Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-74/2021 02.02.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı (Biləsuvar şəhəri, Bakı küçəsi, ev 33-də yaşayış yeri üzrə qeydiyyatda olan), iddiaçının nümayəndəsi və vəkili Vəkil (Biləsuvar rayonu, Aranlı kəndində yaşayış yeri üzrə qeydiyyatda olan), cavabdeh Biləsuvar bələdiyyəsinin nümayəndəsi X5 (Biləsuvar şəhəri, 8 Mart küçəsi, ev 62-də yaşayış yeri üzrə qeydiyyatda olan), üçüncü şəxs X1 (Biləsuvar şəhəri, Bakı küçəsi, ev 33-də yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Biləsuvar bələdiyyəsinə qarşı Biləsuvar bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, 15 saylı qərarının ləğv edilməsi barədə iddia tələbinə dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı cavabdeh Biləsuvar bələdiyyəsinə qarşı Biləsuvar bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, 15 saylı iclasının protokolunun ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(120)-1066/2020 nömrəli qərardadı ilə İmişli Regional Ədliyyə İdarəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinə cavabdeh Biləsuvar bələdiyyəsinə qarşı Biləsuvar bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, 15 saylı qərarının ləğv edilməsi kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(120)-1066/2020 nömrəli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(120)-1066/2020 nömrəli qərardadı ilə X11 və X6 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq üçüncü şəxslər İmişli Regional Ədliyyə İdarəsinin nümayəndəsi və X11 məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə üçüncü şəxslər İmişli Regional Ədliyyə İdarəsinin nümayəndəsinin və X8 iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçı şifahi məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, xx xxxxxx 2006-cı il tarixdə yaşayış evinin tikintisi ilə əlaqədar həyətyanı torpaq sahəsi almaq üçün Biləsuvar bələdiyyəsinə müraciət etmişdir. xx xxxxxx 2006-cı il tarixdə Biləsuvar şəhəri, Bakı küçəsində yerləşən, mülkiyyətinə verilməsi nəzərdə tutulan, şimaldan 15,8 metr, cənubdan 15,8 metr, şərqdən 23,0 metr, qərbdən 23,0 metr olmaqla, ümumi sahəsi 0,037 hektar olan həyəyanı torpaq sahəsinə baxış keçirilmiş və bu barədə bələdiyyənin sədri tərəfindən təsdiq edilmiş akt tərtib edilmişdir. Həmin tarixdə mülkiyyətinə satılacaq və bələdiyyənin sədri tərəfindən təsdiq edilmiş torpaq sahəsinin yerqurluşu planı verilmişdir. Biləsuvar bələdiyyəsinin xx xxxxxx 2006-cı il tarixli qərarına əsasən bələdiyyənin mülkiyyətində olan Bakı küçəsi ərazisində yerləşən 0,037 hektar torpaq sahəsinin mülkiyyətinə verilməsi barədə qərar qəbul edilmişdir. Biləsuvar rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri, baş memar tərəfindən həmin torpaq sahəsi ilə əlaqədar rəy vermişdir. xx xxxxxx 2006-cı il tarixdə ona torpaqların alqı-satqısına dair akt verilmiş və tərəfindən bələdiyyənin kassasına 222 manat pul ödənilmişdir. Həmin həyətyanı torpaq sahəsində yaşayış evi tikmişdir. Qanuni yolla aldığı həyətyanı torpaq sahəsinə və orada tikdiyi yaşayış evinə DƏDRX-dən hüquqi sənədləri ala bilmir və Biləsuvar bələdiyyəsinin qanunazidd əməlləri nəticəsində hüquqlarını reallaşdıra bilmir. Nəticə etibarı ilə konstitsion hüquqları pozulmuşdur. Buna səbəb 13 il keçdikdən sonra qanunsuz olaraq Biləsuvar bələdiyyəsinin xx xxxxxx 2019-cu il tarixli qərarına əsasən Biləsuvar bələdiyyəsinin xx xxxxxx 2006-cı il tarixli, 01 saylı qərarı ləğv edilmiş, 222 manat pulun ona qaytarılması qərara alınmışdır. Bundan məlumatı olan kimi bələdiyyənin qanunazidd hərəkətləri barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə şikayət etmişdir. Həmin şikayət araşdırılması üçün İmişli Regional Ədliyyə İdarəsinə göndərilmişdir. İmişli Regional Ədliyyə İdarəsinin xx.xx.2019-cu il tarixli R-485/3 saylı məktubunda göstərilənlər nəzərə alınmaqla, bələdiyyənin xx.xx.2019-cu il tarixli 08 saylı qərarı (0,037 hektar torpaq sahəsinin oğlu X8 mülkiyyətinə verilməsinə dair qərar) ləğv edilmişdir. Bundan sonra yenidən qanunsuz olaraq xx xxxxxx 2019-cu il tarixdə Biləsuvar bələdiyyəsinin 15 saylı iclasının protokoluna əsasən ona, yəni Biləsuvar şəhər sakini İddiaçı qızma Biləsuvar bələdiyyəsi tərəfindən ayrılmış həyətyanı torpaq sahəsinə verilmiş xx xxxxxx 2006-cı il, 01 saylı qərar ləğv edilmiş, həmin torpaq sahəsi ilə bağlı X8 adına olan xx xxxxxx 2006-cı il tarixli 01 saylı qərar qüvvədə saxlanımışdır. Biləsuvar bələdiyyəsi tərəfindən qəbul edilmiş qanunazidd qərarın ləğv edilməsi ilə bağlı bələdiyyəyə müraciət etmişdir. Bələdiyyə tərəfindən ona xx.xx.2020-ci il tarixli, 496 nömrəli məktub göndərilərək qəbul edilmiş xx.xx.2019-cu il tarixli qərarın qüvvədə saxlanılması bildirilməklə, xahişinə əməl edilməmişdir. Cababdeh təşkilatın bu cavabından sonra məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçı nümayəndəsi və vəkili Vəkil şifahi məhkəmə iclasında iddiaçı ilə eyni məzmunlu izahat verərək, iddianı müdafiə etdiyini bildirdi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Biləsuvar Bələdiyyəsinin nümayəndəsi X9 şifahi məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərdi ki, Biləsuvar bələdiyyəsi mülkiyyətində olan 0,037 ha torpaq sahəsini şəhər sakini X8 istifadəsinə verilməsi barədə xx.xx.2006-ci tarixdə 01 saylı iclasında qərar qəbul etmişdir. Həmən gün Anar Əhmədov ərizə verərək həmin torpaq sahəsinin anası İddiaçı verilməsini xahiş etmişdir. Bələdiyyə bunu nəzərə alaraq həmin torpaq sahəsini İddiaçı alqı-satqı yolu ilə verilməsi barədə xx.xx.2006-ci il tarixli saylı qərar qəbul etmişdir. Hansı ki, bir torpaq sahəsinə eyni gündə iki adamın adına bir qərar verilə bilməzdi. Buda onu göstərir ki, qərar verilərkən ciddi texniki səhvlərə yol verilmişdir. Qeyd olunan məsələ araşdırılarkən məlum olmuşdur ki, İddiaçı adına torpaq sahəsinin verilməsi barədə bələdiyyənin xx.xx.2006-ci il tarixli qərarı vəziyyəti dərindən öyrənmədən qəbul olunmuş səhv qərardır. Buna görə də məsələ araşdırılarkən hüququn analogiyası əsas götürülərək 0,037 ha torpaq sahəsindən istifadə barədə X8 adına verilmiş qərar qüvvədə saxlanılmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxs X6 şifahi məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərdi ki, 2006-cı ildə iddiaçının oğlu X11 ilə faktiki nikah münasibətinə girməklə evlənmişlər. Birgə yaşadıqları illərdə, yəni 2007-ci ildə Asif, 2008-ci ildə Vasif və 2011-ci ildə isə Anarə adlı uşaqları doğulmuşdur. 2006-cı ildə Biləsuvar şəhər, M.Fizuli küçəsində 0,037 hektar həyətyanı torpaq sahəsi olan X7 həmin torpaq sahəsini satmaq istəyirdi. Bunu onlar bildikdən sonra atası X10 Qənbərova ilə danışıb həmin həyəti ona və keçmiş əri Anar Əhmədova almağa razılaşmışdırlar. Bununla bağlı bələdiyyəyə müraciət etmişdirlər. Belə ki, Eyzangül Qənbərovanın çıxarış almağa və həyətin digər sənədlərini almağa maddi imkanı yox idi. Bələdiyyəyə müraciət etdikdən sonra, bələdiyyə Eyzangül Qənbərovanın adına olan 0,037 ha həyətyanı torpaq sahəsini xx xxxxxx 2006-cı il tarixli, 01 saylı iclas protokolu ilə keçmiş əri X8 adına keçirilməsinə dair qərar qəbul etdi. Bundan sonra bələdiyyə keçmiş əri Anar Əhmədovun adına qərar verdi. 2007-ci ildən həmin həyətyanı torpaq sahəsində keçmiş əri Anar Məmmədovla ev tikmişdirlər. 2012-ci ildə üç uşağı və keçmiş əri ilə birlikdə 0,037 hektar həyətyanı torpaq sahəsində yerləşən evinə köçmüşlər və bu gün də orada yaşayır. 2018-ci ilin ortalarından keçmiş əri ilə ailə münasibətləri pozulmuşdur. 2019-cu ilin mart ayında keçmiş əri Anar Əhmədov ona bildirdi ki, həyətyanı torpaq sahəsini anası Lumunun adına keçirmişdir. Bunu bildikdən sonra araşdırma apararaq ona məlum oldu ki, həqiqətən də Anar Əhmədov saxta yolla bələdiyyənin qərarını dəyişdirmişdir. Müxtəlif instansiyalara şikayətlərdən sonra bələdiyyə xx xxxxxx 2019-cu il tarixdə mübahisənin predmeti olan 0,037 hektar həyətyanı torpaq sahəsini keçmiş əri Anar Əhmədovun adına keçirmişdir. Göstərdiyi faktlar şikayəti ilə bağlı Biləsuvar rayon prokurorluğunda araşdırmanın nəticəsi ilə bağlı xx.xx.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda da öz təsdiqini tapmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxs İmişli Regional Ədliyyə İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış iddiya münasibət məktubunda qeyd edilmişdir ki, Biləsuvar şəhər sakini İddiaçı İmişli Regional Ədliyyə İdarəsində qeydə alınmış müraciəti əsasında Biləsuvar bələdiyyəsinin xx xxxxxx 2019-cu il tarixli, 08 nömrəli iclas protokolunda göstərilən bələdiyyə aktlarına inzibati nəzarət icraatı qaydasında baxılarkən müəyyən edilmişdir ki, bələdiyyənin 30.01 2006-cı il tarixli 01 saylı qərarı "ailədə olan münaqişə olması” əsas gətirilməklə bələdiyyənin xx xxxxxx 2019-cu ıl tarixli, 08 saylı qərarı ilə ləğv edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, müraciəti əsasında Biləsuvar bələdiyyəsinin xx xxxxxx 2006-cı il tarixli, 01 saylı iclas protokolunun qərarı ilə X2 mülkiyyətinə şəhərin ünvan 2 saylı ünvanında 0,037 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Həmçinin müəyyən edilmişdir ki, xx.xx.2006-ci ildə sözügedən əraziyə baxış keçirilmiş, bu barədə akt tərtib edilmiş, Biləsuvar RİH-nın Memarlıq və Tikinti şöbəsinin rəyi alınmış, torpaq sahəsinin yerquruluşu planı tərtib edilmiş və eyni zamanda torpaq sahəsinin ayrılması barədə qərar veriləndən sonra torpağın alqı-satqısına dair akt yazılmış rayon torpaq şöbəsinin akt qeydləri kitabında xx.xx.2006-cı il tarixdə 91 nömrə ilə qeydiyyata alınmışdır. Bundan başqa məsələ ilə bağlı Biləsuvar bələdiyyəsi tərəfindən təqdim edilmiş arayışdan görünür ki, bələdiyyənin xx.xx.2006-cı il tarixli 01 saylı qərarı bələdiyyənin xx.xx.2019-cu il tarixli qərarı ilə ləğv edilmiş və mübahisəli torpaq sahəsi keçmiş sahibi X8 istifadəsinə qaytarılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, eyni zamanda bələdiyyənin xx.xx.2006-cı il tarixli, 01 saylı başqa bir iclas qərarı mövcuddur. Həmin qərara görə isə şəhər sakini X4 güzəştli verilmiş 0.037 ha torpaq sahəsi qohumu X8 adına keçirilməlidir. Göründüyü kimi, eyni gündə bələdiyyənin bu cür qanunsuz qərar qəbul etməsi təəssüf doğurur və qanunamüvafiq qaydada ləğv edilməlidir. Beləliklə aparılmış araşdırma və əldə edilmiş sənədlərə əsasən bildirilir ki, ailədə münaqişə olması torpaqayırma qərarının ləğvinə əsas ola bilməz. Odur ki, bələdiyyənin xx.xx.2019-cu il tarixli qərarı qanunamüvafiq qaydada ləğv edilməlidir. İdarə tərəfindən bələdiyyənin xx.xx.2019-cu il tarixli, 08 nömrəli iclas qərarı qanunvericiliyin tələbləri nəzərə alınaraq ləğv edilməsi barədə xx.xx.2019-cu il tarixli, R-485/3 nömrəli məktubla Biləsuvar bələdiyyəsinə təklif göndərilmişdir. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 maddələri). İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş və ona münasibətdə əlverişsiz olan inzibati aktın (qərarın) ləğv edilməsini tələb edir. İPM-in 2.2.1-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İPM-in 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə xx xxxxxx 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Biləsuvar rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti (iddia qaldırmaq səlahiyyəti və iddia müddətinə riayət edilməsi) mövcuddur. Belə ki, iddiaçı subyektiv hüququnun pozulduğunu (və ya pozulması ehtimalını) iddia ərizəsində əsaslandırmışdır (İPM-in 35.1-ci maddəsi). İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan otuz gün müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 73.2-ci maddəsinə görə inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(120)-1066/2020 nömrəli qərardadı ilə buraxılmış prosessual müddət bərpa edilmişdir. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, mübahisələndirilən Biləsuvar bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, 15 saylı qərarı qanunazidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu üçün iddiaçı həmin əlverişsiz inzibati aktın ləğv edilməsini tələb etməkdə haqlıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materialında olan Azərbaycan Respublikası vətəndaşının seriya AZE 01843534 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1950-ci il tarixdə Masallı rayonu, Xoşçobanlı kəndində anadan olub, Biləsuvar şəhəri, Bakı küçəsi, ev 33-də yaşayış yeri üzrə qeydiyyatdadır. İş materialında olan Biləsuvar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 01 saylı qərarının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı mülkiyyətinə Biləsuvar şəhəri, Bakı küçəsində yerləşən 0,037 ha torpaq sahəsi verilmişdir. İş materialında olan Biləsuvar bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, 08 saylı qərarının təsdiq edilmiş surətindən görünür ki, Biləsuvar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 01 saylı qərarı ləğv edilmiş və İddiaçı ödədiyi 222 manat vəsaitin qaytarılması qərara alınmışdır. İş materialında olan Biləsuvar rayon prokurorluğunun cinayət işinin rədd edilməsi haqqında xx.xx.2019-cu il tarixli qərarının təsdiq edilmiş surətindən görünür ki, həyat yoldaşı Anar Əhmədova məxsus həyətyanı torpaq sahəsinin sonuncunun anası İddiaçı ondan xəbərsiz yolla anasının adına keçirilməsi ilə əlaqədar X3 müraciəti əsasında toplanmış 131C-19 saylı material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. İş materialında olan İmişli Regional Ədliyyə İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2019-cu il tarixli, R-485/3 saylı məktubunun surətində qeyd olunmuşdur ki, Biləsuvar bələdiyyəsi sədrinin qanunsuz hərəkətləri ilə bağlı Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzindən daxil olmuş müraciətlərinə bir icraatda birləşdirilib İmişli regional ədliyyə idarəsində baxılmışdır. Müraciətində 30.01,2006-cı il tarixli bələdiyyə qərarı ilə ona ayrılmış torpaq sahəsi ilə bağlı qərarın xx.xx.2019-cu il tarixdə qanunsuz olaraq ləğv edildiyini və s. göstərmişdir. Müraciəti ilə əlaqədar Biləsuvar bələdiyyəsinin xx xxxxxx 2019-cu il tarixli, 08 nömrəli iclas protokolunda göstərilən bələdiyyə aktlarına inzibati nəzarət icraatı qaydasında baxılmışdır. Bələdiyyə aktlarına baxılarkən müəyyən edilmişdir ki, 0,037 ha torpaq sahəsinin mülkiyyətinizə ayrılması ilə bağlı bələdiyyənin 30.01,2006-cı il tarixli, 01 saylı qərarı ailədə münaqişə olması əsas gətirilməklə bələdiyyənin xx xxxxxx 2019-cu il tarixli, 08 saylı qərarı ilə qanunsuz olaraq ləğv edilmişdir. Beləliklə aparılmış araşdırma və əldə edilmiş sənədlərə əsasən həmin qərarın qanuna zidd olduğu üçün ləğv edilməsi ilə əlaqədar İdarə tərəfindən Biləsuvar bələdiyyəsinə təklif göndərilmişdir. İş materialında olan Biləsuvar bələdiyyəsininin X16 Daimi Komissiyasının xx.xx.2019-cu il tarixli, 01 saylı iclas protokolunun təsdiq edilmiş surətindən görünür ki, İddiaçı verilmiş 0,037 ha həyətyanı torpaq sahəsi ailədə olan münaqişəyə görə X8 adında saxlanılmaqla İddiaçı verilmiş qərarın ləğv edilməsi məqsədəuyğun hesab edilmiş və İmişli Regional Ədliyyə İdarəsinin bələdiyyəyə ünvanladığı xx.xx.2019-cu il tarixli, R-485/3 saylı tövsiyə məktubunun bələdiyyənin iclasına çıxarılması qərara alınmışdır. İş materialında olan Biləsuvar bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, 13 nömrəli qərarının təsdiq edilmiş surətindən görünür ki, İmişli Regional Ədliyyə İdarəsinin bələdiyyəyə ünvanladığı xx.xx.2019-cu il tarixli, R-485/3 saylı məktubunda göstərilənlər nəzərə alınaraq bələdiyyənin xx.xx.2019-cu il tarixli, 08 saylı qərarı ləğv edilmişdir. İş materialında olan Biləsuvar bələdiyyəsinin hüquqşünasının Biləsuvar Bələdiyyəsinin xx.xx.2006-ci il tarixli, 01 saylı qərarı ilə əlaqədar yaranmış mübahisənin həlli üçün rəyin təsdiq edilmiş surətindən görünür ki, Biləsuvar bələdiyyəsi mülkiyyətində olan 0,037 ha torpaq sahəsini şəhər sakini X8 istifadəsinə verilməsi barədə xx.xx.2006-ci tarixdə 01 saylı iclasında qərar qəbul etmişdir. Həmin gün Anar Əhmədov ərizə verərək həmin torpaq sahəsinin anası İddiaçı verilməsini xahiş etmişdir. Bələdiyyə bunu nəzərə alaraq həmin torpaq sahəsini İddiaçı alqı-satqı yolu ilə verilməsi barədə xx.xx.2006-ci il tarixli saylı qərar qəbul etmişdir. Hansı ki, bir torpaq sahəsinə eyni gündə iki adamın adına bir qərar verilə bilməzdi. Buda onu göstərir ki, qərar verilərkən ciddi texniki səhvlərə yol verilmişdir. Qeyd olunan məsələ araşdırılarkən məlum olmuşdur ki, İddiaçı adma torpaq sahəsinin verilməsi barədə bələdiyyənin xx.xx.2006-ci il tarixli qərarı vəziyyəti dərindən öyrənmədən qəbul olunmuş səhv qərardır. Buna görədə məsələ araşdırılarkən hüququn analogiyası əsas götürülərək 0,037 ha torpaq sahəsindən istifadə barədə X8 adına verilmiş qərar qüvvədə saxlanılmalıdır. İş materialında olan Biləsuvar bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, 15 saylı qərarının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı həyətyanı torpaq sahəsinin ayrılması barədə Biləsuvar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 01 saylı qərarı ləğv edilmiş, həmin torpaq sahəsi ilə bağlı X8 adına olan xx.xx.2006-cı il tarixli, 01 saylı qərar qüvvədə saxlanılmışdır. Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir (maddə 153). “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır (maddə 2.1). Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, «Bələdiyyə əraziləri və torpaqları haqqında» Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ-hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir (maddə 6.1). Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər (maddə 9.1). Azərbaycan Respublikasının xx xxxx 2002-ci il tarixli,274-İİQ nömrəli qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin : 11-ci bəndinə əsasən bələdiyyə torpaqlarından hər hansı bir hüquqda torpaq sahəsinin ayrılması üçün hüquqi və fiziki şəxslər ərizə ilə müvafiq bələdiyyəyə müraciət edirlər. 15-ci bəndinə əsasən bələdiyyə torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədi ilə müraciətdə göstərilənlərə, ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə baxır, hüquqi və fiziki şəxslərin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə yerində baxış keçirir. 16-cı bəndinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Bələdiyyə imtinanın səbəblərini göstərməklə müraciət etmiş şəxsə əsaslandırılmış cavab verir. Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana və ya məhkəmə qaydasında şikayət verilə bilər. Məhkəmə müəyyən etdi ki, Biləsuvar bələdiyyəsinin xx xxxxxx 2006-cı il tarixli, 01 saylı iclas protokolunun qərarı ilə X2 mülkiyyətinə şəhərin ünvan 2 saylı ünvanında 0,037 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Həmçinin, müəyyən edilmişdir ki, xx.xx.2006-ci ildə sözügedən əraziyə baxış keçirilmiş, bu barədə akt tərtib edilmiş, Biləsuvar RİH-nin Memarlıq və Tikinti şöbəsinin rəyi alınmış, torpaq sahəsinin yerquruluşu planı tərtib edilmiş və eyni zamanda torpaq sahəsinin ayrılması barədə qərar veriləndən sonra torpağın alqı-satqısına dair akt yazılmış rayon torpaq şöbəsinin akt qeydləri kitabında xx.xx.2006-cı il tarixdə 91 nömrə ilə qeydiyyata alınmışdır. Eyni zamanda bələdiyyənin xx.xx.2006-cı il tarixli, 01 saylı başqa bir iclas qərarı mövcuddur. Həmin qərara görə isə şəhər sakini X4 güzəştli verilmiş 0.037 ha torpaq sahəsi qohumu X8 adına keçirilməlidir. Biləsuvar bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, 15 saylı qərarı ilə İddiaçı həyətyanı torpaq sahəsinin ayrılması barədə Biləsuvar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 01 saylı qərarı ləğv edilmiş, həmin torpaq sahəsi ilə bağlı X8 adına olan xx.xx.2006-cı il tarixli, 01 saylı qərar qüvvədə saxlanılmışdır. Məhkəmə ilk öncə qeyd edir ki, Biləsuvar bələdiyyəsindən İddiaçı və X8 onlara torpaq sahəsinin ayrılması ilə bağlı Biləsuvar bələdiyyəsinə müraciət edib-etməməsi barədə məlumat verilməsi, eyni zamanda Biləsuvar bələdiyyəsinin 2006-cı il üzrə (yanvar ayına dair) vətəndaşların müraciət ərizələrinin qeydiyyatı kitabının baxış keçirilməsi üçün məhkəməyə təqdim edilməsi xahiş olunsa da, ancaq həmin dövrə aid qeydiyyat kitabı cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır. Belə ki, iş materiallarında olan Biləsuvar bələdiyyəsinin sədri tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 1019 nömrəli məktubda qeyd olunmuşdur ki, ...”İddiaçı və X8 həyətyanı torpaq sahəsi istəmələri barədə ərizələri, müraciət və ərizələrin qeydiyyat kitabı bələdiyyənin arxiv sənədləri arasında tapılmadı. Daha doğrusu 2011-ci ildə bələdiyyənin yerləşdiyi binanın xəbərdarlıq olunmadan (istirahət günləri) sökülməsi nəticəsində itmişdir.” “İnzibati icraat haqqında” Qanunun 2.0.1-ci maddəsinə əsasən bələdiyyə inzibati orqan hesab edilir və bu baxımdan inzibati orqan kimi cavabdeh iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun və digər qanunların tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq nəticəyə gəlməli idi. Cavabdeh tərəfindən qəbul edilmiş inzibati aktın (xx.xx.2019-cu il tarixli, 15 saylı qərarı) hazırki iş üzrə İddiaçı hüquqlarına və ya qonunla qorunan maraqlarına təsir edə biləcəyi ehtimalını nəzərə alaraq onu inzibati icraata cəlb etməli idi. Belə ki, «İnzibati iсraat haqqında» Qanununun 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Ancaq cavabdeh orqan iddiaçını inzibati icraata cəlb etmədən, eyni zamanda bələdiyyənin xx.xx.2019-cu il tarixli iclasında onun iştirakını təmin etmədən mübahisələndirilən qərarı qəbul etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 24.1-24.4-cü maddələrinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 51-ci maddəsinə əsasən inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Bu Qanunun 51.1-ci maddəsində göstərilən şəxslərə müvafiq məlumatın çatdırılması məqsədilə inzibati orqan müxtəlif rabitə vasitələrindən istifadə edə bilər. Bildiriş inzibati icraatda iştirak edən şəxs tərəfindən göstərilən ünvana göndərilir. Bildiriş işdə iştirak edən şəxsə və ya onun nümayəndəsinə, habelə vətəndaşın onunla birgə yaşayan yaxın qohumlarına verilir. İnzibati icraatla bağlı iclasa vaxtında gəlmək və iş üzrə hazırlaşmaq üçün işdə iştirak edən şəxslərin sərəncamında kifayət qədər vaxt olmalıdır. Həmin Qanunun 62.1-62.3-cü maddələrinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Poçt rabitəsi vasitəsi ilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Məhkəmə qeyd edir ki, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Cavabdeh tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 24.1-24.4-cü maddələrinin tələblərinə uyğun olaraq işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaması mübahisələndirilən qərarın qəbul edilməsi ilə nəticələnmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, olan Biləsuvar bələdiyyəsinin xx.xx.2006cı il tarixli, 01 saylı qərarı (iddiaçıya torpaq sahəsinin ayrılmasına dair) iddiaçıya münasibətdə qanuni əlverişli inzibati aktdır. Həmin əlverişi inzibati akt qanunvericiliyin tələblərinə uyğun əsaslandırılma aparılmadan, ancaq “ailə münaqişəsi” və “texniki səhv” olması əsası ilə cavabdeh tərəfindən 13 ildən sonra, yəni xx.xx.2019-cu il tarixli, 15 saylı qərarla ləğv edilmişdir. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 68.4-cü maddəsinə əsasən qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Eyni zamanda, həmin Qanunun 61.1-ci maddəsinə qeyd olunmuşdur ki, yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borculudurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 22-ci maddəsinə əsasən inzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirtməyə borcludurlar. İşin nəticəsində marağı olan vəzifəli şəxs inzibati icraatda iştirak edə bilməz. Həmin Qanunun 67.1-67.3-cü maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, cavabdeh inzibati orqan qanunvericiliyin tələblərinə riayət etməmiş, qəbul etdiyi xx.xx.2019-cu il tarixli, 15 saylı qərarını əsaslandırmamış və bununla da mübahisələndirilən qərarı qəbul etməklə iddiaçının hüquqlarına müdaxilə etmişdir. Başqa sözlə, xx.xx.2019-cu il tarixli, 15 saylı qərar qanunvericiliyin tələblərinə əməl edilmədən qəbul edilmiş sayılır ki, bu hal da özüözlüyündə həmin qərarın qanunsuz sayılaraq, ləğv olunmasına əsas verir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68 ) İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur (maddə 70.1). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləlilkə, iddia təmin edilməli, Biləsuvar bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, 15 saylı qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81 və 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. Biləsuvar bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, 15 saylı qərarı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(120)-74/2021
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-74/2021
02.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver