Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-74/2022 30.03.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi X2 və iddiaçının mayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 6 saylı Beyləqan Ərazi idarəsinə qarşı “Beyləqan rayonu Gödəklər bələdiyyəsinin 28.07.2006-cı il tarixli, 10 saylı qərarı və 31.08.2006-cı il tarixdə 29 nömrə ilə qeydiyyata alınmış torpaqların alqısatqısına dair akt ilə iddiaçının xüsusi mülkiyyətinə ayrılmış və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon şöbəsi tərəfindən torpaq sahəsinin kadastr planı tərtib edilmiş və X11 kitabında 18.09.2006-cı il tarixdə, 003 nömrə ilə qeydiyyata alınmış 10,0 ha torpaq sahəsi və Beyləqan rayonu Gödəklər bələdiyyəsinin 08.01.2007-ci il tarixli, 01 saylı qərarı və 09.03.2007-ci il tarixdə, 122 nömrə ilə qeydiyyata alınmış torpaqların alqı-satqısına dair akt ilə iddiaçının xüsusi mülkiyyətinə ayrılmış və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon şöbəsi tərəfindən torpaq sahəsinin kadastr planı tərtib edilmiş və X11 kitabında 07.03.2007-ci il tarixdə 66 nömrə ilə qeydiyyata alınmış 5,0 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə Şirvan şəhərində, Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdehin 18.11.2020-ci il tarixli imtinasının qanunsuz hesab olunaraq ləğv edilməsi, Beyləqan rayonu Gödəklər bələdiyyəsinin 28.07.2006-cı il tarixli, 10 saylı qərarı və 31.08.2006-cı il tarixdə 29 nömrə ilə qeydiyyata alınmış torpaqların alqı-satqısına dair akt ilə iddiaçının xüsusi mülkiyyətinə ayrılmış və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon şöbəsi tərəfindən torpaq sahəsinin kadastr planı tərtib edilmiş və X11 kitabında 18.09.2006-cı il tarixdə, 003 nömrə ilə qeydiyyata alınmış 10,0 ha torpaq sahəsi və Beyləqan rayonu Gödəklər bələdiyyəsinin 08.01.2007-ci il tarixli, 01 saylı qərarı və 09.03.2007-ci il tarixdə, 122 nömrə ilə qeydiyyata alınmış torpaqların alqı-satqısına dair akt ilə iddiaçının xüsusi mülkiyyətinə ayrılmış və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon şöbəsi tərəfindən torpaq sahəsinin kadastr planı tərtib edilmiş və X11 kitabında 07.03.2007-ci il tarixdə 66 nömrə ilə qeydiyyata alınmış 5,0 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. İddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2-1(120)-574/2022 saylı qərardadı ilə Beyləqan rayonu Gödəklər bələdiyyəsi üçüncü şəxs qismində (adi cəlbetmə qaydasında) inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının iddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun müvafiq torpaq sahəsi üzərində hüquqlarının yaranmasına əsas Gödəklər bələdiyyəsi tərəfindən verilmiş 28.07.2006-cı il tarixli 10 saylı və 08.01.2007-ci il tarixli 01 saylı qərarlar və 31.08.2006-cı il tarixdə 29 nömrə ilə və 09.03.2007-ci il tarixdə 122 nömrə ilə qeydiyyata alınmış Torpaqların Alqı-Satqısına dair Aktlar və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon şöbəsinin müvafiq yerquruluşu planı, arayışları və rəyləri olmuş, həmin sənədlər əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon şöbəsi tərəfindən cavabdeh İddiaçı adına müvafiq torpaq sahələrinə dair Torpaq sahəsinin Kadastr Planları tərtib edilmiş və X11 kitabında müvafiq olaraq 18.09.2006-cı il tarixdə 003 nömrə ilə və 07.03.2007-ci il tarixdə 66 nömrə ilə qeydiyyata alınmışdır. Beləliklə, müvafiq torpaq sahələri Beyləqan rayonu Gödəklər bələdiyyəsi tərəfindən İddiaçı müvafiq qərarlar ilə satılmış, satışa icazə verildikdən sonra İddiaçı torpaq sahəsinin dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirmiş və bundan sonra torpaqların alqısatqısına dair akt tərtib edilmiş, X13 və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon şöbəsinin müdiri, Gödəklər bələdiyyəsinin sədri və torpaq sahəsini alan İddiaçı tərəfindən imzalanmış, daha sonra Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon şöbəsinin müdiri tərəfindən möhürlə təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş və 08 iyul 2014-cü ilədək qüvvədə olmuş "Torpaqların alqı-satqısı" qaydalarına əsasən rayon, şəhər bələdiyyə orqanı 5 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Akt müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. Bundan əlavə sözügedən torpaq sahəsinə dair həmin sahənin koordinatlarını müəyyən edən yerləşmə sxemi mövcuddur, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon şöbəsinin rəyi ilə həmin torpaq sahəsinin Gödəklər bələdiyyəsinin hüdudları daxilində yerləşməsi və bələdiyyələrin ehtiyat fondunun alqı-satqı predmeti olması, satılmasının mövcud qanunvericiliyin tələblərinə uyğun olması müəyyən olunur, həmçinin tərəflər arasında olan alqı-satqı müqaviləsinə və Gödəklər bələdiyyəsinin təqdim etdiyi xəritəyə əsasən həmin torpaq sahəsi Bələdiyyənin şoran-əkin ehtiyat fonduna aiddir. Azərbaycan Respublikasının 25.06.1999-cu il tarixli 695-İQ saylı Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində hüquqlarının yaranma əsasları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollardır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 8-ci maddəsinə əsasən bələdiyyələr öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi və s. səlahiyyətləri həyata keçirirlər. Qanunun tələbindən göründüyü kimi, bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verə bilər. Hazırkı işdə iddiaçıya satılmış torpağın satılan zaman Gödəklər bələdiyyəsinin mülkiyyətində olması müəyyən edilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci mədəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Tərəflər arasında münasibətlər yaranan zaman qüvvədə olmuş “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 09 avqust 2001-ci il tarixli Fərmanına əsasən həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutlmuş “müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətlərı (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşması qaydaları haqqında” Əsasnamənin 17-18-ci maddələrinə əsasən bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planını (cizgisini) hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin və ərizəçinin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. Həmin Əsasnamənin 22-ci bəndinə əsasən bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə (torpaq sahəsi mülkiyyətə verildiyi halda dəyəri ödənildikdən sonra) qərar qəbul edir. Tərəflər arasında münasibətlər yaranan zaman qüvvədə olmuş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşması qaydaları haqqında” Əsasnaməninin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 06 may 2002-ci il tarixli 696 saylı Fərmanına əsasən həmin Əsasnamənin 17-ci, 18-ci, 19-cu, 21ci, 22-ci bəndlərində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları həyata keçirirlər. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə (Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar) əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktların daşınmaz əmlak üzərində hüquqların qeydə alınmasına əsas olduğu qeyd edilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 4-cu maddəsinə (Əvvəllər yaranmış hüquqların tanınması) əsasən: 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Məlumat üçün onu da bildirir ki, həmin dövrdə Gödəklər bələdiyyəsi tərəfindən vahid ərazidə İddiaçı müvafiq olaraq 9, 10 və 5 ha olmaqla, cəmi 24 ha torpaq sahəsi satılmış, həmin torpaq sahələrindən birinə, yəni 23.03.2006-cı il tarixli 03 saylı qərarla satılmış 9 ha torpaq sahəsinə elə o vaxt, yəni 2006-cı ildə mülkiyyət sənədi verilmiş, mülkiyyət hüququ Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon şöbəsi tərəfindən cavabdeh İddiaçı adına 28.04.2006-cı il tarixdə 209 nömrə ilə qeydiyyata alınmış, 01 saylı JN seriyalı, 0209 (Kod ********) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmiş, digər iki sahəyə isə obyektiv səbəblərdən mülkiyyət sənədi əldə edilməmiş, belə ki, bu, mülkiyyətçinin hüququdur. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdeh İddiaçı müvafiq torpaq sahələri üzərində mülkiyyət, o cümlədən sahiblik və istifadə və digər hüquqları yaranmış, həmin torpaq sahələrinin üzərində isə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa belə, həmin torpaq sahələri üzərində iddiaçının gözlənilən mülkiyyət hüququ vardır. İddiaçı sözügedən torpaq sahəsini qanunvericiliklə müəyyən edilmiş qaydada almışdır, həmin torpaq sahəsinə sahiblik etmək və ondan istifadə etmək hüququna malikdir, hazırda da faktiki olaraq qanuni sahib kimi istifadə edir. Həmin torpaq sahəsi alındıqdan sonra həmin sahəyə, banklardan kredit götürülərək külli miqdarda (yarım milyon manata yaxın) vəsait qoyulmuş, bununla da sahə əkinə yararlı vəziyyətə gətirilmiş, sahədə 12.500 ədəd müxtəlif növ meyvə tingləri alınaraq əkilmiş, həmçinin 5.000 ədəd nar kolu alınaraq əkilmiş, yəni meyvə bağları salınmış, həmin meyvə ağacları artıq bar verməyə başlamışdır. "İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 1 saylı protokolunun "Mülkiyyətin müdafiəsi" adlı 1-ci maddəsində deyilir: "Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. X10 Məhkəməsinin “Akimova Azərbaycana qarşı" 27 sentyabr 2007-ci il tarixli qərarında göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki mülkiyyət anlayışı müstəqil mənaya malikdir, o, təkcə fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmır və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlak təşkil edən bəzi digər hüquqlar və maraqlar da mülkiyyət hüququ sayıla və bu maddənin məqsədləri üçün "mülkiyyət" kimi qəbul edilə bilər. Yuxarıda qeyd edilənlərdən görünür ki, hazırkı iş üzrə iddiaçıya satılan torpaq sahəsinin ayrılması qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilmişdir. Beləliklə, iddiaçı tərəfindən torpaq sahəsinin sənədlərinin əsli təqdim edilməklə, ƏMDX Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət edilərək, həmin torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması xahiş edilmiş, lakin 6 saylı Beyləqan Ərazi İdarəsinin 18.11.2020-ci il tarixli məktubu ilə bundan imtina edilmişdir. Həmin imtina onunla əsaslandırılmışdır ki, elektron məlumat bazasında həmin torpaq sahələri bələdiyyənin ehtiyat fondu kimi göstərilmiş, Torpaq Məcəlləsinin 56-cı maddəsinə əsasən Bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız kənd təsərrüfatı istehsalı üçün icarəyə verilə bilər. Həmin imtinanı qanunsuz və əsassız hesab edirik. Əvvəla ona görə ki, həmin imtina məktubunda cavabdeh tərəfindən Torpaq Məcəlləsinin 56-cı maddəsi təhrif edilmişdir. Belə ki, Torpaq Məcəlləsinin 56-ci maddəsinə (Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi əsasları) əsasən: 1. Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. 2. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. 3. Bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız kənd təsərrüfatı istehsalı üçün icarəyə verilə bilər. Sözügedən torpaq sahəsinin torpaqayırma sənədlərindən də göründüyü kimi, həmin torpaq sahələri bələdiyyənin ehtiyat fonduna aid olmaqla, satılan zaman əkinə, yəni kənd təsərrüfatına yararsız (şoran) vəziyyətdə olmuşdur. Torpaq Məcəlləsinin 56-cı maddəsinin 2-ci bəndinin mənasından göründüyü kimi, bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər və bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Cavabdehin imtinasında istinad etdiyi norma isə Torpaq Məcəlləsinin 56-cı maddəsinin 3-cü bəndinin dispozisiyasıdır və bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqlarına şamil olunur, yəni hazırkı mübahisəyə heç bir aidiyyəti yoxdur. Digər tərəfdən, imtinanın ikinci hissəsi ilə bağlı bildiririk ki, «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində kənd sakinləri ilə mülkiyyətçi (icarəçi, istifadəçi) arasında ciddi mübahisə olması əsası ilə həmin əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtinanı nəzərdə tutan (müəyyən edən) norma yoxdur. Əvvəla qeyd edir ki, kənd sakinləri ilə 14 il ərzində heç bir məhkəmə mübahisəsi olmamışdır. Məlumat üçün bildir ki, belə bir məhkəmə mübahisəsi Gödəklər bələdiyyəsi tərəfindən bu il qaldırılmış, bunun səbəbi isə Gödəklər bələdiyyəsində ilkin torpaq ayırma sənədlərinin olmaması, bu səbəbdən sakinlərdən birinin müraciətinə cavab verə bilməməsi olmuşdur. İşə Beyləqan rayon Məhkəməsində baxılarkən tərəfimizdən həmin sənədlər təqdim edildi, bundan sonra tərəflər arasında mübahisə qalmadı və nəticədə Beyləqan rayon Məhkəməsinin 07.07.2020-ci il tarixli 2(020)-741/2020 saylı qətnaməsi ilə iddia rədd edilmiş, həmin qətnamə 08.08.2020-ci il tarixdə qüvvəyə minmişdir. Beləliklə, yuxarıda qeyd edilənlərdən göründüyü kimi, cavabdehin imtinası qanunsuzdur. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması barədə qərar çıxarılması məhkəmədən xahiş olunmuşdur. İddiaçı nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi idarəsinə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh iddia ərizəsinə heç bir münasibət bildirməmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi idarəsinə və üçüncü şəxs Beyləqan rayonu Gödəklər bələdiyyəsinə məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq nümayəndələri məhkəmə iclаsınа gəlməmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi idarəsinin və üçüncü şəxs Beyləqan rayonu Gödəklər bələdiyyəsinin nümayəndələrinin iştirаkı оlmаdаn bахılmаsını mümkün hеsаb еdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Beyləqan rayonu Gödəklər bələdiyyəsinin 28.07.2006-cı il tarixli, 10 saylı qərarının surətindən görünür ki, 10 hektar yararsız torpaq sahəsinin İddiaçı mülkiyyətinə satılması qərara alınmışdır. İş materiallarında olan torpaqların alqı-satqısına dair aktın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Beyləqan rayonu Bünyadlı kənd sakini İddiaçı tərəfindən Beyləqan rayonu Gödəklər bələdiyyəsinə 08 iyul 2006-cı il tarixdə torpaq sahəsi almaq barədə müraciət etmişdir. Ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və Beyləqan rayonu Gödəklər bələdiyyəsi ərazisində 10,0 ha torpaq sahəsinin satılması barədə 28.07.2006-cı il tarixli, 10 nömrəli qərar qəbul edilmişdir. İş materiallarında olan 18.09.2006-cı il tarixli, **********2000001 nömrəli torpaq sahəsinin kadastr planından görünür ki, Beyləqan rayonu Gödəklər bələdiyyəsinin 28.07.2006-cı il tarixli, 10 saylı qərarı ilə İddiaçı xüsusi mülkiyyətinə ayrılmış 100.000 kv.m torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon şöbəsi tərəfindən **********2000001 nömrəli kadastr planı tərtib edilmiş və X11 kitabında 18.09.2006-cı il tarixdə, 003 nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Beyləqan rayonu Gödəklər bələdiyyəsinin 08.01.2007-ci il tarixli, 01 saylı qərarının surətindən görünür ki, 5 hektar torpaq sahəsinin İddiaçı mülkiyyətinə satılması qərara alınmışdır. İş materiallarında olan torpaqların alqı-satqısına dair aktın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Beyləqan rayonu Bünyadlı kənd sakini İddiaçı tərəfindən Beyləqan rayonu Gödəklər bələdiyyəsinə 24 dekabr 2006-cı il tarixdə torpaq sahəsi almaq barədə müraciət etmişdir. Ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və Beyləqan rayonu Gödəklər bələdiyyəsi ərazisində 5,0 ha torpaq sahəsinin satılması barədə 08.01.2007-ci il tarixli, 01 nömrəli qərar qəbul edilmişdir. İş materiallarında olan 07.03.2007-ci il tarixli, **********2000002 nömrəli torpaq sahəsinin kadastr planından görünür ki, Beyləqan rayonu Gödəklər bələdiyyəsinin 09.03.2007-ci il tarixli, 140 saylı qərarı ilə İddiaçı xüsusi mülkiyyətinə ayrılmış 50.000 kv.m torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon şöbəsi tərəfindən **********2000002 nömrəli kadastr planı tərtib edilmiş və X11 kitabında 07.03.2007-ci il tarixdə, 66 nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan torpağa mülkiyyət hüququna dair JN-0209 (kod ********) nömrəli dövlət aktının surətindən görünür ki, Beyləqan rayonu Gödəklər bələdiyyəsinin 23.03.2006-cl il tarixli, 03 nömrəli qərarı ilə İddiaçı satılmış 9 ha torpaq sahəsi ilə bağlı dövlət aktı tərtib edilmiş və dövlət aktı qeydiyyat kitabında 28.04.2006-cı il tarixdə 209 nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Beyləqan rayon Məhkəməsinin 07.07.2020-ci il tarixli, 2(020)-741/2020 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı Beyləqan rayonu Gödəklər bələdiyyəsinin cavabdehlər İddiaçı, X1, X4 və X6 qarşı torpağa mülkiyyət hüququna dair JN209 (kod ********) nömrəli 28.04.2006-cı il tarixli dövlət aktının ləğv edilməsi və cavabdehlərin Beyləqan rayonu Gödəklər bələdiyyəsinə məxsus 24 ha torpaq sahəsindən məcburi çıxarılmaları, qanunsuz tikililərin onların hesabına sökülməsi və torpağın bələdiyyəyə qaytarılması tələbinə dair iddiası əsassız olduğundan rədd edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi idarəsi tərəfindən iddiaçıya ünvanlanmış 18.11.2020-ci il tarixli, **********24 nömrəli məktubunda qeyd olunmuşdur ki, ləğv edilmiş DT və XK-nin Beyləqan rayon şöbəsi tərəfindən tərtib edilmiş X11 kitabında 07 mart 2007-ci il tarixində 66 nömrə ilə uçota alınmış və 18 sentyabr 2006-cı il tarixli, 003 nömrə ilə uçota alınmış “Torpaq sahəsinin kadastr planında torpaq sahələrinin sahibkarlıq məqsədi üçün ayrılması göstərilsə də, faktiki vəziyyətdə kənd təsərrüfatı əkin kimi istifadə edilməsi müəyyən edilmişdir. Ərazi idarəsinin elektron məlumat bazasında isə həmin torpaq sahələri bələdiyyənin ehtiyyat fondu torpaqları kimi (BEF) göstərilmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 56-cı maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız kənd təsərrüfatı məhsullarının istehsalı üçün icarəyə verilə bilər. Odur ki, yuxarıda qeyd edilənləri və sözügedən torpaq sahələri üzərində kənd sakinləri ilə iddiaçı arasında ciddi mübahisə olduğunu nəzərə alaraq 5,0 ha və 10,0 ha torpaq sahələri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə müraciətinin icrası mümkün olmamışdır. İş materiallarında olan Beyləqan rayon Məhkəməsinin 08.02.2021-ci il tarixli, 2(020)-741/2020 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçı Beyləqan rayonu Gödəklər bələdiyyəsinin cavabdehlər İddiaçı, X1, X4 və X6 qarşı Azərbaycan Respublikası Torpağa Mülkiyyət hüququna dair JN 209, kod 60700001 nömrəli, 28 aprel 2006-cı il tarixli Dövlət aktının ləğv edilməsi və cavabdehlərin bələdiyyəyə məxsus 24 ha torpaq sahəsindən məcburi çıxarılmaları, qanunsuz tikililərin onların hesabına sökülməsi və torpağın bələdiyyəyə qaytarılması tələbinə dair mülki işə 07.07.2020-ci il tarixdə Beyləqan rayon məhkəməsində baxılmış və məhkəmənin 07.07.2020-ci il tarixli qətnaməsinə əsasən iddia rədd edilmişdir. Qətnamədən apelyasiya şikayəti verilməmiş, qətnamə 10.08.2020-ci il tarixdə qanuni qüvvəyə minmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Beyləqan Layihə Tədqiqat İdarəsinin 01.06.2021-ci il tarixli, 98 nömrəli mütəxəssis rəyində və Məhkəmə Ekspertizası Mərkəzinin 21.07.2021-ci il tarixli, 10/1034 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Beyləqan rayonu Gödəklər bələdiyyəsinin 28.07.2006-cı il tarixli, 10 nömrəli qərarına və 31.08.2006-cı il tarixli 29 nömrəli “torpaqların alqı-satqısına” dair Akta əsasən İddiaçı satılmış və X11 kitabında 18.09 2006-cı il tarixdə 003 nömrə ilə qeydə alınmış 10 (on) ha torpaq sahəsi ayrılarkən bələdiyyə mülkiyyətinə aid olmuşdur. Torpaq sahəsinin sərhədləri yerində müəyyən edilməklə qeyd edilən torpaq sahəsi ayrılarkən Beyləqan rayonu Gödəklər bələdiyyəsinin mülkiyyətində olmuşdur. Torpaq sahəsi ayrılarkən Beyləqan rayonu Gödəklər bələdiyyəsinin mülkiyyətinə aid olmaqla kənd təsərrüfatı (şoran əkin-şərti yararsız) təyinatlı torpaq sahəsi olmuşdur. Beyləqan rayonu Gödəklər bələdiyyəsinin 08.01.2007-ci il tarixli 01 nömrəli qərarına və 09.03.2007-cı il tarixli, 122 nömrəli “torpaqların alqı-satqısına" dair Akta əsasən İddiaçı satılmış və X11 kitabında 07.03 2007-ci il tarixdə 66 nömrə ilə qeydə alınmış 5 (beş) ha torpaq sahəsi ayrılarkən bələdiyyə mülkiyyətinə aid olmuşdur. Torpaq sahəsinin sərhədləri yerində müəyyən edilməklə qeyd edilən torpaq sahəsi ayrılarkən Beyləqan rayonunun Gödəklər bələdiyyəsinin mülkiyyətində olmuşdur. Torpaq sahəsi ayrılarkən Beyləqan Torpaq sahəsi ayrılarkən Beyləqan rayonu Gödəklər bələdiyyəsinin mülkiyyətinə aid olmaqla kənd təsərrüfatı təyinatlı (şoran əkin) torpaq sahəsi olmuşdur. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Beyləqan Layihə Tədqiqat İdarəsinin 31.01.2022-ci il tarixli, 12 nömrəli mütəxəssis rəyində və Məhkəmə Ekspertizası Mərkəzinin 22.02.2022-ci il tarixli, 10/625 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Beyləqan rayonu Gödəklər bələdiyyəsinin 08.01.2007-ci il tarixli 01 nömrəli qərarına və 09.03.2007-ci il tarixli 122 nömrəli “torpaqların alqı-satqısına dair” Akta əsasən İddiaçı satılmış və X11 kitabında 07.03.2007-ci il tarixdə 66 nömrə ilə qeydə alınmış 5 (beş) ha torpaq sahəsi ayrılarkən Gödəklər bələdiyyəsinin mülkiyyətinə aid olmaqla kənd təsərrüfatı (şoran əkin-şərti yararsız) təyinatlı torpaq sahəsi olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Beyləqan rayonu Gödəklər bələdiyyəsinin 28.07.2006-cı il tarixli, 10 saylı qərarı və 31.08.2006-cı il tarixdə 29 nömrə ilə qeydiyyata alınmış torpaqların alqı-satqısına dair akt ilə İddiaçı mülkiyyətinə 10 hektar yararsız torpaq sahəsi satılmışdır. Həmin torpaq sahəsinə dair 18.09.2006-cı il tarixli, **********2000001 nömrəli kadastr planı tərtib edilmiş və X11 kitabında 18.09.2006-cı il tarixdə, 003 nömrə ilə qeydiyyata alınmışdır. Beyləqan rayonu Gödəklər bələdiyyəsinin 08.01.2007-ci il tarixli, 01 saylı qərarı və 09.03.2007-ci il tarixdə, 122 nömrə ilə qeydiyyata alınmış torpaqların alqı-satqısına dair akt ilə İddiaçı mülkiyyətinə 5 hektar torpaq sahəsi satılmışdır. Həmin torpaq sahəsinə dair 07.03.2007-ci il tarixli, **********2000002 nömrəli kadastr planı tərtib edilmiş və X11 kitabında 07.03.2007-ci il tarixdə, 66 nömrə ilə qeydiyyata alınmışdır. Eyni zamanda iş materiallarında olan mütəxəssis rəyləri və ekspert rəyləri ilə müəyyən edilmişdir ki, Beyləqan rayonu Gödəklər bələdiyyəsinin 28.07.2006-cı il tarixli, 10 nömrəli qərarına və 31.08.2006-cı il tarixli 29 nömrəli “torpaqların alqı-satqısına” dair Akta əsasən İddiaçı satılmış və X11 kitabında 18.09 2006-cı il tarixdə 003 nömrə ilə qeydə alınmış 10 (on) ha torpaq sahəsi və Beyləqan rayonu Gödəklər bələdiyyəsinin 08.01.2007ci il tarixli 01 nömrəli qərarına və 09.03.2007-cı il tarixli, 122 nömrəli “torpaqların alqısatqısına" dair Akta əsasən İddiaçı satılmış və X11 kitabında 07.03 2007-ci il tarixdə 66 nömrə ilə qeydə alınmış 5 (beş) ha torpaq sahəsi ayrılarkən bələdiyyə mülkiyyətinə aid olmuşdur. Torpaq sahələri ayrılarkən Beyləqan rayonu Gödəklər bələdiyyəsinin mülkiyyətinə aid olmaqla kənd təsərrüfatı (şoran əkin-şərti yararsız) təyinatlı torpaq sahəsi olmuşdur. İddiaçı sözügedən Beyləqan rayonu Gödəklər bələdiyyəsinin 28.07.2006-cı il tarixli, 10 saylı və 08.01.2007-ci il tarixli, 01 saylı qərarları ilə satılmış 10 ha və 5 ha torpaq sahələrinə dair 31.08.2006-cı il tarixdə 29 nömrə ilə qeydiyyata alınmış və 09.03.2007-ci il tarixdə, 122 nömrə ilə qeydiyyata alınmış torpaqların alqı-satqısına dair aktları rəhbər tutaraq həmin torpaq sahələri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan mülkiyyət hüquqlarının qeydə alınması ilə bağlı iddiaçının ilkin müraciətindən imtina etmişdir. Hazırda iddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 6 saylı Beyləqan Ərazi idarəsinin 18.11.2020-ci il tarixli imtinasının qanunsuz hesab olunaraq ləğv edilməsi, Beyləqan rayonu Gödəklər bələdiyyəsinin 28.07.2006-cı il tarixli, 10 saylı qərarı və 31.08.2006-cı il tarixdə 29 nömrə ilə qeydiyyata alınmış torpaqların alqı-satqısına dair akt ilə iddiaçının xüsusi mülkiyyətinə ayrılmış və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon şöbəsi tərəfindən torpaq sahəsinin kadastr planı tərtib edilmiş və X11 kitabında 18.09.2006-cı il tarixdə, 003 nömrə ilə qeydiyyata alınmış 10,0 ha torpaq sahəsi və Beyləqan rayonu Gödəklər bələdiyyəsinin 08.01.2007-ci il tarixli, 01 saylı qərarı və 09.03.2007-ci il tarixdə, 122 nömrə ilə qeydiyyata alınmış torpaqların alqı-satqısına dair akt ilə iddiaçının xüsusi mülkiyyətinə ayrılmış və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon şöbəsi tərəfindən torpaq sahəsinin kadastr planı tərtib edilmiş və X11 kitabında 07.03.2007-ci il tarixdə 66 nömrə ilə qeydiyyata alınmış 5,0 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini istəyir. Məhkəmə müəyyən etdiyi işin faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları əsasında qiymətləndirməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1, 139-1.1.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri kənd təsərrüfatı məhsulları istehsalı və emalı üçün kənd təsərrüfatı təyinatlı torpaq sahələrini bələdiyyələrin ehtiyat torpaq fondunda, habelə vətəndaşların və hüquqi şəxslərin mülkiyyətində olan torpaqların qanunvericiliklə müəyyən olunmuş qaydada satın alınması qaydasında əldə edirlər. Həmin Qanunun 56-cı maddəsinin 2-ci bəndinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Həmin Qanunun 86-cı maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyata alınmış bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları və torpaqla bağlı hüquqlar alqı-satqı obyekti ola bilər. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. «Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanına əsasən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinə müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestri Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilir və aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz Həmin Qanunun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı isə cavabdeh inzibati orqanın iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etməsində heç bir qanuni əsas, yəni "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində nəzərdə tutulan əsaslardan heç biri müəyyən edilməmişdir. Bunun əksi olaraq sözügedən torpaq sahəsi üzərində hüququn qeydə alınması üçün kifayət qədər faktiki və hüquqi əsaslar müəyyən olunmuşdur. Belə ki, sözügedən 10 ha və 5 ha torpaq torpaq sahələri iddiaçıya Beyləqan rayonu Gödəklər bələdiyyəsinin 28.07.2006-cı il tarixli, 10 saylı və 08.01.2007-ci il tarixli, 01 saylı qərarları ilə satılmış və həmin torpaq sahələrinə dair 31.08.2006-cı il tarixdə 29 nömrə ilə qeydiyyata alınmış və 09.03.2007-ci il tarixdə, 122 nömrə ilə qeydiyyata alınmış torpaqların alqı-satqısına dair aktları tərtib edilmişdir. Həmin sənədlər qüvvədədir və ləğv olunmamışdır, eyni zamanda yuxarıda qeyd edilən hüquq normalarının tələbinə görə həmin sənədlər hüquqların qeydiyyata alınması üçün əsasdır. Qeyd olunan sənədlərin qeyri-dəqiqliyi, sənəddə nöqsan olması, onun saxtalığı və digər bu kimi halların mövcud olması cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, həmin torpaq sahələri Gödəklər bələdiyyəsinin mülkiyyətinə aid olmaqla kənd təsərrüfatı təyinatlı yararsız torpaq sahəsi olmuşdur. İddiaçı həmin sənədlər əsasında ona satılmış sözügedən kənd təsərrüfatı təyinatlı yararsız torpaq sahələrinə öz adına mülkiyyət hüquqlarına dair çıxarış almaq arzusundadır və yuxarıda qeyd edilən hüquq normalarına görə kənd təsərrüfatı təyinatlı yararsız torpaq sahəsi bələdiyyənin özəlləşdirilə bilən torpaqlarına aid olmaqla alqı-satqının obyekti ola bilər. Məhkəmə qanunçuluq və etimad prinsipinə əsaslanaraq onu da qeyd edir ki, iddiaçının adına tərtib edilmiş Beyləqan rayonu Gödəklər bələdiyyəsinin 28.07.2006-cı il tarixli, 10 saylı və 08.01.2007-ci il tarixli, 01 saylı qərarları və həmin torpaq sahələrinə dair 31.08.2006-cı il tarixdə 29 nömrə ilə qeydiyyata alınmış və 09.03.2007-ci il tarixdə, 122 nömrə ilə qeydiyyata alınmış torpaqların alqı-satqısına dair aktlar mübahisələndirilmədiyindən, hər hansı orqan tərəfindən ləğv və ya etibarsız hesab edilmədiyindən həmin sənədlərin qanuniliyini şübhə altına almaq düzgün deyildir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtinası əsassız olmuşdur. Beləliklə də məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqanın iddiaçının tələbinin təmin edilməsindən imtina etməsində heç bir qanuni əsas müəyyən edilmədi. Bunun əksi olaraq iddiaçının tələbinin qanuni və əsaslı olduğu müəyyən edildi Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında (İatridis Yunanıstana qarşı, Beyeler İtaliyaya qarşı, “X8 S.C.” və başqaları Belçikaya qarşı) göstərilmişdir ki, “mülkiyyət” və «əmlak» anlayışları müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da “mülkiyyət hüquqları” hesab edilə bilər. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin məqsədləri baxımından həmin hüquqlar və maraqlar da mülkiyyət sayıla bilər. Avropa İnsan Hüquqları Məhkəməsi öz qərarlarında hər hansı tikiliyə mülkiyyət hüququnun tanınması zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin maraqları arasında ədalətli tarazlığın nəzərə alınmasını zəruri hesab edir. “Önəryıldızın Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli Avropa İnsan Hüquqları Məhkəməsinin Qərarını nümunə göstərmək olar. Ərizəçi (Önəryıldız) 1988-ci ildə Umraniyədə (İstanbul) dövlətə məxsus torpaq sahəsində yerləşən və tullantıların atıldığı zibilliyin yaxınlığında özünün və ailəsinin yaşadığı ev (daxma) tikmiş, 1993-cü ilədək orada yaşamışdır. Ərizəçi öz ərizəsində göstərmişdir ki, öz evindən davamlı surətdə və kifayət qədər uzun müddət ərzində istifadə etdiyinə görə evin mülkiyyətçisi hesab edilməlidir. Ərizəçinin fikrincə, insanlar yoxsul evlərində məskunlaşarkən, dövlət orqanlarının buna müdaxilə etməməsi və ən zəruri xidmətlərin dövlət tərəfindən təchiz edilməsi və hər şeydən əvvəl tikinti aparılan sahələrdə potensial seçiciləri razı salmaq üçün zaman keçdikcə qəbul edilən, yoxsul evlərinə aid məsələləri tənzimləyən qanunlar belə güman etməyə əsas vermişdir ki, onun mülkiyyət hüququ susmaq yolu ilə təsdiq edilib. Hökumət isə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsini pozan hər hansı müdaxilənin baş verdiyini inkar edərək ərizəçinin mənzilini «ikiqat qanunsuz» hesab etmişdir. Birincisi, ev icazəsiz tikildiyinə görə «mülkiyyət hüququnu» əmələ gətirə, yaxud sözügedən müddəanın məqsədləri baxımından «mülkiyyət» təşkil edə bilməz; bundan başqa, bu cür hüququn istər susma yolu ilə, istərsə də aydın ifadə edilmə vasitəsilə daxili qanunvericilikdə tanınacağı heç vaxt gözlənilməyib. İkincisi, ərizəçi tutmuş olduğu torpaq üzərində hər hansı hüquqa malik olduğunu iddia edə bilməz, çünki həmin torpaq dövlətin mülkiyyətindədir. Avropa İnsan Hüquqları Məhkəməsi özbaşına tutulmuş torpaq sahəsində ərizəçinin tikdiyi evlə əlaqədar bunları qeyd etmişdir; «Ərizəçi 1988-ci ildən bəri dövlət orqanları tərəfindən heç bir xəbərdarlıq almadan həmin evdə yaşamışdır, bu, o demək idi ki, o, digər ödənişlərlə yanaşı, heç bir icarə haqqı ödəmədən öz qohumlarını orada yerləşdirə bilərdi. Ərizəçi orada sosial mühit, habelə ailə mühiti yaratmışdı və 28 aprel 1993-cü il tarixli bədbəxt hadisəyə qədər özünün və ailəsinin elə həmin yerdə qalacağına ümüd etməsinə mane olan heç nə yox idi. Bu amillər və məsələn, adekvat tədbirlərin görülməsi Önəryıldızın vəziyyətinə dövlət orqanlarının dolayısı ilə dözümlülük nümayiş etdirməsi deməkidi». Həmin işdə Avropa İnsan Hüquqları üzrə Məhkəməsi «Mülkiyyətin mövcud olub-olmaması barədə» qərarının B bəndinin 2-ci hissəsində göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsindəki «mülkiyyət» anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da «mülkiyyət hüquqları» hesab edilə bilər və beləliklə, onlar sözügedən müddəanın məqsədləri baxımdan «mülkiyyət» sayıla bilərlər. Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, hər hansı etibarlı hüquqi sənədin olmadığına baxmayaraq, hər halda ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avdanlıqların sahibi idi və oradakı bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsus idi. 1988-ci ildən bəri o, dövlət orqanları tərəfindən heç bir xəbərdarlıq almadan həmin evdə yaşayırdı, bu o, demək idi ki, o digər ödənişlərlə yanaşı, heç bir icarə haqqı ödəmədən öz qohumlarını yerləşdirə bilərdi. Ərizəçi orada sosial, habelə ailə mühiti yaratmışdır. Yekun olaraq İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərara almışdır; «Məhkəmə hesab edir ki, ərizəçinin tikdiyi ev və onun ailəsi ilə birlikdə ordakı yaşayış yeri, onlar üçün mühüm iqtisadi maraq kəsb edirdi. Dövlət orqanlarının uzun müddət ərzində verdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından «mülkiyyətə» bərabərdir. Bundan başqa, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Məhkəmə «Sporrinq və Lonnort İsveçə qarşı» işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyət hüququ «şərti və qeyri-sabit» xarakter almışdır. Həmin işdə Avropa Məhkəməsi məhz uzun müddətə mülkiyyətçilərin onlara məxsus torpaq sahəsindən maneəsiz istifadə etməsinə məhdudiyyət qoyması əsasına görə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozulması faktını qeyd etmişdir. Göründüyü kimi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında əmlakdan maneəsiz istifadəni mahiyyət etibarı ilə şəxsin mülkiyyət hüququnun tanınması kimi qiymətləndirmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin 18.11.2020-ci il tarixli imtinası əsassız hesab edilməli, Beyləqan rayonu Gödəklər bələdiyyəsinin 28.07.2006-cı il tarixli, 10 saylı qərarı və 31.08.2006-cı il tarixdə 29 nömrə ilə qeydiyyata alınmış torpaqların alqı-satqısına dair akt ilə iddiaçının xüsusi mülkiyyətinə ayrılmış və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon şöbəsi tərəfindən torpaq sahəsinin kadastr planı tərtib edilmiş və X11 kitabında 18.09.2006-cı il tarixdə, 003 nömrə ilə qeydiyyata alınmış 10,0 ha torpaq sahəsi və Beyləqan rayonu Gödəklər bələdiyyəsinin 08.01.2007-ci il tarixli, 01 saylı qərarı və 09.03.2007-ci il tarixdə, 122 nömrə ilə qeydiyyata alınmış torpaqların alqı-satqısına dair akt ilə iddiaçının xüsusi mülkiyyətinə ayrılmış və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon şöbəsi tərəfindən torpaq sahəsinin kadastr planı tərtib edilmiş və X11 kitabında 07.03.2007-ci il tarixdə 66 nömrə ilə qeydiyyata alınmış 5,0 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, torpaq sahəsinin inventarlaşdırılmasına dair mütəxəssis xərcinin və ekspertiza xərcinin ona aid edilməsini xahiş etdiyindən və torpaq sahəsinin inventarlaşdırılmasına dair mütəxəssis xərcinə görə vəsait könüllü olaraq iddiaçı tərəfindən ödənildiyindən mütəxəssis rəyinin verilməsinə görə ödənilmiş xərc iddiaçıya aid edilməlidir. Eyni zamanda iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək ekspertiza xərcinin ona aid edilməsini xahiş etdiyindən, məhkəmə hesab edir ki, prosessual xərc - məhkəmə ekspertizasının keçirilməsinə görə 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri İddiaçı tutulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Beyləqan rayonu Gödəklər bələdiyyəsinin 28.07.2006-cı il tarixli, 10 saylı qərarı və 31.08.2006-cı il tarixdə 29 nömrə ilə qeydiyyata alınmış torpaqların alqı-satqısına dair akt ilə iddiaçının xüsusi mülkiyyətinə ayrılmış 10,0 ha torpaq sahəsi və Beyləqan rayonu Gödəklər bələdiyyəsinin 08.01.2007-ci il tarixli, 01 saylı qərarı və 09.03.2007-ci il tarixdə, 122 nömrə ilə qeydiyyata alınmış torpaqların alqı-satqısına dair akt ilə iddiaçının xüsusi mülkiyyətinə ayrılmış 5,0 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və mülkiyyət hüquqlarına dair müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin üzərinə qoyulsun. İş üzrə təyin edilmiş məhkəmə ekspertizalarının keçirilməsinə görə 100 (yüz) manat ekspertiza tədqiqatının dəyəri İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Hesab №AZ43CTRE********************) köçürülsün. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-74/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-74/2022
30.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver