Məhkəmə qərarları › İş №2-1(120)-730/2021

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-730/2021

22.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-730/2021 22.06.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, İddiaçı (Masallı rayonu, xxxx kəndində yaşayış yeri üzrə qeydiyyatda olan), cavabdehin nümayəndəsi X4 (Bakı şəhəri, Şüvəlan qəsəbəsi, Y.Qasımov küçəsi, ev 33də yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 8 saylı regional ərazi filialına qarşı əlilliyə görə əmək pensiyasının dayandırıldığı vaxtdan bərpa edilməsi və yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı xx.xx.1963-cü il tarixdə doğulmuş, Masallı rayonu, xxxx kəndində yaşayır. İddiaçı əlilliyə görə əmək pensiyasının dayandırıldığı vaxtdan bərpa edilməsi üçün cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinə müraciət etmişdir. Lakin cavabdeh onun müraciətini təmin etməkdən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinə qarşı əlilliyə görə əmək pensiyasının bərpa edilməsi vəzifəsinin öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı iddia tələbini dəyişərək, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 8 saylı regional ərazi filialına qarşı əlilliyə görə əmək pensiyasının dayandırıldığı vaxtdan bərpa edilməsi və yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdi. Şirvan İnzibati Məhkəməsinin 18.05.2021-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, o, xx.xx.1963-cü ildə Masallı rayonun xxxx kəndində anadan olmuş, hazırda həmin kənddə ailəsi ilə birlikdə yaşayıram. 1982-ci ildən əmək fəaliyyətinə başlamış, 01.04.1982-ci ildə ərizəsi əsasında Fizuli adına çayçılıq adına sovxoza fəhlə qəbul edilmiş, ordu sıralarına getdiyinə görə 16.10.1982-ci ildən işdən azad edilmişdir. İki il ordu sıralarında xidmət etdikdən sonra 14.01.1985-ci ildə 137 saylı OTP məktəbində işə qəbul edilmiş, 22.06.1990-cı ildə həmin işdən azad edilmişdir. 28.06.1990-cı ildə xxxx adma çayçılıq sovxozuna baş mühəndis kimi işə qəbul edilmiş, 03.12.1996-cı ildə həmin sovxoz ləğv edilməsi ilə əlaqədar işdən azad edilmiş, 06.12.1996-cı ildə xxxx adına TXM-ə seçki yolu ilə direktor təyin edilmiş, 05.01.1998-ci ildə xxxx adına TXM-in ləğvi ilə əlaqədar işdən azad edilmişdir. Daha sonra 01.02.1998-ci ildə Rüdəkanar YAİK-na sədr təyin edilmiş, həmin idarədə də 15.08.2000-ci İlə kimi işləmiş, 07.12.2004-cü ildə Azərbaycan Texniki Universiteti texniki istismar şöbəsinə 6-cı dərəcəli çilingər təyin edilmiş, 07.11.2008-ci ildə öz ərizəsi əsasında işdən azad edilmişdir. Yuxanda qeyd etdiyi işlədiyi illər isə onun əmək kitabçasında qeyd edilmişdir. 09.03.2018-ci ildə ona İİ qrup əliliyə görə 01.12.2017-ci ildən əmək pensiyası təyin edilmişdir. Həmin tarixdən də əmək pensiyası almağa başlamış, lakin sonradan 01.02.2020-ci ildə guya audit yoxlaması aparılmış və onun əmək stajı çatmadığına görə təyin edilən əmək pensiyası ləğv edilmişdir. Lakin uzun illər dövlətdə işləmiş və neçə illər iş stajım vardır. Pensiya idarəsi haqsız yerə pensiyasını ləğv eləmişdir. Qeyd olunanlara əsasən əlilliyə görə əmək pensiyasının dayandırıldığı vaxtdan bərpa edilməsi və yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X7 məhkəmə iclasında izahat verərək bildirdi ki, "Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsində əlilliyə görə əmək pensiyasının İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilməsi; İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyasının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilməsi müəyyən olunmuşdu. Ona görə də iddiaçı 2017-ci ildə əlilliyi olan şəxs hesab edimiş və sığorta stajı kifayət etdiyi üçün həmin ildən də ona əlilliyə görə pensiya təyin edilmişdir. İddiaçı 2018-ci ildə pensiya təyin edilərkən onun əmək kitabçasındakı bütün fəaliyyət dövrləri sığorta stajına daxil edilmişdi. Amma 2020ci ildə keçirilən audit yoxlaması zamanı isə 01,07.1997-ci il tarixdən 01.01.1998-ci il tarixədək Masallı rayonu “xxxx” Texniki Xidmət Müəssisəsində (“xxxx” TXM) və 01.10.1998-ci il tarixdən 15.08.2000-ci il tarixədək Azərbaycan Respublikası Aqrar İslahat Komissiyası “xxxx" X12 Komissiyasında (“xxxx” YAİK) əməkhaqqı almadığı üçün həmin dövrlər onun üçün sığorta stajı kimi nəzərə alınmamış və həmin illər üzrə pensiya kapitalı da hesablanmamışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1 -ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Göründüyü kimi, İddiaçı əlilliyə görə pensiya təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Qanunun 12.1 -ci maddəsinə uyğun olaraq, onun sığorta stajı kifayət etsə də, fərdi hesabının sığorta hissəsində 520 manat 20 qəpik (12870- 12.349,**********5 = 520,**********5=520,20) pensiya kapitalı çatışmadığından onun pensiya almaq hüququ yaranmır. Məhkəmədən qərar qəbul edərkən qeyd olunanları nəzərə alınmasını və iddiaçı İddiaçı “əlilliyə görə pensiyanın bərpa edilməsi” barədə iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Masallı rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh (8 saylı regional ərazi filialı) Masallı rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də mahiyyəti üzrə əsaslıdır. Belə ki, iddiaçı xx.xx.1963-cü il tarixdə doğulmuşdur. 01.12.2017-ci il tarixdə Tibbi Sosial Ekspert Komissiyası tərəfindən ikinci dərəcəli əlil hesab edilmişdir. İddiaçının iş illəri nəzərə alınmaqla, əlilliyə görə əmək pensiyası təyin olunması üçün qanunvericiliklə tələb olunan sosial sığorta stajı və pensiya kapitalı yaranmışdır. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü il tarixdə anadan olmuş, Masallı rayonu, xxxx kəndində qeydiyyatdadır. İşdə olan Tibbi Sosial Ekspert Komissiyasının müayinə aktından çıxarışından görünür ki, İddiaçı 01.12.2017-ci il tarixdə ikinci dərəcəli əlillik təyin edilmişdir. İşdə olan iddiaçıya məxsus 14.01.1985-ci il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 01.04.1982-ci il tarixdən 17.11.2008-ci il tarixədək əmək fəaliyyətində olmuşdur. 28.06.1990-cı ildə xxxx adma çayçılıq sovxozuna baş mühəndis kimi işə qəbul edilmiş, 03.12.1996-cı ildə həmin sovxoz ləğv edilməsi ilə əlaqədar işdən azad edilmiş, 06.12.1996-cı ildə xxxx adına TXM-ə seçki yolu ilə direktor təyin edilmiş, 05.01.1998-ci ildə xxxx adına TXM-in ləğvi ilə əlaqədar işdən azad edilmişdir. Daha sonra 01.02.1998-ci ildə Rüdəkanar YAİK-na sədr təyin edilmiş, həmin idarədə də 15.08.2000-ci İlə kimi işləmişdir. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinin iddiaçıya ünvanladığı 02.05.2020-ci il tarixli, **********9 nömrəli məktubundan görünür ki, 09.03.2018-ci il tarixdə İİ qrup əlilliyə görə 01.12.2017-ci nil tarixdən əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılmış audit yoxlaması zamanı iş stajı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi üçün əlilliyə görə əmək pensiyası hüququ ləğv edilmişdir. Bu səbəbdən 01.12.2017-ci il tarixdən 01.02.2020-ci il tarixədək 3795,02 manat artıq əmək pensiyası almağı müəyyən edilmişdir. Artıq aldığı vəsaiti dövlət büdcəsinə geri qaytarılmasını təmin etməyi xahiş etmişdir. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 8 saylı regional ərazi filialının məhkəməyə ünvanladığı 04.04.2021-ci il tarixli, **********3 nömrəli məktubundan görünür ki, vətəndaş B.X5 rayon şöbəsi tərəfindən əmək kitabçasında və arxiv arayışında əks olunan məlumatlara əsasən 01.01 2006-cı il tarixədək 19 il 1 ay sığorta stajı, 01.01 2006-cı il tarixdən sonra fərdi uçot məlumatları əsasında 2 il 11 ay sosial sığorta stajı və 1167.16 manat pensiya kapitalına əsasən İİ qrup əlil kimi əmək pensiyası hüququnun yarandığı 01.12.2017 - ci il tarixindən şöbənin müvafiq qərarına əsasən 09.03.2018-ci il tarixində 118,22 manat məbləğində əmək pensiyası təyin edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının Daxili Nəzarət və Audit öbəsinin 2020-ci ilin fevral ayında Fondun Masallı rayon şöbəsində apardığı araşdırma nəticəsində B Əkbərovun 01.01 2006 - cı il tarixinədək 16 il 4 ay sığorta stajı müəyyən olunduğu üçün (“xxxx” TXM -də və “xxxx” YAİK-də işlədiyi 1997.07.01-1998 01.01; 1998.10.01-2000.08.15 -ci illər nəzərə alınmadığı üçün) tələb olunan 13 il ış stajının olmasına baxmayaraq tələb olunan 12870,00 manat pensiya kapitalından 1381,60 manat pensiya kapitalı çatışmadığından əmək pensiyasının ödənişi dayandırılmışdır. Əlavə olaraq bildiririk ki, İddiaçı tələb olunan iş stajı 13 il, tələb olunan pensiya kapitalı 12870.00 manatdır. Mübahisəli iş stajı "xxxx” TXM -də və “xxxx" YAİK-də işlədiyi 1997.07.01-1998.01.01; 1998.10.01-2000.08.15 -ci illərdir. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun 8 saylı regional ərazi filialının pensiya təminatı şöbəsinin müdiri X1, pensiya təminatı şöbəsinin aparıcı mütəxəssisi X3 və Masallı rayon Dövlət Arxivinin müdiri X6 iştirakları ilə tərtib edilmiş 27.05.2021-ci il tarixli aktdan görünür ki, Masallı rayon Dövlət Arxivində mühafizə olunan Masallı RİHB-nin Mahmudavar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 1996-2000-ci illərə aid təsərrüfatbaşına kitabında İddiaçı təsərrüfatında göstərilən dövr üzrə işlədiyi yer və vəzifə qrafasında iş yeri “xxxx” TXM-nin direktoru olması barədə qeydlər vardır. İşdə olan Masallı rayon İcra Hakimiyyəti başçısının Mahmudavar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin məhkəməyə ünvanladığı 04.06.2021-ci il tarixli, 73 nömrəli məktubundan görünür ki, İddiaçı 1996-2000-ci il tarixində xxxx TXM-nin direktoru vəzifəsində işləmişdir. İşdə olan Masallı rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığı 08.06.2021-ci il tarixli, M-232 nömrəli məktubundan görünür ki, İddiaçı adına verilmiş 15.05.2021-ci il tarixli, 209 nömrəli arxiv arayışının verilməsinə əsas olan və Masallı rayon Dövlət Arxivində mühafizə olunan, Masallı rayon İcra Hakimiyyəti başçısının Mahmudavar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə məxsus (keçmiş Mahmudavar kənd XDS İK) 1996-2000-ci illərə aid 23 saylı təsərrüfatbaşına kitabın 1711 saylı təsərrüfatında, 19-cu və 20-ci səhifələrinin (iş yeri qrafasına iş yeri-Rüfəkənar TXM-nin direktoru olması qeyd edilib) təsdiq olunmuş surətlərini əlavə edərək göndərilmişdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. 1.0.12-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi - fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir. 12.1-ci maddəsinə əsasən Əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir 13.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 192-yə olan nisbəti şəklində müəyyənləşdirilir. 13.3-cü maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir:SH = PSK/(TxK), burada:SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir;PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla);T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır;K - sığorta davamiyyəti əmsalıdır. 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır 32.2.-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qaydaların 3.4-cü maddəsinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Həmçinin məhkəmə qeyd edir ki, mübahisənin yarandığı zaman qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədi, yəni 14.01.1985-ci il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasının surətini təqdim etmişdir. Мəhkəmə 14.01.1985-ci il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər subut kimi qəbul edir. Eyni zamanda məhkəmə qeyd edir ki, əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün məhkəmə tərəfindən hər hansı əsaslar müəyyən edilməmiş, bu hala dair cavabdeh tərəfindən hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Məhkəmə nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Başqa sözlə, qanunverciliyin tələblərinə əsasən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğunu subut etmək vəzifəsi iddiaçının deyil, cavabdeh inzibati orqanın üzərinə düşür. Məhkəmə hüquqi mövqeyini daha aydın ifadə edərək qeyd edir ki, iddiaçıya 01.12.2017-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 12.1-ci maddəsində qeyd olunan iki şərtin məcmu şəkildə birgə mövcudluğu tələb olunur: 1.Tələb olunan sığorta stajı 2. Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. İddiaçı tələb olunan 13 il (54 yaş, əlillik dərəcəsinin təyin olunduğu yaş - 15 yaş, əmək qabiliyyəti olmayan yaş dövrü = 39) x 4 ay = 156 ay/12 ay= 13 il) sığorta stajını toplamışdır. Eyni zamanda iddiaçının ümumi sığorta stajını pensiya kapitalına çevirdikdə, həmin pensiya kapitalının pensiya təminatına imkan verdiyi müəyyən edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68) . Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, iddia təmin edilməli, İddiaçı əlilliyə görə əmək pensiyasının dayandırıldığı vaxtdan bərpa edilməsi və yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 8 saylı regional ərazi filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı əlilliyə görə əmək pensiyasının dayandırıldığı vaxtdan bərpa edilməsi və yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 8 saylı regional ərazi filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar