Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-734/2025 26.05.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ona İİ dərəcəli Çernobil əlilliyinə görə təyin edilmiş pensiyanın artırılması və pensiya təyin edilən zamandan hesablanaraq fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 26 may 2025-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona İİ dərəcəli Çernobil əlilliyinə görə təyin edilmiş pensiyanın artırılması və pensiya təyin edilən zamandan hesablanaraq fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı ilə əvəz olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 45.4-cü, 47-ci, 49-cu maddələrinin tələblərinə müvafiq olaraq, işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Çernobıl AES-də xidmətdə olduğu zaman əmək zədəsi aldığına görə xx.xx.1987-ci il tarixdə 2.2. ikinci dərəcə əlillik- 2.2.12. sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli) kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən funksional pozğunluqları mənşəlli 30 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfındən əlillik qrupu almışdır. Əlilliklə bağlı ona təyin edilmiş pensiyanın verilməməsi ilə əlaqədar olaraq rəsmi ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət etmiş, müraciətilə bağlı onların tərəfindən mobil telefonuna sms göndərilməklə belə bir qanunsuz cavab verilmişdir. “Məlumat üçün bildiririk ki, təqdim etdiyiniz sənədlərə əsasən pensiya işinizə baxış keçirildi. Mövcud qanunvericiliyə əsasən əmək pensiyalarının əmək haqqı ilə yenidən hesablanması mümkün deyildir.” Qeyd edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu inzibati orqan sayılır. İnzibati orqan olaraq imtina barədə inzibati qərar qəbul etməyə borclu olduğu halda bunu təmin etmədən, adi və primitiv, şablon və qeyri-müəyyən mətnli sms-lə (telefon vasitəsi ilə) müraciətinin təmin olunmasından məqsədli imtina etməklə ciddi qanun pozuntusuna yol verilmişdir. Qeyd olunduğu kimi, inzibati orqan olaraq, mətnində imtina etdiyi sms cavabında konkret olaraq hansısa müvafiq normaya əsaslanmamış və tələbinin hansı səbəbdən təmin olunmaması barədə anlaşılan mövqe ifadə etməmisdir. Sözügedən cavab və ya imtina sms-də onun qanuni və əsaslı tələbinin icra edilməsindən imtina edilməsi yalnız onunla əsaslandırılmışdır ki, guya “mövcud qanunvericiliyə əsasən əmək pensiyalarının əmək haqqı ilə yenidən hesablanması” mümkün deyildir. İnzibati orqan olaraq həmin məktubda məhz bu əsasla tələbindən imtina olunmasına istinad edilsə də, həmin qısa sms-in mətnində bunun əsasları şərh edilməmiş, həmin imtina ilə bağlı hüquqi əsaslandırmanın nədən ibarət olduğu, hansı məzmunda və qanunun hansı normasına münasibətdə zərurliyi açıqlanmamış və beləliklə, anlaşılmaz fikirlər ifadə etməklə əsaslı və qanuni müraciətinə və ya qanuni tələbinə qanunsuz bir reaksiya nümayiş etdirilmişdir. Belə ki, ərizəçinin yəni onun ərizəsinə baxılması ilə əlaqədar inzibati orqan olaraq tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21, 24, 28, 45 və 61-ci maddələrinin tələblərinə əməl olunmamışdır. İcraat qaydalarına lazımınca əməl edilməmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar hərtərəfli, tam və obyektiv araşdırılmamış, imtina qərarı qəbul etməyə borclu olduğu halda, bunu etməmiş, adi primitiv əsasla qısa sms vasitəsi ilə şablon bir cavab vermiş, həmin cavabı da kifayət qədər və ya ümumiyyətlə əsaslandırmamış, orada yazılı inzibati aktın rekvezitləri tam göstərilməmişdr, mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə muddəti və bununla bağlı maraqlı şəxslərin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə ) haqqında məlumat öz əksini tapmamışdır. Beləliklə, inzibati orqan olaraq, yalnız, ümumi və çox qısa bir fikir üzərində qurulmuş imtina sms cavabında tələbinin təmin olunmasmdan imtina etməklə hüquqlarını kobud şəkildə pozmuşlar. Yuxarıda qeyd edilənlərə əsasən pensiya işi ilə bağlı sözügedən müraciətinə yenidən və qanuni əsaslarla baxaraq ərizəsinin təmin edilməsini, müraciətindən imtina edildiyi halda isə bu barədə ona müvafiq qərarla (inzibati akt) əsaslandırılmış (qanunvericilik normalarına istinad etməklə və s.) cavab verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafıə Fondu Sosial Ödənişlərin təyinatı üzrə mərkəzi filialının ona ünvanladığı 19 aprel 2023-cü il tarixli, 3-17-1/2-Ə-86618/2023 saylı cavab məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondundan daxil olmuş ərizənizə mərkəzi filialda aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası əlillik əmək zədəsi və ya peşə xəstəliyi, hərbi zədə nəticəsində yaralanma, zədələnmə və ya xəstələnmə, müddətli və ya alternativ xidmət dövründə xəstələnmə hallarında iş stajından asılı olmayaraq təyin edilirdi. Həmin Qanunun 80-ci maddəsinə uyğun olaraq Çernobıl qəzası nəticəsində zərər çəkmiş vətəndaşlar, Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə tutulmuş, Çernobıl qəzası nəticəsində əlil olduğu müəyyən edilmiş digər şəxslər iş stajından asılı olmayaraq pensiya almaq hüququna malik şəxslər hesab edilirdi. xx.xx.2006-cı il tarixinə kimi qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən Sizə xx.xx.1992-ci il tarixindən əlilliyə görə əmək pensiyası təyin olunmuş, xx.xx.2006-cı il tarixindən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsi tətbiq edilməklə əmək pensiyasının ödənişi davam etdirilir. Sözügedən Qanuna xx.xx.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyaların tərkibinə daxil edilməklə qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə illik maddi yardımın 1 aya düşən hissəsi məbləğində hesablanır. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyanızın sığorta hissəsi bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə 1 dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən ilkin artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyətinin qərarına əsasən indeksləşdirilir. Qeyd olunan 26.4 və 29.1-ci maddələrinin tələblərinə əsasən əmək pensiyanızın məbləği xx.xx.2023-cü il tarixdən 327,21 manata çatdırılmışdır. Bildiririk ki, Sizə əlilliyə görə əmək pensiyası təyin edilərkən orta aylıq əmək haqqı əsasında hesablandığı üçün sığorta stajı əsasında əmək pensiyanızın yenidən hesablanması artıma səbəb olmur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 823 nömrəli fərmanına əsasən Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə, cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı, həmçinin hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə 1990cı ilin 20 yanvar hadisələri ilə əlaqədar sağlamlıqlarını itirərək əlilliyi müəyyən edilmiş şəxslərin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə xx.xx.2008-ci il tarixdən “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.5-ci bəndinə əsasən şəxsin əlilliyi ümumi xəstəlik, istehsalat zədəsi, peşə xəstəliyi, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar, hərbi xidmət dövrü ilə əlaqədar, hərbi əməliyyatlar keçirilən zonada teror hadisəsi ilə əlaqədar, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar, 1990-cı ilin 20 Yanvar hadisəsi ilə əlaqədar, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar səbəblərdən birinə əsasən müəyyən edilir. Sözügedən Qaydanın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədi ilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Əlavə olaraq bildirirk ki, əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarlar”na əsasən həyata keçirilir. Bildirirk ki, X1 Sisteminin “Əlillik” alt sistemində olan məlumatlara əsasən sizin xx.xx.2009-cu il tarixindən müddətsiz olaraq “Çernobıl AES-də hərbi xidmətlə əlaqədar” İİ dərəcə əlilliyiniz müəyyən olunmuş və sizə xx.xx.2009-cu il tarixindən müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilib, xx.xx.2023-cü il tarixindən 400 manata çatdırılıb. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciər barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət etmək hüququnuz vardır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, İddiaçı Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət etmiş, lakin müraciətin müsbət həlli mümkün olmamışdır. Belə ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən əlilliyə görə pensiyası əlillik əmək zədəsi və ya peşə xəstəliyi, hərbi zədə nəticəsində yaralanma, zədələnmə və ya xəstələnmə, müddətli və ya alternativ xidmət dövründə xəstələnmə hallarında iş stajından asılı olmayaraq təyin edilirdi. Həmin Qanunun 80-ci maddəsinə uyğun olaraq Çernobıl qəzası nəticəsində zərərçəkmiş vətəndaşlar, Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə tutulmuş, Çernobıl qəzası nəticəsində əlil olduğu müəyyən edilmiş digər şəxslər iş stajından asılı olmayaraq pensiya almaq hüququna malik şəxslər hesab edilir. xx.xx.2006-cı il tarixinə kimi qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən sizə xx.xx.1992-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin olunmuş, xx.xx.2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 12.1-ci maddəsi tətbiq edilməklə əmək pensiyasının ödənişi davam etdirilir. Sözügedən Qanuna xx.xx.2023-cü il tarixdən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunan 26.4 və 29.1-ci maddələrinin tələblərinə əsasən əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixdən 327,21 manata çatdırılmışdır. Bildiririk ki, iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilərkən orta aylıq əməkhaqqı əsasında hesablandığı üçün sığorta stajı əsasında əmək pensiyasının yenidən hesablanması artıma səbəb olmur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 823 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə, cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı, həmçinin hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar sağlamlıqlarını itirərək əlilliyi müəyyən edilmiş şəxslərin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə xx.xx.2008-ci il tarixdən “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5-ci bəndinə əsasən şəxsin əlilliyi ümumi xəstəlik, istehsalat zədəsi, peşə xəstəliyi, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar, hərbi xidmət dövrü ilə əlaqədar, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, terror hadisəsi ilə əlaqədar, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitutsiya quruluşunun müdafiəsi ilə əlaqədar, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar səbəblərdən birinə əsasən müəyyən edilir. Sözügedən Qaydanın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Əlavə olaraq bildiririk ki, əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bildiririk ki, X1 sisteminin “Əlillik” altsistemində olan məlumatlara əsasən iddiaçının xx.xx.2009-cu il tarixdən müddətsiz olaraq “Çernobıl AES-də hərbi xidmətlə əlaqədar” İİ dərəcə əlilliyi müəyyən olunmuş və xx.xx.2009-cu il tarixdən müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilib, xx.xx.2023-cü il tarixdən 400 manata çatdırılıb. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsı belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, xx.xx.2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən Əlilliyə görə pensiyalar, orqanizmin funksiyalarının pozulması ilə əlaqədar səhhətin pisləşməsi zamanı əmək qabiliyyətinin tam və ya qismən itirildiyi aşağıdakı hallarda təyin edilir: a) əmək zədəsi və ya peşə xəstəliyi; b) ümumi xəstəlik (o cümlədən işlə əlaqədar olmayan zədə); v) müddətli hərbi və ya alternativ xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya, zədələnmə və ya cəbhədə olmaqla əlaqədar xəstələnmə, həmçinin müddətli hərbi xidmət və alternativ xidmət zamanı xəstələnmə. Əmək qabiliyyətinin itirilməsi dərəcəsindən asılı olaraq əlillik üç qrupa bölünür. Əlillik qrupları və əlilliyin səbəbləri, habelə onun baş verdiyi vaxt həkim-əmək ekspert komissiyaları haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Əsasnaməyə müvafiq surətdə fəaliyyət göstərən həkim-əmək ekspert komissiyası tərəfindən “Əlilliyin müəyyən edilməsinin əsas meyarları haqqında” təlimata uyğun müəyyən olunur. Həmin Qanunun 25-ci maddəsinə əsasən Əlilliyə görə pensiyalar əlillik əmək zədəsi və ya peşə xəstəliyi, hərbi zədə nəticəsində yaralanma, zədələnmə və ya xəstələnmə, müddətli hərbi və ya alternativ xidmət dövründə xəstələnmə hallarında iş stajından asılı olmayaraq təyin edilir. Ümumi xəstəlik nəticəsində əlilliyə görə pensiyalar 21 yaşına çatanadək əlil olmuş şəxslərə iş stajından asılı olmayaraq, 26 yaşınadək əlil olmuş şəxslərə bir il iş stajı olduqda, 23 yaşından sonra əlil olmuş şəxslərə isə bir il iş stajı və əlavə olaraq yaşın üstünə gələn hər növbəti il üçün üç ay iş stajı olduqda təyin edilir. Əgər müvafiq, yaş qrupu üçün lazımi iş stajı toplanmışdırsa və növbəti yaş qrupuna keçərkən iş davam etdirilmişdirsə, növbəti yaş qrupu üçün qoyulmuş tələblərdən asılı olmayaraq staj haqqında şərt yerinə yetirilmiş sayılır. Əmək zədəsi və ya peşə xəstəliyi nəticəsində əlilliyə görə pensiyadan ümumi xəstəlik nəticəsində əlilliyə görə pensiyaya keçirilən şəxslərin lazımi iş stajı əlilliyin əvvəlcə müəyyən edildiyi vaxtadək olan yaş üzrə müəyyənləşdirilir. Qeyd olunan Qanunun 80-ci maddəsinin tələbinə görə pensiya almaq hüququ olan şəxslər aşağıdakılardır: İş stajından asılı olmayaraq milli münaqişə zəminində öz daimi yaşayış yerlərini məcburi tərk edərkən, sərhəd rayonlarında, Qarabağın dağlıq hissəsində, 1990-cı ilin Yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr zamanı yaralanma, zədələnmə, kontuziya və digər bədən xəsarəti almaq nəticəsində əlil olmuş vətəndaşlar, həmin səbəblər üzündən başçısını itirmiş əmək qabiliyyəti olmayan ailə üzvləri, eləcə də bu maddədə sadalanmış şəxslər sırasından olan əlillər vəfat etdikdə, onların ailələri. İş stajından asılı olmayaraq Çernobıl qəzası nəticəsində zərər çəkmiş vətəndaşlar: Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə tutulmuş şəxslər, Çernobıl qəzası nəticəsində əlil olduğu müəyyən edilmiş digər şəxslər; köçürmə zonasında qəzanın nəticələrinin aradan qaldırılması ilə əlaqədar Çernobıl AES-in istismarında və digər işlərdə iştirak etmiş şəxslər (o cümlədən müvəqqəti göndərilənlər və ezamiyyətdə olanlar); köçürmə zonasında xidmət etmiş müddətli xidmət hərbi qulluqçuları; həmin qəzanın nəticələrinin aradan qaldırılması ilə əlaqədar xüsusi toplanışa çağırılmış və köçürmə zonasında işə cəlb edilmiş hərbi vəzifəlilər; 1987-ci ilin aprelin 21-dən 1990-cı ilin dekabrın 31-nə qədər olan dövrdə Slavutiç şəhərinin tikintisində iştirak etmiş şəxslər; Çernobıl AES-də baş vermiş qəza nəticəsində həlak olanların, eləcə də bu maddənin ikinci hissəsində sadalanmış şəxslər sırasından olan vəfat etmiş əlillərin ailə üzvləri. İş materiallarindan, o cümlədən işdə olan İddiaçı adına tərtib olunmuş 050392 nömrəli pensiyaçının uçot vərəqindən və 310471 nömrəli pensiya işindən görünür ki, Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması ilə əlaqədar Çernobıl AES-in istismarında və digər işlərdə iştirak etmiş və əlil olduğu müəyyən edilmiş şəxs kimi “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci və 80-ci maddələrinin tələblərinə uyğun olaraq həmin Qanunun 24-cü maddəsinə əsasən iş stajından asılı olmayaraq İddiaçı xx.xx.1992-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin olunmuş, xx.xx.2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 12.1ci maddəsi tətbiq edilməklə (sığorta stajı 5 ildən az olmamaq şərtilə) əmək pensiyasının ödənişi davam etdirilmiş, sözügedən Qanuna xx.xx.2023-cü il tarixdən əlavə edilmiş 26.4cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanmaqla Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilməklə, qeyd olunan Qanunun 26.4 və 29.1-ci maddələrinin tələblərinə əsasən əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixdən 327,21 manata çatdırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 823 nömrəli Fərmanına əsasən xx.xx.2008-ci il tarixdən “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmiş, X1 sisteminin “Əlillik” altsistemində olan məlumatlara əsasən iddiaçının xx.xx.2009-cu il tarixdən müddətsiz olaraq “Çernobıl AESdə hərbi xidmətlə əlaqədar” İİ dərəcə əlilliyi müəyyən olunmuş və xx.xx.2009-cu il tarixdən Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmiş və təqaüdün məbləği xx.xx.2023-cü il tarixdən 400 manata çatdırılmışdır. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən ona İİ dərəcəli Çernobil əlilliyinə görə təyin edilmiş pensiyanın artırılması və pensiya təyin edilən zamandan hesablanaraq fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Cavabdeh inzibati orqan isə iddia tələbinin əsassız olduğunu, mübahisələndirilən məbləğin qanunauyğun hesablandığını bildirir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə hazırki iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə olunmuşdur. Ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: - İddiaçı “Çernobıl AES-də hərbi xidmətlə əlaqədar” pensiya hüququ yarandığı tarixdən təyin edilmişdirmi? - Həmin pensiya xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun təyin edilmişdirmi? - xx.xx.2009-cu il tarixdən müddətsiz olaraq “Çernobıl AES-də hərbi xidmətlə əlaqədar” İİ dərəcə əlilliyi müəyyən olunmuş İddiaçı hazırda təyin edilmiş pensiya məbləği vətəndaşların hüquqi vəziyyətini yaxşılaşdıran normativ hüquqi aktların qüvvəsinin geriyə şamil olunması nəzərə alınmaqla qüvvədə olan pensiya qanunvericiliyinə uyğun hesablanmışdırmı? Əgər düzgün hesablanmamışdırsa, hansı hissədə? - İddiaçı hazırkı aylıq pensiya məbləği hesablanarkən onun bütün sığorta stajı nəzərə alınmışdırmı? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş 18 mart 2025-ci il tarixli, 9/583 nömrəli ekspert rəyində aşağıdakılar bildirilmişdir: təqdim edilmiş inzibati iş materiallarında olan sənədləri və rəyin tədqiqat hissəsidə göstərilələri nəzərə almaqla ekspert qarşısında qoyulmuş suallar üzrə İddiaçı əlilliyə görə əmək pensiyasının məbləği qanunvericiliyin tələblərinə uyğun hesablanaraq xx.xx.2023-cü il tarixinə 400 manat məbləğində və xx.xx.2024-cü il tarixindən isə 363,86 manat olduğu müəyyən olunur. İş materiallarında olan 20 dekabr 2024-cü il tarixli, 3-17-1/2-314836/2024 nömrəli mütəxəssis rəyinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş 18 mart 2025-ci il tarixli, 9/583 nömrəli ekspert rəyinə əsasən inzibati iş materiallarında olan sənədlər və rəyin tədqiqat hissəsidə göstərilənlər (iddiaçının əmək pensiyasının hesablanması zamanı əllilik müavinəti (30000AZM), uşaqlara görə müavinəti (10200AZM), işləməyən əmək pensiyaçılarına verilən müavinət (11000 AZM) nəzərə alınmaqla İddiaçı hazırkı aylıq pensiya məbləği hesablanarkən bütün sığorta stajı nəzərə alınmış və pensiya məbləği pensiya qanunvericiliyinə uyğun olaraq xx.xx.2024-cü il tarixdən 363,86 manat təyin edilmişdir. İş materiallarında olan 20 dekabr 2024-cü il tarixli, 3-17-1/2-314836/2024 nömrəli mütəxəssis rəyinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş 18 mart 2025-ci il tarixli, 9/583 nömrəli ekspert rəyinə əsasən inzibati iş materiallarında olan sənədlər və rəyin tədqiqat hissəsidə göstərilənlər (iddiaçının əmək pensiyasının hesablanması zamanı əllilik müavinəti (30000AZM), uşaqlara görə müavinəti (10200AZM), işləməyən əmək pensiyaçılarına verilən müavinət (11000 AZM) nəzərə alınmaqla İddiaçı hazırkı aylıq pensiya məbləği hesablanarkən bütün sığorta stajı nəzərə alınmış və əlilliyə görə əmək pensiyasının məbləği pensiya qanunvericiliyinə uyğun olaraq xx.xx.2023-cü il tarixdən 400,0 manat təyin edilmişdir. Beləliklə, işdə olan 20 dekabr 2024-cü il tarixli, 3-17-1/2-314836/2024 nömrəli mütəxəssis və Məhkəmə Ekspertizası Mərkəzinin 18 mart 2025-ci il tarixli, 9/583 nömrəli ekspert rəylərinə əsasən İddiaçı əlilliyə görə əmək pensiyasının məbləği hesablanarkən cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin tələblərinin pozulması halına yol verilməmişdir. Belə ki, “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının 1.2-ci bəndinə əsasən orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə Prezident təqaüdünün məbləği 400 (dörd yüz) manat müəyyən edilmişdir. “İnzibati icraat haqqında” Qanunun 67.8-ci maddəsinin tələbinə görə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı əlilliyə görə əmək pensiyasının məbləği qanunvericiliyin tələblərinə uyğun olaraq 400 manat məbləğində düzgün hesablanmışdır. Bu səbəbdən də iddiaçının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı İİ dərəcəli Çernobil əlilliyinə görə təyin edilmiş pensiyanın artırılması və pensiya təyin edilən zamandan hesablanaraq fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməldir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 108-ci maddəsinə görə prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumundan və digər ödəmələrdən) və hüquq müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir (maddə 108.1). Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir (maddə 108.2). Həmin Məcəllənin 110.1-ci maddəsinə görə prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ona İİ dərəcəli Çernobil əlilliyinə görə təyin edilmiş pensiyanın artırılması və pensiya təyin edilən zamandan hesablanaraq fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməli, iş üzrə təyin edilmiş ekspertiza xərci kimi 100 (bir yüz) manat pul vəsaiti iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 69-cu, 75-ci, 78 – 79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ona İİ dərəcəli Çernobil əlilliyinə görə təyin edilmiş pensiyanın artırılması və pensiya təyin edilən zamandan hesablanaraq fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat pul vəsaiti İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ********** X2, KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22) hesabına köçürülsün. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-734/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-734/2025
26.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver