Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-739/2024 31.05.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal оğlunun sədrliyi, Məhkəmə iclas katibi X17 оğlunun katibliyi ilə, İddiаçı İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və həmin tarixdən əmək pensiyasının hesablanıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və həmin tarixdən əmək pensiyasının hesablanıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İşdə olan iddiaçının ИТ-İ ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, iddiaçı xx.xx.1983-cü il tarixdən hal-hazıradək fasilələrlə müxtəlif idarələrdə işləmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli, AZ-İİ 556089 nömrəli nikah haqqında şəhadətnamədən və xx.xx.2023-cü il tarixli, 711 nömrəli arayışdan görünür ki, X9 ilə X5 xx.xx.1986-cı il tarixdə nikaha daxil olmuş, sonuncu Zəkiyeva soyadını qəbul etmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/-Z-75024/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 10 mart 2023-cü il tarixində daxil olmuş ərizənizə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixinədək qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 52 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun hazırda qüvvədə olan 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən aslı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun.) təsdiq eldiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 ilini çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X15 qərarlarını, X15 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının tibb və sosial təminat müəssisələri bölməsinin (19) bilavasitə xəstələrə xidmət edən işçilər bəndində vərəm və infeksion müəssisələrində, bölmələrində kabinetlərində yarımbəndinə (a) orta tibb heyəti və kiçik tibb heyəti nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyiniz “Lənkəran Gigenya və Epidemiologiya Mərkəzi”nin sizə dair xx.xx.2023-cü il tarixli 50 nömrəli arayışında xx.xx.1988-xx.xx.2011-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə X2 Parazitologiya bölməsində viruslu infeksiya ilə əlaqədar dezinfektor və hemoskonist vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyiniz sahə və vəzifələr yuxarıda qeyd olunan sahə və vəzifələrə aid deyil. Bu səbəbdən də 52 yaşınızın tamamlandığı xx.xx.2017-ci il tarixinədək sizin güzəştli iş stajınız 10 ildən az (6 il 2 ay 22 gün (xx.xx.2011-xx.xx.2017-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Bundan başqa “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən sizin fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı həmin tarixədək əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermirdi. Belə ki, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 55 yaşınızın tamam olduğu xx.xx.2020-ci il tarixinə sizə münasibətdə 44400,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 29656,99 manat təşkil edirdi. Əlavə olaraq bildiririk ki, sözügedən Qanunun hazırda qüvvədə olan 9.1-ci maddəsinə əsasən qadınlara münasibətdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş həddinə (hazırda 58 yaş) çatdıqdan sonra sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması məsələsinə baxıla bilər. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. İşdə olan Azərbaycan Respublikası Lənkəran Tibb Kollecinin xx.xx.2023-cü il tarixli, 47 nömrəli arayışında və xx.xx.2023-cü il tarixli, 247 nömrəli arayışında qeyd edilmişdir ki, X5 həqiqətən xx.xx.1984-cü il tarixində 73 saylı əmr ilə Lənkəran Tibb Məktəbinin Tibb bacısı ixtisasına daxil olmuş və xx.xx.1986-cı ildə 58 saylı əmrlə həmin ixtisası əyani bitirmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin xx.xx.2023-cü il tarixli, 04-01/08-168 nömrəli arayışında qeyd edilmişdir ki, xx.xx.1965-ci ildə anadan olmuş İddiaçı (r/k 2056040) ondan ötrü ki, o həqiqətən xx.xx.2011-ci il tarixindən Respublika QİÇS-lə X8 regional laboratoriyasına feldşerlaborant vəzifəsinə işə qəbul olunmuşdur (xx.xx.2011-ci il tarixli 59 №-li əmr). Hal-hazırda Respublika QİÇS-lə X8 regional laboratoriyasında feldşer-laborant vəzifəsində işləyir. İddiaçı sənədində qeyd olunan iş yerləri, vəzifə, peşə və yaşı (1965-ci il təvəllüdlü), onun daim iş yerində İİV-li xəstələrlə təmasda olmasını nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli “Güzəştli şərtlərlə, yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin siyahısı’nın təsdiq edilməsi barədə “12 saylı Qərarına qoşulmuş siyahının 19 saylı “Səhiyyə və sosial təşkilat idarələri” maddəsinin “a” bəndi üzrə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaradır. Əlavə olaraq bildiririk ki, QİÇS-lə X13 imunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə aparan tibb müəssisəsidir. İİV-infeksiya xəstəliyi Nazirlər Kabinetinin 30 iyun 2011-ci il tarixli 105 saylı Qərarı ilə Təhlükəli yoluxucu xəstəliklər siyahısına daxil edilmişdir. Eyni zamanda İİV infeksiyasının sonuncu QİÇS (Qazanılmış imunçatışmazlığı sindromu) mərhələsi Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 5 saylı qərarı ilə “İctimai təhlükəli xəstəliklər Siyahısı” na daxil edilmişdir. İddiaçı tibb sahəsində İİV infeksiya üzrə stajı - 11 il 9 ay. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Gigiyena və Epidemiologiya Mərkəzi”-nin xx.xx.2023-cü il tarixli, 50 nömrəli arayışında qeyd edilmişdir ki, xxxxxxx FİN kodu olan, xx.xx.1965-ci ildə anadan olmuş İddiaçı (Narmira) Məmmədağa qızı həqiqətən xx.xx.1986-cı il tarixdə 91 №-li əmr ilə X3 Parazitologiya bölməsində viruslu infeksiya ilə əlaqədar olaraq dezinfektor vəzifəsinə təyin edilmiş, xx.xx.1988-ci il tarixdə 50 №-li əmrin §7 əsasən Parazitologiya bölməsində hemoskonist vəzifəsinə keçirilmiş, xx.xx.1990-cı il tarixli Əmr N26 §4 əsasən yeni təşkil edilmiş SPİD laboratoriyasına laborant vəzifəsinə keçirilmişdir. Əlavə olaraq bildirik ki, Lənkəran şəhər Gigiyena və X6 Nazirliyinin tabeçiliyində fəliyyət göstərən tibb müəssisəsidir. Eyni zamanda yoluxucu xəstəliklərin mübarizəsi və profilaktikası ilə məşğul olur. Nazirlər Kabinetinin 30 iyun 2011ci il tarixli 105 saylı qərarı ilə təhlükəli yoluxucu xəstəliklər siyahısına daxil edilmişdir. Qərara əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli “Güzəştli şərtlərlə, yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin siyahısı”nın təsdiq edilməsi barədə “12 saylı Qərarına qoşulmuş siyahının 19 saylı” Səhiyyə və sosial təşkilat idarələri” maddəsinin “a” bəndi üzrə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaradır. xx.xx.2011-cı il Əmr № 10, §2-ə əsasən Regional İİV diaqnostik laboratoriyasının laborantı Respublika Səhiyyə Nazirliyinin xx.xx.2011-ci il tarixli, 29 №-li əmrinə əsasən Respublika QİÇS-lə Mübarizə Mərkəzinin tərkibinə keçməsi ilə əlaqədar xx.xx.2011-ci il tarixdən azad edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Gigiyena və Epidemiologiya Mərkəzi”-nin xx.xx.2023-cü il tarixli, 241 nömrəli arayışında qeyd edilmişdir ki, xxxxxxx FİN kodu olan, xx.xx.1965-ci ildə anadan olmuş İddiaçı (Narmira) Məmmədağa qızı həqiqətən xx.xx.1986-cı il tarixdə 91 №-li əmr ilə X3 Parazitologiya bölməsində viruslu infeksiya ilə əlaqədar olaraq dezinfektor vəzifəsinə təyin edilmiş, xx.xx.1988-ci il tarixdə 50 №-li əmrin §7 əsasən Parazitologiya bölməsində hemoskonist vəzifəsinə keçirilmiş, xx.xx.1990-cı il tarixli Əmr N26 §4 əsasən yeni təşkil edilmiş SPİD laboratoriyasına laborant vəzifəsinə keçirilmişdir. Əlavə olaraq bildirik ki, Lənkəran şəhər Gigiyena və X6 Nazirliyinin tabeçiliyində fəliyyət göstərən tibb müəssisəsidir. Eyni zamanda yoluxucu xəstəliklərin mübarizəsi və profilaktikası ilə məşğul olur. Nazirlər Kabinetinin 30 iyun 2011ci il tarixli 105 saylı qərarı ilə təhlükəli yoluxucu xəstəliklər siyahısına daxil edilmişdir. Qərara əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli “Güzəştli şərtlərlə, yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin siyahısı”nın təsdiq edilməsi barədə “12 saylı Qərarına qoşulmuş siyahının 19 saylı” Səhiyyə və sosial təşkilat idarələri” maddəsinin “a” bəndi üzrə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaradır. xx.xx.2011-cı il Əmr № 10, §2-ə əsasən Regional İİV diaqnostik laboratoriyasının laborantı Respublika Səhiyyə Nazirliyinin xx.xx.2011-ci il tarixli, 29 №-li əmrinə əsasən Respublika QİÇS-lə Mübarizə Mərkəzinin tərkibinə keçməsi ilə əlaqədar xx.xx.2011-ci il tarixdən azad edilmişdir. İşdə olan X11 Filialının xx.xx.2023-cü il tarixli, 3-48-DA-7F/1-83-1/2023 nömrəli arayışından görünür ki, X1 rayon Lənkəran Sovzoz-texnikumunun 16 may 1983-cü il tarixli, 63 nömrəli əmrilə §3, sovxoza fəhlə qəbul edilmişdir. Lənkəran rayon Lənkəran Sovzoz-texnikumunun 26 avqust 1983-cü il tarixli, 101 nömrəli əmri ilə X5 xx.xx.1983-cü il tarixdən mövsümi fəhləlikdən daimi fəhləliyə köçürülmüşdür. Lənkəran rayon Lənkəran Sovzoz-texnikumunun xx.xx.1984-cü il tarixli, 112 №-li əmrilə X5 məktəbə daxil olması ilə əlaqədar olaraq xx.xx.1984-cü il tarixdən işdən azad edilmişdir. 1983-1984-cü illərdə əmək haqqı almışdır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 04-01/08-369 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı, güzəştli şərtlərlə, yaşa görə pensiya təminatı ilə bağlı, iddiasının araşdırılması məqsədilə sorğu məktubunuza Respublika QİÇS-lə Mübarizə Mərkəzində baxılmışdır. Bildiririk ki, iddiaçının fəaliyyət göstərdiyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi: Səhiyyə Nazirliyinin xx.xx.2012-ci il tarixli, 65 saylı əmrilə təsdiq edilmiş 1 saylı əlavəsi (Respublika QİÇS-lə Mübarizə Mərkəzi haqqında Əsasnamə) üzrə “Mərkəz” - İnsanın immunçatışmazlığı virusunun (İİV) törətdiyi infeksiya - İİV infeksiya ilə bağlı, təşkilatımetodiki, konsultativ-diaqnostik və müalicə-profilaktik işləri aparan, İİV-infeksiyasına nəzarət, onunla mübarizədə əksepidemik tədbirləri həyata keçirən xüsusi tipli müalicəprofilaktika müəssisəsidir. Azərbaycan Respublikasının 11 may 2010-cu il tarixli, “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” 1001-İİİQ nömrəli Qanununun: 2.1. 26.4 bəndi üzrə “İİV-lə yaşayan şəxslərə tibbi psixoloji sosial yardım göstərən şəxslərə qanunvericiliyə uyğun olaraq, vəzifə maaşına əlavələr müəyyən edilir, həmin şəxslərə əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 2 nömrəli qərarının 2.2.3.1 bəndi üzrə “QİÇS və ya İİV-lə əlaqəli əmək şəraitinə görə səhiyyə işçilərinə hər ay vəzifə (tarif) maaşının 60% faizi miqdarında əlavə haqq ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli, 92 nömrəli qərarı ilə təsdiq edilən “Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin siyahısının XXXVİİ - Səhiyyə bölməsinin, 13-cü bəndi üzrə, kiçik tibbi və xidmətedici heyyət üçün 6 iş günü əlavə məzuniyyət nəzərdə tutulur. Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının XXİV - “Səhiyyə və sosial təminat idarələri” bölməsinin 2260000a kodu ilə işarələnən a)vərəm və infeksion idarələrində, bölmələrində, kabinetlərində, orta tibb heyəti qeyd olunmuşdur. Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilən “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 19-cu - “Tibb və sosial təminat müəssisələri” bölməsinin a) vərəm və infeksion müəssisələrində, bölmələrində, kabinetlərində onların göstəricisi tərkibində “kiçik tibb heyyəti” qeyd edilmişdir. Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş “işçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatların peşə və vəzifələrin siyahısı”nın XXXİİ - Səhiyyə bölməsinin 13-cü bəndi üzrə, insanın immunçatışmazlığı xəstəliyi ilə mübarizə aparan müəssisə, şöbə və laboratoriyaların bütün işçiləri üçün iş həftəsi ərzində iş vaxtının cəmi 33 saat təyin edilmişdir. Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 5 saylı qərarı ilə, Qazanılmış immunçatışmazlığ sindromu (QİÇS) ictmai təhlükəli xəstəliklər siyahısına daxil olunmuşdur. Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 105 saylı qərarı ilə, İİV- infeksiya xəstəliyi, təhlükəli yoluxucu xəstəliklər siyahısına daxil edilmişdir. Beləliklə də, sorğuya cavab olaraq bildiririk ki, yuxarıda qeyd olunan qanunvericilik və digər normativ sənədlər üzrə, İİV-infeksiya xəstəliyi ilə mübarizə aparan tibbi müəssisə əməkdaşları, qısaldılmış iş həftəsi zərərli əmək şəraitinə görə, əmək haqqına əlavə ödəmə və əlavə məzuniyyət hüquqlarına malikdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-189653/2023 nömrəli etirazında qeyd edilmişdir ki, icraatınızda İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı"güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 52 yaşının tamam olduğu 2017-ci il tarixdən təyin edilməsi’’ tələbinə dair 2- 1(120)-2889/2023 nömrəli inzibati iş vardır. Aşağıda qeyd olunanlara əsasən hesab edirik ki, icraatınızda olan 2-1(120)-2889/2023 nömrəli iş üzrə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Buna əsasən etirazımızı təqdim edirik. İddiaçı Mərkəzi Filiala müraciət edərək ona 52 yaşdan güzəştli şərtlərlə yasa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin müraciətin müsbət həllinin mümkün olmayacağı yazılı şəkildə bildirilmişdir. Bundan sonra, İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində 52 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər -60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşma çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixinədək qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun hazırda qüvvədə olan 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 ilini çalışmış qadınların həmin Qanunun 7ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaş 6 ayına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialın əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin əmr və sərəncamlarını, X15 qərarlarını, X15 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il 18 noyabr tarixli icmal məktubuna əsasən məcbuetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-omadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzbati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apelyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirilər. Nəticə etibarilə nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqanın şəxsə ünvanladığı imtinada istinad olunan əsaslardan, eləcə də daha sonra məhkəmə icraatının gedişində tərəflərin verdiyi izahatlardan və etirazlardan, həmçinin apellyasiya şikayətinin dəlilərindən asılı olmayaraq, hər bir halda iddiaçının qanunla tələb olunan ümumi və xüsusi iş stajına malik olub-olmaması məhkəmə araşdırmasının predmetini təşkil edir. Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X15 qərarlarını, X15 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 -ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Qeyd edək ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iş yerindən güzəştli iş stajı barədə arayış təqdim edilməlidir. Arayış iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyi təqdirdə, məhkəmə İPM-nin 12.1 -ci maddəsinə əsasən öz təşəbbüsü ilə arayışı tələb etməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-ci bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu təsdiqləməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Bildiririk ki, İddiaçı 6 iyun 2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa-görə əmək pensiyası təyin edilmiş və pensiya hüququnun yarandığı 21 may 2023-cü il tarixindən hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın tibb və sosial təminat müəssisələri bölməsinin (19) bilavasitə xəstələrə xidmət edən işçilər bəndində vərəm və infeksion müəssisələrində, bölmələrində kabinetlərində yarımbəndinə (a) orta tibb heyəti və kiçik tibb heyəti nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən “Lənkəran Gigenya və Epidemiologiya Mərkəzi”nin xx.xx.2023-cü il tarixli 50 nömrəli arayışında İddiaçı xx.xx.1986-xx.xx.1988-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə X2 Parazitologiya bölməsində viruslu infeksiya ilə əlaqədar dezinfektor, xx.xx.1988-xx.xx.1990-cı il tarixləri arasındakı dövr ərzində hemoskonist və xx.xx.1990-xx.xx.2011-ci il tarixləri arasındakı dövr ərzində SPİD laboratoriyasında laborant vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi İddiaçı işlədiyi sahə və vəzifələr yuxarıda qeyd olunan sahə və vəzifələrə aid deyil. Əlavə olaraq bildirik ki,onun xx.xx.2011-xx.xx.2017-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi QİÇS-lə X8 Regional laboratoriyası bilavasitə xəstələrə xidmət sahəsinə aid deyil. Bu səbəbdən də İddiaçı 52 yaşının tamamlandığı xx.xx.2017-ci il tarixədək həmçinin, 01.01,2006-cı il tarixədək güzəştli iş stajı yoxdur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı həmin tarixədək əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməmişdir. Belə ki, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq İddiaçı 55 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixə münasibətdə 44400,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 29656,99 manat təşkil etmişdir. Beləliklə, İddiaçı 52 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb edilən şərtlərdən biri olan xx.xx.2006-cı il tarixədək tələb olunan güzəştli iş stajının tamam olması müddəası ödənilmir. Göründüyü kimi iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi üçün tələb olunan şərtlər ödənilmədiyindən həmin tarixdən ona güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi mümkün olmamışdır. Yuxarıda sadalananları nəzərə alaraq sizdən icraatınızda olan 2-1 (120)-2889/2023 nömrəli inzibati iş üzrə İddiaçı “52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edəsiniz. İşdə olan Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-204951/23 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 14 avqust 2023-cü il tarixində daxil olmuş 2-1(120)-2889/2023 nömrəli sorğunuza aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, İddiaçı Mərkəzi Filial tərəfindən xx.xx.2023-cü il tarixində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərə əsasən onun ümumi iş stajı (38 il 28 gün (xx.xx.2006-cı il tarixinədək 20 il 7 ay 28 gün əmək stajı xx.xx.1983-xx.xx.1984-cü il , xx.xx.1986-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), xx.xx.2006-cı il tarixindən sonra 17 il 5 ay sığorta stajı), güzəştli iş stajı isə (11 il 11 ay 23 gün (xx.xx.2011-xx.xx.2023- cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa, İddiaçı xx.xx.2023-cü il tarixinə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı cəmi 41463,09 manat təşkil edir. Əlavə olaraq, adıçəkilən şəxsin Mərkəzi Filiala müraciətinə dair inzibati icraat materiallarının təsdiq edilmiş surətlərini sizə təqdim edirik. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1965-ci ildir, xx.xx.1986-cı il tarixdə 91 №-li əmr ilə X3 Parazitologiya bölməsində viruslu infeksiya ilə əlaqədar olaraq dezinfektor vəzifəsinə təyin edilmiş, xx.xx.1988-ci il tarixdə 50 №-li əmrin §7 əsasən Parazitologiya bölməsində hemoskonist vəzifəsinə keçirilmiş, xx.xx.1990-cı il tarixli Əmr № 26 §4 əsasən yeni təşkil edilmiş SPİD laboratoriyasına laborant vəzifəsinə keçirilmişdir. xx.xx.2011-cı il Əmr № 10, §2-ə əsasən Regional İİV diaqnostik laboratoriyasının laborantı Respublika Səhiyyə Nazirliyinin xx.xx.2011-ci il tarixli, 29 №-li əmrinə əsasən Respublika QİÇS-lə Mübarizə Mərkəzinin tərkibinə keçməsi ilə əlaqədar xx.xx.2011-ci il tarixdən işdən azad edilmişdir. Göründüyü kimi iddiaçının hüququnun yarandığı xx.xx.2017-ci il tarixə kimi 20 ildən çox ümumi, 10 ildən çox güzəştli iş stajı vardır. Ona görə də iddiaçıya 52 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli, lakin ödənilmələyən əmək pensiyası məbləği müraciət etdiyi tarixdən 3 il əvvələ ödənilməlidir. İşin mübahisələndirilməyən halı odur ki, İddiaçı xx.xx.2017-ci il tarixədək ümumi iş stajı 20 ildən çox təşkil edir. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırki iddiaçıya ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasına əsas verən xüsusi sahələrdə işlədiyi vəzifə müəyyən edilməlidir. Məhkəmə iddiaçının qanunla tələb olunan güzəştli iş stajına malik olması ilə bağlı qeyd edir ki, iddiaçının "yoluxucu (infeksion) xəstəliklər şöbəsində işlədiyi laborant vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın müvafiq olaraq Səhiyyə və sosial təminat idarələri 19-cu bölməsində vərəm və infeksion idarələrində, bölmələrində kabinetləri (a) bəndində orta tibb heyəti və kiçik tibb heyəti adı altında nəzərdə tutulmuşdur. Bundan başqa, məhkəmə qeyd edir ki, iddiaçı ilə birlikdə işləmiş X7 pensiya təyin edilərkən həmin iş illəri güzəştli iş stajı kimi qəbul edilmişdir. Qeyd olunan məsələ ilə bağlı cavabdeh orqana sorğu ilə müraciət edilmişdir. Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3- 17-1/2-206822/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, X7 mərkəzi filial tərəfindən xx.xx.2016-cı il tarixində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə mübahisənin yarandığı zaman qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının qanununun maddi hüquq normalarını nəzərdən keçirməyi məqsədəmüvafiq hesab edir. Belə ki, xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Аzərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq İcra Hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. «Əmək pensiyaları haqqında» Аzərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinin tələbinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə görə yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Yenə həmin Qanunun 37-ci maddəsinin 37.7-ci bəndinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. İşin faktiki hallarından və xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının qanununun yuxarıda qeyd olunan müddəalarından göründüyü kimi iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yarandığı zaman qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının qanunu ilə müəyyən olunmuş yaş həddinə çatmaqla tələb olunan sosial sığorta stajını toplamışdır. Hazırda qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının qanununun müddəalarının iddiaçıya aid edilməsi onun vəziyyətini ağırlaşdırdığından qanunun geriyə qüvvəsi şamil oluna bilməz. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin hazırda qüvvədə olan redaksiyasına əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03/2020 nömrəli 08 oktyabr 2020-ci il tarixli qərardadına əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 23 sentyabr 2021-ci il tarixli qərarında qeyd edilmişdir: “Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, göstərilən nəticəyə gələrkən Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən müddətin ötürülməsinin bəzi hallarda şəxsin iradəsindən asılı olmayaraq baş verə biləcəyinin mümkünlüyü nəzərə alınmamışdır. Odur ki, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər”. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğun olaraq normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı, qanunlar Konstitusiyaya zidd olmamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunur. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunmur. Göründüyü kimi, yalnız fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilə bilər. Bununla yanaşı, qeyd edildiyi kimi qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qaydaların 3.4-cü maddəsinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Həmçinin məhkəmə qeyd edir ki, mübahisənin yarandığı zaman qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. İnzibati icraat haqında Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı hüququnun yarandığı xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli, lakin ödənilməmiş pensiya məbləğinin müraciət etdiyi və müraciətinin rəsmi qeydiyyata alındığı xx.xx.2023-cü il tarixindən 3 il əvvələ ödənilməsi öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı hüququnun yarandığı xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi, ödənilməmiş pensiya məbləğinin müraciət etdiyi və müraciətinin rəsmi qeydiyyata alındığı xx.xx.2023-cü il tarixindən 3 il əvvələ ödənilməsi öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən Şahəli Musayev
Məhkəmə qərarları › İş №2-1(120)-739/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-739/2024
31.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver