Məhkəmə qərarları › İş №2-1(120)-736/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-736/2020

14.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-736/2020 14.07.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi x1, İddiaçı (Biləsuvar rayonu, Ağalıkənd kəndində yaşayış yeri üzrə qeydiyyatda olan), cavabdehin nümayəndəsi x2 (Biləsuvar şəhəri, Ç.İldırım küçəsi, ev 29-da) iştirakı ilə, İddiaçı cavabdeh Dövlət x6 Biləsuvar rayon şöbəsinə qarşı “hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı 03.12.1954-cü il tarixdə doğulmuş, Biləsuvar rayonu, Ağalıkənd kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Dövlət x6 Biləsuvar rayon şöbəsinə müraciət etmişdir. Lakin cavabdeh 18 fevral 2020-ci il tarixli, **********9 nömrəli məktubla ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1968-1969, 1975- 1996-cı illərdə işləməsi 1972-1973-cü illərdə Biləsuvar rayon Baytarlıq idarəsində işlədiyi illəri sığorta stajı kimi müəyyən edərək hüququnun yarandığı 03.06.2018-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 1969,1972-1973, 1975-1996-cı illər və hərbi xidmət müddəti sosial sığorta stajı kimi nəzərə alınmaqla hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədəqərarqəbuledilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 14.07.2020-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, o, qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq hüququnun yarandığı 03.06.2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsindən ötrü 25 il sığorta stajı tələb olunur. Onun 19.01.2019-cu il tarixli, 27 saylı arxiv arayışında 1968-1969, 1975-1996-cı illərdə “Azərbaycan” və “Füzuli” kolxozlarında 23 il, 1972-1973-cü illərdə Biləsuvar rayon Baytarlıq İdarəsində 9 ay 29 gün, arxiv arayışına əsasən 1973-1975-ci il 2 il 1 ay hərbi xidmət dövrü əlavə edilməklə ümumilikdə 25 il 10 ay sığorta stajı vardır. Dövlət x6 Biləsuvar rayon şöbəsi sığorta stajının arxiv arayışında olduğunu, 1968-1969-cu illərə aid faktları İmanov Kərəməli adı ilə qeyd olunduğunu 1990-1991-ci illərə aid faktlar Bədəlov Kərəmə məxsus olmasını bəhanə edərək ona əmək pensiyası təyin etməkdən imtina etmişdir. Həmin dövrlərıə aid sığorta stajı 19.01.2019-cu il tarixli, 27 saylı arxiv arayışı, 17.11.2017-ci il tarixli, 208 saylı arayışla və Biləsuvar rayon Məhkəməsinin 27.01.2020-ci il tarixli, 2 (022)-216/2020 saylı qətnaməsi ilə təsdiq edilir. Ona Dövlət x6 Biləsuvar rayon şöbəsi tərəfindən yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Qeyd olunanlar nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Dövlət x6 Biləsuvar rayon şöbəsinin nümayəndəsi x4 məhkəmə iclasında izahat verərək bildirdi ki, 08.10.2010-cu il tarixdə 4027 nömrəli şəhadətnamə ilə qeydiyyatdan keçmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1-ci bəndinə əsasən Qanunun qüvvəyə mindiyi günədək (01.01.2006-cı il tarixədək) sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması əmək kitabçasına əsasən müəyyən edilir. Qaydaların 4.1.1-ci bəndinə əsasən Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı təqdim etdiyi 19.01.2019-cu il tarixli, 27 saylı arxiv arayışında 1968-1696-cu illərə aid faktlar İmanov Kərəməliyə aid olduğu, 1990-1991, 1993-1996-cı illərə aid faktlar Bədəlov Kərəmə məxsus olması qeyd edilmişdir. Biləsuvar rayon Məhkəməsinin 2(022)-216/2020 saylı qətnaməsi ilə əmək qabiliyyətli yaş dövrü üzrə 1969, 1975-1989, 1993-1996-cı illərdə 21 il 4 ay iş stajının ona məxsus olması faktı təsdiq edilmişdir. İddiaçı 1973-1975-ci illərdə 2 il hərbi xidmət dövrü, 1972-1973-cü illərdə Baytarlıq İdarəsində 9 ay, 1992-ci ildə 1 il kolxoz stajı əlavə edilməklə ümumilikdə 25 il 1 ay sığorta stajı müəyyən edilir. 1968-1996-cı illər əmək kitabçası ilə deyil, arxiv arayışı ilə təsdiq edildiyindən İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. Qeyd olunanlar nəzərə alınaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətini, Biləsuvar rayon Baytarlıq İdarəsinin 17.11.2017-ci il tarixli, 208 nömrəli arayışını, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin 20.11.2017-ci il tarixli, 343 nömrəli arayışını, Biləsuvar rayon Dövlət Arxivinin 19.01.2019-cu il tarixli, 27 nömrəli arxiv arayışını, Biləsuvar rayon Məhkəməsinin 27.01.2020-ci il tarixli, 2(022)-216/2020 nömrəli qətnaməsi və cavabdehin imtina məktubunu əlavə etmişdir. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). x3 Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Biləsuvar rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Biləsuvar rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin 18 mart 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət x9 Azərbaycan Respublikasının Əmək və x5 Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və x5 Nazirliyi yanında Dövlət x9 adlandırılmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı 03.12.1954-cü il tarixdə doğulmuşdur və 03.06.2018-ci il tarixdə 63 yaş 6 ayı(1 iyul 2017-30 iyun 2018-ci il tarixlərdə kişilər üçün pensiya yaşı 63 il 6 aydır) tamam olmuşdur. İddiaçının iş illəri və hərbi xidmət müddəti nəzərə alınmaqla, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan sosial sığorta stajı (25 il) yaranmışdır. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 03805584 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 03.12.1954-cü il tarixdə anadan olmuş, Biləsuvar rayonu, Ağalıkənd kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan Biləsuvar rayon Baytarlıq İdarəsinin 17.11.2017-ci il tarixli, 208 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən 06.07.1972-ci il tarixdən 28 saylı əmrlə Ağalıkənd baytarlıq məntəqəsinə baytar texniki vəzifəsinə təyin edilmiş, 05.05.1973-cü il tarixdən 14 saylı əmrlə tutduğu vəzifədən azad edilmişdir. İşdə olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin 20.11.2017-ci il tarixli, 343 nömrəli arayışından görünür ki, 1954-cü il təvəllüdlü İddiaçı 05.05.1973-cü il tarixdən 16.05.1975-ci il tarixə kimi Sovet Ordusu Silahlı Qüvvələri sıralarında xidmət keçmişdir. İşdə olan Biləsuvar rayon Dövlət Arxivinin 19.01.2019-cu il tarixli, 27 nömrəli arxiv arayışından görünür ki, 1968-1969, 1975-1996-cı illərdə “Azərbaycan” və “Füzuli” kolxozlarında işləmişdir. İşdə olan Biləsuvar Rayon Məhkəməsinin 27.01.2020-ci il tarixli, 2(022)-216/2020 nömrəli qətnaməsindən görünür ki, İddiaçı xahişi təmin edilmiş, İddiaçı 1968-1969-cu, 1975- 1989-cu və 1993-1996-cı illərdə Biləsuvar rayonunun “Azərbaycan” kolxozunda, 1990-1991-ci illərdə Biləsuvar rayonunun “Füzuli” kolxozunda işləməsi faktı müəyyən edilmişdir. İşdə olan Dövlət x6 Biləsuvar rayon şöbəsinin iddiaçıya ünvanladığı 18.02.2020-ci il tarixli, **********9 nömrəli məktubunda qeyd edilmişdir ki, 19.01.2019-cu il tarixli, 27 saylı arayışında 1968-1969-cu illərə aid faktlar adına deyil, İmanov Kərəməliyə aid olduğundan, 1990-1991-ci illərə aid faktlar onun adına deyil Bədəlov Kərəmə məxsus olması qeyd edilmişdir. Arxiv arayışına hərbi xidmət dövrünü əlavə edilməklə adına ümumilikdə 22 il 4 ay sığorta stajı vardır. Bu səbəbdən yaşa görə əmək pensiyası təyin edilməsindən ötrü tələb olunan sığorta stajı olmadığından yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. İşdə olan Biləsuvar Rayon Məhkəməsinin 08.05.2020-ci il tarixli, 2 (022)-216/2020 nömrəli məktubunda qeyd edilmişdir ki, Biləsuvar Rayon Məhkəməsinin 27.01.2020-ci il tarixli, 2(022)-216/2020 nömrəli qətnaməsi 28.02.2020-ci il tarixdə qanuni qüvvəyə minmişdir. İşdə olan Biləsuvar rayon Baytarlıq İdarəsinin 08.05.2020-ci il tarixli, 130 nömrəli məktubuna İddiaçı aid 17.11.2017-ci il tarixli arayışın, 06.07.1972-ci il tarixli, 28 saylı əmrin və 05.05.1973-cü il tarixli, 14 saylı əmrin surətlərini əlavə etmişdir. İşdə olan Biləsuvar rayon Dövlət Arxivinin 30.06.2020-ci il tarixli, 105 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı iş stajının surətini və İddiaçı 1992-ci ildə Füzuli adına kolxozda işləməsini texniki səhv olaraq yazılış zamanı Azərbaycan kolxozu kimi qeyd olunmuşdur. İddiaçı 1992-ci ildə İddiaçı adı ilə Füzuli kolxozunda işləməyi 311 gün adam günü 15255 manat pul, 1356 kq buğda almasını təsdiq edən Füzuli kolxozunun 1992-ci ilə aid 70 nömrəli şəxsi hesabın surətini məktuba əlavə etmişdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sosial sığorta stajı ─ əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur (maddə 1.0.2). 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.(Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.) (maddə 7). «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. Мəhkəmə cavabdehin pensiya təyin edilməsindən imtina edərkən istinad etdiyi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci maddəsinə (iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsi) münasibət bildirərək qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda sosial sığorta stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, tələb edilən sənədlərin siyahısında əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədi (17.11.2017-ci il tarixli, 208 nömrəli arayışı və 19.01.2019-cu il tarixli, 27 nömrəli arxiv arayışını) təqdim etmişdir. Мəhkəmə Аzərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında» Əsasnamənin 1-ci və 3-cü bəndlərinə əsasən arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən dövlət orqanlarından biri kimi Biləsuvar rayon Baytarlıq İdarəsinin 17.11.2017-ci il tarixli, 208 nömrəli arayışını və Biləsuvar rayon Dövlət Arxivinin 19.01.2019-cu il tarixli, 27 nömrəli arxiv arayışını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Мəhkəmə, həmçinin Biləsuvar rayon Məhkəməsinin 27.01.2020-ci il tarixli, 2(022)- 216/2020 nömrəli qüvvəyə minmiş qətnaməsini də mötəbər sübut kimi qəbul edir. Həmin qətnamə ilə İddiaçı 1968-1969-cu, 1975-1989-cu və 1993-1996-cı illərdə Biləsuvar rayonunun “Azərbaycan” kolxozunda, 1990-1991-ci illərdə Biləsuvar rayonunun “Füzuli” kolxozunda işləməsi faktı müəyyən edilmişdir. Qeyd olunanlardan göründüyü kimi iddiaçının 1969,1972-1973, 1975-1996-cı illərdə işləməsi barədə əmək kitabçasını təqdim edə bilməməsi iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. İddiaçı 1969,1972-1973, 1975-1996-cı illərdəki iş illəri və hərbi xidmət müddəti sosial sığorta stajı nəzərə alınmaqla, yaşa görə əməkpensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, iddia təmin edilməli, İddiaçı 1969,1972-1973, 1975-1996-cı illərdəki iş illəri və hərbi xidmət müddəti sosial sığorta stajı kimi nəzərə alınmaqla hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Dövlət x6 Biləsuvar rayon şöbəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İddiaçı iddia qaldırmaq üçün on manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, prosessual xərc (məhkəmə xərci), yəni hazırkı iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçı tərəfindən tələb olunmadığından iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 1969,1972-1973, 1975-1996-cı illərdəki iş illəri və hərbi xidmət müddəti sosial sığorta stajı kimi nəzərə alınmaqla hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Dövlət x6 Biləsuvar rayon şöbəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardanşikayət verilmədiyivə yaproses iştirakçıları tərəfindən şikayətingerigötürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar