Məhkəmə qərarları › İş №2-1(120)-728/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-728/2022

22.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-728/2022 22.09.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili X4, Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “N mart N1-ci il tarixli, 022 əç nömrəli əmrin ləğv edilməsi və müddətdən artıq xidmət edən (əsgər) vəzifəsinə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 22 sentyabr N2-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T Dİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, N mart N1-ci il tarixli, 022 ƏÇ nömrəli əmrin ləğv edilməsi və müddətdən artıq xidmət edən (əsgər) vəzifəsinə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 02 mart N2-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidməti və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə belə bir mövzuda müraciət etmişdir. Bildirir ki, “o, 2-ci Qarabağ döyüşü iştirakçısıdır və Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının azad olunmasına görə 3 medalla təltif edilmişdir. Beyləqan rayonunda yerləşən N saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət etmişdir. N nömrəli hərbi hissənin həqiqi hərbi qulluqçusu əsgər X12 tərəfindən şərlənmişdir. Şərləndiyi dövrdə N saylı hərbi hissə komandirinin N mart N1-ci il tarixli, 022 əç nömrəli əmri ilə “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidmətə uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır. Bildirir ki, Füzuli hərbi prokurorluğunun xx.xx.N1-ci il tarixli cinayət işinin rədd edilməsi barədə qərarına əsasən təqsirliyi sübuta yetirilməmişdir. Ona qarşı irəli sürülən yalan ittihama görə N saylı hərbi hissə komandirinin N mart N1-ci il tarixli, 022 əç nömrəli əmri ilə “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidmətə uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır. Sizdən mənim bəraətverici əsaslarla mənə qarşı yönələn ittihamın sübuta yetməməsi hallarını nəzərə alaraq məni N saylı hərbi hissəyə iş yerimə qaytarılmağına köməklik göstərməyinizi xahiş edirəm”. Qeyd etmək istəyir ki, 25 mart N1-ci il tarixdə onun və qeyriləri barəsində başlanmış olan cinayət işi Füzuli Hərbi Prokurorluğunun 03 iyun N1-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla xitam verilmişdir. Qərarın nəticə hissəsində göstərilir ki, onun bu cinayət işində adı hallanan digər şəxslərin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.1-ci maddəsi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.2-ci maddəsinin tələblərinə əsasən rədd edilmişdir. Bu əhəmiyyətli hala görə əmrin ləğv edilməsi və həmin yerə işə bərpa ilə bağlı rəsmi müraciət etmişdir. Müraciətinə rədd cavabı verilmişdir Bununla əlaqədar olaraq işdən çıxarılma əmrini əldə etmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsinə müraciət etmişdir. 17 dekabr N1-ci il tarixdə ona vermiş olduqları cavab məktubunda bildirilmişdir ki, işdən çıxarılma əmri məxfi sənəd olduğu üçün ona verilməmişdir. Göründüyü kimi, onun hazırda hansı əsaslara görə tərxis olunmağı bilinmir. Bundan əlavə onun barəsində xitamverici əsaslar ola ola niyə hərbi xidmətə bərpa olunmamağı bilinmir. Cavabdehə ünvanladığı məktuba da imtina gəlməsi əsasızdır. Həmin məktubda göstərilir ki, ikinci təhqiqat bölməsinə göndərilmişdir, artıq hərbi prokurorluğun bununla bağlı qərarı olduğu halda nəyin yenidən araşdırılıb tədqiqt aparılması qeyri-müəyyən olaraq qalır. O, Azərbaycan Respublikası “Hərbi Xidmət Keçmə haqqında” Əsasnamənin Vİ (Vəzifəyə təyin edilmə, Xidmət üzrə yerdəyişmə bə irəli çəkilmə) 79-cu maddəsinə əsasən tam şəkildə bərpa olunmalıdır. Belə ki, həmin maddədə belə qeyd olunur: Şərti məhkum edilmiş və ya törətdiyi cinayətə görə hökmün icrası təxirə salınmaqla məhkum edilmiş və bu Əsasnamənin 158-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada həqiqi hərbi xidmətdə saxlanılmış hərbi qulluqçular məhkəmənin müəyyən etdiyi sınaq müddəti və ya hökmün təxirə salınma müddəti ərzində xidmət üzrə irəli çəkilməyə təqdim edilmirlər. Cinayət məsuliyyətinə qeyri-qanuni cəlb edilməsi ilə əlaqədar tutduqları vəzifələrdən azad edilmiş hərbi qulluqçular müəyyən edilmiş qaydada əvvəllər tutduqları və ya onlara bərabər vəzifələrə bərpa edilirlər. Hazırkı vəziyyətdə onun Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tərkibində fəaliyyət göstərən ordu sıralarına müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi bərpa oluna bilər. Buna dair hər hansı bir əngəl yoxdur. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, İnzibati Prosessual Məcəllənin 38-ci maddəsi bu qəbildən olan iddialar üzrə iddia müddətini 30 gün müəyyən etmişdir. İddiaçı hərbi hissədə yol verdiyi nalayiq hərəkətləri ilə əlaqədar xx.xx.N1-ci il tarixdə xidmət etdiyi N nömrəli hərbi hissədə Şərəf məhkəməsi keçirilmiş və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən ehtiyata buraxılması barədə məhkəmənin qərarı həmin vaxt iştirak edən İddiaçı elan edilmişdir. Müdafiə nazirinin xx.xx.N15-ci il tarixli, 24 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) şərəf məhkəmələri haqqında Əsasnamə”nin 5.6-cı yarımbəndinə əsasən şərəf məhkəməsinə cəlb olunan şəxs məhkəmənin qərarından 10 gün müddətində yazılı şəkildə bilavasitə hərbi hissə komandirinə şikayət verə bilər. Şikayət raportuna daxil olduğu gündən 10 gün ərzində baxılmalıdır. Şikayətdə göstərilən məsələlərin yoxlanılması üçün zərurət yarandıqda bu müddət 30 günə qədər uzadıla bilər. İş materiallarından göründüyü kimi İddiaçı bu barədə şikayəti daxil olmamışdır. Bundan əlavə N nömrəli hərbi hissə komandirinin xx.xx.N1-ci il tarixli, 022 əç nömrəli əmri əsasında ehtiyata buraxılması hərbi hissə komandirinin xx.xx.N1-ci il tarixli əmri ilə “İnzibati icraat haqqında” Qanunun 62-ci maddəsinə uyğun olaraq ona inzibati aktın qəbul edilməsi haqqında məlumat verilmişdir. İş materiallarından göründüyü kimi İddiaçı N1-ci ilin dekabr ayınədək bu barədə şikayəti daxil olmamışdır. Bundan başqa İddiaçı barəsində aparılan araşdırma ilə əlaqədar Füzuli hərbi prokurorluğunda xx.xx.N1-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.N1-ci il tarixli yekun qərar həmin tarixdə maraqlı şəxslərə, o cümlədən İddiaçı göndərilərək ona Azərbaycan Respublikasının CPM-nin 212-ci maddəsinə əsasən qərardan yuxarı prokurora şikayət etmək hüququ izah edilmişdir. İş materiallarından göründüyü kimi İddiaçı qərarı alandan sonra N1-ci ilin dekabr ayınadək bu barədə şikayət etməmişdir. Həmçinin Füzuli hərbi prokuroru tərəfindən vətəndaş İddiaçı onun xx.xx.N1-ci il tarixli ərizəsinə cavab olaraq xx.xx.N1-ci il tarixli, 16/14-87/1-21 nömrəli məktubla işə bərpa olunması ilə əlaqədar müraciət hüququnun izah olunmasına baxmayaraq İddiaçı N1-ci ilin dekabr ayınadək bu barədə müraciəti daxil olmamışdır. İnzibati Prosessual Məcəllənin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət pozuntusu proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.3-cü bəndinə əsasən bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallarda şamil olunur. Yuxarıda qeyd olunan sübutlardan göründüyü kimi İddiaçı onun “Hərbi xidmətkeçmə haqqında Əsasnamənin” 156-cı maddəsinin “e” bəndinə əsasən ehtiyata buraxılması barədə inzibati orqanın aktı barədə xx.xx.N1-ci il tarixdən etibarən ona məlum olmuş və bu barədə ona məlumat verilmişdir. Odur ki, məhkəmədən iddia müddəti keçdiyi üçün İddiaçı iddiasının rədd edilməsini xahiş edirlər. Bundan əlavə olaraq, İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, X8 ona qarşı dediyi yalan ittihama görə o, hərbi xidmətdən “Hərbi xidmət keçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndinə əsasən ehtiyata buraxılmışdır. Ona qarşı yalan ittiham edilməsini isə Füzuli hərbi prokurorluğunun xx.xx.N1-ci il tarixli, 16/2779 nömrəli qərarını bəhanə edərək bildirmişdir. Halbuki, Füzuli hərbi prokurorluğunun xx.xx.N1-ci il tarixli, 16/2779 nömrəli qərarından görünür ki, zərərçəkmiş X13 öz izahatında bildirmişdir ki, axırıncı dəfə N0-ci ilin fevral ayının axırlarında hərbi hissənin Beyləqan rayonunda yerləşən binasında xidmət etdiyi vaxt kiçik çavuş İddiaçı ilə birlikdə qarovul naryadında olduqları zaman sonuncu onunla qarovul otağında seksual xarakterli hərəkətlər etmişdir. Belə ki, onlar birlikdə naryad olduqları vaxt qarovul evindəki silah təmizləmə otağına gedərək, orada İddiaçı bir neçə hərbi qulluqçunun onunla əlaqədə olduğundan məlumatının olduğunu demiş və onunla da əlaqədə olmağı təklif etmişdir. O, da ona etiraz etməyərək razılaşdıqdan sonra, sonuncu ona qarşı seksual hərəkətlər etmişdir. O, izahatında həmçinin göstərmişdir ki, İddiaçı ona qarşı seksual xarakterli hərəkətlər etməsini heç kim görməmiş və bu barədə Aqil Əmirov heç kimə bildirməmişdir. İddiaçı qeyd olunan fakt üzrə izahat verərkən o, izahatında Aqil Əmirovun dediklərini təkzib edərək onunla hər hansı yolla könüllü və ya məcburi qaydada seksual xarakterli hərəkətlər etmədiyini bildirdiyinə görə, həmçinin də həmin fakt üzrə başqa şahidin olmadığı üçün İddiaçı təqsirliliyi sübuta yetirilməmişdir. Bu isə İddiaçı X10 qarşı seksual xarakterli hərəkətlər etməməsi anlamına gəlmir. Bundan əlavə olaraq, Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsinin 7-ci maddəsinə əsasən bütün hərbi qulluqçular hərbi intizamın və ictimai asayişin pozulması ilə bağlı nalayiq hərəkətlərə, eləcə də əxlaq qaydalarına zidd hərəkətlərə görə ictimai təsir tədbirlərinə, hərbi intizamı pozduqlarına görə - Azərbaycan Respublikası Silahlı X1 müəyyən edilmiş qaydada intizam məsuliyyətinə cəlb oluna bilərlər. Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsinin 2-ci maddəsinə əsasən hərbi qulluqçu hərbi nizamnamələrin tələblərini və öz vəzifələrini yaxşı bilməli və vicdanla yerinə yetirməli; hərbi biliklərini müntəzəm surətdə təkmilləşdirməli; ona tapşırılmış silahları, döyüş texnikasını və digər texnikanı mükəmməl bilməli, həmçinin hərbi əmlakı və xalq əmlakını qorumalı; ağlabatan təşəbbüslər göstərməli; hərbi xidmətin bütün çətinlik və məhrumiyyətlərinə mətinliklə dözməli, döyüşçü yoldaşlığına sadiq olmalı, öz yoldaşlarına sözü və işi ilə kömək etməli, onları nalayiq hərəkətlərdən çəkindirməli, həyatını əsirgəmədən təhlükədən xilas etməli; sayıq olmalı, dövlət sirrini ciddi surətdə saxlamalıdır. Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsinin 3-cü maddəsinə əsasən hərbi qulluqçu Azərbaycan Respublikası vətəndaşının yüksək adını ləyaqətlə daşımalı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, xidmət etdiyi hərbi hissənin şərəfini və döyüş şöhrətini, öz hərbi rütbəsinin şərəfini qorumalıdır. Həmçinin Azərbaycan Respublikası müdafiə nazirinin 6 aprel N0-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının etik davranış Qaydaları”nın 2.1-ci yarımbəndinə əsasən Azərbaycan Ordusunun hərbi qulluqçuları Azərbaycan Respublikasın Konstitusiyasına və qanunlarına, əxlaq və davranış norma və qaydalarına əməl etməkdə digər şəxslərə nümunə olmalıdılar. Həmin Qaydaların 7.11-ci yarımbəndinə əsasən kollektivdə hərbi qulluqçulara və digər şəxslərə qarşı təhqiredici və hədələyici ifadələr işlətməməli, gender bərabərliyinə riayət etməli, seksual xarakterli qısnama hallarına (hərəkətlərinə) yol verməməlidir. Həmin Qaydaların 10.1-ci yarımbəndinə əsasən Davranış Qaydalarında təsbit olunmuş müddəaların hərbi qulluqçular tərəfindən pozulması hərbi qulluqçuların intizam məsuliyyətinə cəlb edilməsi və ya şərəf məhkəməsində dinlənilməsi üçün əsas ola bilər. Xidmət etdiyi hərbi hissədən təqdim olunan sənədlərə əsasən İddiaçı xx.xx.N0-ci il tarixdən N nömrəli hərbi hissənin 5-ci reaktiv artilleriya divizionunun 13-cü reaktiv artilleriya batareyasının 2-ci reaktiv artilleriya tağımının 4-cü maşınının komandiri vəzifəsində xidmət edərkən özünü nizam-intizamsız hərbi qulluqçu kimi göstərmiş, xidməti vəzifələrinə laqeyd yanaşmış, ona verilən tapşırıqları yerinə yetirilməsində çətinlik çəkmiş, ona tutulan iradlardan, verilən intizam cəzasından nəticə çıxarmamış, hərbi qulluqçu adına, şərəf ləyaqətinə yaraşmayan hərəkətlərə yol vermişdir. Silahlı Qüvvələrin İntizam Nizamnaməsinin 5-ci maddəsinə əsasən hər bir komandir (rəis) öz tabeliyində olanları hərbi intizamın bütün tələblərini sözsüz yerinə yetirmək ruhunda tərbiyə etməli, onlarda hərbi şərəfi və hərbi borcu şüurlu inkişaf etdirib möhkəmləndirməli, layiqliləri həvəsləndirməli, intizamı pozanlara qarşı isə ciddi tədbirlər görməlidir. Silahlı Qüvvələrin İntizam Nizamnaməsinin 5-ci maddəsinə əsasən zabitlərin, gizirlər miçmanların və müddətindən artıq xidmət hərbi qulluqçuların nalayiq hərəkətlərinə zabiti; gizirlər, miçmanlar və müddətindən artıq xidmət hərbi qulluqçularının şərəf məhkəmələrində baxıla bilər. Zabitlərin, gizirlərin, miçmanların və müddətindən artıq xidmət hərbi qulluqçularının nalayiq hərəkətlərinin şərəf məhkəmələrində baxılması haqqındakı qərar tərkibində məhkəmələr yaradılmış hissələrin (idarələrin, müəssisələrin) komandirləri (rəisləri), həmçinin onların böyük rəisləri tərəfindən qəbul edilir. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N15-ci il tarixli 24 nömrəli Qərarı ilə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) şərəf məhkəmələri haqqında Əsasnamə”nin 3.1.1-ci yarımbəndinə əsasən hərbi qulluqçuların malik olduğu hərbi rütbəsinə yaraşmayan, hərbçi şərəfinə xələl gətirən, ədəb və əxlaq normalarına uyğun olmayan hərəkətlər etməsi ilə əlaqədar işlərə şərəf məhkəməsində baxılır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi İddiaçı özünü nizam-intizamsız hərbi qulluqçu kimi göstərmiş, ona tutulan iradlardan, verilən intizam cəzasından nəticə çıxarmamış, xidməti vəzifələrinə laqeyd yanaşmış, verilən tapşırıqları vaxtında yerinə yetirilməsində çətinlik çəkmiş, hərbi qulluqçu adına, şərəf və ləyaqətinə yaraşmayan hərəkətlərə yol vermişdir. Onun qeyd olunan davranışları nəzərə alınaraq batareya komandiri tərəfindən xx.xx.N1-ci il tarixdə onun şərəf məhkəməsində dinlənilməsi barədə raportla vəsatət qaldırılmış, hərbi hissə komandiri tərəfindən vəsatət təmin edilmiş, xx.xx.N1-ci il tarixdə şərəf məhkəməsi keçirilmiş, İddiaçı “MAHHXHQ şərəf məhkəməsi”ndə dinlənilmişdir. N nömrəli hərbi hissə komandirinin qərarı əsasında xx.xx.N1-ci il tarixdə keçirilən “MAHHXHQ şərəf məhkəməsi”ndə İddiaçı və məhkəməyə cəlb olunmuş şəxslərin məhkəmədə baxılan iş üzrə irad və fikirlərini bildirmək üçün çıxışları dinlənilmiş, Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.N15ci il tarixli, 24 nömrəli Qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) şərəf məhkəmələri haqqında Əsasnamə”nin 4.16-cı yarımbəndinin tələblərinə uyğun olaraq bu barədə 06 nömrəli protokol tərtib edilmişdir. xx.xx.N1-ci il tarixdə keçirilən şərəf məhkəməsi zamanı onunla birgə xidmət edən 4 nəfər hərbi qulluqçu çıxış etmiş, məhkəmə heyətində çıxış edən şəxslərin hamısı MAHHXHQ İddiaçı hərbi qulluqçunun şərəf və ləyaqətinə ləkə gətirən hərəkətlərə yol verməsi, xidməti vəzifələrinə laqeyd yanaşması, ona verilən tapşırıqları yerinə yetirilməsində çətinlik çəkməsi və nizamintizamsız hərbi qulluqçu olduğuna görə xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmasına dair təkliflər etmişlər. Həmçinin məhkəmə prosesi zamanı MAHHXHQ İddiaçı çıxışlarda göstərilən iradlarla razılaşaraq qərardan etirazı olmadığını bildirmişdir. Həmin Əsasnamənin 4.21-ci yarımbəndinə əsasən məhkəmə qərarı hərbi hissə komandiri ilə razılaşdırıldıqdan sonra orada qeyd olunan ictimai təsir tədbiri iki ay müddətinə icra edilməlidir. Həmin Əsasnamənin 4.22-ci yarımbəndinə əsasən məhkəməyə cəlb edilmiş hərbi qulluqçunun xahişi ilə məhkəmə qərarının bir nüsxəsi ona təqdim olunur, bir nüsxəsi isə onun şəxsi işinə tikilir. Həmin Əsasnamənin 5.6-cı yarımbəndinə əsasən məhkəmənin qərarından məhkəməyə cəlb olunan şəxs tərəfindən 10 gün müddətində raportla şikayət verilir. Şərəf məhkəməsinin 25 mart N1-ci il tarixli 06 nömrəli qərarından sonra onunla 2 dəfə söhbətləşmə aparılmış, əsasnamənin tələblərinə uyğun olaraq təqdimat tərtib edilmiş və təqdimatda ehtiyata buraxılma səbəbləri əsaslandırılaraq yuxarı komandanlığa göndərilmişdir. Həmin sənədlər məhkəmə baxışı üçün təqdim edilir. Xidmət etdiyi hərbi hissədən bölük komandiri leytenant Nemət Ocaqverdiyev tərəfindən təqdim olunan xidməti xasiyyətnamədə MAHHXHQ İddiaçı xidmət müddəti ərzində nizam-intizamsız, bacarıqsız, hərbi qulluqçu kimi mənfi xarakterizə olunmuşdur. Beləliklə, yuxarıda qeyd edilənlərdən göründüyü kimi, İddiaçı iddiaları tam əsassızdır, o xidmət dövründə yol verdiyi nalayiq, əxlaq və davranış normalarına zidd olan hərəkətləri, eləcə də, əvvəllər verilən intizam cəzalarından nəticə çıxarmadığı nəzərə alınaraq onun xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir. İşdə olan sənədlərlə müəyyən edilir ki, iddiaçı “Əmrin ləğvi, işə bərpa və sənədlərdə düzəliş edilməsi” barədə onun arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən halların mövcudluğunu sübut edə bilməmişdir. Azərbaycan Respublikası İPM-nin 12.1-ci maddəsinə əsasən məhkəmə prosesi zamanı iştirakçılarının izahatları, ərizə və təklifləri, onların təqdim etdiyi sübutlar və işdə olan materialla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün hallar araşdırılmalıdır. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilm tələbinə dair iddialar üzrə həmin qəbul edilməsini zəruri edən faktiki şərtləri mövcudluğu sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə və üçüncü şəxslərə məlumat ünvanlanmışdır. Məhkəmə iclasına İddiaçı, onun nümayəndəsi və vəkili X7 və cavabdehin nümayəndəsi X5 gəlmiş, üçüncü şəxslərin nümayəndələri isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə üçüncü şəxlərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili X7 iddia ərizəsinin məzmununa uyğun izahat verdilər və iddia tələbini müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazının məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyb, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan N nömrəli hərbi hissə komandirinin N aprel N1-ci il tarixli, 98 nömrəli əmrindən çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kiçik çavuş İddiaçı, 5-ci reaktiv artilleriya divizionunun 13-cü reaktiv artilleriya batareyasının 2-ci reaktiv artilleriya tağımının 4-cü maşınının komandiri, N saylı hərbi hissə komandirinin N mart N1-ci il tarixli, 022 “əç” nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidmətə uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxıldığına görə N aprel N1-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsinə göndərilmişdir. İş materiallarında olan 5-ci reaktiv artilleriya batareyasının komandirinin 5-ci reaktiv artilleriya divizionunun komandirinə ünvanladığı xx.xx.N1-ci il tarixli raportdan görünür ki, 13-cü reaktiv artilleriya batareyasının 2-ci reaktiv artilleriya tağımının 4-cü döyüş maşınının komandiri vəzifəsində xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kiçik çavuş İddiaçı hərbi qulluqçuların şərəf və ləyaqətinə ləkə gətirən hərəkətlər törətdiyinə görə müddətdən artıq hərbi qulluqçuların şərəf məhkəməsində dinlənilməsi üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması xahiş olunmuşdur. İş materiallarında olan N nömrəli hissənin “müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının şərəf məhkəməsi”nin xx.xx.N1-ci il tarixli, 6 nömrəli protokolundan çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kiçik çavuş İddiaçı xidmət etdiyi müddət ərzində vəzifə borcunu zəif bilir, vəzifəsinin öhdəsindən çətinliklə gəlir, nizam-intizamsız bir hərbi qulluqçu kimi göstərmişdir. Üzdə nizamnaməyə uyğun hərəkət, davranışları nümayiş etdirsə də, əslində bölüyün döyüş hazırlığına mənfi təsir göstərən işlərlə məşğuldur. Xidmətdə yol verdiyi nöqsanlara görə dəfələrlə komandanlıq tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq, bütün hallarda müxtəlif bəhanələr gətirərək etdiyi əməllərə haqq qazandırmağa çalışır. Yuxarı komandanlıq tərəfindən ona edilən iradlardan düzgün nəticə çıxarmamağını nəzərə alaraq “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidmətə uyğunsuzluğa görə) müvafiq olaraq ordu sıralarından ehtiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması qərara alınmışdır. İş materiallarında olan 2-ci X6 xx.xx.N1-ci il tarixli, 022 əç nömrəli əmrindən çıxarışdan görünür ki, 6-cı artilleriya briqadasının (N №-li hərbi hissə) 0065-ci Reaktiv artilleriya divizionunun reaktiv artilleriya batareyasının reaktiv artilleriya tağımının maşın komandanı kiçik çavuş İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinə müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İş materiallarında olan Füzuli hərbi porkurorunun böyük köməkçisi ədliyyə baş leytenantı X2 “cinayət işinin başlanmasının rədd edilməsi barədə” 03 iyun N1-ci il tarixli qərarının surətindən görünür ki, əsgər X8 İddiaçı onunla könüllü şəkildə qeyri-təbii yolla cinsi əlaqədə olması və ona qarşı seksual xarakterli hərəkətlər etməsi ilə bağlı göstərdiyi faktlar üzrə adı qeyd edilən hərbi qulluqçunun təqsirliliyi sübuta yetirilmədiyindən onun barəsində Azərbaycan Respublikası CM-nin 150.1-ci maddəsi ilə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.2-ci maddəsinə əsasən rədd edilmişdir. İş materiallarında olan Füzuli hərbi porkurorluğunun İddiaçı ünvanlanmış xx.xx.N1ci il tarixdə, 16/14-87/1-91 nömrəli məktubunda aşağıdakılar bildirilmişdir: Sizin xidmət etdiyiniz N nömrəli hərbi hissədən qanunsuz olaraq işdən azad edilməyinizlə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin elektron poçt ünvanına göndərdiyiniz ərizəniz Azərbaycan Respublikasının Hərbi prokurorluğu vasitəsi ilə baxılması üçün Füzuli hərbi prokurorluğuna göndərilmiş, ərizəniz 16 avqust N1-ci il tarixdə qeydiyyata alınaraq baxılmışdır. Məlumat üçün bildirilir ki, N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu əsgər X8 ona qarşı seksual xarakterli hərəkətlərə yol verməyinizlə bağlı şikayət ərizəsi əsasında Füzuli hərbi prokurorluğunda 16/29-C-21 nömrəli material araşdırılaraq, 03 iyun N1-ci il tarixdə təqsirliliyiniz sübuta yetirilmədiyindən barənizdə Azərbaycan Respublikası CM-nin 150.1-cı maddəsi ilə cinayət işinin başlanılması CPM-nin 39.2-ci maddəsinə əsasən rədd edilmişdir. Qeyd edilən qərarın surəti 03 iyun N1-ci il tarixli 16/2845 nömrəli məktubla yaşadığınız ünvana göndərilmişdir. Əlavə olaraq bildirilir ki, hərbi qulluqçuların Azərbaycan Respublikası Silahlı Qüvvələrində işə bərpa məsələsinin həll edilməsi prokurorluğun səlahiyyətinə aid deyildir. Sizə işdən azad edildiyiniz N nömrəli hərbi hissənin tabe olduğu, N nömrəli hərbi hissənin rəhbərliyinə müraciət etməyiniz tövsiyə olunur. Odur ki, bu barədə sizə məlumat verilməklə izah olunur ki, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası qanununun 14.0.8-ci bəndində əsasən yuxarı prokurora və ya məhkəməyə şikayət vermək hüququnuz vardır. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyadsının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin İ hissəsinə görə vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İş materiallarında olan N nömrəli hərbi hissənin “müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının şərəf məhkəməsi”nin xx.xx.N1-ci il tarixli, 6 nömrəli protokolundan çıxarışa əsasən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kiçik çavuş İddiaçı xidmət etdiyi müddət ərzində vəzifə borcunu zəif bilməsi, vəzifəsinin öhdəsindən çətinliklə gəlməsi, nizam-intizamsız hərbi qulluqçu olması ilə əlaqədar məsələlər müzakirə olunmuş, xidmətdə yol verdiyi nöqsanlara görə dəfələrlə komandanlıq tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq nəticə çıxarmamış, qeyd olunanlar nəzərə alınaraq “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidmətə uyğunsuzluğa görə) müvafiq olaraq ordu sıralarından ehtiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması qərara alınmış, həmin qərara əsasən qaldırılmış vəsatət təmin edilərək 2-ci X6 xx.xx.N1-ci il tarixli, 022 əç nömrəli əmri ilə N №li hərbi hissənin 6-cı artilleriya briqadasının 0065-ci Reaktiv artilleriya divizionunun reaktiv artilleriya batareyasının reaktiv artilleriya tağımının maşın komandanı kiçik çavuş İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Göründüyü kimi, N nömrəli hərbi hissənin “müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının şərəf məhkəməsi”nin xx.xx.N1-ci il tarixli, 6 nömrəli protokolunda müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kiçik çavuş İddiaçı xidmət etdiyi müddət ərzində vəzifə borcunu zəif bilməsini, vəzifəsinin öhdəsindən çətinliklə gəlməsini, nizamintizamsız hərbi qulluqçu olmasını təsdiq edən hər hansı bir sübut və ya dəlil göstərilməmiş və qərara əlavə edilməmiş, N nömrəli hərbi hissənin komandanlığı tərəfindən isə İddiaçı barəsində qərarda qeyd olunan nöqsanların əsaslılığını təsdiq edən sübutların mövcudluğu araşdırılmamışdır. Halbuki, N nömrəli hərbi hissə komandirinin müavininin, 5-ci reaktiv artilleriya komandirinin və 13-cü reaktiv artilleriya komandirinin imzaladıqları, N və N nömrəli hərbi hissələrin möhürləri ilə təsdiq olunmuş xidməti xasiyyətnamədə kiçik çavuş İddiaçı xx.xx.N1-ci il tarixli, 6 nömrəli protokolda qeyd olunduğu kimi vəzifə borcunu deyil, hərbi ümumqoşun Nizamnamələrini zəif bildiyi, özünü nizam-intizamlı bir hərbi qulluqçu kimi göstərməyə çalışdığı, verilən tapşırıqları dəqiq və vaxtında yerinə yetirməyə səy göstərdiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçı barəsində xx.xx.N1-ci il tarixli, 6 nömrəli protokolda qeyd olunanlarla xidməti xasiyyətnamədə qeyd olunanlar ziddiyyət təşkil edir. Həmçinin, iş materiallarında olan kiçik çavuş İddiaçı ilə ehtiyata buraxılmazdan əvvəl aparılmış söhbətin nəticəsi olaraq tərtib olunmuş 2-ci söhbət vərəqəsindən görünür ki, iddiaçı N nömrəli hərbi hissənin komandirinə “onun haqqında yanlış məlumat verildiyini” bildirmişdir. Bundan başqa, iş materiallarında olan kiçik çavuş İddiaçı xidmət vərəqəsindən görünür ki, iddiaçı cəmi bir dəfə, xx.xx.N1-ci il tarixində “məzuniyyət vərəqini itirdiyi üçün” töhmət almışdır ki, məhkəmə bunu ciddi nöqsan kimi qəbul etmir. Habelə, iş materiallarında olan Füzuli hərbi porkurorunun böyük köməkçisi ədliyyə baş leytenantı X2 “cinayət işinin başlanmasının rədd edilməsi barədə” 03 iyun N1-ci il tarixli qərarının surətindən görünür ki, əsgər X8 İddiaçı tərəfindən ona qarşı nalayiq hərəkətlərin edilməsi ilə bağlı göstərdiyi faktlar üzrə hərbi qulluqçunun (iddiaçının) təqsirliliyi sübuta yetirilmədiyindən onun barəsində Azərbaycan Respublikası CM-nin 150.1-ci maddəsi ilə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.2-ci maddəsinə əsasən rədd edilmişdir. Qeyd olunanları, o cümlədən N nömrəli hərbi hissənin “müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının şərəf məhkəməsi”nin xx.xx.N1-ci il tarixli qərarında qeyd olunan “müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kiçik çavuş İddiaçı xidmət etdiyi müddət ərzində vəzifə borcunu zəif bilməsinin, vəzifəsinin öhdəsindən çətinliklə gəlməsinin, nizam-intizamsız hərbi qulluqçu olmasının” yalnız sözlə ifadə olunan nöqsanlar olmasını və hər hansı bir sübut və ya dəlillə təsdiq edilməməsini, habelə N nömrəli hərbi hissənin komandanlığı tərəfindən İddiaçı barəsində qərarda qeyd olunan nöqsanların əsaslılığını təsdiq edən sübutların mövcudluğunun araşdırılmamasını nəzərə alaraq, məhkəmə kiçik çavuş İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə əmrin verilməsinə səbəb olan “şərəf məhkəməsi”nin xx.xx.N1-ci il tarixli qərarının hərbi qulluqçunun xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması üçün mötəbər sübut və ciddi əsas kimi qiymətləndirilməsini mümkün hesab etmir. Hazırkı halda mübahisələndirilən əmr «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun, «Hərbi vəzifə və xidmət haqqında» Azərbaycan Respublikası Qanununun və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə uyğun qəbul edilmədiyindən və onun qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən, məhkəmə hesab edir ki, iddiaçı cavabdeh inzibati orqana qarşı “xx.xx.N1-ci il tarixli, 022 əç nömrəli “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndi ilə xidmətə uyğunsuzluğa görə hərbi xidmətdən ehtiyata buraxılması barədə hüquqi əsası olmayan əmrin ləğv edilməsini tələb etməkdə haqlıdır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Bütün qeyd edilənlərə məcmu halında qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 2-ci X6 kiçik çavuş İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə N mart N1-ci il tarixli, 022 əç nömrəli əmri ləğv edilməli və İddiaçı müddətdən artıq xidmət edən (əsgər) vəzifəsinə bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-ci, 69-cu, 75-ci, 78 – 79-cu, 81-ci və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARAALİR: İddia təmin edilsin. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 2-ci X6 kiçik çavuş İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə N mart N1-ci il tarixli, 022 əç nömrəli əmri ləğv edilsin və İddiaçı müddətdən artıq xidmət edən (əsgər) vəzifəsinə bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar