Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-737/2020 17.09.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X5, iddiaçının nümayəndəsi X4 (Biləsuvar rayonu, Aşağı Cürəli kəndində yaşayış yeri üzrə qeydiyyatda olan) cavabdeh Dövlət X25 Biləsuvar rayon şöbəsinin nümayəndəsi X6 (Biləsuvar şəhəri, Ç.İldırım küçəsi, ev 29-da yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Əmək və X20 Naziriliyi tabeliyində Dövlət X30 publik hüquqi şəxsinin Biləsuvar rayon filialına qarşı hüququnun yarandığı vaxtdan əlilliyə görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı xx.xx.1982-ci il tarixdə doğulmuş, Biləsuvar rayonunun Aşağı Cürəli kəndindəyaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Dövlət X25 Biləsuvar rayon şöbəsinə müraciət etmişdir. Lakin cavabdeh xx xxxx 2020-ci il tarixli, **********7 nömrəli məktubla ona əlilliyə görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dayandırılmış pensiyanın bərpa olunması və ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Məhkəmənin xx.xx.2020-ci il tarixli iclasında iddiaçının nümayəndəsi X9 iddia tələbini dəyişərək, hüququnun yarandığı vaxtdan əlilliyə görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədəqərarqəbuledilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçının nümayəndəsi X9 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçı 2017-ci ildən ikinci qrup əlildir. 2007-2009-cu illərdə X8 müəssisəsində işləməklə hər ay ondan DSMF-nin hesabına tutmalar tutulmuşdur. 2015-2016-cı illərdə isə qazancından DSMF-nin hesabına ödənişlərini etmişdir. İkinci qrup əlillik dərəcəsi aldıqdan sonra sığorta stajı da hesablanmaqla ona pensiya təyin edilmişdir. 2019-cu ilə kimi normal qaydada alırdı. Lakin 2019-cu ildən Dövlət X25 Biləsuvar rayon şöbəsi onun pensiyasını kəsdiyini çildirərək, guya sığorta stajı öz təsdiqini tapmamışdır. Onun əmək haqqından DSMF-nin hesabına tutmalar tutulmuş və bu fakt sosial arayışda da əksini tapmışdır. Üstündən bir müddət sonra onun pensiyası kəsilməklə bildirilimişdir ki, sığorta stajı öz təsdiqini tapmır. Hazırda Dövlət X25 Biləsuvar rayon şöbəsi xx.xx.2019-cu il tarixli imtina rəyi verərək pensiyasını dayandırmışdır. Qeyd olunanlar nəzərə alınaraq iddiaçının hüququnun yarandığı vaxtdan əlilliyə görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədəqərarqəbuledilməsini xahiş etdi. Cavabdeh Dövlət X25 Biləsuvar rayon şöbəsinin nümayəndəsi X14 məhkəmə iclasında izahat verərək bildirdi ki, Biləsuvar rayonu, Aşağı Cürəli kənd sakini İddiaçı sığorta stajı barəsindəki sənədlərini əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün şöbəyə təqdim etmişdir. Vətəndaşa xx.xx.2016-cı il tarixdə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun 6 il sığorta stajı tələb olunurdu. xx xxxxxxx 2010-cu il tarixdə 4027 saylı şəhadətnamə ilə qeydiyyatdan keçmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyalarının rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1-ci bəndinə əsasən Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı ilədək) əmək pensiyası hüquqlarının nəzərə alınması əmək kitabçasına əsasən müəyyən edilir. İddiaçı əlilliyə görə əmək pensiyası təyin edilən zaman ayrı-ayrı dövrlər daxil olmaqla o cümlədən, Nazirlik yanında DSMF Bakı şəhəri Nizami rayon şöbəsindən həmin ərazidə müxtəlif fiziki şəxslərin işçisi kimi işlədiyi barədə xx.xx.2007xx.xx.2009-cu illərdə qazandığı sığorta stajını təsdiq edən 4 saylı əlavə təqdim etmişdir. Təqdim edilən sığorta stajının düzgünlüyünün təsdiq olunması üçün Nazirlik yanında DSMF Bakı şəhəri Nizami rayon şöbəsinə sorğu olunmuş, düzgünlüyü təsdiq edilərək şöbəyə təqdim edilmiş və həmin dövrlər İddiaçı 2 il 11 ay sığorta stajı kimi nəzərə alınmışdır. Əlil uşağa Günaya xx.xx.2012-ci il tarixdən, əlil uşağa Günelə xx.xx.2013-cü il tarixdən xx.xx.2016-cı il tarixədək qulluq etməsi faktı 3 il 11 ay əlavə edilməklə 6 il 10 ay sığorta stajı ilə İİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Lakin Əmək və X20 Nazirliyi tərəfindən Fondun Bakı şəhəri Nizami rayon şöbəsində aparılan araşdırma zamanı məlum olmuşdur ki, şöbə tərəfindən xx.xx.2007-xx.xx.2009-cu illərə aid verilmiş pensiya kapitalı barədə 4 saylı əlavədə qeyd olunmuş sığorta stajı öz təsdiqini tapmamış və bunun nəticəsi şöbə tərəfindən aktla rəsmiləşdirilmişdir. Yoxlama zamanı müəyyən olunmuşdur ki, İddiaçı işçisi olduğu fiziki şəxs X8 həmin dövrlər hesabatında işləməsi tarixləri aşkarlanmamışdır. Bu səbəbdən xx.xx.2007-xx.xx.2009-cu illərə aid 2 il 11 ay sığorta stajı təsdiqini tapmadığından İddiaçı əlilliyə görə əmək pensiyası hüququ ləğv edilmişdir. Qeyd olunanlar nəzərə alınaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətini, sosial arayışını və cavabdehin imtina məktubunu əlavə etmişdir. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). X13 Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının xx xxxxxx 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Biləsuvar rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Biləsuvar rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. . Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də mahiyyəti üzrə əsaslıdır. Belə ki, iddiaçı xx.xx.1982-ci il tarixdə doğulmuşdur. xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Əmək və X20 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidməti 30 saylı X31 Komissiyası tərəfindən ikinci dərəcəli əlil hesab edilmişdir. İddiaçının iş illəri və sağlamlıq imkanları məhdud uşaqlarına qulluq etdiyi müddət nəzərə alınmaqla, əlilliyə görə əmək pensiyası təyin olunması üçün qanunvericiliklə tələb olunan sosial sığorta stajı yaranmışdır. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 17983749 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1982-ci il tarixdə Biləsuvar rayonununda anadan olmuş, Biləsuvar rayonu, Aşağı Cürəli kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Əmək və X20 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidməti 30 saylı X31 Komissiyasının çıxarışdan görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdən ikinci dərəcəli əlildir. İşdə olan Sosial arayışın sürətindən görünür ki, xx.xx.2007-xx.xx.2009-cu illərə elektron hökümət portalında işçinin (İddiaçı) işəgötürən tərəfindən hesablanmış əmək haqqına məcburi dövlət sosial sığorta haqqı ödənilməsi qeydə alınmışdır. İşdə olan Dövlət X25 Biləsuvar rayon şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli, **********7 nömrəli məktubundan görünür ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyalarının rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1-ci bəndinə əsasən pensiya hüquqlarının nəzərə alınması üçün sığorta stajı əmək kitabçasına əsasən müəyyən edilir. Aparılan araşdırma zamanı Nazirlik yanında DSMF Bakı şəhəri Nizami rayon şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixdən sonrakı dövrə aid verilmiş pensiya kapitalı barədə 4 saylı əlavədə qeyd olunmuş sığorta stajı öz təsdiqini tapmadığından əlilliyə görə əmək pensiyası hüququ ləğv edilmişdir. İşdə olan Dövlət X25 Biləsuvar rayon şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, **********5 nömrəli məktubunda qeyd edilmişdir ki, Biləsuvar rayonu, Aşağı Cürəli kənd sakini İddiaçı sığorta stajı barəsindəki sənədlərini əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün şöbəyə təqdim etmişdir. Vətəndaşa xx.xx.2016-cı il tarixdə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun 6 il sığorta stajı tələb olunurdu. xx xxxxxxx 2010-cu il tarixdə 4027 saylı şəhadətnamə ilə qeydiyyatdan keçmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyalarının rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1-ci bəndinə əsasən Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı ilədək) əmək pensiyası hüquqlarının nəzərə alınması əmək kitabçasına əsasən müəyyən edilir. İddiaçı əlilliyə görə əmək pensiyası təyin edilən zaman ayrı-ayrı dövrlər daxil olmaqla o cümlədən, Nazirlik yanında DSMF Bakı şəhəri Nizami rayon şöbəsindən həmin ərazidə müxtəlif fiziki şəxslərin işçisi kimi işlədiyi barədə xx.xx.2007-xx.xx.2009-cu illərdə qazandığı sığorta stajını təsdiq edən 4 saylı əlavə təqdim etmişdir. Təqdim edilən sığorta stajının düzgünlüyünün təsdiq olunması üçün Nazirlik yanında DSMF Bakı şəhəri Nizami rayon şöbəsinə sorğu olunmuş, düzgünlüyü təsdiq edilərək şöbəyə təqdim edilmiş və həmin dövrlər İddiaçı 2 il 11 ay sığorta stajı kimi nəzərə alınmışdır. Əlil uşağa Günaya xx.xx.2012-ci il tarixdən, əlil uşağa Günelə xx.xx.2013-cü il tarixdən xx.xx.2016-cı il tarixədək qulluq etməsi faktı 3 il 11 ay əlavə edilməklə 6 il 10 ay sığorta stajı ilə İİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Lakin Əmək və X20 Nazirliyi tərəfindən Fondun Bakı şəhəri Nizami rayon şöbəsində aparılan araşdırma zamanı məlum olmuşdur ki, şöbə tərəfindən xx.xx.2007-xx.xx.2009-cu illərə aid verilmiş pensiya kapitalı barədə 4 saylı əlavədə qeyd olunmuş sığorta stajı öz təsdiqini tapmamış və bunun nəticəsi şöbə tərəfindən aktla rəsmiləşdirilmişdir. Yoxlama zamanı müəyyən olunmuşdur ki, İddiaçı işçisi olduğu fiziki şəxs X8 həmin dövrlər hesabatında işləməsi tarixləri aşkarlanmamışdır. Bu səbəbdən xx.xx.2007-xx.xx.2009-cu illərə aid 2 il 11 ay sığorta stajı təsdiqini tapmadığından İddiaçı əlilliyə görə əmək pensiyası hüququ ləğv edilmişdir. Elektron hökümət portalında İddiaçı adına 2007-2009-cu illərdə 2 il 11 ay sığorta stajı və 573,20 manat pensiya kapitalı müəyyən edilir. Vətəndaşın əlil uşaqları Günaya xx.xx.2012-ci il tarixdən, xx.xx.2013-cü il tarixdən xx.xx.2016-cı il tarixədək qulluq etməsi faktı 3 il 11 ay olmaqla İddiaçı sığorta stajı kimi nəzərə alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmək və X20 Nazirliyi Dövlət Sosial Təminat Xidməti Biləsuvar rayon X20 Mərkəzinin xx.xx.2016-cı il tarixli, 854 nömrəli arayışından görünür ki, Biləsuvar rayonu, Aşağı Cürəli kənd sakini İddiaçı iki azyaşlı övladlarına görə 18 yaşadək sosial müavinət almışdır. İşdə olan Biləsuvar rayon İHB-nin Aşağı Cürəli kənd inzibati dairəsi üzrə nümayəndəsi X15, Biləsuvar rayon Aşağı Cürəli kənd bələdiyyəsinin sədri X10, DSMF Biləsuvar rayon şöbəsinin pensiya sektorunun baş məsləhətçisi X6, Biləsuvar rayon Aşağı Cürəli kənd sakini qonşusu X11, Biləsuvar rayon Aşağı Cürəli kənd sakinin qonşusu X7 və Biləsuvar rayon Aşağı Cürəli kənd sakini İddiaçı iştirakları ilə tərtib edilmiş xx.xx.2016-cı il tarixli aktdan görünür ki, həqiqətən vətəndaş İddiaçı övladı xx.xx.2008-ci il tarixdə anadan olmuş X17 xx.xx.2012-ci il tarixdən hal-hazıradək, xx.xx.2008-ci il tarixdə anadan olmuş X18 xx.xx.2013cü il tarixdən hal-hazıradək 18 yaşınadək sağlamlıq imkanları məhdud növü üzrə müavinət almışdır. Vətəndaş İddiaçı övladı xx.xx.2008-ci il tarixdə anadan olmuş X17 xx.xx.2012-ci il tarixdən hal-hazıradək, xx.xx.2008-ci il tarixdə anadan olmuş X18 xx.xx.2013-cü il tarixdən hal-hazıradək olan dövrlərdə qulluğa ehtiyac olduğu üçün qulluq etməsi faktını özü və qonşuları qonşusu X3 Sara Balamməd qızı imzaları ilə təsdiq edirlər. Göstərilən bütün bu hallar vətəndaş İddiaçı «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 21-ci maddəsinə əsasən aşağıda göstərilən dövrləri xx.xx.2012-ci il tarixdən hal-hazıradək olan dövrlərdə sosial sığorta stajı götürülməsinə imkan verir. İşdə olan Azərbaycan Respublikası Əmək və X20 Nazirliyi yanında Dövlət X25 Nizami rayon şöbəsinin xx.xx.2016-cı il tarixli, 15/156 nömrəli sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayışından görünür ki, İddiaçı xx.xx.2007-ci il tarixdən xx.xx.2009-cu il tarixədək 2 il 11 ay sosial sığorta stajı və fərdi hesabının sığorta hissəsində 401,67 manat pensiya kapitalı vardır. İşdə olan Azərbaycan Respublikası Əmək və X20 Nazirliyinin tabeliyində Dövlət X30 publik hüquqi şəxsin xx.xx.2020-ci il tarixli, **********8 nömrəli məktubunda qeyd olunur ki, sığortaedənlər (fərdi sahibkarlar), X19 (SUN **********9) tərəfindən 2007-2009-cu illər, İddiaçı (SUN **********3) tərəfindən 2015-2016-cı illər üzrə təqdim edilmiş “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”larda (01) (Forma B3) İddiaçı sığortaolunan kimi qeyd olunmuş və məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, eləcə də ödənilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə məlumatları Nazirliyin “X1 Sistemi”nin “Sığorta” (Hesabat) altsisteminin “Sığortaolunanların hesabları” bölümündə **********163 nömrəli fərdi şəxsi hesabında əks olunmuşdur. “AZS Forma B1” proqram təminatından əldə edilən məlumatlara əsasən sığortaedən (fərdi sahibkarlar) X19 (SUN **********9) tərəfindən 2009-cu ilin İİİ rübü üzrə təqdim edilmiş 0100 (Muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər) fəaliyyət növünün kodu üzrə “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat”da (Forma B1) rübün İİİ ayında əmək ödənişləri hesablanmadığı, eyni zamanda 2009-cu ilin İV rübü üzrə məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat (Forma B1) təqdim edilmədiyi halda, təqdim edilmiş “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”larda (01) (Forma B3) 2009-cu ilin yanvar-noyabr aylarında İddiaçı xeyrinə məcburi dövlət sosial sığorta haqqı hesablanmış və ödənilmişdir. Nazirlik yanında Fondun Biləsuvar rayon şöbəsinin təqdim etdiyi məlumata əsasən xx xxxx 1982-ci il təvəllüdlü İddiaçı əlilliyə görə təyin edilmiş əmək pensiyasının ödənişi xx.xx.2007-xx.xx.2009-cu illərə aid 2 il 11 ay sığorta stajı qarşılıqlı yoxlama zamanı təsdiqini tapmadığından dayandırılmışdır. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə işin faktiki və hüquqi hallarını nəzərə alaraq hesab edir ki, hazırki mübahisəyə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə xx.xx.2017-ci il tarixli, 543-VQD nömrəliAzərbaycan Respublikasının Qanunu qüvvəyə minənə qədər, yəni xx.xx.2017-ci il tarixədək qüvvədə olan“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu tətbiq edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyada) 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. “Əlillərin hüquqları haqqında” Konvensiyaya qoşulmaq barəsində Azərbaycan Respublikasının Qanununa əsasən iştirakçı dövlətlər əlillik əlamətinə görə hər hansı ayrıseçkiliyə yol vermədən bütün əlillərin bütün insan hüquqlarının və əsas azadlıqlarının tam realizəsini təmin etməyi və həyata keçirməyi öhdələrinə götürürlər. Bu məqsədlə iştirakçıdövlətlər aşağıdakıları öz öhdələrinə götürürlər: istənilən şəxs, təşkilat və ya xüsusi mülkiyyət hüququna əsaslanan müəssisə tərəfindən əlillik əlamətinə görə ayrı-seçkiliyə yol verilməsinin aradan qaldırılması üçün bütün lazımi tədbirləri görmək və s. İqtisadi, sosial və mədəni hüquqlara gəldikdə isə hər bir iştirakçı dövlət malik olduğu resurslardan maksimum istifadə etməklə, zərurət olduqda isə beynəlxalq əməkdaşlığa can atmaqla bu Konvensiyada formulə olunmuş və beynəlxalq hüquqa uyğun olaraq bilavasitə tətbiq olunan öhdəliklərdə ziyan vurmadan bu hüquqların tam realizə olunmasına tədricən nail olmaq üçün tədbirlər görməlidirlər (maddə 4). İştirakçı dövlətlər əlillik əlaməti üzrə istənilən ayrı-seçkiliyi qadağan edir və əlillərin istənilən zəmində ayrı-seçkilikdən bərabər və səmərəli hüquqi müdafiəsinə təminat verirlər (maddə 5). İştirakçı dövlətlər ədalət məhkəməsini əlillərə digərləri ilə bərabər səviyyədə təmin edir, o cümlədən ibtidai istintaqın təhqiqat və digər mərhələləri də daxil olmaqla, hüquqi prosesin bütün mərhələlərində düzünə və dolayı iştirakçıların, o cümlədən şahidlərin öz səmərəli rolunu yerinə yetirməsini asanlaşdıran prosessual və yaşa uyğun düzəlişlər nəzərdə tuturlar. Əlillərin ədalət məhkəməsindən istifadə etmələrinə imkan yaratmaq üçün iştirakçı dövlətlər ədalət məhkəməsinin həyata keçirilməsi sferasında, o cümlədən polis və penitensiar sistemdə işləyən şəxslərin lazımi qaydada təlim keçməsinə yardım göstərirlər (maddə 13). İştirakçı dövlətlər əlillik əlamətinə görə diskriminasiyaya yol vermədən əlillərin sosial müdafiə hüququnu və ondan istifadə etmək hüququnu tanıyır və bu hüququn təmin edilməsi və mükafatlandırılması üçün zəruri tədbirləri görür, o cümlədən: əlillərin təmiz su, zəruri və ucuz xidmətlə, vasitələrlə bərabər səviyyədə təmin olunmaları və əlilliklə bağlı ehtiyaclarının ödənilməsi üçün digər köməyin göstərilməsi; əlillərə, xüsusilə əlil qadınlara, qızlara və yaşlı insanlara sosial müdafiə və yoxsulluğun miqyasının azadılması proqramlarından istifadə etmək imkanının təminatı; yoxsulluq şəraitində yaşayan əlillərə və onların ailələrinə zəruri təhsil, məsləhət, maliyyə yardımı və müvəqqəti patronaj xidməti kimi əlilliklə bağlı məsrəflərin dövlət tərəfindən qarşılanması imkanından istifadənin təminatı; əlillərin dövlət yaşayış proqramlarından istifadəsinin təminatı; əlillərin pensiya müavinətlərindən və proqramlarından istifadəsinin təminatı (maddə 28). «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.2- ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti daxildir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 21-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına daxil edilir. Azərbaycan Respublikasının Əmək və X20 Nazirliyi Kollegiyasının 2017-ci il, 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.9.-cu bəndinə əssən İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir. İş materiallarında olan sübutlarla müəyyən olunur ki, iddiaçının övladları X22 və X2 imkanları məhdud uşaqlar olmuşdur.Həmçinin, iş materiallarında olan aktdan müəyyən olunur ki, iddiaçının sağlamlıq imkanı məhdud övladları X17 xx.xx.2012-ci il tarixdən halhazıradək, X18 isə xx.xx.2013-cü il tarixdən hal-hazıradək qulluq etmə faktı təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2016-cı il tarixdək (əlillik dərəcəsinin təyin edildiyi tarixədək) sağlamlıq imkanları məhdud uşağlarına qulluq etdiyi müddət (3 il 11 ay) sosial sığorta stajı kimi nəzərə alınmalıdır Bundan başqa, məhkəmə qeyd edir ki, işəgötürən X8 xx.xx.2007-xx.xx.2009-cu illərə aid hesabatında işçisi İddiaçı ilə bağlıişlənmə tarixlərinin (sığortaolunanlar haqqında məlumatın doldurulması tarixləri) aşkarlanmaması işçinin (İddiaçı) təqsiri kimi qəbul edilmə bilməz və qanunvericilklə işçinin (iddiaçının)sığortaolunanlar haqqında məlumatın doldurulması kimi vəzifəsi yoxdur. Yəni başqa şəxsin hər hansı əməli (hərəkət və ya hərəkətsizliyi) vətəndaşın konstitusion hüquq olan sosial təminat hüququnun pozulmasına səbəb ola bilməz. Мəhkəmə cavabdehin pensiyanın təyin edilməsindən imtina edərkən istinad etdiyi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci maddəsinə (iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsi) münasibət bildirərək qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda sosial sığorta stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır. Мəhkəmə iddiaçının sağlamlıq imkanları məhdud uşaqlarına qulluq etdiyini təsdiq edən xx.xx.2016-cı il tarixli aktı, Sosial arayışı, eyni zamandaDövlət X25 Nizami rayon şöbəsinin xx.xx.2016-cı il tarixli, 15/156 nömrəli sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayışı mötəbər sübut kimi qəbul edir.Belə olan halda, məhkəmə hesab edir ki, İddiaçı sağlamlıq imkanları məhdud uşaqlarına qulluq etdiyi müddət (3 il 11 ay), həmçinin xx.xx.2007-xx.xx.2009-cu illərəişəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənildiyi iş illəri (2 il 11 ay) nəzərə alınmaqla tələb olunan 6 il 3 ay (34 yaş, əlillik dərəcəsinin təyin olunduğu vaxt - 15 yaş, əmək qabiliyyəti olmayan yaş dövrü = 19 x 4 ay = 76 ay/12ay= 6 il 3 ay) sığorta stajını topladığından o, hüququnun yarandığı vaxtdan əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68) . Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, İddiaçı hüququnun yarandığı vaxtdan əlilliyə görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və X20 Naziriliyi tabeliyində Dövlət X30 publik hüquqi şəxsinin Biləsuvar rayon filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İddiaçı iddia qaldırmaq üçün on manat məbləğində dövlət rüsumu ödəmişdir. Ödənilmiş dövlət rüsumu iddiaçının ərizəsinə əsasən tələb olunmadığından məhkəmə hesab edir ki, prosessual xərc (məhkəmə xərci) iddiaçıya aid edilməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı hüququnun yarandığı vaxtdan əlilliyə görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və X20 Naziriliyi tabeliyində Dövlət X30 publik hüquqi şəxsinin Biləsuvar rayon filialının üzərinə qoyulsun. Prosessual xərc iddiaçıya aid edilsin . Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Hakim Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(120)-737/2020
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-737/2020
17.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver