Məhkəmə qərarları › İş №2-1(120)-739/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-739/2020

18.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-739/2020 18.05.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi x7 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «x8, x3 və x6 ünvan 1 5 nömrəli mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı ünvan 1 5 saylı mənzilin mülkiyyətçisidir. İddiaçı, mənzilində qeydiyyatda olan x8, x3 və x6 mənzilin qeydiyyatından çıxarılması üçün Cavabdehnə müraciət etmişdir, lakin cavabdeh üçüncü şəxsləri iddiaçının mülkiyyətində olan mənzilin qeydiyyatından çıxarmaqdan imtina etmişdir. İddiaçı üçüncü şəxslərin ünvan 1 mənzil 5 ünvanından pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Şirvan İnzibati Məhkəməsinin 04 may 2019-cu il tarixli, 2-1(120)-739/2020 saylı qərardadı ilə x8, x3 və x6 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunması qərara alınmışdır. Məhkəmənin 18 may 2020-ci il tarixli iclasında iştirak edən iddiaçının nümayəndəsi x17 izahatında bildirmişdir ki, cavabdeh əsassız olaraq x13, x4 və x9 onun mənzilinin qeydiyyatından çıxarmamışdır, ona görə də, məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara görə iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən əsaslar, eləcə də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olmadığından üçüncü şəxsləri iddiaçının mülkiyyətində olan evin qeydiyyatından çıxarılmasından imtina edir. Proses iştirakçılarına şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə qanunla müəyyən olunmuş rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və məhkəmə tərəfindən inzibati məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxslər x18, x10 və x15 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin surətini, yaşayış yerindən arayışı, Seriya RX ******* nömrəli çıxarşın təsdiq olunmuş surətini, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin təsdiq olunmuş surətini, Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə x19 üzrə Nümayəndəliyinin 12.05.2020-ci il tarixli, 2432 saylı arayışını, cavabdehin imtina məktubunu əlavə etmişdir, həmin materialların məzmununa və məhkəmənin sorğusu əsasında mənzilə dair əldə edilmiş sənədlərə istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). x5 Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Şirvan şəhəri ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Şirvan şəhərində yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddia mahiyyəti üzrə uğurludur, yəni əsaslıdır. Məhkəmə iclasında elan edilmiş RX ******* nömrəli çıxarışdan və 12.06.2016-cı il tarixli, 186016 nömrəli alqı satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ünvan 1 5 saylı mənzili alqı-satqı yolu ilə aldıqdan sonra RX ******* nömrəli çıxarış əsasında adına rəsmiləşdirmişdir. Eyni zamanda iş materiallarında olan ərizələrdən görünür ki, üçüncü şəxs x15 və x1 şəhəri, Xaqani küçəsi, ev 88, 5 saylı mənzildən qeydiyyatdan çıxarılmalarına heç bir etiraz etməmişdirlər. Məhkəmə iclasında elan edilmiş Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə x19 üzrə Nümayəndəliyinin 12.05.2020-ci il tarixli, 2432 saylı arayışından görünür ki, 1980-ci il təvəllüdlü x18, 1954-cü il təvəllüdlü x10, 1990-cı il təvəllüdlü x2 şəhəri, Xaqani küçəsi, ev 88, 5 saylı mənzildə qeydiyyatda olmalarına baxmayaraq bu ünvanda yaşamırlar. Məhkəmə iclasında elan edilmiş cavabdehin iddiaçıya ünvanladığı 13 fevral 2020-ci il tarixli imtina məktubundan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında **********20 nömrəli arayışından görünür ki, üçüncü şəxslər x18, x10 və x15 iddiaçıya məxsus ünvan 1 5 saylı mənzilin pasport qeydiyyatındadırlar. Üçüncü şəxslərin iddiaçıya məxsus evdə yaşamaması onun qeydiyyatının formal olduğunu göstərir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Göründüyü kimi, üçüncü şəxslərin iddiaçıya məxsus evdə qeydiyyatda olması formal xarakter daşıdığı, mülkiyyətçinin hüquqlarını qanunsuz məhdudlaşdırdığı üçün onlar iddiaçıya məxsus evin pasport qeydiyyatından çıxarılmalıdır. İddiaçı üçüncü şəxslərin ünvan 1 mənzil 5ünvanındanpasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etməkdə haqlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə heç bir prosessual xerc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: x8, x3 və x6 İddiaçı məxsus ünvan 1 5 nömrəli mənzilin qeydiyyatından çıxarılması öhdəliyi Cavabdehnə həvalə edilir. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar