Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-729/2020 26.08.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “X8, Mahmudov Böyükağa Ağarəzi oğlunun,X4,X21, X2,X5,X6, X16, X9, X10,X1,X11, X12, X3 və X13 Şirvan şəhəri, Səmədbəy Mehmandarov küçəsi, 22 nömrəli evin pasport qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçıŞirvan şəhəri, Səmədbəy Mehmandarov küçəsi, 22 nömrəli mənzilin mülkiyyətçisidir. İddiaçı, mənzilində qeydiyyatda olan X8, Mahmudov Böyükağa Ağarəzi oğlunun,X4,X21, X2,X5,X6, X16, X9, X10,X1,X11, X12, X3 və X13 mənzilin qeydiyyatından çıxarılması üçün Cavabdehnə müraciət etmişdir, lakin cavabdeh üçüncü şəxsləri iddiaçının mülkiyyətində olan mənzilin qeydiyyatından çıxarmaqdan imtina etmişdir. İddiaçı üçüncü şəxslərin Şirvan şəhəri, Səmədbəy Mehmandarov küçəsi, 22 nömrəli mənzilin pasport qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2-1(120)-729/2020 saylı qərardadı ilə X8, Mahmudov Böyükağa Ağarəzi oğlunun,X4,X21, X2,X5,X6, X16, X9, X10,X1,X11, X12, X3 və X13 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmaları qərara alınmışdır. Proses iştirakçılarına şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə qanunla müəyyən olunmuş rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və məhkəmə tərəfindən inzibati məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxslər X22, Mahmudov Böyükağa Ağarəzi oğlu,X17,X32, X14,X18,X19, X29, X23, X24,X7,X25, X26, X15 və X27 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin surətini, yaşayış yerindən arayışı, **********73-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarşın surətini, cavabdehin imtina məktubunu əlavə etmişdir, həmin materialların məzmununa və məhkəmənin sorğusu əsasında mənzilə dair o cümlədən üçüncü şəxslərin mənzilə və iddiaçıya bağlılığına dair əldə edilmiş sənədlərə və həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). X20 Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasının xx xxxxxx 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Şirvan şəhəri ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Şirvan şəhərində yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddia mahiyyəti üzrə uğurludur, yəni əsaslıdır. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin **********73-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışından görünür ki, Səmədbəy Mehmandarov küçəsi, 22 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdeh məhkəməyə ünvanladığı məktubunun məzmunundan görünür ki, üçüncü şəxslər X22, Mahmudov Böyükağa Ağarəzi oğlu,X17,X32, X14,X18,X19, X29, X23, X24,X7,X25, X26, X15 və X27 iddiaçıya məxsus ünvan 2 ünvanında 2005-ci il tarixdən pasport qeydiyyatındadırlar. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı X36 **********94 nömrəli xx xxxx 2020-ci il tarixli məktubunun məzmunundan görünür ki, X8, Mahmudov Böyükağa Ağarəzi oğlunun,X4,X21, X2,X5,X6, X16, X9, X10,X1,X11, X12, X3 və X13 ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə dair istifadə hüquqlarının qeydiyyata alınıb-alınmaması barədə məlumat aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şirvan şəhər Qeydiyyat şöbəsinin məhkəməyə ünvanladığı xx xxxxxx 2020-ci il tarixli, 05/13-148 nömrəli məktubunun məzmunundan görünür ki, İddiaçı ilə X22, Mahmudov Böyükağa Ağarəzi oğlu,X17,X32, X14,X18,X19, X29, X23, X24,X7,X25, X26, X15 və X27 arasında heç bir yaxın qohumluluq əlaqəsi yoxdur. İş materiallarında olan Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 Nömrəli X45 Dairəsi üzrə nümayəndəliyinin 1270 nömrəli xx.xx.2020-ci il tarixli arayışından qeyd olunur ki, X22, Mahmudov Böyükağa Ağarəzi oğlu,X17,X32, X14,X18,X19, X29, X23, X24,X7,X25, X26, X15 və X27 həqiqətəndə ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evində yaşamırlar. Məhkəmə hesab edir ki, üçüncü şəxslərin iddiaçıya məxsus evdə yaşamaması onun qeydiyyatının formal olduğunu göstərir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Göründüyü kimi, üçüncü şəxslərin iddiaçıya məxsus evdə qeydiyyatda olması formal xarakter daşıdığı, mülkiyyətçinin hüquqlarını qanunsuz məhdudlaşdırdığı üçün onlar iddiaçıya məxsus evin pasport qeydiyyatından çıxarılmalıdır. İddiaçı üçüncü şəxslərin ünvan 5 ünvanında yerləşən evinə pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etməkdə haqlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı. X8, Mahmudov Böyükağa Ağarəzi oğlunun,X4,X21, X2,X5,X6, X16, X9, X10,X1,X11, X12, X3 və X13 İddiaçı mülkiyyətində olan ünvan 2 nömrəli fərdi yaşayış evinin qeydiyyatından çıxarılması öhdəliyi Cavabdehnə həvalə edilir. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-729/2020
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-729/2020
26.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver