Məhkəmə qərarları › İş №2-1(120)-73/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-73/2025

22.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-73/2025 22.07.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, İddiaçı Həzərtqulu oğlunun, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluqçularının aylıq əməkhaqqının 3 misli həcmində verilən mükafatlar, dövlət qulluqçusuna məzuniyyətə çıxdıqda 1 aylıq vəzifə maaşı həcmində verilən müavinət, ixtisas dərəcəsinə görə verilən əlavə haqq, aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq nəzərə alınmaqla dövlət qulluqçusu pensiyamın yenidən hesablanması, inzibati orqanın pensiya məbləğindən tutulmalarla bağlı aparılan hərəkətlərinin qanunsuz hesab edilməsi və tutulan pul məbləğinin tam şəklində birdəfəlik geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiya məbləğinin yenidən hesablanması, pensiya məbləğindən edilən tutulmanın ləğv edilməsi və pensiya məbləğinin yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı məhkəməyə ərizə təqdim edərək və iddia tələbinin dəyişdirilərək “dövlət qulluqçularının aylıq əməkhaqqının 3 misli həcmində verilən mükafatlar, dövlət qulluqçusuna məzuniyyətə çıxdıqda 1 aylıq vəzifə maaşı həcmində verilən müavinət, ixtisas dərəcəsinə görə verilən əlavə haqq, aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq nəzərə alınmaqla dövlət qulluqçusu pensiyamın yenidən hesablanması, inzibati orqanın pensiya məbləğindən tutulmalarla bağlı aparılan hərəkətlərinin qanunsuz hesab edilməsi və tutulan pul məbləğinin tam şəklində birdəfəlik geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, DSMF-nin Şirvan Şəhər Şöbəsi tərəfindən ona dövlət qulluqçusu pensiyası təyin olunmuşdur. 2020-ci ilin may ayının pensiyasını alanda ona məlum olmuşdur ki, təyin olunmuş 1.085,60 manat pensiya əvəzinə bankomata 741,60 manat pensiya yüklənmişdir. Ona təyin olunmuş dövlət qulluqçusu pensiyasının həcminin azaldılmasının səbəbləri barədə ətraflı məlumat verilməsini, pensiya məbləğinin azaldılması barədə qərar qəbul edilib-edilməməsi, qərar qəbul edildiyi təqdirdə həmin qərarın surətinin ona təqdim olunmasını, həmçinin təyin olunmuş 1.085,60 manat pensiyanın hesablanma qaydası, yəni pensiya hesablanarkən nələrin (vəzifə maaşının həcmi, qulluq stajına görə təyin olunmuş əlavənin faizlə miqdarı, Azərbaycan Respublikası Prezidentinin Fərmanında nəzərdə tutulmuş dövlət qulluqçularına aylıq əmək haqqının 3 misli həcmində verilən mükafatlar, 23 oktyabr 2003cü il tarixdə qəbul edilmiş, 948 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanında nəzərdə tutulmuş dövlət qulluqçusuna məzuniyyətə çıxdıqda bir aylıq vəzifə maaşı həcmində verilən müavinət, 03 sentyabr 2001-ci il tarixdə qəbul edilmiş, 569 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən dövlət qulluqçusuna ixtisas dərəcəsinə görə verilən əlavə haqq, 20 iyun 2008-ci il tarixdə qəbul edilmiş, 776 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq və s.) nəzərə alınıb-alınmaması, 1.085,60 manat pensiyanın (hazırda 741,60) məbləğlər ayrı-ayrılıqda qeyd olunmaqla necə hesablanması (nəyə görə və hansı məbləğ göstərilməklə) barədə məlumatın verilməsini və mənə təyin olunmuş dövlət qulluqçusu pensiyasının 15 il staja görə 80%,hakimiyyət səlahiyyətlərinin icrasına görə 15%, dövlət qulluqçusuna məzuniyyətə çıxdıqda bir aylıq vəzifə maaşı həcmində verilən müavinət, ixtisas dərəcəsinə görə əlavənin və digər hallar nəzərə alınmaqla, hüququnun yarandığı tarixdən yenidən hesablanmasını xahiş etmişdir Lakin DSMF-nin Şirvan şəhər şöbəsi onun tələbini təmin etməyərək xx.xx.2020-ci il tarixli, **********7 nömrəli imtina məktubu vermişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin xx.xx.2022-ci il tarixli, **********7 nömrəli məktubunda qeyd olunur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 4 fevral 2022-ci il tarixində daxil olmuş müraciətinə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, Fondun Şirvan şəhər şöbəsi tərəfindən 12 mart 2009-cu il tarixindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasının 20.1.7-ci və 20.11.3-cü maddələrinə əsasən 16 il 8 ay 15 gün dövlət qulluğu stajınıza uyğun olaraq vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının 80 faizi miqdarında sabiq dövlət qulluqçusu kimi İİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il tarixli 25 iyun 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.3-cü bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş əlavələrin təyin edilməsi üçün əsas götürülmüş aidiyyəti sahədə qulluq stajı 15 il və daha çox olan şəxslərin pensiyalarına əlavələr əmək haqqındakı artım məbləği nəzərə alınmaqla, 15 il qulluq etmiş şəxslərə orta aylıq əmək haqqının artım məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əmək haqqının artım məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının artım məbləğinin 80 faizi miqdarından çox olmamaq şərtilə faktiki qulluq dövrünün aylarına uyğun olaraq hesablanır və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar 16 il 8 ay 15 gün qulluq stajına görə əmək pensiyasının hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 55 faiz təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Qərarına əsasən “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Eyni zamanda həmin qərarda təsbit olunur ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Qeyd olunanları nəzərə alaraq, hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavə haqq əmək pensiyanızın hesablanması zamanı əsas götürülən dövr ərzində sizə ödənilmədiyindən həmin əlavənin əmək pensiyanıza tətbiq edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Eyni zamanda bildiririk ki, dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 840,00 manat, qulluq stajına görə əlavə 187,57 manat, ixtisas dərəcəsinə görə əlavə 80,00 manat və mükafatlarla müavinətlərin cəminə görə əlavə 255,59 manat olmaqla orta aylıq əmək haqqı 1363,16 manat təşkil edir. Əlavə olaraq bildiririk ki, Fondun Şirvan şəhər şöbəsində aparılan araşdırma zamanı xx.xx.2009-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 12067,44 manat məbləğində artıq pensiya məbləğinin ödənildiyi müəyyən edilib. Həmin 12067,44 manat pul vəsaiti 1 may 2020-ci il tarixindən hər ay 185,65 manat olmaqla əmək pensiyasından çıxılmaqla büdcəyə bərpa edilir. Qeyd edilən məsələ ilə bağlı sözügedən şöbə tərəfindən 12 iyun 2020-ci il tarixli **********7 nömrəli məktubla məlumat verilmişdir. Hazırda pensiya məbləğinin 961,51 manat təşkil edir. Bundan başqa cari aydan (1 yanvar 2022-ci il tarixindən hesablanmaqla) ona “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi-96,15 manat məbləğində maddi yardım ödənilir. Cavabdeh inzibati orqanın xx.xx.2022-ci il tarixli, **********7 nömrəli məktubunda qeyd olunanlarla razı deyildir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, cavabdeh orqan tərəfindən vətəndaşın müraciətinə ünvanlanmış 17 may 2022-ci il tarixli, **********8 nömrəli məktuba müvafiq olaraq iddiaçı Fondun Şirvan səhər şöbəsində aparılan araşdırma zamanı iddiaçıya xx.xx.2009-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 12067,44 manat məbləğində artıq pensiya məbləğinin ödənildiyi müəyyən edilib. Həmin 12067,44 manat pul vəsaitinin 2042,15 manat hissəsi 1 aprel 2021-ci il tarixədək iddiaçının əmək pensiyasında hər av 185,65 manat olmaqla çıxılaraq büdcəyə bərpa edilib. Qalan artıcı ödənilmiş 10025,29 manat pul vəsaitinin 928,25 manatı ödənilməli olan 4326,79 manatdan çıxılıb, 9097,04 manatı isə 1 sentyabr 2021-ci il tarixindən hər ay 185,65 olmaqla iddiaçının əmək pensiyasından tutulur. Qeyd olunanları nəzərə alaraq, keçmiş müddət üzrə iddiaçıya ödənilməli olan 3398,54 (4326,79-928,25) manat pul vəsaiti xx.xx.2021-31.01,2022-ci il tarixləri arasındakı dövr ərzində hissə-hissə iddiaçının əmək pensiyasının üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürülüb. İddiaçı cavabdeh orqanın təqdim etdiyi məktubla razılaşmayaraq dövlət qulluqçusu kimi əmək pensiyasının yenidən hesablanması tələbi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Hesab edirik ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir: İddiaçı 12 mart 2009-cu il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasının 20.1.7-ci və 20.11.3-cü maddələrinə əsasən 16 il 8 ay 15 gün dövlət qulluğu stajına uyğun olaraq iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının 80 faizi miqdarında sabiq dövlət qulluqçusu kimi İİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Əlillik müddətinin bitməsi ilə əlaqədar iddiaçının pensiya ödənişi 1 aprel 2021-ci il tarixindən dayandırılıb. Təkrar müayinədən keçdikdən sonra iddiaçıya 16 aprel 2021-ci il tarixindən İİ dərəcəli əlillik müəyyən olunmuşdur. Bununla əlaqədar B.H.X2 müraciəti əsasında əmək pensiyası 2021-ci ilin sentyabr ayında bərpa edilib, həmçinin xx.xx.2021-xx.xx.2021-ci il tarixləri arasındakı dövr üzrə iddiaçıya ödənilməli olan ümumilikdə 4326,79 manat pensiya məbləği hesablanıb. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqia yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il tarixli 25 iyun 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.3- cü bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş əlavələrin təyin edilməsi üçün əsas götürülmüş aidiyyəti sahədə qulluq stajı 15 il və daha çox olan şəxslərin pensiyalarına əlavələr əmək haqqındakı artım məbləği nəzərə alınmaqla, 15 il qulluq etmiş şəxslərə orta aylıq əmək haqqının artım məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əmək haqqının artım məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının artım məbləğinin 80 faizi miqdarından çox olmamaq şərtilə faktiki qulluq dövrünün aylarına uyğun olaraq hesablanır və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar iddiaçının 16 il 8 ay 15 gün qulluq stajına görə əmək pensiyasının hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 55 faiz təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Qərarına əsasən “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdək artımları nəzərdə tutur. Eyni zamanda həmin qərarda təsbit olunur ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Qeyd olunanları nəzərə alaraq, hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavə haqq iddiaçının əmək pensiyasının hesablanması zamanı əsas götürülən dövr ərzində iddiaçıya ödənilmədiyindən həmin əlavənin əmək pensiyasına tətbiq edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 840,00 manat, qulluq stajına görə əlavə 187,57 manat, ixtisas dərəcəsinə görə əlavə 80,00 manat və mükafatlarla müavinətlərin cəminə görə əlavə 255,59 manat olmaqla iddiaçının orta aylıq əmək haqqı 1363,16 manat təşkil edir. Bildiririk ki, Fondun Şirvan şəhər şöbəsində aparılan araşdırma zamanı iddiaçıya xx.xx.2009-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 12067,44 manat məbləğində artıq pensiya məbləğinin ödənildiyi müəyyən edilib. Həmin 12067,44 manat pul vəsaitinin 2042,15 manat hissəsi 1 aprel 2021-ci il tarixinədək iddiaçının əmək pensiyasında hər ay 185,65 manat olmaqla çıxılaraq büdcəyə bərpa edilib. Qalan artıq ödənilmiş 10025,29 manat pul vəsaitinin 928,25 manatı iddiaçıya ödənilməli olan 4326,79 manatdan çıxılıb, 9097,04 manatı isə 1 sentyabr 2021-ci il tarixindən hər ay 185,65 olmaqla iddiaçının əmək pensiyasından tutulur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun olaraq keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunanları nəzərə alaraq, keçmiş müddət üzrə iddiaçıya ödənilməli olan 3398,54 (4326,79-928,25) manat pul vəsaiti xx.xx.2021-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində hissə-hissə iddiaçının əmək pensiyasının üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürülüb. Məlumat üçün bildiririk ki, hazırda iddiaçının pensiya məbləği 961,51 manat təşkil edir. Bundan başqa cari aydan (1 yanvar 2022-ci il tarixindən hesablanmaqla) iddiaçıya “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi-96,15 manat məbləğində maddi yardım ödənilir. İddiaçı cavabdeh Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı “dövlət qulluqçusu kimi əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. İddiaçı məhkəmə iclasında izahat verərək qeyd olunanlara əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbinə qarşı qeyd etdikləri etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. İddianın növü və mümkünlüyü. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir, İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxıldığından və iddiaçı Şirvan şəhərində qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan öncə inzibati orqana müraciət etmiş və cavabdeh orqan tərəfindən tələbin təmin edilməsindən imtina edilmiş, bundan sonra iddiaçı eyni tələblə məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkündür. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materiallarında olan xx.xx.1981-ci il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.2009-cu il tarixədək əmək fəaliyyətində olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidməti 33 saylı Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2016-cı il tarixli, xxxxxxx0004 nömrəli məlumatın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək üçüncü dərəcəli əlillik təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2021-ci il tarixli, **********5 nömrəli qərarın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı vəzifə maaşı 840,00 manat, qulluq stajına görə əlavə 187,57 manat, ixtisas dərəcəsinə görə əlavə 80,00 manat və mükafatlarla müavinətlərin cəminə görə əlavə 255,59 manat olmaqla orta aylıq əmək haqqı 1363,16 manat, xx.xx.2021-ci il tarixdən müddətsiz 961,51 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********7 nömrəli məktubundan görünür ki, dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019cu il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşının 840,00 manat, qulluq stajına görə əlavənin 187,57 manat, ixtisas dərəcəsinə görə əlavənin 80,00 manat və mükafatlarla müavinətlərin cəminə görə əlavənin 255,59 manat olmaqla orta aylıq əmək haqqının 1363,16 manat təşkil edir. Fondun Şirvan şəhər şöbəsində aparılan araşdırma zamanı ona xx.xx.2009-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 12067,44 manat məbləğində artıq pensiya məbləğinin ödənildiyi müəyyən edilib. Həmin 12067,44 manat pul vəsaiti 1 may 2020-ci il tarixindən hər ay 185,65 manat olmaqla əmək pensiyasından çıxılmaqla büdcəyə bərpa edilir. Qeyd edilən məsələ ilə bağlı sözügedən şöbə tərəfindən ona 12 iyun 2020-ci il tarixli **********7 nömrəli məktubla məlumat verilib. Hazırda pensiya məbləği 961,51 manat təşkil edir. Bundan başqa cari aydan (1 yanvar 2022-ci il tarixindən hesablanmaqla) ona “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi-96,15 manat məbləğində maddi yardım ödənilir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********2 nömrəli məktubunda qeyd edilmişdir ki, vətəndaş İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, onun ümumi iş stajının 30 il 3 ay 9 gün (xx.xx.1976xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1981-ci il, xx.xx.1983-xx.xx.1991-ci il, xx.xx.1991xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.2009-cu il tarixləri arasındakı dövrlər), dövlət qulluğu stajının 16 il 8 ay 15 gün (xx.xx.1992-xx.xx.1994-cü il, xx.xx.1994-xx.xx.2008-ci il, xx.xx.2008-xx.xx.2009-cu il tarixləri arasındakı dövrlər), fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalının isə 11093,80 manat olduğu müəyyən edilmişdir. Əlavə olaraq bildiririk ki, pensiya işinə aid sənədlərdə İddiaçı Fondun Şirvan şəhər şöbəsi tərəfindən 12 mart 2009-cu il tarixindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasının 20.1.7-ci və 20.11,3-cü maddələrinə əsasən 16 il 8 ay 15 gün dövlət qulluğu stajına uyğun olaraq vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısının 80 faizi miqdarında sabiq dövlət qulluqçusu kimi İİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edildiyi qeyd olunub. Əlillik müddətinin bitməsi ilə əlaqədar ona pensiya ödənişi 1 aprel 2021-ci il tarixindən dayandırılmışdır. İddiaçı təkrar müayinədən keçməsi ilə əlaqədar 16 aprel 2021-ci il tarixindən İİ dərəcəli əlilliyi müəyyən olunmuşdur. Bununla əlaqədar Mərkəzi Filiala müraciəti əsasında onun əmək pensiyası 2021-ci ilin sentyabr ayında bərpa edilib, həmçinin xx.xx.2021-xx.xx.2021-ci il tarixləri arasındakı dövr üzrə ona ödənilməli olan ümumilikdə 4326,79 manat pensiya məbləği hesablanmışdır. Eyni zamanda bildiririk ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14- cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Qərarına əsasən “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Eyni zamanda həmin qərarda təsbit olunur ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Fondun Şirvan şəhər şöbəsində aparılan audit yoxlamaları zamanı adıçəkilən şəxsə əmək pensiyasının hesablanması üçün əsas götürülən dövr ərzində hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavənin ona ödənilmədiyi halda, pensiya təyin edilərkən orta aylıq əmək haqqısının hesablanması zamanı nəzərə alındığı aşkar edilib. Bununla əlaqədar ona xx.xx.2009-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 12067,44 manat məbləğində artıq pensiya məbləğinin ödənildiyi müəyyən olunub. Həmin 12067,44 manat pul vəsaitinin 1 may 2020-ci il tarixindən Fondun Şirvan şəhər şöbəsi tərəfindən hər ay 185,65 manat məbləğində onun əmək pensiyasından çıxılaraq büdcəyə bərpasına başlanılıb. Nəticədə sözügedən pul vəsaitinin 2042,15 manat hissəsi xx.xx.2020-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində büdcəyə bərpa edilib. Qalan artıq ödənilmiş 10025,29 manat pul vəsaitinin 928,25 manatı ona xx.xx.2021-xx.xx.2021ci il tarixləri arasındakı dövr üzrə ödənilməli olan 4326,79 manatdan çıxılıb, 9097,04 manatı isə 1 sentyabr 2021-ci il tarixindən hər ay 185,65 manat olmaqla onun əmək pensiyasından tutulur. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun olaraq keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunanları nəzərə alaraq, keçmiş müddət üzrə İddiaçı ödənilməli olan 3398,54 (4326,79-928,25) manat pul vəsaiti xx.xx.2021-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində hissə-hissə onun əmək pensiyasının üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürülmüşdür. Yuxarıda göstərilənlərə dair İddiaçı Fondun Şirvan şəhər şöbəsi tərəfindən 1 iyun 2020-ci il tarixli **********9 nömrəli, Mərkəzi Filial tərəfindən isə 17 may 2022-ci il tarixli **********8 nömrəli məktublarla ətraflı izah verilmişdir. Məlumat üçün bildiririk ki, 1 yanvar 2022-ci il tarixindən hesablanmaqla adıçəkilən şəxsə “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli 3173 nömrəli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi miqdarında maddi yardım ödənilir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-54339/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, vətəndaş İddiaçı əmək pensiyasının hesablanması haqqında ətraflı məlumat tərəfimizdən xx.xx.2022-ci il tarixli **********2 nömrəli məktubla məhkəməyə təqdim edilmişdir. Eyni zamanda bildiririk ki, adıçəkilən şəxsin sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasından ümumilikdə 5198,20 manat məbləğində tutulma həyata keçirilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022ci il tarixli MXMT(120)-13/2022 nömrəli qərardadının icrası məqsədilə Mərkəzi Filial tərəfindən xx.xx.2022-ci il tarixindən etibarən İddiaçı əmək pensiyasından hər hansı tutulma həyata keçirilmir. Əlavə olaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarına əsasən indeksləşdirilmiş və həmin Qanunun hazırda qüvvədə olan 26.4-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixindən adıçəkilən şəxsin əmək pensiyasının məbləği 1213,15 manata artırılmışdır. Məhkəmənin iş üzrə 06 iyun 2023-cü il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı sual qoyulmaqla ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2024-cü il tarixli, 3-16-16/2-9/9856/2024 nömrəli məktubu ilə hazırki ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-17-1/2-86720/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı pensiya işinə aid sənədlərdə ona Fondun keçmiş Şirvan şəhər şöbəsi tərəfindən 12 mart 2009-cu il tarixindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasının 20.1.7-ci və 20.11.3-cü maddələrinə əsasən 16 il 8 ay 15 gün (xx.xx.1992- xx.xx.1994-cü il, xx.xx.1994-xx.xx.2008-ci il, xx.xx.2008-xx.xx.2009-cu il tarixləri arasındakı dövrlər) dövlət qulluğu stajına uyğun olaraq vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının 80 faizi miqdarında sabiq dövlət qulluqçusu kimi əlilliyə görə görə əmək pensiyası təyin edildiyi qeyd olunmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 26.3-cü maddəsinin 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən, 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1 -ci maddəsinə uyğun olaraq, indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.3-cü bəndinə əsasən, Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş əlavələrin təyin edilməsi üçün əsas götürülmüş aidiyyəti sahədə qulluq stajı 15 il və daha çox olan şəxslərin pensiyalarına əlavələr əmək haqqındakı artım məbləği nəzərə alınmaqla, 15 il qulluq etmiş şəxslərə orta aylıq əmək haqqının artım məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əmək haqqının artım məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının artım məbləğinin 80 faizi miqdarından çox olmamaq şərtilə faktiki qulluq dövrünün aylarına uyğun olaraq hesablanır və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar, İddiaçı 16 il 8 ay 15 gün dövlət qulluğu stajına görə əmək pensiyasının hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 55 faiz təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Qərarına əsasən "Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən "sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Eyni zamanda həmin qərarda təsbit olunur ki, "Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14- cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Qeyd olunanları nəzərə alaraq, hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavə haqq adıçəkilən şəxsin əmək pensiyasının hesablanması zamanı əsas götürülən dövr ərzində ona ödənilmədiyindən həmin əlavənin əmək pensiyasına tətbiq edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçı dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar, 1 dekabr 2013-cü il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 510,00 manat, qulluq stajına görə əlavəsi 113,88 manat, dövlət qulluqçularına ixtisas dərəcəsinə görə verilən haqq 80 manat, mükafat və müavinətlərin cəminə görə 155,18 manat olmaqla orta aylıq əmək haqqısı 859,06 manat təşkil etmişdir. Bununla əlaqədar, adıçəkilən şəxsin əmək pensiyası Qanunun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 16 il 8 ay 15 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqısının (859,06 manat) 80 faizi-687,25 manat məbləğində hesablanıb. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar, 1 mart 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə adıçəkilən şəxsin vəzifə maaşı 560,00 manat, qulluq stajına görə əlavəsi 125,05 manat, dövlət qulluqçularına ixtisas dərəcəsinə görə verilən haqq 80 manat, mükafat və müavinətlərin cəminə görə 170,39 manat olmaqla orta əmək haqqısı 935,44 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısı (859,06 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqısı (935,44 manat) arasındakı fərq məbləğinin (76,38 manat) 55 faizi-42,01 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyanın (687,25 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 729,26 manat məbləğində hesablanıb. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar, 1 sentyabr 2019-cu il tarixindən adıçəkilən şəxsin vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 840,00 manat, qulluq stajına görə əlavəsi 187,57 manat, dövlət qulluqçularına ixtisas dərəcəsinə görə verilən haqq 80 manat, mükafat və müavinətlərin cəminə görə 255,59 manat olmaqla orta əmək haqqısı 1363,16 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısı (935,44 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqısı (1363,16 manat) arasındakı fərq məbləğinin (427,72 manat) 55 faizi-255,25 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyasının (729,26 manat) üzərinə əlavə olunmaqla pensiyası 964,51 manat məbləğində hesablanıb. Eyni zamanda bildiririk ki, “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən adıçəkilən şəxsin əmək pensiyası həmin tarixdən 1060,96 manat, 29-cu maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar 1 yanvar 2023- cü il tarixindən 1216,92 manat, 1 yanvar 2024-cü il tarixindən 1353,22 manat, 1 yanvar 2025-ci il tarixindən 1462,83 manat məbləğində müəyyən edilib. Əlavə olaraq bildiririk ki, İddiaçı 1 yanvar 2006-cı il tarixinədək olan əmək stajına uyğun hesablanmış pensiya sığorta kapitalı 7061,10 manat, xx.xx.2006-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində isə fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya sığorta kapitalı 5577,55 manat olmaqla cəmi pensiya sığorta kapitalı 12638,65 manat təşkil edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 iyul 2017- ci il tarixədək qüvvədə olan redaksiyasının 27.1-ci maddəsinə əsasən qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Bununla əlaqədar olaraq, adıçəkilən şəxsin 1 yanvar 2006-cı il tarixinədək olan 27 il 2 ay 14 gün iş stajı pensiya kapitalına çevrilməklə hesablanmış və Azərbaycan Respublikası Prezidentinin müvafiq illər üzrə sərəncamlarına əsasən indeksləşdirilərək 7061,10 manat müəyyən edilmişdir. Adıçəkilən şəxsin həmin tarixdən sonrakı işlədiyi dövr üzrə fərdi hesabında 12 fevral 2009-cu il tarixinədək 5577,55 manat pensiya kapitalı qeydə alınmışdır. Bundan başqa, adıçəkilən şəxsə pensiya təyin olduqdan sonrakı dövr üzrə fərdi hesabın sığorta hissəsində ümumilikdə 37,15 manat pensiya kapitalı qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-17-1/2-111587/2025 nömrəli məktubuna əlavə edilmiş İddiaçı pensiyasının hesablanmasına dair mütəxəssis tərəfindən tərtib edilmiş rəydən görünür ki, İddiaçı ümumi iş stajı 30 il 3 ay 9 gün (xx.xx.1976-xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1981-ci il, xx.xx.1983-xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1992-ci il və xx.xx.1992-xx.xx.2009-cu il tarixləri arasındakı dövrlər) təşkil edir. Adıçəkilən şəxsin dövlət qulluğu stajının hesablanması zamanı xx.xx.1992xx.xx.1994-cü il, xx.xx.1994-xx.xx.2008- ci il və xx.xx.2008-xx.xx.2009-cu il tarixləri arasındakı dövrlər nəzərə alınıb. Eyni zamanda, İddiaçı əmək pensiyasının müəyyən edilməsi üçün orta aylıq əmək haqqısı hesablanarkən xx.xx.2003-xx.xx.2008-ci il tarixləri arasındakı dövr üzrə əmək fəaliyyəti əsas götürülüb. Həmin dövr ərzində İddiaçı ödənilmiş bütöv aylar üzrə mükafat və müavinətlər cəminin vəzifə maaşına münasibətdə faiz dərəcəsi ümumilikdə 1825,62 faiz təşkil edir. Belə ki: - 2003-cü ilin avqust ayı üzrə 100 faiz (295.000,00 (ödənilmiş mükafat) : 295000% (həmin ay üzrə vəzifə maaşı));oktyabr ayı üzrə 33,90 faiz (100.000,00:295000%);- dekabr ayı üzrə 33,90 faiz (100.000,00:295.000%);- 2004-cü ilin fevral ayı üzrə 100 faiz (295.000,00:295000%);may ayı üzrə 33,90 faiz (100.000,00:295000%); - sentyabr ayı üzrə 100 faiz (295.000,00:295000%); - dekabr ayı üzrə 32,47 faiz (250.000,00:770.000%); - 2005-ci ilin mart ayı üzrə 100 faiz (770.000,00:770.000%); - may ayı üzrə 100 faiz (770.000,00:770.000%); - oktyabr ayı üzrə 50 faiz (385.000,00:770.000%); - noyabr ayı üzrə 100 faiz (770.000,00:770.000%); - dekabr ayı üzrə 50 faiz (385.000,00:770.000%); - 2006-cı ilin mart ayı üzrə 100 faiz (154,00:154%); - may ayı üzrə 100 faiz (154,00:154%); - oktyabr ayı üzrə 50 faiz (77,00:154%); - dekabr ayı üzrə 100 faiz (154,00:154%); - 2007-ci ilin mart ayı üzrə 100 faiz (193,00:193%); - may ayı üzrə 100 faiz (193,00:193%); - iyun ayı üzrə 10,36 faiz (20,00:193%); - iyul ayı üzrə 100 faiz (193,00:193%); - oktyabr ayı üzrə 50 faiz (96,50:193%); - dekabr üzrə 50 faiz (96,50:193%); - 2008-ci ilin mart ayı üzrə 100 faiz (193,00:193%); - may ayı üzrə 100 faiz (193,00:193%); -iyun ayı üzrə 31,09 faiz (60,00:193%). Dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 dekabr 2013-cü il tarixindən İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 510,00 manat, qulluq stajına görə əlavəsi 113,88 manat, ixtisas dərəcəsinə görə əlavəsi 80,00 manat, mükafat və müavinətlərin cəminə görə əlavəsi 155,18 (510x1825,62%:60) manat olmaqla orta aylıq əmək haqqısı 859,06 manat təşkil etmişdir. Bununla əlaqədar, adıçəkilən şəxsin əmək pensiyası "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 16 il 8 ay 15 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqısının (859,06 manat) 80 faizi-687,25 manat məbləğində hesablanıb. “Əmək pensiyaları haqqında” Qanunun 26.3cü maddəsinin 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən, 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1 -ci maddəsinə uyğun olaraq, indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.3-cü bəndinə əsasən, Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş əlavələrin təyin edilməsi üçün əsas götürülmüş aidiyyəti sahədə qulluq stajı 15 il və daha çox olan şəxslərin pensiyalarına əlavələr əmək haqqındakı artım məbləği nəzərə alınmaqla, 15 il qulluq etmiş şəxslərə orta aylıq əmək haqqının artım məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əmək haqqının artım məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının artım məbləğinin 80 faizi miqdarından çox olmamaq şərtilə faktiki qulluq dövrünün aylarına uyğun olaraq hesablanır və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar, İddiaçı 16 il 8 ay 15 gün dövlət qulluğu stajına görə əmək pensiyasının hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 55 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 mart 2018-ci il tarixindən İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 560,00 manat, qulluq stajına görə əlavəsi 125,05 manat, ixtisas dərəcəsinə görə əlavəsi 80,00 manat, mükafat və müavinətlərin cəminə görə əlavəsi 170,39 manat olmaqla orta əmək haqqısı 935,44 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısı (859,06 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqısı (935,44 manat) arasındakı fərq məbləğinin (76,38 manat) 55 faizi-42,01 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyanın (687,25 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 729,26 manat məbləğində hesablanıb. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 sentyabr 2019-cu il tarixindən İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 840,00 manat, qulluq stajına görə əlavəsi 187,57 manat, ixtisas dərəcəsinə görə əlavəsi 80,00 manat, mükafat və müavinətlərin cəminə görə əlavəsi 255,59 manat olmaqla orta əmək haqqısı 1363,16 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısı (935,44 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqısı (1363,16 manat) arasındakı fərq məbləğinin (427,72 manat) 55 faizi-235,25 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyasının (729,26 manat) üzərinə əlavə olunmaqla pensiyası 964,51 manat məbləğində hesablanıb. “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən adıçəkilən şəxsin əmək pensiyası həmin tarixdən 1060,96 manat, 29-cu maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar 1 yanvar 2023-cü il tarixindən 1216,92 (1060,96 +14,7%) manat, 1 yanvar 2024-cü il tarixindən 1353,22 (1216,92+11,2%) manat, 1 yanvar 2025- ci il tarixindən 1462,83 (1353,22+8,1%) manat məbləğində müəyyən edilib. Eyni zamanda bildiririk ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.19-cu maddəsinə əsasən, əmək haqqındakı (təminat xərcliyindəki, dövlət məvacibindəki) sonrakı artımlar əmək pensiyasına qulluq stajına görə əlavə alan şəxsin müvafiq vəzifədə işlədiyi vaxt əmək haqqına (təminat xərcliyinə, dövlət məvacibinə) daxil olan ödənişlərdəki artımlardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 5.7-ci bəndinə əsasən əmək pensiyasına qulluq stajına görə əlavələrin hesablanması zamanı əsas götürülən əmək haqqı, dövlət məvacibi, yaxud təminat xərcliyi müəyyən edilərkən şəxsin yalnız əmək və ya xidməti vəzifələrinin yerinə yetirməsinə görə almış olduğu ödənişlər və onlara sonrakı artımlar (pensiya təyinatı tarixinədək) nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Qərarına əsasən "Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən "sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Eyni zamanda həmin qərarda təsbit olunur ki, "Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14- cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Qeyd olunanları nəzərə alaraq, hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavə haqq adıçəkilən şəxsin əmək pensiyasının hesablanması zamanı əsas götürülən dövr ərzində ona ödənilmədiyindən həmin əlavənin əmək pensiyasına tətbiq edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə olaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Bununla əlaqədar olaraq, adıçəkilən şəxsin 1 yanvar 2006-cı il tarixinədək olan 27 il 2 ay 14 gün iş stajı pensiya kapitalına çevrilməklə hesablanmış və Azərbaycan Respublikası Prezidentinin müvafiq illər üzrə sərəncamlarına əsasən ona pensiya təyin edildiyi 12 mart 2009- cu il tarixinədək indeksləşdirilərək 7061,10 manat müəyyən edilmişdir. Adıçəkilən şəxsin xx.xx.2006-cı il tarixindən sonrakı işlədiyi dövr üzrə fərdi hesabında ona pensiya təyin edildiyi xx.xx.2009cu il tarixinədək 5577,55 manat pensiya kapitalı qeydə alınmışdır. Nəticədə İddiaçı dövlət qulluqçusu kimi əlilliyə görə əmək pensiyası təyin edilən tarixədək onun pensiya kapitalı ümumilikdə 12638,65 (7061,10+5577,55) manat təşkil edib. Qeyd olunan pensiya kapitalı adıçəkilən şəxsə əmək pensiyası təyin edilən zaman nəzərə alınmaqla pensiyasının sığorta hissəsi müəyyən edilib. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 4.2-ci və 20.1.7-ci maddələrinə əsasən dövlət qulluqçularının əmək pensiyası iki hissədən - sığorta hissəsi və qulluq stajına görə əlavə hissəsindən ibarətdir. Bundan başqa, adıçəkilən şəxsə pensiya təyin olduqdan sonrakı dövr üzrə fərdi hesabın sığorta hissəsində ümumilikdə 37,15 manat pensiya kapitalı qeydə alınıb. Əlavə olaraq bildiririk ki, İddiaçı əmək pensiyasından hər hansı tutulma həyata keçirilmir. Əsaslandırma hissəsi: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi İddia mümkün olsa da, qismən əsaslıdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Hazırki tələbdə iddiaçı dövlət qulluqçularının aylıq əməkhaqqının 3 misli həcmində verilən mükafatlar, dövlət qulluqçusuna məzuniyyətə çıxdıqda 1 aylıq vəzifə maaşı həcmində verilən müavinət, ixtisas dərəcəsinə görə verilən əlavə haqq, aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq nəzərə alınmaqla dövlət qulluqçusu pensiyamın yenidən hesablanması, inzibati orqanın pensiya məbləğindən tutulmalarla bağlı aparılan hərəkətlərinin qanunsuz hesab edilməsi və tutulan pul məbləğinin tam şəklində birdəfəlik geri qaytarılmasını xahiş edir. Belə ki, məhkəmə icraatı zamanı təqdim olunmuş cavabdehin etirazında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısı (859,06 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqısı (935,44 manat) arasındakı fərq məbləğinin (76,38 manat) 55 faizi-42,01 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyanın (687,25 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 729,26 manat məbləğində hesablanıb. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar, 1 sentyabr 2019-cu il tarixindən adıçəkilən şəxsin vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 840,00 manat, qulluq stajına görə əlavəsi 187,57 manat, dövlət qulluqçularına ixtisas dərəcəsinə görə verilən haqq 80 manat, mükafat və müavinətlərin cəminə görə 255,59 manat olmaqla orta əmək haqqısı 1363,16 manat təşkil etmişdir. xx.xx.2009xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 12067,44 manat məbləğində artıq pensiya məbləğinin ödənildiyi müəyyən edilmişdir. İddiaçının iş üzrə tələbi 2 hissədən ibarətdir: birinci hissə - dövlət qulluqçularının aylıq əməkhaqqının 3 misli həcmində verilən mükafatlar, dövlət qulluqçusuna məzuniyyətə çıxdıqda 1 aylıq vəzifə maaşı həcmində verilən müavinət, ixtisas dərəcəsinə görə verilən əlavə haqq, aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq nəzərə alınmaqla dövlət qulluqçusu pensiyamın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması; ikinci hissə - inzibati orqanın pensiya məbləğindən tutulmalarla bağlı aparılan hərəkətlərinin qanunsuz hesab edilməsi və tutulan pul məbləğinin tam şəklində birdəfəlik geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması. Məhkəmə iddiaçının tələbləri üzrə hallara münasibət bildirməzdən əvvəl qeyd edir ki, əmək pensiyaçılarına dövlət qulluğu stajına görə əlavələrin təyin olunması üçün onun dövlət qulluqçusu statusuna malik olması zəruri və mütləq dispozisiya şərtidir. Nəzərə almaq lazımdır ki, dövlət qulluqçusunun statusu ilə bağlı məsələlər “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu və onun əsasında qəbul edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Qeyd olunan qanunvericilik icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir. Məhkəmə bildirir ki, hazırki iddia üzrə mübahisənin həllində hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan qanunvericilikdə dövlət qulluğu stajına görə əlavələrin təyin olunması üçün hansı şərtlərin nəzərdə tutulduğu müəyyən olunmalı və bu şərtlər əsasında iddiaçının dövlət qulluğu stajına görə əlavələrin tələb etmək hüququnun yaranıbyaranmamasına qiymət verməlidir. Bunun üçün isə qanunvericiliyin aşağıdakı müddəaları təhlil olunmalıdır. Belə ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunun: (xx.xx.2018-ci il tarixədək olan dəyişikliyə qədər) 23.1.Dövlət qulluqçularının pensiya təminatı üçün əsas və onun qaydası bu maddənin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikasının müvafiq Qanunu ilə müəyyən edilir. 23.2.Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğunda xidmət illərindən və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 5 il qulluq stajı tələb olunur. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları”nın 9-cu bəndində müəyyən edilmişdir ki, dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olan vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu’nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1-ci bəndinə əsasən aparılmışdır. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 20.1.7-ci maddəsinə əsasən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr almaq hüququna malikdirlər. Məhkəmə qeyd edir ki, dövlət qulluğunda iş stajının hansı meyarlar əsasında qiymətləndirildiyi həm “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi” Qaydalarında, həmçinin “Əmək pensiyaları haqqında” Qanunda nəzərdə tutulmuşdur. Məhkəmə təqdim edilmiş iş materiallarından müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, iddiaçının hazırda iddiaçının pensiya məbləği 961,51 manat təşkil edir. Bundan başqa cari aydan (1 yanvar 2022-ci il tarixindən hesablanmaqla) iddiaçıya “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi-96,15 manat məbləğində maddi yardım ödənilir. Hazırda iddiaçı dövlət qulluqçularının aylıq əməkhaqqının 3 misli həcmində verilən mükafatlar, dövlət qulluqçusuna məzuniyyətə çıxdıqda 1 aylıq vəzifə maaşı həcmində verilən müavinət, ixtisas dərəcəsinə görə verilən əlavə haqq, aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq nəzərə alınmaqla dövlət qulluqçusu pensiyamın yenidən hesablanması, inzibati orqanın pensiya məbləğindən tutulmalarla bağlı aparılan hərəkətlərinin qanunsuz hesab edilməsi və tutulan pul məbləğinin tam şəklində birdəfəlik geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 29-1-ci maddəsinə əsasən İnzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Mülki Prosessual Məcəllənin 101.-6-cı maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli qərarına əsasən, “..Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir...” Avropa İnsan Hüquqları Məhkəməsinin öz presedentlərində formalaşdırdığı hüquqi mövqeyə görə: a) Qərarda ərizəçinin işin mahiyyəti üzrə bütün arqumentləri detallı şəkildə, heç biri rədd edilmədən və rədd edildiyi halda dəqiq səbəblər təqdim edilməklə araşdırılmalıdır. Faktlara gəldikdə isə, məhkəmə ərizəçinin məhkəmə işində əhəmiyyətli olan faktları yenidən araşdırmaq səlahiyyətinə malik olmalıdır. Başqa sözlə, əgər ərizəçi yalnız prosessual aspektlərlə bağlı arqumentlər irəli sürürsə, o, sonradan məhkəməni faktlar haqqında qərar çıxarmadığı üçün tənqid edə bilməz (Potocka və digərləri Polşaya qarşı, § 57). b) "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinin 1-ci bəndində təsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını yetərli dərəcədə əsaslandırmaq öhdəliyi daxildir (H. Belçikaya qarşı, § 53). c) Əsaslandırılmış qərar tərəflərə işlərinə həqiqətən baxıldığını göstərir. Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). ç) Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər (X3rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27) və yalnız işin konkret halları işığında şərh edilməlidir: xüsusilə də, tərəflərin məhkəməyə təqdim etdikləri arqumentlərin fərqliliyi və Razılığa gələn Dövlətlərdə qanunvericilik müddəaları, ümumi hüquq normaları, hüquqi rəylər və qərarların təqdimatı və tərtib edilməsi ilə bağlı mövcud olan fərqliliklər nəzərə alınmalıdır (X3rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27). d) Buna baxmayaraq, tərəflərdən birinin təqdimatı proseslərin nəticəsi üçün həlledici olduqda, ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verilməlidir (X3rşı, § 30; Hiro Balani İspaniyaya qarşı, § 28). e) Ədalətli məhkəmə araşdırması anlayışı tələb edir ki, istər aşağı məhkəmənin əsaslarına qoşulmaqla, istərsə də fərqli şəkildə öz qərarlarında az sayda əsaslar göstərən milli məhkəmə yurisdiksiyasına əsasən ona təqdim edilmiş təməl məsələləri faktiki olaraq həll etməlidir və yalnız aşağı məhkəmənin nəticələrini dəstəkləməklə kifayətlənmiş olmamalıdır (Helle Finlandiyaya qarşı, § 60). İddiaçının tələbinin birinci hissəsi – “dövlət qulluqçularının aylıq əməkhaqqının 3 misli həcmində verilən mükafatlar, dövlət qulluqçusuna məzuniyyətə çıxdıqda 1 aylıq vəzifə maaşı həcmində verilən müavinət, ixtisas dərəcəsinə görə verilən əlavə haqq, aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq nəzərə alınmaqla dövlət qulluqçusu pensiyamın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” üzrə məhkəmə tərəfindən araşdırılma aparılaraq aşağıdakı hallar müəyyən edilmişdir: - İddiaçının ümumi iş stajı 30 il 3 ay 9 gün (xx.xx.1976-xx.xx.1981-ci il, xx.xx.1981xx.xx.1981-ci il, xx.xx.1983-xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1992-ci il, xx.xx.1992xx.xx.2009-cu il tarixləri arasındakı dövrlər), dövlət qulluğu stajı 16 il 8 ay 15 gün (xx.xx.1992-xx.xx.1994-cü il, xx.xx.1994-xx.xx.2008-ci il, xx.xx.2008-xx.xx.2009-cu il tarixləri arasındakı dövrlər), fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalının isə 11093,80 manat olduğu müəyyən edilir. İş üzrə tam araşdırılması məqsədilə mütəxəssis rəyinin təqdim edilməsi məqsədilə inzibati orqana müraciət olunmuş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-17-1/2- 111587/2025 nömrəli məktubuna əlavə edilmiş İddiaçı pensiyasının hesablanmasına dair mütəxəssis tərəfindən tərtib edilmiş rəyi məhkəməyə təqdim edilmişdir. Belə ki, İddiaçı pensiyasının hesablanmasına dair mütəxəssis tərəfindən tərtib edilmiş rəyə əsasən: a. İddiaçı əmək pensiyasının müəyyən edilməsi üçün orta aylıq əmək haqqısı hesablanarkən xx.xx.2003-xx.xx.2008-ci il tarixləri arasındakı dövr üzrə əmək fəaliyyəti əsas götürüldüyü, b. həmin dövr ərzində İddiaçı ödənilmiş bütöv aylar üzrə mükafat və müavinətlər cəminin vəzifə maaşına münasibətdə faiz dərəcəsi ümumilikdə 1825,62 faiz təşkil etdiyi, (2003-cü ilin avqust ayı üzrə 100 faiz (295.000,00 (ödənilmiş mükafat) : 295000% (həmin ay üzrə vəzifə maaşı));-oktyabr ayı üzrə 33,90 faiz (100.000,00:295000%);- dekabr ayı üzrə 33,90 faiz (100.000,00:295.000%);- 2004-cü ilin fevral ayı üzrə 100 faiz (295.000,00:295000%);-may ayı üzrə 33,90 faiz (100.000,00:295000%); - sentyabr ayı üzrə 100 faiz (295.000,00:295000%); - dekabr ayı üzrə 32,47 faiz (250.000,00:770.000%); - 2005-ci ilin mart ayı üzrə 100 faiz (770.000,00:770.000%); - may ayı üzrə 100 faiz (770.000,00:770.000%); - oktyabr ayı üzrə 50 faiz (385.000,00:770.000%); - noyabr ayı üzrə 100 faiz (770.000,00:770.000%); dekabr ayı üzrə 50 faiz (385.000,00:770.000%); - 2006-cı ilin mart ayı üzrə 100 faiz (154,00:154%); - may ayı üzrə 100 faiz (154,00:154%); - oktyabr ayı üzrə 50 faiz (77,00:154%); - dekabr ayı üzrə 100 faiz (154,00:154%); - 2007-ci ilin mart ayı üzrə 100 faiz (193,00:193%); - may ayı üzrə 100 faiz (193,00:193%); - iyun ayı üzrə 10,36 faiz (20,00:193%); - iyul ayı üzrə 100 faiz (193,00:193%); - oktyabr ayı üzrə 50 faiz (96,50:193%); - dekabr üzrə 50 faiz (96,50:193%); - 2008-ci ilin mart ayı üzrə 100 faiz (193,00:193%); - may ayı üzrə 100 faiz (193,00:193%); -iyun ayı üzrə 31,09 faiz (60,00:193%)) c. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 dekabr 2013-cü il tarixindən İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 510,00 manat, qulluq stajına görə əlavəsi 113,88 manat, ixtisas dərəcəsinə görə əlavəsi 80,00 manat, mükafat və müavinətlərin cəminə görə əlavəsi 155,18 (510x1825,62%:60) manat olmaqla orta aylıq əmək haqqısı 859,06 manat təşkil etdiyi, d. Bununla əlaqədar, adıçəkilən şəxsin əmək pensiyası "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 16 il 8 ay 15 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqısının (859,06 manat) 80 faizi-687,25 manat məbləğində hesablandığı, e. İddiaçı 16 il 8 ay 15 gün dövlət qulluğu stajına görə əmək pensiyasının hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 55 faiz təşkil etdiyi müəyyən edilir. Tələbin yenidən hesablanması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 26.3-cü maddəsinin 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən, 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Qanunun 29.1 -ci maddəsinə uyğun olaraq, indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.3-cü bəndinə əsasən, Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş əlavələrin təyin edilməsi üçün əsas götürülmüş aidiyyəti sahədə qulluq stajı 15 il və daha çox olan şəxslərin pensiyalarına əlavələr əmək haqqındakı artım məbləği nəzərə alınmaqla, 15 il qulluq etmiş şəxslərə orta aylıq əmək haqqının artım məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əmək haqqının artım məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının artım məbləğinin 80 faizi miqdarından çox olmamaq şərtilə faktiki qulluq dövrünün aylarına uyğun olaraq hesablanır və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Məhkəmə hesab edir ki, inzibati orqan tərəfindən iddiaçının 16 il 8 ay 15 gün dövlət qulluğu stajına görə yuxarıda qeyd edilən qanunvericiliyin tələbləri üzrə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısının artım hissəsinə 55 faiz dərəcəsinin tətbiq olunması qanuni olmuşdur. Eləcə də, “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən adıçəkilən şəxsin əmək pensiyası həmin tarixdən 1060,96 manat, 29-cu maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar 1 yanvar 2023-cü il tarixindən 1216,92 (1060,96 +14,7%) manat, 1 yanvar 2024-cü il tarixindən 1353,22 (1216,92+11,2%) manat, 1 yanvar 2025- ci il tarixindən 1462,83 (1353,22+8,1%) manat məbləğində müəyyən edilmişdir. İddiaçının tələbi üzrə artımların nəzərə alınaraq pensiyanını yenidən hesablanması hissəsində məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.19-cu maddəsinə əsasən, əmək haqqındakı (təminat xərcliyindəki, dövlət məvacibindəki) sonrakı artımlar əmək pensiyasına qulluq stajına görə əlavə alan şəxsin müvafiq vəzifədə işlədiyi vaxt əmək haqqına (təminat xərcliyinə, dövlət məvacibinə) daxil olan ödənişlərdəki artımlardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 5.7-ci bəndinə əsasən əmək pensiyasına qulluq stajına görə əlavələrin hesablanması zamanı əsas götürülən əmək haqqı, dövlət məvacibi, yaxud təminat xərcliyi müəyyən edilərkən şəxsin yalnız əmək və ya xidməti vəzifələrinin yerinə yetirməsinə görə almış olduğu ödənişlər və onlara sonrakı artımlar (pensiya təyinatı tarixinədək) nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Qərarına əsasən "Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən "sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Eyni zamanda həmin qərarda təsbit olunur ki, "Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14- cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Qeyd olunanları nəzərə alaraq inzibati orqan tərəfindən hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavə haqq adıçəkilən şəxsin əmək pensiyasının hesablanması zamanı əsas götürülən dövr ərzində ona ödənilmədiyindən həmin əlavənin əmək pensiyasına tətbiq edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Qanunvericiliyin tələbləri üzrə inzibati orqan tərəfindən İddiaçı Həzərtqulu oğlunun 1 yanvar 2006-cı il tarixinədək olan 27 il 2 ay 14 gün iş stajı pensiya kapitalına çevrilməklə hesablanmış və Azərbaycan Respublikası Prezidentinin müvafiq illər üzrə sərəncamlarına əsasən ona pensiya təyin edildiyi 12 mart 2009-cu il tarixinədək indeksləşdirilərək 7061,10 manat müəyyən edilmişdir. İddiaçı Həzərtqulu oğlunun xx.xx.2006-cı il tarixindən sonrakı işlədiyi dövr üzrə fərdi hesabında ona pensiya təyin edildiyi xx.xx.2009-cu il tarixinədək 5577,55 manat pensiya kapitalı qeydə alınmışdır. Nəticədə İddiaçı dövlət qulluqçusu kimi əlilliyə görə əmək pensiyası təyin edilən tarixədək onun pensiya kapitalı ümumilikdə 12638,65 (7061,10+5577,55) manat təşkil etmişdir. Qeyd olunan pensiya kapitalı adıçəkilən şəxsə əmək pensiyası təyin edilən zaman nəzərə alınmaqla pensiyasının sığorta hissəsi müəyyən edilmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 4.2-ci və 20.1.7-ci maddələrinə əsasən dövlət qulluqçularının əmək pensiyası iki hissədən sığorta hissəsi və qulluq stajına görə əlavə hissəsindən ibarətdir. Bundan başqa, adıçəkilən şəxsə pensiya təyin olduqdan sonrakı dövr üzrə fərdi hesabın sığorta hissəsində ümumilikdə 37,15 manat pensiya kapitalı qeydə alınmışdır. Məhkəmə qeyd edilən qanunvericiliyin tələblərini nəzərdən keçirərək hesab edir ki, inzibati orqan tərəfindən iddiaçının “dövlət qulluqçularının aylıq əməkhaqqının 3 misli həcmində verilən mükafatlar, dövlət qulluqçusuna məzuniyyətə çıxdıqda 1 aylıq vəzifə maaşı həcmində verilən müavinət, ixtisas dərəcəsinə görə verilən əlavə haqq, aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq nəzərə alınmaqla dövlət qulluqçusu pensiyamın yenidən hesablanması” tələbi üzrə mövqeyi və imtinası əsaslı olmuşdur. Odur ki, iddiaçının tələbi üzrə əmək pensiyasının yenidən hesablanmasından cavabdehin imtinası qanunsuz hesab edilə bilməz. İddiaçının tələbinin ikinci hissəsi – “inzibati orqanın pensiya məbləğindən tutulmalarla bağlı aparılan hərəkətlərinin qanunsuz hesab edilməsi və tutulan pul məbləğinin tam şəklində birdəfəlik geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” üzrə məhkəmə tərəfindən araşdırılma aparılaraq aşağıdakı hallar müəyyən edilmişdir: - pensiya məbləğindən tutulmalarla bağlı inzibati orqanın qərarının olmadığı müəyyən edilir. - pensiya məbləğindən tutulmalarla bağlı İddiaçı hər hansı bir razılığının olmadığı müəyyən edilir. - xx.xx.2009-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 12067,44 manat məbləğində artıq pensiya məbləğinin ödənildiyi müəyyən olunub. Həmin 12067,44 manat pul vəsaitinin 1 may 2020-ci il tarixindən Fondun Şirvan şəhər şöbəsi tərəfindən hər ay 185,65 manat məbləğində onun əmək pensiyasından çıxılaraq büdcəyə bərpasına başlanılıb. Nəticədə sözügedən pul vəsaitinin 2042,15 manat hissəsi xx.xx.2020xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində büdcəyə bərpa edilib. Qalan artıq ödənilmiş 10025,29 manat pul vəsaitinin 928,25 manatı ona xx.xx.2021-xx.xx.2021-ci il tarixləri arasındakı dövr üzrə ödənilməli olan 4326,79 manatdan çıxılıb, 9097,04 manatı isə 1 sentyabr 2021-ci il tarixindən hər ay 185,65 manat olmaqla onun əmək pensiyasından tutulmağa başlanılmışdır. - sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasından ümumilikdə 5198,20 manat məbləğində tutulma həyata keçirilmişdir. - Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli MXMT(120)-13/2022 nömrəli qərardadının icrası məqsədilə Mərkəzi Filial tərəfindən xx.xx.2022-ci il tarixindən etibarən İddiaçı əmək pensiyasından hər hansı tutulma həyata keçirilməmişdir. İddia tələbinin həmin hissəsinə münasibətdə Məhkəmə aşağıdakiları bildirir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Yuxarıda qeyd edildiyi kimi hər nə qədər hazırkı mübahisənin həlli ilə bağlı qərarın qanuniliyi baxımından həll edici əhəmiyyət daşımasa da pensiya təyini qərarının və pensiyanın yenidən hesablanması barədə qərar, sərəncam və faktiki xarakterli hərəkətlərinin hüquqi nəticələrinin mövcudluğu baxımından əhəmiyyət daşıyır. Aydın məsələdir ki, qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Qanunsuz inzibati aktın ləğvi isə onun əlverişli və əlverişsiz inzibati akt olmasından və maraqlı şəxsin etimadın qorunması hüququna istinad edib-edə bilməməsindən asılıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun yuxarıda adıçəkilən müddəalarından görünür ki, Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Qanunsuz əlverişli inzibati aktın ləğv edilməsində isə vəziyyət başqa formada tənzimlənmişdir ki, yuxarıda adıçəkilən müddəaların tələbindən də görünür ki, qanunsuz əlverişli inzibati aktın ləğvindən sonra onun hüquqi nəticələrinin aradan qaldırılıb-qaldırılması maraqlı şəxsin etimadın qorunması hüququna istinad etmək imkanına mövcud olub-olmamasından asılıdır. Belə ki, maraqlı şəxsin etimadın qorunması hüququna istinad edilməsini istisna edildiyi hallarda qərarın ləğvi onun hüquqi nəticələrinin aradan qaldırılmasına səbəb olur ki, hazırkı iş üzrə qeyd olunan hallardan hər hansı birinin mövcudluğu artıq ödənişin geri qaytarılmasına səbəb olacaqdır. Başqa sözlə, şəxs rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə əmək pensiyası məbləğinin artıq alınmasına nail olubsa və ya pensiya məbləğinin artıq hesablanmasının qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda onun barəsində artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması barədə qərar qəbul edilə bilər. Lakin işin faktiki hallarından göründüyü kimi qeyd olunan halların heç biri mövcud olmamışdır ki, inzibati orqanın vətəndaşdan asılı olmayan hallar nəticəsində hesablamada səhv etməsi məhkəmə hesab edir ki, vətəndaşdan artıq ödənişin tutulmasına əsas yarada bilməz. Belə ki, məhkəmə sorğusuna əsasən məhkəməyə daxil olmuş müvafiq məlumatların göndərilməsi barədə məktubda vətəndaşın pensiya məbləğinin səhv hesablanmasına hər hansı təsirinin olması barədə heç bir qeyd edilməmişdir. Göründüyü kimi, rüşvət, hədə-qorxu və ya aldatma səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə kimi vasitələrlə cavabdeh onun pensiya məbləğinə müdaxilə etməmişdir. Eləcə də, inzibati aktın qanunsuz olduğunu bilinməsi və ya bilməli olmasının cavabdehdən gözlənilməsi məntiqsiz olar. Beləliklə, maraqlı şəxs kimi cavabdeh etimadın qorunması hüququna istinad etməsinə istisna müəyyən edilməmişdir ki, qeyd olunan hal onun barəsində pensiya təyin edilməsi, faktiki xarakterli hərəkətlər edilərək həmin qərarların hüquqi nəticəsi kimi artıq məbləğ ödənilməsi, iddiaçının səhvi səbəbindən ödənilən məbləğin geri qaytarılmasına əsas vermir. Belə ki, pensiya təyini və səhv hesablamalarla bağlı iddiaçının hərəkətlərini, qəbul edilmiş qərar və sərəncamları qanunsuz hesab etsək belə, həmin hərəkətlər cavabdeh üçün daha artıq ödənişlərin həyata keçirilməsi ilə nəticələndiyindən, yəni onun üçün əlverişli xarakterə malik olduğundan pulun geri qaytarılması əsası da mövcud olmayacaqdır. İnzibati icraat haqqında qanunvericiliyin tələbindən də göründüyü kimi maraqlı şəxsin etimad hüququna istinadı istisna etmirsə qanunsuz inzibati akt əlverişli inzibati akt hesab edilsə belə onun hüquqi nəticələrinin aradan qaldırılmasından söhbət gedə bilməz. Məhkəmə də ehtimal olunan artıq ödənişi pensiya təyini barədə qərarın, sərəncamın qəbul edilməsinin, faktiki xarakterli hərəkətlərin hüquqi nəticəsi kimi gördüyündən artıq ödənişin aradan qaldırılmasına qanunvericiliklə müəyyən edilmiş məhdudiyyət olduğunu nəzərə alaraq geri qaytarılması barədə inzibati orqanın hərəkətlərini qanunsuz hesab edir. Məhkəmə, həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, faktiki xarakterli hərəkətlərin qanuniliyinin yoxlanılması inzibati aktların qəbulu, dəyişdirilməsi, ləğvi, icrasının qanuniliyinin yoxlanılması ilə bağlı olduğu kimi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun müəyyən etdiyi şərtlər çərçivəsində həyata keçirilməlidir. Belə ki, Adıçəkilən Qanunun 1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Qanunun 1.2-ci maddəsində isə qeyd edilmişdir ki, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Göründüyü kimi inzibati aktla bağlı inzibati orqanların həyata keçirmiş olduğu fəaliyyətin aparılmasının qanuniliyini müəyyən edən adıçəkilən Qanunla nəzərdə tutulmuş şərtlər inzibati orqanların faktiki xarakterli fəaliyyətinin də həyata keçirilməsində məcburi qüvvəyə malikdir. Beləliklə inzibati orqanın həm inzibati akt xarakteri daşıyan qərarları, həm də faktiki xarakterli digər hərəkətləri ilə bağlı inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan prinsip və qaydalarına (məlumatlandırma, tam və obyektiv araşdırma, inzibati akt və faktiki xarakterli hərəkətin qanuniliyi, əlverişlilik meyarları və s) əməl edilməsi zəruridir. Qeyd olunanları nəzərə almaqla, məhkəmə hesab edir ki, qərar əlverişli inzibati aktların və ya inzibati orqanın əlverişli xarakter daşıyan hərəkətlərinin iddiaçıya ehtimal olunan artıq pul ödənişinin həyata keçirilməsi ilə nəticələnən hüquqi nəticəsinin aradan qaldırılmasına yönəldiyindən, əlverişli inzibati aktın isə hazırkı işin faktiki halları nəzərə alınmaqla hüquqi nəticələrinin aradan qaldırılmasına yol verilmir. Məhkəmə, həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə Məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir. Qərardan da görünür ki, Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Göründüyü kimi sosial müavinətin artıq hesablanması şəxsin ziyanına şərh olunacağı halda belə, həmin hərəkətin əlverişli hesab edilməsi xarakteri aradan qalxmır və hazırkı faktiki hallar nəzərə alınmaqla iddiaçının etimad hüququna istinad etməsi istisna olunmadığından hazırkı tələbin həmin hissə də təmin edilməsi istisna olunmur. Yuxarıda qeyd olunanları, ümumiləşdirərək məhkəmə hesab edir ki, iddiaçının yanlış pensiya alması ilə bağlı faktiki şərt özü-özlüyündə əhəmiyyət daşımır. Əhəmiyyət daşıyan ehtimal olunan pozuntu halı ilə bağlı iddiaçının təqsirinin olub-olmaması, etimad hüququnun qorunmasına istinadın mümkün olub-olmamasıdır ki, məhkəmə hesab edir ki, etimad hüququ qanunla qorunur. Bu səbəbdən də cavabdehin məsul əməkdaşları ehtimal olunan səhv hərəkətlərinin hüquqi nəticəsinin aradan qaldırılması iddiaçıya həvalə edilməməlidir. Cavabdeh əlavə məbləğinin ödənilməsinə istinad edirsə, həmin məbləğin tutulması cavabdehin səhvə yol verilmiş əməkdaşlarına qarşı münasibətdə tədbirlərin görülməsinə səbəb ola bilər ki, həmin səhvlərin iddiaçının hesabına aradan qaldırılması məhkəmə hesab edir ki, yolverilməzdir. Eləcə də, tutulmalar aparılsa da, inzibati orqan tərəfindən aparılan araşdırmaların nəticəsi olaraq hər hansı bir yekun inzibati akt tərtib edilmədiyi müəyyən edilir. Bununla bağlı nəzərə almaq lazımdır ki, artıq ödənildiyi iddia edilən pensiya məbləğinin “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsi qaydasında geri qaytarılması (pensiya ödənişinin dayandırılması ilə bağlı hallarda olduğu kimi) barədə məsələni həll edən zaman, iddiaçı həmin normanın müddəaları ilə yanaşı həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən hazırkı mübahisəyə münasibətdə iddiaçı inzibati orqan qərarını, xüsusilə də şəxsə pensiya təyin olunması ilə bağlı ona münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də, “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67.5-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da mütləq nəzərə almalı, şəxsin etimadı qanunla qorunmağa layiq olduğu hallarda onun etimadının müdafiəsini təmin etməlidir. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir (bununla bağlı ətraflı bax: Ali Məhkəmənin 2-1(102)- 1507/2022 saylı, 19 oktyabr 2022-ci il tarixli, 2-1(102)-8/2023 nömrəli, 18 yanvar 2023cü il tarixli qərarları). Məhkəmə hesab edir ki, qeyd edilənlərə əsasən iddiaçı pensiya məbləğindən tutulmalarla bağlı aparılan hərəkətlərinin qanunsuz hesab edilməsi hissəsində tələbi əsaslı olmuş və həmin hal onun hüquqlarının pozulması ilə nəticələnmişdir. Həmçinin iddiaçı tutulan pul məbləğinin tam şəklində birdəfəlik geri qaytarılmasını tələb edir. Sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasından ümumilikdə 5198,20 manat məbləğində tutulmuşdur ki, məhkəmə hesab edir ki, həmin hissədə iddiaçı qismən, yəni pul məbləğinin geri qaytarılması hissəsində haqlı olmuşdur. Hazırkı mübahisəyə münasibətdə pensiyasının təyin edilməsi barədə qərarın inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edildiyi, bununla bağlı qanunvericiliyin tələblərinə uyğun hər hansı icraat aparıldığı və icraatın nəticəsinə dair müvafiq qərarın qəbul edildiyi müəyyən olunmamışdır. İddiaçı tərəfindən də məhkəməyə bu barədə, eləcə də pensiya məbləğinin artıq ödənilməsinin məhz pensiyaçının təqsiri üzündən baş verdiyini təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Belə olan halda, müvafiq əlverişli inzibati akt ləğv olunmadan və ya dəyişdirilmədən, bu və ya digər səbəbə görə qüvvədən düşmüş hesab edilmədən vətəndaşa ödənilmiş pensiya məbləğinin geri qaytarılmasının tələb olunması qanuni və əsaslı sayıla bilməz. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, pensiya məbləği ilə bağlı, eləcə tutulan pulun geri qaytarılması hissəsində mübahisə yarandığı təqdirdə, pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün tutulan pensiya üzrə məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, inzibati orqanın pensiya məbləğindən tutulmalarla bağlı aparılan hərəkətlərinin qanunsuz hesab edilməsi və tutulan pul məbləğinin geri qaytarılması hissəsində tələbi təmin edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı pensiya məbləğindən tutulmalarla bağlı aparılan hərəkətlərinin qanunsuz hesab edilsin və tutulan pul məbləğinin geri qaytarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar