Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-732/2020 24.06.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, İddiaçı (Salyan rayonu, Çuxanlı kəndində qeydiyyatda olmaqla, Salyan rayonu, Parça Xələc kəndində yaşayan) iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «sosial sığorta stajı nəzərə alınaraq, hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı 25 iyul 1955-ci il tarixdə Salyan rayonu, P.Xalac kəndində doğulmuşdur. Salyan rayonu, Çuxanlı kəndində qeydiyyatdadır. İddiaçı 1970-1976, 1978-1997-ci illərdə Salyan rayonu «Yeni Muğan», «Y.Qasımov» adına kolxozlarda və Parça Xalac kənd Aqroservisində işləmişdir. İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün Cavabdehnə müraciət etmişdir. Lakin cavabdeh 05.02.2020-ci il tarixli **********4 saylı məktubunda «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci bəndinə («Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir) istinad edib, iddiaçının təqdim etdiyi 09.01.2020-ci il tarixli 01 nömrəli arxiv arayışında göstərilən 1970-1976, 1978-1997-ci illərdə Salyan rayonu «Yeni Muğan», «Y.Qasımov» adına kolxozlarda və Parça Xalac kənd Aqroservisində işləməsinin əmək kitabçasında yazılmadığı, yəni azı 25 il sığorta stajının müəyyən olunmadığı üçün yaşa görə əmək pensiyası hüququnun olmadığını əsas gətirərək, ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 1970- 1976, 1978-1997-ci illərdə Salyan rayon Çuxanlı kənd Yeni Muğan, Parça Xələc kənd Y.Qasımov adına kolxozda və Parça Xələc kənd aqroservisində işlədiyi illərin iş stajına daxil edilməsi və bu öhdəliyin Cavabdeh üzərinə vəzifə kimi qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı iddiа ərizəsini onunla əsaslandırılmışdır ki, o, hal-hazırda Salyan rayonu, Parça Xalac kəndində yaşayır. O, pensiya təyin edilməsi üçün cavabdehə müraciət etmişdir, lakin cavabdeh ona pensiya təyin edilməsindən imtina etmişdir və imtina məktubunda qeyd etmişdir ki, onun 1970-1976, 1978-1997-ci illərdə Salyan rayonu, Çuxanlı kəndi Yeni Muğan, Parça Xalac Y.Qasımov adına kolxozda və Parça Xalac kənd aqroservisində işlədiyi illər əmək kitabçasına yazılmadığı üçün o, pensiyaya çıxa bilmir, ona görə də məhkəməyə müraciət etməli olmuşdur. 17 mart 2020-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclası mərhələsində iddiaçı məhkəməyə ərizə təqdim edib, iddiaçı və cavabdeh olduğu kimi saxlanılmaqla, iddia tələbinə isə 1970-1976, 1978-1997-ci illərdə Salyan rayon Çuxanlı, Yeni Muğan, Parça Xələc, Y.Qasımov adına kolxozlarda və Parça Xələc kənd aqroservisində işlədiyi illəri sığorta stajı kimi müəyyən edərək hüququnun yarandığı 25.01.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 17 mart 2020-ci il tarixli 2-1(120)-732/2020 saylı qərardadı ilə iddianı dəyişdirilməsi qəbul edilmişdir. 24 iyun 2020-ci il tarixdə keçirilən məhkəmə iclasında iddiaçı məhkəməyə ərizə təqdim edib, iddiaçı və cavabdeh olduğu kimi saxlanılmaqla, iddia tələbinin həcmini azaldaraq, iddia tələbinə 1971-1976, 1978-1997-ci illərdə Salyan rayonu «Yeni Muğan», «Y.Qasımov» adına kolxozlarda və Parça Xalac kənd Aqroservisində işləməsi barədə X1 filialının 09 yanvar 2020-ci il tarixli 01 saylı arxiv arayışında göstərilən iş stajının həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınmaqla sosial sığorta stajı kimi qəbul edilərək, hüququnun yarandığı 25.01.2020-ci il tarixdən ona yaşa yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 24 iyun 2020-ci il tarixli 2-1(120)-732/2020 saylı qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehnə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmiş, lakin cavabdeh iddia ərizəsinə münasibət bildirməmişdir. Cavabdehnə şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin, Azərbaycan Respublikası X1 filialının arxiv arayışının və hərbi biletinin notarial qaydada təsdiq olunmuş surətlərini, Salyan Rayon İHB-nin Parça Xələc kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışını və cavabdehin imtina məktubunu əlavə etmişdir. Həmçinin iş materiallarına Cavabdeh müfəttişi tərəfindən tərtib edilmiş 24.02.2020-ci il tarixli 8 saylı yoxlama aktının surəti əlavə olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarına əsasən Salyan rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Salyan rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin 18 mart 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılmışdır. İddia mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. İddiaçı hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyası almaq hüququna malikdir. Belə ki, iddiaçı 25 iyul 1955ci il tarixdə doğulmuşdur. 25 yanvar 2020-ci il tarixdə 64 yaş 6 ayı tamam olmuşdur. İddiaçının 12.11.1975-28.06.1976-cı illərdə hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla tələb olunan sosial sığorta stajı vardır. İddiaçının 1971-1976, 1978-1997-ci illərdə Salyan rayonu «Yeni Muğan», «Y.Qasımov» adına kolxozlarda və Parça Xalac kənd Aqroservisində işləməsi Azərbaycan Respublikası X1 filialının 09 yanvar 2020-ci il tarixli 01 nömrəli arxiv arayışında öz əksini tapmışdır. Azərbaycan Respublikası X1 filialının 09 yanvar 2020-ci il tarixli 01 nömrəli arxiv arayışından görünür ki, iddiaçının 1971-ci ildə faktiki əmək günü 217 gün, 1972-ci ildə faktiki əmək günü 208 gün, 1973-cü ildə faktiki əmək günü 227 gün, 1974-1975-ci illərdə faktiki adam günü 228 gün, 1976-cı ildə faktiki adam günü 109 gün, 1978-ci ildə faktiki adam günü 220 gün, 1979-cu ildə faktiki adam günü 252 gün, 1980-ci ildə faktiki adam günü 240 gün, 1981-ci ildə faktiki adam günü 230 gün, 1982-ci ildə faktiki adam günü 264 gün, 1983-cü ildə faktiki adam günü 297 gün, 1984-cü ildə faktiki adam günü 279 gün, 1985-ci ildə faktiki adam günü 265 gün, 1986-cı ildə faktiki adam günü 247 gün, 1987-ci ildə faktiki adam günü 240 gün, 1988-ci ildə faktiki adam günü 196 gün, 1989-cu ildə faktiki adam günü 262 gün, 1990-cı ildə faktiki adam günü 236 gün, 1991-ci ildə faktiki adam günü 243 gün, 1992-ci ildə faktiki adam günü 313 gün, 1993-cü ildə faktiki adam günü 339 gün, 1994-cü ildə faktiki adam günü 332 gün, 1995-ci ildə faktiki adam günü 288 gün, 1996-cı ildə faktiki adam günü 271 gün və 1997-ci ildə faktiki adam günü 242 gün olmuşdur. «SSRİ-də vətəndaşların pensiya təminatı haqqında» 1990-cı il 15 may tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa 1992-ci il sentyabrın 23-də qəbul edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununda (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) nəzərdə tutulmuşdur (Qanunun 67-ci maddəsi). Məhkəmə hesab edir ki, iddiaçının 1971-1976, 1978-1997-ci illərə dair təqdim etdiyi arayışdakı məlumatlar iddiaçının işlədiyi kolxozda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumuna uyğun tədqiq olunmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının kolxozda işlədiyi bütün müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilibyetirilməməsindən asılı olmayaraq) onun iş stajının hesablanmasında nəzərə alınmalıdır. Bu yuxarıda istinad edilən «Vətəndaşların pensiya təminatı» haqqında Qanunun 67-ci maddəsindən irəli gəlir. Bununla yanaşı, kolxozlardakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Hazırkı iş üzrə Azərbaycan Respublikası X1 filialının 09 yanvar 2020-ci il tarixli 01 nömrəli arxiv arayışının məlumatları nəzərə alındıqda müəyyən edilir ki, minimum əmək iştirakı norması 1971-1976, 1978-1982-ci illərdə 220 gün, 1983-1997-ci illərdə 200 gün olmuşdur. Buna qarşılıq iddiaçı tərəfindən minimum əmək iştirakı norması 1973-1975, 1978-1987, 1989-1997-ci illərə münasibətdə yerinə yetirildiyindən həmin illər ona tam əmək stajı kimi, yəni 22 il hesablanmalıldır. 1971-1972, 1976 və 1988-ci illərə münasibətdə iddiaçı minimum əmək iştirakı normasından az işləmişdir. Ona görə də həmin illər ona tam əmək stajı kimi hesablana bilməz. Həmin illər iş stajına yalnız faktik müddət üzrə nəzərə alınmaqla daxil edilməlidir. Faktik müddət üzrə hesablama isə faktiki işlənmiş günlərin sayının cəminin 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılmalıdır. İddiaçının həmin illərdə faktiki işlədiyi müddət üzrə iş stajı aşağıdakı qaydada müəyyən edilir - (217 + 208 +109) × 12 = 6408/220=29,1 ay (≈2 il 5 ay) və 196 × 12=2352/200= 11,7 ay (≈ 11 ay). Beləliklə, bu qaydada hesablama nəticəsində iddiaçının 1971-1976, 1978-1997-ci illərdə kolxozda işləyərkən faktik müddət nəzərə alınmaqla aparılmış hesablama nəticəsində ümumi olaraq 25 il 4 ay iş stajına malik olduğu müəyyən edilir. Hərbi xidmət müddəti (7 ay 16 gün) ilə birlikdə iddiaçının 25 ildən artıq sığorta stajının olduğu müəyyən olunur ki, bu da iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığorta stajına daxil edilir. Мəhkəmə cavabdehin pensiya təyin edilməsindən imtina edərkən istinad etdiyi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci maddəsinə (iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsi) münasibət bildirərək qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda sosial sığorta stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Мəhkəmə Аzərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında» Əsasnamənin 1-ci və 3-cü bəndlərinə əsasən arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən dövlət orqanlarından biri Azərbaycan Respublikası X1 filialının 09 yanvar 2020-ci il tarixli 01 nömrəli arxiv arayışını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçının 1971-1976, 1978-1997-ci illərdə Salyan rayonu «Yeni Muğan», «Y.Qasımov» adına kolxozlarda və Parça Xalac kənd Aqroservisində işləməsinin onun əmək kitabçasında qeyd olunmaması iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. İddiaçı 1971-1976, 1978-1997-ci illərdə Salyan rayonu «Yeni Muğan», «Y.Qasımov» adına kolxozlarda və Parça Xalac kənd Aqroservisində işləməsi barədə Azərbaycan Respublikası X1 filialının 09 yanvar 2020-ci il tarixli 01 nömrəli arxiv arayışında göstərilən iş stajı həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınmaqla sosial sığorta stajı kimi qəbul edilərək, hüququnun yarandığı 25.01.2020-ci il tarixdən yaşa görə əməkpensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı 1971-1976, 1978- 1997-ci illərdə Salyan rayonu «Yeni Muğan», «Y.Qasımov» adına kolxozlarda və Parça Xalac kənd Aqroservisində işləməsi barədə Azərbaycan Respublikası X1 filialının 09 yanvar 2020-ci il tarixli 01 nömrəli arxiv arayışında göstərilən iş stajı həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınmaqla sosial sığorta stajı kimi qəbul edilərək, оnа hüququnun yarandığı 25.01.2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
1. İddia təmin edilsin. İddiaçı 1971-1976, 1978-1997-ci illərdə Salyan rayonu «Yeni Muğan», «Y.Qasımov» adına kolxozlarda və Parça Xalac kənd Aqroservisində işləməsi barədə Azərbaycan Respublikası X1 filialının 09 yanvar 2020-ci il tarixli 01 nömrəli arxiv arayışında göstərilən iş stajı həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınmaqla sosial sığorta stajı kimi qəbul edilərək, оnа hüququnun yarandığı 25.01.2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun.
2. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər.
3. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Hakim Zaur Allahyarov