Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-729/2022 31.08.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 31 avqust 2022-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən, 57 yaşdan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən pensiya təyin edilməsinin və həmin tarixdən hal-hazıra kimi ödənilməmiş pensiya məbləğinin ödənilməsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iş üzrə iddia tələbinin dəyişdirilərək “işlədiyi illərin və hərbi xidmətdə olduğu dövrün sosial sığorta stajı kimi hesablanaraq ona hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1962-ci il tarixdə Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuşdur. Hal-hazırda da Şirvan şəhər sakini olmaqla yaşayır. O, xx.xx.1980-xx.xx.1982-ci il tarixə (2 il 01 ay 25 gün) kimi hərbi xidmətdə olmuşdur. Əmək fəaliyyətinə də 1982-ci ilin iyun ayından - xx.xx.2005-ci il tarixə kimi işləməklə 23 il 06 ay ümumi əmək stajı vardır. 1982-ci ilin iyun ayından 1990-cı ilin sentyabr ayına kimi “M.Müşfıq” adına kolxozda “kolxozçu”, xx.xx.1990-xx.xx.1993-cü il tarixə kimi “X6 X13 İdarəsi”-nin “Salyan gəmisi”-də “bosman” vəzifəsində, xx.xx.1993xx.xx.2000-ci il tarixə kimi “Azəravtoyol 3 №-li Yol-Tikinti Təmir Tresti”-nin “Əli Bayramlı 15 №-li Yol-Tikinti İdarəsi”-də “asfalt-beton qarışdırıcı” vəzifəsində, xx.xx.2000-xx.xx.2005-ci il tarixə kimi “Hacıqabul rayon Kommunal Müəssisələri Kombinatı”-da “bina və qurğularda su və kanalizasiya xətlərinin təmiri ilə məşğul olan izolyasiyaçı” vəzifəsində, xx.xx.2016xx.xx.2019-cu il tarixə kimi “Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti”-nin “X9 təsərüffatı mərkəzi”-nin “Şirvan meşəbəyliyi”-də “motorçu” vəzifələrində işləmiş və xx.xx.2019-cu il tarixdən hal-hazıradək “Ekologiya və Təbii Sərvətlər Nazirliyi Sahələrarası Nəqliyyat və X7 İdarəsi”-də “nasosçu” vəzifəsində işləyir. Həmin əmək stajının xx.xx.1993-xx.xx.2000-ci il tarixə kimi “Azəravtoyol 3 №-li Yol-Tikinti Təmir Tresti”-nin “Əli Bayramlı 15 №-li Yol-Tikinti İdarəsi”-də “asfalt-beton qarışdırıcı” vəzifəsində, xx.xx.2000-xx.xx.2005-ci il tarixə kimi “Hacıqabul rayon Kommunal Müəssisələri Kombinatı”- da “bina və qurğularda su və kanalizasiya xətlərinin təmiri ilə məşğul olan izolyasiyaçı” vəzifələrində işləmişdir. İşlədiyi vəzifələr ağır iş olduğundan, hesab edir ki, ona xx.xx.2019-cu il tarixdə, 57 yaşında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən hər bir şəxsin pensiya seçmək hüququ vardır. O, xx.xx.2006-cı ilə kimi ümumi 25 il və 12 il 06 ay xüsusi iş stajı topladığına görə hesab edir ki, onun xx.xx.2019-cu il tarixdən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ vardır. Çünki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı ilə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinə əsasən hüquqi yaranmış şəxslər güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq üçün xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı Siyahısının XXVİİ. BİNA, QURGU VƏ DİGƏR OBYEKTLƏRİN İNŞAASİ, YENİDƏN QURULMASİ, TEXNİKİ TƏCHİZATİ, BƏRPASİ VƏ TƏMİRİ: “izolyasiyaçılar (2290000a—12520)” və “səyyar asfalt-beton qarışdırıcıların maşinistləri (2290000a— 14199)” kodları ilə qeyd edilmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu qanunun qüvvəyə mindiyi gündən bu qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiyalar yaşa və staja görə əvvələr qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafıq surətdə təyin edilir. O, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına xx.xx.2021-ci il tarixli ərizə və ərizəyə şəxsiyyət vəsiqəsinin notarial təsdiq edilmiş sürətini, əmək fəaliyyətini təsdiq edəcək arxiv arayışlarının əsllərini, hərbi biletin notarial təsdiq edilmiş sürətini və güzəştli arayışlarını əlavə etməklə müraciət edərək xx.xx.2019-cu il tarixdən, 57 yaşdan “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək Əhalinin Sosial Müdafıəsi Nazirliyi yanında Dövlət Sosial Müdafıə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial isə ona xx.xx.2006-cı il tarixə kimi ümumi iş stajının 25 ildən az (13 il 02 ay 26 gün xx.xx.1980-xx.xx.1982, xx.xx.1990-xx.xx.1993-cü il tarixləri arasındakı dövrlər və 8 il 05 ay kolxozda işlədiyiniz dövrlər) təşkil etdiyini, həmçinin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyindən pensiyanın təyin edilməsinin mümkünsüz olduğunu bildirməklə imtina verilmişdir. Bildirmək istəyir ki, ona xx.xx.2019-cu il tarixdən, 57 yaşından güzəştli şərtlərə yaşa görə pensiya təyin edilməsi barədə xx.xx.2021-ci il tarixdə ərizə ilə müraciət etmişdir. Cavabdeh tərəfındən xx.xx.2021-ci il tarixdə, **********4 №-li məktubla ona cavab verilərək bildirilmişdir ki, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsinə əmək kitabçası və yaxud əmək kitabçasınm dublikatı tərəfındən Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala təqdim edildikdən sonra baxılacaqdır. Belə ki, onun sonuncu işlədiyi idarə tərəfındən ona göndərdikləri xx.xx.2021-ci il tarixli, **********4 №-li məktub əsasında qeyd edilənləri diqqətlərinə çatdırdıqdan sonra işlədiyi bütün müəssisə və idarələrin arxiv arayışlarına əsasən kadrlar şöbəsi tərəfindən onun adına ******* №-li əmək kitabçasında qeydlər aparılmaqla dublikat təsdiqi ilə möhürlənmişdir. Əmək kitabçası qeydiyyatı aparılmaqla bir nüsxəsi idarədə saxlanılmışdır. Həmin əmək kitabçasını və arxiv arayışlarıın, həmçinin güzəştli arayışları ərizəsinə yenidən əlavə etməklə yenidən xx.xx.2021-ci il tarixli ərizə ilə cavabdehə müraciət etmişdir. Lakin cavabdeh yuxarıda qeyd etdiyi halları əsas gətirməklə pensiya təyin edilməsindən imtina etmişdir. Hesab edir ki, cavabdehin məktubunu imtina kimi qiymət vermək olar və inzibati icraat haqqında qanunun tələblərinə görə əsassızdır və əmək pensiyaları qanunvericiliyinin müvafıq tələblərinə aşağdakı hallara əsasən cavab vermir. Belə ki, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfındən təsdiq olunaraq xx.xx.2010-cu il 4027 saylı şəhadətnamə ilə normativ hüquqi akt kimi Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 2.1.8-ci bəndində göstərilmiş «misalda» da pensiya hüququnun yaranması üçün tələb olunan üç hüquqi faktdan ikisinin - ümumi və güzəştli əmək stajının «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunu və bu Qanuna xx.xx.1997-ci il tarixli, 321-İQD saylı Qanunla edilmiş dəyişikliyin qüvvədə olduğu dövrdə yaranması, 3-cü hüquqi faktın - yaşın isə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi vaxtdan sonra yaranması halında da güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranmasım bir daha təsdiqləmişdir. Göründüyü kimi onun güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ xx.xx.2019-cu il tarixdən yaranmasına baxmayaraq, lakin Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun birmənalı olaraq tətbiq edilir. Belə ki, Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunun 9.8ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxan şəxs kimi müəyyən edilməklə əmək pensiyası təyin edilməlidir. Cavabdehin imtinasına əsasən onun əmək stajının güzəştli iş stajı olması barədə heç bir münasibət bildirmədiyindən, hesab edir ki, o hallara dair hər hansı bir mübahisə yoxdur və hesab edir ki, cavabdeh onun güzəştli iş stajının olmasını qəbul edir. Lakin cavabdehin onun xx.xx.2006-cı il tarixə kimi 13 il 02 ay 26 gün (xx.xx.1980-xx.xx.1982, xx.xx.1990xx.xx.1993-cü il tarixləri arasındakı dövrlər və 8 il 05 ay kolxozda işlədiyiniz dövrlər) təşkil etməklə imtina etməsi hesab edir ki, əsassızdır. Bunu onunla əsaslandırır ki, cavabdeh onun yalnız xx.xx.1980-xx.xx.1982, xx.xx.1990-xx.xx.1993-cü il tarixləri arasındakı dövrlər və 8 il 05 ay kolxozda işlədiyi dövrləri nəzərə alsa da, lakin onun işlədiyi xx.xx.1993xx.xx.2000-ci il tarixə kimi “Azəravtoyol 3 №-li Yol-Tikinti Təmir Tresti”-nin “Əli Bayramlı 15 №-li Yol-Tikinti İdarəsi”-də “asfalt- beton qarışdırıcı” vəzifəsində, xx.xx.2000-xx.xx.2005-ci il tarixə kimi “Hacıqabul rayon Kommunal Müəssisələri Kombinatı”-da “bina və qurğularda su və kanalizasiya xətlərinin təmiri ilə məşğul olan izolyasiyaçı” vəzifəsində işlədiyi dövrləri nə səbəbə nəzərə almamasına dair münasibət bildirməmişdir. Halbuki, həmin dövrlər üzrə onun iş stajı 12 il 06 ay 07 gün olmuşdur. Belə olan halda onun xx.xx.2006-cı il tarixə kimi ümumi iş stajı 25 il 09 ay 03 gün təşkil edir. Həmçinin fərdi hesabının sığorta hissəsində qeydə alınmış 12990,95 manat, halbuki, bu xx.xx.1993-xx.xx.2000-ci illəri və xx.xx.2000xx.xx.2005-ci illəri (12 il 06 ay 07 günü) nəzərə alsaq, ümumilikdə 25000 manatdan çox təşkil edir. Belə ki, cavabdehin pensiya kapitalının əmək pensiyasının minumum məbləğindən aşağı olmasına əsasən pensiya təminatına imkan vermədiyini bildirməsi hesab edir ki, əsassızdır. Çünki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsin də cavabdehin qeyd etdiyi hallar öz əksin tapsa da, lakin həmin Qanunun 9.8-ci bəndində güzəştli pensiyanın təyin edilməsi üçün yalnız yaşa və staja əsasən müəyyən edildiyini görürük. Belə çıxır ki, Qanunun da bir maddəsində bir bəndəki müddəalar digər bəndəki müddəalarla güzəştli pensiya təminatının tətbiqi baxımından bir-birinə ziddiyyət təşkil edir. Belə olan halda “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsi onun və onun kimi digər zərərli və ağır işlərdə çalışmış şəxslərin sosial təminat hüququnu məhdudlaşdırır. Bu da konstitusion baxımından onun pensiya təminatından istifadə etmək və ondan yararlanması baxımından hüququnu pozur. Hesab edir ki, konstitusiya ali yüksək normativ akt olduğundan digər normativ aktlardan qanunvericiliyin vətəndaşların vəziyyətinin ağırlaşdırılmasına xidmət etməməli, əksinə hər bir halda vəziyyətinin yaxşılaşdırılmasına qulluq etməlidir. Ona görə də qeyd edilən dəyişikliklər ona münasibətdə tətbiq edilməməli və onun eyni zamanda, Azərbaycan Respublikası Dövlət Sosial Müdafıə Fondunun Kollegiyasının 17 saylı, xx.xx.2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyasının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının təsdiq edilməsi barədə Qərarın tələbləri nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa xx.xx.2017-ci il tarixdən edilmiş dəyişikliklər onun hüquqi vəziyyətini ağırlaşdırdığından, Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ-ci bəndinin tələblərini rəhbər tutaraq hesab edir ki, qeyd edilən dəyişikliklər ona münasibətdə tətbiq edilməməli, hazırkı mübahisəyə onun 57 yaşının tamam olduğu, lakin «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə görə xx.xx.2006-cı ilə kimi qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanununa əsasən qazanmış olduğu ümumi və xüsusi əmək stajına dair olaraq müəyyən edilməklə qüvvədə olmuş qanunvericilk normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 149cu maddəsinin Vİİ-ci bəndinə əsasən fıziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Beləliklə, hesab edir ki, onun xx.xx.2006-cı il tarixə kimi 25 ildən artıq əmək stajı olduğuna və onun 12 il 06 aydan artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfındən təsdiq olunan 2 nömrəli Siyahısı üzrə işlədiyinə, eləcə də xx.xx.2019cu il tarixdə 57 yaşı tamam olduğuna görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci bəndinə əsasən həmin tarixdən ona xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsi tətbiq edilməklə pensiya təyin edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası Dövlət Sosial Müdafıə Fondunun Kollegiyasınm 17 saylı, xx.xx.2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyasının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının təsdiq edilməsi barədə Qərarının 2.1.6-cı bəndində göstərilir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi olan digər şəxslərin Qanunun 9.1-9.8-ci maddələrində nəzərdə tutulmuş şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qaydaların 2.1.8-ci bəndinə əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafıq sürətdə təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatlarm, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əwəllər qüvvədə olmuş qanunvericliklə müəyyən edilmiş tələblərə müvafiq sürətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarıxədək qazanmış olsunlar. “Əmək pensiyaları haqqında” Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Həmçinin, qeyd edir ki, onun ərizəsinə baxılması ilə əlaqədar cavabdeh tərəfındən «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə tam əməl olunmamışdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən inzibati icraatın başlanması üçün əsaslardan biri də fiziki və ya hüquqi şəxsin inzibati orqana ünvanlanmış ərizəsidir. Həmçinin, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul etməlidir. İnzibati orqan yazılı inzibati aktı yazılı şəkildə əsaslandırılmalı və əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. (Qeyd edilən Qanunun 28.1, 21.2, 24.1, 45.1, 52.1, 61.1-ci mad.) Göründüyü kimi, cavabdeh (inzibati orqan) yuxarıda qeyd olunan icraat qaydalarına lazımınca əməl etməmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamışdır. Həmçinin, imtina qərarı kifayət qədər əsaslandırılmamış, orada yazılı inzibati aktın rekvizitləri tam göstərilməmiş, mümkün hüquqi müdafıə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat öz əksini tapmamışdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən İddiaçı verilmiş xx.xx.2021-ci il tarixli, **********5 nömrəli cavab məktubunda müvafiq qanunvericiliyə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı bildirilmişdir. Bildirirlər ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260- İİİ QD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların Pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin b bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. İddiaçı əmək kitabçasının surətinə əsasən onun 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az (13 il 3 ay 26 gün (xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1990-xx.xx.1993-cü il tarixləri arasındakı dövrlər və 8 il 5 ay kolxozda işlədiyi dövr)) təşkil edir. Bundan başqa İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 48900,00 manat hesablandığı halda, İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 14666,53 manat təşkil edir. Əlavə olaraq bildirirlər ki, İddiaçı güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçı xx.xx.1962-ci il tarixdə Əli Bayramlı rayonu, Axtaçı kəndində anadan olmuş, 22 aprel 1980-ci il tarixdən 18 iyun 1982-ci il tarixədək keçmiş Sovet ordusunda hərbi xidmətdə olmuş; Hacıqabul rayon sabiq “M.Müşfiq” adına kolxozda 1982-ci ildə 144 adam günü; 1983-cü ildə 243 adam günü; 1984-cü ildə 250 adam günü; 1985-ci ildə 248 adam günü; 1986-cı ildə 245 adam günü; 1987-ci ildə 261 adam günü; 1988-ci ildə 244 adam günü; 1989-cu ildə 252 adam günü və 1990-cı ildə 319 adam günü; 1991-ci ildə 315 adam günü; 1992-ci ildə 365 adam günü; 1993-cü ildə 230 adam günü işləmişdir. Hacıqabul rayon sabiq “M.Müşfiq” adına kolxozda kişilər üçün 1982-1990-cı illərdə adam günləri minimum 240 gün müəyyən olunmuşdur. Qeyd olunan normalara əsasən iddiaçı 1982 və 1990-ci illərdə kolxozda müəyyən olunmuş minimum əmək iştirakı normasını yerinə yetirməmişdir. Bundan əlavə, iş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Şirvan Şəhər Şöbəsinin xx.xx.2021-ci il tarixli, 375 nömrəli arayışından görünür ki, 1962-ci il təvəllüdlü İddiaçı 22 aprel 1980-ci il tarixdən 18 iyun 1982-ci il tarixədək keçmiş Sovet Ordusunda hərbi xidmət etmişdir. (Əsas: uçot kartası). İş materiallarında olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2021-ci il tarixli, 01/17-77 saylı Arxiv Arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.1990-cı ildən (xx.xx.1990-cı il tarixli 39/n nömrəli əmr) xx.xx.1993-cü ilə kimi (xx.xx.1993-ci il tarixli 32/n nömrəli əmr) X8 X13 İdarəsinin “Salyan” gəmisində bosman vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli 154 nömrəli qərarına əsasən X12 Azərbaycan Dövlət X12 adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 6 nömrəli və xx.xx.2014-cü il tarixli 213 nömrəli Sərəncamlarına əsasən Azərbaycan Dövlət X8 və X14 Donanmasının yenidən təşkili yolu ilə “Azərbaycan X12” Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının X10 filialının xx.xx.2021-ci il tarixli, 228 saylı Arxiv Arayışından görünür ki, İddiaçı 3 №-li Avtomobil Yolları İdarəsinin 15 №-li Yol Tikinti İdarəsinin 17 iyun 1993-cü il tarixli, 89/k nömrəli əmrinə əsasən 15 №-li Yol Tikinti İdarəsinə 2-ci dərəcəli Asfalt-beton qarışdırıcı maşinist vəzifəsinə təyin edilmiş, Azəravtoyol Dövlət Şirkətinin 3 saylı Yol-Tikinti İdarəsinin 22 fevraı 2000-ci il tarixli, 01 k nömrəli əmrinə əsasən işdən azad edilmişdir. Azəravtoyol Dövlət Şirkətinin 16 və 21 fevral 2000-ci il tarixli 30 və 49 saylı əmrlərinə əsasən Əli Bayramlı 15 saylı Yol Tikinti İdarəsi ləğv edilib, onun bazasında 3 saylı Yol Tikinti İdarəsi yarandığı üçün bir qrup işçi öz ərizələri ilə ƏQM-nin 70-ci maddəsinin “A” bəndinə əsasən işdən azad edilmişlər. İddiaçı 4-cü dərəcəli A.Beton qarışdırıcı maşinist. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli, 01 saylı və xx.xx.2022-ci il tarixli, 01 saylı Güzəştli iş stajı haqqında arayışlarından görünür ki, İddiaçı 17 iyun 1993cü il tarixdə 89/k saylı əmrlə Əli Bayramlı 15 saylı Yol-Tikinti İdarəsinə 2-ci dərəcə asfaltbeton qarşıdırıcı maşinist qəbul edilib. 30 avqust 1999-cu il tarixdə 63/k saylı əmrlə 3-cü dərəcə verilib. (Sədrinin xx.xx.1999-cı tarixli 63/k saylı təqdimatı əsasında) Azəravtoyol “DŞ-nın 15 və 21 fevral 2000-ci il tarixli 30 və 49 saylı əmrlərinə əsasən Əli Bayramlı 15 saylı Yol-Tikinti İdarəsi ləğv edilib onun bazasında hüquqi varisi olan Əli-Bayramlı 3 saylı Yol-Tikinti İdarəsi yarandığı üçün xx.xx.2000-ci il tarixli, 01/k saylı əmrlə 4-cu dərəcə asfaltbeton qarışdırıcı maşinist vəzifəsindən öz ərizəsinə əsasən işdən azad edilib. İddiaçı işlədiyi 6 il 8 ay 5 gün asfalt-beton qarışdırıcı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixli güzəştli yaşa görə Əmək pensiyası hüquqi verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 29 A bəndində asfaltbeton qarışdırıcı maşinist təsdiqlənib. Odur ki, İddiaçı güzəştli şərtlərə görə Əmək pensiyası hüququnun olduğunu təsdiq edirik. İş materiallarında olan Hacıqabul rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 72 saylı arayışından görünür ki, Mehtiyev X5 rayon Kommunal Müəssisələri Kombinatının xx.xx.2000-ci il tarixli, 3 №li əmrinə əsasən xx.xx.2000-ci il tarixindən bina və qurğularda su və konalizasiya xətlərinin təmiri ilə məşğul olan izolyasiyaçı işinə qəbul edilmiş, xx.xx.2005-ci il tarixindən 26 №li əmrlə öz xahişi ilə işdən azad edilmişdir. İş materiallarında olan Hacıqabul rayon İcra Hakimiyyəti Hacıqabul rayon Kommunal Müəssisələri Kombinatının xx.xx.2021-ci il tarixli, 75 nönrəli Güzəştli arayışından görünür ki, İddiaçı xx.xx.2000-ci il tarixdə, 03 №-li Əmrlə Hacıqabul rayon İcra Hakimiyyəti Kommunal Müəssisələri Kombinatına bina və qurğularda su və kanalizasiya xətlərinin təmiri ilə məşğul olan izolyasiyaçı vəzifəsinə qəbul edilmişdir. Kommunal Müəssisələri Kombinatın xx.xx.2005-ci il tarixdə, 26 №li Əmrlə öz xahişi ilə işdən azad edilmişdir. Onun peşə və vəzifə təlimatına əsasən gördüyü işlər bina və qurğularında yerləşən zirzəmilərdən keçən su, istilik sistemlərinin, konalizasiya (məişət texniki sularının) xətlərinin təmir və bərpasından, yəni korroziyadan qorunması üçün izolyasiya (şüşə liftlərlə sarınması) edilməsindən ibarət olmuşdur. Əmək fəaliyyəti müddətində ona əmək haqqıya 12-24%-ə kimi əlavə pul və məzuniyyət gününə 6 təqvim günü əlavə edilmişdir. İşlədiyi vəzifə ağır və zərərli olduğundan sabun və süd məhsulları ilə təmin edilmişdir. Belə ki, Mehtiyev X5 rayon İH-nin Kommunal Müəssisələri Kombinatında işlədiyi 5 il 10 ay 02 gün «bina və qurğularda su və kanalizasiya xətlərinin təmiri ilə məşğul olan izolyasiyaçı» vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı Qərarının «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin» 2 №-li Siyahısının XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri: «izolyasiyaçılar (2290000a—12520)» koduna uyğundur və siyahıda qeyd edilmişdir. Onun işlədiyi vəzifə ağır və zərərli iş stajı olduğundan, həmin koda əsasən İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ verir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X9 Təsərrüfat Mərkəzinin xx.xx.2021-ci il tarixli, 299 saylı arayışından görünür ki, İddiaçı 21 aprel 2021-ci il tarixdə 25/4 saylı əmrlə X9 X2 meşəbəyliyinə fəhlə işinə qəbul edilib. 13 iyun 20218-ci il tarixdə 31/1 saylı əmrlə fəhlə işindən azad edilərək həmin tarixdən Şirvan meşəbəyliyinə motorçu vəzifəsinə təyin edilmişdir. 20 fevral 2019-cu il tarixdə 07/4 saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz arxusu ilə) tutduğu vəzifədən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Sahələrarası Nəqliyyat və X7 İdarəsinin xx.xx.2021-ci il tarixli, 226 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.2019-cu il tarixdən 460k saylı əmrlə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Sahələrarası Nəqliyyat və X7 İdarəsinin 4 saylı Sabirabad Regional şöbəsinə nasosçu vəzifəsinə qəbul edilib və hal-hazırda həmin vəzifəsi ilə işini davam etdirir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Sahələrarası Nəqliyyat və X7 İdarəsinin Şirvan Şəhər Polis Şöbəsinə ünvanladığı xx.xx.2021-ci il tarixli, 30/208 nömrəli məktubundan görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Sahələrarası Nəqliyyat və X7 İdarəsinin 4 saylı Sabirabad Regional şöbəsinin nasosçusu İddiaçı 16 mart 2021-ci il tarixində idarənin İnsan Resursları şöbəsinə müraciət edərək əmək kitabçasını Sabirabad DSMF-na təqdim etmək üçün götürnüşdür. İddiaçı NT-1N ******* nömrəli əmək kitabçasını itirmişdir. Əmək kitabçasının tapılması üzrə müvafiq qaydada köməklik göstərilməsi xahiş edilmişdir. İş materiallarında olan Şirvan Şəhər Polis Şöbəsinin xx.xx.2021-ci il tarixli, 305- 10672M-3121 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən ona məxsus olan NT-1N ******* nömrəli əmək kitabçasını şəhər ərazisində naməlum şəraitdə itməsi ilə əlaqədar xx.xx.2021-ci il tarixdə Şirvan Şəhər Polis Şöbəsinə müraciət etmişdir. Bildirirlər ki, İddiaçı məxsus olan NT-1N ******* nömrəli əmək kitabçasını Şirvan Şəhər Polis Şöbəsində tapılmış kimi qeydiyyata alınmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının X10 filialının xx.xx.2022-ci il tarixli, 321 saylı Arayışından görünür ki, X10 filialında mühafizə olunan Əli Bayramlı rayon 15 nömrəli Yol Tikinti İdarəsinin 1993-2000-ci illərə aid əmrlər kitabında İddiaçı işləməyi barədə əmr aşkar edilmədi. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X3 Xalıq Mehti oğluna ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********4 nömrəli məktubunda aşağıdakılar bildirilmişdir: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 10 iyun 2021-ci il tarixində daxil olmuş müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən işçilərin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçasıdır. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmış “İşçilərin əmək kitabçasının forması və onun tərtib Qaydaları”nın 3.10 bəndinə əsasən əmək kitabçası oğurlandıqda, yandıqda, itdikdə, yararsız hala salındıqda, işçi işə yenidən bərpa edildikdə qanunvericiliklə müəyyən edilən qaydada işçinin xahişi ilə ona əmək kitabçasının dublikatı verilməlidir. Dublikat almaq hüququna malik olan işçi axırıncı iş yeri üzrə işəgötürənə əmək kitabçası və ona əlavə içliyin verilməsi haqqında müraciət etməlidir. İşəgötürən 15 gün ərzində bu müraciətə baxıb onu həll etməlidir. Əmək kitabçası itdikdə və ya yararsız hala düşdükdə işçiyə verilən yeni əmək kitabçasının işçi haqqında məlumat səhifəsinin yuxarı sağ tərəfində iri hərflərlə “Dublikat” sözü yazılır və əlavə içliyin dublikatı ümumi qayda üzrə doldurulur. İşçiyə əmək kitabçasının dublikatı verildiyi zaman həmin vaxta qədər əmək stajına malik olan işçilərin əmək stajı müvafiq əmrə (sərəncama) əsasən müəyyənləşdirilir və dublikatda qeyd olunur. Keçmişdəki iş haqqında əmək kitabçasında yuxarıda göstərilən məlumat tam dərəcədə olmadığı hallarda, əmək kitabçasının dublikatına yalnız sənəddəki məlumat daxil edilir. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsinə əmək kitabçanız yaxud əmək kitabçanızın dublikatı tərəfinizdən Mərkəzi Filiala təqdim olunduqdan sonra baxılacaqdır. İddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu xx.xx.2021-ci il tarixli, **********5 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260- İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, sizin 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajınız 25 ildən az (13 il 3 ay 26 gün (xx.xx.1980xx.xx.1982-ci il, xx.xx.1990-xx.xx.1993-cü il tarixləri arasındakı dövrlər və 8 il 5 ay kolxozda işlədiyiniz dövr)) təşkil edir. Bundan başqa sizin fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq sizə münasibətdə 41800,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 12990,95 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi vəziyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 4.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 01 iyul 2017-ci il tarixədək qüvvədə olan 9.1-ci maddəsinə görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 30.1-ci maddəsinə görə əmək pensiyası şəxsin (ərizəçinin) daimi yaşadığı yer, qaçqın və məcburi köçkünlərə isə məskunlaşdıqları yer üzrə məcburi dövlət sosial sığortası, pensiyalar və əlavələr sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. xx.xx.1997-ci il tarixədək qüvvədə olan «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 57 yaşa çatdıqda və ən azı 20 il iş stajı olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən, iddiaçının 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün o, qeyd edilən yaş həddinə çatmalı, xx.xx.2006-cı il tarixədək azı 25 il ümumi iş stajı olmalı və bu müddətin azı 12 il 6 ayını 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməli, yəni göstərilən tarixədək 25 il ümumi və 12 il 6 ay xüsusi iş stajına malik olmalıdır. Cavabdeh imtina məktubunda qeyd edir ki, Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260- İİİ QD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların Pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin b bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. İddiaçı əmək kitabçasının surətinə əsasən onun 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az (13 il 3 ay 26 gün (xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1990-xx.xx.1993-cü il tarixləri arasındakı dövrlər və 8 il 5 ay kolxozda işlədiyi dövr)) təşkil edir. Bundan başqa İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 48900,00 manat hesablandığı halda, İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 14666,53 manat təşkil edir. Əlavə olaraq bildirirlər ki, İddiaçı güzəştli iş stajı yoxdur. Bu dəlillə əlaqədar olaraq məhkəmə bildirir ki, yuxarıda sadalanan qanunvericilik normalarına əsasən, iddiaçının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən, 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün şəxs qeyd edilən yaş həddinə çatmalı, xx.xx.2006-cı il tarixədək ən azı 25 il ümumi iş stajı olmalı və bu müddətin ən azı 12 il 6 ayını 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməli, yəni göstərilən tarixədək 25 il ümumi və 12 il 6 ay xüsusi iş stajına mövcud malik olmalıdır. İş materiallarına əlavə edilmiş, iddiaçıya məxsus əmək kitabçasında qeyd olunmuş məlumatlar, eləcə də arxiv arayışı, həmçinin işlədiyi idarə və müəssisələr tərəfindən verilmiş arayışlar nəzərə alınmaqla iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi, 12 il 6 aydan çox “əmək şəraiti zərərli və ağır olan” iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş, "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli, 01 saylı və xx.xx.2022-ci il tarixli, 01 saylı Güzəştli iş stajı haqqında arayışlarından görünür ki, İddiaçı 17 iyun 1993-cü il tarixdə 89/k saylı əmrlə Əli Bayramlı 15 saylı Yol-Tikinti İdarəsinə 2-ci dərəcə asfalt-beton qarşıdırıcı maşinist qəbul edilib. 30 avqust 1999-cu il tarixdə 63/k saylı əmrlə 3-cü dərəcə verilib. (Sədrinin xx.xx.1999-cı tarixli 63/k saylı təqdimatı əsasında) Azəravtoyol “DŞ-nın 15 və 21 fevral 2000-ci il tarixli 30 və 49 saylı əmrilərinə əsasən Əli Bayramlı 15 saylı Yol-Tikinti İdarəsi ləğv edilib onun bazasında hüquqi varisi olan Əli-Bayramlı 3 saylı Yol-Tikinti İdarəsi yarandığı üçün xx.xx.2000-ci il tarixli, 01/k saylı əmrlə 4-cu dərəcə asfalt-beton qarışdırıcı maşinist vəzifəsindən öz ərizəsinə əsasən işdən azad edilib. İddiaçı işlədiyi 6 il 8 ay 5 gün asfalt-beton qarışdırıcı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixli güzəştli yaşa görə Əmək pensiyası hüquqi verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 29 A bəndində asfalt-beton qarışdırıcı maşinist təsdiqlənib. Odur ki, İddiaçı güzəştli şərtlərə görə Əmək pensiyası hüququnun olduğunu təsdiq edirik. Bundan əlavə iş materiallarına əlavə edilmiş, Hacıqabul rayon İcra Hakimiyyəti Hacıqabul rayon Kommunal Müəssisələri Kombinatının xx.xx.2021-ci il tarixli, 75 nömrəli Güzəştli arayışından görünür ki, İddiaçı xx.xx.2000-ci il tarixdə, 03 №li Əmrlə Hacıqabul rayon İcra Hakimiyyəti Kommunal Müəssisələri Kombinatına bina və qurğularda su və kanalizasiya xətlərinin təmiri ilə məşğul olan izolyasiyaçı vəzifəsinə qəbul edilmişdir. Kommunal Müəssisələri Kombinatın xx.xx.2005-ci il tarixdə, 26 №-li Əmrlə öz xahişi ilə işdən azad edilmişdir. Onun peşə və vəzifə təlimatına əsasən gördüyü işlər bina və qurğularında yerləşən zirzəmilərdən keçən su, istilik sistemlərinin, konalizasiya (məişət texniki sularının) xətlərinin təmir və bərpasından, yəni korroziyadan qorunması üçün izolyasiya (şüşə liftlərlə sarınması) edilməsindən ibarət olmuşdur. Əmək fəaliyyəti müddətində ona əmək haqqıya 12-24%-ə kimi əlavə pul və məzuniyyət gününə 6 təqvim günü əlavə edilmişdir. İşlədiyi vəzifə ağır və zərərli olduğundan sabun və süd məhsulları ilə təmin edilmişdir. Belə ki, Mehtiyev X5 rayon İH-nin Kommunal Müəssisələri Kombinatında işlədiyi 5 il 10 ay 02 gün «bina və qurğularda su və kanalizasiya xətlərinin təmiri ilə məşğul olan izolyasiyaçı» vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı Qərarının «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin» 2 №-li Siyahısının XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri: «izolyasiyaçılar (2290000a—12520)» koduna uyğundur və siyahıda qeyd edilmişdir. Onun işlədiyi vəzifə ağır və zərərli iş stajı olduğundan, həmin koda əsasən İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ verir. Göründüyü kimi, iş materiallarında mövcud olan sübutlarla iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ümumi və 12 il 06 ay güzəştli iş stajı topladığı təsdiq olunur. Cavabdehin mübahisələndirdiyi digər məsələ iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi ilə bağlıdır. Bununla əlaqədar olaraq məhkəmə qeyd edir ki, iddiaçıya münasibətdə xx.xx.2006cı il tarixə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” qanun tətbiq edilir. Həmin qanuna əsasən isə pensiya təyin edilməsi üçün ümumiyyətlə pensiya kapitalı və ya pensiya kapitalının minimum məbləği nəzərdə tutulmamışdır. Beləliklə, iddiaçı hərbi xidmət dövrü də nəzərə alınmaqla 2006-cı ilin yanvar ayının 1-dək 25 ildən çox ümumi və 12 il 6 aydan çox “əmək şəraiti zərərli və ağır olan” iş stajına malik olduğundan, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin b) bəndinə əsasən, onun 57 yaşdan (xx.xx.2019-cu il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, İddiaçı işlədiyi illər və hərbi xidmətdə olduğu dövr sosial sığorta stajı kimi hesablanaraq ona hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı işlədiyi illər və hərbi xidmətdə olduğu dövr sosial sığorta stajı kimi hesablanaraq ona hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-729/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-729/2022
31.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver