və qeyd edir ki, iddiaçının barəsində tərtib olunan sözügedən göndəriş əsasında ididaçıya əlillik təyin edilməlidir. İnzibati Prosessual Məcəllənin: 4.1-ci maddəsinə əsasən, inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə: Yuxarıda göstərilənləri və İnzibati-Prosessual Məcəllənin 52, 68, 69, 75.4, 85.1- ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı:

İddia təmin edilsin. Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli, xxxxxxx0003 nömrəli qərarı ləğv edilsin. İddiaçı xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2 il müddətinə orqanizmin funksiyalarının 35-60 faiz aralığında pozulması ilə əlaqədar əlilliyin təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar